Hüquqşünas alimə cinayət işi açıldı .....                     Rusiyadan Azərbaycana sifarişlər ləğv edilir .....                     Lavrovla Rubio görüşüb, danışıqlar 35 dəqiqə davam edib .....                     ABŞ İrana qarşı hücumlarda ilk dəfə B-1-dən istifadə etdi .....                     Həmid Herisçi kimə və nəyin minnətini vurur? .....                     "Zirə" Estoniyada "Payde" ilə üz-üzə gələcək .....                     Azərbaycan neftinin qiyməti 100 dolları ötüb .....                     GL Group ABŞ-da dörd neft-qaz aktivini əldə edən ilk Azərbaycan şirkəti olub .....                     Azərbaycanlılar və ermənilər YENİ qurum yaradır? .....                     Lavrov və Rubio arasında görüş başlayıb .....                     Neftin qiyməti 96 dolları ötüb .....                     İlqar Məmmədov deputatı YIXIB-SÜRÜDÜ... .....                     Camaat qaz vurub qazan doldurur.... .....                     Rusiya da öz vətəndaşlarına SANKSİYA TƏTBİQ EDİR .....                     O andan sonra heç nə əvvəlki kimi olmur... .....                     Kamal müəllim Monteneqroya NİYƏ GETMİŞDİ? .....                     Qarşılayın: Karen Vardaryan... .....                     Saleh Məmmədovun oğurladığı PULLAR .....                     Bakcell “Asan Könüllüləri”nin 2-ci yay festivalının tərəfdaşı olub .....                     Tural Sadıqlı Bakıya gəlir: Onun bağışlanacaq əməlləri... .....                     ABŞ ordusunun İran və İraq arasındakı keçid məntəqəsinə hücumu nəticəsində .....                     215 minlik borcu olan "Akyol İnternational" MMC kimindir? .....                     Kinematoqrafçılar İttifaqında yenə ara qarışıb: Təşkilat bağlana bilər .....                     Ana Təbiətin NANKOR ÖVLADI: "Hacı Mazan" .....                     Bakı Neft Energetika Kollecinin vergi borcu üzə çıxdı .....                     "Gördüm vəziyyət daha da pisləşir, dərhal müalicəyə başladıq" .....                     ABŞ İrana qarşı hərbi əməliyyatları genişləndirməyə hazırlaşır .....                     Dövlət qurumu yarım milyonluq tenderi «İdeal Motors»a verdi .....                     İmişlidə suvarma suyu balıq hövzələrinə axır .....                     “Sədərək” və “Binə” bağlana bilər .....                     Binəqədinin sabiq bələdiyyə sədrləri məhşər ayağına çəkilə bilər... .....                     Fransada istilər minlərlə insanın ölümünə səbəb olub .....                     “Aqrarkredit”in 1,2 milyonluq villası hərraca çıxarılır .....                     "Dərmanların qiymətini Tarif Şurası deyil, bazar müəyyən etməlidir" .....                     Nənə və nəvələri maşınla vuraraq hadisə yerindən qaçan sürücü azadlığa buraxıldı .....                     Elmar Vəliyevlə əlaqələndirilən “Gəncə Bazar Ticarət Mərkəzi” satışa çıxarıldı .....                     “Payızda müharibə olacaq” .....                     Azərbaycanlı model məhkəməni uddu .....                     Bakıda makler ev yiyəsini görün necə aldatdı .....                     "Hər kəs bilsin ki, belə şəxslərə güvənmək olmaz..." .....                 

Dərman bazarında acınacaqlı durum hökm sürür - Qazanan oliqarxlardır
Tarix: 19-09-2016, 08:52 | Çap et
Dərman bazarında acınacaqlı durum hökm sürür
Azərbaycanda dərman bazarında qiymətlərin tənzimlənməsi üçün hökumət vahid tarif sistemi tətbiq edir. Əczaçılar hökumətin bu cür nəzarət mexanizmini süni müdaxilə olaraq dəyərləndirir. Çünki sərbəst bazara tətbiq edilən vahid qiymətlər əks effekt verir. Azərbaycanda dərman istehsalı yox dərəcəsindədir deyə xaricdən dərman idxalına maraqlı olan kiçik sahibkarlar, əczaçılar indiyədək ucuz alıb, baha satmaqla qazanc əldə edirdilərsə, indi ucuz alıb, ucuz satmaqla “aldım qoz, satdım qoz, bunun mənə nə faydası” deyib bizneslərini demək olar ki, qapadıblar. Odur ki, dərman bazarında qıtlıq yaranıb. Defitsit mallar isə bütün hallarda qiymətlərin artımına gətirib çıxarır.

Qazanan oliqarxlardır

Kütləvi dərman idxalına himayəçilik edən məmur oliqarxlar isə bu qıtlıqdan yararlanıb, daha çox qazanc götürürlər, onlara dərmanların keyfiyyəti, qiyməti və əhalinin sağlamlığı maraqlı deyil. Odur ki, səhiyyə yetkililərinin efirlərdən, mətbuatdan tez-tez “qiymətə də, kəmiyyətə də, keyfiyyətə də yetərincə nəzarət var” deyiminə əhalinin artıq heç bir inamı qalmayıb.

Narkomaniya əleyhinə absurd mübarizə: psxotrop tərklibli dərmana qadağa qoyulub

Sinir uclarının zədələnməsi xəstəliyindən əziyyət çəkən bir şəxs bu günlərdə redaksiyamıza müraciət edib. Yazır ki, onun ağır diaqnozlu allergik xəstəliyinə həkimlərin təyin etdiyi əlacı tapa bilmir. Çünki Belçika və Türkiyə istehsalı olan “Lirika” və “Atarax” adlı dərmanlar Azərbaycanda yoxdur. Resept əlində gəzmədiyi aptek qalmayıb. Səbəbilə maraqlandıqda ona bildirilib ki, bu dərmanlar psixotrop xarakterlidir, bunlardan narkotik alüdəçiləri geniş istifadə etdikləri üçün dərmanın satışı qadağan olunub.

Azərbaycanın hüquq və səhiyyə orqanları bu qədərmi acizdir?

Dərdinin dərmanı üçün xəstə məcbur olub Türkiyənin Ərzurum şəhərinə gedib, həkim müayinəsindən keçib və həkim reseptlə bu dərmanları ona təyin edib. Yalnız bu halda o, məhdud sayda, içərisində 25 ədəd olmaqla cəmi 4 qutu dərmanın gömrükdən keçirilməsinə izn alıb. Bir qutusu 100 manata başa gələn bu dərmanlarsa onun ehtiyacını 3 aya ödəyir. 3 ay sonra xəstə yenə də məcburdur ki, xərc-xərac edib, əlacının dalınca diyar-diyar gəzsin: “4 saylı poliklinikada qeydiyyatdayam, orada yaşlı və təcrübəli bir həkimin müayinəsindən keçirəm, özəl klinikalardan birində xaricdə təhsil almış gənc həkimdən də müalicə alıram. Müalicələrinə inandığım, səhhətimin sağlığını etibar etdiyim hər iki həkim mənim üçün yalnız bu dərmanları tövsiyə edir. On minlərlə nevroloji xəstə var ki, “Lirika” onlar üçün yeganə dərmandır. Bu preparat isə Azərbaycana gətirilmir. Məgər bizim səhiyyə və hüquq orqanları bu qədər acizdir ki, narkomaniya əleyhinə belə primitiv mübarizə aparır? Ölkədə narkomaniya tüğyan edir. Dərman satışına qadağa qoymaqla, narkomaniyanı aradan qaldırmaq olar?”.

Səhiyyə Nazirliyinin bu dərmandan xəbəri yoxdur

Səhiyyə Nazirliyi ilə əlaqə saxladıq. Nazirliyin mətbuat xidmətindən Səfayə Əhmədova bizə bildirdi ki, əgər xəstə dövlət səhiyyə müəssisəsində stasionar qeydiyyata alınıbsa, həkimin təyin etdiyi dərman aptekdə ona verilməlidir: “O dərmanların bütün apteklərdə olmaması mümkün deyil. 153 qaynar xətti ilə əlaqə saxlayın”.
Şikayətçinin qeyd etdiyi məqamları səhiyyə rəsmisinin diqqətinə çatdırdıq, bu dərmanların nə səbəbə qıt olması ilə maraqlandıq. S.Əhmədova bizə bir mobil nömrəsi verib, dedi ki, səbəbi Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzin direktoru Telman Məmmədhəsənovdan öyrənək. Həmin nömrəyə isə zəng çatmadı. Təkrar Səhiyyə Nazirliyi ilə əlaqə saxladıqda S.Əhmədova dedi: “Telman müəllimim telefonu nədənsə cavab vermir, növbəti gün arayın”.

Narkoloji Mərkəzin qadağası

Bir neçə gün davamsız aramamıza isə bu günədək cavab ala bilmədik.
Telman Məmmədhəsənovun 2013-cü ildə APA-ya verdiyi bu açıqlamadan - http://m.apa.az/az/xeber-az/sosial_xeberler/bezi-dermanlarin-azerbaycana-idxalinin-ve-satisinin-dayandirilmasinin-sebebi-aciqlanib isə belə görünür ki, mərkəz əməkdaşları araşdırma aparıb və bəzi dərman vasitələri, o cümlədən “Lirika”dan təyinatına uyğun olmayan sui-istifadəyə yol verildiyinə görə idxalı və satışı qadağan olunub.

Rabitə Nazirliyinin səhiyyə xidməti: “Lirika” Azərbaycanda yoxdur”

153 qaynar xəttinə zəng etdik. Cavab bu oldu: “Lirika Azərbaycana gətirilmir”. “Atarax” üçünsə reseptlə müvafiq apteklərə yaxınlaşmamız tövsiyə olundu. Mətbuatdan olduğumuzu, səbəblərlə təfsilatlı maraqlanmağımızı bilincə telefonda bizə cavab verən xanım dedi ki, 153 Rabitə və Yüksək Texnalogiyalar Nazirliyinin nəzdində apteklərlə əlaqə qurub mərkəzləşmiş qaydada fəaliyyət göstərir, belə suallara cavab verməkdə sorunlu deyillər: “Səbəbi biz də bilmirik. Səhiyyə Nazirliyindən soruşun. “Lirika” adlı dərman üçün ötən ilə qədər çox xəstələr zəng edib maraqlanırdı. 2013-cü ildən bu dərman Azərbaycanda yoxdur. Ola bilsin poliklinikalara, xəstəxanalara, klinikalara məhdud şəkildə verilir. Amma bizdə məlumat budur ki, apteklərdə yoxdur”.

“Lirika”nın bir həbi 5 manat, yaxud tutulsan 100 min manat...

Apteklərə yaxınlaşdıq. Apteklərdən birindən bizə belə cavab verildi ki, “Lirika”nın bir həbini 5 manatdan tapmaq mümkündür. Bu dərman “Həzi Aslanov” metrosu yaxınlığnda, bir də “Azadlıq” prospektində yerləşən digər bir apteklərdə vaxtilə satılıb. Həmin apteklərdən birinin rəhbəri gizli satışa görə 100 min manat cərimə olunub.
Bu ilin yanvarında isə deputat Ülvi Quliyevə məxsus olduğu bildirilən “Murad-Aptek” dövlət qeydiyyatına alınmamış 46 adda dərman, o cümlədən “Lirika”nı satışa çıxardığı üçün bağlandı.
Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzilə əlaqə saxladıq. Mərkəzdən də bizə tövsiyə olundu ki, 153-lə əlaqə yaradaq. 153-dən aldığımız cavabları diqqətə çatdırdıq. Az sonra bizə zəng gəldi, “Atarax” əldə etmək üçün əlaqə nömrələri verildi və bildirldi ki, reseptlə yaxınlaşaq: “Amma “Lirika” yoxdur”.

Nazirlər Kabinetinin əndrabadi qərarı

“Niyə” sualımıza cavab bu oldu ki, əslində “Lirika” bu dərmanın satış adıdır. 21 dekabr 2015-ci ildən Nazirlər Kabinetinin qərarı var ki, dərmanların satış adı yazılmasın, ancaq tərkibi göstərilsin (?!-red.): “Bu dərman da psixotrop dərman preparatıdır. “Lirika” onun ticarət adıdır. Tərkibi preqabalindir. Həkimlər bu dərmanın satış adını yazmalı deyil. Preqabalin adı ilə istəsəniz apteklərin nömrəsini sizə verərəm, əlaqə saxlayıb, reseptlə yaxınlaşıb alarsız”.

Təklif: Bu dərmanlar üçün xüsusi apteklər açılsın

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirir ki, dərmanların satışında süni maneələrlə defitst yaradılırsa, o dərmanların saxta, keyfiyyətsiz tərkibli variantları hazırlanır. Bu cür anormal qərarlardan isə əziyyət çəkən yenə də istehlakçılar olur: “Dövlət reseptlərlə satılan dərmanların buraxılışına nəzarət etməlidir. Belə dərman və dərman vasitələri tibb elmində özünü doğruldubsa, niyə qadağan olunsun? Əgər bu cür dərmanların başqa şəxslərin əlinə keçməsini istəmirlərsə, o zaman, bu dərmanlar üçün xüsusi apteklər fəaliyyət göstərsin. Narkomaniyaya qarşı belə primitiv mübarizə yolverilməzdir, hətta biabırçılıqdır”.

Xəstəni iztirablı ağrıdan xilas edən – “Lirika”

Professor Adil Qeybullanın sözlərinə görə, “Lirika” (preqabalin) qıcolma əleyhinə təsir göstərən, neyropatik ağrıkəsici xüsusiyyətinə malik olan dərman preparatıdır. Onun fikrincə, Azərbaycanda istifadəsi və satışı qadağan edilən dərmanların siyahısında bu dərman olsa belə, həkim resepti əsasında buraxılmalıdır: “Bu dərmanlar antiepilektikdir, sinir ucluqlarında impulslar zəiflədikcə relaktasiya yaradır və xəstəni iztirablı ağrılardan xilas edir. Ağrıları götürən, kəskin yuxu gətirən psixotrop dərmanlardır. Belə dərmanlar güclü təsirə malik olduğu və güclü yan təsiri olduğuna görə və təsadüfi ələ keçməməsi üçün, yaş məhdudiyyətilə qəbuluna görə həkim repsepti əsasında verilməlidir. Dünyanın hər yerində bu belədir. Bizdə isə apteklərdə adi “Dimedrol”u belə əczaçılar satmağa qorxurlar. Çünki polis gəlib cəzalandıra, rüşvət ala bilər. Polisin nə işi var, apteklərdə? Həkim resepti varsa, əczaçı dərmanı satmalıdır. Narkotik anergetiklərdən başqa bütün dərmanlar dərman şəbəkəsində olmalıdır”.

“Ölkəmizdə dövlət farmokopeyası yoxdur”

Həkim hesab edir ki, bütün bunlara səbəb ölkədə baş verən idotizmdir: “Dərman firmaları bir-iki adamın əlindədir. Ölkəyə daxil olan dərmanların keyfiyyət parametrləri çox aşağıdır. Digər tərəfdən, dövlət farmokopeyası yoxdur. Vətəndaş bilmir hansı dərmanın qəbuluna icazə var, hansına yox, hansından istifadə mümkündür, hansından deyil?”

“Dərmanların keyfiyyətinə nəzarət formaldır”

Həkim onu da qeyd etdi ki, dərmanların keyfiyyətinə nəzarət formal xarakter daşıyır və dərman preparatlarının idxalına korperativ maraqlar var: “Dərman fimaları istədikləri dərmanları gətirirlər. Əslində isə dövlət formokopeyası olmalıdır. Azərbaycanda istifadəsinə icazə verilən dərmanlar və bu dərmanlar haqqında məlumatlar orada yerləşdirilməlidir, dərmanların istehsal yeri haqda məlumatlar verilməlidir. Biz bir dərmanın izinə düşdük. Guya bu dərman Yunanıstanda hazırlanır. Yunanıstanda araşdırma aparıldı, məlum oldu ki, bu ölkənin belə dərmanın istehsalından xəbəri yoxdur”.

Saxta dərmanları mafioz qruplar hazırlayır

A.Qeybulla onu da dedi ki, hazırda dərman istehsalında inkişaf edən ölkələrdə də saxta dərmanlar hazırlanır: “Türkiyədə dərmanların keyfiyyət parametrləri deməzdim, Almaniya, Amerika səviyyəsindədir, amma hər halda yüksək səviyyədədir. Sadəcə, Türkiyədən bura o dərmanlar gətirilirsə, onlar ara sexlərdə, Türkiyə adı ilə hazırlana bilir. Hazırda istənilən dərmanın saxtası istehsal olunur. Bu cür dərmanların hazırlanması üçün texnalogiyalar da əldə edilir. Rusiyanın özündə xeyli xarici dərmanların saxta variantları hazırlanır. Özü də gecə saatlarında. Bununla da həmişə arxası gücə söykənən mafioz qruplar məşğul olurlar”.

“Dərman təhlükəsizliyi genefondumuzun təhlükəsizliyidir”

Professor sonda dedi ki, dərman təhlükəsizliyi genefondumuzun təhlükəsizliyi məsələsidir: “Dərmanlara görə məsuliyyət daşıyan şəxslərun bu problemləri həll etməsi onların vicdan borcudur. Hətta onkoloji dərmanlar arasında da tərkibi keyfiyyətsiz olan dərmanlar var. Dərman bazarında çox biyabırçı, acınacaqlı durum hökm sürür”.
Vicdanını itirənlər var-dövlət qazanırlar, əhali isə sağlamlığını itirib, kütləvi xəstəlik və dərd-bəla tapırsa, bunca özbaşınalığın məsuliyyəti, cinayətlərin cəzası kimin ayağına yazılmalıdır? Axı bu ölkədə edilən haqsızlıqların divanı yoxdur...








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Hüquqşünas alimə cinayət işi açıldı - TƏFƏRRÜAT
Bu gün, 10:18
Rusiyadan Azərbaycana sifarişlər ləğv edilir – SƏBƏB
Bu gün, 10:12
Lavrovla Rubio görüşüb, danışıqlar 35 dəqiqə davam edib
Bu gün, 10:10
ABŞ İrana qarşı hücumlarda ilk dəfə B-1-dən istifadə etdi
Bu gün, 10:07
Həmid Herisçi kimə və nəyin minnətini vurur? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:52
"Zirə" Estoniyada "Payde" ilə üz-üzə gələcək -UEFA Konfrans Liqası
Bu gün, 09:46
Azərbaycan neftinin qiyməti 100 dolları ötüb
Bu gün, 09:45
GL Group ABŞ-da dörd neft-qaz aktivini əldə edən ilk Azərbaycan şirkəti olub - Tarixi nailiyyət
Bu gün, 09:10
Azərbaycanlılar və ermənilər YENİ qurum yaradır? – REAKSİYA
Bu gün, 08:59
Lavrov və Rubio arasında görüş başlayıb
Bu gün, 08:57
Neftin qiyməti 96 dolları ötüb
Bu gün, 08:56
İlqar Məmmədov deputatı YIXIB-SÜRÜDÜ... - "Yüngül çəkili intellektuallar..."
Bu gün, 08:16
Camaat qaz vurub qazan doldurur.... - BİZ İSƏ...
Bu gün, 08:10
Rusiya da öz vətəndaşlarına SANKSİYA TƏTBİQ EDİR - BUNDAN SONRA...
Bu gün, 08:04
O andan sonra heç nə əvvəlki kimi olmur... - Günel Musa yazır...
Bu gün, 07:47
Kamal müəllim Monteneqroya NİYƏ GETMİŞDİ? - Biz deyirik İŞ DALINCA... Onlar deyir AŞ DALINCA!
Bu gün, 07:43
Qarşılayın: Karen Vardaryan... - REPLİKA
Bu gün, 07:36
Saleh Məmmədovun oğurladığı PULLAR Almaniyada ÜZƏ ÇIXDI
Bu gün, 07:21
Bakcell “Asan Könüllüləri”nin 2-ci yay festivalının tərəfdaşı olub - FOTOLAR
Bu gün, 07:15
Tural Sadıqlı Bakıya gəlir: Onun bağışlanacaq əməlləri... – Vəkil açıqladı
Bu gün, 07:08
ABŞ ordusunun İran və İraq arasındakı keçid məntəqəsinə hücumu nəticəsində 2 nəfər ölüb, 11 nəfər yaralanıb
Bu gün, 07:05
215 minlik borcu olan "Akyol İnternational" MMC kimindir? - FOTO
Bu gün, 07:00
Kinematoqrafçılar İttifaqında yenə ara qarışıb: Təşkilat bağlana bilər - QALMAQAL
Bu gün, 06:58
Ana Təbiətin NANKOR ÖVLADI: "Hacı Mazan" İŞ BAŞINDA!
Bu gün, 06:56
Bakı Neft Energetika Kollecinin vergi borcu üzə çıxdı - FOTOFAKT
Bu gün, 06:49
"Gördüm vəziyyət daha da pisləşir, dərhal müalicəyə başladıq"
Bu gün, 06:46
ABŞ İrana qarşı hərbi əməliyyatları genişləndirməyə hazırlaşır - WSJ
Bu gün, 06:43
Dövlət qurumu yarım milyonluq tenderi «İdeal Motors»a verdi - TƏFƏRRÜAT
Bu gün, 06:41
İmişlidə suvarma suyu balıq hövzələrinə axır - BU NƏDİ BELƏ?
Bu gün, 06:39
“Sədərək” və “Binə” bağlana bilər – Gözlənilməz durum
Bu gün, 06:30
Binəqədinin sabiq bələdiyyə sədrləri məhşər ayağına çəkilə bilər... - İTTİHAM VAR...
Bu gün, 06:28
Fransada istilər minlərlə insanın ölümünə səbəb olub - KİV
Bu gün, 06:19
“Aqrarkredit”in 1,2 milyonluq villası hərraca çıxarılır – FOTOLAR
Dünən, 18:17
"Dərmanların qiymətini Tarif Şurası deyil, bazar müəyyən etməlidir" - Adil Qeybulladan ETİRAZ
Dünən, 18:02
Nənə və nəvələri maşınla vuraraq hadisə yerindən qaçan sürücü azadlığa buraxıldı - TƏFƏRRÜAT
Dünən, 17:53
Elmar Vəliyevlə əlaqələndirilən “Gəncə Bazar Ticarət Mərkəzi” satışa çıxarıldı - BU QİYMƏTƏ...
Dünən, 17:51
“Payızda müharibə olacaq” - Karapetyan
Dünən, 17:49
Azərbaycanlı model məhkəməni uddu
Dünən, 17:35
Bakıda makler ev yiyəsini görün necə aldatdı – İnanılmaz olay
Dünən, 17:31
"Hər kəs bilsin ki, belə şəxslərə güvənmək olmaz..." - ETİRAZ VAR...
Dünən, 17:27
ABŞ Yaxın Şərq üzərindən Ermənistanı “vurur”: - Cənubi Qafqazda yeni “savaş poliqonu” yaranır
Dünən, 17:18
Şirkətlər “Expressbank“dan pullarını geri çəkdi - SƏBƏB
Dünən, 16:53
Sosial müavinət və işə düzəltmək vədi ilə 45 min manatlıq dələduzluq - TƏFƏRRÜAT
Dünən, 16:47
"Azərbaycan Dəmir Yolları"na 760 manat ziyan vuran şəxslər cəzalandırıldı
Dünən, 16:45
"Avropa İttifaqında Rusiyaya qarşı yeni sanksiyalar ətrafında fikir ayrılığı dərinləşir" - "Financial Times"
Dünən, 16:32
BU DA BAKIYA “DƏRS KEÇMƏYƏ” QALXDI... - Nə səviyyəsi, nə də başı üçün deyil
Dünən, 16:29
Üç azərbaycanlı Ermənistanda şirkət açıb - SİYAHI
Dünən, 16:02
Paşinyanın daha bir rəqibinin toxunulmazlığı ləğv olundu - KİV
Dünən, 16:01
Kreml Rusiya və Almaniya nümayəndələrinin Bakıda görüş keçirməsi barədə məlumatlı deyil - AÇIQLAMA
Dünən, 15:50
Bizə Rusiyadan niyə DOST OLMAZ... - ÇÜNKİ...
Dünən, 15:46
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru