İsrail İrana `gəl-gəl` deyir... İRAN YENƏ DƏ NAZ EDƏCƏK? - AKTUAL
Tarix: 28-09-2024, 15:23 | Çap et
 İsrailin ardıcıl raket zərbələriylə Hizbullah liderinin və təşkilatın əsas komandirlərinin bir çoxunu öldürməsinin əsas məqsədi sərhəddə təhlükəsizliyin təminatıdır. İsrailin Hizbullah təşkilatına öldürücü zərbələr endirməsinin başqa məqsədi də var. İsrail Hizbullahı zəiflətməklə Livan hökumətinin və ordusunun ölkəyə nəzarəti gücləndirməsini istəyir. Hizbullah Livanın cənubunda fəaliyyət göstərməklə yanaşı paytaxt Beyrutda da siyasi qərarlara təsir gücünü malik idi. 2000-ci illərin əvvəllərində jurnalist kimi Beyrutda olanda bunu özüm də müşahidə etmişdim. Həmin il həm Livanın o zamankı prezidentindən, həm İsrailin raket zərbəsi nəticəsində ölümü təsdiqlənən Hizbullah lideri Həsən Nəsrullaha suallar vermək imkanına malik olmuşdum. Nəsrullahın iqamətgahı ölkə prezidentinin iqamətgahından daha çox qorunur, ətrafındakı silahlılarının sayı prezidentin cangüdənlərinin sayından daha çox idi. Livan hökumətinə maliyyə dəstəyi verən bir çox dövlət Hizbullah təşkilatının tərksilah olunmasını tələb etsə də, bunu reallaşdırmaq mümkün deyil, əks halda ölkədə vətəndaş müharibəsi başlayardı. Hizbullah Livan prezidentinin, baş və müdafiə nazirlərinin qərarlarına tabe deyil. Hizbullaha silah və maliyyə davamlı olaraq İrandan göndərilir. Hizbullah bu dəstək sayəsində ayaqda tutula bilir. Livanın iqtisadi və sosial vəziyyətinin ağırlaşmasının Hizbullah komandirlərinə çox təsiri yox idi, çünki onların maaşı kənardan gəlirdi. İndi vəziyyət dəyişəcək. İsrail Hizbullahı başsız qoymaqla Livan hökumətinə və ordusuna şans yaratmaq istəyir ki, ölkənin hər yerinə nəzarəti bərpa edə bilsinlər. Belə olarsa, Livan ərazisindən İsrailin şimal bölgəsi raket atəşinə məruz qalmayacaq. Hizbulladan fərqli olaraq Livan hakimiyyətinə qonşusu İsraillə sərhəddə gərginlik lazım deyil. Tehran da ciddi sınaqla üzləşəcək. İsrail həm Həmas, həm də Hizbullahı başsız qoyub, bu iki qruplaşmanı zəiflədib. Tehran isə illərdir bu iki təşkilatı silahlandırıb. Buna milyardlarla dollar xərclənib, halbuki, bu maliyyə vəsaiti İran vətəndaşlarının iqtisadi və sosial problemlərinin həllinə yönəldilə bilərdi. İranın yeni Prezidenti Məsud Pezeşkian Həmas və Hizbullahın zəiflədiyini əsas gətirərək bu iki təşkilata ünvanlanan maliyyənin ölkənin problemlərinə yönəldilməsinə mühafizəkarları inandırmağa çalışa bilər. Bu halda Pezeşkian ABŞ və Avropa ölkələri ilə əməkdaşlığa da ümid bəsləyə bilər. Çünki, İrana qarşı tətbiq edilən sanksiyalar həm də Tehranın İrandan kənardakı silahlı qruplara verdiyi dəstəklə bağlıdır. Bütün hallarda son qərar İranın ali dini liderindən asılıdır.
Elxan Şahinoğlu - diaaz.space

|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Moskva və Ankara "Mavi axın"a edilən hücumları qapalı rejimdə müzakirə edir
Bu gün, 13:15 |
|
|
|
| • Ağdamda xəstəxana tikintisinin davamına daha 16 milyon sərf olunacağı proqnozlaşdırılıb
Bu gün, 13:03 |
|
|
|
| • “Qaçqınkom” bizi köçürmür, hər an bu divar uşaqların üstünə uça bilər” - NARAZILIQ VAR...
Bu gün, 12:58 |
|
|
|
| • Özəlin açıqlamasından sonra 400 min nəfər istefa verdi... – CHP-də “siyasi zəlzələ”
Bu gün, 12:55 |
|
|
|
| • Zəngəzurdan Moskvaya ZƏRBƏ – Sokolov kimin adamıdır?
Bu gün, 12:49 |
|
|
|
| • "Arzum" ləqəbli bloqer ev dustaqlığına buraxılıb - QƏRAR
Bu gün, 12:45 |
|
|
|
| • Çağrılmamış qonaqlar... - Bu, çox ciddi məsələdir...
Bu gün, 12:43 |
|
|
|
| • Mülayim şərq küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:39 |
|
|
|
| • AZAL media nümayəndələri üçün intellektual yarış təşkil etdi - Fotolar, VİDEO
Bu gün, 12:37 |
|
|
|
| • Bakıda Bakıdan xəbərsiz MƏXFİ görüş – Əliyev də ondan danışdı...
Bu gün, 12:18 |
|
|
|
| • FHN-nin Dövlət Ekspertiza Baş İdarəsindən şübhəli müqavilələr – Milyon yarım manat haralara gedir
Bu gün, 12:16 |
|
|
|
| • “Tofiq Mirzəyev Bakıda dəfn olunmağı arzulayırdı” - Fərhad Xəlilov
Bu gün, 12:12 |
|
|
|
| • Onlar görəvdən ALINDI - FOTO
Bu gün, 12:11 |
|
|
|
| • Ermənistanda Müdafiə Nazirliyinin vəzifəli şəxsi dizel yanacağını mənimsəməkdə ittiham olunur - KİV
Bu gün, 11:49 |
|
|
|
| • "2 ildir su artezian quyusunun mühərriki işləmir..." - NARAZILIQ VAR...
Bu gün, 11:42 |
|
|
|
| • “Bir Ecosystem”də YENİ TƏYİNAT - BUNDAN SONRA...
Bu gün, 11:36 |
|
|
|
| • Bakı Berlinə yaxınlaşır: Mühüm səfərin pərdəarxası - İNCƏLƏMƏ
Bu gün, 11:25 |
|
|
|
| • Paşinyanın referendum XOFU - ŞƏRH
Bu gün, 11:13 |
|
|
|
| • Arzumun növbəti məhkəməsidir: Amalın xanımı hökmdən narazıdır - TƏFƏRRÜAT
Bu gün, 11:02 |
|
|
|
| • İrəvanın “Made in USA” niyyəti - Bakının reaksiyası...
Bu gün, 10:59 |
|
|
|
| • Dövlət qayğısı milli mətbuatın inkişafının əsas təməlidir - MƏQALƏ
Bu gün, 10:51 |
|
|
|
| • Elnarə Abdullayeva qardaşının ölümündən danışdı: - "63 yaş nədir ki..."
Bu gün, 10:50 |
|
|
|
| • "`AzəriQaz` veteranın 37,50 manat ezamiyyə puluna göz dikib?" - GİLEY
Bu gün, 10:43 |
|
|
|
| • “Dilarə mənə gəlin yox, qız oldu, Oqtayı güc-bəla ilə razı saldıq ki...” - Səhhətində problem yaranan Xalq artisti
Bu gün, 10:32 |
|
|
|
| • Qanunsuz tikilinin qarşısını almaq istəyən məmurlara əsa ilə hücum etdilər – MƏHKƏMƏ
Bu gün, 10:30 |
|
|
|
| • İlham Əliyevdən şok açıqlama: Bakıda keçirilən rus-alman görüşünü ondan kim və niyə gizlədib? - İLGİNC
Bu gün, 10:22 |
|
|
|
| • “Qızımı boşa” sözü faciə ilə nəticələndi: Qayınatasını öldürən kürəkənin ifadəsi - TƏFƏRRÜAT
Bu gün, 10:17 |
|
|
|
| • Böyük əhəmiyyət kəsb edən Almaniya-Azərbaycan əlaqələrinin inkişafı - MƏQALƏ
Bu gün, 10:12 |
|
|
|
| • Bu gün dünyanın aparıcı dövlətləri Azərbaycanı Cənubi Qafqazın ən etibarlı partnyoru adlandırırlar - İsrafil Kərimovun yazısı
Bu gün, 10:11 |
|
|
|
| • İranla müharibənin ABŞ-yə neçəyə başa gəldiyi açıqlandı - "CNN"
Bu gün, 10:08 |
|
|
|
| • Niyə Azərbaycan və Ermənistan Rusiyadan getdikcə daha az mal alır? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 10:03 |
|
|
|
| • Azərbaycan neftinin qiyməti 99 dollara yaxınlaşır
Bu gün, 10:01 |
|
|
|
| • AYNA xidməti avtomobillərinin təmirinə 1,2 milyon manat xərcləməyi planlaşdırır
Bu gün, 09:59 |
|
|
|
| • Bakı “Ən yaxşı tələbə şəhərləri” reytinqində ilk 100-lüyə girib - SİYAHI
Bu gün, 09:58 |
|
|
|
| • Daha bir sığorta agentinin lisenziyası - LƏĞV EDİLDİ
Bu gün, 09:56 |
|
|
|
| • “Uğurum biznes həyatımdakı düzgünlüyümdür” deyən Nigar Fərhadın vergi borcu üzə çıxdı - TƏFƏRRÜAT
Bu gün, 09:54 |
|
|
|
| • Bakıda MƏXFİ GÖRÜŞ: Onlar iştirak edib... - FOTOLAR
Bu gün, 09:40 |
|
|
|
| • TƏBİB-də yeni şöbə müdiri təyin edildi - FOTO
Bu gün, 09:38 |
|
|
|
| • ƏƏSMN-nin süründürməçiliyindən bezən Qarabağ qazisi KÖMƏK İSTƏYİR... - MÜRACİƏT
Bu gün, 09:34 |
|
|
|
| • Ermənistan niyə əmlakımızı qaytarmır? - Zülfüqarov sübut etdi
Bu gün, 09:07 |
|
|
|
| • 500-dən çox ABŞ hərbçisi yaralanıb - "Associated Press"
Bu gün, 06:36 |
|
|
|
| • Xalq artisti Tofiq Mirzəyev vəfat etdi - FOTO
Bu gün, 06:25 |
|
|
|
| • Elnur Əliyev bütün təhsili nəzarətinə götürür - Narazı müəllim ordusu niyə yaradılır?
Bu gün, 06:09 |
|
|
|
| • "Brent" neftinin qiyməti 92 dolları ötüb
Bu gün, 06:05 |
|
|
|
| • Xaraba kimi idarə olunan Binəqədinin YİYƏSİ YOXDUR... - YEYƏNİ ÇOXDUR...
Bu gün, 06:03 |
|
|
|
| • Restoranlar kralı Fuad Quliyev Dövlət qurumunda vəzifəsindən görün necə sui-istifadə edib? - İTTİHAM VAR...
Bu gün, 05:57 |
|
|
|
| • Universitet müəllimləri də sertifikasiyaya cəlb olunmalıdır? - Professor açıqladı
Bu gün, 05:50 |
|
|
|
| • Babək rayonunda 37-ci il AB-HAVASI... - BU NƏDİ BELƏ?
Bu gün, 05:31 |
|
|
|
| • “Erməni soyqırımı” və Bakıdan Qüdsə edilən zəng - NƏ BAŞ VERİR?
Bu gün, 05:25 |
|
|
|
| • Göygöl Suvarma Sistemləri İdarəsindən borclu şirkətə 198 min manatlıq tender - TƏFƏRRÜAT
Bu gün, 05:18 |
|
|
|
|