MOLLALAR AZƏRBAYCANI ODİSSEYƏ BƏNZƏTDİ
Tarix: 1-02-2012, 11:11 | Çap et
В«ARAN XALQI GÜNÜN BİRİNDƏ ODİSSEY KİMİ ÖZ YURDUNA (İRANA) DÖNƏCƏKВ»
DİA.AZ: - Azərbaycana qarşı bir çox istiqamətlərlə yanaşı, həm də ideoloji müstəvidə müharibə aparan fars-molla rejiminin təbliğat maşını ortaya absurd bir ideya ataraq Azərbaycan türklərinin В«aran xalqıВ» olduğunu və bu xalqın fars kökənli olmasını bəyan etməkdədir. Artıq sözügedən yöndə yetərincə antiAzərbaycan ruhlu materiallara rast gəlmişik.
Yenə də eyni təbliğat maşınının vasitəsilə Azərbaycan türkünü və Azərbaycanın dövlət rəsmilərini hədəfə alaraq ünvanımıza aşağılayıcı ifadələri səsləndirməklə yanaşı, həm də Azərbaycana qarşı ərazi iddiası irəli də sürüblər. В«arannyusВ» portalının yayınladığı materialda İranın milli və etnik məsələlər üzrə eksperti kimi qələmə verilən Həbibullah Fəzlinin dilindən bildirilir ki, guya В«aran xalqıВ» adlandırdığı biz Azərbaycan türkləri yunan mifik qəhrəmanı Odissey kimi öz В«yurdumuzdanВ» (yəni В«evimizВ» olan İrandan) ayrı düşmüşük və günlərin birində В«ana yurdumuzaВ» geri dönəcəyik.
Qeyd edək ki, iranlı В«ekspertВ» bütünlükdə olaraq Azərbaycana qarşı ərazi idası irəli sürməklə yanaşı, həmçinin Azərbaycan türkünün fars işğalı altında olan Təbriz şəhərini paytaxt görməsi ideallarını və digər bu kimi amallarını da ələ salmaqdadır.
Bu sərsəm fikirləri ilə yanaşı Fəzli eyni zamanda Azərbaycanın dövlət başçısı İlham Əliyevin də ünvanı sərt ifadələr işlədib ki, həmin məqaləni olduğu kimi diqqətinizə çatdırırıq: В«Milli və etnik məsələlər üzrə ekspert Həbibullah Fəzli İrana müxalif qüvvələrin Bakıda hüzuru və Bakı dövlətinin İran nüvə alimlərinin terror edilməsi üçün terrorçu dəstələrə qucaq açması xəbərlərinə işarə edərək dedi: "Bakı dövləti iranlını özü bəyənib, təsvir etdiyi xüsusiyyətlərlə tanıtdırır və həqiqətdə bu həqiqi iranlının yox, bəlkə bir düşmənin xüsusiyyətlərini bütünlüklə öhdəsinə almış təsvirdir. İlham Əliyevin dünya azərbaycanlıları rəhbərliyində təkrarlı iddiaları, Təbrizin paytaxtlığı, İranın siyasi nümayəndələri ilə xoşagəlməz rəftarı, İran əleyhinə televiziya kanallarının fəaliyyəti, Mossadın İran əleyhinə casusluq mərkəzlərinin, son vaxtlar isə PJAK-ın bu ölkə torpaqlarında yerləşməsi bunun nümunələrindəndir. İranın nüvə alimi mərhum Şəhriyarinin qatili Azərbaycan Respublikasında terror təlimi görməsini dəfələrlə iqrar etdi".
Fazili daha sonra artırdı: "Qarabağ barədə mənim gəldiyim nəticə budur ki, Bakı dövləti Qarabağı qaytarmağa o qədər də meyilli deyil. Çünki Qarabağ probleminin əsas öncəliyi Bakı dövlətinin bacarıqsızlığını və böhranlarını örtən geniş libas olmasındadır. Əgər bu problem həll olsa, növbə daxili böhranların həllinə çatacaq və hazırkı dövlətin də bunu həll etməyə kifayət qədər bacarığı yoxdur və ya ola bilsin ki, qalmağa fürsət tapmadı. Əslində Qarabağ Aran xalqı üçün həqiqi önəmdir, amma Bakı üçün üzdə. Bu nöqtəni də artırım ki, əliyevlərin və ya Bakı dövlətinin İran əleyhinə hücum mövqeini qüdrət mövqeindən çox zəiflik və ya qaçış mövqe hesab etmək lazımdır. Çünki onlar bilirlər ki, ölkə xalqı kimliyini tanımaqda keçid halandadır və çox keçməz ki, öz həqiqi kimliyini, yəni İslam mədəniyyəti qucağına qayıdacaq".
Ekspert sonda dedi: "Odissiya, Homerin dastanının qəhrəmanı və İtikanın sərkərdələrindəndir. O, öz şəhərindən çıxır və doğma yurda qayıtması çox çəkir. Bəziləri onun öldüyünü, bəziləri də dönük çıxması barədə danışır. Odissiya, bu müddət ərzində çoxlu ruhi dəyişiklər və macəralarla üzləşir. Həqiqətdə, ötən bu illər Odissiyanın sərgərdan və yurdsuz qaldığı bir illərdir. Amma nəhayət, o sərgərdanlığa qalib gəlir və öz el-obasına qayıdır. Maddi və mənəvi qarətgərləri ölkəsindən qovur. Belə nəzərə çarpır ki, bu təmsil Aran xalqının Rusiyaya məğlubiyyətdən və ondan sonra baş verən hadisələr nəticəsində başlarına gələnləri çox gözəl bəyan edir. Onlar bir Odissiya kimi öz həqiqi kimliklərinin ardıncadırlar, lakin onlar hələ də buna nail ola bilməyiblər. Yaxud hələ də öz ana vətənlərinə qovuşmayıblar, ya da bəziləri onların qayıtmasına mane olub"В».


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Azərbaycanın S-400 zenit-raket kompleksinə ehtiyacı varmı? - AÇIQLAMA
Bu gün, 18:05 |
|
|
|
| • Azərbaycan sərhədindən Türkiyəyədək magistral yolun beynəlxalq yükdaşımalar üçün açılması üzrə iş aparılır - Paşinyan
Bu gün, 18:03 |
|
|
|
| • Erməni generallar barədə fərmanlar verildi - KİV
Bu gün, 17:00 |
|
|
|
| • Namizəd Səfərovun cinayət işi üzrə məhkəmədə ittiham aktı elan olunub
Bu gün, 16:57 |
|
|
|
| • Milli Məclisdə YENİ TƏYİNAT: Spikerə köməkçi təyin edildi - FOTO
Bu gün, 16:55 |
|
|
|
| • Məhərrəmlikdə toy etmək olarmı? – Elşad Miri
Bu gün, 16:50 |
|
|
|
| • ABŞ NATO-ya hamıdan çox pul xərcləyir, amma heç bir fayda əldə etmir - Tramp
Bu gün, 16:43 |
|
|
|
| • AAYDA-ya məxsus bu yol istismar idarələri ləğv olunduğunu elan etdi - SİYAHI
Bu gün, 16:39 |
|
|
|
| • Bakı-Naxçıvan-Bakı avtobus reysləri nə vaxt bərpa olunacaq? - GƏLİŞMƏ
Bu gün, 16:37 |
|
|
|
| • Sənədləri saxtalaşdırdığına görə «qara siyahı»ya düşən “Kon-Lay Project” MMC... – YENİDƏN TƏŞKİL EDİLİR
Bu gün, 16:33 |
|
|
|
| • Azərbaycanda eyni sahədə çalışan 10 ŞİRKƏT LƏĞV EDİLDİ - TƏFƏRRÜAT
Bu gün, 16:33 |
|
|
|
| • Azərbaycanda 3,5 milyona yeni film çəkilir
Bu gün, 16:28 |
|
|
|
| • 35 min manatlıq həkim, yalnız morqda işləyə bilər – REPLİKA
Bu gün, 16:26 |
|
|
|
| • Bu klinika təzminat ödəyəcək - Burun düzəldəndə gözü zədələyib
Bu gün, 16:21 |
|
|
|
| • Brüsselin Bakı kursu dəyişir: - “Əməkdaşlıq artıq təkcə qaz ixracı ilə məhdudlaşmır”
Bu gün, 16:13 |
|
|
|
| • Ucuz neft Azərbaycana problem yaradacaq? - AKTUAL
Bu gün, 14:01 |
|
|
|
| • "UNESCO-ya məktubu və müraciəti şəxsən mən göndərmişəm" - AÇIQLAMA
Bu gün, 13:55 |
|
|
|
| • Mən Sərkisyanın Putinlə görüşdə etdiyi kimi etməyəcəm - Paşinyan
Bu gün, 13:50 |
|
|
|
| • Özümü Paşinyansız düşünə bilmirəm – Simonyandan ETİRAF
Bu gün, 13:49 |
|
|
|
| • İrəvan Moskva ilə dialoqu və Aİ-yə inteqrasiya kursunu davam etdirəcək - Paşinyan
Bu gün, 13:45 |
|
|
|
| • Ermənistanın Aİ-yə ixracının təxminən 80 %-i rüsumsuz olacaq - Fon der Lyayen
Bu gün, 13:42 |
|
|
|
| • Bakıda yenilənməsi nəzərdə tutulan 177 eskalatorun sifarişi verilib, istehsal başlayıb - BŞİH
Bu gün, 13:11 |
|
|
|
| • Vətəndaşlara saxta diaqnoz və analizlər yazılıb - TƏBİB araşdırır
Bu gün, 13:07 |
|
|
|
| • “Kapital Bank”a yeni Baş maliyyə inzibatçısı təyin edilib - BUNDAN SONRA...
Bu gün, 13:04 |
|
|
|
| • Spiker seçilə bilməyən Simonyan deputat mandatından imtina etdi - “Heç prezident də olmaq istəmirəm”
Bu gün, 13:02 |
|
|
|
| • “SOCAR-da işləyən vəzifəli şəxslərə rüşvət verəcəm” dedi və... - TƏFƏRRÜAT
Bu gün, 13:01 |
|
|
|
| • Rusiya Xerson vilayətinə zərbə endirib, ölən və yaralananlar var
Bu gün, 12:59 |
|
|
|
| • Bu şirkət ancaq Elm və Təhsil Nazirliyinin tenderlərini udur: 4 ildə 44 milyon manat... - İcazə verin, şübhələnək...
Bu gün, 12:57 |
|
|
|
| • Paşinyan Putindən qorxaraq geri çəkildi: - İrəvandan Moskvaya BÖYÜK JEST
Bu gün, 12:53 |
|
|
|
| • Səidə Bəkirqızı Sevinc Hüseynovanı məhkəməyə verdi
Bu gün, 12:50 |
|
|
|
| • Putin Paşinyanın telefonunu niyə götürmədi? - NƏ BAŞ VERİR?
Bu gün, 12:47 |
|
|
|
| • 2029-cu ildən Aİ ilə viza rejiminin liberallaşdırılmasına ümid edirik - Paşinyan
Bu gün, 12:46 |
|
|
|
| • Mədəniyyət Nazirliyi bir ədəd kitabı 3781 manata çap etdirəcək - BU NƏDİ BELƏ?
Bu gün, 12:01 |
|
|
|
| • İsrail Müctəba Xameneini ölümə məhkum edib - Tehran BMT-yə şikayət etdi
Bu gün, 11:59 |
|
|
|
| • "Bəlkə o mənim son pulum idi... belə məsuliyyətsizlik olar?.." - ETİRAZ
Bu gün, 11:57 |
|
|
|
| • ASTANA NƏ EDƏCƏK? - İNCƏLƏMƏ
Bu gün, 11:49 |
|
|
|
| • Ukrayna azərbaycanlı iş adamının zavodunu vurdu - FOTO
Bu gün, 11:45 |
|
|
|
| • "Arzum" ləqəbli bloqer məhkəmə zalından həbs edilib - QƏRAR
Bu gün, 11:30 |
|
|
|
| • Çatışmazlıqların acı dadı: - yanacaq böhranı Kremlin imperiya miflərini məhv edir
Bu gün, 11:27 |
|
|
|
| • Erməni separatçıları hansı üzlə bəraət istəyirlər? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 11:20 |
|
|
|
| • Azərbaycanda 786 min ailənin “evi yoxdur” - RƏSMİ
Bu gün, 11:11 |
|
|
|
| • Paşinyan Ursula Fon der Lyayenlə görüşüb
Bu gün, 11:10 |
|
|
|
| • "BAX, BU AYRI `LEVEL`DİR..." - pərdəarxası...
Bu gün, 11:03 |
|
|
|
| • Avropa Azərbaycanla əməkdaşlığı genişləndirir - MƏQALƏ
Bu gün, 10:57 |
|
|
|
| • Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlığın daha da genişlənməsinə mühüm töhfə verəcək səfər - İsrafil Kərimovun yazısı...
Bu gün, 10:55 |
|
|
|
| • "Dedi ki, statusu silməsən, işdən qovulacaqsan..." - Naxçıvanda TALIBOV AB-HAVASI..."
Bu gün, 10:52 |
|
|
|
| • Azərbaycanda ət bahalaşa bilər... – Heyvan idxalında yeni qaydalar
Bu gün, 10:45 |
|
|
|
| • Rubeni kimlər “Türkiyə agenti” hesab edir və niyə? - "Hraparak"
Bu gün, 10:42 |
|
|
|
| • Bloger “Space TV”də yeni veriliş aparacaq
Bu gün, 10:38 |
|
|
|
| • Avtomobil bazarında durğunluq var: - Ekspertlər ucuzlaşma olduğunu iddia edir
Bu gün, 10:37 |
|
|
|
|