Tanınmış iş adamını şərləyənlərə MƏHKƏMƏDƏN ŞOK ZƏRBƏ .....                     860 minlik ev cəmi 12 manata satılır .....                     "Paşa-K"nın keçmiş əməkdaşları təhdid olunduqlarını iddia edirlər .....                     Musiqili Teatra məni qəbul etmədilər ki, səsim yoxdur .....                     Taleh Şahsuvarlı İTV-ni hansı modeldə görür? .....                     FHN polkovniki Qubada qanunsuz obyekt tikmək istədi, qarşısı alındı .....                     FHN-in dələduzluqda ittiham olunan keçmiş inspektoru ilə bağlı qərar verildi .....                     Sabah binada yanğın baş versə... ÖLÜM QAÇILMAZDIR! .....                     “Çarəsiz”in LƏMANI: “Yazırlar ki, ay həyasız, ay ifritə...” .....                     Azərbaycanda özəl “qocalar evi” açmaq olar? .....                     Rusiya XİN-də Ermənistan səfiri ilə sərt söhbət aparılıb .....                     “Bakıxanov-Çörək” şirkəti səhmdarlarına dividend verəcək .....                     "Sizin yeriniz...” .....                     2026-cı ilin ölkə çempionu ADA Universitetində .....                     Yaroslavlda neft obyekti vurulub .....                     "Su-Kanal İdarəsi deyir ki, guya hər şey qaydasındadır..." .....                     Bacısının evindən 16 min manat oğurlandı .....                     Apteklərdə “Pascorbin” TAPILMAYACAQ .....                     Xanlar Vəliyevin qızı vəzifəyə təyin edildi .....                     Məscidlərə Tolstoyun, Dostoyevskinin kitablarının alınmasına komitə sədrindən REAKSİYA .....                     Biz Ermənistanı “banan dövləti” olmaqdan qurtardıq .....                     Ukrayna ordusu Qroznıda hərbi hissələrə dron zərbəsi endirib .....                     Elmi-Tədqiqat Pediatriya İnstitutunda dövlət satınalmaları nəzarətsiz qalıb .....                     Azərbaycanla sülh istəyirik, Rusiyanın köləsi olmaq istəmirik .....                     Tovuz sakini yaşamağın mümkünsüz olduğunu deyir... .....                     Ukrayna Rusiyada aeronaviqasiya binasına dron zərbəsi endirib, .....                     Paşinyan seçki kampaniyasına Qərbi Zəngəzurdan başladı .....                     ABB Özbəkistandakı “Davr Bank”da pay alıb .....                     46 Azərbaycan vətəndaşı xaricdə insan alverinin qurbanı olub .....                     “Övladları Almaniyada əlindən alınan azərbaycanlı ailənin övladlarını geri aldıq” .....                     Rusiyadan Azərbaycana qarşı BÖYÜK TƏXRİBAT .....                     “Atamın ürəyinə stent qoyuldu” .....                     İsrailin Azərbaycandakı səfiri Milli Qəhrəman Albert Aqarunovun məzarını ziyarət edib .....                     Rusiya hücum etsə, ABŞ yardıma gələcəkmi? .....                     Göyçay sakinini aldadıb İŞDƏN ÇIXARDILAR... .....                     Rostov parada "hazırlaşır" .....                     Məhkəmə 120 419 manat vergi ödəməkdən yayınmada ittiham olunan sahibkara bəraət verib .....                     “Bakı Şərab-2” ASC-yə yeni rəhbər seçiləcək .....                     Bakı dünyaya kamikadze PUA-larla çıxır: Bədxahlara mesaj .....                     Rusiyanın HHM-i tükənib: Yalnız Moskva... .....                 

Məğlubiyyətin etirafı, yoxsa “çirkli bomba” tələsi: Rusiya “öz torpağından” geri çəkilir - NƏ BAŞ VERİR?
Tarix: 11-11-2022, 10:59 | Çap et
Məğlubiyyətin etirafı, yoxsa “çirkli bomba” tələsi: Rusiya “öz torpağından” geri çəkilir
Rusiyanın müdafiə naziri Sergey Şoyqu qoşunların Xersondan çıxarılması barədə göstəriş verib. Müdafiə Nazirliyində keçirilən müşavirədə Rusiya qoşunlarının Ukraynadakı komandanı Sergey Surovikin müdafiə nazirinə bildirib ki, rus qoşunları Dnepr çayının sol sahili boyunca müdafiəyə alınmalıdır: “Ən məqsədəuyğun variant Dnepr çayının maneə xətti boyunca müdafiə təşkil etməkdir. Qoşunların manevri yaxın vaxtlarda həyata keçiriləcək, birləşmələr Dnepr çayının sol sahilində hazırlanmış müdafiə xətlərini tutacaq”.

Şoyqu Surovikinin bu təklifi ilə razılaşıb və qoşunların çıxarılmasına, şəxsi heyətin, silahların və texnikanın Dnepr çayı ilə təhlükəsiz keçməsini təmin etmək üçün bütün tədbirləri həyata keçirməyə göstəriş verib. Surovikin öz növbəsində qeyd edib ki, “qoşun manevri yaxın gələcəkdə həyata keçiriləcək, birləşmələr Dnepr çayının sol sahilində hazırlanmış müdafiə xətlərini tutacaq”.

Qeyd edək ki, Xerson mühüm liman və sənaye mərkəzi olmaqla yanaşı, digər strateji əhəmiyyətli şəhər olan Odessaya doğru irəliləmək imkanı verir. Xersona nəzarət etmək həm də böyük su mənbəyinə nəzarət etmək deməkdir. Rusiyanın belə bir qərar verməsi ciddi müzakirələrə səbəb olub. Bəziləri bu qərarı Moskva tərəfindən qurulmuş “tələ” kimi qiymətləndirsələr də, Rusiyanın geri çəkildiyini düşünənlərin sayı daha çoxdur.

Onu da xüsusi vurğulamaq lazımdır ki, bir müddət öncə Kreml keçirdiyi saxta “referendum” ilə Xersonun Rusiyaya birləşdiyini elan etmişdi.

DİA.AZ-ın məlumatına görə, Ukrayna maliyyə nazirinin müşaviri, Harvard Universitetinin geosiyasi risklər üzrə analitiki, Azərbaycanın Ukraynadakı sabiq səfiri Azər Xudiyev mövzu ilə bağlı AYNA-ya açıqlamasında deyib ki, Rusiyanın Xersonla bağlı son qərarı müxtəlif aspektlərdən şərh edilir. Belə ki, ortada həm geri çəkilmə iddiası, həm də gizli plan təhlükəsi var.

“Bir müddət öncə Rusiya müdafiə naziri Ukraynanın “çirkli bomba”dan - radioaktiv material və adi partlayıcı maddələrdən ibarət cihazdan istifadə edə biləcəyini iddia etmişdi. Hətta bununla bağlı ABŞ, Böyük Britaniya və Fransanı da ittiham etmişdi. Lakin bu gün Rusiyanın özünün Xersonda “çirkli bomba”dan istifadə edə biləcəyinə dair ehtimallar mövcuddur. Son qərarın buna hazırlığın tərkib hissəsi olduğu da iddia olunur”, - deyə həmsöhbətimiz bildirib.

Onun sözlərinə görə, bu mənada Rusiyanın Xersondan geri çəkilməsi barədə qərarın Ukrayna üçün qurulmuş tələ olduğu bildirilir: "Bu ehtimal istisna olunmur. Lakin digər ehtimal ondan ibarətdir ki, Rusiya artıq məğlub olacağının fərqinə varıb və bu səbəbdən geri çəkilir”.

Nazir müşaviri Rusiya daxilində ciddi böhran yaşandığını deyib: “Hətta rəsmi Moskva 20-25 min hərbçisinin mühasirəyə alındığını etiraf edib. Rus ordusu kifayət qədər ciddi problemlər yaşayır və sərt qış dövründə daha ciddi məğlubiyyətlərə uğrayacağı qaçılmaz görünür. Bu gün ruslar Ukrayna uğrunda döyüşlərə qatılmaq istəmirlər. Rusiya iqtisadi və siyasi böhran astanasındadır. Digər yandan Ukrayna ordusu əzmlə döyüşür və geri çəkilmək niyyətində deyil. Bütün bunların fonunda Rusiya məğlub olacağını dərk edir. Artıq bu ölkə dağılmağa doğru gedir, daxildə kütləvi etirazlar qarşısıalınmaz görünür”.

“Ukraynada isə əhali nikbindir, həyat öz axarında davam edir. Düzdür, ara-sıra elektrik verilməsində fasilələr yaranır, amma bu problem də tədricən aradan qalxır. Müharibənin davam etdiyi hazırkı şəraitdə əminliklə söyləmək olar ki, Rusiya ordusu məğlubiyyətə, Ukrayna ordusu isə qalibiyyətə doğru sürətlə irəliləyir”, - deyə Xudiyev vurğulayıb.

DİA.AZ-ın məlumatına görə, politoloq Zərdüş Əlizadə də AYNA-ya şərhində əminliklə söyləyib ki, Rusiya ordusunun atacağı heç bir addım onu məğlubiyyətin pəncəsindən xilas etməyəcək: “Rusiya Ukraynaya qarşı tələ qursa da, qurmasa da, heç nə onu xilas etməyəcək. Müharibənin ilk günlərindən Qərbin əsas məqsədi Rusiyanı diz çökdürmək və Putin rejimini devirməkdir. Başlanğıc dövrlərdə bu, inandırıcı görünməsə də, hadisələr irəlilədikcə Rusiyanın məğlubiyyəti qaçılmaz görünür. Proses davam edir və görünən budur ki, artıq Putin administrasiyası geri çəkilmək haqqında düşünür. Çünki qarşıdan qış fəsli gəlir. Moskvanın isə resursları tükənmək üzrədir. Bu, həm iqtisadi, həm siyasi, həm də hərbi resurslara aiddir”.

“Rusiya hər gün Ukraynada xeyli sayda döyüşçü itirir, canlı qüvvə və hərbi texnikanı isə əvəzləyə bilmir. Qərb isə Ukraynaya dəstək göstərir, onu təhciz edir. Belə bir şəraitdə Rusiyanın bir yolu var ki, o da geri çəkilməkdir. Xersonla bağlı Şoyqunun son qərarını da bunun tərkib hissəsi sayıram”, - deyə analitik qeyd edib.

Əlizadə Qərb Rusiya ilə dialoq masasına oturmağa tələsmədiyinə də diqqət çəkib: “ABŞ, Böyük Britaniya və müttəfiqləri keçmiş səhvlərini təkrarlamaq istəmirlər. Onlar əmindirlər ki, danışıqlar masası arxasına keçsələr, Rusiya zaman qazanacaq. Bir müddət sonra isə yenidən işğalçılıq siyasətini davam etdirəcək. Buna görə də barışmaz diplomatik siyasət yürüdürlər. Ukraynaya dəstək, Rusiyaya qarşı embarqolar yolu ilə Kremli geri çəkilməyə təhrik etmək istəyirlər. Hesab edirəm ki, yaxın gələcəkdə buna nail olacaqlar. Rusiyanın artıq geriyə yolu qalmayıb”.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Tanınmış iş adamını şərləyənlərə MƏHKƏMƏDƏN ŞOK ZƏRBƏ - İLGİNC FAKTLAR...
Bu gün, 12:47
860 minlik ev cəmi 12 manata satılır - Beləsi olmamışdı
Bu gün, 12:34
"Paşa-K"nın keçmiş əməkdaşları təhdid olunduqlarını iddia edirlər - İTTİHAM VAR...
Bu gün, 12:30
Musiqili Teatra məni qəbul etmədilər ki, səsim yoxdur - Lalə Süleymanova
Bu gün, 12:27
Taleh Şahsuvarlı İTV-ni hansı modeldə görür? - DETALLAR
Bu gün, 12:24
FHN polkovniki Qubada qanunsuz obyekt tikmək istədi, qarşısı alındı - TƏFƏRRÜAT
Bu gün, 12:18
FHN-in dələduzluqda ittiham olunan keçmiş inspektoru ilə bağlı qərar verildi
Bu gün, 12:15
Sabah binada yanğın baş versə... ÖLÜM QAÇILMAZDIR! - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 12:08
“Çarəsiz”in LƏMANI: “Yazırlar ki, ay həyasız, ay ifritə...” - VİDEO
Bu gün, 11:58
Azərbaycanda özəl “qocalar evi” açmaq olar?
Bu gün, 11:56
Rusiya XİN-də Ermənistan səfiri ilə sərt söhbət aparılıb - RT
Bu gün, 11:54
“Bakıxanov-Çörək” şirkəti səhmdarlarına dividend verəcək
Bu gün, 11:47
"Sizin yeriniz...”
Bu gün, 11:37
2026-cı ilin ölkə çempionu ADA Universitetində - FOTO
Bu gün, 11:34
Yaroslavlda neft obyekti vurulub - Zelenski
Bu gün, 11:28
"Su-Kanal İdarəsi deyir ki, guya hər şey qaydasındadır..." - NARAZILIQ VAR...
Bu gün, 11:22
Bacısının evindən 16 min manat oğurlandı - AÇIQLAMA
Bu gün, 11:09
Apteklərdə “Pascorbin” TAPILMAYACAQ – Alternativ dərman VARMI?
Bu gün, 11:04
Xanlar Vəliyevin qızı vəzifəyə təyin edildi - BUNDAN SONRA...
Bu gün, 11:01
Məscidlərə Tolstoyun, Dostoyevskinin kitablarının alınmasına komitə sədrindən REAKSİYA - “Təsbeh layihəsi keçirək?”
Bu gün, 11:00
Biz Ermənistanı “banan dövləti” olmaqdan qurtardıq - Paşinyan BELƏ DEYİR...
Bu gün, 10:55
Ukrayna ordusu Qroznıda hərbi hissələrə dron zərbəsi endirib
Bu gün, 10:53
Elmi-Tədqiqat Pediatriya İnstitutunda dövlət satınalmaları nəzarətsiz qalıb - İLGİNC FAKTLAR
Bu gün, 10:50
Azərbaycanla sülh istəyirik, Rusiyanın köləsi olmaq istəmirik - Marqaryan
Bu gün, 10:44
Tovuz sakini yaşamağın mümkünsüz olduğunu deyir... - MÜRACİƏT
Bu gün, 10:41
Ukrayna Rusiyada aeronaviqasiya binasına dron zərbəsi endirib, 13 aeroportun fəaliyyəti dayandırılıb
Bu gün, 10:35
Paşinyan seçki kampaniyasına Qərbi Zəngəzurdan başladı
Bu gün, 10:33
ABB Özbəkistandakı “Davr Bank”da pay alıb
Bu gün, 10:26
46 Azərbaycan vətəndaşı xaricdə insan alverinin qurbanı olub - RƏSMİ
Bu gün, 10:16
“Övladları Almaniyada əlindən alınan azərbaycanlı ailənin övladlarını geri aldıq” - TƏFƏRRÜAT
Bu gün, 10:13
Rusiyadan Azərbaycana qarşı BÖYÜK TƏXRİBAT - Görün Qarabağla bağlı nə etdilər...
Bu gün, 10:10
“Atamın ürəyinə stent qoyuldu” - Akif İslamzadənin oğlu
Bu gün, 10:07
İsrailin Azərbaycandakı səfiri Milli Qəhrəman Albert Aqarunovun məzarını ziyarət edib - FOTO
Bu gün, 10:03
Rusiya hücum etsə, ABŞ yardıma gələcəkmi? - Stubb
Bu gün, 09:00
Göyçay sakinini aldadıb İŞDƏN ÇIXARDILAR... - 5 uşaq atasının HARAYI
Bu gün, 08:59
Rostov parada "hazırlaşır" - Raketlə vurulmuş zavodlarda yanğın davam edir...
Bu gün, 08:54
Məhkəmə 120 419 manat vergi ödəməkdən yayınmada ittiham olunan sahibkara bəraət verib – QƏRAR
Bu gün, 08:51
“Bakı Şərab-2” ASC-yə yeni rəhbər seçiləcək
Bu gün, 08:48
Bakı dünyaya kamikadze PUA-larla çıxır: Bədxahlara mesaj - Əlimiz HƏR AN TƏTİKDƏDİR...
Bu gün, 08:17
Rusiyanın HHM-i tükənib: Yalnız Moskva... - Hamblinq
Bu gün, 08:14
Yeni sistemə indiki rəhbərliyin uyğun gəlməsi çətin görünür: Vüsal Aslanov da gedəcək? - İNCƏLƏMƏ
Bu gün, 08:12
Agentlik sədrinin yeni müşaviri idarə müdirini qapı arxasında qoyub – İclasa gecikdiyi üçün
Bu gün, 08:09
Ermənistanın Ağrı dağı AĞRISI... ÇƏKİLİRMİ?
Bu gün, 08:04
"Məleykə Abbaszadənin belə kriteriyalar qoyma hüququ yoxdur" - Ekspertdən ETİRAZ
Bu gün, 08:01
Rusiya Suriyadakı hərbi bazasını bərpa edir - "The Maritime Executive"
Bu gün, 07:58
Avropa Parlamenti ilə münasibətlər dayanır, Avropa ilə əməkdaşlıq güclənir... - NƏ BAŞ VERİR?
Bu gün, 07:35
ABŞ-nin addımı hücum yox, psixoloji təzyiqdir - Tural Abbaslı BELƏ DEYİR...
Bu gün, 07:33
“Xoş xəbəri eşidəndə namaz üstdə idim, qonaqlıq verəcəm” - Prezidentin mükafatlandırdığı 86 yaşlı xalq artisti
Bu gün, 07:31
Su ehtiyatlarımız TÜKƏNİRMİ? - AKTUAL
Bu gün, 07:27
“Rusiya Paşinyana açıq xəbər verir ki, qarşıdakı ay həlledici olacaq” - GƏLİŞMƏ
Bu gün, 07:25
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru