Aqşin Əliyevə yeni VƏZİFƏ VERİLDİ .....                     "Mən Dilqəmin oğlu deyiləm, ata-anamı o öldürüb" .....                     “Qarabağ”dan daha bir transfer .....                     FHN şefinin oğlanlarının kino sənayesində UĞURSUZ ADDIMLARI .....                     Türkiyə-Ermənistan sərhədi diqqət mərkəzində... .....                     Erməni nazirin sevincək paylaşdığı xəritə .....                     Ermənilərin Paris meriyasındakı adamı-Odri Pulvar kimdir? .....                     Avropa Rusiya ilə dialoqu yeniləməlidir, çünki... .....                     Xəzər dənizi ilə bağlı yeni plan: İran 91 illik iddiasından geri çəkilə bilər .....                     Ukrayna Ordusu Rusiyada hərbi aerodroma və neft emalı zavoduna zərbə endirib .....                     “Ən böyük mobil operator” hər addımda problem yaradır... .....                     “İrşad Electronics” insanları necə soyur? .....                     ABŞ-dan “kürd separatçılarına” növbəti zərbə .....                     Kanadanın Çubays jesti... .....                     Putin Köçəryan üçün xahiş edəcək? .....                     "Hökumət “5 günlük dünyadı”, prinsipi ilə davranır..." .....                     Şəkidə itlərin hücumuna məruz qalan Niderland vətəndaşı təxliyə edilib, xəsarətləri ağırdır .....                     "Şikayət edəcəyimi gördükdə isə yalvarmağa başladılar..." .....                     Rauf Kazımovun offşor izləri VƏ... .....                     Bir məmur, bir neçə video və Azərbaycan mediasının susduğu yer... .....                     Etibar Əliyevin Qurban Qurbanov haqqında yazdıqları ədəbsizlikdir .....                     Su “od qiymətinə": Fermerləri hansı problemlər gözləyir? .....                     Könül Kərimovanın qızı boşanıb .....                     Türkiyə Ermənistanı Azərbaycanla birlikdə yeni plana daxil edir .....                     Türkiyəsiz Avropa, Qafqazsız İttifaq? .....                     İran müharibənin ağır nəticələrini açıqlayıb: .....                     İdarə rəisi işdən azad edildi .....                     “Yaşa dolmuşam, toylara getmirəm, .....                     "Rusiyanın əlində Azərbaycan qarşı ciddi təzyiq alətləri olmadığı üçün bir isterika yaşayırlar" .....                     Yasamal İcra Hakimiyyətindən qəribə alış-veriş... .....                     Tələbələrə kirayə ev tələsi: Dələduzların bu hiyləsinə aldanmayın! .....                     II Qaregin Armavirdə yox İrəvanda mühakimə olunacaq .....                     Sentyabrın 5-dən yeni tələb qüvvəyə minir .....                     Əməkdar jurnalist Bakıda çayxanaların azalmasına .....                     "Tenderlər kralının" Azərbaycandan çıxışına QADAĞA .....                     “Barselona” bu tarixdə Bakıya gələcək .....                     Bakı-Naxçıvan reysləri hava şəraitinə görə təxirə salındı .....                     Vaşinqtonun və Tehranın hədələrinin Azərbaycana aidiyyatı varmı? .....                     "Sabah"ın püşkü ilə bağlı statistika: .....                     Məleykə Abbaszadə DİM-dən gedir: Onu Rüfət Əzizov əvəzləyəcək .....                 

В«HƏR ŞEYİ ATAMIN ÜSTÜNƏ YIXDILARВ»
Tarix: 23-02-2012, 13:09 | Çap et
В«HƏR ŞEYİ ATAMIN ÜSTÜNƏ YIXDILARВ»

MƏŞUM BƏNƏNYAR HADİSƏLƏRİNDƏN 2 İL ÖTDÜ

Fevralın 23-də AXCP Culfa rayon təşkilatının keçmiş sədri Rza Nuriyevin ölümünün ikinci ildönümü tamam olur.

Rza Nuriyev 2010-cu il yanvarın 5-də Bənəniyar hadisələri ilə bağlı tutulub. 2009-cu ilin dekabrında Aşura mərasimi zamanı Bənəniyar kəndində polislə qarşıdurma yaşanmışdı. Bundan təqribən 10 gün sonra Naxçıvan polisi və daxili qoşunları kənddə əməliyyatlar keçirərək həbslərə başlamış və bir neçə ev, şəxsi əmlak dağıdılmışdı. Onda həbs edilən Rza Nuriyev də 18 gün saxlanıldıqdan sonra yanvarın 23-ü azadlığa buraxılmışdı. Fevralın 22-si səhhəti ağırlaşan Rza Nuriyevi yaxınları Naxçıvan şəhər xəstəxanasına aparıblar. Bir gün sonra - 2010-cu il fevralın 23-də xəstəxanada vəfat edib.

Həkimlər Rza Nuriyevin ürək çatışmazlığından öldüyünü desə də, əqidədaşları və yaxın dostları mərhuma həbsxanada ağır işgəncələr verildiyini indi də iddia edirlər.

Həmin dövrdə AXCP Naxçıvan şöbəsinin sədri olmuş Asəf Quliyev deyir ki, Rza Nuriyevin ölümünə səbəb elə həmin işgəncələr olub:

В«QADINLARI, UŞAQLARI KÜTLƏVİ ŞƏKİLDƏ DÖYÜB HƏBSXANAYA SALIRDILARВ»

В«2009-cu ildə Bənəniyarda keçirilən Aşura mərasimlərində kənd camaatının ayağa qalxmasına səbəb elə polislər özləri olmuşdu. Aşura günləri insanların məscidlərə axışması normal haldır. Polislər Bənəniyarda buna mane olmağa çalışdılar. Polislərin hərəkətinə etiraz olaraq kənd camaatı ayağa qalxdı və qarşıdurma yarandı. Naxçıvanda görünməmiş hal idi ki, qadınları, uşaqları kütləvi şəkildə döyüb həbsxanaya salırdılarВ».

Asəf Quliyev deyir ki, yerli hakimiyyət Rza Nuriyevi hadisələrin təşkilatçısı kimi həbs etsə də, sonradan heç bir sübut olmadığından onu azad ediblər:

В«YANVAR AYINDA, SOYUQ HAVADA ONU SOYUNDURUB GECƏ SƏHƏRƏ KİMİ POLİS ŞÖBƏSİNDƏ SAXLAYIBLARВ»

В«Rza müəllim bu hadisələrin qurbanı oldu. Mən deyərdim ki, haqq uğrunda həlak oldu. Həbsxanadan çıxandan sonra onunla görüşdük. Özü deyirdi ki, yanvar ayında, soyuq havada onu soyundurub gecə səhərə kimi polis şöbəsində saxlayıblar. İşgəncə veriblər. Mən özüm də gördüm ki, onun ayaqlarında göyərmiş yerlər var. Həbsdən sonra hədə-qorxu gəlmişdilər ki, həkimə getməsinВ».

Asəf Quliyev deyir ki, aldığı zərbələrdən və paltarsız bir sutka soyuqda saxlanıldığından Rza Nuriyevin ağ ciyərində ciddi problemlər yaranmışdı. Onun bildirməsinə görə, dostları və qohumları onu Türkiyəyə müalicəyə aparmaq qərarına gəlmişdilər:

В«O, HƏR ZAMAN BİZİM QƏLBİMİZDƏ YAŞAYACAQВ»

В«Özü də qorxurdu ki, xəstəxanada ona nə isə edərlər. Ona görə həkimə getmək istəmirdi. Hazırlaşırdıq Türkiyəyə müalicəyə aparaq. Sən demə, zərbələrdən ağ ciyəri zədələnib. Düşünmürdük ki, belə fəsad ola bilər. Fevralın 22-si vəziyyəti ağırlaşanda məcbur qalıb xəstəxanaya aparıblar. Həkimlər ürək çatışmazlığı diaqnozu qoyublar. Ölümündən iki il ötməsinə baxmayaraq, onun ağrı-acısını hələ də çəkirik. Onun fədakarlığının, dəyanətinin qiyməti nə vaxtsa veriləcək. O, hamımızın fəxri idi. Həmişə qəlbimizdə yaşayacaq. Rza müəllim bizim gənclər üçün örnəkdir. O, hər zaman bizim qəlbimizdə yaşayacaqВ».

Asəf Quliyev deyir ki, üstündən iki il ötməsinə baxmayaraq, nə Bənəniyarda baş verən hadisələrə, nə də Rza Nuriyevin ölümünə hüquqi qiymət verilib.

Rza Nuriyevin oğlu Pərvin Nuriyev də atasını yaxşı bir insan kimi xatırlayır. Pərvin Nuriyev deyir ki, atası həmişə kənddəki kasıblara əl tutub, mübahisəli məsələləri ağsaqqal kimi yoluna qoyub. O deyir ki, Bənəniyar hadisələri başlayanda, atası gənclərin önünə çıxıb onları qarşıdurmadan çəkindirməyə çalışırmış:

В«HƏR ŞEYİ ATAMIN ÜSTÜNƏ YIXDILARВ»

В«Mənim atamın bu işlərlə heç bir əlaqəsi olmayıb. Əksinə, coşmuş gənclərin qarşısına çıxdı. Onları sakitləşdirməyə çalışırdı. Cavanlar da məsləhət gördü ki, el ağsaqqalı, sözükeçən adam kimi atam qabağa düşüb danışığa getsin. Bundan sonra hər şeyi atamın üstünə yıxdılar. Guya, o, daş atırmış, təxribat yaradırmışВ».

Pərvin Nuriyev deyir ki, Bənəniyar hadisələri zamanı onu və qardaşını atasından əvvəl həbs ediblər:

В«BİZİ DAĞDAN TUTUB APARDILARВ»

В«Bizim nə günahımız var idi ki? Qardaşımla mən bir aya yaxın idi ki, dağda heyvanların yanında idik. Hadisələr başlayandan kəndə getməmişdik. Bu hadisələrlə də heç bir əlaqəmiz yox idi. Buna baxmayaraq siyahının başına bizim adımızı yazmışdılar. Gəldilər, bizi dağdan tutub apardılar. Bizdən iki gün sonra isə atamı həbs etdilər. Biz atamın həbs olunmasını görə bilmədikВ».

Pərvin Nuriyev deyir ki, atası həbsxanadan buraxılandan sonra səhhəti normal olub. Fevralın 22-si səhhəti qəfil pisləşdiyindən xəstəxanaya aparıblar:

В«ÖLÜMÜN SƏBƏBLƏRİ HAQQINDA SƏNƏDİ GÖTÜRMƏDİKВ»

В«Mən yenə dağda idim. Zəng elədilər ki, atamın vəziyyəti ağırlaşıb, xəstəxanaya aparıblar. Getdim xəstəxanaya. Həkimlər deyirdi ki, ürəyində problem var. Bir gün sonra vəfat etdi. Həkimlərin rəyi ilə razılaşmadığımızdan ölümün səbəbləri haqqında sənədi götürmədikВ».

O vaxt istər Naxçıvan Daxili İşlər Nazirliyi, istərsə də Naxçıvan Ombudsman Aparatı Rza Nuriyevin ölümü ilə bağlı açıqlama verməmişdilər.

Azərbaycan Daxili İşlər Nazirliyinin mətbuat xidməti isə Rza Nuriyevin təcridxanada işgəncələrə məruz qalması barədə iddiaları rədd etmişdi. Nazirliyin mətbuat xidmətindən bildirilirdi ki, nə Bakıda, nə də Naxçıvandakı təcridxanalarda işgəncə hallarına yol verilir.








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Aqşin Əliyevə yeni VƏZİFƏ VERİLDİ - BUNDAN SONRA...
Bu gün, 12:26
"Mən Dilqəmin oğlu deyiləm, ata-anamı o öldürüb" - Kürdoğlu DNK analizi tələb edir
Bu gün, 12:24
“Qarabağ”dan daha bir transfer - FOTO
Bu gün, 12:21
FHN şefinin oğlanlarının kino sənayesində UĞURSUZ ADDIMLARI - oğurluq pulların izi ilə...
Bu gün, 12:19
Türkiyə-Ermənistan sərhədi diqqət mərkəzində... - KİV
Bu gün, 11:41
Erməni nazirin sevincək paylaşdığı xəritə - FOTO
Bu gün, 11:39
Ermənilərin Paris meriyasındakı adamı-Odri Pulvar kimdir? - DETALLAR
Bu gün, 11:37
Avropa Rusiya ilə dialoqu yeniləməlidir, çünki... - Stubb
Bu gün, 09:49
Xəzər dənizi ilə bağlı yeni plan: İran 91 illik iddiasından geri çəkilə bilər - ŞƏRH
Bu gün, 09:47
Ukrayna Ordusu Rusiyada hərbi aerodroma və neft emalı zavoduna zərbə endirib - UNİAN
Bu gün, 09:45
“Ən böyük mobil operator” hər addımda problem yaradır... - GİLEY
Bu gün, 09:18
“İrşad Electronics” insanları necə soyur? - BU DA FAKT...
Bu gün, 09:11
ABŞ-dan “kürd separatçılarına” növbəti zərbə - “Peşmərgə”lərin bitirilməsinə qərar verildi
Bu gün, 08:56
Kanadanın Çubays jesti... - NƏ BAŞ VERİR?
Bu gün, 08:47
Putin Köçəryan üçün xahiş edəcək? - AKTUAL
Bu gün, 08:44
"Hökumət “5 günlük dünyadı”, prinsipi ilə davranır..." - partiya sədri
Bu gün, 08:41
Şəkidə itlərin hücumuna məruz qalan Niderland vətəndaşı təxliyə edilib, xəsarətləri ağırdır - TƏFƏRRÜAT
Bu gün, 08:35
"Şikayət edəcəyimi gördükdə isə yalvarmağa başladılar..." - ETİRAZ VAR!
Bu gün, 08:24
Rauf Kazımovun offşor izləri VƏ... - səhm maxinasiyaları
Bu gün, 08:03
Bir məmur, bir neçə video və Azərbaycan mediasının susduğu yer... - REPLİKA
Bu gün, 07:46
Etibar Əliyevin Qurban Qurbanov haqqında yazdıqları ədəbsizlikdir - Kənan Məstəliyev
Bu gün, 07:43
Su “od qiymətinə": Fermerləri hansı problemlər gözləyir? - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 07:40
Könül Kərimovanın qızı boşanıb - ÖZÜ AÇIQLADI
Bu gün, 07:34
Türkiyə Ermənistanı Azərbaycanla birlikdə yeni plana daxil edir - Fidandan tarixi açıqlama
Bu gün, 07:29
Türkiyəsiz Avropa, Qafqazsız İttifaq? – Ankaranın üzvlüyünün gizli geosiyasi hesabları
Dünən, 17:51
İran müharibənin ağır nəticələrini açıqlayıb: - İdxal-ixrac 35% azalıb, Tehran geri çəkilmir
Dünən, 17:32
İdarə rəisi işdən azad edildi - FOTO
Dünən, 17:27
“Yaşa dolmuşam, toylara getmirəm, gənc xanəndələr yanımda oxumağa utanırlar, tay-tuş deyiləm”
Dünən, 17:24
"Rusiyanın əlində Azərbaycan qarşı ciddi təzyiq alətləri olmadığı üçün bir isterika yaşayırlar" - RƏY
Dünən, 17:16
Yasamal İcra Hakimiyyətindən qəribə alış-veriş... - DETALLAR
Dünən, 17:05
Tələbələrə kirayə ev tələsi: Dələduzların bu hiyləsinə aldanmayın! - “İndi pul göndər, yoxsa ev gedəcək”
Dünən, 17:02
II Qaregin Armavirdə yox İrəvanda mühakimə olunacaq - Ermənistan mediası
Dünən, 17:01
Sentyabrın 5-dən yeni tələb qüvvəyə minir – bu dəyişiklik kimlərə təsir edəcək?
Dünən, 16:56
Əməkdar jurnalist Bakıda çayxanaların azalmasına ETİRAZ ETDİ
Dünən, 16:39
"Tenderlər kralının" Azərbaycandan çıxışına QADAĞA - TƏFƏRRÜAT
Dünən, 16:27
“Barselona” bu tarixdə Bakıya gələcək - Cədvəl
Dünən, 16:24
Bakı-Naxçıvan reysləri hava şəraitinə görə təxirə salındı - DİQQƏT!
Dünən, 16:03
Vaşinqtonun və Tehranın hədələrinin Azərbaycana aidiyyatı varmı? - AKTUAL
Dünən, 16:02
"Sabah"ın püşkü ilə bağlı statistika: - "Mançester Siti" və "Real Madrid"i geridə qoydu
Dünən, 13:09
Məleykə Abbaszadə DİM-dən gedir: Onu Rüfət Əzizov əvəzləyəcək - İDDİA
Dünən, 12:53
Kərəm Mustafayev şəhid qızının toyuna gedə bilmədi - Hədiyyə göndərdi (FOTO)
Dünən, 12:44
Nikol Paşinyandan yeni təyinat - "Armenpress"
Dünən, 12:40
Simonyan "rusları qəbul edə bilərik" dedi - Zaxarova qəzəbləndi
Dünən, 12:37
Moskvaya vacib sual: niyə Azərbaycanın müstəqilliyi "rusofobiya" adlanır? - HƏQİQƏTƏN DƏ...
Dünən, 12:29
Gəncədə ürək əməliyyatı olunan qadın öldü
Dünən, 12:26
Gürcüstanda İnterpol xətti ilə axtarışda olan Azərbaycan vətəndaşı saxlanılıb - TƏFƏRRÜAT
Dünən, 12:21
Putin yeni “Volqa”nı şəxsən sınaqdan keçirdi
Dünən, 12:18
“Dayım Tamaranın uşaqlarını öz övladları kimi böyütdü, amma bu gün məzarı üstünə getmirlər” - İslam Rzayevin qohumundan ETİRAZ
Dünən, 12:13
Ermənilərlə... bundan sonra nə edək?
Dünən, 12:05
ŞOK: Adil Vəliyevin işçiləri aldıqları rüşvəti GERİ QAYTARDILAR... QƏBZ YAZDILAR... - BU NƏDİ BELƏ?
Dünən, 11:56
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru