"Sədərək Yusif" üçün bu ölkənin qanunları İŞLƏMİR... .....                     Siyəzəndə dövlətin əmlakı belə QARƏT OLUNUR... .....                     Qorxmaz Hüseynovun OĞURLADIĞI PULLAR .....                     İraqda daha bir İsrail hərbi bazası aşkarlanıb .....                     Deputatın GİZLƏTDİYİ GERÇƏKLİK... .....                     Azərbaycanda minimum əməkhaqqı ilə nə qədər uzağa getmək olar... .....                     1-ci Qarabağ savaşı qaziləri UNUDULUB? .....                     Ukraynanın Moskvaya qisas hücumu .....                     "Baxdım ki, məndən başqa heç kəs heç nə etməyəcək,..." .....                     Avropada milli maraqlarımızı hədəfə alan SAPI MİLLİ BALTALAR... .....                     İctimai yayımın baş direktorunun seçilməsi İctimai prosesin nəticəsi olmalıdır... .....                     Hər 3 uşaqdan 2-i sovet dövründən qalma məktəb binalarında oxuyur .....                     Məktəb uşağın özünü təhlükəsiz hiss etdiyi yer olmalıdır... .....                     Bakının dərdi var... Bakı xəstədir... .....                     AZAL hava şəraiti ilə əlaqədar təxirə salınmış Naxçıvan reyslərini bərpa edib .....                     Ermənistanı yeni müharibəyə hazırlayırlar .....                     SAT imtahanlarında şok iddialar: saxtakarlıq harada baş verir? .....                     İranın bayraq əndişəsi .....                     Azərbaycana qarşı sistemli PLAN .....                     Köçəryan seçki ilə bağlı əmlak bəyannaməsində Xankəndindəki mənzilini də təqdim etdi... .....                     Vüsal Aslanov hökumətin şəhərsalma siyasətini bir cümlə ilə kəskin tənqid edib .....                     Kremldən İrəvana sərt xəbərdarlıq .....                     Tramp Çinin mövqeyini gücləndirir .....                     Dünyanın gələcəyi qlobal cənub ölkələrinə məxsusdur .....                     AZAL hava şəraiti ilə əlaqədar Naxçıvana uçuşları təxirə salıb .....                     Şəhid mayor Vüsal Vəliyevin xatirəsi 263 nömrəli tam orta ümumtəhsil məktəbində ehtiramla anıldı .....                     Bu mövsüm cəzalandırılan hakimlər .....                     Hindlilər Ermənistanda 8 gündür aksiya keçirir .....                     Dövlət qurumu 20 mənzil alır .....                     "Qarabağ" isveçli hücumçunu TRANSFER EDİR .....                     Rusların əfsanəvi əməliyyatını təkrarlamağa çalışdılar .....                     Köçəryanın HƏBSİ GÜNDƏMDƏ .....                     “Azərbaycan 100 minlik silahları ilə bizim milyonluq silahlarımızı 3 günə məhv etdi” .....                     Mətanət İsgəndərlinin bacısı evindən oğurluq edən şəxsi tapdı .....                     Rusiya dərin böhran içində və: .....                     Məktəbdə distant oxumaq olar, .....                     Pensiya 300, minimum əməkhaqqı 450, dövlətdən on milyonlarla manat oğurlayan məmurun əməkhaqqı 10–15 min... .....                     Faiq Ələkbərli İstanbulda beynəlxalq konqresdə məruzə edib .....                     Çin dünyaya hakim olmaq istəyir, .....                     Erməni qısqanclığı: .....                 

“BİR MƏN QALMIŞAM, BİR DƏ YAŞAR”
Tarix: 5-04-2012, 13:05 | Çap et
“BİR MƏN QALMIŞAM, BİR DƏ YAŞAR”

SİYAVUŞ ASLANDAN MARAQLI AÇIQLAMALAR

Hər bir insanın öz yaş dövrü olur. Kimisi yaşa dolanda müdrikləşir, kamilləşir, kimisi həyatının hədər keçdiyinə heyfslənir, kimisi isə ümumiyyətlə həyatında nələrin baş verdiyindən xəbərsiz olur.

Amma nədənsə incəsənət xadimlərinin əksəriyyəti müəyyən vaxtdan sonra qayğıya, sevgiyə, diqqətə daha çox ehtiyac duyurlar. Elə Azərbaycan realist aktyor məktəbinin görkəmli nümayəndələrindən biri, xalq artisti, korifey aktyorumuz Səyavuş Aslan kimi. Sevimli aktyorumuz bu gün həyatının çətin sınaq dövrünü yaşamaqdadır. Onun durumu, hazırki vəziyyətini bilmək üçün ilk əvvəl çalışdığı Akademik Milli Dram Teatrı ilə əlaqə yaratdım.

Əsas məqsədim vaxtilə onunla çiyin-çiyinə çalışan həmkarlarının xalq artisti Səyavuş Aslanın durumundan nə dərəcədə xəbər tutub-tutmamaları, onunla maraqlanmalarını bilmək idi. Teatrdan aldığım cavab çox qısa və lakonik oldu: “Xəstədir, vəssalam”. Səyavuş Aslanın xəstəlik müddətində nələr arzuladığını, müdrik çağında həyatdan nələr istədiyini bilmək üçün şəhərin mərkəzi küçələrindən birində yerləşən evinə yollandım. Qapını üzümə orta yaşlı bir xanım açdı. Qəzetdən gələcəyimi əvvəlcədən bildiyi üçün məni içəri dəvət edib əyləşmək üçün yer göstərdi. Səyavuş müəllimi soruşduqda: “Uzanıb, indi onu hazırlayıb gətirirəm”, - dedi.

Bu müddətdə aktyorun yaşadığı evə göz gəzdirirəm. Xudmani mənzildə səliqə-səhman öz yerində idi. Masanın üzərinə düzülmüş dava-dərmanlar, iynələr gözlərimdən yayınmadı. Bu vaxt Səyavuş Aslanın evində çalışan Sədaqət xanım dedi ki, görürsünüz də, Səyavuş müəllimin aldığı təqaüd elə dərmanlara gedir. Hər gün iynələrini vurur, dərmanlarını içirirəm. Mənim üçün ona qulluq etmək xoşdur.

Nəhayət, xalq artisti, korifey sənətkar asta-asta o biri otaqdan çıxdı. Məni gördükdə bənizindəki xoş təbəssüm nəzərimdən yayınmadı. Aktyorla görüşə gələndə oğlu Çingiz məni Səyavuş müəllimin arabir yaddaşının pozulması, aram-aram danışması, çox şeyi xatırlamaması barədə xəbərdar etmişdi. Artıq onunla nə cür söhbət edəcəyimi özlüyümdə müəyyənləşdirmişdim.

“Televiziyadan gəlmisiniz?”, “Məni televizorda göstərəcəklər?”, “Radioda səsim gedəcək?” kimi sualları ünvanlayan Səyavuş Aslana bildirdim ki, mən qəzet işçisiyəm. Sadəcə diktafonun düyməsini basıb sizdən bir-iki şey soruşacağam. Düzü, aktyorla söhbətim o qədər də asan alınmadı. Çünki o, dərmanların təsirindənmi, yaşın öz sözünü deməsindənmi, yaxud ona qarşı olan bu qədər biganəlikdənmi - olduqca qısa və aramla danışırdı. Ona ilk sualım belə oldu.

- Səyavuş müəllim, necəsiniz? Özünüzü necə hiss edirsiniz?

- Pis deyiləm, yaxşıyam. Özümü yaxşı hiss edirəm.

- Bu gün sizin həyatdan istəyiniz nədir?

Onun gözləri bir anlıq eyni nöqtəyə dikildi. Bir az düşündükdən sonra:

– Teatr, tamaşalar, - dedi.

Bu vaxt söhbətə aktyorun köməçkçisi Sədaqət İsmayılova müdaxilə etdi:

- İnanın, 5 aydan çoxdur ki, xalqın sevimli sənətkarı olan Səyavuş Aslanın evində çalışıram. Otaqları yığıram, yeməyini hazırlayıram, yorğan-döşəyini, paltarlarını yuyuram, iynələrini vururam, dava-dərmanlarını verirəm. Lakin bu müddət ərzində bircə dəfə də görmədim ki, hər hansı bir aktyor zəng vurub və ya gəlib Səyavuş müəllimin səhhəti ilə maraqlansın. Sənətkara qarşı bu qədər biganəlik olmaz axı. Xəstənin gözləri həmişə qapıda olur. Mən bilirəm ki, o bu saat diqqət istəyir. Siz qapını açıb içəri daxil olanda gördünüz ki, o necə sevindi. Bütün günü evdə qalır, darıxır. Heç kəs nə zəng vurub halını soruşur, nə də əllərində 1 kilo alma tutub qapısını açıb onu yoluxmağa gəlir. Heç nə lazım deyil, elə maraqlanmaqları Səyavuş müəllim üçün böyük şeydir.

Bir neçə gün bundan əvvəl ANS televiziyasının “Keçmişə salam” verilişindən gəlib Səyavuş Aslanı çəkdilər. Veriliş efirə gedəndə əyləşib baxırıq, görürük ki, xalq artisti Firəngiz Mütəllimova, Həmidə Ömərova və bir neçə sənət nümayəndələri onun barəsində elə danışdılar ki, sanki hər gün gəlib soruşurlar ki, Səyavuş müəllim, necəsiniz? Bu sözü demirlər. Amma onların heç biri bu gün xalq artistinin nə vəziyyətdə olduğunu bilmir.

Mən Səyavuş müəllimi çox istəyirəm. Ona o qədər öyrəşmişəm ki. Elə olur ki, bazar günləri bir az gec gəlirəm. Qapıdan içəri daxil olan kimi məndən soruşur, harada idin? Niyə gec gəldin? Sağ olsunlar, oğlanları Çingiz və Hacı Eldar da ona yaxşı baxırlar. Hər şeyini alırlar. Onu mütəmadi olaraq həkimə aparırlar, dava-dərmanlarını alıb gətirirlər. Elə mənim özüm buradan ayda 300 manat məvacib alıram. Səyavuş Aslanın təqaüdü elə onun dərmanlarına gedir. Bir məmur və ya bir tanınmış şəxs zəng vurub soruşmur ki, Səyavuş Aslanın nəyə ehtiyacı var? Bu gün onun problemi nədir? Həqiqəti yazmaq, göstərmək lazımdır.

Bu vaxt Səyavuş müəllim söhbətə qoşulur: “Bu gün Azərbaycanda aktyorlardan bir mən qalmışam, bir də Yaşar. O da deyəsən, xəstədir. Heç televizorda tamaşa göstərmirlər ki, baxım”.

Yenidən ona sual ünvanlayıram.

- Səyavuş müəllim, heç teatrdan zəng vurub sizi tamaşaya baxmağa dəvət etmək istəyənlər olur?

- Xeyr. Zəng vurmurlar. (gülə-gülə) Mənim həyatım elə tamaşadır da. Oğlanlarımdan, Sədaqətdən heç bir narazılığım yoxdur. Arada məni dənizkənarı parka çıxarırlar, bir az oturub gəlirəm.

Bu vaxt Sədaqət xanım yenə söhbətə qoşulur.

- Bunu hamı bilir ki, Səyavuş Aslanın həyatının ən mənalı illəri Musiqili Komediya Teatrının adı ilə bağlıdır. Hətta Səyavuş müəllim bir müddət həmin teatrın bədii rəhbəri işləyib və bir çox obrazların mahir ifaçısı olub. Səyavuş müəllimin evi də, gördüyünüz kimi, teatra yaxındır. Amma bir nəfər də olsun, gəlib onunla maraqlanmır. İnanın, Səyavuş Aslan olduqca təmkinli, səbrli insandır. Arada yaddaşını itirir, həftənin cümə axşamı və cümə günlərini xatırlayır. Bəzən də öz-özünə danışır, hərdən narahatçılıq da keçirir. Amma yenə də təmkinini pozmur.

Siz gəlməmişdən qabaq oğlu Çingiz Səyavuş müəllimə demişdi ki, yanına jurnalist gələcək, səninlə bağlı yazı hazırlayacaq. Tez ayağa qalxıb oğluna dedi ki, üzümü taraş elə. Mənə də dedi ki, saçımı dara. O xəstə anında da insanların gözünə xəstə kimi görünmək istəmir. İstəmir ki, kiminsə ona yazığı gəlsin. Çox vaxt isə xəstəliyini tamam unudur. Elə bilir, əvvəlki kimi, yenidən teatra üz tutacaq, inanın, teatr üçün çox darıxır. Əyləşib televizor qarşısında tamaşalara baxmaq istəyir. Axı Səyavuş müəllim sənət fədaisidir. Səyavuş müəllim olduqca zarafatcıldır. Mənimlə şirin zarafatlar edir. Deyirik, güldürürəm onu, ürəyi açılır.

- Səyavuş müəllim, bu gün sizin ən böyük arzunuz nədir? - sualını korifey aktyora ünvanlayanda düşündü, köks ötürdü və təmkinlə belə dedi:

- İnsanların içinə çıxmaq, tamaşa göstərmək. Canım sağdır, bu mənə bəsdir. Siz gəlib məni danışdırırsınız. Demək, məni istəyib gəlmisiniz. Məni hələ də sevirsiniz. Mənə kimlərinsə ehtiyacı var. Bu qədər yaşı demək əbəs yaşamamışam.

Sədaqət xanım: “Mən sizə təşəkkür edirəm ki, görkəmli sənətkarımızla maraqlandınız. Onun hazırkı durumu barədə yazıb oxuculara məlumat verdiniz. Qəzetiniz vasitəsilə Səyavuş müəllimin aktyor yoldaşlarına demək istəyirəm ki, heç kəs bilmir, sabah onu nələr gözləyir. Hər birimiz bu vəziyyətə düşə bilərik. Səyavuş müəllim unudulmağa layiq deyil. Heç olmasa, ayda bir dəfə onunla maraqlanın”.

Söhbətimi elə buradaca yekunlaşdırmalı oldum. Ən azından, Səyavuş müəllim də dincəlməli idi. Qapıdan çıxarkən sevimli sənətkarımızın mənə: “Haçan istəsən gəl”, - deməsi məni, düzü, çox kövrəltdi. Yaşından asılı olmayaraq hər xəstənin umacağı kimsə olur. Gözləri isə həmişə qapıda olur. Doğrudan da, həyat çox mürəkkəbdir. Heç bir insan deyə bilməz ki, həyatın dolanbac yollarında sabah onu nələr gözləyir. Ona görə də cavanlıqda qocalığa güc saxlamaq lazımdır. “Kiminin əvvəli, kiminin axırı" deyib atalarımız. Bu müdrik fikri söyləməkdə onlar heç də yanılmayıblar. Hər zaman iş başında, filmlərdə şən, şux gördüyüm Səyavuş müəllimin qocalıq dövrünü, açığı, bu cür təsəvvür etmirdim. Lakin sənətkar özünü yenə də əvvəlki kimi şux və gümrah hiss edir. Əsas da elə budur.

"Olaylar"










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Sədərək Yusif" üçün bu ölkənin qanunları İŞLƏMİR... - İLGİNC FAKTLAR
Bu gün, 06:22
Siyəzəndə dövlətin əmlakı belə QARƏT OLUNUR... - İTTİHAM VAR...
Bu gün, 06:18
Qorxmaz Hüseynovun OĞURLADIĞI PULLAR - görün, harda imiş...
Bu gün, 06:07
İraqda daha bir İsrail hərbi bazası aşkarlanıb - KİV
Bu gün, 06:00
Deputatın GİZLƏTDİYİ GERÇƏKLİK... - yəni bilmirmi ki...
Bu gün, 01:23
Azərbaycanda minimum əməkhaqqı ilə nə qədər uzağa getmək olar... - AKTUAL
Bu gün, 01:13
1-ci Qarabağ savaşı qaziləri UNUDULUB? - GİLEY
Bu gün, 01:07
Ukraynanın Moskvaya qisas hücumu - FOTO
Bu gün, 00:59
"Baxdım ki, məndən başqa heç kəs heç nə etməyəcək,..." - Nura Suri
Bu gün, 00:50
Avropada milli maraqlarımızı hədəfə alan SAPI MİLLİ BALTALAR... - AXI NİYƏ?..
Bu gün, 00:45
İctimai yayımın baş direktorunun seçilməsi İctimai prosesin nəticəsi olmalıdır... - ÇÜNKİ...
Bu gün, 00:40
Hər 3 uşaqdan 2-i sovet dövründən qalma məktəb binalarında oxuyur - MALƏSƏF...
Bu gün, 00:35
Məktəb uşağın özünü təhlükəsiz hiss etdiyi yer olmalıdır... - qorxu zonası yox...
Bu gün, 00:27
Bakının dərdi var... Bakı xəstədir... - FAKT BUDUR!
Bu gün, 00:14
AZAL hava şəraiti ilə əlaqədar təxirə salınmış Naxçıvan reyslərini bərpa edib - DİQQƏT
Dünən, 10:39
Ermənistanı yeni müharibəyə hazırlayırlar - BELƏ DAVAM EDƏRSƏ...
Dünən, 08:36
SAT imtahanlarında şok iddialar: saxtakarlıq harada baş verir? - HƏQİQƏTƏN DƏ...
Dünən, 08:35
İranın bayraq əndişəsi - AXI NİYƏ?..
Dünən, 08:25
Azərbaycana qarşı sistemli PLAN - GƏLİŞMƏ
Dünən, 08:21
Köçəryan seçki ilə bağlı əmlak bəyannaməsində Xankəndindəki mənzilini də təqdim etdi... -Növbəti həyasızlıq...
Dünən, 08:19
Vüsal Aslanov hökumətin şəhərsalma siyasətini bir cümlə ilə kəskin tənqid edib - Natiq Cəfərli
Dünən, 08:16
Kremldən İrəvana sərt xəbərdarlıq – 5 milyard dollarlıq təhlükə sizi gözləyir
Dünən, 08:11
Tramp Çinin mövqeyini gücləndirir - Səbəblər
Dünən, 08:07
Dünyanın gələcəyi qlobal cənub ölkələrinə məxsusdur - Qalibaf
Dünən, 08:04
AZAL hava şəraiti ilə əlaqədar Naxçıvana uçuşları təxirə salıb
16-05-2026, 18:02
Şəhid mayor Vüsal Vəliyevin xatirəsi 263 nömrəli tam orta ümumtəhsil məktəbində ehtiramla anıldı - FOTO
16-05-2026, 14:45
Bu mövsüm cəzalandırılan hakimlər - SİYAHI
16-05-2026, 14:00
Hindlilər Ermənistanda 8 gündür aksiya keçirir - Video
16-05-2026, 13:53
Dövlət qurumu 20 mənzil alır – 2 MİLYONLUQ TENDER
16-05-2026, 13:19
"Qarabağ" isveçli hücumçunu TRANSFER EDİR - Danışıqlar son mərhələdə
16-05-2026, 13:15
Rusların əfsanəvi əməliyyatını təkrarlamağa çalışdılar - Tunel çökdü, ölənlər var
16-05-2026, 12:57
Köçəryanın HƏBSİ GÜNDƏMDƏ – Azərbaycana təhvil verilə bilər?
16-05-2026, 12:53
“Azərbaycan 100 minlik silahları ilə bizim milyonluq silahlarımızı 3 günə məhv etdi” - Sarkisyan
16-05-2026, 12:33
Mətanət İsgəndərlinin bacısı evindən oğurluq edən şəxsi tapdı
16-05-2026, 12:31
Rusiya dərin böhran içində və: - "müharibə iqtisadiyyatı"nın əzabı
16-05-2026, 12:27
Məktəbdə distant oxumaq olar, universitetdə yox?
16-05-2026, 12:03
Pensiya 300, minimum əməkhaqqı 450, dövlətdən on milyonlarla manat oğurlayan məmurun əməkhaqqı 10–15 min... - Qanun qarşısında isə BƏRABƏRİK...
16-05-2026, 11:53
Faiq Ələkbərli İstanbulda beynəlxalq konqresdə məruzə edib - FOTO
16-05-2026, 11:47
Çin dünyaya hakim olmaq istəyir, ABŞ qarşılıq verməlidir
16-05-2026, 11:41
Erməni qısqanclığı: - Rusiya bizə və Azərbaycana niyə fərqli yanaşır?
16-05-2026, 11:35
“Donbasın təhvili sülh deyil, Ukrayna üçün strateji tələdir” - ŞƏRH
16-05-2026, 11:19
Gələn həftə İrana hücumlar bərpa oluna bilər – NYT
16-05-2026, 11:17
“Mən rus deyiləm, yarı azərbaycanlıyam” - Video
16-05-2026, 11:12
Sürücülər cərimələrdən beziblər - Ermənistan qəzeti
16-05-2026, 11:06
Dövlət Komitəsi “Artsax” sözünə görə QHT-ni cərimələyib
16-05-2026, 10:58
“Milyarderlər ittifaqı” bu dəfə Paşinyana qarşı - TƏFƏRRÜAT
16-05-2026, 10:54
İcra başçısına “stop” qoyulub: Siyəzəndə nə baş verir? - İLGİNC FAKT
16-05-2026, 10:44
Jurnalist Sabir Məmmədovun anası vəfat edib
16-05-2026, 10:41
Ərazilər ələ keçirildi - Ruslar bu mövqelərdə irəliləyir
16-05-2026, 10:26
Məşhur kardioloq Baş həkim təyin edilib - ƏMR
16-05-2026, 10:21
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru