AİLƏVİ... .....                     Narahat olmayın, səhv məndədir... .....                     70 yaşlı, I dərəcəli müharibə əlilini KİM İNCİDİR? .....                     Məhkəmə iki gənc vəkilin saxtakarlığını ifşa edib .....                     "Məclisdə Ramalı görəndə oxumaq istəmirəm" .....                     İnternet sürətinə görə ölkələrin yeni dünya reytinqi .....                     Ermənistanda referendum qərarı: .....                     “Məqsəd Ermənistanın cənubunda Fransaya bağlı təsir mühiti yaratmaqdır” .....                     Ölü doğulan uşağın zirzəmiyə atılması iddiası ilə bağlı “Vital Hospital”dan AÇIQLAMA .....                     Təmirə bağlanan yollar... NƏ VAXT AÇILIR? .....                     Sülh sazişi niyə ləngiyir? .....                     Beləcə, məni aylardır, illərdir aldadırlar .....                     Bakı və Tbilisidən mühüm .....                     “Ermənilər itkin düşən yaxınlarını Ermənistanda axtarsınlar!” .....                     Erməni mediası və təhrif sehrbazlığı: açıq manipulyasiya .....                     Şamaxının 2 rayonla əlaqəsi KƏSİLDİ .....                     Dövlət qurumu mühafizəyə 120 min manat xərcləyəcək .....                     Bu da bank sistemimizin BEYNƏLXALQ ÇIXIŞ QAPISI... .....                     Səhiyyə Nazirliyinin ƏLİ-VƏLİ OYUNU... .....                     Kəlbəcərdə sursat partlayıb .....                     Başçı özünə birinci müavin təyin etdi .....                     Zidan Fransa millisi ilə uzunmüddətli müqavilə imzaladı .....                     İrandan Hörmüzlə bağlı xəbərdarlıq .....                     Oğuzhan Uğur barəsində həbs qərarı verildi .....                     Mülayim şərq küləyi əsəcək .....                     Kənan Səlimov Pozitiv Psixologiya Mərkəzinin İcraçı direktoru TƏYİN OLUNUB .....                     Bəraət almış qızıl alverçinin işi ilə bağlı kassasiya şikayəti verildi .....                     Müqavləsi qüvvədən düşən “Nağıl Dünyası” və Ramik Əşrəfovun şirin yuxusu .....                     SEPAH-a bağlı qəzet Əraqçını tənqid etdi: .....                     "Tik-tok"da tanış oldum, aldatdı ki, həkiməm” .....                     Fuad Quliyevin rəis təyin etdiyi şəxs öz əməkdaşlarını rüşvət alamğa məcbur edir .....                     "Baksol yolu"nda su xətti partladı: Sakinlərin şikayətini eşidən yoxdur .....                     Ermənistanda aksiyalar başladı: “Xalq üsyana hazırdır” .....                     Tanışını qətlə yetirərək 18 il həbs cəzası alan şəxs .....                     Qaşınmayan yerdən qan çıxaranlar... .....                     "Müharibə şou ilə deyil, real işlə qazanılır" .....                     Qadın şərikli biznes vədi ilə 17 min manatı ələ keçirdi .....                     Bakıda özəl klinikada ölən körpənin zirzəmiyə atılması iddiası ilə bağlı .....                     Ucarda vəzifəli şəxsin qan donduran əməlləri ifşa olunur .....                     Diplomun tanınması və cəzanın azaldılması adı ilə vətəndaşları aldatdı .....                 

Nazirlər Kabinetində köhnə eşalon yola salına bilər - Rəsizadənin müavinləri yol üstündədir...
Tarix: 28-02-2015, 16:48 | Çap et
Nazirlər Kabinetində köhnə eşalon yola salına bilər
Son vaxtlar ölkə rəhbərliyi bir sıra struktur islahatları aparmaqla “ortada yeyib, qıraqda gəzən”lərin sayının azaldılmasına start verdi. Daha doğrusu, oxşar səlahiyyətləri olan, funksionallığı aşağı qurumların ləğvinə, yaxud onların səlahiyyətlərinin yaxın orqanlar arasında bölüşdürülməsinə start verdi.

Məsələn, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi ləğv edildi və ölkədə əhaliyə elektrik enerjisi təchizatı göstərən 4 dövlət qurumu “Azərişıq” ASC-də birləşdirildi. Bununla da bu xidmətlərin birbaşa fəaliyyətinə dəxli olmayan bir çox administrativ vəzifələr aradan qalxdı.
Ekspertlər ölkə rəhbərliyinin bu addımını dəstəkləməklə yanaşı, struktur islahatlarının hətta bir qədər gecikdiyini bildirirlər. Onların fikrincə, iqtisadiyyatı yalnız neft-qaz üzrə ixtisaslaşan Azərbaycanın hökumət aparatı həddindən artıq şişirdilib. “Bizim bir sahəmiz var və onu da idarə etmək elə də çətin deyil. Adətən çoxsahəli iqtisadiyyatları idarə etməkdə çətinliklər olur. Amma buna baxmayaraq, təkcə nazirlikləri götürəndə, bizdə 20 nazirlik, üstəgəl komitələr var. Halbuki, dünya iqtisadiyytının 20 faizini tutan Amerika kimi ölkədə cəmi 16 nazirlik fəaliyyət göstərir. Böyük Britaniyada 17, Almaniyada isə 12 nazirlik işləyir”, - bunu təxminən on gün əvvəl tanınmış iqtisadçı, Nazirlər Kabinetinin keçmiş şöbə müdiri Oqtay Haqverdiyev mətbuata açıqlamasında bildirmişdi.
Ekspertin fikrincə, bəzi nazirliklər və komitələri ləğv etməklə onları başqa nazirliklərin tərkibində şöbə və ya departamentə çevirmək olar. “Məsələn, Müdafiə Sənayesi Nazirliyini İqtisadiyyat və Sənaye Nazirliyinin daxilində bir bölmə eləmək olar, ayrıca bir nazirlik yaratmağa nə ehtiyac var? Bir çox ölkələrdə gömrük ayrıca departament kimi Daxili İşlər Nazirliyinə tabedir, vergi xidməti isə Maliyyə Nazirliyinin sanballı bir departamentidir”, - deyə Oqtay Haqverdiyev vurğulayır.
İqtisadçı ekpertin sözlərinə görə, iqtisadiyyat sahəsinə aid nazirlik və komitələrin əsasnamələrində çoxlu təkrarlar var: “Məsələn, Maliyyə Nazirliyinin əsasnaməsi ilə İqtisadi İnkişaf Nazirliyinin əsasnamələrində müəyyən fərqlər var, amma bəzi funksiyaları eynidir”.
Onun sözlərinə görə, funksiyaların belə yayqınlaşması fəaliyyətin effektivliyini aşağı salır. Oqtay Haqverdiyev misal kimi bir sıra nazirliklərdə nəzarət funksiyasının olmasını göstərir. Onun fikrincə, yoxlama ilə məşğul olan qurumlar sovet dövrünün tək nəzarət qurumu olan Xalq Nəzarətinin effektivliyin vermir. Səbəb nazirlik və komitələrə özlərini yoxlamaq səlahiyyətinin verilməsidir:“Ona görə də indi qurumlar heç kimdən çəkinmirlər. Halbuki SSRİ vaxtı hər hansı obyekt tikiləndə onu müstəqil komissiya qəbul edirdi, çox vaxt da qəbul etmirdi, müəyyən düzəlişlər edilməsini tələb edirdi. Normativlərə və standartlara əməl olunmayanda, günahkarları hətta həbsxanaya da göndərirdilər”.
Oqtay Haqverdiyev vaxtı ilə işlədiyi Nazirlər Kabinetinin fəaliyyətinə də toxunub. Onun sözlərinə görə, Nazirlər Kabinetinin indiki strukturu bir növ SSRİ vaxtından qalıb və Azərbaycan SSR Nazirlər Sovetinə oxşayır: “Burada da böyük islahatlar aparılmalıdır. Bizdə prezident respublikasıdır, Nazirlər Kabinetinin funksiyaları tamam başqa olmalıdır.Tutaq ki, prezident hansısa bir qərar çıxarır, Nazirlər Kabineti onun qaydalarını təsdiq eləməlidir. Eyni şöbələr Prezident Administrasiyasında da, Nazirlər Kabinetində də olmasına baxmayaraq, onların funksiyaları fərqli olmalıdır. Nazirlər Kabinetinin böyük aparatı var və onlarda da ixtisarlar aparılmalıdır”.
Bir sözlə, belə iddialar da var ki, ölkə rəhbərliyinin struktur islahatları hökumət kabinetinə də sirayət edə bilər. İstisna edilmir ki, Nazirlər Kabineti aparatı da kiçildilsin, buradakı bir çox şöbələr birləşdirilsin və yaxud ləğv olunsun. Bundan başqa, baş nazir müavinlərindən humanitar sahəyə məsul olan Elçin Əfəndiyevin səlahiyyətlərinin digər baş nazir müavinlərindən birinin səlahiyyətlərinə daxil edilməsi gözləniləndir.
Eyni zamanda hesab olunur ki, baş nazir müavinləri İsmət Abbasovla Abid Şərifovun səlahiyyətləri də birləşdirilə bilər. Belədə isə bu iki vitse-spikerdən birinin vəzifəsi ilə vidalaşması mümkün sayılır.
Hər halda Nazirlər Kabinetindəki struktur islahatları yalnız büdcə vəsaitlərinə qənaət baxımından deyil, həm də onun daha çevik orqana çevrilməsi baxımından arzuolunan hesab edilir. Ekspertlərin bu gözləntilərinin reallaşıb-reallaşmayacağını isə zaman göstərəcək. Odur ki, prosesləri qabaqlamağa çalışmayaq. Yəqin ki, qarşıdakı dövrdə bu deyilənlərə də tamamilə aydınlıq gələcək.








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
AİLƏVİ... - BELƏ DAVAM EDƏRSƏ...
Dünən, 17:37
Narahat olmayın, səhv məndədir... - AXI NİYƏ?
Dünən, 17:07
70 yaşlı, I dərəcəli müharibə əlilini KİM İNCİDİR? - TƏFƏRRÜAT
Dünən, 17:00
Məhkəmə iki gənc vəkilin saxtakarlığını ifşa edib - DİNDİRMƏDƏ İŞTİRAK ETMƏDİKLƏRİ HALDA PROTOKOLLARI İMZALAYIBLAR
Dünən, 16:58
"Məclisdə Ramalı görəndə oxumaq istəmirəm"
Dünən, 16:55
İnternet sürətinə görə ölkələrin yeni dünya reytinqi – Azərbaycan neçəncidir?
Dünən, 16:54
Ermənistanda referendum qərarı: - "Putin ittifaqı"nda qalacaq, yoxsa?
Dünən, 16:48
“Məqsəd Ermənistanın cənubunda Fransaya bağlı təsir mühiti yaratmaqdır” – SENSASİON GEDİŞAT
Dünən, 16:40
Ölü doğulan uşağın zirzəmiyə atılması iddiası ilə bağlı “Vital Hospital”dan AÇIQLAMA – “Başınız ağrıyacaq”
Dünən, 16:36
Təmirə bağlanan yollar... NƏ VAXT AÇILIR? - AKTUAL
Dünən, 16:13
Sülh sazişi niyə ləngiyir? – Paşinyanın Konstitusiya planına politoloqdan AÇIQLAMA
Dünən, 16:11
Beləcə, məni aylardır, illərdir aldadırlar - GİLEY
Dünən, 15:53
Bakı və Tbilisidən mühüm ANLAŞMA
Dünən, 15:50
“Ermənilər itkin düşən yaxınlarını Ermənistanda axtarsınlar!” - HƏQİQƏTƏN DƏ...
Dünən, 15:49
Erməni mediası və təhrif sehrbazlığı: açıq manipulyasiya - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 15:45
Şamaxının 2 rayonla əlaqəsi KƏSİLDİ - FOTOLAR
Dünən, 15:44
Dövlət qurumu mühafizəyə 120 min manat xərcləyəcək – TENDER NƏTİCƏSİ
Dünən, 15:30
Bu da bank sistemimizin BEYNƏLXALQ ÇIXIŞ QAPISI... - GİLEY
Dünən, 15:19
Səhiyyə Nazirliyinin ƏLİ-VƏLİ OYUNU... - "Hansı islahatları aparırsınız?"
Dünən, 15:13
Kəlbəcərdə sursat partlayıb - Yaralı var
Dünən, 15:05
Başçı özünə birinci müavin təyin etdi - ƏMR
Dünən, 13:26
Zidan Fransa millisi ilə uzunmüddətli müqavilə imzaladı
Dünən, 12:36
İrandan Hörmüzlə bağlı xəbərdarlıq - "Fars"
Dünən, 12:34
Oğuzhan Uğur barəsində həbs qərarı verildi
Dünən, 12:21
Mülayim şərq küləyi əsəcək - belə deyirlər...
Dünən, 12:10
Kənan Səlimov Pozitiv Psixologiya Mərkəzinin İcraçı direktoru TƏYİN OLUNUB - BUNDAN SONRA...
Dünən, 12:06
Bəraət almış qızıl alverçinin işi ilə bağlı kassasiya şikayəti verildi - DETALLAR
Dünən, 12:03
Müqavləsi qüvvədən düşən “Nağıl Dünyası” və Ramik Əşrəfovun şirin yuxusu - İTTİHAM VAR...
Dünən, 12:02
SEPAH-a bağlı qəzet Əraqçını tənqid etdi: - “Bu məlumatlar açıqlanmamalı idi”
Dünən, 11:58
"Tik-tok"da tanış oldum, aldatdı ki, həkiməm” - “UĞUR 777” İŞİ
Dünən, 11:57
Fuad Quliyevin rəis təyin etdiyi şəxs öz əməkdaşlarını rüşvət alamğa məcbur edir - ŞOK İDDİA
Dünən, 11:52
"Baksol yolu"nda su xətti partladı: Sakinlərin şikayətini eşidən yoxdur - FOTO
Dünən, 11:46
Ermənistanda aksiyalar başladı: “Xalq üsyana hazırdır” - RUS BARMAĞI...
Dünən, 11:42
Tanışını qətlə yetirərək 18 il həbs cəzası alan şəxs yenidən məhkəmə qarşısında
Dünən, 11:41
Qaşınmayan yerdən qan çıxaranlar... - AXI NİYƏ?
Dünən, 11:39
"Müharibə şou ilə deyil, real işlə qazanılır" – Baş komandan Ukrayna rəhbərliyindəki qalmaqala son qoydu
Dünən, 11:37
Qadın şərikli biznes vədi ilə 17 min manatı ələ keçirdi – MƏHKƏMƏ
Dünən, 11:35
Bakıda özəl klinikada ölən körpənin zirzəmiyə atılması iddiası ilə bağlı ARAŞDIRMA BAŞLADI
Dünən, 11:34
Ucarda vəzifəli şəxsin qan donduran əməlləri ifşa olunur – Su İdarəsinin rəis müavini hər an həbs oluna bilər...
Dünən, 11:32
Diplomun tanınması və cəzanın azaldılması adı ilə vətəndaşları aldatdı - TƏFƏRRÜAT
Dünən, 11:28
AZAL donanmasına cari ildə dördüncü təyyarəsini əlavə edib - VİDEO
Dünən, 11:26
"DÇ-2026: Futbol turniri dəyişən dünyanın güzgüsünə çevrildi" - "Новая газета Европа"
Dünən, 11:23
Həmkəndlisini dəmir boru ilə vəhşicəsinə döyən şəxs: - "Araq içdik, sonra məni söyməyə başladı"
Dünən, 11:21
Bakıda yaşıllaşdırma işləri aparılır, yeni ağac və bitki növlərinin yetişdirilməsi və əkilməsi davam etdirilir - FOTO
Dünən, 11:12
Sahibkar Göyçayda intihar edəcəyini bildirir - ETİRAZ!
Dünən, 11:03
"Belə bir həyatda yaşamaq üçün heç bir stimul da qalmır..." - ANIM
Dünən, 10:53
"Öz ərazimizi hədəf ala bilərik" - İran ordusu
Dünən, 10:46
Kanadada FACİƏ: - azərbaycanlı gənc binadan yıxılıb ÖLDÜ
Dünən, 10:28
GDU-nun baş müəlliminin ŞÜBHƏLİ ÖLÜMÜ - TƏFƏRRÜAT
Dünən, 10:25
SEPAH “Amazon”un məlumatlar mərkəzini atəşə tutub
Dünən, 10:18
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru