Məni təhdid edirlər .....                     Bakıda kişi özünə yeni telefon alan arvadını döydü: Hər mesaja bir SİLLƏ .....                     Rəqsanə həbsdən sonra tanınmaz halda .....                     Kreml İrəvanı “iqtisadi kollaps” ilə hədələyir: .....                     Kəşfiyyat Nazirliyi də anlamırsa... .....                     Qusar yollarında 10 manatlıq "Biznes Klas": 839 min manatlıq tenderin sirli qalibi .....                     İranın KƏŞFİYYATI BUDURSA... .....                     Minlərlə azərbaycanlını narahat edən QƏRAR .....                     Zaur Mikayılovun apardığı islahatlar Mafizət Cəfərovdan niyə yan keçdi .....                     Nanə yeni mövsümdə qayıdır .....                     İran müharibəyə məcbur edilsə, çox yaxşı müdafiə olunacaq .....                     Sazonovun avtomobili partladıldı .....                     Tehranın türk qorxusu: .....                     264 keçmiş millət vəkili CHP-dən istefa verdi .....                     Məmura oğru deyən vətəndaş 1200 manat CƏRİMƏLƏNDİ .....                     “Facebook”da sosial və siyasi məzmunlu paylaşımlara ən çox kim pul xərcləyib? .....                     Fuad İsmayılov işdən çıxarıldı .....                     “Qolum işləmir, stresdən yata bilmirəm” .....                     Anar Bayramov daha bir xəstəxana direktorunu yola salır .....                     Yunan Allahlarını inkar edənləri də cəzalandırmaq lazımdır... .....                     İsrail İranın enerji infrastrukturuna zərbə endirmək istəyir, ABŞ isə buna qarşıdır .....                     Abşeronneft NQÇİ-nin vəzifəli şəxsi SOCAR-ın İŞLƏK NEFT BORULARINI KƏSİB SATIR .....                     Zaxarovanın ikibaşlı Qarabağ açıqlaması .....                     "Aqroservis" auditor seçib .....                     Neftin bahalaşması Azərbaycan büdcəsinə necə təsir edib? .....                     Vladimir Putin Prezident İlham Əliyevə zəng edib .....                     Malları əlində qalan ermənilər... .....                     “Boskalis” şirkəti Azərbaycandakı törəmə şirkəti və filialını bağlamaq .....                     Peskovun həyat yoldaşı Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir? .....                     Dövlət Reklam Agentliyi auditor seçir .....                     100-ə yaxın hərbçi Nazirlər Kabinetindən şikayətçidir .....                     Yağışdan sonra çoxalan göbələklər: Rusiyada axmaqların sayı artır .....                     Rusiyanın yanacaq böhranı Azərbaycana bunları vəd edir .....                     İstirahət mərkəzinin rəhbəri böyük məbləğdə .....                     Elşad Xose xəstəxanaya yerləşdirildi .....                     MİDA-dan ev almaq istəyənləri aldadan şəxslərin cəzaları ağırlaşdırıldı .....                     Tramp onun Bakıya səfərini paylaşdı .....                     Ermənilər Gümrüdən Türkiyəyə dəmir yolu ilə getdilər .....                     SOCAR-a yaxın daha bir şirkət .....                     Zabratda Ulu Öndərin şərəfinə salınan park məhv edilir .....                 

PREZİDENTİN KÜRƏKƏNİ SİYASƏTƏ İDDİALI DEYİL
Tarix: 6-04-2012, 11:48 | Çap et
PREZİDENTİN KÜRƏKƏNİ SİYASƏTƏ İDDİALI DEYİL

“MƏN İŞ ADAMIYAM, MUSİQİÇİYƏM”

Rusiyada yaşayan tanınmış azərbaycanlı bəstəkar-müğənni və iş adamı Emin Ağalarovun APA-nın Moskva müxbirinə müsahibəsi

- Bir müddət əvvəl Londonda təqdimatı keçirilən “After the Thunder” albomu haqqında nə deyə bilərsiniz?

- Fikrimcə, albom çox maraqlı alınıb. Bu günə kimi çıxan albomların içində sayca altıncıdır və digərlərindən çox fərqlənir. Bu günə kimi belə albomum olmayıb. Albomda 12 mahnı yer alıb, onlardan 11-nin müəllifi özüməm. Bu albomdakı mahnılar dinamik və ritmikdir. Düşünürəm ki, bu albom hələ ən yaxşısıdır, nə zaman təzə albomum çıxar, onda fikrimi dəyişə bilərəm.

- Bakıda baş tutacaq “Eurovision 2012”də qonaq qismində iştirak edəcəksiniz. Sizin üçün belə bir müsabiqədə qonaq qismində iştirak etmək nə deməkdir?

- Mənə bu təklif gələndə böyük sevinc və məmnuniyyətlə qəbul etdim. Əslində bu müsabiqədə qonaq qismində iştirak etsəm də, bu, çox böyük bir məsuliyyət tələb edir. Məhz ona görə ki, sən öz Vətənində sanki ölkə təmsilçisi kimi səhnəyə çıxırsan. Sözsüz ki, çıxışımı möhtəşəm etmək vacibdir və çalışacağam ki, milli koloritimizi məhz bu çıxışımda bütün Avropaya tərənnüm edim. Çıxışımda həm də müasirliyi qoruyub saxlaya bilmək vacibdir.

- Müsabiqədə Rusiyanı təmsil edəcək “Buranovskiye babuşki” qrupuna azarkeşlik edəcəksinizmi?

- Azarkeşlik edə bilərəm, ancaq Səbinə Babayevadan sonra... “Buranovskiye babuşki” nin Bakıya səfərlərində biz də iştirak edəcəyik. Bildiyiniz kimi 8 nəfərdən ibarət olan qrupda 72-76 yaşlı nənələr təmsil olunur. Onları səfər zamanı həkimlərdən ibarət qrup müşayiət edəcək. Deyərdim ki, Böyük Britaniya təmsilçisindən sonra yaş baxımından “Buranovskiye babuşki” hamını geridə qoydu. Böyük Britaniya təmsilçisi Engelbert Hundeldinki ən yaşlı təmsilçi hesab etsələr də, Rusiya təmsilçisi bütün rekordları aşdı. Azərbaycanın seçiminə gəldikdə isə, xalqımız çox düzgün seçim etdi. Bu il gözəl, istedadlı və musiqi duyumlu bir təmsilçimiz oldu. İnanıram ki, Səbinənin şansları çox böyükdür.

- Bu il “Eurovision 2012”də Böyük Britaniya təmsilçisi Engelbert Hundeldinkə uşaqlıqdan pərəstiş etdiyinizi demisiniz. Hətta bu yaxınlarda onunla görüşmək imkanınız da olub...

- Bu yaxınlarda Engelbert Hundeldinkin “Crocus City Hall”un Müslüm Maqomayev zalında konserti keçirildi. Konsertdən sonra onunla görüşümüz oldu. O, öz həyat tarixçəsini danışanda mən bir musiqiçi və fanat olaraq dəhşətə gəlirdim. O, Elvis Presli ilə olan dostluğundan və onunla birlikdə balıq ovuna getməsindən danışırdı. Elvis Presli artıq 30 ildən çoxdur ki, həyatda yoxudur. Onu demək istəyirəm ki, belə maraqlı adamla söhbət etməyə çoxlu mövzu vardı. Ümumiyyətlə deyərdim ki, Böyük Britaniya təmsilçisi çox istedadlı adamdır. Londonun “BBC” radiosu əbəs yerə onu təmsilçi qismində seçməyib. Onu tanıyırlar, sevirlər və onun bu ilki təmsilçiliyi çox böyük rezonansa səbəb olub.

- Prodüseriniz tərəfindən namizədliyiniz “Grammy” mükafatına irəli sürülmüşdü...

- Əslində bu tam belə deyildi. Məsələ ondadır ki, məşhur amerikalı kinorejissor David Linç hər il 30 musiqi parçasından ibarət yığma hazırlayır. Mənim mahnılarımdan biri sehrli təsadüf nəticəsində bu yığmanın içinə düşüb. Mənə mahnının müəllifliyini ona verməyimlə bağlı təklif gəldi və mən də bunu məmnuniyyətlə etdim. Bundan bir müddət sonra David Linç tərəfindən daha bir təklif gəldi ki, mən bir gənc müğənni kimi öz namizədliyimi “Grammy” mükafatına irəli sürüm. Sözsüz ki, mən buna çox sevindim. Bir müddət sonra bizə namizədliyimiz barədə rəsmi təsdiq məktubu gəldi. Düzdür, bizə bu mükafatı verməsələr də, çox sevindirici haldır ki, mənim namizədliyim ilk dəfə bu mükafata təqdim olunub.

- Azərbaycan keçmiş SSRİ estrada səhnəsinə Rəşid Behbudov, Müslum Maqomayev, Polad Bülbüloğlu kimi musiqiçilər bəxş edib. Gələcəkdə özünüzü bu musiqiçilər sırasında görürsünüzmü?

- Mən öz subyektiv fikrimi deyərdim. Azərbaycanın Rusiya və keçmiş SSRİ-yə bu istedadlardan ibarət hədiyyəsini iki hissəyə bölərdim. Müslüm Maqomayev və digərləri... Müslüm Maqomayev həyatdan köçəndə hazırda onun abidəsi olan yerdə belə bir yazı var idi: “Azərbaycan, Müslümə görə çox sağ ol!” Bu böyük sevincdir ki, Rusiya xalqı Azərbaycan musiqi nəhənginə belə bir qiymət verir. Müslüm Maqomayevi heç kəslə müqayisə etmək olmaz. O ki qaldı özümə, mən çox gəncəm və mənim belə bir iddiam yoxdur. Əgər gələcəkdə Müslüm Maqomayevin etdiklərinin lap kiçik bir qismini edə bilsəm və bunu xatırlasalar, çox şad olaram. Bu barədə danışmaq hələ çox tezdir.

- Yeni albomunuzun gələcəkdə harada təqdimatı gözlənilir?

- İlk təqdimat Londonda keçirildi. Bu gün isə Moskvada təqdimat keçirilir. Düşünürəm ki, “Eurovison-2012” öncəsi Bakıda da təqdimat keçirmək olar. Lakin bu hələlik plan olaraq qalır. Bundan başqa yay-payız aylarında Avstriya, İtaliya, Almaniyada da diskin təqdimatının keçirilməsi nəzərdə tutulub.

- Gələcəkdə siyasətlə məşğul olmaq istəyiniz var?

- Yox. Qətiyyən yox. Mən iş adamıyam, musiqiçiyəm, siyasətlə məşğul olmağa heç bir iddiam yoxdur.








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Məni təhdid edirlər - Paşinyanın arvadı
Bu gün, 16:27
Bakıda kişi özünə yeni telefon alan arvadını döydü: Hər mesaja bir SİLLƏ - TƏFƏRRÜAT
Bu gün, 16:23
Rəqsanə həbsdən sonra tanınmaz halda - FOTO
Bu gün, 16:22
Kreml İrəvanı “iqtisadi kollaps” ilə hədələyir: - Rusiya Ermənistanın “qələmini qırır”, ultimatum verildi
Bu gün, 16:14
Kəşfiyyat Nazirliyi də anlamırsa... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 16:12
Qusar yollarında 10 manatlıq "Biznes Klas": 839 min manatlıq tenderin sirli qalibi - BU NƏDİ BELƏ?
Bu gün, 16:08
İranın KƏŞFİYYATI BUDURSA... - AKTUAL
Bu gün, 15:50
Minlərlə azərbaycanlını narahat edən QƏRAR - Rusiyadan ölkəmizə pul göndərmək çətinləşəcək?
Bu gün, 15:42
Zaur Mikayılovun apardığı islahatlar Mafizət Cəfərovdan niyə yan keçdi - GÖRÜNƏNİ ODUR Kİ...
Bu gün, 15:38
Nanə yeni mövsümdə qayıdır
Bu gün, 15:30
İran müharibəyə məcbur edilsə, çox yaxşı müdafiə olunacaq - Pezeşkianın müavini
Bu gün, 15:09
Sazonovun avtomobili partladıldı – Rus müxbir sevinir
Bu gün, 15:08
Tehranın türk qorxusu: - “Türkçülük ideyası İranda ön plana keçib”
Bu gün, 15:05
264 keçmiş millət vəkili CHP-dən istefa verdi - “Euronews”
Bu gün, 15:00
Məmura oğru deyən vətəndaş 1200 manat CƏRİMƏLƏNDİ - Göyçayda...
Bu gün, 14:52
“Facebook”da sosial və siyasi məzmunlu paylaşımlara ən çox kim pul xərcləyib? - SİYAHI
Bu gün, 14:45
Fuad İsmayılov işdən çıxarıldı - ƏMR
Bu gün, 14:42
“Qolum işləmir, stresdən yata bilmirəm” - Ölkəyə keyfiyyətsiz botoks gətirilir?
Bu gün, 14:39
Anar Bayramov daha bir xəstəxana direktorunu yola salır - FOTO
Bu gün, 14:36
Yunan Allahlarını inkar edənləri də cəzalandırmaq lazımdır... - REPLİKA
Bu gün, 14:28
İsrail İranın enerji infrastrukturuna zərbə endirmək istəyir, ABŞ isə buna qarşıdır - Katz
Bu gün, 14:21
Abşeronneft NQÇİ-nin vəzifəli şəxsi SOCAR-ın İŞLƏK NEFT BORULARINI KƏSİB SATIR - DƏDƏ MALI KİMİ...
Bu gün, 14:11
Zaxarovanın ikibaşlı Qarabağ açıqlaması - Şərh
Bu gün, 14:01
"Aqroservis" auditor seçib
Bu gün, 13:01
Neftin bahalaşması Azərbaycan büdcəsinə necə təsir edib? - AKTUAL
Bu gün, 12:59
Vladimir Putin Prezident İlham Əliyevə zəng edib
Bu gün, 12:56
Malları əlində qalan ermənilər... - Bu, Kremlin işinə yarayır...
Bu gün, 12:27
“Boskalis” şirkəti Azərbaycandakı törəmə şirkəti və filialını bağlamaq QƏRARI VERDİ
Bu gün, 12:24
Peskovun həyat yoldaşı Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir? - Məhkəməyə üz tutdu
Bu gün, 12:22
Dövlət Reklam Agentliyi auditor seçir
Bu gün, 12:20
100-ə yaxın hərbçi Nazirlər Kabinetindən şikayətçidir - KONSTİTUSİYA MƏHKƏMƏSİNƏ MÜRACİƏT EDİLDİ
Bu gün, 12:19
Yağışdan sonra çoxalan göbələklər: Rusiyada axmaqların sayı artır - FAKT BUDUR!
Bu gün, 12:06
Rusiyanın yanacaq böhranı Azərbaycana bunları vəd edir - AKTUAL
Bu gün, 12:03
İstirahət mərkəzinin rəhbəri böyük məbləğdə CƏRİMƏ OLUNDU
Bu gün, 12:00
Elşad Xose xəstəxanaya yerləşdirildi - Vəziyyəti ağırdır
Bu gün, 11:57
MİDA-dan ev almaq istəyənləri aldadan şəxslərin cəzaları ağırlaşdırıldı
Bu gün, 11:45
Tramp onun Bakıya səfərini paylaşdı - Foto
Bu gün, 11:28
Ermənilər Gümrüdən Türkiyəyə dəmir yolu ilə getdilər - YOL AÇIQDIR...
Bu gün, 11:23
SOCAR-a yaxın daha bir şirkət YARADILDI
Bu gün, 11:21
Zabratda Ulu Öndərin şərəfinə salınan park məhv edilir – VİDEO
Bu gün, 11:19
Gəncə Dövlət Universiteti.... ƏSL BAZARDIR! - İTTİHAM VAR...
Bu gün, 11:11
Tiktoker “Çevik” həbs edildi
Bu gün, 11:03
Rəis müavini olmaq istədi, 64 min manat pul verdi - TƏFƏRRÜAT
Bu gün, 10:56
Paşinyan iki Nobel mükafatı laureatının müəllifi olduğu "Güc və tərəqqi" kitabını bitirdi...
Bu gün, 10:54
Məhkəmə “Range Rover”lə qəza törədib hadisə yerindən qaçan gənc "makler"lə bağlı QƏRAR VERDİ
Bu gün, 10:50
Əli İnsanovun Azərbaycan vətəndaşlarının işi üzrə müşaviri rusdur - BELƏ DƏ OLUR...
Bu gün, 10:45
10 dərsə sürücü hazırlayan kurslar: Yol qəzalarının səbəbkarı onlardır? - Ekspert deyir ki...
Bu gün, 10:41
Putin Ermənistanla bağlı vaxt verdi - KİV
Bu gün, 10:39
Qonşu davası başladı: "Cahan"ın yeni klipi səs salacaq! - VİDEO
Bu gün, 10:35
Şirkətin İdarə Heyətinin sədrinin seçilməsi müzakirəyə çıxarılır
Bu gün, 10:23
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru