AİLƏVİ... .....                     Narahat olmayın, səhv məndədir... .....                     70 yaşlı, I dərəcəli müharibə əlilini KİM İNCİDİR? .....                     Məhkəmə iki gənc vəkilin saxtakarlığını ifşa edib .....                     "Məclisdə Ramalı görəndə oxumaq istəmirəm" .....                     İnternet sürətinə görə ölkələrin yeni dünya reytinqi .....                     Ermənistanda referendum qərarı: .....                     “Məqsəd Ermənistanın cənubunda Fransaya bağlı təsir mühiti yaratmaqdır” .....                     Ölü doğulan uşağın zirzəmiyə atılması iddiası ilə bağlı “Vital Hospital”dan AÇIQLAMA .....                     Təmirə bağlanan yollar... NƏ VAXT AÇILIR? .....                     Sülh sazişi niyə ləngiyir? .....                     Beləcə, məni aylardır, illərdir aldadırlar .....                     Bakı və Tbilisidən mühüm .....                     “Ermənilər itkin düşən yaxınlarını Ermənistanda axtarsınlar!” .....                     Erməni mediası və təhrif sehrbazlığı: açıq manipulyasiya .....                     Şamaxının 2 rayonla əlaqəsi KƏSİLDİ .....                     Dövlət qurumu mühafizəyə 120 min manat xərcləyəcək .....                     Bu da bank sistemimizin BEYNƏLXALQ ÇIXIŞ QAPISI... .....                     Səhiyyə Nazirliyinin ƏLİ-VƏLİ OYUNU... .....                     Kəlbəcərdə sursat partlayıb .....                     Başçı özünə birinci müavin təyin etdi .....                     Zidan Fransa millisi ilə uzunmüddətli müqavilə imzaladı .....                     İrandan Hörmüzlə bağlı xəbərdarlıq .....                     Oğuzhan Uğur barəsində həbs qərarı verildi .....                     Mülayim şərq küləyi əsəcək .....                     Kənan Səlimov Pozitiv Psixologiya Mərkəzinin İcraçı direktoru TƏYİN OLUNUB .....                     Bəraət almış qızıl alverçinin işi ilə bağlı kassasiya şikayəti verildi .....                     Müqavləsi qüvvədən düşən “Nağıl Dünyası” və Ramik Əşrəfovun şirin yuxusu .....                     SEPAH-a bağlı qəzet Əraqçını tənqid etdi: .....                     "Tik-tok"da tanış oldum, aldatdı ki, həkiməm” .....                     Fuad Quliyevin rəis təyin etdiyi şəxs öz əməkdaşlarını rüşvət alamğa məcbur edir .....                     "Baksol yolu"nda su xətti partladı: Sakinlərin şikayətini eşidən yoxdur .....                     Ermənistanda aksiyalar başladı: “Xalq üsyana hazırdır” .....                     Tanışını qətlə yetirərək 18 il həbs cəzası alan şəxs .....                     Qaşınmayan yerdən qan çıxaranlar... .....                     "Müharibə şou ilə deyil, real işlə qazanılır" .....                     Qadın şərikli biznes vədi ilə 17 min manatı ələ keçirdi .....                     Bakıda özəl klinikada ölən körpənin zirzəmiyə atılması iddiası ilə bağlı .....                     Ucarda vəzifəli şəxsin qan donduran əməlləri ifşa olunur .....                     Diplomun tanınması və cəzanın azaldılması adı ilə vətəndaşları aldatdı .....                 

Suriya ərazisində ikinci kürd dövləti yaradılır: ABŞ və İsrailin planı… - GÖRÜNƏNİ BUDUR
Tarix: 2-12-2024, 08:37 | Çap et
Suriya ərazisində ikinci kürd dövləti yaradılır: ABŞ və İsrailin planı…
"DİA-AZ" Globalinfo.az-a istinadla müstəqil ekspert, BMT İnkişaf Proqramının Azərbaycanda ekoloji layihələrinin sabiq rəhbəri Çingiz Məmmədovla müsahibəsini təqdim edir:

– Çingiz bəy, məlum olduğu kimi, Suriyada müharibə yenidən alovlanıb. İdlibdə məskunlaşan müxalif qruplar Hələb şəhərinə və cənub-şərqə doğru qəfil hücuma keçdilər. Bu gərginliyin kökündə nə dayanır?

– Suriyada olduqca gərgin vəziyyət yaranıb. Onu anlamaq üçün sırf hərbi əməliyyatları izləmək kifayət etmir. Hətta təhlildə sırf hərbi əməliyyatlara önəm versək, ümumi mənzərəni itirərik. Necə deyərlər, kolların arxasında dağı görmərik. Ona görə məsələnin kökünə baxaq.

Bir əsr bundan əvvəl bu bölgə bütövlükdə Osmanlı İmperiyasının tərkibində idi. Bütün böyük imperiyaların – Osmanlı da belələrindən idi, – bir oxşar cəhəti var. Hakimiyyət imperiyanı təşkil edən xalqların arasında müəyyən mənada ayrı-seçkiliyin qarşısını alır, çünki bu, imperiyanın davamiyyəti üçün ən böyük təhlükədir. Düzdür, həmişə hansısa aparıcı, imperiyanın dayağı olan xalq, etnos olur, amma yenə də imperiyanın elitası tarazlığı saxlamağa çalışır. Buna görə imperiyaların hamısı çoxetnoslu olur, etnoslar əksər hallarda bir-biri ilə qarışıq yaşayır. Bunu biz həm də Rusiya imperiyası, Avstriya-Macarıstan imperiyasının timsalında da görə bilərik.

İmperiyaların iqtisadi maraqlarını da unutmayaq. İmperiyalar hansısa bir mərkəzdən yaranaraq genişlənirlər. Onlar daha çox resursa malik olmaq istəyirlər. Resurslardan istifadə hərbi gücün artmasına, hərbi güc öz növbəsində yeni ərazilərin zəbt edilməsinə imkan yaradır. Bu proses müəyyən həddə kimi, yəni, digər bir imperiyanın “qorunma” səddinə kimi gedib çatır. İmperiya yaranma, çiçəklənmə, tənəzzül və dağılma dövrlərindən keçir.

20-ci əsrin əvvəli bir neçə belə ənənəvi imperiyanın dağılması dövrü oldu, Osmanlı, Rusiya, Avstro-Majar imperiyası dağıldı, Rusiya imperiyası bir az kiçildi və transformasiyaya uğradı. Britaniya və Fransa imperiyaları xeyli zəiflədi, almanların imperiya yaratmaq cəhdi uğursuz oldu.

Məlum olduğu kimi, Osmanlı İmperiyası və Xilafət Birinci Dünya Müharibəsindən (BDM) sonra çökdü. Hələ BDM-dən əvvəl Rusiya, Fransa və İngiltərə Osmanlı İmperiyasının necə söküləcəyi, kimin hansı ərazilərdə söz sahibi olacağına dair razılığa gəlmişdilər. Amma Rusiyada baş vermiş inqilab nəticəsində o, oyundan çıxdı və Fransa ilə İngiltərə Yaxın Şərqi istədikləri kimi böldülər. Bu bölgü bir tərəfdən onların qarşılıqlı güc və razılaşmasını, digər tərəfdən ərazinin etnik və dini- konfessional xəritəsini nəzərə alırdı. Hər bir ölkəyə onları qane edən və əksər hallarda Osmanlı ilə savaşda Fransa və İngiltərəyə kömək etmiş bir ailəni hakimiyyətə gətirməklə yeni dövlətlər və onları idarə edən sülalələr yaratmışlar.

– Sizcə, bu, obyektiv, yoxsa hansısa subyektiv, sırf istək, ya iradənin nəticəsi idi?

– Burada həm obyektiv, həm də subyektiv amillər rol oynayırdı. İkinci Dünya Müharibəsindən (İDM) sonra bəzi dövlətlərdə əksər hallarda Sovet İttifaqının təsiri və köməyi ilə monarxiya respublika ilə əvəz olundu. Məqsəd ya sosialist, ya da demokratik respublikalar qurmaq idi. Amma əhalinin ifrat dərəcədə qarışıq etnik, mədəni, sosial və s. tərkibi diktaturaların yaranmasına gətirib çıxartdı. Yenə də ayrı cür ola bilməzdi. Belə mürəkkəb əhaliyə malik, həm Qərbin, həm də Sovet İttifaqının ifrat təsirindən qorunmağı yalnız “dəmir əl”, diktatura təmin edə bilərdi. Diktatura xarici qüvvələrdən asılılığını artırmaq üçün diktator seçilərkən xarici qüvvələr ölkənin ən böyük etnosunun nümayəndəsinə deyil, nisbətən kiçik etnik qrupun nümayəndəsinə üstünlük verirdilər. Beləsini idarə etmək daha asan idi, çünki diktatorun daxili dayağı az olmalı idi. Beləliklə, əvvəl Suriyada Hafiz Əsədin, sonra isə onun oğlu Bəşər Əsədin diktaturası yaradıldı.

Məsələn, Əsəd ailəsi ələvilərə aiddirlər. Onlar Suriya əhalisinin təxminən 12-15%-ni təşkil edirlər.

– Bəs xarici faktorların məsələdəki rolunu, digər daxili, ya xarici önəmli faktorları necə dəyərləndirirsiniz?

– İkinci ciddi amil demoqrafiyadır. Çox vaxt bu amil ya təsadüfən, ya bilərəkdən “unudulur”, halbuki demoqrafik proseslər tarixin inkişafına təsir göstərən ən ciddi amillərdəndir. 50-60 il bundan əvvəl nisbətən kiçik olan bir etnik qrup daha yüksən əhali artımı nəticəsində böyüyə, hətta bəzi hallarda çoxluq təşkil edə bilər. Belə olan halda həmin etnik qrupun siyasi, yəni, hakimiyyət ambisiyaları da artır.

İndi gəlin bunun üzərinə xarici amili gətirək. Təbii ki, xarici qüvvələr, xüsusilə, ABŞ, Fransa, Rusiya, İngiltərə kimi böyük imperiya təcrübəsi və istəyi olan ölkələr daxili rəngarənglikdən istifadə etməyə çalışırlar. Məsələn, Yaxın Şərqdə SSRİ vaxtında əsasən Rusiyanın təsiri altında olan, SSRİ dağılandan sonra isə Qərb və İsrailin, əsasən də ABŞ təsiri altında olan, ABŞ tərəfindən “qidalanan” və onunla müttəfiqlik edən PKK/kürd faktorudur. Qərb əsasən kürd faktoru hesabına Türkiyə, İran, İraq və Suriya kimi dövlətlərə təsir göstərməyə çalışır və edir. Ümumilikdə götürəndə, bölgə neoimperialist dövrü yaşayır.

– Sözügedən dövrün əsas əlamətləri nədir?

– Bu dövrün əsas əlamət və aparıcı amillərdən biri, bəlkə də birincisi – xüsusilə, siyasi və hərbi liderlər üçün – iqtisadiyyatdır. Neft və qaz, digər təbii resurslar, həm də kommunikasiyalara, neft və qaz kəmərlərinə, dəmir və avtomobil yollarına nəzarət böyük əhəmiyyət kəsb edir. Məsələn, dəmir, ya avtomobil yoluna öz daxili proksiləri hesabına nəzarət edən hansısa xarici dövlət hansısa mala elə rüsum qoya bilər ki, daşınan mal rəqabətliyini itirsin. Belə nəzarət hansısa ölkənin bütöv bir ticarət-iqtisadiyyat sektorunu çökdürə bilər. Kommunikasiya və borular isə ərazidən keçir, deməli, ərazini ələ keçirmək, ya nəzarətdə saxlamaq önəmlidir.

– Hazırda Suriyadakı mövcud vəziyyəti necə dəyərləndirirsiniz?

– Suriyada indi baş verən prosesləri bu fonda təhlil etmək lazımdır. Burada hal-hazırda bir neçə maraq ciddi toqquşub. Birinci, artıq İraqda de-fakto dövlət yaratmağa nail olmuş kürdlər indi eyni prosesi Suriyada da həyata keçirmək istəyirlər. Bunun üçün onlar Suriyanın Şərqində və Şimal-Qərbində yerləşən indi idarə etdikləri əraziləri koridor vasitəsilə birləşdirmək istəyirlər. Onlara bu prosesdə ABŞ başda olmaqla Qərb və İsrail dəstək verir.

İkinci, öz hakimiyyətini və ölkəsini hansısa formada saxlamağa çalışan Bəşər Əsəd Rusiyadan və müəyyən dərəcədə İrandan dəstək almağa çalışır. O, Moskvaya səfər edib və deyilənə görə hələlik geri qayıtmayıb. Rusiyanın başı və resursları Ukrayna müharibəsinə qarışdığından Rusiya Bəşər Əsədə əvvəlki qədər, yəni, digər daxili və kənar qüvvələri neytrallaşdıra biləcək qədər dəstək verə bilmir.

– Bəs İranın mövqeyi?

– İran narahatdır ki, ikinci kürd dövlətinin yaranması İran daxilində yaşayan və son zamanlar ən kəskin anti-hökumət fəallığı ilə seçilən kürdləri daha da ilhamlandırar. Ona görə İranın xarici işlər naziri Abbas Araqçı əvvəl Dəməşqə gedib, sonra isə Ankaraya səfər edəcək. Məqsəd bu məsələdə Ərəb və Türkiyənin də kürd faktorundan ehtiyatlandığı fonunda onlarla müəyyən dərəcədə koordinasiya edilən fəaliyyət göstərməkdir. Düzdür, ABŞ İraqda elə bir sistem yaradıb ki, nəinki İraq Kürdüstanını de-fakto müstəqil edib, hətta İraqın mərkəzi hakimiyyətində ölkə prezidenti və hal-hazırda İraqın xarici işlər naziri də kürddür. Həm də xarici işlər naziri eyni zamanda ərəb olan baş nazirinin müavinidir. Yəni, Qərbin bütövlükdə bu bölgəyə təsir imkanları böyükdür.

– Türkiyənin prosesdə mövqeyini necə şərh edərdiniz?

– Türkiyə, zənnimcə, qarşısına 3 məqsəd qoyub. Vaxtilə İraqda de-fakto kürd dövlətinin yaranmasının qarşısını ala bilməyən Türkiyə indi çalışır bunun Suriyada da baş verməsinin qarşısını alsın. Bunun üçün həm Suriyada yaşayan türk azlığından və onunla əməkdaşıq edən hərbi birləşmələrdən, həm də Suriyaya yeridilmiş hərbi qüvvələrindən istifadə etməyə cəhd edir. Xatırladım ki, 2014-2016-cı il hadisələrində İran-Türkiyə-Rusiya razılığa gəlib, Astana sazişini imzalaya bilmişdilər. İndi isə Rusiya və İran Suriyada əvvəlki təsirini itiriblər. Çünki yuxarıda ifadə etdiyimiz kimi, Rusiyanın başı Ukraynaya qarışıb, İranın Livan, Suriya və İraqdakı proksi qüvvələri isə xeyli zəifləyib. Ona görə İranın da imkanları əvvəlkindən xeyli azdır. Belə vəziyyətdə Türkiyənin təkbaşına həm Qərbin birbaşa təsirinə, həm PKK+YPG qüvvələrinə qarşı mübarizə aparması çətinləşibdir.

– Yaxın Şərqdə aktiv olan qüvvələrdən biri də İsraildir…

– İsrail ümumiyyətlə, Yaxın Şərqdə ona qarşı olan hər-hansı böyük qüvvənin olmasını istəmir. Ona görə Suriyanın bir ölkə kimi bütövlükdə zəifləməsində maraqlıdır.

Bölgənin ərəb əhalisi arasında isə birlik yoxdur. Dini-konfessional bölgü və xarici qüvvələrin bundan məharətlə istifadə etməsi onları zəiflədib. Vaxtilə bütöv ölkələrinin indiki hala düşməsi və vaxtilə onların söz sahibi olması olduğu halda, indi bu mövqeləri itirmələri müəyyən narahatlıqlar yaradır. Ona görə onlar hansısa formada əvvəlki status-kvonun bərpasını istəyirlər, amma bu, artıq mümkün deyil.

– Sizcə, hadisələr necə inkişaf edəcək?

– Dəqiq proqnoz vermək çətindir, həddən artıq çox iştirakçı və sürətlə dəyişən mənzərə var. Belə hallarda tendensiya və istəkləri izləyib təhlil etmək vacibdir. Türkiyə, Bəşər Əsəd tərəfdarları və ondan asılı olmayan ərəb hərbi-siyasi birləşmələri çalışacaqlar ki, iki kürd bölgəsi arasında sonuncular tərəfindən idarə edilən koridor yaranmasın.

Kürdlərin Suriya ərazisində de-fakto ikinci kürd dövlətinin yarada biləcəkləri ehtimalı böyükdür, yaranmasına nail olacaqlar. Çünki bu, Qərbin “parçala və hökm sür” siyasətinə uyğun gəlir. Necə ki onlar bunu İraqda həyata keçirməyə nail oldular. Onun coğrafi xəritəsini indidən təyin etmək çətindir. Çox şey yerdəki hərbi birləşmələrin güc mütənasibliyindən, yerli əhalinin indiki demoqrafik xəritəsindən asılı olacaq. Çünki son zamanlar həddən-artıq çox əhali köçü olubdur.

Nəhayət, Türkiyə özü üçün öz sərhədinə yapışıq Suriya ərazisində təhlükəsizlik zolağı yaratmağa çalışacaq. Yerli əhalinin dəstəyi vacibdir. Ona görə Türkiyə o bölgəni nəzarətə götürüb, ora türkmənləri-türkləri yerləşdirəcək. Hətta indi Türkiyədə mühacirətdə olan türkmənlərdən də istifadə edəcək.

Bəşər Əsəd Dəməşq və əsasən ərəblər yaşayan bölgələr üzərində hakimiyyətini qoruyub saxlaya biləcək. Bu prosesdə ona təkcə Rusiya yox, İran da dəstək verəcək. Türkiyə və Qərb isə əleyhinə olmayacaqlar. Bu, indiki qüvvələr nisbətini və zəifləmiş Bəşər Əsəd rejiminin hələ ki bütün əsas xarici qüvvələri qane etdiyini əks etdirir.








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
AİLƏVİ... - BELƏ DAVAM EDƏRSƏ...
Dünən, 17:37
Narahat olmayın, səhv məndədir... - AXI NİYƏ?
Dünən, 17:07
70 yaşlı, I dərəcəli müharibə əlilini KİM İNCİDİR? - TƏFƏRRÜAT
Dünən, 17:00
Məhkəmə iki gənc vəkilin saxtakarlığını ifşa edib - DİNDİRMƏDƏ İŞTİRAK ETMƏDİKLƏRİ HALDA PROTOKOLLARI İMZALAYIBLAR
Dünən, 16:58
"Məclisdə Ramalı görəndə oxumaq istəmirəm"
Dünən, 16:55
İnternet sürətinə görə ölkələrin yeni dünya reytinqi – Azərbaycan neçəncidir?
Dünən, 16:54
Ermənistanda referendum qərarı: - "Putin ittifaqı"nda qalacaq, yoxsa?
Dünən, 16:48
“Məqsəd Ermənistanın cənubunda Fransaya bağlı təsir mühiti yaratmaqdır” – SENSASİON GEDİŞAT
Dünən, 16:40
Ölü doğulan uşağın zirzəmiyə atılması iddiası ilə bağlı “Vital Hospital”dan AÇIQLAMA – “Başınız ağrıyacaq”
Dünən, 16:36
Təmirə bağlanan yollar... NƏ VAXT AÇILIR? - AKTUAL
Dünən, 16:13
Sülh sazişi niyə ləngiyir? – Paşinyanın Konstitusiya planına politoloqdan AÇIQLAMA
Dünən, 16:11
Beləcə, məni aylardır, illərdir aldadırlar - GİLEY
Dünən, 15:53
Bakı və Tbilisidən mühüm ANLAŞMA
Dünən, 15:50
“Ermənilər itkin düşən yaxınlarını Ermənistanda axtarsınlar!” - HƏQİQƏTƏN DƏ...
Dünən, 15:49
Erməni mediası və təhrif sehrbazlığı: açıq manipulyasiya - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 15:45
Şamaxının 2 rayonla əlaqəsi KƏSİLDİ - FOTOLAR
Dünən, 15:44
Dövlət qurumu mühafizəyə 120 min manat xərcləyəcək – TENDER NƏTİCƏSİ
Dünən, 15:30
Bu da bank sistemimizin BEYNƏLXALQ ÇIXIŞ QAPISI... - GİLEY
Dünən, 15:19
Səhiyyə Nazirliyinin ƏLİ-VƏLİ OYUNU... - "Hansı islahatları aparırsınız?"
Dünən, 15:13
Kəlbəcərdə sursat partlayıb - Yaralı var
Dünən, 15:05
Başçı özünə birinci müavin təyin etdi - ƏMR
Dünən, 13:26
Zidan Fransa millisi ilə uzunmüddətli müqavilə imzaladı
Dünən, 12:36
İrandan Hörmüzlə bağlı xəbərdarlıq - "Fars"
Dünən, 12:34
Oğuzhan Uğur barəsində həbs qərarı verildi
Dünən, 12:21
Mülayim şərq küləyi əsəcək - belə deyirlər...
Dünən, 12:10
Kənan Səlimov Pozitiv Psixologiya Mərkəzinin İcraçı direktoru TƏYİN OLUNUB - BUNDAN SONRA...
Dünən, 12:06
Bəraət almış qızıl alverçinin işi ilə bağlı kassasiya şikayəti verildi - DETALLAR
Dünən, 12:03
Müqavləsi qüvvədən düşən “Nağıl Dünyası” və Ramik Əşrəfovun şirin yuxusu - İTTİHAM VAR...
Dünən, 12:02
SEPAH-a bağlı qəzet Əraqçını tənqid etdi: - “Bu məlumatlar açıqlanmamalı idi”
Dünən, 11:58
"Tik-tok"da tanış oldum, aldatdı ki, həkiməm” - “UĞUR 777” İŞİ
Dünən, 11:57
Fuad Quliyevin rəis təyin etdiyi şəxs öz əməkdaşlarını rüşvət alamğa məcbur edir - ŞOK İDDİA
Dünən, 11:52
"Baksol yolu"nda su xətti partladı: Sakinlərin şikayətini eşidən yoxdur - FOTO
Dünən, 11:46
Ermənistanda aksiyalar başladı: “Xalq üsyana hazırdır” - RUS BARMAĞI...
Dünən, 11:42
Tanışını qətlə yetirərək 18 il həbs cəzası alan şəxs yenidən məhkəmə qarşısında
Dünən, 11:41
Qaşınmayan yerdən qan çıxaranlar... - AXI NİYƏ?
Dünən, 11:39
"Müharibə şou ilə deyil, real işlə qazanılır" – Baş komandan Ukrayna rəhbərliyindəki qalmaqala son qoydu
Dünən, 11:37
Qadın şərikli biznes vədi ilə 17 min manatı ələ keçirdi – MƏHKƏMƏ
Dünən, 11:35
Bakıda özəl klinikada ölən körpənin zirzəmiyə atılması iddiası ilə bağlı ARAŞDIRMA BAŞLADI
Dünən, 11:34
Ucarda vəzifəli şəxsin qan donduran əməlləri ifşa olunur – Su İdarəsinin rəis müavini hər an həbs oluna bilər...
Dünən, 11:32
Diplomun tanınması və cəzanın azaldılması adı ilə vətəndaşları aldatdı - TƏFƏRRÜAT
Dünən, 11:28
AZAL donanmasına cari ildə dördüncü təyyarəsini əlavə edib - VİDEO
Dünən, 11:26
"DÇ-2026: Futbol turniri dəyişən dünyanın güzgüsünə çevrildi" - "Новая газета Европа"
Dünən, 11:23
Həmkəndlisini dəmir boru ilə vəhşicəsinə döyən şəxs: - "Araq içdik, sonra məni söyməyə başladı"
Dünən, 11:21
Bakıda yaşıllaşdırma işləri aparılır, yeni ağac və bitki növlərinin yetişdirilməsi və əkilməsi davam etdirilir - FOTO
Dünən, 11:12
Sahibkar Göyçayda intihar edəcəyini bildirir - ETİRAZ!
Dünən, 11:03
"Belə bir həyatda yaşamaq üçün heç bir stimul da qalmır..." - ANIM
Dünən, 10:53
"Öz ərazimizi hədəf ala bilərik" - İran ordusu
Dünən, 10:46
Kanadada FACİƏ: - azərbaycanlı gənc binadan yıxılıb ÖLDÜ
Dünən, 10:28
GDU-nun baş müəlliminin ŞÜBHƏLİ ÖLÜMÜ - TƏFƏRRÜAT
Dünən, 10:25
SEPAH “Amazon”un məlumatlar mərkəzini atəşə tutub
Dünən, 10:18
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru