Cahangir Əsgərov Azad Rəhimova qəzəbləndi – Şok qovğa!
Tarix: 15-06-2016, 10:56 | Çap et
 Gənclər və İdman Nazirliyinin (GİN) Azərbaycanın 4 ağır atletinin orqanizmində yasaqlı maddə (dopinq) aşkarlanması barədə açıqlaması aranı qarışdırıb. Belə ki, Azərbaycan Ağır Atletika Federasiyasının (AAF) prezidenti Cahangir Əsgərov (o, eyni zamanda "Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) prezidentidir) açıqlamadan ciddi narazı qalıb. Bu barədə Qaynarinfo.az-a məlumatlı mənbədən bildirilib.
Xatırladaq ki, dünən yayılan məlumata görə, Azərbaycanın Olimpiya millisinin Yay Olimpiya Oyunlarına qazandığı lisenziyaların 4-ü alına bilər, yəni komandamız Braziliyaya ağırlıqqaldıranlarsız gedə bilər. Buna səbəb ağır atletlərimizdən Elxan Əliquluzadə, Silviya Angelova, Firudin Quliyev, Valentin Xristov, Dadaş Dadaşbəyli və İntiqam Zairovun orqanizmində istifadəsi qadağan preparat aşkarlanmasıdı.
Ölkəmiz məhz bu idmançıların hesabına ABŞ-ın Hyuston şəhərində keçirilən dünya çempionatında 16-cı yeri tutaraq, Rioya 4 lisenziya əldə etmişdi. Lakin artıq Beynəlxalq Ağırlıqqaldırma Federasiyası dopinq səbəbi ilə 6 atletimizin nəticəsini rəsmən ləğv edib. Bu səbəbdən də ötən ilin sonunda qazanılan lisenziyaların ölkəmizdən alınacağı gözləniləndi.
Elə dünən Azad Rəhimovun nazirliyi bu barədə geniş qaçıqlama verib və açıqlamada baş verənlərə görə məsuliyyət AAF-ın üzərinə qoyulub. GİN-dən yayılan açıqlamada bildirilib ki, dopinqlə mübarizə məqsədi ilə, 10 ildən artıqdır ki, Gənclər və İdman Nazirliyinin nəzdində dopinqlə mübarizə şöbəsi yaradılıb: "Xüsusi olaraq vurğulamaq yerinə düşər ki, Nazirlik MDB ölkələri arasında idmançıların dopinq nümunələrini mütəmadi olaraq yoxlamağa göndərən ölkələr arasında ilk üçlükdədir.
Məlumatda bildirilib ki, ölkəmizdə keçirilən ilk Avropa oyunları zamanı Nazirlik Avropa Olimpiya Komitəsi ilə idmançıların dopinq yoxlamadan keçməsi istiqamətində işlərini yüksək səviyyədə qurmağı bacarıb.
Lakin, bir daha vurğulamaq yerinə düşər ki, idmançıların təlim məşq toplantılarına qatılması, yarışlara ezam olunması baş məşqçi tərəfindən aparılır. Federasiyalar ilk növbədə idmançılar üzərində nəzarəti daha da möhkəmləndirməli, mütəmadi şəkildə idmançıların dopinq müayinələrinin aparılması üçün nazirliyə müraciət etməlidir.
Diqqətə çatdırmaq istərdim ki, biz, nazirlik olaraq öz növbəmizdə bütün federasiyalara dopinq yoxlamaları ilə bağlı yeniliklər, tərkibində dopinq olan yeni dərman ləvazimatlarının siyahısını mütəmadi təqdim edirik. Bütün lazimi işlərin aparılmasına baxmayaraq, əfsuslar olsun ki, bəzi hallarda diqqətsizlik nəticəsində içilən hansısa maye və ya yemək idmançının dopinqə düşməsinə səbəb ola bilər. Bu səbəbdən idmançıları çəkdikləri zəhmətin bəhrəsinin hədər getməməsi məqsədi ilə maksimal dərəcədə diqqətli olmağa çağırırıq. Biz baş verən bu hadisə ilə bağlı çox narahatıq və bu istiqamətdə lazımi tədbirlər görüləcək”.
Göründüyü kimi, GİN dopinq qalmaqalının bütün məsuliyyətini və günahını AAF-ın üzərinə atıb. Elə Cahangir Əsgərovu da qəzəbləndirən bu olub. AZAL "şef”i nazirlikdən məsələ ilə bağlı bu tonda açılqama verilməsini özünə qarşı addım sayır.
Onun belə düşünməyə məcbur edən isə iki oliqarx arasındakı soyuqluqdur. İddialara görə, Əsgərovla Rəhimov arasında münasibətlər uzun müddətdir isti deyil. Səbəbin konkret nə olduğu məlum deyil. Amma versiyalardan biri 2014-cü ildə başqa bir dopinq qalmaqalı zamanı Azad Rəhimovun bu barədə höküməti ən yüksək səviyyədə məlumatlandırdılqdan sonra AAF-ın bir sıra məsul şəxslərinin ciddi cəzalandırılmasıdır. Əldə etdiyimiz məlumata görə, cəzalananlardan biri Cahangir Əsgərovun çox yaxın qohumu olub və federasiyada yüksək post tutub.
AZAL "şef”i onun AAF-dan qovulmasını istəməsə də, A.Rəhimovun israrları sonda bəhrə verib. Bundan sonra iki oliqarxın münasibətləri xeyli korlanıb.
Hətta həmin vaxt C.Əsgərovun AAF prezidenti postunu buraxmaq istədiyi də deyilirdi.
Xatırladaq ki, iki il əvvəlki yasaqlı maddə skandalına görə, AZAL prezidentinin rəhbəro olduğu federasiya Beynəlxalq Ağırlıqqaldırma Federasiyası tərəfindən yarım milyon manat (500 min AZN) məbləğində cərimələnmişdi.
Bu dəfəki dopinq qalmaqalınının və iki iri məmur arasındakı "soyuq savaş”ın necə nəticələnəcəyini isə zaman göstərəcək.

|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • “Aqrarkredit”in 1,2 milyonluq villası hərraca çıxarılır – FOTOLAR
Dünən, 18:17 |
|
|
|
| • "Dərmanların qiymətini Tarif Şurası deyil, bazar müəyyən etməlidir" - Adil Qeybulladan ETİRAZ
Dünən, 18:02 |
|
|
|
| • Nənə və nəvələri maşınla vuraraq hadisə yerindən qaçan sürücü azadlığa buraxıldı - TƏFƏRRÜAT
Dünən, 17:53 |
|
|
|
| • Elmar Vəliyevlə əlaqələndirilən “Gəncə Bazar Ticarət Mərkəzi” satışa çıxarıldı - BU QİYMƏTƏ...
Dünən, 17:51 |
|
|
|
| • “Payızda müharibə olacaq” - Karapetyan
Dünən, 17:49 |
|
|
|
| • Azərbaycanlı model məhkəməni uddu
Dünən, 17:35 |
|
|
|
| • Bakıda makler ev yiyəsini görün necə aldatdı – İnanılmaz olay
Dünən, 17:31 |
|
|
|
| • "Hər kəs bilsin ki, belə şəxslərə güvənmək olmaz..." - ETİRAZ VAR...
Dünən, 17:27 |
|
|
|
| • ABŞ Yaxın Şərq üzərindən Ermənistanı “vurur”: - Cənubi Qafqazda yeni “savaş poliqonu” yaranır
Dünən, 17:18 |
|
|
|
| • Şirkətlər “Expressbank“dan pullarını geri çəkdi - SƏBƏB
Dünən, 16:53 |
|
|
|
| • Sosial müavinət və işə düzəltmək vədi ilə 45 min manatlıq dələduzluq - TƏFƏRRÜAT
Dünən, 16:47 |
|
|
|
| • "Azərbaycan Dəmir Yolları"na 760 manat ziyan vuran şəxslər cəzalandırıldı
Dünən, 16:45 |
|
|
|
| • "Avropa İttifaqında Rusiyaya qarşı yeni sanksiyalar ətrafında fikir ayrılığı dərinləşir" - "Financial Times"
Dünən, 16:32 |
|
|
|
| • BU DA BAKIYA “DƏRS KEÇMƏYƏ” QALXDI... - Nə səviyyəsi, nə də başı üçün deyil
Dünən, 16:29 |
|
|
|
| • Üç azərbaycanlı Ermənistanda şirkət açıb - SİYAHI
Dünən, 16:02 |
|
|
|
| • Paşinyanın daha bir rəqibinin toxunulmazlığı ləğv olundu - KİV
Dünən, 16:01 |
|
|
|
| • Kreml Rusiya və Almaniya nümayəndələrinin Bakıda görüş keçirməsi barədə məlumatlı deyil - AÇIQLAMA
Dünən, 15:50 |
|
|
|
| • Bizə Rusiyadan niyə DOST OLMAZ... - ÇÜNKİ...
Dünən, 15:46 |
|
|
|
| • Yeni geosiyasi reallıq: Diqtə edən tərəf Bakıdır - İNCƏLƏMƏ
Dünən, 15:41 |
|
|
|
| • İran təslim olmadı, ABŞ planını dəyişdi - ŞƏRH
Dünən, 15:39 |
|
|
|
| • Rüfət Əhmədzadənin meyiti aşkarlandı
Dünən, 15:32 |
|
|
|
| • Tehran ABŞ-la sazişin bərpası imkanını qoruyub saxlayır - İRNA
Dünən, 15:30 |
|
|
|
| • Xaricdən gətirilən armaturlardan gömrük rüsumu tutulması – EVLƏRİ BAHALAŞDIRACAQ
Dünən, 15:24 |
|
|
|
| • “Azərbaycan jurnalistikasının qarşısında böyük imkanlarla yanaşı, böyük məsuliyyət də dayanır” - Günay Əfəndiyeva
Dünən, 13:58 |
|
|
|
| • Moskva və Ankara "Mavi axın"a edilən hücumları qapalı rejimdə müzakirə edir
Dünən, 13:15 |
|
|
|
| • Ağdamda xəstəxana tikintisinin davamına daha 16 milyon sərf olunacağı proqnozlaşdırılıb
Dünən, 13:03 |
|
|
|
| • “Qaçqınkom” bizi köçürmür, hər an bu divar uşaqların üstünə uça bilər” - NARAZILIQ VAR...
Dünən, 12:58 |
|
|
|
| • Özəlin açıqlamasından sonra 400 min nəfər istefa verdi... – CHP-də “siyasi zəlzələ”
Dünən, 12:55 |
|
|
|
| • Zəngəzurdan Moskvaya ZƏRBƏ – Sokolov kimin adamıdır?
Dünən, 12:49 |
|
|
|
| • "Arzum" ləqəbli bloqer ev dustaqlığına buraxılıb - QƏRAR
Dünən, 12:45 |
|
|
|
| • Çağrılmamış qonaqlar... - Bu, çox ciddi məsələdir...
Dünən, 12:43 |
|
|
|
| • Mülayim şərq küləyi əsəcək - belə deyirlər...
Dünən, 12:39 |
|
|
|
| • AZAL media nümayəndələri üçün intellektual yarış təşkil etdi - Fotolar, VİDEO
Dünən, 12:37 |
|
|
|
| • Bakıda Bakıdan xəbərsiz MƏXFİ görüş – Əliyev də ondan danışdı...
Dünən, 12:18 |
|
|
|
| • FHN-nin Dövlət Ekspertiza Baş İdarəsindən şübhəli müqavilələr – Milyon yarım manat haralara gedir
Dünən, 12:16 |
|
|
|
| • “Tofiq Mirzəyev Bakıda dəfn olunmağı arzulayırdı” - Fərhad Xəlilov
Dünən, 12:12 |
|
|
|
| • Onlar görəvdən ALINDI - FOTO
Dünən, 12:11 |
|
|
|
| • Ermənistanda Müdafiə Nazirliyinin vəzifəli şəxsi dizel yanacağını mənimsəməkdə ittiham olunur - KİV
Dünən, 11:49 |
|
|
|
| • "2 ildir su artezian quyusunun mühərriki işləmir..." - NARAZILIQ VAR...
Dünən, 11:42 |
|
|
|
| • “Bir Ecosystem”də YENİ TƏYİNAT - BUNDAN SONRA...
Dünən, 11:36 |
|
|
|
| • Bakı Berlinə yaxınlaşır: Mühüm səfərin pərdəarxası - İNCƏLƏMƏ
Dünən, 11:25 |
|
|
|
| • Paşinyanın referendum XOFU - ŞƏRH
Dünən, 11:13 |
|
|
|
| • Arzumun növbəti məhkəməsidir: Amalın xanımı hökmdən narazıdır - TƏFƏRRÜAT
Dünən, 11:02 |
|
|
|
| • İrəvanın “Made in USA” niyyəti - Bakının reaksiyası...
Dünən, 10:59 |
|
|
|
| • Dövlət qayğısı milli mətbuatın inkişafının əsas təməlidir - MƏQALƏ
Dünən, 10:51 |
|
|
|
| • Elnarə Abdullayeva qardaşının ölümündən danışdı: - "63 yaş nədir ki..."
Dünən, 10:50 |
|
|
|
| • "`AzəriQaz` veteranın 37,50 manat ezamiyyə puluna göz dikib?" - GİLEY
Dünən, 10:43 |
|
|
|
| • “Dilarə mənə gəlin yox, qız oldu, Oqtayı güc-bəla ilə razı saldıq ki...” - Səhhətində problem yaranan Xalq artisti
Dünən, 10:32 |
|
|
|
| • Qanunsuz tikilinin qarşısını almaq istəyən məmurlara əsa ilə hücum etdilər – MƏHKƏMƏ
Dünən, 10:30 |
|
|
|
| • İlham Əliyevdən şok açıqlama: Bakıda keçirilən rus-alman görüşünü ondan kim və niyə gizlədib? - İLGİNC
Dünən, 10:22 |
|
|
|
|