KOMİTƏ SƏDRİ PUL YIĞIMINA BAŞLAYIB
Tarix: 21-01-2012, 12:20 | Çap et
KƏRƏM HƏSƏNOV В«EUROVISIONВ» ZİYANINI SAHİBKARLARA ÖDƏTDİRİR
DİA.AZ: - Bakıda gələn ilin mayında keçiriləcək В«EurovisionВ» mahnı yarışması üçün nəzərdə tutulan В«Kristal PalaceВ»in tikintisində ciddi qalmaqal baş verib. Tikintidəki mənbələrdən redaksiyamıza məlum olub ki, Əmlak Məsələləri Dövlət Komitəsinin rəhbəri Kərəm Həsənovun kurasiyasında olan, bir qayda olaraq hakimiyyətin bütün meqatikinti projelərində podratçı kimi yer alan В«AzinkoВ» şirkəti bu idman-konsert kompleksinin fundament işlərini keyfiyyətsiz görüb.
Məlumatda deyilir ki, kompleksin tikintisi üçün sifariş alan alman şirkətinin mütəxəssisləri В«AzinkoВ»nun həyata keçirdiyi fundament işlərini analiz edərək bu qənaətə gəliblər ki, nəhəng saray bu özülün üstündə davam gətirə bilməz. Nəticədə fundament kifayət qədər etibarlı sayılmadığından, almanlar işi yenidən başladıblar. Bununla da tikintiyə sərf edilən milyonlarla manat boşa gedib.
Xəbər verildiyi kimi, В«EurovisionВ» mahnı yarışması üçün Bakıda yeni idman-konsert kompleksinin tikintisi şəxsən dövlət başçısının nəzarətində olan məsələdir. Tikinti üçün Dövlət Bayrağı Meydanı yaxınlığında yeri də prezident İlham Əliyev seçib. Vaxtın azlığı nəzərə alınaraq hələ tikintinin sifariş ediləcəyi şirkət tapılmadan özül işlərinə başlamaq qərarına gəlinib. Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən kompleksin layihələndirilməsi və tikintisinin ən qısa müddətdə həyata keçirilməsi məqsədilə aidiyyəti dövlət qurumlarının iştirakı ilə bir sıra tanınmış xarici şirkətlərlə danışıqlar aparılıb. Danışıqlar nəticəsində müvafiq sahədə beynəlxalq nüfuza və təcrübəyə malik olan, müxtəlif idman və mədəni məqsədlər üçün inkişaf etmiş Avropa ölkələrində və dünyanın digər bölgələrində çoxsaylı layihələri uğurla başa çatdırmış Almaniyanın В«Alpine Bau Deutchland AGВ» şirkəti podratçı kimi seçilib. Azərbaycan hökuməti ilə əldə edilən razılaşmaya əsasən, В«Alpine Bau Deutchland AGВ» şirkəti kompleksin tikinti işlərini müsabiqədən bir ay öncə başa çatdırmalıdır.
Tikintidəki mənbədən məlum olub ki, В«AzinkoВ» şirkətinin apardığı özül işlərinin alman şirkətinin standartlarına cavab verməməsi üzündən təkcə milyonlarla manat itkiyə getməyib, eyni zamanda tikintinin nəzərdə tutulan vaxtda başa çatması da risk altına düşüb. Çünki özülün yenidən bərkidilməsi işləri vaxt itkisinə səbəb olub. İndi ciddi narahatlıq var ki, kompleks gələn ilin mayına qədər hazır olmaya bilər.
Hakimiyyət düşərgəsinə yaxın digər mənbə isə deyib ki, əgər В«Kristal PalaceВ»in tikintisi K.Həsənovun kurasiyasında olan şirkətin və onun şəxsən özünün günahı üzündən ləngisə o zaman komitə sədri buna görə dövlət başçısı qarşısında cavab verməli olacaq. Çünki kompleksin nəzərdə tutulan vaxtda başa çatması ölkə üçün prestij məsələsidir. Doğrudur, hökumət yarışmanı keçirmək üçün alternativ yerlər də nəzərdə tutur. Bu məqsədlə Tofiq Bəhramov adına stadionun üstünün örtülməsi və yenidənqurma işlərinin aparılması üçün ölkə başçısı tərəfindən 20 milyon manat vəsait ayrılıb. Ancaq yarışmanın yeni sarayda keçirilməsinə nail olmaq K.Həsənovun və digər cavabdehlərin qarşısında qoyulan əsas vəzifədir.
Adının çəkilməsini istəməyən etibarlı qaynaqdan daxil olan məlumata görə, Kərəm Həsənova sözügedən obyektin tikintisində yol verilən maliyyə itikisini dərhal ödəmək tapşırılıb. Komitə sədri isə bu ziyanı kənar vasitələrlə qarşılamaq yolunu tutub. Səttarxan adına zavodun ərazisində Heydər Əliyev Mərkəzinin tikintisinə məsul olan komitə sədri ayrı-ayrı idarə və müəssisələrin rəhbərlərinə, şirkətlərə, azad sahibkarlıq fəaliyyəti ilə məşğul olan iş adamlarına haqqında danışılan mərkəzin tikintisinə yardım etmək üçün təzyiq edir. Heydər Əliyev Mərkəzinin adı ilə komitə sədrinin faktiki olaraq qanunsuz pul yığımı ilə məşğul olduğunu deyən qaynağımız proses haqda yuxarılara məlumat verildikdən sonra qeyri-qanuni pul yığımı dayanıb. İndi isə eyni proses В«EurovisionВ» binası üçün aparılır.


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Azərbaycanın S-400 zenit-raket kompleksinə ehtiyacı varmı? - AÇIQLAMA
Bu gün, 18:05 |
|
|
|
| • Azərbaycan sərhədindən Türkiyəyədək magistral yolun beynəlxalq yükdaşımalar üçün açılması üzrə iş aparılır - Paşinyan
Bu gün, 18:03 |
|
|
|
| • Erməni generallar barədə fərmanlar verildi - KİV
Bu gün, 17:00 |
|
|
|
| • Namizəd Səfərovun cinayət işi üzrə məhkəmədə ittiham aktı elan olunub
Bu gün, 16:57 |
|
|
|
| • Milli Məclisdə YENİ TƏYİNAT: Spikerə köməkçi təyin edildi - FOTO
Bu gün, 16:55 |
|
|
|
| • Məhərrəmlikdə toy etmək olarmı? – Elşad Miri
Bu gün, 16:50 |
|
|
|
| • ABŞ NATO-ya hamıdan çox pul xərcləyir, amma heç bir fayda əldə etmir - Tramp
Bu gün, 16:43 |
|
|
|
| • AAYDA-ya məxsus bu yol istismar idarələri ləğv olunduğunu elan etdi - SİYAHI
Bu gün, 16:39 |
|
|
|
| • Bakı-Naxçıvan-Bakı avtobus reysləri nə vaxt bərpa olunacaq? - GƏLİŞMƏ
Bu gün, 16:37 |
|
|
|
| • Sənədləri saxtalaşdırdığına görə «qara siyahı»ya düşən “Kon-Lay Project” MMC... – YENİDƏN TƏŞKİL EDİLİR
Bu gün, 16:33 |
|
|
|
| • Azərbaycanda eyni sahədə çalışan 10 ŞİRKƏT LƏĞV EDİLDİ - TƏFƏRRÜAT
Bu gün, 16:33 |
|
|
|
| • Azərbaycanda 3,5 milyona yeni film çəkilir
Bu gün, 16:28 |
|
|
|
| • 35 min manatlıq həkim, yalnız morqda işləyə bilər – REPLİKA
Bu gün, 16:26 |
|
|
|
| • Bu klinika təzminat ödəyəcək - Burun düzəldəndə gözü zədələyib
Bu gün, 16:21 |
|
|
|
| • Brüsselin Bakı kursu dəyişir: - “Əməkdaşlıq artıq təkcə qaz ixracı ilə məhdudlaşmır”
Bu gün, 16:13 |
|
|
|
| • Ucuz neft Azərbaycana problem yaradacaq? - AKTUAL
Bu gün, 14:01 |
|
|
|
| • "UNESCO-ya məktubu və müraciəti şəxsən mən göndərmişəm" - AÇIQLAMA
Bu gün, 13:55 |
|
|
|
| • Mən Sərkisyanın Putinlə görüşdə etdiyi kimi etməyəcəm - Paşinyan
Bu gün, 13:50 |
|
|
|
| • Özümü Paşinyansız düşünə bilmirəm – Simonyandan ETİRAF
Bu gün, 13:49 |
|
|
|
| • İrəvan Moskva ilə dialoqu və Aİ-yə inteqrasiya kursunu davam etdirəcək - Paşinyan
Bu gün, 13:45 |
|
|
|
| • Ermənistanın Aİ-yə ixracının təxminən 80 %-i rüsumsuz olacaq - Fon der Lyayen
Bu gün, 13:42 |
|
|
|
| • Bakıda yenilənməsi nəzərdə tutulan 177 eskalatorun sifarişi verilib, istehsal başlayıb - BŞİH
Bu gün, 13:11 |
|
|
|
| • Vətəndaşlara saxta diaqnoz və analizlər yazılıb - TƏBİB araşdırır
Bu gün, 13:07 |
|
|
|
| • “Kapital Bank”a yeni Baş maliyyə inzibatçısı təyin edilib - BUNDAN SONRA...
Bu gün, 13:04 |
|
|
|
| • Spiker seçilə bilməyən Simonyan deputat mandatından imtina etdi - “Heç prezident də olmaq istəmirəm”
Bu gün, 13:02 |
|
|
|
| • “SOCAR-da işləyən vəzifəli şəxslərə rüşvət verəcəm” dedi və... - TƏFƏRRÜAT
Bu gün, 13:01 |
|
|
|
| • Rusiya Xerson vilayətinə zərbə endirib, ölən və yaralananlar var
Bu gün, 12:59 |
|
|
|
| • Bu şirkət ancaq Elm və Təhsil Nazirliyinin tenderlərini udur: 4 ildə 44 milyon manat... - İcazə verin, şübhələnək...
Bu gün, 12:57 |
|
|
|
| • Paşinyan Putindən qorxaraq geri çəkildi: - İrəvandan Moskvaya BÖYÜK JEST
Bu gün, 12:53 |
|
|
|
| • Səidə Bəkirqızı Sevinc Hüseynovanı məhkəməyə verdi
Bu gün, 12:50 |
|
|
|
| • Putin Paşinyanın telefonunu niyə götürmədi? - NƏ BAŞ VERİR?
Bu gün, 12:47 |
|
|
|
| • 2029-cu ildən Aİ ilə viza rejiminin liberallaşdırılmasına ümid edirik - Paşinyan
Bu gün, 12:46 |
|
|
|
| • Mədəniyyət Nazirliyi bir ədəd kitabı 3781 manata çap etdirəcək - BU NƏDİ BELƏ?
Bu gün, 12:01 |
|
|
|
| • İsrail Müctəba Xameneini ölümə məhkum edib - Tehran BMT-yə şikayət etdi
Bu gün, 11:59 |
|
|
|
| • "Bəlkə o mənim son pulum idi... belə məsuliyyətsizlik olar?.." - ETİRAZ
Bu gün, 11:57 |
|
|
|
| • ASTANA NƏ EDƏCƏK? - İNCƏLƏMƏ
Bu gün, 11:49 |
|
|
|
| • Ukrayna azərbaycanlı iş adamının zavodunu vurdu - FOTO
Bu gün, 11:45 |
|
|
|
| • "Arzum" ləqəbli bloqer məhkəmə zalından həbs edilib - QƏRAR
Bu gün, 11:30 |
|
|
|
| • Çatışmazlıqların acı dadı: - yanacaq böhranı Kremlin imperiya miflərini məhv edir
Bu gün, 11:27 |
|
|
|
| • Erməni separatçıları hansı üzlə bəraət istəyirlər? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 11:20 |
|
|
|
| • Azərbaycanda 786 min ailənin “evi yoxdur” - RƏSMİ
Bu gün, 11:11 |
|
|
|
| • Paşinyan Ursula Fon der Lyayenlə görüşüb
Bu gün, 11:10 |
|
|
|
| • "BAX, BU AYRI `LEVEL`DİR..." - pərdəarxası...
Bu gün, 11:03 |
|
|
|
| • Avropa Azərbaycanla əməkdaşlığı genişləndirir - MƏQALƏ
Bu gün, 10:57 |
|
|
|
| • Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlığın daha da genişlənməsinə mühüm töhfə verəcək səfər - İsrafil Kərimovun yazısı...
Bu gün, 10:55 |
|
|
|
| • "Dedi ki, statusu silməsən, işdən qovulacaqsan..." - Naxçıvanda TALIBOV AB-HAVASI..."
Bu gün, 10:52 |
|
|
|
| • Azərbaycanda ət bahalaşa bilər... – Heyvan idxalında yeni qaydalar
Bu gün, 10:45 |
|
|
|
| • Rubeni kimlər “Türkiyə agenti” hesab edir və niyə? - "Hraparak"
Bu gün, 10:42 |
|
|
|
| • Bloger “Space TV”də yeni veriliş aparacaq
Bu gün, 10:38 |
|
|
|
| • Avtomobil bazarında durğunluq var: - Ekspertlər ucuzlaşma olduğunu iddia edir
Bu gün, 10:37 |
|
|
|
|