Sərhədin hər iki tayında olan biziksə... .....                     "Hakimiyyətə qarşı çıxmağı günah saymırıq..." .....                     Rus klassiklərinin bal səhnələrində gizlənən həqiqət .....                     Rusiya bu yolla ABŞ və Avropanı Güney Qafqazdan kənarda qoymağa çalışır .....                     Məni gizlicə kitab otağına buraxardı... .....                     Sayımız nə qədər olsa yaxşıdır? .....                     Rusiya Avropa ilə yeni savaş ərəfəsində... İran isə... .....                     Təcili Tibbi Yardımın işçiləri ikiqat əməkhaqqı almalıdır... NİYƏ VERMİRSİNİZ? .....                     Azərbaycana qarşı döyüşən muzdlu komandir .....                     Naziri döydü, sədri MM-dən qovdu, gizlicə müxalifətə qoşulmaq istədi .....                     “Tarqovı”da qeyri-etik sorğular keçirən üç nəfər saxlanıldı .....                     Ukraynalı rusun toyunda oynadı, ara qarışdı .....                     Pezeşkianın oğlu dövlət televiziyasını yıxıb-sürüdü .....                     Özgür Özəlin komandası hazırda ya həbsdədir, ya da məhkəmə çəkişmələrində... .....                     Nurlan Quliyev Hesablama Palatası sədrinin açıqlamalarından nə vaxt nəticə çıxaracaq .....                     Mədəniyyət Nazirliyi AYB-ni məhkəməyə verdi: Abidə korlanıb .....                     Fuad Nağıyev sabiq məmuru Qubaya rəis təyin etdi .....                     Tanınmış aktrisa KÖVRƏLDİ: .....                     Avropa Komissiyası Ermənistan meyvə-tərəvəzinin Aİ-yə tədarük tarixini açıqlamayıb .....                     «Level Leasing» ASC-nin aktivləri 3 milyon manat azalıb .....                     Bu müharibənin başlanması realdır .....                     Prezidenti Məhəmməd Şahabuddin səhhətinə görə istefa verib .....                     Azərbaycanda banklar birləşəcək .....                     Xamenei işimizə mane olur .....                     BURA YASAMALDIR: Burda nə istəsən... OLAR! .....                     "Ölümü aldadıb bu yaşa gəlmişəm" .....                     Müəllimlərin geyimi neçəyə SATILACAQ? .....                     AAYDA-ya məxsus bu idarələr ləğv olundu, direktorları ixtisara düşdü .....                     “Zaqatala-Fındıq” ATSC yenidən təşkil ediləcək .....                     Bakının strateji zəfəri: Əliyev Avropanın enerji gələcəyinə zəmanət verir .....                     Qonaq getdiyi qohumunun evindən oğurluq etdi, saxlanıldı .....                     YAP-da “kadr zəlzələsi” olacaq .....                     Xaricdə təhsil üzrə Dövlət Proqramının nəticələri elan edilib .....                     Rus ordusu Xarkovda iki kəndi işğal etdi .....                     Qafanda İran-Ermənistan “sevgisi”: Tehran nəyə çalışır? .....                     İrəvan Teatrının yeni direktoru kimdir? .....                     "Bətnimdəki Səs" .....                     “Space TV” İFLAS HƏDDİNDƏ! .....                     Məmməd Musayevlə əlbir olub 100 milyonu “yeyiblər” .....                     Gürcüstan XİN Aİ-nin Kulevi NEZ-lə bağlı qərarından təəssüflənib .....                 

Moskva Oskara layiq olan bu əməliyyatla hansı məqsədləri güdə bilər? - HƏQİQƏTƏN DƏ...
Tarix: 5-05-2023, 19:19 | Çap et
Moskva Oskara layiq olan bu əməliyyatla hansı məqsədləri güdə bilər?
İndi rus və ya ukraynalı yazıçı olduğu mübahisə edilən Nikolay Qoqolun sayəsində məşhurlaşan “özünü şallaqlamaq” ifadəsi, Kremlə iddia edilən pilotsuz təyyarə hücumu vəziyyətində istifadə üçün tam uyğun gəlir. Yadınızdadırsa, Qoqolun “Revizor” komediyasında unter-zabitin arvadı, bələdiyyə sədrinin dediyi kimi, qadınlar arasında mübahisə zamanı özünü bazarda qamçılamışdı, amma onun buna heç bir aidiyyəti yox idi.

Beləliklə, Kremlin Senat Sarayının günbəzi üzərində dünənki gecə parıltısını bu süjetlə kifayət qədər müqayisə etmək olar, yalnız tam əksinə. Bu halda, deyəsən, Kreml özünü şallaqlayıb və yaranmış vəziyyətdə Bankovanı günahlandırıb.

Bir çox tanınmış ekspertlər bu versiyaya sadiqdirlər, “Telegram” kanalları insayder məlumatlarına istinad edərək eyni barədə yazır. Oxucu bu gün açıq-aşkar Reyxstaqa od vuran və bunda kommunistləri günahlandıran alman faşistlərinin üsulları haqqında düşünərək, Rusiyada baş verənlərdə eyni məntiqi tapa bilər.

Amma gəlin qayda ilə gedək.

Hadisə ilə bağlı ilk mesaj Moskvanın ictimai səhifələrindən birində gecə saat üçün yarısında çıxdı. Ancaq Rusiya hakimiyyəti Vladimir Putinin iqamətgahının Ukrayna pilotsuz uçan aparatlarının (PUA) hücumuna məruz qalması barədə məlumatı düz 12 saatdan sonra yayıb.

CNN mayın 3-də bildirib ki, doğrudan da Kreml üzərində iki pilotsuz təyyarə uçub, lakin Ukraynanın “hücumda iştirakına dair heç bir sübut yoxdur”. İnternetdə dronun Kreml üzərində partlaması və ardınca baş verən yanğın anını əks etdirən video yayılıb. İki PUA bir neçə dəqiqəlik fasilə ilə müxtəlif istiqamətlərdən Kremlə doğru uçub. Spasskaya qülləsindəki saata əsasən, ilk dron Kreml üzərində yerli vaxtla saat 02:27-də görünüb - o, Senat Sarayının üzərində partlayıb və damda yanğına səbəb olub. İkinci PUA saat 02:43-də qeydə alınıb - o, havada partlayıb və onun fraqmentləri Kremlin ərazisinə düşüb.

Qeyd edək ki, Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov ilk xəbərlər çıxmazdan təxminən iki saat əvvəl jurnalistlərlə müntəzəm söhbəti zamanı Kreml ətrafında baş verən insidenti qeyd etməyib. Rusiya İstintaq Komitəsi Putinin Kreml iqamətgahına zərbə endirmək cəhdi ilə bağlı terror aktı maddəsi ilə cinayət işi açdıqlarını bildirib.

Dron tərəfindən zədələnmiş Kreml sarayında həqiqətən də Putinin ofisləri və Kremldəki mənzili yerləşir. Rusiyalı jurnalist Fəridə Rüstəmovanın “Telegram” kanalında yazdığı kimi, Senat Sarayının binasında Putin və onun administrasiyasının istifadə etdiyi iş yerlərinin çoxu yerləşir: “Burada həm də Prezidentin Kremldəki mənzili yerləşir. Putin bu yaxınlarda orada Çin lideri Si Szinpini qəbul etmişdi”.

Jurnalist Kremlin rəsmi hesabatında insidentin Putinin həyatına qəsd adlandırılmasının məhz buna görə də təşkil olunduğunu irəli sürüb.

Məşhur Azərbaycan atalar sözündə deyilir ki: “Yalançının evi yandı, heç kim inanmadı”. Kremlin versiyası, təbii ki, məlum səbəblərdən də inandırıcı deyil.

Hərbi Hüquq Tədqiqatları Mərkəzinin rəhbəri Aleksandr Musienko “Radio NV”-yə müsahibəsində Moskvadakı gecə pilotsuz təyyarə hücumunu FSB tərəfindən səhnələşdirilmiş tamaşa adlandırıb: “Onlar istənilən yolla çalışırlar, əgər pozmasalar da, heç olmasa Ukraynanın əks-hücumunu təxirə salmağa çalışırlar”.

Amerika Müharibənin Tədqiqi İnstitutu olan ISW-nin analitikləri Rusiyanın özünün Kremlə hücum edə biləcəyi versiyasını irəli sürdülər. Ekspertlərin fikrincə, Rusiya hakimiyyəti son vaxtlar hava hücumundan müdafiə sistemlərini gücləndirir - o cümlədən, xüsusi olaraq, Moskvada. Buna görə də, çətin ki, iki pilotsuz təyyarə bir neçə müdafiə təbəqəsini yararaq, birbaşa “Kremlin ürəyinin üstündə” partlasın və açıq-aydın kameralara həkk edilsin. Analitiklərin xatırlatdığı kimi, Kreml heç vaxt digər hərbi təhqirlərə - Xerson və Balakleyanın itkisinə vaxtında informasiya xarakterli cavab verə bilməyib. Bu dəfə rəsmi rus versiyasının sürətli və ardıcıl təqdimatı oldu.

Ukrayna Prezidenti Vladimir Zelenski Finlandiyada Nordic sammitinin iştirakçıları ilə brifinq zamanı Ukraynanın işğalçı ölkə Rusiya ərazisinə hücum etmədiyini vurğulayıb: “Mən bu mesajı təkrarlaya bilərəm, düşünürəm ki, bu, hamıya aydın olacaq: biz nə Putinə, nə də Moskvaya hücum edirik”.

Litvanın xarici işlər naziri Qabrielis Landsbergis tvitində Kreml üzərindəki partlayışın dünyada ilk "yalançı bayraq əməliyyatı" olduğunu yazaraq, Kremlə "hücum"u məsxərəyə qoyub. Onun latviyalı həmkarı Edqars Rinkeviç deyib ki, Kreml rejimi "ən yaxşı vizual effektlər" üçün Oskar mükafatına layiqdir.

Beləliklə, yuxarıdakı versiyanı başlanğıc nöqtəsi kimi götürsək, gəlin görək, Kreml həqiqətən də Oskara layiq olan bu əməliyyatla hansı məqsədləri güdə bilərdi? Birdən bir neçəsini təxmin etmək çox asandır:

- anti-Rusiya koalisiyasını parçalamaq və Ukraynaya inamsızlıq yaratmaq;

- Ukrayna tərəfinin əks-hücumunu pozmaq;

- ölkə ərazisində hərbi vəziyyətin tətbiqi, kütləvi səfərbərlik, Vətən müharibəsi elan etmək, öz ərazisində genişmiqyaslı təxribat təşkil etmək;

- bu və ya digər texnogen fəlakət, məsələn, hansısa AES-də baş vermiş partlayış kimi Ukraynanı ittiham etmək üçün səbəblərə malik olmaq;

- “Xüsusi əməliyyat”, onun vəzifələri və məqsədləri, nəticələri və itkilərin miqyası ilə bağlı ictimaiyyətin lüzumsuz suallarına yol verməmək üçün mayın 9-da keçiriləcək qələbə paradını ləğv etmək və ən əsası, əlbəttə ki, Putinin, kiçikmiqyaslı parad keçirilsə belə, orada çıxış etməməsinin səbəbini izah etmək üçün baza yaratmaq.

Ancaq bizim fərziyyəmiz yaşamaq hüququna malikdirsə, Reyxstaqın yandırılmasına bənzər bu əməliyyat Kreml üçün daha neqativ təsirlərə gətirib çıxara bilər: “dərin xalq”ın hələ də inandığı “rus ordusunun gücü” mifini tamamilə məhv edə bilər. Üstəlik, Rusiya tərəfi bu səhnələşdirmə ilə özünü gülünc vəziyyətə saldı: “Kremlə hücum etməklə” nüvəsiz Ukraynanın “nüvə fövqəldövləti”ni qətiyyətlə aşağıladığını təsdiqlədi. Həqiqətən də, Rusiya özünü çox effektiv şəkildə qamçılamağı bacardı...

Müəllif: Mira Həsənova
//AYNA//







 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Sərhədin hər iki tayında olan biziksə... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:06
"Hakimiyyətə qarşı çıxmağı günah saymırıq..." - AMMA...
Bu gün, 06:02
Rus klassiklərinin bal səhnələrində gizlənən həqiqət - İLGİNC
Bu gün, 05:47
Rusiya bu yolla ABŞ və Avropanı Güney Qafqazdan kənarda qoymağa çalışır - GƏLİŞMƏ
Bu gün, 05:43
Məni gizlicə kitab otağına buraxardı...
Bu gün, 05:39
Sayımız nə qədər olsa yaxşıdır? - AKTUAL
Bu gün, 05:36
Rusiya Avropa ilə yeni savaş ərəfəsində... İran isə... - İNCƏLƏMƏ
Bu gün, 05:32
Təcili Tibbi Yardımın işçiləri ikiqat əməkhaqqı almalıdır... NİYƏ VERMİRSİNİZ? - ETİRAZ VAR!
Bu gün, 05:17
Azərbaycana qarşı döyüşən muzdlu komandir ÖLDÜ
Dünən, 17:01
Naziri döydü, sədri MM-dən qovdu, gizlicə müxalifətə qoşulmaq istədi – Əhəd Abıyev haqda sensasion detallar
Dünən, 16:59
“Tarqovı”da qeyri-etik sorğular keçirən üç nəfər saxlanıldı - TƏFƏRRÜAT
Dünən, 16:57
Ukraynalı rusun toyunda oynadı, ara qarışdı - Bəyanat yaydı
Dünən, 16:53
Pezeşkianın oğlu dövlət televiziyasını yıxıb-sürüdü - "MOUZE"
Dünən, 16:41
Özgür Özəlin komandası hazırda ya həbsdədir, ya da məhkəmə çəkişmələrində... - ŞƏRH
Dünən, 16:39
Nurlan Quliyev Hesablama Palatası sədrinin açıqlamalarından nə vaxt nəticə çıxaracaq - İLGİNC
Dünən, 16:33
Mədəniyyət Nazirliyi AYB-ni məhkəməyə verdi: Abidə korlanıb - TƏFƏRRÜAT
Dünən, 16:22
Fuad Nağıyev sabiq məmuru Qubaya rəis təyin etdi - BUNDAN SONRA...
Dünən, 16:19
Tanınmış aktrisa KÖVRƏLDİ: - “Ölmüşdüm, sən məni diriltdin”
Dünən, 16:12
Avropa Komissiyası Ermənistan meyvə-tərəvəzinin Aİ-yə tədarük tarixini açıqlamayıb
Dünən, 16:09
«Level Leasing» ASC-nin aktivləri 3 milyon manat azalıb – HESABAT
Dünən, 16:00
Bu müharibənin başlanması realdır – Sabiq nazirdən ŞOK açıqlamalar
Dünən, 15:58
Prezidenti Məhəmməd Şahabuddin səhhətinə görə istefa verib
Dünən, 15:56
Azərbaycanda banklar birləşəcək
Dünən, 15:41
Xamenei işimizə mane olur - Əraqçi
Dünən, 15:40
BURA YASAMALDIR: Burda nə istəsən... OLAR! - AXI NİYƏ?..
Dünən, 15:35
"Ölümü aldadıb bu yaşa gəlmişəm" - Xalq artisti
Dünən, 15:32
Müəllimlərin geyimi neçəyə SATILACAQ? - AÇIQLAMA
Dünən, 15:30
AAYDA-ya məxsus bu idarələr ləğv olundu, direktorları ixtisara düşdü - SİYAHI
Dünən, 15:24
“Zaqatala-Fındıq” ATSC yenidən təşkil ediləcək - YIĞINCAQ
Dünən, 15:22
Bakının strateji zəfəri: Əliyev Avropanın enerji gələcəyinə zəmanət verir - İNCƏLƏMƏ
Dünən, 15:19
Qonaq getdiyi qohumunun evindən oğurluq etdi, saxlanıldı - TƏFƏRRÜAT
Dünən, 15:16
YAP-da “kadr zəlzələsi” olacaq - Deputatdan səs-küylü açıqlama
Dünən, 15:14
Xaricdə təhsil üzrə Dövlət Proqramının nəticələri elan edilib - DİQQƏT!
Dünən, 15:13
Rus ordusu Xarkovda iki kəndi işğal etdi - KİV
Dünən, 15:09
Qafanda İran-Ermənistan “sevgisi”: Tehran nəyə çalışır? - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 14:59
İrəvan Teatrının yeni direktoru kimdir? - DOSYE
Dünən, 14:57
"Bətnimdəki Səs" - Əfsanə Zaman...
Dünən, 14:52
“Space TV” İFLAS HƏDDİNDƏ! - TƏFƏRRÜAT
Dünən, 14:44
Məmməd Musayevlə əlbir olub 100 milyonu “yeyiblər” - Vəzifəli şəxslər həbs edildi
Dünən, 14:37
Gürcüstan XİN Aİ-nin Kulevi NEZ-lə bağlı qərarından təəssüflənib
Dünən, 14:36
İran “Amazon”un məlumat mərkəzini vurub
Dünən, 14:35
Düz-əməlli marşrut da yoxdur ki... - NARAZILIQ VAR...
Dünən, 14:30
Paşinyanın gözünü 47 gündür YOLDA qoyan iki “dost” – BİRİ Putin...
Dünən, 14:25
İcra başçısı rəisi işdən çıxardı - FOTO - FOTO
Dünən, 14:23
İran və Rusiyanın xarici işlər nazirləri görüşüblər
Dünən, 14:20
CHP Özgür Özəlin sirlərini yaymağa başladı
Dünən, 10:35
SEPAH ABŞ-nin İordaniya və Bəhreyndəki bazalarına PUA hücumu edib
Dünən, 09:39
Azərbaycan nefti 8%-dən çox bahalaşıb
Dünən, 09:38
Peşə Təhsilində gizlədilən vakansiyalar – Rəqəmsal ixtisaslar niyə sıxışdırılır?
Dünən, 08:20
"Azəriqaz"da SİLKƏLƏNMƏ: Total ixtisar və... - Cənab Məmmədov NƏ İSTƏYİR?
Dünən, 08:17
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru