Yevlax ƏSMM-in direktoru şəhid olmuş şəxsin statusunu pula görə ləğv elətdirib - RƏZALƏT
Tarix: 2-05-2016, 09:46 | Çap et
 Azərbaycanda məmur özbaşınalığı bəzən sərhədd tanımır. Hətta elə hallar olur ki, məmurlar şəhid ailələrinə qarşı belə o qədər ədalətsiz davranırlar ki, onlar övladlarının nəşini götürüb, ölkəni tərk etmək istəyirlər. JAM.AZ xəbər verir ki, analoji hadisə Yevlax şəhərində yaşanır və Əhmədova ailəsi artıq nə edəcəyini bilmir. Şəhid Rəfael Əhmədov 1999-cu ildə Füzuli rayonunda hərbi xidmətdə olarkən düşmənin atdığı mərminin partlaması nəticəsində ağır yaralanıb. Kəşfiyyat bölümündə xidmət edən Rəfael döyüş yoldaşları ilə birlikdə hərbi tapşırığı yerinə yetirib, geri dönərkən düşmənə tuş gəliblər və 6 əsgər yoldaşı ilə birlikdə şəhid olublar. Rəfael bu zaman ağır yaralı vəziyyətdə hospitala aparılıb və orada bir neçə gün qaldıqdan sonra dünyasını dəyişib. Şəhid atamı Mətləb Əhmədov JAM.AZ-a bildirib ki, 1981-ci il təvəllüdlü oğlunun nəşini hospitaldan Müdafiə Nazirliyinin rəsmiləri Yevlax şəhərinə gətiriblər və sabiq Prezident, Ümummilli Lider Heydər Əliyevin tapşırığı əsasında rayondakı Şəhidlər Xiyabanında dəfn olunub. В«Həmin dəfndə rayon rəhbərliyi, Bakıdan gələn nümayəndələr də iştirak ediblər. Hətta telekanallarda bu dəfn mərasimindən reportaj da yayımlanıbВ». Mətləb Əhmədov deyir ki, oğlunun şəhid olmasını Müdafiə Nazirliyi də təsdiq edib. Nazirlikdən göndərilən rəsmi sənədə əsasən o, şəhid sayılıb. В«Bütün sənədləri Yevlax Sosial Müdafiə Mərkəzinə göndərdik. Mərkəzin direkioru Zərifə Əzizova sənədləri qəbul edib, baxdıqdan sonra bizə bildirdi ki, bəs, guya, oğlumuz şəhid sayılmır. Bu səbəbdən də bizə qanuni düşən kompensasiyanın ödəməkdən boyun qaçırır. İllərdir bizi süründürürВ». Şəhid atası JAM.AZ-a deyib ki, axırda məcbur qalıb məhkəməyə müraciət etməli olublar. 24 noyabr 2015-ci ildə Yevlax Məhkəməsi Rəfael Əhmədovun şəhid olmasını təsdiq edən qətnamə çıxarıb. В«Lakin Zərifə Əzizova bu qətnaməni saya salmayaraq, həmin qərardan Şəki Apelyasiya Məhkəməsinə şikayət edib. Şəki İnzibati İqtisad Məhkəməsində məsələyə baxıldıqdan sonra hakimlər qətnəma çıxardılar ki, bəs, oğlumuz guya şəhid olmayıb. Belə bir qərarı hansı haqla çıxardıqları məlum deyil. Böyük ehtimalla Zərifə Əzizova belə bir qətnamənin çıxarılmasını sifariş edib. Əks təqdirdə, rəsmi sənədlər varkən məhkəmə bu cür ədaltsiz yanaşma ortaya qoya bilməzdiВ». Şəhid Rəfael Əhmədovun anası rus əsillidir. İrina Əhmədova JAM.AZ-a bildirir ki, o, əslən rus olsa da, hər zaman özünü Azərbaycan vətəndaşı sayıb və oğlunu da Azərbaycana sevgi, məhəbbət ruhunda böyüdüb. O deyir ki, oğlunun Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olmasından da qürur duyur. Lakin üzləşdiyi haqsızlıqdan dolayı dəhşət içindədir. В«Mən oğlumu doğma vətənim Azərbaycanın torpaqlarını qorumaq üçün böyütdüm. Əsgərliyə yola saldım. Vətəni qorumaq üçün cəbhə xəttində olanda da dəstəyimi əsirgəmədim. Bəzi valideynlər kimi pul verib, uşağımı arxa cəbhəyə də saldıra bilərdim. Amma etmədim, çünki o da bu torpağın oğluydu və onu qorumaq oğlumun da haqqıydı. Lakin yerli məmurların, Zərifə Əzizova kimilərin pula görə şəhid ailəsinə qarşı bu qədər amansız, qəddar davranması, övladım döyüş tapşırığını yerinə yetirərkən şəhid olmasını inkar etməsini qəbullana bilmirəmВ». İrina Əhmədova qeyd edir ki, onlara edilən təzyiqlər, haqsızlıqlar elə bir həddə çatıb ki, təkcə özü və ailə üzvlərini deyil, eləcə şəhid oğlunun nəşini də götürüb Azərbaycanı tərk etmək istəyir. В«Mən Cənab Prezident İlham Əliyevdən xahiş edirəm ki, bu məmur özbaşınalığının qarşısını alsın. Bizə bu işdə yardımçı olsun. Bu qədər təzyiqin qarşısında duruş gətirmək, bunca ədalətsizliyə dözə bilmirik. Mən ümid edirəm ki, dövlətimizin başçısı səsimizi eşidib, məmur özbaşınalığına son qoyacaq və bizim qanuni haqqımızın tanınmasına yardımçı olacaq. Əks təqdirdə, mən, həyat yoldaşım və ailə üzvlərim şəhid oğlumuzun nəşini də alıb ölkədən getmək məcburiyyətində qalacağıqВ». Qeyd edək ki, hazırda məsələ Ali Məhkəmədədir və kassasiya şikayətinə iyun ayında baxılacağı gözlənilir. Məsələ ilə bağlı ilgili qurumların da mövqeyini dərc etməyə hazırıq.


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • “Aqrarkredit”in 1,2 milyonluq villası hərraca çıxarılır – FOTOLAR
Dünən, 18:17 |
|
|
|
| • "Dərmanların qiymətini Tarif Şurası deyil, bazar müəyyən etməlidir" - Adil Qeybulladan ETİRAZ
Dünən, 18:02 |
|
|
|
| • Nənə və nəvələri maşınla vuraraq hadisə yerindən qaçan sürücü azadlığa buraxıldı - TƏFƏRRÜAT
Dünən, 17:53 |
|
|
|
| • Elmar Vəliyevlə əlaqələndirilən “Gəncə Bazar Ticarət Mərkəzi” satışa çıxarıldı - BU QİYMƏTƏ...
Dünən, 17:51 |
|
|
|
| • “Payızda müharibə olacaq” - Karapetyan
Dünən, 17:49 |
|
|
|
| • Azərbaycanlı model məhkəməni uddu
Dünən, 17:35 |
|
|
|
| • Bakıda makler ev yiyəsini görün necə aldatdı – İnanılmaz olay
Dünən, 17:31 |
|
|
|
| • "Hər kəs bilsin ki, belə şəxslərə güvənmək olmaz..." - ETİRAZ VAR...
Dünən, 17:27 |
|
|
|
| • ABŞ Yaxın Şərq üzərindən Ermənistanı “vurur”: - Cənubi Qafqazda yeni “savaş poliqonu” yaranır
Dünən, 17:18 |
|
|
|
| • Şirkətlər “Expressbank“dan pullarını geri çəkdi - SƏBƏB
Dünən, 16:53 |
|
|
|
| • Sosial müavinət və işə düzəltmək vədi ilə 45 min manatlıq dələduzluq - TƏFƏRRÜAT
Dünən, 16:47 |
|
|
|
| • "Azərbaycan Dəmir Yolları"na 760 manat ziyan vuran şəxslər cəzalandırıldı
Dünən, 16:45 |
|
|
|
| • "Avropa İttifaqında Rusiyaya qarşı yeni sanksiyalar ətrafında fikir ayrılığı dərinləşir" - "Financial Times"
Dünən, 16:32 |
|
|
|
| • BU DA BAKIYA “DƏRS KEÇMƏYƏ” QALXDI... - Nə səviyyəsi, nə də başı üçün deyil
Dünən, 16:29 |
|
|
|
| • Üç azərbaycanlı Ermənistanda şirkət açıb - SİYAHI
Dünən, 16:02 |
|
|
|
| • Paşinyanın daha bir rəqibinin toxunulmazlığı ləğv olundu - KİV
Dünən, 16:01 |
|
|
|
| • Kreml Rusiya və Almaniya nümayəndələrinin Bakıda görüş keçirməsi barədə məlumatlı deyil - AÇIQLAMA
Dünən, 15:50 |
|
|
|
| • Bizə Rusiyadan niyə DOST OLMAZ... - ÇÜNKİ...
Dünən, 15:46 |
|
|
|
| • Yeni geosiyasi reallıq: Diqtə edən tərəf Bakıdır - İNCƏLƏMƏ
Dünən, 15:41 |
|
|
|
| • İran təslim olmadı, ABŞ planını dəyişdi - ŞƏRH
Dünən, 15:39 |
|
|
|
| • Rüfət Əhmədzadənin meyiti aşkarlandı
Dünən, 15:32 |
|
|
|
| • Tehran ABŞ-la sazişin bərpası imkanını qoruyub saxlayır - İRNA
Dünən, 15:30 |
|
|
|
| • Xaricdən gətirilən armaturlardan gömrük rüsumu tutulması – EVLƏRİ BAHALAŞDIRACAQ
Dünən, 15:24 |
|
|
|
| • “Azərbaycan jurnalistikasının qarşısında böyük imkanlarla yanaşı, böyük məsuliyyət də dayanır” - Günay Əfəndiyeva
Dünən, 13:58 |
|
|
|
| • Moskva və Ankara "Mavi axın"a edilən hücumları qapalı rejimdə müzakirə edir
Dünən, 13:15 |
|
|
|
| • Ağdamda xəstəxana tikintisinin davamına daha 16 milyon sərf olunacağı proqnozlaşdırılıb
Dünən, 13:03 |
|
|
|
| • “Qaçqınkom” bizi köçürmür, hər an bu divar uşaqların üstünə uça bilər” - NARAZILIQ VAR...
Dünən, 12:58 |
|
|
|
| • Özəlin açıqlamasından sonra 400 min nəfər istefa verdi... – CHP-də “siyasi zəlzələ”
Dünən, 12:55 |
|
|
|
| • Zəngəzurdan Moskvaya ZƏRBƏ – Sokolov kimin adamıdır?
Dünən, 12:49 |
|
|
|
| • "Arzum" ləqəbli bloqer ev dustaqlığına buraxılıb - QƏRAR
Dünən, 12:45 |
|
|
|
| • Çağrılmamış qonaqlar... - Bu, çox ciddi məsələdir...
Dünən, 12:43 |
|
|
|
| • Mülayim şərq küləyi əsəcək - belə deyirlər...
Dünən, 12:39 |
|
|
|
| • AZAL media nümayəndələri üçün intellektual yarış təşkil etdi - Fotolar, VİDEO
Dünən, 12:37 |
|
|
|
| • Bakıda Bakıdan xəbərsiz MƏXFİ görüş – Əliyev də ondan danışdı...
Dünən, 12:18 |
|
|
|
| • FHN-nin Dövlət Ekspertiza Baş İdarəsindən şübhəli müqavilələr – Milyon yarım manat haralara gedir
Dünən, 12:16 |
|
|
|
| • “Tofiq Mirzəyev Bakıda dəfn olunmağı arzulayırdı” - Fərhad Xəlilov
Dünən, 12:12 |
|
|
|
| • Onlar görəvdən ALINDI - FOTO
Dünən, 12:11 |
|
|
|
| • Ermənistanda Müdafiə Nazirliyinin vəzifəli şəxsi dizel yanacağını mənimsəməkdə ittiham olunur - KİV
Dünən, 11:49 |
|
|
|
| • "2 ildir su artezian quyusunun mühərriki işləmir..." - NARAZILIQ VAR...
Dünən, 11:42 |
|
|
|
| • “Bir Ecosystem”də YENİ TƏYİNAT - BUNDAN SONRA...
Dünən, 11:36 |
|
|
|
| • Bakı Berlinə yaxınlaşır: Mühüm səfərin pərdəarxası - İNCƏLƏMƏ
Dünən, 11:25 |
|
|
|
| • Paşinyanın referendum XOFU - ŞƏRH
Dünən, 11:13 |
|
|
|
| • Arzumun növbəti məhkəməsidir: Amalın xanımı hökmdən narazıdır - TƏFƏRRÜAT
Dünən, 11:02 |
|
|
|
| • İrəvanın “Made in USA” niyyəti - Bakının reaksiyası...
Dünən, 10:59 |
|
|
|
| • Dövlət qayğısı milli mətbuatın inkişafının əsas təməlidir - MƏQALƏ
Dünən, 10:51 |
|
|
|
| • Elnarə Abdullayeva qardaşının ölümündən danışdı: - "63 yaş nədir ki..."
Dünən, 10:50 |
|
|
|
| • "`AzəriQaz` veteranın 37,50 manat ezamiyyə puluna göz dikib?" - GİLEY
Dünən, 10:43 |
|
|
|
| • “Dilarə mənə gəlin yox, qız oldu, Oqtayı güc-bəla ilə razı saldıq ki...” - Səhhətində problem yaranan Xalq artisti
Dünən, 10:32 |
|
|
|
| • Qanunsuz tikilinin qarşısını almaq istəyən məmurlara əsa ilə hücum etdilər – MƏHKƏMƏ
Dünən, 10:30 |
|
|
|
| • İlham Əliyevdən şok açıqlama: Bakıda keçirilən rus-alman görüşünü ondan kim və niyə gizlədib? - İLGİNC
Dünən, 10:22 |
|
|
|
|