AİLƏVİ... .....                     Narahat olmayın, səhv məndədir... .....                     70 yaşlı, I dərəcəli müharibə əlilini KİM İNCİDİR? .....                     Məhkəmə iki gənc vəkilin saxtakarlığını ifşa edib .....                     "Məclisdə Ramalı görəndə oxumaq istəmirəm" .....                     İnternet sürətinə görə ölkələrin yeni dünya reytinqi .....                     Ermənistanda referendum qərarı: .....                     “Məqsəd Ermənistanın cənubunda Fransaya bağlı təsir mühiti yaratmaqdır” .....                     Ölü doğulan uşağın zirzəmiyə atılması iddiası ilə bağlı “Vital Hospital”dan AÇIQLAMA .....                     Təmirə bağlanan yollar... NƏ VAXT AÇILIR? .....                     Sülh sazişi niyə ləngiyir? .....                     Beləcə, məni aylardır, illərdir aldadırlar .....                     Bakı və Tbilisidən mühüm .....                     “Ermənilər itkin düşən yaxınlarını Ermənistanda axtarsınlar!” .....                     Erməni mediası və təhrif sehrbazlığı: açıq manipulyasiya .....                     Şamaxının 2 rayonla əlaqəsi KƏSİLDİ .....                     Dövlət qurumu mühafizəyə 120 min manat xərcləyəcək .....                     Bu da bank sistemimizin BEYNƏLXALQ ÇIXIŞ QAPISI... .....                     Səhiyyə Nazirliyinin ƏLİ-VƏLİ OYUNU... .....                     Kəlbəcərdə sursat partlayıb .....                     Başçı özünə birinci müavin təyin etdi .....                     Zidan Fransa millisi ilə uzunmüddətli müqavilə imzaladı .....                     İrandan Hörmüzlə bağlı xəbərdarlıq .....                     Oğuzhan Uğur barəsində həbs qərarı verildi .....                     Mülayim şərq küləyi əsəcək .....                     Kənan Səlimov Pozitiv Psixologiya Mərkəzinin İcraçı direktoru TƏYİN OLUNUB .....                     Bəraət almış qızıl alverçinin işi ilə bağlı kassasiya şikayəti verildi .....                     Müqavləsi qüvvədən düşən “Nağıl Dünyası” və Ramik Əşrəfovun şirin yuxusu .....                     SEPAH-a bağlı qəzet Əraqçını tənqid etdi: .....                     "Tik-tok"da tanış oldum, aldatdı ki, həkiməm” .....                     Fuad Quliyevin rəis təyin etdiyi şəxs öz əməkdaşlarını rüşvət alamğa məcbur edir .....                     "Baksol yolu"nda su xətti partladı: Sakinlərin şikayətini eşidən yoxdur .....                     Ermənistanda aksiyalar başladı: “Xalq üsyana hazırdır” .....                     Tanışını qətlə yetirərək 18 il həbs cəzası alan şəxs .....                     Qaşınmayan yerdən qan çıxaranlar... .....                     "Müharibə şou ilə deyil, real işlə qazanılır" .....                     Qadın şərikli biznes vədi ilə 17 min manatı ələ keçirdi .....                     Bakıda özəl klinikada ölən körpənin zirzəmiyə atılması iddiası ilə bağlı .....                     Ucarda vəzifəli şəxsin qan donduran əməlləri ifşa olunur .....                     Diplomun tanınması və cəzanın azaldılması adı ilə vətəndaşları aldatdı .....                 

Etibar Pirverdiyevə zərbə üstünə zərbə! - “Azərenerji” rəhbərinin təftişi başlayır
Tarix: 25-02-2015, 15:10 | Çap et
Etibar Pirverdiyevə zərbə üstünə zərbə!
“Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin (ASC) prezidenti Etibar Pirverdiyev növbəti çətin vəziyyətlə üzləşib. Belə ki, Pirverdiyevin rəhbərlik etdiyi qurumda geniş miqyaslı yoxlamaların başlanılması planlaşdırılıb.

Xatırladaq ki, iki həftə öncə “Bakıelektrikşəbəkə” ASC-nin adı dəyişdirilərək "Azərişıq" ASC adlandırılması ilə bağlı ölkə başçısı sərəncam imzalayıb. Sərəncama əsasən, "Azərişıq" ASC Azərbaycan ərazisində elektrik enerjisini satın almaqla istehlakçıları etibarlı, təhlükəsiz və səmərəli şəkildə elektrik enerjisi ilə təchizatını həyata keçirir, bu sahədə yeni texnologiyaların tətbiqini, maddi-texniki bazanın müasirləşdirilməsini və ondan səmərəli istifadəni, habelə bu sahənin inkişafı ilə bağlı digər işləri yerinə yetirir.
Sənəddə qeyd olunub ki, iki ay ərzində "Azərenerji" ASC tərəfindən həyata keçirilən elektrik enerjisi ilə istehlakçıların təmin olunması fəaliyyəti "Azərişıq" ASC-yə ötürülməli, o cümlədən istehlakçıların elektrik enerjisi ilə təchizatı üçün zəruri olan və "Azərenerji" ASC-nin balansındakı əmlak və digər avadanlıqların "Azərişıq" ASC-nin balansına verilməsi üçün tədbirlər görülməlidir.
Etibar Pirverdiyev üçün bu qərar gözlənilməz olub. İndi isə səlahiyyətlərinin kəskin azaldılmasının şokundan ayrıla bilməyən “Azərenerji” prezidenti yeni problemlə üzləşib. Yaxın vaxtlarda Hesablama Palatasının Pirverdiyevin rəhbərlik etdiyi ASC-də geniş miqyaslı auditə hazırlaşdığı bildirilir. İddialara görə, bu qurumda külli miqdarda yeyinti faktları ilə bağlı hökumət daxilində kifayət qədər məlumatlıdırlar və elə bu səbəbdən “Azəreneji”nin fəaliyyətinin ciddi şəkildə təftiş edilməsinə ehtiyac duyulub.
Xatırladaq ki, təkcə 2004-2012-ci illərdə Azərbaycan dövləti üst-üstə 9 milyard 545,9 milyon dollar borclanıb, alınan xarici kreditlərdə ən böyük pay sahiblərindən biri isə məhz "Azərenerji" olub: 24,09%. Yəni nə az, nə çox düz 2,3 milyard dollar! Bunun üzərinə dövlət investisiya layihələrini gəldikdə ortada külli miqdarda məbləğ yaranır. Bununla belə, ölkənin enerji sektorunda çoxsaylı problemlər qalmaqdadır. Bölgələr bir yana, hətta Bakıətrafı kənd və qəsəbələrdə, Abşeron rayonunun əksər hissələrində, Sumqayıtda və s. payız aylarından başlayaraq fasiləsiz işıq məsələsində ciddi problemlər yaranır.
Belə iddialar mövcuddur ki, bu, yuxarıda haqqında danışılan fantastik məbləğdə vəsaitlərin əhəmiyyətli hissəsinin qeyri-şəffaf, təyinatsız xərcləmələrin "qurbanına" çevrilməsi ilə bağlıdır. Hətta belə fikirlər də səslənir ki, Etibar Pirverdiyev şəxsi biznesini gücləndirdiyi halda, enerji sektorunda köklü müsbət dəyişikliklərin baş verməməsi haqqında danışılan vəsaitlərin taleyi ilə bağlı şübhələri daha da qüvvətləndirir.
Belə şübhələr hökumət çevrələrində də kifayət qədər güclü olduğundan, ən əsası isə, “Azərenerji”nin ölkənin enerji sektorunun müasir standartlara uyğunlaşdırılması istiqamətində qarşıya qoyulan məqsədlərə çatmaması ucbatından Pirverdiyevin rəhbəri olduğu qurumun yoxlanılması qaçılmaz reallığa çevrilib. İstisna edilmir ki, həmin yoxlamalar nəticəsində ortaya çıxarılacaq korrupsiya faktları “Azərenerji” rəhbərinə baha başa gəlsin. Yəni iki həftə əvvəl olduqca önəmli səlahiyyətlərini itirən Etibar Pirverdiyevin adıçəkilən ASC-də aparılacaq təftişdən və həmin təftişin nəticəsində aşkarlanacaq ciddi maliyyə pozuntularından sonra vəzifəsini itirməsi ehtimalı kifayət qədər yüksək qiymətləndirilir.
Bundan başqa, bir çox mənbələrin verdiyi məlumatlardan belə aydın olur ki, yarım ay öncə səlahiyyətlərinin önəmli hissəsini itirən və qarşıda ciddi təftişlə üzləşməsi gözlənilən "Azərenerji" rəhbərinin biznesinin əksər hissəsinə əl qoyulacağı da ehtimal edilir. Onsuz da son vaxtlar dövlət investisiya layihələrindən böyük ölçüdə kənarda qalmağa başlamış "Azinko" şirkətinin, Sumqayıt Texnologiyalar Parkı və digər biznes qurumlarının Pirverdiyevin əlindən alınacağı tamamilə gözləniləndir.
Ümumiyyətlə isə hazırda aydın görünən reallıq ondan ibarətdir ki, artıq Etibar Pirverdiyev önəmli səlahiyyətlərindən məhrum edilib, onun vəzifəsi əvvəlki çəkisini, təsir imkanlarını itirib. Bir neçə il əvvələdək adı ölkənin əsas oliqarxları arasında çəkilən “Azərenerji” rəhbəri bu gün faktiki olaraq zəiflədilmiş durumdadır.Onun nə hökumət daxilindəki təsir imkanları, nə də şəxsi biznesinin vəziyyəti bir neçə il əvvəllə müqayisədə qətiyyən ürəkaçan deyil.
Hər halda Etibar Pirverdiyevlə bağlı sürpriz gəlişmələr bundan sonra da davam edə bilər. Odur ki, hadisələri qabaqlamayaq və proseslərin necə inkişaf edəcəyini gözləyək.








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
AİLƏVİ... - BELƏ DAVAM EDƏRSƏ...
Dünən, 17:37
Narahat olmayın, səhv məndədir... - AXI NİYƏ?
Dünən, 17:07
70 yaşlı, I dərəcəli müharibə əlilini KİM İNCİDİR? - TƏFƏRRÜAT
Dünən, 17:00
Məhkəmə iki gənc vəkilin saxtakarlığını ifşa edib - DİNDİRMƏDƏ İŞTİRAK ETMƏDİKLƏRİ HALDA PROTOKOLLARI İMZALAYIBLAR
Dünən, 16:58
"Məclisdə Ramalı görəndə oxumaq istəmirəm"
Dünən, 16:55
İnternet sürətinə görə ölkələrin yeni dünya reytinqi – Azərbaycan neçəncidir?
Dünən, 16:54
Ermənistanda referendum qərarı: - "Putin ittifaqı"nda qalacaq, yoxsa?
Dünən, 16:48
“Məqsəd Ermənistanın cənubunda Fransaya bağlı təsir mühiti yaratmaqdır” – SENSASİON GEDİŞAT
Dünən, 16:40
Ölü doğulan uşağın zirzəmiyə atılması iddiası ilə bağlı “Vital Hospital”dan AÇIQLAMA – “Başınız ağrıyacaq”
Dünən, 16:36
Təmirə bağlanan yollar... NƏ VAXT AÇILIR? - AKTUAL
Dünən, 16:13
Sülh sazişi niyə ləngiyir? – Paşinyanın Konstitusiya planına politoloqdan AÇIQLAMA
Dünən, 16:11
Beləcə, məni aylardır, illərdir aldadırlar - GİLEY
Dünən, 15:53
Bakı və Tbilisidən mühüm ANLAŞMA
Dünən, 15:50
“Ermənilər itkin düşən yaxınlarını Ermənistanda axtarsınlar!” - HƏQİQƏTƏN DƏ...
Dünən, 15:49
Erməni mediası və təhrif sehrbazlığı: açıq manipulyasiya - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 15:45
Şamaxının 2 rayonla əlaqəsi KƏSİLDİ - FOTOLAR
Dünən, 15:44
Dövlət qurumu mühafizəyə 120 min manat xərcləyəcək – TENDER NƏTİCƏSİ
Dünən, 15:30
Bu da bank sistemimizin BEYNƏLXALQ ÇIXIŞ QAPISI... - GİLEY
Dünən, 15:19
Səhiyyə Nazirliyinin ƏLİ-VƏLİ OYUNU... - "Hansı islahatları aparırsınız?"
Dünən, 15:13
Kəlbəcərdə sursat partlayıb - Yaralı var
Dünən, 15:05
Başçı özünə birinci müavin təyin etdi - ƏMR
Dünən, 13:26
Zidan Fransa millisi ilə uzunmüddətli müqavilə imzaladı
Dünən, 12:36
İrandan Hörmüzlə bağlı xəbərdarlıq - "Fars"
Dünən, 12:34
Oğuzhan Uğur barəsində həbs qərarı verildi
Dünən, 12:21
Mülayim şərq küləyi əsəcək - belə deyirlər...
Dünən, 12:10
Kənan Səlimov Pozitiv Psixologiya Mərkəzinin İcraçı direktoru TƏYİN OLUNUB - BUNDAN SONRA...
Dünən, 12:06
Bəraət almış qızıl alverçinin işi ilə bağlı kassasiya şikayəti verildi - DETALLAR
Dünən, 12:03
Müqavləsi qüvvədən düşən “Nağıl Dünyası” və Ramik Əşrəfovun şirin yuxusu - İTTİHAM VAR...
Dünən, 12:02
SEPAH-a bağlı qəzet Əraqçını tənqid etdi: - “Bu məlumatlar açıqlanmamalı idi”
Dünən, 11:58
"Tik-tok"da tanış oldum, aldatdı ki, həkiməm” - “UĞUR 777” İŞİ
Dünən, 11:57
Fuad Quliyevin rəis təyin etdiyi şəxs öz əməkdaşlarını rüşvət alamğa məcbur edir - ŞOK İDDİA
Dünən, 11:52
"Baksol yolu"nda su xətti partladı: Sakinlərin şikayətini eşidən yoxdur - FOTO
Dünən, 11:46
Ermənistanda aksiyalar başladı: “Xalq üsyana hazırdır” - RUS BARMAĞI...
Dünən, 11:42
Tanışını qətlə yetirərək 18 il həbs cəzası alan şəxs yenidən məhkəmə qarşısında
Dünən, 11:41
Qaşınmayan yerdən qan çıxaranlar... - AXI NİYƏ?
Dünən, 11:39
"Müharibə şou ilə deyil, real işlə qazanılır" – Baş komandan Ukrayna rəhbərliyindəki qalmaqala son qoydu
Dünən, 11:37
Qadın şərikli biznes vədi ilə 17 min manatı ələ keçirdi – MƏHKƏMƏ
Dünən, 11:35
Bakıda özəl klinikada ölən körpənin zirzəmiyə atılması iddiası ilə bağlı ARAŞDIRMA BAŞLADI
Dünən, 11:34
Ucarda vəzifəli şəxsin qan donduran əməlləri ifşa olunur – Su İdarəsinin rəis müavini hər an həbs oluna bilər...
Dünən, 11:32
Diplomun tanınması və cəzanın azaldılması adı ilə vətəndaşları aldatdı - TƏFƏRRÜAT
Dünən, 11:28
AZAL donanmasına cari ildə dördüncü təyyarəsini əlavə edib - VİDEO
Dünən, 11:26
"DÇ-2026: Futbol turniri dəyişən dünyanın güzgüsünə çevrildi" - "Новая газета Европа"
Dünən, 11:23
Həmkəndlisini dəmir boru ilə vəhşicəsinə döyən şəxs: - "Araq içdik, sonra məni söyməyə başladı"
Dünən, 11:21
Bakıda yaşıllaşdırma işləri aparılır, yeni ağac və bitki növlərinin yetişdirilməsi və əkilməsi davam etdirilir - FOTO
Dünən, 11:12
Sahibkar Göyçayda intihar edəcəyini bildirir - ETİRAZ!
Dünən, 11:03
"Belə bir həyatda yaşamaq üçün heç bir stimul da qalmır..." - ANIM
Dünən, 10:53
"Öz ərazimizi hədəf ala bilərik" - İran ordusu
Dünən, 10:46
Kanadada FACİƏ: - azərbaycanlı gənc binadan yıxılıb ÖLDÜ
Dünən, 10:28
GDU-nun baş müəlliminin ŞÜBHƏLİ ÖLÜMÜ - TƏFƏRRÜAT
Dünən, 10:25
SEPAH “Amazon”un məlumatlar mərkəzini atəşə tutub
Dünən, 10:18
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru