Həmid Herisçi kimə və nəyin minnətini vurur? .....                     "Zirə" Estoniyada "Payde" ilə üz-üzə gələcək .....                     Azərbaycan neftinin qiyməti 100 dolları ötüb .....                     GL Group ABŞ-da dörd neft-qaz aktivini əldə edən ilk Azərbaycan şirkəti olub .....                     Azərbaycanlılar və ermənilər YENİ qurum yaradır? .....                     Lavrov və Rubio arasında görüş başlayıb .....                     Neftin qiyməti 96 dolları ötüb .....                     İlqar Məmmədov deputatı YIXIB-SÜRÜDÜ... .....                     Camaat qaz vurub qazan doldurur.... .....                     Rusiya da öz vətəndaşlarına SANKSİYA TƏTBİQ EDİR .....                     O andan sonra heç nə əvvəlki kimi olmur... .....                     Kamal müəllim Monteneqroya NİYƏ GETMİŞDİ? .....                     Qarşılayın: Karen Vardaryan... .....                     Saleh Məmmədovun oğurladığı PULLAR .....                     Bakcell “Asan Könüllüləri”nin 2-ci yay festivalının tərəfdaşı olub .....                     Tural Sadıqlı Bakıya gəlir: Onun bağışlanacaq əməlləri... .....                     ABŞ ordusunun İran və İraq arasındakı keçid məntəqəsinə hücumu nəticəsində .....                     215 minlik borcu olan "Akyol İnternational" MMC kimindir? .....                     Kinematoqrafçılar İttifaqında yenə ara qarışıb: Təşkilat bağlana bilər .....                     Ana Təbiətin NANKOR ÖVLADI: "Hacı Mazan" .....                     Bakı Neft Energetika Kollecinin vergi borcu üzə çıxdı .....                     "Gördüm vəziyyət daha da pisləşir, dərhal müalicəyə başladıq" .....                     ABŞ İrana qarşı hərbi əməliyyatları genişləndirməyə hazırlaşır .....                     Dövlət qurumu yarım milyonluq tenderi «İdeal Motors»a verdi .....                     İmişlidə suvarma suyu balıq hövzələrinə axır .....                     “Sədərək” və “Binə” bağlana bilər .....                     Binəqədinin sabiq bələdiyyə sədrləri məhşər ayağına çəkilə bilər... .....                     Fransada istilər minlərlə insanın ölümünə səbəb olub .....                     “Aqrarkredit”in 1,2 milyonluq villası hərraca çıxarılır .....                     "Dərmanların qiymətini Tarif Şurası deyil, bazar müəyyən etməlidir" .....                     Nənə və nəvələri maşınla vuraraq hadisə yerindən qaçan sürücü azadlığa buraxıldı .....                     Elmar Vəliyevlə əlaqələndirilən “Gəncə Bazar Ticarət Mərkəzi” satışa çıxarıldı .....                     “Payızda müharibə olacaq” .....                     Azərbaycanlı model məhkəməni uddu .....                     Bakıda makler ev yiyəsini görün necə aldatdı .....                     "Hər kəs bilsin ki, belə şəxslərə güvənmək olmaz..." .....                     ABŞ Yaxın Şərq üzərindən Ermənistanı “vurur”: .....                     Şirkətlər “Expressbank“dan pullarını geri çəkdi .....                     Sosial müavinət və işə düzəltmək vədi ilə 45 min manatlıq dələduzluq .....                     "Azərbaycan Dəmir Yolları"na 760 manat ziyan vuran şəxslər cəzalandırıldı .....                 

Cavid Qurbanov vitse-prezidentliyə hazırlaşır - Təfsilat
Tarix: 13-09-2016, 09:55 | Çap et
Cavid Qurbanov vitse-prezidentliyə hazırlaşır
Adı müxtəlif korrupsiya, maxinasiya, eks-prezidentə sui-qəsddən tutmuş İran kəşfiyyatı ilə əlaqələrədək hallanan baş dəmiryolçu referendumdan sonra üçün çırmanıb

Oliqarx-nazirlər arasında qeyri-rəsmi rəqabət, didişmə və iqtidar kluarlarında ciddi şəkildə pərdəarxası mübarizə gedir “Azərbaycan Dəmir Yolları” QSC-nin yeni sədri Cavid Qurbanov vitse-prezidentliyə hazırlaşır. Bu barədə “Gündəm-xəbər” qəzetinə mötəbər mənbədən daxil olan məlumata görə, baş nazirlik iddiasında olan baş dəmiryolçu indi yeni postun eşqinə düşüb. Baş nazir postunun ləğvinin gündəmdə olması və referendumdan sonra siyasi islahatların keçiriləcəyi C.Qurbanovu fikrindən daşındırıb. Baş dəmiryolçu daha yüksək vəzifəyə - prezidentə daha yaxın posta ambisiyalıdır. Qaynağımızın sözlərinə görə, QSC sədri vitse-prezidentlik institutuna namizədlər sırasında yer alıb. Onunla birgə bu mübarizəyə bir neçə yüksək ranqlı məmur da qoşulub. Amma C.Qurbanovun nə dərəcədə şansı olması bilinmir. “Azəryolservis” ASC rəhbəri olduğu dövrdə kifayət qədər neqativ reputasiyaya sahiblənmiş Qurbanovun “Azərbaycan Dəmir Yolları” QSC-də hər hansı xüsusi fəaliyyəti nəzərə çarpmır. Mənbə qeyd edir ki, ilk günlərdə alovlu açıqlamalar verən QSC sədri xələfini də baqaja qoymağa cəsarət etmişdi və Arif Əsgərovun bu sektoru məhv etdiyini dolayısı ilə açıqlamışdı. Əlavə də etmişdi ki, ciddi islahatlar, işlər görüləcək. Amma hələ ki heç bir yenilik yoxdur. İndisə vitse-prezidentliyə iddialıdır və ölkə rəhbərliyinin bu məsələyə münasibəti tam aydın deyil. Oliqarxnazirlər arasında qeyri-rəsmi rəqabət, didişmə və iqtidar kluarlarında ciddi şəkildə pərdəarxası mübarizə gedir. Mənbənin “Gündəm-xəbər”ə qeydlərinə görə, vitse-prezidentliyə iddialı nazirlərin ambisiyası artıq bir-birinin qulağına da çatıb. Qaynağımız qeyd edir ki, bu vəzifəyə tamah salan nazirlərin bir-birindən duyuq düşməsi onların artıq rəqibləri əleyhinə kampaniya hazırlığına start verib. Yaxın günlərdə oxucular nazirlərə yaxın mediada, bəzi xəbər portallarında və qəzet səhifələrində vitse-prezidentlik savaşina şahidlik edəcəyi söylənir. Bu mühüm posta kimin sahiblənəcəyi bəlli olmasa da, prosesin indidən başladığını söyləmək olar. Nazirlərin bir-birinə yönəlik qara piar kampaniyası mətbuatın gündəmində bomba kimi partlayacaq. Hətta bu savaşın açıq xarakter alacağı da istisna olunmur. Məlumatda deyilir ki, bu mübarizədə bir neçə nazir və komitə sədrinin adı keçir. Hələlik mötəbər mənbədən daxil olan məlumatlarda iddia edilir ki, vergilər naziri Fazil Məmmədov, nəqliyyat naziri Ziya Məmmədov, AZAL prezidenti Cahangir Əsgərov vitse-prezidentlik sevdasına düşüb. Siyahı adıçəkilən məmurlarla məhdudlaşmır; gələn xəbərlərdə qırmızı xətt kimi adı keçənlər də var, onlardan biri Azərbaycan Dəmiryol QSC rəhbəri Cavid Qurbanov, səhiyyə naziri Oqtay Şirəliyev və təhsil naziri Mikayıl Cabbarov da var. Lakin ikinci siyahıda baş dəmiryolçu istisna olmaqla digərlərinin şansı çox aşağı qiymətləndirilir. Habelə, ilkin siyahıda yer alan baş pilotun da vitse-prezidentlik eşqinə düşməsinə baxmayaraq, imkanları az görünür. Mənbənin sözlərinə görə, baş nazirin müavinləri - Əli Əhmədov, “Qaçqınkom” sədri Əli Həsənov da yeni institutun ilk vitse-prezidenti kimi tarixə düşməyə iddialıdır. Ehtimal olunur ki, Ə.Həsənovun da şansı az deyil. Lakin yekun söz prezidentindir. Hər halda ahıl yaşda olan hazırkı baş nazir Artur Rasizadədən sonra yeni baş nazir olmayacağı da çox uzaqda deyil. Mənbə bildirib ki, ölkə başçısı İlham Əliyevin konstitusiyaya dəyişikliklərlə bağlı qərarı əslində, hakimiyyətdəki bəzi qruplaşmalar üçün olduqca gözlənilməz olub. Amma onlar tələm-tələsik özlərini toparlayaraq yeni mərhələyə qədəm qoymağı bacarıb. Məlum olur ki, birinci vitse-prezident və vitse-prezidentlər müvafiq situasiyalarda prezidentin səlahiyyətlərini icra etmək statusuna malikdirlər. Bu da hakimiyyət daxilində ikincilik uğrunda mübarizəni yenidən alovlanmasına səbəb olub. Xatırladaq ki, bu layihəyə qədər hakimiyyət daxilində baş nazirlik uğrunda savaş gedirdi. Lakin konstitusiyaya dəyişikliklər ediləcəyi təqdirdə baş nazir postunun demək olar ki, əhəmiyyəti qalmayacaq. Ona görə də indidən vitse-prezidentlik uğrunda mübarizəyə start verilib. C.Qurbanovun vitse-prezidentlik sevdası baş nazirlik qədər istəkli görünsə də, rəqiblərin də gücünü azaltmaq olmaz. Üstəlik, baş dəmiryolçu da kifayət qədər korrupsiya ittihamları ilə üzləşib. Dəmiryol QSC sədrinin adı eks-prezidentə sui-qəsddən tutmuş İran kəşfiyyatı ilə əlaqələrədək hallandırılır. Bu günlərdə Dəmiryol QSC-nin sədri, millət vəkili Cavid Qurbanovun müşaviri kimi təqdim olunan Həbib Misirov haqda mediada ilginc məlumatlar yayılmışdı. Cavid Qurbanovun "Azərbaycan Dəmir Yolları" QSC-yə rəhbər təyin olunmasından narazı olması artıq heç kimə sirr deyil. Elə mətbuatda da bu barədə müxtəlif yazılar, aparılan təhlillər göstərir ki, o, məhz nazir olmaq istəyirmiş. Elə axır vaxtlar etdiyi çıxışlar, mətbuat səhifələrində daha tez-tez görünmək də məhz bu istəkdən irəli gəlir. Adi bir fakt. Bir müddət öncə Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2015-ci ilin doqquz ayının sosialiqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclas keçirdi. Həmin iclasdan sonra Cavid Qurbanovdan savayı mətbuata açıqlama verən nazir, məmur olmayıb. Bu günlərdə Türkiyənin hakim Ədalət və Qalxınma partiyası (AKP) növbədənkənar qurultay keçirdi. Türkiyənin və bütün dünyanın diqqət mərkəzində olan həmin qurultayda AKP-nin Genəl Başqanı dəyişdi. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın açıq dəstəyi ilə hakim partiyanın sədri postuna Rabitə və Nəqliyyat naziri Binalı Yıldırımın gətirilməsi Baş nazir kürsüsünün yeni sahibini də müəyyənləşdirmiş oldu. Bu qurultay bizim media tərəfindən də böyük maraqla izlənildi, Binalı Yıldırımla bağlı xəbərlər sosial şəbəkələrin Azərbaycan seqmentində çoxsayda paylaşıldı. Lakin sözügedən qurultayı Azərbaycan cəmiyyəti üçün daha da maraqlı edən bir amil də oldu - “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri, Azərbaycan Milli Məclisinin deputatı Cavid Qurbanovun qardaş ölkənin hakim partiyasının ali tədbirində iştirak etməsi. Azərbaycan və Türkiyənin “bir millət, iki dövlət” olması, iki qardaş cümhuriyyətin prezidentləri arasında siyasi münasibətləri aşan dostluq əlaqələrinin mövcudluğu heç kimə sirr deyil. Ümumiyyətlə, Azərbaycanın istər hakim partiyası, istərsə də müxalifət təşkilatlarının funksionerləri ilə Türkiyənin siyasi elitasındakı müxtəlif fərdlər arasında səmimi münasibətlər mövcuddur. Odur ki, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri, Milli Məclisin deputatı kimi mühüm görəvlərə sahib olan Cavid Qurbanovun da həmin tədbirdə iştirakı qeyri-adi hal sayılmamalı idi. Lakin məsələ ondadır ki, AKP öz növbədən kənar qurultayına xarici ölkələrdən heç bir qonaq dəvət etməmişdi, o cümlədən ötən konqreslərindən fərqlui olaraq bu dəfə Azərbaycanın hakim Yeni Azərbaycan Partiyasının təmsilçiləri də Binalı Yıldırımın yeni post tutmasına şahidlik etmirdi. Elə bu səbəbdən də Cavid Qurbanovun AKP-nin qurultayında iştirakı və yeni sədr, yeni Baş nazir Binali Yıldırımla səmimi görüş şəkillərinin yayılması xüsusi diqqət çəkdi və suallar doğurdu. Çox keçmədən QSC sədri və deputat bu suallara aydınlıq gətirdi. Cavid Qurbanov bildirdi ki, onun Binalı Yıldırımla şəxsi və ailəvi dostluq münasibətləri var. Amma versiyalar onun baş nazir olacağına aparırdı. İndisə vitse-prezidentlik məsələsi aktuallaşıb. Qeyd edək ki, Cavid Qurbanovun Bakının bir sıra ərazilərində özünə təmtəraqlı villalar inşa etməsi, mənzillər alması hamıya məlumdur. C.Qurbanovun təmtərağına görə seçilən imarəti paytaxtın “Vişnyovka” deyilən ərazidə yerləşir. Bu villa üslubuna, təmtərahına görə nəinki C.Qurbanovun özü üçün inşa etdirdiyi tikililərdən, demək olar ki, Azərbaycan məmurlarının inşa etdirdiyi bütün saraylardan seçilir. Ərazidə yaşayanlar əvvəlcə elə bilirdilər ki, burada səhiyyə ocağı tikilir. Əslində bu məlumatlar C.Qurbanovun əlaltıları tərəfindən yayılmışdı. Buna səbəb isə bu villanın sahibinin kimliyini gizlin saxlamaq idi. Lakin çox keçmədi ki, hər şey bəlli oldu. Cavid Qurbanovun tikililəri təkcə bu villa ilə məhdudlaşmır. Belə ki, mənbənin dediyinə görə, onun Badamdar qəsəbəsində də qəsri var.Bu qəsəbə özünün bir sıra xüsusiyyətləri ilə seçilir. Burada Varlılar məhəlləsi yaranıb. 3-4 mərtəbəli villalardan birini də “Azəravtoyol” Departamentinin rəhbəri Cavid Qurbanov inşa etdirib. Villa C.Qurbanovun tabe olduğu nazirliyin şefinə və bir sıra məmurlara məxsus xan saraylarına yaxın ərazidə inşa edilib. Yaşayış məqsədilə tikilən villalarla yanaşı, C.Qurbanovun özü üçün inşa etdirdiyi başqa istehsal müəssisələri, təsərrüfatlar da mövcuddur. Gəlir gətirən obyektlərdən biri “Fidan” restorandır. Bu restoran həm də şadlıq sarayı kimi fəaliyyət göstərir. Əvvəllər bura şadlıq sarayı idi. İndi həyətində kiçik evciklər tikilir.
Deməli, obyekt restoran kimi fəaliyyətini genişləndirmək istəyir








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Həmid Herisçi kimə və nəyin minnətini vurur? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:52
"Zirə" Estoniyada "Payde" ilə üz-üzə gələcək -UEFA Konfrans Liqası
Bu gün, 09:46
Azərbaycan neftinin qiyməti 100 dolları ötüb
Bu gün, 09:45
GL Group ABŞ-da dörd neft-qaz aktivini əldə edən ilk Azərbaycan şirkəti olub - Tarixi nailiyyət
Bu gün, 09:10
Azərbaycanlılar və ermənilər YENİ qurum yaradır? – REAKSİYA
Bu gün, 08:59
Lavrov və Rubio arasında görüş başlayıb
Bu gün, 08:57
Neftin qiyməti 96 dolları ötüb
Bu gün, 08:56
İlqar Məmmədov deputatı YIXIB-SÜRÜDÜ... - "Yüngül çəkili intellektuallar..."
Bu gün, 08:16
Camaat qaz vurub qazan doldurur.... - BİZ İSƏ...
Bu gün, 08:10
Rusiya da öz vətəndaşlarına SANKSİYA TƏTBİQ EDİR - BUNDAN SONRA...
Bu gün, 08:04
O andan sonra heç nə əvvəlki kimi olmur... - Günel Musa yazır...
Bu gün, 07:47
Kamal müəllim Monteneqroya NİYƏ GETMİŞDİ? - Biz deyirik İŞ DALINCA... Onlar deyir AŞ DALINCA!
Bu gün, 07:43
Qarşılayın: Karen Vardaryan... - REPLİKA
Bu gün, 07:36
Saleh Məmmədovun oğurladığı PULLAR Almaniyada ÜZƏ ÇIXDI
Bu gün, 07:21
Bakcell “Asan Könüllüləri”nin 2-ci yay festivalının tərəfdaşı olub - FOTOLAR
Bu gün, 07:15
Tural Sadıqlı Bakıya gəlir: Onun bağışlanacaq əməlləri... – Vəkil açıqladı
Bu gün, 07:08
ABŞ ordusunun İran və İraq arasındakı keçid məntəqəsinə hücumu nəticəsində 2 nəfər ölüb, 11 nəfər yaralanıb
Bu gün, 07:05
215 minlik borcu olan "Akyol İnternational" MMC kimindir? - FOTO
Bu gün, 07:00
Kinematoqrafçılar İttifaqında yenə ara qarışıb: Təşkilat bağlana bilər - QALMAQAL
Bu gün, 06:58
Ana Təbiətin NANKOR ÖVLADI: "Hacı Mazan" İŞ BAŞINDA!
Bu gün, 06:56
Bakı Neft Energetika Kollecinin vergi borcu üzə çıxdı - FOTOFAKT
Bu gün, 06:49
"Gördüm vəziyyət daha da pisləşir, dərhal müalicəyə başladıq"
Bu gün, 06:46
ABŞ İrana qarşı hərbi əməliyyatları genişləndirməyə hazırlaşır - WSJ
Bu gün, 06:43
Dövlət qurumu yarım milyonluq tenderi «İdeal Motors»a verdi - TƏFƏRRÜAT
Bu gün, 06:41
İmişlidə suvarma suyu balıq hövzələrinə axır - BU NƏDİ BELƏ?
Bu gün, 06:39
“Sədərək” və “Binə” bağlana bilər – Gözlənilməz durum
Bu gün, 06:30
Binəqədinin sabiq bələdiyyə sədrləri məhşər ayağına çəkilə bilər... - İTTİHAM VAR...
Bu gün, 06:28
Fransada istilər minlərlə insanın ölümünə səbəb olub - KİV
Bu gün, 06:19
“Aqrarkredit”in 1,2 milyonluq villası hərraca çıxarılır – FOTOLAR
Dünən, 18:17
"Dərmanların qiymətini Tarif Şurası deyil, bazar müəyyən etməlidir" - Adil Qeybulladan ETİRAZ
Dünən, 18:02
Nənə və nəvələri maşınla vuraraq hadisə yerindən qaçan sürücü azadlığa buraxıldı - TƏFƏRRÜAT
Dünən, 17:53
Elmar Vəliyevlə əlaqələndirilən “Gəncə Bazar Ticarət Mərkəzi” satışa çıxarıldı - BU QİYMƏTƏ...
Dünən, 17:51
“Payızda müharibə olacaq” - Karapetyan
Dünən, 17:49
Azərbaycanlı model məhkəməni uddu
Dünən, 17:35
Bakıda makler ev yiyəsini görün necə aldatdı – İnanılmaz olay
Dünən, 17:31
"Hər kəs bilsin ki, belə şəxslərə güvənmək olmaz..." - ETİRAZ VAR...
Dünən, 17:27
ABŞ Yaxın Şərq üzərindən Ermənistanı “vurur”: - Cənubi Qafqazda yeni “savaş poliqonu” yaranır
Dünən, 17:18
Şirkətlər “Expressbank“dan pullarını geri çəkdi - SƏBƏB
Dünən, 16:53
Sosial müavinət və işə düzəltmək vədi ilə 45 min manatlıq dələduzluq - TƏFƏRRÜAT
Dünən, 16:47
"Azərbaycan Dəmir Yolları"na 760 manat ziyan vuran şəxslər cəzalandırıldı
Dünən, 16:45
"Avropa İttifaqında Rusiyaya qarşı yeni sanksiyalar ətrafında fikir ayrılığı dərinləşir" - "Financial Times"
Dünən, 16:32
BU DA BAKIYA “DƏRS KEÇMƏYƏ” QALXDI... - Nə səviyyəsi, nə də başı üçün deyil
Dünən, 16:29
Üç azərbaycanlı Ermənistanda şirkət açıb - SİYAHI
Dünən, 16:02
Paşinyanın daha bir rəqibinin toxunulmazlığı ləğv olundu - KİV
Dünən, 16:01
Kreml Rusiya və Almaniya nümayəndələrinin Bakıda görüş keçirməsi barədə məlumatlı deyil - AÇIQLAMA
Dünən, 15:50
Bizə Rusiyadan niyə DOST OLMAZ... - ÇÜNKİ...
Dünən, 15:46
Yeni geosiyasi reallıq: Diqtə edən tərəf Bakıdır - İNCƏLƏMƏ
Dünən, 15:41
İran təslim olmadı, ABŞ planını dəyişdi - ŞƏRH
Dünən, 15:39
Rüfət Əhmədzadənin meyiti aşkarlandı
Dünən, 15:32
Tehran ABŞ-la sazişin bərpası imkanını qoruyub saxlayır - İRNA
Dünən, 15:30
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru