"Gələn il Avroviziyaya getməsək, yaxşıdır, ya da Alim Qasımovu göndərib Avropanı təəccübləndirək" .....                     Azərbaycanlı xanım məhkəməni uddu .....                     Metropoliten rəhbərinə irad: .....                     Tofiq Zülfüqarov 2 kəlmə yazdı, erməni istifadəçilər keçmiş naziri hədəfə aldılar .....                     “Azercell” istehlakçıları aldadır? .....                     Roza Zərgərlinin Qazaxıstan turu təxirə salındı: .....                     Şoyqu nə dedi... niyə dedi... necə dedi... .....                     Trampın başına 50 milyon avro “mükafat” qoymuşuq .....                     TABIA Group-da yeni təyinat olub .....                     İcra başçısı yeni sektor müdiri təyin etdi .....                     Rektor özünə yeni müşavir təyin etdi .....                     "Mənə çox işgəncələr verildi, lakin bir dəfə də olsun satqınlıq, Vətənimə xəyanət etmədim" .....                     İran casusu olan ABŞ zabitinin başına "pul qoyuldu" .....                     Ukrayna ordusunun Ryazana zərbələri nəticəsində 4 nəfər ölüb .....                     Şimşək çaxacağı ehtimalı var .....                     Metropoliten rəisinin fikirləri absurd, gülməli açıqlamadır .....                     Əjdər Ol azadlığa buraxılıb? .....                     Nazirlik Rasim Rzayevdən 365 min manata ofis icarəyə götürüb .....                     Xalq artisti Şuşaya gedə bilmədi: .....                     Şəhərsalmada seysmik risklərin düzgün qiymətləndirilməsi vacibdir .....                     Şahin Bağırovdan gömrük işçiləri ilə bağlı qərar .....                     “Space FM”in rəhbəri işdən çıxarıldı .....                     Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi .....                     Tahir Kərimlidən Vüsal Aslanova cavab: .....                     “UNİBANK”, “EXPRESSBANK” VƏ DAHA 3 BANK... .....                     Dünyanın ən nüfuzsuz siyasətçisi .....                     Ayaz Salayev və Müşfiq Hətəmov Kino Agentliyinə etiraz etdilər .....                     AZAL Dubay reyslərini bərpa edib .....                     74 milyonluq şirkətə qoşulma: .....                     Rusiya ilə Ukrayna arasında “205-in 205-ə” formatında əsir mübadiləsi olub .....                     Dövlət Agentliyi «qara siyahı»nı genişləndirir .....                     Erməni Apostol Kilsəsi: separatizm və revanşizm aləti .....                     İcra bacılarına yeni tapşırıq verildi .....                     Böyük Britaniya "Lotu Quli"nin qardaşına sanksiya tətbiq etdi .....                     Şahbuzda məmurlar ƏJDAHA KİMİ SUYUN QABAĞINI KƏSİBLƏR .....                     Sosial yardım üçün müraciətlərə niyə GEC CAVAB VERİRLƏR? .....                     Vüsal Nəsirli direktoru bu şöbəyə müdir təyin etdi .....                     Sabiq deputatın şirkəti Tuğ kəndinin xarici su təchizatının tikintisinə görə 3.6 milyon alacaq .....                     Nazir onu rəis müavini təyin etdi .....                     Kənan Aşurlu sənəd saxtalaşdıran “Kon-Lay Project” MMC ilə müqavilə bağladı .....                 

“2012-Cİ İL XOŞMƏRAMLI DEYİL”…
Tarix: 26-01-2012, 13:24 | Çap et
“2012-Cİ İL XOŞMƏRAMLI DEYİL”…

MƏŞHUR EKSTRASENS NƏDƏN BU İLLƏ BAĞLI EHTİYATLI DANIŞIR?

Moskvada yaşayan həmyerlimiz, məşhur ekstrasens, parapsixoloq Zirəddin Rzayevin müsahibələri, açıqlamaları hər dəfə ciddi müzakirələrə, söz-söhbətlərə rəvac verir. Ekstrasensin ötən ilin dekabrında Azərbaycan mətbuatına verdiyi 2012-ci illə bağlı "qanlı" proqnozlarla dolu olan son müsahibəsi də xüsusilə yaddaqalan oldu. Biz də həmin proqnozlardakı maraqlı məqamları nəzərə alaraq ondan daha ətraflı danışmasını xahiş etdik. Beləliklə, yeni ildə Z.Rzayevin nələrdən danışdığını bilmək istəyirsinizsə, müsahibəni oxumağınız yetər...

- Bu il üçün çox bədbin proqnozlar səsləndirmisiniz. Doğrudanmı, dediyiniz kimi, "2012-ci il qanlı il" olacaq?

- Mən verdiyim proqnozlarla qorxu yaratmaq istəmirəm. Bəzən yanlış yanaşmalara görə ümumiyyətlə proqnoz vermək istəmirəm. Ancaq deməyəndə də haqqımda başqa cür düşünürlər. Bəli, mən yenə də deyirəm ki, bu il o qədər də rahat keçməyəcək, xoşməramlı olmayacaq. Daha başqaları kimi iddia etmirəm ki, "bu il dünyanın sonudur, qiyamət günü olacaq". Əslində, mən həmişə belə iddialara qarşı olmuşam. Mənim konkret gördüyüm, dediyim budur ki, 2012-ci il aqressiv ildir, çoxlu müharibələr, münaqişələr gözlənilir, böyük dağıntılara səbəb olacaq zəlzələlər, təbii fəlakətlər görürəm. Ona görə də bütövlükdə 2012-ci il qanlı il sayıla bilər, əsasən də, Cənubi Amerika, Argentina, Çili, Kolumbiya, Venesuela və Braziliyanı təbii fəlakətlər gözləyir. Şimali Amerikanın cənubunda qasırğa və izahını verə bilmədiyim qırmızı işıq görürəm.

Mənim gördüklərimin əksəriyyəti artıq öz təsdiqini tapır. Məsələn, Yaponiyada böyük fəlakətə səbəb olacaq sunaminin və bu ölkənin şərq hissəsində zəlzələlərin olacağı ilə bağlı verdiyim proqnozlar özünü çox gözlətmədi. Eləcə də proqnozlarımın birində İranın paytaxtında partlayış olacağını gördüyümü demişdim. Məlum olduğu kimi, bu yaxınlarda Tehranda törədilmiş qanlı terror nəticəsində İranın məşhur nüvə alimi Mustafa Əhmədi Rövşən və daha bir nəfər həlak oldu.

Mən bu siyahını uzatmaq istəmirəm, çünki artıq bu barədə mətbuatda dəfələrlə yazılıb. Amma onu bir daha təkrarlamaq istəyirəm ki, Yer kürəsi kosmosdan çox acınacaqlı görünür.

- Ötən il noyabrın 10-da 30 yaşınız tamam oldu. Əgər xatirinizdədirsə, ad günündən bir gün əvvəl sizinlə Moskvada görüşmüşdük. Yubiley münasibətilə sizi təbrik edəndə yarızarafat, yarıciddi dediniz ki, "qanımı qaraldırsınız, ad günlərim mənimçün ən qəmli anlarımdan biridir". Amma bunun niyə belə olduğu barədə sualıma o zaman cavab verməmişdiniz. Bəlkə indi bu barədə danışasınız?

- Doğrudan da, mən öz ad günümü sevmirəm. Amma ötən il yubiley olduğu üçün məni ad günümü keçirməyə dostlarım məcbur elədilər. Mən də onların sözünü yerə salmadım, Moskvanın məşhur klublarının birində Rusiyanın tanınmış şou-biznes nümayəndələri ilə birlikdə və dostlarımın əhatəsində yubileyimi qeyd etdik.

- Eşitdiyimə görə, ad gününüzə 60-a yaxın xarici telejurnalist, KİV nümayəndəsi qatılıb. Onları özünüz dəvət eləmişdiniz, yoxsa özləri xəbər tutub gəlmişdilər?

- Onlar məni öz verilişlərinə dəvət eləmiş şəxslər idi, televiziya işçiləriydi. Yəni məni tanıyanlardı, xəbər tutmuşdular ki, ad günümdür, gəlmişdilər. Həmin gün onların gəlişinə görə içimdə böyük bir həyəcan yaşadım, görəsən, qonaqları yerləşdirə biləcəyəmmi. Şükürlər ilsun ki, hər şey ürəyimcə oldu. Sualınızın əsas mabədinə-ad günümlə bağlı qanımın qaralması məsələsinə gəlincə, bunun səbəbi var. Mən hər günümə, dəqiqəmə qiymət verən, yaşamağı ürəkdən sevən insanam. Həyatda baş verən proseslərə yanaşmada mənim özümün şəxsi fəlsəfəm var: ad günüm məni həm qocaldır, həm də ölümə bir addım yaxınlaşdırır. Ona görə qanım qaralır, sevmirəm ad günümü.

- Deməli, 30 yaşı qocalıq hesab edirsiniz?

- Mənimçün hə, qocalıq saymaq olar.

- Belə qərara gəlməyinizin səbəbi nədir?

- Çətin sualdı. Bu suala cavab vermək istəmirəm.

- Bir vaxtlar uzun yaşamayacağınızı demişdiniz. Bəlkə ad günlərinizdə qəmgin olmağınız bundan dolayıdır?

- Açıq desəm hə, onunla bağlıdı. Ancaq bu barədə danışanda anam həddən artıq narahat olur, ağlayır. Ona görə bunu dilimə gətirmirəm.

- Deməli, siz öz gələcəyinizi görürsünüz?

- "Gələcəyimi görə bilmirəm" demək ekstrasens üçün acizlikdir. O sözü şarlatanlar ortaya atıblar ki, elmin qınağına tuş olmasınlar. Amma əslinə qalsa, Vanqa, Nostradamus və başqaları da öz gələcəklərini bilmişlər. Təbii ki, hər şeyi bilmək mümkün deyil. Bu, Tanrının istədiyi qədər mümkündür.

- Adama öz həyatının sonunu əvvəlcədən görməsi çox dəhşətli gəlir...

- Təbii ki, ağırdır. Amma mən sizə demədim ki, öz həyatımı bütünlüklə görürəm. Bir insanın həyatını tamlığıyla görmək mümkün deyil. Taleyimə aid müəyyən nüanslar var ki, onları görürəm. Bəziləri deyir ki, mən hər şeyi bilirəm: yerin altını da, üstünü də. Bu iddiadır, günahdır, haramdır. Bəyənilməyən bir fikirdir, insanda ikrah hissi doğurur. Ancaq elə şeylər var ki... Məsələn, həkimə demək olmaz ki, o, ölünü dirildir. Həkim hər şeyi edə bilir, amma çox şeyi edə bilmir. Bu nöqteyi nəzərdən yanaşıram. Ona görə də, mən öz taleyimlə bağlı hər şeyi yox, çox şeyi bilirəm.

- Bu mənada bəzən başqalarının da taleyini demək çətin olar, yəqin. Yəni elə şeylər olur ki, onu demək olmur adama...

- Məni fəaliyyətimdə ən çox incidən bu nüanslardır. Bəzən görürsən elə adamlar olur ki, hətta doğru olsa belə, onların barəsindəki ürəkaçmayan fikirləri deyə bilmirəm. Bəzən görürəm ki, insan hazır deyil bu cavabı eşitməyə, məcbur olub onu müxtəlif formalarda çatdırıram.

- Son aylar işlərinizdə, həyatınızda nə kimi dəyişikliklər baş verib?

- Oğlum Ruslanın 2 yaşına adlamasını saymasaq, həyatımda elə bir ciddi dəyişikliklər olmayıb. Ancaq şükür Allahın verdiyinə, ekstrasens kimi kömək elədiyim insanların duaları mənimçün yenilikdi, dəyişiklikdi. Bunlar məni sevindirir. Hər gün daha bir sevindirici xəbər almaq mənimçün xoşdur. İşimdə isə uğurlarım çoxdur...

- Bir ara ekstrasensliklə məşğul olmaq istəmədiyinizi, başqa sahə seçəcəyinizi bildirmişdiniz. Amma hələ də ekstrasens kimi fəaliyyət göstərirsiniz...

- Mənim belə bir iddiam var. İnşallah, müəyyən məqama çatandan sonra fikrim var ki, fəaliyyətimi məhdudlaşdırım. Ancaq tam imtina etmək fikrim yoxdur, fəaliyyətimi 90-95 faiz dayandırmaq istəyirəm. Ekstrasenslik mənimçün çox ağırdı, çətindi, həm mənəvi, həm də maddi cəhətdən. Ona görə də planlarım var, əgər o planları həyata keçirə bilsəm, ekstrasenslik fəaliyyətimi məhdudlaşdıracağam.

- Bəlkə bununla bağlı başqa səbəblər var? Məsələn, tutaq ki, ekstrasenslik eləməyə sizin daha əvvəlki enerjiniz qalmayıb...

- Əksinə, mən əvvəlki vaxtlarla müqayisədə özümü indi daha güclü, daha enerjili hiss edirəm. Əvvəllər çox müraciətlər olurdu, heç kimə imtina eləmirdim, hər yerə gedirdim. Amma indi elə deyil, artıq müəyyən qədər öz fəaliyyətimi qiymətləndirirəm, özümün qayğıma qalıram. Məhz bu baxımdan enerjim, istirahətim yerindədi. Bu da məni sevindirir.

- Demək, məşhur olandan sonra belə qərara gəlmisiniz?

- Deyərdim ki, ağıllanandan sonra belə bir qərara gəlmişəm. Çünki məşhurluq başqa şeydir. Ümumiyyətlə, hesab elədim ki, mənim ailəm var, uşaqlarım var, ona görə də özümü çox xərcləməməliyəm, məhv etməməliyəm. Hər bir şeyin bir həddi-hüdudu olduğu kimi, Zirəddin Rzayevin də özünün işləmə qabiliyyəti var. O saat kimi bütün gecə və gündüzü fasiləsiz işləyə bilməz. Çalışıram ki, gecələri az təmasda olum, insanlarla az-az görüşüm. Amma əvvəllər elə olurdu ki, bəzən istirahət günləri də fəaliyyət göstərirdim, xahişlərə, müraciətlərə görə gecə saat 3-ə, 4-ə kimi işləyirdim. Artıq buna qadağa qoymuşam.

- Sizcə, ektrasenslik elmdi, yoxsa..?

- Ekstrasenslik əslində vergidir. Mənə görə, vergi insanın öz istəyi ilə əldə edə bilmədiyi bacarığa deyilir. Bu, şəxsən Zirəddin Rzayevin vergiyə verdiyi tərifdir. Vergi elm deyil, ancaq elm vergi deməkdir. Məsələn, Məhəmməd peyğəmbərin (s.ə.s) müəllimi, savadı olmamışdı. Ancaq gəlin görək, biz bu gün Peyğəmbəri alim adlandıra bilərikmi?

- Bildiklərinə görə, bəlkə də adlandırmaq olar...

- Təbii, çox məntiqi cavabdır. Peyğəmbərimizin müəllimi, savadı olmaya-olmaya, yetimliklə bu mərtəbəyə çatması, əlbəttə ki, ilahi vergiydi. Elm peyğəmbər deyil, ancaq peyğəmbər elmdir. Ona görə də, mən vergini elmdən kənar və elmin tərkibində məhdudlaşdıra bilmirəm. Fəlsəfi bir mübadilə var, elmlə ektrasensorikanın fəlsəfi mübadiləsi.

- Maraqlıdır, həyatınızın indiki mərhələsindən razısınız?

- Yox, konkret olaraq yox.

- Niyə?

- Çətin sualdı.

- Hər çətin sualın da bir cavabı var axı...

- Doğrudan, çətin sualdı, ümumiyyətlə, həyatımdan razı deyiləm. Məni bu həyata bağlayan, sevdirən təkcə ailəm, balalarımdı. Övladlarımı həyatımda nail olduğum ən böyük uğurlarım hesab edirəm.

- Bəs siz nəyi əldə etmək istəyirdiz ki, onu bu günədək əldə etmədiyinizdən belə narazısınız?

- Fəlsəfi bir cavab verəcəm sizə. Həyatda o zaman rahat olardım ki, indiki zamanədə yaşamazdım, başqa dünyada yaşayardım. Mən bir insan, bir Zirəddin kimi yaşadığımız bu dünyaya adaptasiya ola bilmirəm. Belə yaşamaq mənimçün çətindi.

- Demək istəyirsiniz ki, siz öz əsrinizdən tez doğulmusunuz, əslində 22-ci əsrdə doğulmalı idiniz?

- Nə deyim, bəlkə, doğrudan da belədir. Mən bu barədə daha heç nə demək istəmirəm.

- Sizin qabiliyyətinizə, ektrasenslik fəaliyyətinizə kölgə salan, əks fikirlər səsləndirən, sizə inanmayan, haqqınızda birmənalı düşünməyənlərə nə deyərdiniz?

- Sizə bir nümunə deyim: məsələn, bütün ölkələrdə olduğu kimi, Azərbaycanda da həm iqtidar, həm də müxalifət var və hər ikisi bir-birinin əksidirlər. Bu, normal haldır. Əgər bir ölkədə təkcə iqtidar olsaydı, müxalifət olmasaydı, yaxud da əksinə, bu, ədalətsizlik olardı. Bu mənada bu gün Zirəddin Rzayevə inananların olub, inanmayanların olmaması da ədalətsizlik, ilahi qanunauyğunluğa zidd olardı. Məni sevənlər də var, sevməyənlər də. Allah hamısının köməyi olsun. Axı, məni hamı ekstrasens kimi qəbul edə bilməz. Allahın özünə də inanmayanlar, inkar edənlər var. Mən həmişə tənqidi normal, təhqiri aqressiya ilə qarşılayıram. Tənqid olmasa inkişaf da olmaz. Həmişə tərif eşitsən, bu səni durğunluğa gətirib çixarar. Ancaq söhbət Zirəddin Rzayevin şəxsiyyətindən, fəaliyyətindən gedirsə, mən məşğul olduğum sahədə öz sözümü demiş və möhürümü vurmuş olsam da, özümə, işimə kifayət qədər tənqidi yanaşan adamam. Hər gün öz-özümə tənqid dolu suallar ünvanlayıb, cavabını verirəm. Bir vaxtlar Lev Tolstoy da oxucularının adından özünə tənqidi məktublar yazarmış...

- Qarşıdakı illər üçün planlarınız nədir?

- Bir neçə ölkədən maraqlı təkliflər almışam, onların üzərində fikirləşirəm. Təkliflərdən biri Amerika şirkətlərindən gəlib. Həmin şirkət istəyir ki, gücümü onlara isbat eləyim, sonra birgə fəaliyyət göstərək. Bu yaxınlarda şirkətin nümayəndələri ilə növbəti dəfə görüşüb yekun qərar qəbul edəcəyəm.

- Maraqlı təklifdi, yəqin ki, təklif ekstrasenslik fəaliyyətinizlə bağlı olar?

- Bəli.

- Bir neçə il öncə sizə Almaniyadan da neftlə bağlı təklif eləmişdilər. Axırı necə oldu?

- Orada işlər çox yaxşı gedirdi, müsbət nəticələr də vardı. Çox təəssüf edirəm ki, 2 şirkət arasında yaranan konflikt bu işimizi axıradək davam etməyə imkan vermədi.

Xanoğlan Əhmədov










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Gələn il Avroviziyaya getməsək, yaxşıdır, ya da Alim Qasımovu göndərib Avropanı təəccübləndirək" - Baba Vəziroğlu
Bu gün, 15:06
Azərbaycanlı xanım məhkəməni uddu - vətəndaşlığı qaytarıldı
Bu gün, 15:01
Metropoliten rəhbərinə irad: -“Vətəndaş onsuz da avtobusa əyləşib, sonra...”
Bu gün, 14:59
Tofiq Zülfüqarov 2 kəlmə yazdı, erməni istifadəçilər keçmiş naziri hədəfə aldılar - TƏFƏRRÜAT
Bu gün, 14:54
“Azercell” istehlakçıları aldadır? – “Bu, gizli qiymət artımıdır...”
Bu gün, 14:48
Roza Zərgərlinin Qazaxıstan turu təxirə salındı: - "Bədbəxt hadisə baş verib"
Bu gün, 14:44
Şoyqu nə dedi... niyə dedi... necə dedi... - İNCƏLƏMƏ
Bu gün, 14:25
Trampın başına 50 milyon avro “mükafat” qoymuşuq - Əzizi
Bu gün, 13:11
TABIA Group-da yeni təyinat olub - BUNDAN SONRA...
Bu gün, 13:04
İcra başçısı yeni sektor müdiri təyin etdi - FOTO
Bu gün, 13:02
Rektor özünə yeni müşavir təyin etdi - ƏMR
Bu gün, 12:57
"Mənə çox işgəncələr verildi, lakin bir dəfə də olsun satqınlıq, Vətənimə xəyanət etmədim"
Bu gün, 12:54
İran casusu olan ABŞ zabitinin başına "pul qoyuldu" - KİV
Bu gün, 12:41
Ukrayna ordusunun Ryazana zərbələri nəticəsində 4 nəfər ölüb
Bu gün, 12:40
Şimşək çaxacağı ehtimalı var - belə deyirlər...
Bu gün, 12:28
Metropoliten rəisinin fikirləri absurd, gülməli açıqlamadır - İlqar Hüseynli
Bu gün, 12:26
Əjdər Ol azadlığa buraxılıb? - AÇIQLAMA
Bu gün, 12:19
Nazirlik Rasim Rzayevdən 365 min manata ofis icarəyə götürüb - TƏFƏRRÜAT
Bu gün, 12:16
Xalq artisti Şuşaya gedə bilmədi: - “Gecə ilə evə qayıdıram, atamın yanında olmalıyam”
Bu gün, 12:11
Şəhərsalmada seysmik risklərin düzgün qiymətləndirilməsi vacibdir - Cəbrayıl Xanlarov
Bu gün, 12:09
Şahin Bağırovdan gömrük işçiləri ilə bağlı qərar
Bu gün, 12:07
“Space FM”in rəhbəri işdən çıxarıldı - Korovinin sürücüsü də işdən çıxarılıb
Bu gün, 12:03
Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı
Bu gün, 11:58
Tahir Kərimlidən Vüsal Aslanova cavab: - “Vətəndaş mərkəzə havayı gəlmir, bulvara gəzməyə gəlsə də, metro ilə təmin olunmalıdır”
Bu gün, 11:56
“UNİBANK”, “EXPRESSBANK” VƏ DAHA 3 BANK... - Niyə onlar daim “şikayət liderləri” olur?
Bu gün, 11:51
Dünyanın ən nüfuzsuz siyasətçisi – Saffari yazır…
Bu gün, 11:49
Ayaz Salayev və Müşfiq Hətəmov Kino Agentliyinə etiraz etdilər - TƏFƏRRÜAT
Bu gün, 11:21
AZAL Dubay reyslərini bərpa edib - DİQQƏT!
Bu gün, 11:19
74 milyonluq şirkətə qoşulma: - “Azerbaijan Organic Company” fəaliyyətini dayandırır
Bu gün, 11:17
Rusiya ilə Ukrayna arasında “205-in 205-ə” formatında əsir mübadiləsi olub
Bu gün, 11:15
Dövlət Agentliyi «qara siyahı»nı genişləndirir – 18 İLLİK ŞİRKƏT «ETİBARSIZ TƏCHİZATÇI» OLDU
Bu gün, 11:03
Erməni Apostol Kilsəsi: separatizm və revanşizm aləti - GƏLİŞMƏ
Bu gün, 11:01
İcra bacılarına yeni tapşırıq verildi - DETALLAR
Bu gün, 10:59
Böyük Britaniya "Lotu Quli"nin qardaşına sanksiya tətbiq etdi - TƏFƏRRÜAT
Bu gün, 10:56
Şahbuzda məmurlar ƏJDAHA KİMİ SUYUN QABAĞINI KƏSİBLƏR - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 10:44
Sosial yardım üçün müraciətlərə niyə GEC CAVAB VERİRLƏR? - ETİRAZ VAR!
Bu gün, 10:37
Vüsal Nəsirli direktoru bu şöbəyə müdir təyin etdi - BUNDAN SONRA...
Bu gün, 10:21
Sabiq deputatın şirkəti Tuğ kəndinin xarici su təchizatının tikintisinə görə 3.6 milyon alacaq
Bu gün, 10:18
Nazir onu rəis müavini təyin etdi - ƏMR
Bu gün, 10:13
Kənan Aşurlu sənəd saxtalaşdıran “Kon-Lay Project” MMC ilə müqavilə bağladı – Həm də qanunu pozmaq yolu ilə
Bu gün, 10:10
Qardaşı oğlunu öldürən müəllim: “Mismarçıxaranla onun baş nahiyəsindən zərbə vuraraq qətlə yetirdim” - TƏFƏRRÜAT
Bu gün, 10:07
“Həmin rejissora görə zalı tərk etdilər, tamaşaya qadağa qoyuldu” - Məlahət Abbasovadan şok ETİRAF
Bu gün, 10:03
Gecə saatlarında sərxoş əri tərəfindən döyülən qadın: - “O, məni vurandan sonra gedib yatdı”
Bu gün, 10:00
Azərbaycanın şərab şirkətinin rəhbərliyi yenidən seçiləcək
Bu gün, 09:52
Xəzərin coğrafi xəritəsi dəyişir? - AÇIQLAMA
Bu gün, 09:49
Çin ABŞ-yə üç sahədə qalib gəlib - Çzin Çanjun
Bu gün, 09:47
Azərbaycan nefti 2 dollardan çox ucuzlaşıb
Bu gün, 09:45
Burda vətəndaşı rəsmən BOĞAZA YIĞIRLAR... - GİLEY
Bu gün, 09:43
“Bakı Hövsan Beynəlxalq Dəniz Limanı”nın Direktorlar şurasın tərkibi yenidən seçiləcək - GÖZLƏNTİ
Bu gün, 09:35
Vasif Talıbovun TƏBLİĞATI GEDİR: Prezidentə ÇAĞIRIŞ... - "...Naxçıvanı ona tapşırın!"
Bu gün, 09:23
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru