Genişmiqyaslı blef: Putinin Minskə səfərinin pərdəarxası - İNCƏLƏMƏ...
Tarix: 21-12-2022, 08:12 | Çap et
 Dekabrın 19-da Rusiya diktatoru Vladimir Putin son üç ildə ilk dəfə Minskdə Belarus Prezidenti Aleksandr Lukaşenko ilə görüşdü. Əvvəllər belə görüşlər yalnız Kremldə, Lukaşenko Rusiyaya səfər edəndə keçirilirdi. Amma indi padşah guya tərəfdaşlıq münasibətlərini nümayiş etdirmək üçün Minskə baş çəkmək qərarına gəlib.
Təbii ki, gündəmin əsas mövzusu Belarus ordusunun qondarma “xüsusi əməliyyat”da iştirakı olub. Əlbəttə, Lukaşenko Belarus ərazisindən Ukraynaya təkrar hücumun olmasını istəməzdi. Çünki bu, ilk növbədə, növbəti sanksiyalar təzyiqinə gətirib çıxaracaq və Kreml Minskin iqtisadi itkilərini kompensasiya edə bilmir.
İkincisi, bütün rəy sorğuları belarusların Ukraynaya qarşı müharibədə iştirak etmək istəmədiyini göstərir. Və burada Lukaşenko yaxşı bilir ki, belə bir addım atsa, ölkəsində yeni iğtişaşlar baş verə bilər ki, bu da artıq onun rejiminin dağılmasına səbəb ola bilər. Kreml də bundan xəbərdardır.
Onu da başa düşmək lazımdır ki, Lukaşenko ŞƏT sammitində Si Cinpinlə tərəfdaşlıq sazişi bağlayarkən Çinin dəstəyini və protektoratını qəbul edib. Çinlə miqyasına görə, onların əlaqələri Rusiya Federasiyası ilə Çin arasındakı münasibətdən daha yüksək səviyyəyə çatıb. Lukaşenko Çinin zəmanətini almaqla özünü Putinin mütləq marionetinə çevrilməkdən sığortaladı. Bu, həm də Çinin siqnalı idi ki, Pekinin Belarusda öz maraqları var və Kremlin bunu tamamilə mənimsəməsinə imkan verməyəcək.
Putin bununla hesablaşmalı olacaq, çünki son bir ildə Rusiyanın Çindən asılılığında hədsiz dərəcədə artım müşahidə olunub. Əslində Çin Rusiyanın enerji resurslarının alıcısı olaraq qalmaqla Rusiya iqtisadiyyatını xilas edir. Kreml belə bir tərəfdaşı itirməyə cəsarət etməyəcək. Çin bazarının itirilməsi Rusiya Federasiyasına belarusların Ukraynaya qarşı müharibədə iştirak etməməsindən daha çox zərbə vuracaq.
Beləliklə, Belarus ordusunun şimaldan Ukraynaya təkrar hücumda iştirak riskləri aşağı olaraq qalır. Amma bu o demək deyil ki, Lukaşenko ilə Putin arasında görüş heç nə ilə bitdi.
Hərbi sahədə, şübhəsiz ki, onlar anbarlardan texnikanın verilməsini, növbəti raket hücumları və Ukraynaya yeni hücum üçün təlim poliqonlarının və Belarus Respublikasının ərazisinin təmin edilməsini müzakirə ediblər.
Çox güman ki, bundan sonra Rusiya qrupunun koordinasiyasının bir növ təftişi, eləcə də Ukraynaya yeni işğala hazırlıq yoxlanılacaq.
Yerli auditoriya üçün bu, Rusiyanın hərbi sahədə özünü Belarusda “evindəki kimi” hiss etdiyinə işarədir, kənar üçün isə təzyiqin başqa bir elementidir.
Rus qoşunlarının hücumunun hazırlandığı faktı göz qabağındadır. Bu, payızda Ukrayna Silahlı Qüvvələrinin bir sıra sarsıdıcı məğlubiyyətlərindən və sillələrindən sonra Putin üçün son dərəcə zəruridir. Lakin Belarus ərazisindən hücumla bağlı hekayə Putinin diqqəti yayındırmaq üçün aldadıcı manevri ola bilər: şimaldan hücum hazırlığını göstərmək, amma əslində, məsələn, Zaporojyeyə hücum planlaşdırmaq.
Bundan əlavə, Kremlin kulis məsləhətləşmələrində Rusiya Federasiyasının Kiyevə qarşı yeni kampaniyaya hazırlanması ilə bağlı səs-küylü təbliğat Ukraynanın Qərb tərəfdaşlarına təzyiq üçün arqument ola bilər. Necə ki, ya Kiyevi güzəştə getməyə məcbur edirsən, ya da biz yenidən hücuma keçəcəyik.
Eyni zamanda, indi Rusiya Federasiyasının zərbə qüvvəsi Ukraynaya hücum etmək üçün kifayət etmir. Ona görə də baş verənlər daha çox Putinin blefinə bənzəyir.
Müəllif: Maksim Yali - Ukrayna Siyasi Elmlər Akademiyasının müxbir üzvü Mənbə: UNİAN Qeyd: tərcümə AYNA-ya məxsusdur

|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Astarada məsciddə azyaşlılara dini dərnək təşkil edən şəxs cərimələndi - TƏFƏRRÜAT
Dünən, 17:01 |
|
|
|
| • Azərbaycan rəqəmsal manatın istifadəsinə hazırdırmı? - AKTUAL
Dünən, 16:56 |
|
|
|
| • "SEPAH hücumları davam etdirsə, regional müharibə qaçılmaz olacaq" - ŞƏRH
Dünən, 16:53 |
|
|
|
| • Ağsuda sosial şəbəkədə qeyri-etik ifadələr işlədən qadın cərimələndi
Dünən, 16:49 |
|
|
|
| • İran və Ermənistan birgə işçi qrupu yaradır - “Mehr”
Dünən, 16:45 |
|
|
|
| • Zelenski Rusiyada hədəflərin vurulmasını əks etdirən kadrlar yaydı
Dünən, 16:35 |
|
|
|
| • "Torqovı"da 12 yaşlı qız turisti qarət etdi, atası həbs olundu - TƏFƏRRÜAT
Dünən, 16:28 |
|
|
|
| • Erməni axçinin Bakı türməsindən CANLI “reportajı” – Terrorçulara işgəncə verilir?
Dünən, 16:19 |
|
|
|
| • Gürcüstanda enerji böhranı: - Bakı-Tbilisi qatarı da yolda qaldı
Dünən, 16:17 |
|
|
|
| • Bakı şəhəri yenə yuyuldu - FOTO
Dünən, 13:31 |
|
|
|
| • Rusiyadakı azərbaycanlıları təşvişə salan qərar - Çıxış yolu nədir?
Dünən, 13:05 |
|
|
|
| • Ermənistanın ixracı: - AB-yə 80%, Çinə 83% artdı
Dünən, 13:04 |
|
|
|
| • "Regiondakı toqquşmanın Azərbaycana təsirsiz ötüşməsi mümkün deyil" - Etibar Məmmədov
Dünən, 12:45 |
|
|
|
| • SEPAH-ın ultimatumu: - müharibə dağılma mərhələsinə keçib
Dünən, 12:35 |
|
|
|
| • Ermənistanda "Zəngəzur yolu" üçün referendum tələbi - NƏ BAŞ VERİR?
Dünən, 12:32 |
|
|
|
| • Bölgə əhalisi niyə Bakıda mənzil almağa çalışır? - AKTUAL
Dünən, 12:27 |
|
|
|
| • NAZİRİN NƏZƏRİNƏ: "Hansı təlim təşkil olundu? Hansı kurs keçirildi?" - HƏQİQƏTƏN DƏ...
Dünən, 12:21 |
|
|
|
| • Yavaş yeni partiya quran Özələ zəng vurdu – CHP-dən istefa verəcək?
Dünən, 12:17 |
|
|
|
| • ““İnsanlar tənbəlləşib” anlayışı son zamanlar siyasi səhnədə çox səslənsə də, belə bir anlayış yoxdur” - Tural Abbaslı
Dünən, 12:10 |
|
|
|
| • İlan sancan əməkdar artistin SON VƏZİYYƏTİ: "Bir bu qalmışdı..." - FOTO
Dünən, 12:09 |
|
|
|
| • "Zolotaya Korona" Azərbaycana da köçürmələri dayandırdı - TƏFƏRRÜAT
Dünən, 12:07 |
|
|
|
| • Dövlətin milyonları necə mənimsənilir? - Hüquqşünaslar AYDINLIQ GƏTİRDİLƏR
Dünən, 12:04 |
|
|
|
| • Rumıniyada F-16 pilotu naməlum PUA-nı zərərsizləşdirib
Dünən, 12:01 |
|
|
|
| • Azərbaycanda aldığı əşyaya görə CƏRİMƏLƏNDİ - TƏFƏRRÜAT
Dünən, 10:47 |
|
|
|
| • Məşhur həbsxana rəisi vəfat etdi
Dünən, 10:45 |
|
|
|
| • Nazim Tahirovun AUDİT ORTAĞI: Dövlətə belə kəf gəlirlər... - BU NƏDİ BELƏ?
Dünən, 10:42 |
|
|
|
| • Bu ölkə Türkiyədən KAAN almaq istəyir – Afina təşvişdə
Dünən, 10:32 |
|
|
|
| • Bank sistemini bu iki adam idarə edirdi… – “Turanbank”la bağlı yeni çağırış
Dünən, 10:08 |
|
|
|
| • "Air Force One" qalmaqalı böyüyür - Trampa hücum təhlükəsi yaranıbmış
Dünən, 09:53 |
|
|
|
| • Sanksiyaların ləğvi əvəzində 102-ci hərbi baza - ŞƏRH
Dünən, 09:48 |
|
|
|
| • Paşinyan Xudatyanı İrana göndərdi – Xüsusi tapşırıq
Dünən, 09:45 |
|
|
|
| • Azərbaycan neftinin qiyməti 103 dollara yaxın olub
Dünən, 09:44 |
|
|
|
| • Bu Nazirlikdə təlimlər keçiriləcək: - DİM ilə 10 min manatlıq bağlandı
Dünən, 09:22 |
|
|
|
| • Həbs edilən iş adamları kimlərdir: izlər Xızıya aparır - TƏFƏRRÜAT
Dünən, 09:18 |
|
|
|
| • Gürcüstan yenə işıqsız qaldı - TASS
Dünən, 09:16 |
|
|
|
| • Dünya bazarında neftin qiyməti 97 dollardan aşağı enib
Dünən, 09:14 |
|
|
|
| • Çin Pakistanın ABŞ ilə İran arasındakı vasitəçilik səylərini dəstəkləyir
Dünən, 08:25 |
|
|
|
| • Gömrüyün 1.3 milyonluq tenderi "SK Servis"ə verilir: 20 manatlıq MMC kimindir? - İLGİNC
Dünən, 08:09 |
|
|
|
| • Arvadı tərəfindən döyülən 47 azərbaycanlı – Psixoloq deyir ki...
Dünən, 08:06 |
|
|
|
| • Avropadakı vətən xainlərini kim maliyyələşdirir? - ARAŞDIRMA
Dünən, 08:04 |
|
|
|
| • Avropada Rusiya qazından imtinadan sonra ABŞ-dən asılılıqla bağlı narahatlıqlar artır - NYT
Dünən, 08:00 |
|
|
|
| • Zakir Quliyev də KOLXOZ yolunu seçib - İTTİHAM VAR...
Dünən, 07:57 |
|
|
|
| • Azərbaycanlı iş adamına məxsus “Zulu Shipping” şirkəti niyə sankisiyaya tuş gəldi? – Şirkətin “kölgə donaması” ələ keçdi
Dünən, 07:43 |
|
|
|
| • "Dövlətin pulsuz dərmanlarını satırlar" - Balakən Rayon Mərkəzi Xəstəxanasından ŞOK İDDİA
Dünən, 07:41 |
|
|
|
| • İcbari Tibbi Sığortanı biznesə çeviriblər - BU NƏDİ BELƏ?
Dünən, 07:37 |
|
|
|
| • Diplomlar risk altındadır? - Akkreditasiyadan keçməyən universitetlə bağlı vacib detallar
Dünən, 07:24 |
|
|
|
| • Cənubi Qafqaz iddiası: İmperiya ambisiyası Rusiyanı sona aparır - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 07:21 |
|
|
|
| • ABŞ kəşfiyyatı İranın yeni liderini nüvə silahı yaratmağa meyilli hesab edir - NYT
Dünən, 07:19 |
|
|
|
| • 23 milyonluq abadlıq işləri borclu şirkətə TAPŞIRILIR? - "Qrand Dizayn Konstrakşn" kimindir?
Dünən, 07:16 |
|
|
|
| • İrəvana ağır xəbərdarlıq – Zəngəzur dəhlizi İran hərbçilərinin...
Dünən, 07:13 |
|
|
|
|