““İnsanlar tənbəlləşib” anlayışı son zamanlar siyasi səhnədə çox səslənsə də, belə bir anlayış yoxdur” .....                     İlan sancan əməkdar artistin SON VƏZİYYƏTİ: "Bir bu qalmışdı..." .....                     "Zolotaya Korona" Azərbaycana da köçürmələri dayandırdı .....                     Dövlətin milyonları necə mənimsənilir? .....                     Rumıniyada F-16 pilotu naməlum PUA-nı zərərsizləşdirib .....                     Azərbaycanda aldığı əşyaya görə CƏRİMƏLƏNDİ .....                     Məşhur həbsxana rəisi vəfat etdi .....                     Nazim Tahirovun AUDİT ORTAĞI: Dövlətə belə kəf gəlirlər... .....                     Bu ölkə Türkiyədən KAAN almaq istəyir .....                     Bank sistemini bu iki adam idarə edirdi… .....                     "Air Force One" qalmaqalı böyüyür .....                     Sanksiyaların ləğvi əvəzində 102-ci hərbi baza .....                     Paşinyan Xudatyanı İrana göndərdi .....                     Azərbaycan neftinin qiyməti 103 dollara yaxın olub .....                     Bu Nazirlikdə təlimlər keçiriləcək: .....                     Həbs edilən iş adamları kimlərdir: izlər Xızıya aparır .....                     Gürcüstan yenə işıqsız qaldı .....                     Dünya bazarında neftin qiyməti 97 dollardan aşağı enib .....                     Çin Pakistanın ABŞ ilə İran arasındakı vasitəçilik səylərini dəstəkləyir .....                     Gömrüyün 1.3 milyonluq tenderi "SK Servis"ə verilir: 20 manatlıq MMC kimindir? .....                     Arvadı tərəfindən döyülən 47 azərbaycanlı .....                     Avropadakı vətən xainlərini kim maliyyələşdirir? .....                     Avropada Rusiya qazından imtinadan sonra ABŞ-dən asılılıqla bağlı narahatlıqlar artır .....                     Zakir Quliyev də KOLXOZ yolunu seçib .....                     Azərbaycanlı iş adamına məxsus “Zulu Shipping” şirkəti niyə sankisiyaya tuş gəldi? .....                     "Dövlətin pulsuz dərmanlarını satırlar" .....                     İcbari Tibbi Sığortanı biznesə çeviriblər .....                     Diplomlar risk altındadır? .....                     Cənubi Qafqaz iddiası: İmperiya ambisiyası Rusiyanı sona aparır .....                     ABŞ kəşfiyyatı İranın yeni liderini nüvə silahı yaratmağa meyilli hesab edir .....                     23 milyonluq abadlıq işləri borclu şirkətə TAPŞIRILIR? .....                     İrəvana ağır xəbərdarlıq .....                     Azərbaycanda bu banklar “qara siyahı”ya düşə bilər .....                     Netanyahu gələn həftə Vaşinqtona səfər edəcək .....                     Bakının ZÜLFƏLİ adında dərdi var... BAKINI XƏSTƏ SALIB... .....                     ABŞ QARA SİYAHISI-nı yenilədi .....                     Sərhədin hər iki tayında olan biziksə... .....                     "Hakimiyyətə qarşı çıxmağı günah saymırıq..." .....                     Rus klassiklərinin bal səhnələrində gizlənən həqiqət .....                     Rusiya bu yolla ABŞ və Avropanı Güney Qafqazdan kənarda qoymağa çalışır .....                 

Qərb Ərdoğana qarşı tam gücü ilə savaşırsa... - NƏ BAŞ VERİR?
Tarix: 6-04-2023, 06:27 | Çap et
Qərb Ərdoğana qarşı tam gücü ilə savaşırsa...
Türkiyədə 14 may seçkiləri, türklərin öz sözləri ilə desək, artıq “seçki olmaqdan” daha fərqli bir məna kəsb etməyə başlayıb. Seçki debatları, küçələrdə aparılan sorğular göstərir ki, bu, artıq AKP və Ərdoğanın ABŞ başda olmaqla, Qərblə mübarizəsidir.

Ən ciddi “sirr açılımı” İYİ Partiyasının sədri Maral Akşənərin təhqir edərək ayrıldığı “Altılı masa”ya qayıtması ilə baş verdi. Əksəriyyət bu fikirdədir ki, M.Akşənər məhz ABŞ və Qərbin təzyiqi ilə geri qayıtdı. Məqsəd müxalifətin vahid namizədlə çıxış etməsi və Ərdoğanın məğlub olmasıdır.

ABŞ-ın Türkiyə səfirinin müxalifətin əsas namizədi Kamal Kılıçdaroğlu ilə görüşməsi və Rəcəb Tayyib Ərdoğanın buna kəskin reaksiyası da prosesin mahiyyətini bir daha gözlər önünə sərdi.

ABŞ-ın Türkiyədən tələblərini Ərdoğanın yerinə yetirməməsi və Vaşinqton-Ankara münasibətlərində çatlar bugünün məsələsi deyil. Ərdoğan Türkiyəsi hələ 2003-cü ildən ABŞ-ın istəklərini öz milli maraqları üçün rədd etməyə başlamışdı. Ərdoğan hakimiyyəti uzandıqca və mövqelərini gücləndirib, hakimiyyətdə təmsil olunan qərbmeyilliləri təmizlədikcə bu dirəniş daha da gücləndi.

Ərdoğan Türkiyəni ABŞ-ın vassalı olmaqdan xilas etmək üçün hər şey edir: “Patriot” verilmədikdə Rusiyadan S-400 alır, F-35-dən imtina edildikdə, “başqa seçimlər” var deyərək, Su-35 və Su-57-lərə işarə edir, ancaq öz milli qırıcısını da inkişaf etdirir.

Ərdoğan ABŞ-ın istəklərinə deyil, öz milli maraqlarına uyğun olaraq Suriyada bir neçə əməliyyat keçirib, təhlükəsizlik zolağı hazırlayıb, üstəlik, ABŞ-ın terrorçulara dəstək verməsini birmənalı olaraq dilə gətirir;

Ərdoğan Suriyada İran və Rusiya ilə əməkdaşlıq edir, “Astana formatı” ilə xeyli problemlərin həllinə nail oldu.

Ərdoğan terrorun kökünü kəsmək üçün ən riskli hərbi əməliyyatlardan çəkinmir.

ABŞ isə güclənən Türkiyənin bəzi tələblərini nəzərə almağa məcburdur. Çünki Türkiyəsiz NATO-nun Yaxın Şərqdə dayaqları həddən artıq zəifləyə bilər. Faktiki olaraq NATO-nun ən güclü ikinci ordusu – həm də terrorla daimi mübarizədə kifayət qədər peşəkarlıq qazanmış bir güclə hesablaşmaq lazım gəldiyini ABŞ və NATO ölkələri yaxşı anlayırlar. Ancaq bu güc hər zaman “NATO-nun ixtiyarında” idisə, indi Türkiyənin öz maraqları istiqamətində istifadə edilir.

Ərdoğan ABŞ və AB-nin təzyiqlərinə baxmayaraq, Rusiyaya sanksiyalara qoşulmadı, Rusiya ilə danışıqları dayandırmadı və ABŞ rəhbərliyindəki Qərb koalisiyasının tələblərindən imtina etdi. Bura Qətərə qarşı blokada zamanı Türkiyənin tutduğu mövqeyi də əlavə etməklə, təsəvvürü tamamlamaq olar.

Belə bir ərköyün müttəfiq ABŞ-ı qane etmir və əlbəttə ki, Ərdoğanın hakimiyyətdən getməsini qarşısına hədəf qoyub.

Ərdoğan Türkiyəsi Liviyadan Qafqaza qədər genişlənib, Türkiyənin cümhuriyyət tarixində ilk dəfə olaraq bu ölkənin xarici ölkələrdə hərbi bazaları qurulub.

Ərdoğan Türkiyəsi artıq birmənalı olaraq, regional gücdür, ancaq Rəis qlobal gücə iddialıdır. Ərdoğan inadla Aralıqda qaz istehsalına nail oldu, “Akkuyu”nu məhz Rusiyanın dəstəyi ilə tikir, hava döyüşü baxımından regionun ən qüdrətli dövlətinə çevrilir.

Təsadüfi deyil ki, Qərb mediası Ərdoğanın qarşısının alınmayacağı təqdirdə 1-2 ildən sonra Türkiyənin hava döyüşündə dünyanın lideri olacağını bildirir.

Ərdoğan isə dayanmır: dünyanın ən güclü iqtisadiyyatını qurmaq və hərbi sənaye potensialını gücləndirmək, paralel olaraq regional maraqlarını daha da geniş arealda qorumaqla, böyük və strateji planlarına doğru irəliləyir.

Türkiyə sürətlə türk dövlətlərinin favoritinə çevrilir və ən mühümü də odur ki, türk dövlətləri Ərdoğanı ağsaqqal və lider kimi qəbul edirlər. Bu fakt Türş Şurasını Türk Dövlətləri Təşkilatına çevirdi, Ərdoğan seçkidə qalib gələcəyi halda Türk Birliyinin yaranması qaçılmaz reallığa çevriləcək.

Bu görünənlər və görünməyən yüzlərlə fakt Ərdoğanı Qərb üçün “arzulanmaz şəxs”ə çevirir və onun rəqibləri birləşdirilir.

ABŞ və AB Kılıçdaroğlunun simasında müxalifətə açıq dəstək verirsə, demək, məxfi razılaşmalar olub.

Məxfi razılaşmalar nələr ola bilər?

Bunlar haqda dəqiq nələrsə demək mümkün deyil, ancaq təxminlər bunlardır: Rusiya ilə əlaqələrin aşağı salınması, S-400-ün dəmir parçasına çevrilməsi, Türkiyənin Suriya və İraqdan, o cümlədən Cənubi Qafqazdan geri çəkilməsi, ABŞ-ın “daha güvənilir”, yəni sözəbaxan müttəfiqi rolunu oynamağa başlaması və s.

Bu şərtlər daxilində Türkiyənin iqtisadiyyatına təzyiqlərin azaldılması mümkündür. Ancaq Türkiyənin hazırkı müəyyən iqtisadi çətinliklərlə yaxın gələcəkdə nail olacağı müstəqil, güclü və geridönməz iqtisadi gücü, yoxsa Qərbdən asılı, daim təzyiq altında olan, amma qısa müddətdə “bəhrə verəcək” iqtisadiyyat arasında seçim məsələsi var.

Ərdoğan Türkiyə iqtisadiyyatının həssaslığını aradan qaldırmaq, hərbi sənaye baxımdan NATO-ya möhtac olmamaq siyasəti yürüdür – Kamal Kılıçdaroğlunun bu siyasəti davam etdirəcəyi mübahisəlidir və hətta, təəssüf ki, Türkiyənin sərhədlərinin daxilinə oturdulması prosesi başladıla bilər.

Bunun əlamətlərini isə biz 44 günlük savaşda gördük: Kamal Kılıçdaroğlunun müavini, Azərbaycandakı sabiq səfir Əhməd Ünal Çeviköz hətta Azərbaycan tərəfdə terrorçuların vuruşmasında Bakını ittiham etdi, CHP və ümumilikdə müxalifətin birmənalı dəstəyi əvəzinə biz tam fərqli mənzərə müşahidə etdik.

CHP Ermənistanla şərtsiz danışıqların və sərhədlərin dərhal açılmasının tərəfdarı kimi çıxış edir – AKP iqtidarı isə Azərbaycanla sülh şərtini hələ də saxlayır.

Türkiyə Cənubi Qafqazda varlığını Azərbaycanlı ciddi şəkildə koordinasiya edir – CHP bunu davam etdirəcəkmi?

Əlbəttə, Türkiyədə “dərin dövlət” anlayışı da var, mümkündür ki, Türkiyə Azərbaycanla bağlı siyasətində ciddi redaktələr etməsin. Ancaq Kılıçdaroğlu və Əliyev arasında Ərdoğanla Əliyev arasında olan münasibətlərin formalaşması üçün illər lazımdır – necə ki, Ərdoğanla Əliyev də bir ayın içində dost-qardaş olmamışdılar.

Bu isə ən həssas vaxtda böyük bir dəstəyi itirmək deməkdir; nəzərə alaq ki, hazırkı həlledici məqamda İran birmənalı şəkildə Ermənistanı dəstəkləyir, Türkiyənin nisbi də olsa çəkiləcəyi və ya bir-iki illik zaman itkisi halında hansı mənfi nəticələr olacağını təsəvvür etmək çətin deyil.

Ərdoğan məğlub ola bilərmi?

Ona görə də bu sual bizim üçün həddən artıq böyük əhəmiyyət kəsb edir: Ərdoğanın məğlub ola bilərmi?

Hazırda əsas mübarizə Ərdoğan, Kılıçdaroğlu və İncə arasında gedir – baxmayaraq ki, dördüncü namizəd, Sinan Oğan da var. Ancaq S.Oğanın səs faizi əhəmiyyətli dərəcədə azdır.

Türkiyənin bir çox media qurumları, o cümlədən sosial şəbəkələrdəki böyük qruplar, Yutubda və digər kanallarda irihəcmli kanallar CHP-nin nəzarəti altındadır, bir qısm isə Qərbdən qidalanır. Həmin düşərgə Ərdoğana qarşı ciddi kampaniya aparmaqdadır.

Sivil toplumlar da müxalifətə dəstək verir – zatən, sivil toplumların böyük əksəriyyəti hər zaman ölkələrin daxilində ABŞ rəhbərliyindəki Qərbin maşası olub.

Hər gün Türkiyənin sosial şəbəkə kanalları bir çox platforma üzərindən canlı yayımlarla açıq sorğular keçirirlər. Əksəriyyətində Ərdoğan və Kılıçdaroğlunun səsləri eyni, bir çox məqamda isə Kılıçdaroğlu daha üstündür.

Ən ciddi problem isə Məhərrəm İncə ilə bağlıdır. CHP-dən az qala “dünən” ayrılan Məhərrəm İncənin əhəmiyyətli səsi var – bu, hətta 15 faizə qədər hesablana bilər. Seçki ikinci tura qalarsa və Ərdoğanla Kılıçdaroğlu arasında olarsa, Məhərrəm İncə tərəfdarları birmənalı olaraq CHP-ni – Kılıçdaroğlunu dəstəkləyəcəyini bildirirlər.

Fərqli sorğular davam edir, müxtəlif analitik mərkəzlər səslərin hazırda heç də Ərdoğanın xeyrinə olmadığını, buna baxmayaraq, HDP-nin dəstəyindən sonra Ərdoğanı sevməyən bitərəf kəsimin Cümhur İttifaqını dəstəkləyəcəyini, seçki prosesində Ərdoğanın rəqibini darmadağın edəcəyini də iddia edənlər var.

Ancaq ən pis proqnoz Ərdoğanın seçiləcəyi halda belə Qərbin “B blanı”nın olmasıdır. Bu, ən təhlükəli ssenaridir – Gəzi olayları və yaxud 15 İyul kimi...

Qərbin Ərdoğanın seçkidə qalib gəlməsini asanlıqla qəbul edəcəyi onsuz da gözlənilmir – zatən indidən artıq “deməkratik seçki olmayacağı” ehtimalını ortaya atmaqla məşğuldurlar. Bu, seçkidən dərhal sonra müxalifət tərəfdarlarının küçələrə çıxması və iğtişaş ssenarisinin hazırlandığı anlamına gəlir.

Ərdoğan seçilsə belə, Qərb ölkə daxilində onu sarsıdacaq, iqtidarının sütunlarını zədələyəcək proseslərlə Türkiyə liderinə “dərs verməyə” çalışacaq...

Ümid edək ki, Türkiyə bütövlükdə bu ssenarilərdən üzüağ və daha böyük çıxacaq.

Tanrı Türkiyəni qorusun!

Müəllif: Axar.az







 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
““İnsanlar tənbəlləşib” anlayışı son zamanlar siyasi səhnədə çox səslənsə də, belə bir anlayış yoxdur” - Tural Abbaslı
Bu gün, 12:10
İlan sancan əməkdar artistin SON VƏZİYYƏTİ: "Bir bu qalmışdı..." - FOTO
Bu gün, 12:09
"Zolotaya Korona" Azərbaycana da köçürmələri dayandırdı - TƏFƏRRÜAT
Bu gün, 12:07
Dövlətin milyonları necə mənimsənilir? - Hüquqşünaslar AYDINLIQ GƏTİRDİLƏR
Bu gün, 12:04
Rumıniyada F-16 pilotu naməlum PUA-nı zərərsizləşdirib
Bu gün, 12:01
Azərbaycanda aldığı əşyaya görə CƏRİMƏLƏNDİ - TƏFƏRRÜAT
Bu gün, 10:47
Məşhur həbsxana rəisi vəfat etdi
Bu gün, 10:45
Nazim Tahirovun AUDİT ORTAĞI: Dövlətə belə kəf gəlirlər... - BU NƏDİ BELƏ?
Bu gün, 10:42
Bu ölkə Türkiyədən KAAN almaq istəyir – Afina təşvişdə
Bu gün, 10:32
Bank sistemini bu iki adam idarə edirdi… – “Turanbank”la bağlı yeni çağırış
Bu gün, 10:08
"Air Force One" qalmaqalı böyüyür - Trampa hücum təhlükəsi yaranıbmış
Bu gün, 09:53
Sanksiyaların ləğvi əvəzində 102-ci hərbi baza - ŞƏRH
Bu gün, 09:48
Paşinyan Xudatyanı İrana göndərdi – Xüsusi tapşırıq
Bu gün, 09:45
Azərbaycan neftinin qiyməti 103 dollara yaxın olub
Bu gün, 09:44
Bu Nazirlikdə təlimlər keçiriləcək: - DİM ilə 10 min manatlıq bağlandı
Bu gün, 09:22
Həbs edilən iş adamları kimlərdir: izlər Xızıya aparır - TƏFƏRRÜAT
Bu gün, 09:18
Gürcüstan yenə işıqsız qaldı - TASS
Bu gün, 09:16
Dünya bazarında neftin qiyməti 97 dollardan aşağı enib
Bu gün, 09:14
Çin Pakistanın ABŞ ilə İran arasındakı vasitəçilik səylərini dəstəkləyir
Bu gün, 08:25
Gömrüyün 1.3 milyonluq tenderi "SK Servis"ə verilir: 20 manatlıq MMC kimindir? - İLGİNC
Bu gün, 08:09
Arvadı tərəfindən döyülən 47 azərbaycanlı – Psixoloq deyir ki...
Bu gün, 08:06
Avropadakı vətən xainlərini kim maliyyələşdirir? - ARAŞDIRMA
Bu gün, 08:04
Avropada Rusiya qazından imtinadan sonra ABŞ-dən asılılıqla bağlı narahatlıqlar artır - NYT
Bu gün, 08:00
Zakir Quliyev də KOLXOZ yolunu seçib - İTTİHAM VAR...
Bu gün, 07:57
Azərbaycanlı iş adamına məxsus “Zulu Shipping” şirkəti niyə sankisiyaya tuş gəldi? – Şirkətin “kölgə donaması” ələ keçdi
Bu gün, 07:43
"Dövlətin pulsuz dərmanlarını satırlar" - Balakən Rayon Mərkəzi Xəstəxanasından ŞOK İDDİA
Bu gün, 07:41
İcbari Tibbi Sığortanı biznesə çeviriblər - BU NƏDİ BELƏ?
Bu gün, 07:37
Diplomlar risk altındadır? - Akkreditasiyadan keçməyən universitetlə bağlı vacib detallar
Bu gün, 07:24
Cənubi Qafqaz iddiası: İmperiya ambisiyası Rusiyanı sona aparır - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 07:21
ABŞ kəşfiyyatı İranın yeni liderini nüvə silahı yaratmağa meyilli hesab edir - NYT
Bu gün, 07:19
23 milyonluq abadlıq işləri borclu şirkətə TAPŞIRILIR? - "Qrand Dizayn Konstrakşn" kimindir?
Bu gün, 07:16
İrəvana ağır xəbərdarlıq – Zəngəzur dəhlizi İran hərbçilərinin...
Bu gün, 07:13
Azərbaycanda bu banklar “qara siyahı”ya düşə bilər – Yeni risk
Bu gün, 07:09
Netanyahu gələn həftə Vaşinqtona səfər edəcək - Tramp müjdələdi
Bu gün, 07:07
Bakının ZÜLFƏLİ adında dərdi var... BAKINI XƏSTƏ SALIB... - NARAZILIQ VAR...
Bu gün, 06:17
ABŞ QARA SİYAHISI-nı yenilədi - BU DƏFƏ...
Bu gün, 06:11
Sərhədin hər iki tayında olan biziksə... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:06
"Hakimiyyətə qarşı çıxmağı günah saymırıq..." - AMMA...
Bu gün, 06:02
Rus klassiklərinin bal səhnələrində gizlənən həqiqət - İLGİNC
Bu gün, 05:47
Rusiya bu yolla ABŞ və Avropanı Güney Qafqazdan kənarda qoymağa çalışır - GƏLİŞMƏ
Bu gün, 05:43
Məni gizlicə kitab otağına buraxardı...
Bu gün, 05:39
Sayımız nə qədər olsa yaxşıdır? - AKTUAL
Bu gün, 05:36
Rusiya Avropa ilə yeni savaş ərəfəsində... İran isə... - İNCƏLƏMƏ
Bu gün, 05:32
Təcili Tibbi Yardımın işçiləri ikiqat əməkhaqqı almalıdır... NİYƏ VERMİRSİNİZ? - ETİRAZ VAR!
Bu gün, 05:17
Azərbaycana qarşı döyüşən muzdlu komandir ÖLDÜ
Dünən, 17:01
Naziri döydü, sədri MM-dən qovdu, gizlicə müxalifətə qoşulmaq istədi – Əhəd Abıyev haqda sensasion detallar
Dünən, 16:59
“Tarqovı”da qeyri-etik sorğular keçirən üç nəfər saxlanıldı - TƏFƏRRÜAT
Dünən, 16:57
Ukraynalı rusun toyunda oynadı, ara qarışdı - Bəyanat yaydı
Dünən, 16:53
Pezeşkianın oğlu dövlət televiziyasını yıxıb-sürüdü - "MOUZE"
Dünən, 16:41
Özgür Özəlin komandası hazırda ya həbsdədir, ya da məhkəmə çəkişmələrində... - ŞƏRH
Dünən, 16:39
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru