Putin açıq müharibə üçün düyməni basır! - NƏ BAŞ VERİR?
Tarix: 20-02-2023, 11:10 | Çap et
 Məsələ o həddə yaxınlaşır ki, bu vaxta kimi Ukraynanın arxasında gizlənib milyard dollarlarla pul, silah və sursatla Kiyevə dəstək olan, aktyor Zelenskini şir kimi ürəkli olmağa səsləyən avropalı siyasətçilər, deyəsən bu fevralda Vladimir Putinin sərt yumruğunu “dadacaqlar”. Məsələ artıq siçan-pilik oyunu oynamaqdan çıxıb. Bu vaxta qədər Moskva paslanmış tankları və Ukraynada yeməyə toyuq qanadı axtaran əsgərləri ilə yalançı görüntü yaradırdısa, artıq məsələ açıq müharibə formatına keçir. Onsuz da afrika cəngəlliyindəki bisavada da aydındır ki, qədim slavyan torpaqlarında Moskvaya qarşı ukraynalı xaxollar yox, NATO və ABŞ başbilənləri vuruşurlar.
Qoca Bayden düz 20 il əvvəl beyninə yerləşdirib ki, qərblə Rusiyanın siyasi sərhədləri artıq Ukraynadan çəpərlənsin. Şərqi Avropa ölkələri, keçmiş sovet dövlətləri olan baltikyanı respublikalar NATO çətiri altına girəndən sonra qərb strateqləri artıq Moskvanı evin içinə qısnamağı düşündülər və Gürcüstandakı uğursuz layihədən sonra gücü Ukraynaya verdilər. Sözsüz ki, qərbdəkilərin, lap elə qoca Co Baydenin evin düz içinə kimi gəlib soxulmalarına görə elə Kreml sahibləri də az günahkar deyillər. Hakimiyyətdə olduğu vaxtlarının çoxunu içki ilə əylənməkdə keçirən Boris Yeltsin bir də ayıldı ki, Rusiyanın özü daxildən param-parça olur. Onun “Vodka” içə-içə MDB ölkələrində baş verən prosesləri nəzarətə almaq şansı belə qalmamışdı.
Fakt odur ki, Vladimir Putin rus dövlətinin başına gətirilməsəydi, Rusiyanın daxildən parçalanması qarşısıalınmaz olacaqdı. Düzdür qərb Rusiyanın bu şəkildə parçalanmasını arzulamazdı. Çünki hazırkı Rusiya Federasiyasının tərkibindəki əksər respublika və vilayətlər müsəlman və türkdillidir. Keçmiş sovet xəritəsində, Rusiyanın içindən türk və müsəlman toplumlarının azadlığı Rusiyadan əvvəl qərbdəkilərin özlərinin qəti arzulamadıqları versiyadır. Burası belədir.
Amma sözü ona gətirirəm ki, B.Yeltsinin hakimiyyəti zamanında Moskva bir çox MDB ölkələri ilə “lazımı qədər məşğul” ola bilmədi və indi “evin içində” qərbdəkilərə qarşı vuruşmaqla bunun acı nəticələrinə qatlanmaqdadır. Məsələ məlumdur. Qoca Co Bayden uzun illərdir özündən razı V.Putini cəzalandırmaq istəyirdi və 2003-cü ildən siyasi laboratoriya kimi istifadə etdiyi Ukraynanı-qədin slavyan torpaqlarını bu gün qanlı döyüş meydanına çevirib. Əsl qanlı laboratoriya. Minlərlə insanın ölümü, şərqi Avropa boyu yurdsuz-yuvasız qaçqın ordusuna çevrilən ukraynalılar...
Yuxarıda da dediyimiz kimi, hər kəs bilir ki, Ukrayna Rusiyaya qarşı vuruşmaq bir yana, Kremlə qarşı təpki yaratmaq gücündə belə deyil. Məlumdur ki, bu gün qədim slavyan torpaqlarında Rusiya əleyhinə bu qanlı müharibə oyununda minlərlə “könüllü” NATO əsgərləri, milyonlarla dollarlıq silah-sursat rol oynayır. Amma nədənsə qərbdəkilər V.Putinlə açıq müharibəyə cəsarət etmirlər. Burda iki səbəb var. Birinci səbəb odur ki, Ukrayna hərbi formasında gizlənən qərb qüvvələrinə hazırkı situasiya çox sərf edir. Onlar indi rusların qarşısına ukraynalı kimi çıxır. Ruslar da slavyanlara qarşı döyüşmək istəmir və V.Putinin elan etdiyi səfərbərlikdən canlarını qurtarmaq üçün ölkədən kütləvi şəkildə qaçıb gedirlər. Bu hal, xüsusilə qərbdəkilərin ən çox sevdikləri situasiyadır. “Slavyanı slavyana qırdırmaq” təsəvvürü yaratmaq həm də Rusiya daxilində V.Putinin sərt hökmranlığına baxmayaraq, hazırkı kreml rəhbərinə qarşı etimadsızlığı sürətlə dərinləşdirir.
İkinci məqam odur ki, qərbdəkilər Rusiya ilə açıq müharibəyə girməyə ona görə qorxurlar ki, ruslar tarixən “yatmış ayı” ayaması ilə məşhurdurlar. Onu oyandırmaq, rusların qarşısına NATO qüvvəsi kimi çıxmaq o deməkdir ki, hər bir rus artıq qarşısında slavyan qardaşını deyil, amerikalı düşmən əsgərini görəcək və bundan sonra rus əsgərinin çəkmələri üzü Avropaya addımlayacaq. Elə qərbin də qorxduğu bu deyilmi?.
Və... və hazırda V.Putin ikinci variantı reallaşdırmaq üçün gün sayır. Çünki qərb artıq ona başqa seçim yeri qoymayıb. Ya qanlı gizlənpaç formasında davam edən lokal müharibədə Rusiyanı batırıb intihar etməlidir, ya da bu müharibənin əsl hədəfinin Ukrayna məsələsi deyil, Rusiyanı öz evində diz çökdürmək planı olduğunu elan edib, Rusiyanın görməli olduğu işi görməlidir. Ukrayna ərazisindəki bu müharibə Moskvanın diktəsi ilə bitəcək, burası tam aydındır. Amma necə, son nəticə necə olacaq?,- bunu da V.Putin hamıdan yaxşı bilir...
Mətləb Salahov DİA.AZ


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Mingəçevir Dövlət Dram Teatrının aktyoru təltif olundu - FOTO
Dünən, 17:26 |
|
|
|
| • Ləğv edilən qurumların rəhbərləri kimdir? - MARAQLI FAKTLAR
Dünən, 17:15 |
|
|
|
| • Bakıda bu problem hamını narahat edir: - Həyatı çətinləşdirən dərd
Dünən, 17:10 |
|
|
|
| • "MSDIS Holding"də böhran: - Vergi borcu 20 milyon manata çatır
Dünən, 17:06 |
|
|
|
| • Naibə Allahverdiyevadan mükafatlandırılmasına reaksiya: - “Allahın izni ilə, bir gün Prezident təqaüdü də alaram”
Dünən, 17:01 |
|
|
|
| • Bakıda ictimai nəqliyyatın idarə edilməsində yeni mərhələ başlayır - RƏY
Dünən, 16:54 |
|
|
|
| • Neft anbarlarında 45 günlük ehtiyat qalıb - dünya iflic ola bilər
Dünən, 16:50 |
|
|
|
| • Mətbuat konfransında Qarabağla bağlı təxribatçı vəd verdi - QAŞINIR...
Dünən, 16:45 |
|
|
|
| • Gender bərabərliyinin təmini məqsədilə əməkhaqqına dair yeni tələb müəyyənləşib - DİQQƏT
Dünən, 16:33 |
|
|
|
| • "Deyirdi ki, bu mismarla onun gözünü çıxaracam" - Məhkəmə işi
Dünən, 16:27 |
|
|
|
| • Yaxın saatlarda İran və ABŞ arasında razılaşma əldə oluna bilər - “Əl-Ərəbiyyə” telekanalı
Dünən, 16:24 |
|
|
|
| • Bir qrup incəsənət xadiminə Prezident mükafatı verilib - SƏRƏNCAM
Dünən, 16:15 |
|
|
|
| • Mədəniyyət xadimlərinə Prezidentinin fərdi təqaüdü verilib - SƏRƏNCAM
Dünən, 16:10 |
|
|
|
| • "Bakı Metropoliteni", "BakuBus" və "Bakı Taksi Xidməti" birləşdirilib - FƏRMAN
Dünən, 16:07 |
|
|
|
| • Xadimə ilə dava edən məktəb direktoru CƏZALANDIRILDI - TƏFƏRRÜAT
Dünən, 16:01 |
|
|
|
| • “Azərlotereya”nın media təlimi, yoxsa emosional PR? - BU NƏDİ BELƏ?
Dünən, 15:59 |
|
|
|
| • Qurban Qurbanovun yeni biznesi
Dünən, 15:56 |
|
|
|
| • İrəvandakı sammitdən İran niyə narahat olub?
Dünən, 15:37 |
|
|
|
| • Mahir Abbaszadənin bu il 2,3 milyon, son 3 ildə isə 7 milyon ayırdığı Yasin Dadaşov kimdir? - CƏDVƏL
Dünən, 15:35 |
|
|
|
| • “PAŞA-K” dərman şirkətindən ŞİKAYƏT - “Ailəmizi ölümlə hədələyirlər, həyatımız təhlükədədir”
Dünən, 15:26 |
|
|
|
| • Pezeşkian Müctəba Xamenei ilə görüşüb - AÇIQLAMA
Dünən, 15:24 |
|
|
|
| • “Yaxşılıq edib çəkirsənsə, demək niyyətin başqadır” – Əməkdar artist
Dünən, 15:03 |
|
|
|
| • Makronun Ermənistan üçün nələr etdiyini mayın 28-də görəcəksiniz - Paşinyan
Dünən, 15:01 |
|
|
|
| • "Pulsuz olan yerlər indi ödənişlidir, alternativ isə yoxdur" - ETİRAZ!
Dünən, 14:54 |
|
|
|
| • Misir Mərdanovdan Emin Əmrullayevin sözlərinə REAKSİYA
Dünən, 14:50 |
|
|
|
| • “Ekol Mühəndislik Xidmətləri” şirkətinin maşınları satılır – Qiymətlər 3600 manatdan başlayır
Dünən, 14:48 |
|
|
|
| • Ukrayna məsələsində Rusiyaya müttəfiq deyilik - Paşinyan
Dünən, 14:44 |
|
|
|
| • "Yeni Nəsil", "Nur" və "Reo-Med" Tibb Mərkəzi borca düşüb - FOTO
Dünən, 14:42 |
|
|
|
| • Sumqayıtda çəkiliş zamanı jurnalistləri söyən ana və qızı SAXLANILDI - TƏFƏRRÜAT
Dünən, 14:37 |
|
|
|
| • Ətir və tualet suyunun 1 qramını Çindən 1 qəpiyə gətiririk – Ölkələrin siyahısı
Dünən, 14:29 |
|
|
|
| • Marukyanın Qarabağ arzusu - Paşinyan gizli planı necə İFLİC EDİB?
Dünən, 14:26 |
|
|
|
| • Agentlik sədrinin müşaviri işdən çıxdı - FOTO
Dünən, 14:19 |
|
|
|
| • Moskva İrəvanı vədini pozmaqda ittiham edib: - Ermənistan gec-tez Aİ-nin anti-Rusiya xəttinə cəlb olunacaq
Dünən, 14:16 |
|
|
|
| • İcra başçısı xəstəxanada müalicə olunan şəhid atalarını və qaziləri ziyarət edib - FOTO
Dünən, 13:32 |
|
|
|
| • “Atamın barelyefini binaya vurmağa icazə vermədilər, amma başqa sənətkarların...” - xalq artistinin qızından ETİRAZ
Dünən, 13:29 |
|
|
|
| • Paşinyan Moskvada parada getməyəcək
Dünən, 13:25 |
|
|
|
| • Pezeşkianın Makronla telefon danışığının detalları açıqlanıb
Dünən, 13:23 |
|
|
|
| • “TikTok”da ictimaiyyətə çox mənfi çalarlı ünsiyyət təqdim olunur, əxlaqsızlıq, zorakılıq, bədbinlik...
Dünən, 13:17 |
|
|
|
| • “Qaçqınkom” Goranboyda bina təmir edəcək: - 468 min manatlıq tender
Dünən, 13:15 |
|
|
|
| • Nikol Paşinyan məzuniyyətə çıxır - KİV
Dünən, 13:07 |
|
|
|
| • Medvedyev Varşavanın gələcək taleyini açıqladı: - Ya rəzil vassal olacaq, ya da...
Dünən, 13:05 |
|
|
|
| • “TuranBank”da yeni təyinat olub - BUNDAN SONRA
Dünən, 13:01 |
|
|
|
| • İcra başçısı sektor müdirini vəzifədən azad edib - FOTO
Dünən, 12:58 |
|
|
|
| • "Heç necə açırlar onu belə bacarmıram" - Şeyx Əbdül
Dünən, 12:55 |
|
|
|
| • “Qəfildən çığırtı gəldi, baxdım ortalıq qan gölünə döndü” - "Ay Beauty" İŞİ
Dünən, 12:41 |
|
|
|
| • Ankaranın ABŞ-da lobbi fəaliyyəti - bəs Azərbaycan?
Dünən, 12:34 |
|
|
|
| • Vaşinqton bu səbəbdən Pekinin İrandakı rejimə təsir etməsini istəyir - İNCƏLƏMƏ
Dünən, 12:32 |
|
|
|
| • Məhkəmə Sabunçu Rayon İcra Hakimiyyətini haqsız hesab etdi: vətəndaşa sənədi niyə vermir? - TƏFƏRRÜAT
Dünən, 12:23 |
|
|
|
| • Kəndlini bazara buraxmırlar - ŞƏRH
Dünən, 12:19 |
|
|
|
| • Polkovnik Mayis Orucəliyev 1 milyonluq mənimsəmədə ittiham edilir - Ölümündən sonra
Dünən, 12:17 |
|
|
|
|