Nəsib Məhəməliyevə Hesablama Palatasından yoxlama şoku - Ziya Məmmədovun daha bir adamı hədəfdə
Tarix: 7-10-2014, 12:23 | Çap et
 Hesablama Palatasında növbəti kollegiya iclası keçirilib. Palatadan verilən məlumata görə, dövlət büdcəsindən Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyətinin tabeliyində olan idarə, müəssisə və təşkilatlara ayrılan vəsaitlərin istifadəsinə dair audit tədbirlərinin nəticələri barədə hesabat və rəylər geniş müzakirə olunaraq müvafiq qərarlar qəbul edilib.
Müvafiq zəruri tədbirlərin görülməsi və nəticələri barədə Hesablama Palatasına məlumatların verilməsi üçün kollegiya qərarının aidiyyəti dövlət qurumlarına göndərilməsi qərara alınıb. Eyni zamanda, audit tədbirlərinin nəticələri barədə məlumatlar qanunvericiliklə nəzərdə tutulmuş qaydada Milli Məclisə təqdim olunacaq. Qeyd edək ki, Hesablama Palatasının təftiş apardığı Nəsimi rayonu son vaxtlar mətbuatın ən çox tənqid hədəfi olan paytaxt rayonlarından biridir. Rayonun icra hakimiyyətinin başçısı Nəsib Məhəməliyev barədə müxtəlif kompromat xarakterli məlumatlar dərc olunur. Eyni zamanda bu rayonda yaşıllıqların məhv edilməsindən tutmuş sahibkarlıq fəaliyyətinə süni əngəllər yaradılması, qanunsuz müdaxilələr edilməsi barədə də KİV-də mütəmadi şikayət xarakterli müraciətlərə rast gəlmək mümkündür. Bundan başqa, bir müddət əvvəl məlumat verilirdi ki, əsasən rayonun ticarət üçün əlverişli olan ərazilərindəki binaların birinci mərtəbəsindəki evlərin eyvanları sonradan artırılıb. Artırılan həmin eyvanlar isə sonradan ticarət obyektləri kimi fəaliyyət göstərir. Bu kimi ticarət obyektlərinin hansı qanunlara uyğun olaraq fəaliyyət göstərdiyi araşdırılarkən isə ortaya maraqlı faktlar çıxıb. Məlum olub ki, həmin "artırma əməliyyatı" demək olar ki, heç bir qaydaya və qanuna uyğun deyil. Bu sadəcə olaraq rayon rəhbərliyinin əlavə gəlir qaynaqlarından biridir. Eyni zamanda yuxarıda da vurğulandığı kimi, hazırda rayonun əksər hissələrində ağaclara qarşı amansız mövqe nümayiş olunur. Hazırda ağaclarla dolu olan sahələr hasara alınaraq müxtəlif iş adamlarına satılmaqdadır. Yaşıllıq sahələrinin səhralaşdırılması mexanizmi isə çox sadədir. Belə ki, ağacları gecə saatlarında kəsib ertəsi gün yerində obyektin təməlini qoyurlar. Rayonun biznes üçün uyğun olan ərazilərində bir sot torpağın qiyməti 30-40 min manat arasında dəyişir. Bu da külli miqdarda qanunsuz vəsaitin əldə edilməsinə imkan yaradır. Bir sözlə, hazırda Nəsimi rayonundakı neqativ hallar mətbuatın əsas diqqət mərkəzində olan məsələlərdən biridir. İcra başçısının adı isə elə bu səbəbdən "vurulması" gözlənilən rayon rəhbərlərinin siyahısında ilk pillələrdə dayanır. Qəzetimizin ötən saylarında etibarlı mənbədən əldə etdiyimiz məlumata əsasən yazmışdıq ki, Məhəməliyev nəqliyyat naziri Ziya Məmmədovun kadrı hesab olunur. 1982-1987-ci illərdə Kuybşev Dəmir Yolu Nəqliyyatı Mühəndisləri İnstitutunun Dəmiryol nəqliyyatında "Daşınma prosesinin idarə olunması" ixtisası üzrə təhsil alan Məhəməliyev sonradan dəmiryolu sistemində çalışmış, rayonlardan birinin dəmiryolu stansiyasının rəhbəri də olmuşdur. 2006-cı ildə Nəsimi rayon icra hakimiyyətinin başçısı postuna gətirilməsinin isə məhz dəmiryolu sistemində çalışdığı vaxtdan tanış olduğu və yaxın münasibətlər qura bildiyi nəqliyyat naziri Ziya Məmmədovun sayəsində gerçəkləşdiyi məlumdur. Məhəməliyevin bu təyinatı onun qısa vaxtda hədsiz varlanması ilə müşaiyət edilib. Avqust ayında isə Nəsimi rayonun icra başçısı çətin situasiya ilə qarşılaşıb. Həmin vaxt rayon ərazisində nadir ağacların "genosid"ə məruz qalması və Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın məsələyə kəskin reaksiyası Nəsimi rayon icra hakimiyyətinin başçısı üçün bu vəzifədə yolun sonu kimi qiymətləndirilirdi. İndi isə Hesablama Palatasının Məhəməliyevin rəhbərlik ektdiyi icra hakimiyyətinin fəaliyyətini təftiş etməsi belə ehtimalların qüvvətlənməsi kimi qəbul oluna bilər.


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Haqqını tələb edən işçiyə verilən cavab eyni olur: Ərizəni yaz, çıx get... - BU BİR "AZƏRİQAZ" reallığıdır...
Bu gün, 13:02 |
|
|
|
| • Paşinyan qondarma “qəhrəman”ların adını məktəblərdən çıxarır - “ArmLur” saytı
Bu gün, 12:55 |
|
|
|
| • Gecə və səhər bəzi yerlərdə duman olacaq - belə deyirlər...
Bu gün, 12:52 |
|
|
|
| • `Post Cargo` POST OLUB GETDİ! - NARAZILIQ VAR...
Bu gün, 12:44 |
|
|
|
| • "İstifadəçi niyə bu iki qurum arasında “ötürülməlidir”?" - ETİRAZ VAR...
Bu gün, 12:38 |
|
|
|
| • Əli Əhmədovun oğlu baş həkim təyin edildi - ƏMR
Bu gün, 12:28 |
|
|
|
| • Ətin qiyməti düşəcək, yoxsa qalxacaq? - Ekspert bütün riskləri açıqladı
Bu gün, 12:27 |
|
|
|
| • Quru sərhədlərlə bağlı mühüm xəbər – Şəxsi maşınlar Türkiyəyə necə keçir?
Bu gün, 12:22 |
|
|
|
| • Simvolik qisas və Çingiz xan prospekti - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 12:18 |
|
|
|
| • Ermənistan Rusiyanı istismar edir - Volodin belə deyir...
Bu gün, 12:17 |
|
|
|
| • ÇOX OLMADI Kİ: “Məzun günü” tədbiri üçün 156 min manat... - DETALLAR...
Bu gün, 12:12 |
|
|
|
| • ABŞ şirkətinin Azərbaycandakı törəməsi kapitalını 4.5 milyon dollar azaldıb
Bu gün, 12:07 |
|
|
|
| • Azərbaycanda əmlakın qiymətləndirilməsi qaydası dəyişir - Narazılıq var
Bu gün, 12:03 |
|
|
|
| • “Əsgər yanına gedirik, bəlkə benzininiz olar?” – Yeni DƏLƏDUZLUQ
Bu gün, 11:57 |
|
|
|
| • Ermənistan üçün Rusiya asılılığı bitir? -Aİ görünməmiş iqtisadi güzəştlərin düyməsinə basdı
Bu gün, 11:50 |
|
|
|
| • "Prior Leasing"in səhmdarlarının yığıncağı keçiriləcək
Bu gün, 11:49 |
|
|
|
| • "60 manatın cəmi 25 manatını qaytardılar..." - GİLEY
Bu gün, 11:47 |
|
|
|
| • Süleyman Mikayılovun müavini və digərlərinin işi yüngülləşdi - TƏFƏRRÜAT
Bu gün, 11:41 |
|
|
|
| • Məşhur biznesmen həbsdən yayındı, yoxsa qanunun tələbi elə budur? – Qalmaqallı məhkəmə hökmünün hüquqi tərəfləri
Bu gün, 11:36 |
|
|
|
| • Anar Bayramov daha 2 rəhbər şəxsi vəzifədən uzaqlaşdırdı - BUNDAN SONRA...
Bu gün, 11:35 |
|
|
|
| • Kremlin ilginc Güney Qafqaz PLANI – Azərbaycan da...
Bu gün, 11:34 |
|
|
|
| • İsi Mustafayev yüksək vəzifəyə təyin edildi - ƏMR
Bu gün, 11:33 |
|
|
|
| • “Başkənd artıq bizim üçün gərginlik mənbəyi ola bilməz, dəyişdirəcəyik” - Nikol Paşinyan
Bu gün, 11:28 |
|
|
|
| • Putin erməni kəndlilərini sıxmaqda davam edir... - BU DƏFƏ...
Bu gün, 07:36 |
|
|
|
| • Görürsünüz, Rövşən müəllim, planlamaq olur... mümkündür... - ETİRAZ
Bu gün, 07:30 |
|
|
|
| • AzəriQaz-dan yeni TALAMA ÜSULU - artıq borc yazsınlar deyə...
Bu gün, 07:17 |
|
|
|
| • Putinin cəbhədəki vəziyyətdən xəbəri yoxdur - HESABAT
Bu gün, 07:06 |
|
|
|
| • Niyə dövlət qurumlarımızın saytlarına xaricdən daxil olmaq olmur? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 07:04 |
|
|
|
| • "Nə deyə bilərik, öz işləridir, əsas odur ki, bizdən uzaq osunlar..." - Arif Hacılı
Bu gün, 06:52 |
|
|
|
| • VƏTƏN VƏ DAŞ... - evimiz yükə çevrilirsə...
Bu gün, 06:21 |
|
|
|
| • Nazirliyin bu idarəsində ŞOK YEYİNTİ - RƏSMİ QARƏT
Bu gün, 06:15 |
|
|
|
| • Suraxanını "zəbt edən" Əliyev qardaşları KİMDİR?
Bu gün, 06:06 |
|
|
|
| • Dilçi: "“Qadın” və “arvad” sinonim-dublet deyil" - "Gərək deputat ixtisası olmayan bir sahəyə hazırlıqsız “girişməyəydi”"
Bu gün, 06:01 |
|
|
|
| • 4 gün sonra: Ermənistanda müharibə olacaq... - Görünəni odur ki...
Bu gün, 05:58 |
|
|
|
| • Daha bir şübhəli şirkət... - FOTO
Bu gün, 05:56 |
|
|
|
| • AYNA-nın “rəsmxət dərsi” - məqsəd sürücüləri cərimələtdirməkdir, yoxsa…
Bu gün, 05:52 |
|
|
|
| • Kreml Ermənistanı pulsuz qoydu: İğtişaşa hazırlıq - NƏ BAŞ VERİR?
Bu gün, 05:48 |
|
|
|
| • Böyük qaçışdan böyük qayıdışa: kəndləri necə dirçəltməli? - Torpaqdan qaçışın pərdəarxası...
Bu gün, 05:45 |
|
|
|
| • Mikayılovun işçiləri üçün də QANUN ŞAH DEYİL... - BU DA FAKT...
Bu gün, 05:43 |
|
|
|
| • “Adımdan yalandan istifadə ediblər, mən Şəfiqəni yox, Əli İsanı dəstəkləmişəm..” - QALMAQAL
Bu gün, 05:41 |
|
|
|
| • Köhnə “müttəfiqlərin” yeni hədələri – Putin və Lukaşenko Paşinyandan nə istəyirlər?
Bu gün, 05:39 |
|
|
|
| • "N-Turan" MMC-də böyük vergi şoku - Şirkət əldən-ələ keçib, 300 mindən çox borc yaranıb
Bu gün, 05:36 |
|
|
|
| • Kreml sıxışdırılır: Türkiyə Ermənistan bazarını bu taktika ilə ələ keçirir - GƏLİŞMƏ
Bu gün, 05:28 |
|
|
|
| • Paşinyan kənd təsərrüfatı məhsulları üçün yeni bazarlar tapdığını açıqlayıb - TƏFƏRRÜAT
Bu gün, 05:26 |
|
|
|
| • ABŞ Qeşm adasına, İran isə Bəhreynə zərbələr endirib - CENTCOM
Bu gün, 05:24 |
|
|
|
| • Naşı həkimin əlinə düşən Hacı Tahir görmə qabiliyyətini itirib - İlkin ehtimala görə...
Dünən, 22:34 |
|
|
|
| • Vaşinqton Bakıya milyardlıq sazişlərlə gəldi ━━ Reuters detalları açıqladı
Dünən, 22:32 |
|
|
|
| • Ermənistan seçkilərində biz qalib gələcəyik - Rusiyalı oliqarx
Dünən, 17:23 |
|
|
|
| • Uşaqpulu müzakirələrini necə kəsək? - İsveç, Norveç, Finlandiya...
Dünən, 17:08 |
|
|
|
| • Bir evi bir neçəsinə satan biznesmenin İŞİ: - "makler" DANIŞDI
Dünən, 17:06 |
|
|
|
|