Moskva və Ankara "Mavi axın"a edilən hücumları qapalı rejimdə müzakirə edir .....                     Ağdamda xəstəxana tikintisinin davamına daha .....                     “Qaçqınkom” bizi köçürmür, hər an bu divar uşaqların üstünə uça bilər” .....                     Özəlin açıqlamasından sonra 400 min nəfər istefa verdi... .....                     Zəngəzurdan Moskvaya ZƏRBƏ .....                     "Arzum" ləqəbli bloqer ev dustaqlığına buraxılıb .....                     Çağrılmamış qonaqlar... .....                     Mülayim şərq küləyi əsəcək .....                     AZAL media nümayəndələri üçün intellektual yarış təşkil etdi .....                     Bakıda Bakıdan xəbərsiz MƏXFİ görüş .....                     FHN-nin Dövlət Ekspertiza Baş İdarəsindən şübhəli müqavilələr .....                     “Tofiq Mirzəyev Bakıda dəfn olunmağı arzulayırdı” .....                     Onlar görəvdən ALINDI .....                     Ermənistanda Müdafiə Nazirliyinin vəzifəli şəxsi dizel yanacağını mənimsəməkdə ittiham olunur .....                     "2 ildir su artezian quyusunun mühərriki işləmir..." .....                     “Bir Ecosystem”də YENİ TƏYİNAT .....                     Bakı Berlinə yaxınlaşır: Mühüm səfərin pərdəarxası .....                     Paşinyanın referendum XOFU .....                     Arzumun növbəti məhkəməsidir: Amalın xanımı hökmdən narazıdır .....                     İrəvanın “Made in USA” niyyəti .....                     Dövlət qayğısı milli mətbuatın inkişafının əsas təməlidir .....                     Elnarə Abdullayeva qardaşının ölümündən danışdı: .....                     "`AzəriQaz` veteranın 37,50 manat ezamiyyə puluna göz dikib?" .....                     “Dilarə mənə gəlin yox, qız oldu, Oqtayı güc-bəla ilə razı saldıq ki...” .....                     Qanunsuz tikilinin qarşısını almaq istəyən məmurlara əsa ilə hücum etdilər .....                     İlham Əliyevdən şok açıqlama: Bakıda keçirilən rus-alman görüşünü ondan kim və niyə gizlədib? .....                     “Qızımı boşa” sözü faciə ilə nəticələndi: Qayınatasını öldürən kürəkənin ifadəsi .....                     Böyük əhəmiyyət kəsb edən Almaniya-Azərbaycan əlaqələrinin inkişafı .....                     Bu gün dünyanın aparıcı dövlətləri Azərbaycanı Cənubi Qafqazın ən etibarlı partnyoru adlandırırlar .....                     İranla müharibənin ABŞ-yə neçəyə başa gəldiyi açıqlandı .....                     Niyə Azərbaycan və Ermənistan Rusiyadan getdikcə daha az mal alır? .....                     Azərbaycan neftinin qiyməti 99 dollara yaxınlaşır .....                     AYNA xidməti avtomobillərinin təmirinə .....                     Bakı “Ən yaxşı tələbə şəhərləri” reytinqində ilk 100-lüyə girib .....                     Daha bir sığorta agentinin lisenziyası .....                     “Uğurum biznes həyatımdakı düzgünlüyümdür” deyən Nigar Fərhadın vergi borcu üzə çıxdı .....                     Bakıda MƏXFİ GÖRÜŞ: Onlar iştirak edib... .....                     TƏBİB-də yeni şöbə müdiri təyin edildi .....                     ƏƏSMN-nin süründürməçiliyindən bezən Qarabağ qazisi KÖMƏK İSTƏYİR... .....                     Ermənistan niyə əmlakımızı qaytarmır? .....                 

Ermənistanda “qaynar payız” elanı: keşiş sükutu pozmaq qərarı verib - NƏ BAŞ VERİR?
Tarix: 26-09-2024, 01:40 | Çap et
Ermənistanda “qaynar payız” elanı: keşiş sükutu pozmaq qərarı verib
Ermənistanın müxalif “Tavuş naminə Vətən” hərəkatı Baş nazir Nikol Paşinyan hakimiyyətinə qarşı yenidən etiraz aksiyalarına başlayacağının anonsunu verib. Bu ilin aprel ayında Qazaxın 4 kəndinin Azərbaycana təhvil verilməsi və Ermənistan-Azərbaycan sərhədlərinin delimitasiya-demarkasiya işlərinin başlamasına etiraz hərəkatı kimi keşiş Baqrat Qalstanyanın rəhbərliyi ilə yaradılan hərəkat əvvəlki aksiyalarda uğursuzluğa düçar oldu. Tavuşdan İrəvana yürüşlər təşkil edən və İrəvanda bir neçə dəfə mitinqlər keçirən Qalstanyan ermənilərdən dəstək ala bilmədi.

Görünən odur ki, Tavuş arxiyepiskopunun vasitəsilə Paşinyanı devirmək istəyən qüvvələr yay boyunca “payız tətilinə” hazırlaşıblar. Məlumdur ki, Qalstanyana sabiq Prezidentin, parlamentdəki “Ermənistan” fraksiyası, xaricdəki bəzi erməni lobbi təşkilatları və Rusiyadakı müəyyən qüvvələr dəstək verirlər. Analitiklər hesab edirlər ki, keşişin arxasındakı qüvvələr Paşinyana qarşı yenidən etiraz dalğası yaratmaqla onu hakimiyyətdən uzaqlaşdırmaq istəyirlər.

“Biz ləyaqətli yeni hökumət qurmalıyıq. Dövlət və cəmiyyətin müqavimətini qıran ayrıcı xətlər aradan qaldırılmalıdır. Milli həmrəyliyimizi bərpa edə bilərik. Bu amal uğrunda hamıya çağırış edirəm”, - deyən Qalstanyan oktyabrın 2-də Paşinyanın istefası tələbi ilə aktiv mübarizənin bərpa olunacağını bəyan edib.

Keşiş qeyd edib ki, “müxalifət amansız, inadkar və zəmanətli qələbə ilə yekunlaşacaq gərgin və ardıcıl mübarizə mərhələsinə qədəm qoyub”. Onun sözlərinə görə, rəhbəri olduğu hərəkatın artıq “səhv etmək hüququ yoxdur” və addım-addım son mərhələyə getməlidir.

B.Qalstanyan təkcə erməni xalqına deyil, xaricdəki erməni diasporuna da çağırış edib. Analitiklər bildirirlər ki, burada keşişin məqsədi xaricdən dəstək almaq və Paşinyanı xarici dəstəkdən məhrum etməkdir.

Erməni politoloq Qarnik Danielyan deyib ki, Qalstanyanın aksiyalarla Paşinyanı hakimiyyətdən uzaqlaşdırması real deyil: “Erməni cəmiyyəti uğursuzluğun səbəbi kimi Paşinyanın yox, sabiq prezidentlər – Robert Köçəryan və Serj Sarkisyanın siyasətini görürlər. Xalq bilir ki, bu adamların hakimiyyəti dövründə Ermənistan korrupsiya bataqlığının dibində idi. Ölkədə insan hüquqları kobud şəkildə pozulurdu. İnsanlar yaxşı bilirlər ki, Qalstanyanı indi müxalifətdə olan keçmiş rəhbərlər qızışdırırlar və arxasında dayanırlar. Buna görə də, ermənilər keşişin hərəkatının uğur qazanacağı halda keçmiş sistemə keçidin baş verəcəyini düşünürlər. Bu sistemi isə Ermənistan cəmiyyəti, erməni xalqı istəmir. Ona görə də keşişin hərəkatına dəstək yoxdur, etirazlara da çıxanlar az olacaq”.

“Üstəlik, erməni cəmiyyəti artıq Azərbaycan və Türkiyə ilə düşmən olmaq istəmir. Keşişin bəyanatları isə düşmənçiliyə səsləyir. Eyni zamanda, onu da nəzərə almaq lazımdır ki, Paşinyana qarşı etirazlar müxalifətə rəğbət bəslənilməsi demək deyil”, - Danielyan fikrini tamamlayıb.

Siyasi şərhçi Əli Mustafa AYNA-ya bildirib ki, Qalstanyanın “qaynar payız” elanı təsadüfi deyil: “Məlumdur ki, keşişin başçılıq etdiyi hərəkat Rusiya layihəsidir. Rusiya davamlı olaraq Paşinyan hakimiyyətinə qarşı etirazlar yaradır. Sanki keşiş davamlı olaraq meydanda saxlanılır və bütün narazı qüvvələrin ortaya çıxmasına şərait yaratmaq vəzifəsini həyata keçirir. Qalstanyan etirazçı kütləni formalaşdıracaq şəxs kimi meydana göndərilir. Amma bunlar mənasızdır. Çünki keşişin özü də başa düşür ki, artıq uduzub”.

“Aparılan rəy sorğuları da göstərir ki, arxiyepiskopun rəhbərlik etdiyi hərəkat erməni cəmiyyətində aktuallığını itirib. Əvvəllər aksiyalara xeyli erməni cəlb edilə bilirdisə, artıq Qalstanyanın ətrafındakı adamların sayı azalıb”, - deyə analitik qeyd edib.

Ə.Mustafa xatırladıb ki, Qalstanyan ilk etiraz aksiyalarına Azərbaycana qaytarılan kəndlərə yaxın ərazilərdə başlayıb: “Həmin vaxt keşişin başçılığı ilə ilə keçirilən nümayişlər daha kütləvi idi, insanlar emosialarına uyğun olaraq, hərəkata qoşulmaq istəyində idilər. Amma bu etirazlar Qazaxın 4 kəndinin Azərbaycana qaytarılmasına mane olmadı. Erməni xalqı da anladı ki, revanşist hərəkətlər onlara yeni müharibə, yeni itkilər vəd edir. Həm də bu etirazların mənasız olduğunu dərk edən, soyuq başla düşünən insanlar hərəkatın aksiyalarından imtina etdilər. Amma görünən odur ki, keşiş bu vəziyyətdən nəticə çıxarmayıb, yenidən aksiyalara başlamaq qərarı verib. Lakin məncə, bu etirazlar da uğursuz olacaq və Paşinyan hakimiyyətini devirə biləcək səviyyəyə gəlməyəcək”.







 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Moskva və Ankara "Mavi axın"a edilən hücumları qapalı rejimdə müzakirə edir
Bu gün, 13:15
Ağdamda xəstəxana tikintisinin davamına daha 16 milyon sərf olunacağı proqnozlaşdırılıb
Bu gün, 13:03
“Qaçqınkom” bizi köçürmür, hər an bu divar uşaqların üstünə uça bilər” - NARAZILIQ VAR...
Bu gün, 12:58
Özəlin açıqlamasından sonra 400 min nəfər istefa verdi... – CHP-də “siyasi zəlzələ”
Bu gün, 12:55
Zəngəzurdan Moskvaya ZƏRBƏ – Sokolov kimin adamıdır?
Bu gün, 12:49
"Arzum" ləqəbli bloqer ev dustaqlığına buraxılıb - QƏRAR
Bu gün, 12:45
Çağrılmamış qonaqlar... - Bu, çox ciddi məsələdir...
Bu gün, 12:43
Mülayim şərq küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:39
AZAL media nümayəndələri üçün intellektual yarış təşkil etdi - Fotolar, VİDEO
Bu gün, 12:37
Bakıda Bakıdan xəbərsiz MƏXFİ görüş – Əliyev də ondan danışdı...
Bu gün, 12:18
FHN-nin Dövlət Ekspertiza Baş İdarəsindən şübhəli müqavilələr – Milyon yarım manat haralara gedir
Bu gün, 12:16
“Tofiq Mirzəyev Bakıda dəfn olunmağı arzulayırdı” - Fərhad Xəlilov
Bu gün, 12:12
Onlar görəvdən ALINDI - FOTO
Bu gün, 12:11
Ermənistanda Müdafiə Nazirliyinin vəzifəli şəxsi dizel yanacağını mənimsəməkdə ittiham olunur - KİV
Bu gün, 11:49
"2 ildir su artezian quyusunun mühərriki işləmir..." - NARAZILIQ VAR...
Bu gün, 11:42
“Bir Ecosystem”də YENİ TƏYİNAT - BUNDAN SONRA...
Bu gün, 11:36
Bakı Berlinə yaxınlaşır: Mühüm səfərin pərdəarxası - İNCƏLƏMƏ
Bu gün, 11:25
Paşinyanın referendum XOFU - ŞƏRH
Bu gün, 11:13
Arzumun növbəti məhkəməsidir: Amalın xanımı hökmdən narazıdır - TƏFƏRRÜAT
Bu gün, 11:02
İrəvanın “Made in USA” niyyəti - Bakının reaksiyası...
Bu gün, 10:59
Dövlət qayğısı milli mətbuatın inkişafının əsas təməlidir - MƏQALƏ
Bu gün, 10:51
Elnarə Abdullayeva qardaşının ölümündən danışdı: - "63 yaş nədir ki..."
Bu gün, 10:50
"`AzəriQaz` veteranın 37,50 manat ezamiyyə puluna göz dikib?" - GİLEY
Bu gün, 10:43
“Dilarə mənə gəlin yox, qız oldu, Oqtayı güc-bəla ilə razı saldıq ki...” - Səhhətində problem yaranan Xalq artisti
Bu gün, 10:32
Qanunsuz tikilinin qarşısını almaq istəyən məmurlara əsa ilə hücum etdilər – MƏHKƏMƏ
Bu gün, 10:30
İlham Əliyevdən şok açıqlama: Bakıda keçirilən rus-alman görüşünü ondan kim və niyə gizlədib? - İLGİNC
Bu gün, 10:22
“Qızımı boşa” sözü faciə ilə nəticələndi: Qayınatasını öldürən kürəkənin ifadəsi - TƏFƏRRÜAT
Bu gün, 10:17
Böyük əhəmiyyət kəsb edən Almaniya-Azərbaycan əlaqələrinin inkişafı - MƏQALƏ
Bu gün, 10:12
Bu gün dünyanın aparıcı dövlətləri Azərbaycanı Cənubi Qafqazın ən etibarlı partnyoru adlandırırlar - İsrafil Kərimovun yazısı
Bu gün, 10:11
İranla müharibənin ABŞ-yə neçəyə başa gəldiyi açıqlandı - "CNN"
Bu gün, 10:08
Niyə Azərbaycan və Ermənistan Rusiyadan getdikcə daha az mal alır? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 10:03
Azərbaycan neftinin qiyməti 99 dollara yaxınlaşır
Bu gün, 10:01
AYNA xidməti avtomobillərinin təmirinə 1,2 milyon manat xərcləməyi planlaşdırır
Bu gün, 09:59
Bakı “Ən yaxşı tələbə şəhərləri” reytinqində ilk 100-lüyə girib - SİYAHI
Bu gün, 09:58
Daha bir sığorta agentinin lisenziyası - LƏĞV EDİLDİ
Bu gün, 09:56
“Uğurum biznes həyatımdakı düzgünlüyümdür” deyən Nigar Fərhadın vergi borcu üzə çıxdı - TƏFƏRRÜAT
Bu gün, 09:54
Bakıda MƏXFİ GÖRÜŞ: Onlar iştirak edib... - FOTOLAR
Bu gün, 09:40
TƏBİB-də yeni şöbə müdiri təyin edildi - FOTO
Bu gün, 09:38
ƏƏSMN-nin süründürməçiliyindən bezən Qarabağ qazisi KÖMƏK İSTƏYİR... - MÜRACİƏT
Bu gün, 09:34
Ermənistan niyə əmlakımızı qaytarmır? - Zülfüqarov sübut etdi
Bu gün, 09:07
500-dən çox ABŞ hərbçisi yaralanıb - "Associated Press"
Bu gün, 06:36
Xalq artisti Tofiq Mirzəyev vəfat etdi - FOTO
Bu gün, 06:25
Elnur Əliyev bütün təhsili nəzarətinə götürür - Narazı müəllim ordusu niyə yaradılır?
Bu gün, 06:09
"Brent" neftinin qiyməti 92 dolları ötüb
Bu gün, 06:05
Xaraba kimi idarə olunan Binəqədinin YİYƏSİ YOXDUR... - YEYƏNİ ÇOXDUR...
Bu gün, 06:03
Restoranlar kralı Fuad Quliyev Dövlət qurumunda vəzifəsindən görün necə sui-istifadə edib? - İTTİHAM VAR...
Bu gün, 05:57
Universitet müəllimləri də sertifikasiyaya cəlb olunmalıdır? - Professor açıqladı
Bu gün, 05:50
Babək rayonunda 37-ci il AB-HAVASI... - BU NƏDİ BELƏ?
Bu gün, 05:31
“Erməni soyqırımı” və Bakıdan Qüdsə edilən zəng - NƏ BAŞ VERİR?
Bu gün, 05:25
Göygöl Suvarma Sistemləri İdarəsindən borclu şirkətə 198 min manatlıq tender - TƏFƏRRÜAT
Bu gün, 05:18
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru