Ehtiyatda olan 12 zabitdən Ali Baş Komandana müraciət... - ŞİKAYƏT VAR
Tarix: 15-01-2016, 10:37 | Çap et
 Azərbaycan Respublikasının Prezidenti - Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevə
Surəti: AR Müdafiə Naziri Zakir Həsənova
Surəti: AR Ədliyyə Naziri Fikrət Məmmədova
Ehtiyatda və istefada olan bir qrup hərbi qulluqçu tərəfindən
M Ü R A C İ Ə T Hörmətli Prezident! Cənab Ali Baş Komandan! Biz 08.12.2015-ci il tarixdə “Moderator.az” saytı vasitəsilə AR Müdafiə Nazirliyinə müraciət edərək “Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidmət etdiyimiz müddət ərzində istifadə etmədiyimiz növbəti məzuniyyətə görə kompensasiyanın bizlərə ödənilməsinə dair” Azərbaycan Respublikası məhkəmələrinin qəbul etdikləri və bir neçə il əvvəl (2007-ci ildən başlayaraq) qanuni qüvvəsini almış və icraya yönəlmiş, lakin indiyə qədər icra edilməmiş məhkəmə qərarlarının tezliklə icra edilməsini xahiş etmişdik. Elə həmin gün həmin sayt vasitəsi ilə müraciətimizə Müdafiə Nazirliyinin Mətbuat xidməti tərəfindən verilən cavabdan məlum oldu ki, “Maliyyə vəsaiti çatışmır, vəsait ayrıldıqdan sonra məhkəmə qərarlarının icrası mərhələli şəkildə nazirlik tərəfindən həyata keçiriləcəkdir”. Açıq desək müraciətimizə mahiyyəti üzrə baxılıb həll edilməsi əvəzinə belə bir formal cavabın verilməsi bizim çox gözlənilməz oldu. Belə ki, 1.Məhkəmə qərarlarının icrasını tənzimləyən nə “İcra haqqında” AR Qanunununda, nə də ki, digər qanunvericilik normalarında məhkəmə qərarlarının “mərhələli şəkildə” icra olunması anlayışı yoxdur. 2.Məhkəmə qərarı qanuni qüvvəsini aldıqdan sonra 2 ay ərzində (müstəsna hallarda bu müddət icra orqanının rəhbərinin qərarı ilə 1 ay müddətədək uzadıla bilər) icra olunmalıdır. 3.Müdafiə Nazirliyi tərəfindən məhkəmə qərarlarının “Maliyyə vəsaitinin olmaması” səbəbindən icra edilməməsinə gəldikdə isə əlavə olaraq bildiririk bizlərdən daha sonra - 2014-2015-ci illərdə analoji məhkəmə qərarlarını almış ən azı 3 nəfər ehtiyatda olan hərbiçiyə həmin qərarlar əsasında 2015-ci ildə iri məbləğlərdə (ən azı 10 min manat və daha çox) pul vəsaitlərinin ödənilməsi faktları bizə məlumdur. Təbii ki, bu ödənişlər “tanışlıq” və yuxarıdan “tapşırma” qaydasında baş vermişdir. Hörmətli Prezident! Cənab Ali Baş Komandan! Biz bilirik ki, məhkəmə qərarlarının icrası işinin təkmilləşdirilməsi Sizin daimi diqqət mərkəzinizdədir. Bunu Sizin “Məhkəmə qərarlarının icrasını təkmilləşdirilməsi haqqında” 15.07.2010-cu il tarixli 303 в„–li Fərmanınız da təsdiqləyir. Həmin fərmanla siz məhkəmə qərarlarının vaxtında və tam icra olunması üçün Ədliyyə Nazirliyinə konkret tapşırıqlar vermisiniz. Lakin tam məsuliyyətimizlə bildiririk ki, bizim məhkəmə qərarlarının icrasına cavabdehlik daşıyan Ədliyyə Nazirliyinin İcra Baş İdarəsinin Səbail rayon icra şöbəsinin vəzifəli şəxslərinin (icra məmurlarının) məhkəmə qərarlarının icrası istiqamətində məcburi icra tədbirlərinin görməməkləri təkcə Müdafiə Nazirliyində 100-dək məhkəmə qərarlarının icra edilməməsinə gətirib çıxartmışdır. Adi aliment və ya banklara olan kredit borclarına görə sadə vətəndaşların bank hesablarına, əmlaklarına həbs qoyan, bütün daşınar və daşınmaz əmlakını hərraca çıxarıb dəyər-dəyməzə sataraq məhkəmə qərarlarının icrasını təmin edən icra məmurlarının bu hərəkətsizliyi yumşaq desək başa düşülən deyil. Bizim hər birimiz ömrümüzün 20-30 ilini hərbi xidmətə həsr etmişik. Lakin uzun müddət xidmət etdiyimiz doğma Müdafiə Nazirliyi tərəfindən hüquqlarımızın pozulması, məhkəmə qərarlarının icrasında yol verilən süründürməçilik və bizə qarşı belə etinasızlıq bizə həqiqətən çox pis təsir edir. Cənab Prezident! Hörmətli Ali Baş Komandan!
Azərbaycan Dövləti adından çıxarılmış və qanuni qüvvəsini almış məhkəmə qərarlarının cavabdeh orqan - AR Müdafiə Nazirliyi tərəfindən icra olunması üçün müvafiq göstəriş verməyinizi xahiş edirik.
Hörmətlə: 1. ehtiyatda olan polkovnik Camaləddin Məmmədov 2. ehtiyatda olan polkovnik Eldar Həşimov 3. ehtiyatda olan polkovnik-leytenant Araz Şiriyev 4. ehtiyatda olan polkovnik-leytenant Araz Salamov 5. ehtiyatda olan polkovnik-leytenant Asif Məmmədov 6. ehtiyatda olan mayor Hacı Ələkbərov 7. ehtiyatda olan mayor Samir Axundov 8. ehtiyatda olan mayor İlqar Əmirxanov 9. ehtiyatda olan mayor Telman Əbilov 10. ehtiyatda olan mayor Rafiq Bayramov 11. ehtiyatda olan kapitan Şahin Əliyev 12. ehtiyatda olan baş leytenant Nəcməddin Abdullayev

|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Moskva və Ankara "Mavi axın"a edilən hücumları qapalı rejimdə müzakirə edir
Bu gün, 13:15 |
|
|
|
| • Ağdamda xəstəxana tikintisinin davamına daha 16 milyon sərf olunacağı proqnozlaşdırılıb
Bu gün, 13:03 |
|
|
|
| • “Qaçqınkom” bizi köçürmür, hər an bu divar uşaqların üstünə uça bilər” - NARAZILIQ VAR...
Bu gün, 12:58 |
|
|
|
| • Özəlin açıqlamasından sonra 400 min nəfər istefa verdi... – CHP-də “siyasi zəlzələ”
Bu gün, 12:55 |
|
|
|
| • Zəngəzurdan Moskvaya ZƏRBƏ – Sokolov kimin adamıdır?
Bu gün, 12:49 |
|
|
|
| • "Arzum" ləqəbli bloqer ev dustaqlığına buraxılıb - QƏRAR
Bu gün, 12:45 |
|
|
|
| • Çağrılmamış qonaqlar... - Bu, çox ciddi məsələdir...
Bu gün, 12:43 |
|
|
|
| • Mülayim şərq küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:39 |
|
|
|
| • AZAL media nümayəndələri üçün intellektual yarış təşkil etdi - Fotolar, VİDEO
Bu gün, 12:37 |
|
|
|
| • Bakıda Bakıdan xəbərsiz MƏXFİ görüş – Əliyev də ondan danışdı...
Bu gün, 12:18 |
|
|
|
| • FHN-nin Dövlət Ekspertiza Baş İdarəsindən şübhəli müqavilələr – Milyon yarım manat haralara gedir
Bu gün, 12:16 |
|
|
|
| • “Tofiq Mirzəyev Bakıda dəfn olunmağı arzulayırdı” - Fərhad Xəlilov
Bu gün, 12:12 |
|
|
|
| • Onlar görəvdən ALINDI - FOTO
Bu gün, 12:11 |
|
|
|
| • Ermənistanda Müdafiə Nazirliyinin vəzifəli şəxsi dizel yanacağını mənimsəməkdə ittiham olunur - KİV
Bu gün, 11:49 |
|
|
|
| • "2 ildir su artezian quyusunun mühərriki işləmir..." - NARAZILIQ VAR...
Bu gün, 11:42 |
|
|
|
| • “Bir Ecosystem”də YENİ TƏYİNAT - BUNDAN SONRA...
Bu gün, 11:36 |
|
|
|
| • Bakı Berlinə yaxınlaşır: Mühüm səfərin pərdəarxası - İNCƏLƏMƏ
Bu gün, 11:25 |
|
|
|
| • Paşinyanın referendum XOFU - ŞƏRH
Bu gün, 11:13 |
|
|
|
| • Arzumun növbəti məhkəməsidir: Amalın xanımı hökmdən narazıdır - TƏFƏRRÜAT
Bu gün, 11:02 |
|
|
|
| • İrəvanın “Made in USA” niyyəti - Bakının reaksiyası...
Bu gün, 10:59 |
|
|
|
| • Dövlət qayğısı milli mətbuatın inkişafının əsas təməlidir - MƏQALƏ
Bu gün, 10:51 |
|
|
|
| • Elnarə Abdullayeva qardaşının ölümündən danışdı: - "63 yaş nədir ki..."
Bu gün, 10:50 |
|
|
|
| • "`AzəriQaz` veteranın 37,50 manat ezamiyyə puluna göz dikib?" - GİLEY
Bu gün, 10:43 |
|
|
|
| • “Dilarə mənə gəlin yox, qız oldu, Oqtayı güc-bəla ilə razı saldıq ki...” - Səhhətində problem yaranan Xalq artisti
Bu gün, 10:32 |
|
|
|
| • Qanunsuz tikilinin qarşısını almaq istəyən məmurlara əsa ilə hücum etdilər – MƏHKƏMƏ
Bu gün, 10:30 |
|
|
|
| • İlham Əliyevdən şok açıqlama: Bakıda keçirilən rus-alman görüşünü ondan kim və niyə gizlədib? - İLGİNC
Bu gün, 10:22 |
|
|
|
| • “Qızımı boşa” sözü faciə ilə nəticələndi: Qayınatasını öldürən kürəkənin ifadəsi - TƏFƏRRÜAT
Bu gün, 10:17 |
|
|
|
| • Böyük əhəmiyyət kəsb edən Almaniya-Azərbaycan əlaqələrinin inkişafı - MƏQALƏ
Bu gün, 10:12 |
|
|
|
| • Bu gün dünyanın aparıcı dövlətləri Azərbaycanı Cənubi Qafqazın ən etibarlı partnyoru adlandırırlar - İsrafil Kərimovun yazısı
Bu gün, 10:11 |
|
|
|
| • İranla müharibənin ABŞ-yə neçəyə başa gəldiyi açıqlandı - "CNN"
Bu gün, 10:08 |
|
|
|
| • Niyə Azərbaycan və Ermənistan Rusiyadan getdikcə daha az mal alır? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 10:03 |
|
|
|
| • Azərbaycan neftinin qiyməti 99 dollara yaxınlaşır
Bu gün, 10:01 |
|
|
|
| • AYNA xidməti avtomobillərinin təmirinə 1,2 milyon manat xərcləməyi planlaşdırır
Bu gün, 09:59 |
|
|
|
| • Bakı “Ən yaxşı tələbə şəhərləri” reytinqində ilk 100-lüyə girib - SİYAHI
Bu gün, 09:58 |
|
|
|
| • Daha bir sığorta agentinin lisenziyası - LƏĞV EDİLDİ
Bu gün, 09:56 |
|
|
|
| • “Uğurum biznes həyatımdakı düzgünlüyümdür” deyən Nigar Fərhadın vergi borcu üzə çıxdı - TƏFƏRRÜAT
Bu gün, 09:54 |
|
|
|
| • Bakıda MƏXFİ GÖRÜŞ: Onlar iştirak edib... - FOTOLAR
Bu gün, 09:40 |
|
|
|
| • TƏBİB-də yeni şöbə müdiri təyin edildi - FOTO
Bu gün, 09:38 |
|
|
|
| • ƏƏSMN-nin süründürməçiliyindən bezən Qarabağ qazisi KÖMƏK İSTƏYİR... - MÜRACİƏT
Bu gün, 09:34 |
|
|
|
| • Ermənistan niyə əmlakımızı qaytarmır? - Zülfüqarov sübut etdi
Bu gün, 09:07 |
|
|
|
| • 500-dən çox ABŞ hərbçisi yaralanıb - "Associated Press"
Bu gün, 06:36 |
|
|
|
| • Xalq artisti Tofiq Mirzəyev vəfat etdi - FOTO
Bu gün, 06:25 |
|
|
|
| • Elnur Əliyev bütün təhsili nəzarətinə götürür - Narazı müəllim ordusu niyə yaradılır?
Bu gün, 06:09 |
|
|
|
| • "Brent" neftinin qiyməti 92 dolları ötüb
Bu gün, 06:05 |
|
|
|
| • Xaraba kimi idarə olunan Binəqədinin YİYƏSİ YOXDUR... - YEYƏNİ ÇOXDUR...
Bu gün, 06:03 |
|
|
|
| • Restoranlar kralı Fuad Quliyev Dövlət qurumunda vəzifəsindən görün necə sui-istifadə edib? - İTTİHAM VAR...
Bu gün, 05:57 |
|
|
|
| • Universitet müəllimləri də sertifikasiyaya cəlb olunmalıdır? - Professor açıqladı
Bu gün, 05:50 |
|
|
|
| • Babək rayonunda 37-ci il AB-HAVASI... - BU NƏDİ BELƏ?
Bu gün, 05:31 |
|
|
|
| • “Erməni soyqırımı” və Bakıdan Qüdsə edilən zəng - NƏ BAŞ VERİR?
Bu gün, 05:25 |
|
|
|
| • Göygöl Suvarma Sistemləri İdarəsindən borclu şirkətə 198 min manatlıq tender - TƏFƏRRÜAT
Bu gün, 05:18 |
|
|
|
|