Moskva və Ankara "Mavi axın"a edilən hücumları qapalı rejimdə müzakirə edir .....                     Ağdamda xəstəxana tikintisinin davamına daha .....                     “Qaçqınkom” bizi köçürmür, hər an bu divar uşaqların üstünə uça bilər” .....                     Özəlin açıqlamasından sonra 400 min nəfər istefa verdi... .....                     Zəngəzurdan Moskvaya ZƏRBƏ .....                     "Arzum" ləqəbli bloqer ev dustaqlığına buraxılıb .....                     Çağrılmamış qonaqlar... .....                     Mülayim şərq küləyi əsəcək .....                     AZAL media nümayəndələri üçün intellektual yarış təşkil etdi .....                     Bakıda Bakıdan xəbərsiz MƏXFİ görüş .....                     FHN-nin Dövlət Ekspertiza Baş İdarəsindən şübhəli müqavilələr .....                     “Tofiq Mirzəyev Bakıda dəfn olunmağı arzulayırdı” .....                     Onlar görəvdən ALINDI .....                     Ermənistanda Müdafiə Nazirliyinin vəzifəli şəxsi dizel yanacağını mənimsəməkdə ittiham olunur .....                     "2 ildir su artezian quyusunun mühərriki işləmir..." .....                     “Bir Ecosystem”də YENİ TƏYİNAT .....                     Bakı Berlinə yaxınlaşır: Mühüm səfərin pərdəarxası .....                     Paşinyanın referendum XOFU .....                     Arzumun növbəti məhkəməsidir: Amalın xanımı hökmdən narazıdır .....                     İrəvanın “Made in USA” niyyəti .....                     Dövlət qayğısı milli mətbuatın inkişafının əsas təməlidir .....                     Elnarə Abdullayeva qardaşının ölümündən danışdı: .....                     "`AzəriQaz` veteranın 37,50 manat ezamiyyə puluna göz dikib?" .....                     “Dilarə mənə gəlin yox, qız oldu, Oqtayı güc-bəla ilə razı saldıq ki...” .....                     Qanunsuz tikilinin qarşısını almaq istəyən məmurlara əsa ilə hücum etdilər .....                     İlham Əliyevdən şok açıqlama: Bakıda keçirilən rus-alman görüşünü ondan kim və niyə gizlədib? .....                     “Qızımı boşa” sözü faciə ilə nəticələndi: Qayınatasını öldürən kürəkənin ifadəsi .....                     Böyük əhəmiyyət kəsb edən Almaniya-Azərbaycan əlaqələrinin inkişafı .....                     Bu gün dünyanın aparıcı dövlətləri Azərbaycanı Cənubi Qafqazın ən etibarlı partnyoru adlandırırlar .....                     İranla müharibənin ABŞ-yə neçəyə başa gəldiyi açıqlandı .....                     Niyə Azərbaycan və Ermənistan Rusiyadan getdikcə daha az mal alır? .....                     Azərbaycan neftinin qiyməti 99 dollara yaxınlaşır .....                     AYNA xidməti avtomobillərinin təmirinə .....                     Bakı “Ən yaxşı tələbə şəhərləri” reytinqində ilk 100-lüyə girib .....                     Daha bir sığorta agentinin lisenziyası .....                     “Uğurum biznes həyatımdakı düzgünlüyümdür” deyən Nigar Fərhadın vergi borcu üzə çıxdı .....                     Bakıda MƏXFİ GÖRÜŞ: Onlar iştirak edib... .....                     TƏBİB-də yeni şöbə müdiri təyin edildi .....                     ƏƏSMN-nin süründürməçiliyindən bezən Qarabağ qazisi KÖMƏK İSTƏYİR... .....                     Ermənistan niyə əmlakımızı qaytarmır? .....                 

“Hələ bir soruşursunuz da Kamal Abdulla mənə nə edib?” - QALMAQAL
Tarix: 1-10-2019, 11:30 | Çap et
“Hələ bir soruşursunuz da Kamal Abdulla mənə nə edib?”
2019-cu il… İlk dəfədir ki, sentyabr ayında tədrisə və təhsilə Elinanın intihara cəhd etdiyi pəncərədən boylandım. Şəxsiyyətimin bir parçası olan, özümü dərk edəndən məndən ayrılmayan müəllim kimliyim intihara cəhd etdi və Elinanın taleyindən fərqlənməyən əzablar çəkdi. Məhz Elinanın müəmmalı ölümü kimi mənim də müəllim identikliyim sui-qəsdə məruz qaldı və toplumun biganəliyindən, ədalətsizliyindən, ətrafdakıların ləyaqətsizliyindən və qorxaqlığından usanıb məni tərk etdi. Amma Elinanın ölümü həm də bu cəmiyyətin üzünə vurulan sillə idi…

Reallıq isə budur ki, qızcığazın ölümündə günahkarlar isə sentyabr ayında azadlıqdadır. Məktəbin direktoru bu yaxınlarda jurnalistlərə müsahibə verərkən nəşəsini, rişxəndini niyə gizlədə bilmirdi yəqin ki, bütün ölkəyə müammadır. Təhsil nazirimiz Ceyhun Bayramov hələ də mövqesizliyində davam edir. Övladı birinci sinifdə təhsil alan bir valideyn kimi təhsil sistemində baş verən ağır cinayətlər və Təhsil Nazirliyinin bu məsələyə biganə yanaşması məndə ruhi sarsıntı yaradır.

Biganəlik sözünü təsadüfü işlətmədim. Dillər Universitetində yaşananlardan, üzləşdiyimiz problemlərdən xəbərdarsınız. Bu ali məktəbə təyin olunar-olunmaz Kamal Abdulla özünü “xilaskar”, “göydən enmiş mələk”, “Nikolayı taxtdan salan Lenin”, “Hillarini seçkidə məğlub edən Tramp” kimi aparırdı. Bu bənzətrmə sizə şişirtmə kimi görünməsin. Axı bir vaxtlar Nobel mükafatı sevdasına düşmüş bu adam az qala özünü fövqəlbəşər yazıçı sayırdı. Sanki qeyri-adi əxlaqı, zehni, zəkası və təbiəti etibarilə adi insanlardan ucada dayanırdı və az qala özünü buna inandırmışdı da…

Kamal Abdullanın təbliğat maşını elə işləyirdi ki, sanki universitet müharibə şəraitində imiş. Bu da “qurtuluş savaşçısı” kimi peyda olub Universiteti xilas etmişdi. Ona görə də hər il iyunun 1-i xüsusi qeyd edilir, rəsmi səhifədə, əlavə olaraq rektorun yaxınlarının, tərəfdaşlarının səhifələrində Kamal Abdullanın şəninə tərif və təbriklər, təntənəli statuslar yazılır.

Universitet büdcəsi hesabına hər dəfə eyni adamlar səfərlərə gedib-gəlir, qonaqlıqlarda iştirak edirlər. Biz müəllimlər isə konfranslara, seminarlara hələ öz hesabımıza gedəndə belə minnətlə icazə almağa çalışırdıq. Reklamı Kamal Abdullanın, əziyyəti isə univetsitet əməkdaşlarının olan konfransları isə heç xatırlamaq istəmirəm. Bu insanın məqsədi yalnız özünüreklamdı, media qarşısında yaratdığı obrazı daha da gözlərdə böyütməkdir. Öz xəyalında “bütün ölkəyə səs salmaq” naminə konfranslar edir, xarici qonaqlar dəvət edir və o qonaqların xərclərini isə dekanlara, kafedra müdirlərinə ödədir.

Deməli, çox önəmli bir bölgü üçün xüsusi qrafik təşkil olunur, dekanlar iş-güclərini atır, sanki “guide” olurlar və 3-5 gün həmin qonaqlarla məşğul olurlar. Qrafikdə isə şəhəri ekskursiyadan tutmuş, qonaqların yemək xərcləri və aparılacaq restorana qədər qeyd olunur. Niyə univetsitet əməkdaşları öz vəsaiti hesabına konfransa gələn qonaqları yedirib-içirib gəzdirib alış-verişə aparmalı, bunun əvəzində də Kamal Abdulla öz reklamını qurmalıdı ki?! Bu suallara cavab verənləri isə bizim aqibətimiz gözləyir…

Belə reklam kampaniyalı tədbirlərin birini də Xarici ölkələr ədəbiyyatı kafedrası olaraq biz təşkil etmişdik. 2017-ci ilin noyabr ayında baş verən tədbirdən sonra tam əmin idim ki, mən Pərvin Mürsəlova Kamal Abdulla kimi rektorla işləyə bilməyəcəyəm. Akademik təhsili Səadət sarayındakı toy tədarüklərindən ayıra bilməyən “professor” Aynur Sabitova, “Ümumuniversitet xilaskarı” Kamal Abdullanın gözünə girmək üçün “start” verilmiş müsabiqədə az xal qazanmaq istəmirdi. Çünki “öz komandamı quracağam” deyən Kamal Abdulla üçün hər kəs hədəf idi: ya rektorun məkrli planlarına əməl etməliydin, ya da çıxıb getməliydin, başqa yol yox idi…

Aynur Sabitovanın isə Kamal Abdullanın yanında gözü kölgəli çox işi vardı. Eyni vaxtda bir neçə rəhbər vəzifə icra edən A.Sabitova rektorun “qara siyahısında” ilk sıralarda dururdu. Ədliyyə Nazirliyində İnsan hüquqları və ictimaiyyətlərlə əlaqələr idarəsinin rəisi vəzifəsini icra edən rəis əvəzi olaraq səhər 9:00dan axşam 18:00a qədər rəsmi işləyən Aynur Sabitova hansı saatlarda və necə olur ki, universitetdə həm yarımştat müəllim, həm də böyük və nüfuzlu kafedra müdiri kimi fəaliyyət göstərsin. Bunun maliyyə və qanunsuzluq tərəflərini qoyuram bir kənara, fiziki olaraq da axı heç çatdırmaq mümkün deyil…

Rusiya Federasiya Dövlət Dumasından nümayəndə heyəti ADU-ya təşrif buyuranda adəti üzrə “xilaskarımız” öz dostlarını universitet əməkdaşlarının cibinin hesabına toy-büsatla qarşılamalı idi. Toy işlərində Sabitova peşəkar olduğu üçün Dumadan olan nümayəndə heyətini razı salmağı A.Sabitova öz boynuna götürdü. Hətta “xilaskarımız” unutmayıb ciddi bir tapşırıq da vermişdi ki, Rusiya Federasiyasının nümayəndə heyətinə çayçılığı, bufet işçiləri dura-dura məhz “yaxşı vidi-fasonu” (xalq yazıçısı Kamal Abdullanın öz sözləridir) olan gənc fəlsəfə doktoru və dosent xanım müəllimlər etsin. Hətta Aynur Sabitova qab-qacaq almağı, şirniyyat süfrəsini hazırlamağı bütün kafedra heyətinə tapşırmışdı.

Qonaqlıq oldu, çaylar da süzüldü, yeyildi, içildi. Həmin gün ziyafətdə olan, çay süfrəsinin təşkilində canla başla iştirak edən, çayçılıq edənlər, çayçılıq edən müəllimlərə susub baxanlar, sözüm sizlərədir. Kamal Abdullanın qəbulunda gözləyib Pərvin Mürsəlovaya qarşı izahat yazmaq müqabilində mükafatlananlar, illərlə tələbələri vikipedia materialları ilə yola verənlər, pulla dissertasiya yazdıranlar, titul alanlar, xarici dildə 90 dəqiqəlik mühazirə və seminarlar tədris edə bilməyənlər və nəhayət, başqa qeyd edə bilmədiyim rəzalətləri görüb susanlar, sözüm sizədir.

Haqqımda iğtişaşçı, üsyankar, “Kamal Abdullaya qarşı çıxıbdırsa, demək, Prezidentə qarşı çıxıbdır” kimi sözləri Kamal Abdulladan əzbərliyib tutuquşusayağı təkrarlayanlar və bu məlumatı yazılı izahatda qeyd edənlər, sözüm sizədir. Siz hansı əsrdə yaşayırsınız?

Birincisi, rektorun fəaliyyətində idarəçiliyində olan qüsurları göstərmək niyə prezidentə qarşı bir davranış hesab olunmalıdır? Kimdir Kamal Abdulla, sultandır?
İkincisi, niyə özünü prezidentlə eyni statusta görür? Kamal Abdulla hansı faktlara əsasən və nə cürətlə məni mediya yayımda bütün Azərbaycana iğtişaşçı kimi təqdim edə bilir? Ən əsası Kamal Abdulla bütün ölkəyə sübut etmək istəyir ki, Azərbaycanda diktatura rejimidir, özü bir rektor kimi bu diktaturaya xidmət edir və bizim ölkədə söz azadlığı mövcud deyil. Kim tənqidi fikrini söyləyirsə, onu dövlətə xəyanətdə və ya iğtişaşda ittiham edib işdən qovmaq olar, onun karyerasını məhv etmək və bütün həyatını alt-üst etmək olar.

ADU-nun tələbələrini az qala cəmiyyətə terrorist kimi təqdim edib, özünü bu iğtişaşları sakitləşdirən bir xilaskar kimi cəmiyyətə sırımaq olar. Kamal Abdulla sizə kim o haqqı verib ki, Azərbaycan Respublikası vətəndaşının Konstitusiya hüququnu pozasınız? “Tupoy” təhqirini özlərinə “hörmətsiz” rektorun ərki hesab edənlər, sizin yerinizə xəcalət çəkirəm. Mənim qovulma əmrimə sizin qol çəkməyiniz bir daha sizin hər birinizin müəllim adına layiq olmadığınızı sübut etdi. Siz, sadəcə, qullarsınız, özü də Kamal Abdullanın qulları…

Dövlət strukturları eləcə də prezident İlham Əliyev xəbərdar olmalıdır ki, Kamal Abdulla kimi provokator, vəzifəpərəst, məsuliyyətsiz, qanunlardan xəbəri olmayan, akademik titulu daşıyan , lakin heç bir ziyalı davranışına malik olmayan şəxs qəti şəkildə mənim və xalqımın yazıçısı ola bilməz və birmənalı şəkildə gənclərin tədris prosesində rəhbərlik göstərməməlidir. Belə bir şəxslərin vəzifə başında olması dövlətin onurğa sütununa öldürücü zərbədir. Kamal Abdulla ilə aramızda olan konflikt mənə sübut etdi ki, vətəndaşı olduğum ölkədə Təhsil Nazirliyi, Prezident Adminstrasiyası, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Ombudsman, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Ədliyyə Nazirliyi heç də hüququ tapdalanmış vətəndaşın mənafeyini qorunması üçün cəhd göstərmir və ölkədə qanun deyil, tanışlıq, qohumluq, vəzifə, pul amilləri hökm sürür. Əks halda bir “qaynar xətt”ə ünvanlanan məktuba görə gənc kadr iki həftə ərzində iki töhmət alıb, ən ağır mülki cinayət maddəsi ilə qovulmazdı və elmi fəaliyyətdən məhrum edilməzdi. Vəzifə cinayəti faktları açıq-aşkar təqdim olunmasına baxmayaraq, heç bir rəsmi struktur Kamal Abdullanı, törətdikləri cinayətlərə görə məsuliyyətə cəlb etməyi bacarmadı və hələ də məhkəmələrdə tragikomediyalar davam etməkdədir.

Təhsil naziri Ceyhun Bayramov, Prezident Adminstrasiyasının Humanitar işlər üzrə şöbə müdiri Fərəh Əliyeva, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova, Ombudsman Elmira Süleymanova və Kamal Abdullanı yerə-göyə sığışdırmayan dövlət məmurları, deputat dostları, yazıçılar, akademik və professorlar, sizə səslənirəm: “Axırıncı aşırım” filminin baş qəhrəmanı Kərbəlayi İsmayıl demişkən: “Hələ bir soruşursunuz da Kamal Abdulla mənə nə edib?”

Başqa nə etməli idi ki… Tədrisi pozdu, büdcəni taladı, tələbələri satın aldı, imtahanları bazar etdi, “70 ç” əmri ilə qovdu, mətbuatda özü və özü kimiləri tərəfindən şər, böhtan, təhqirlərə məruz qoydu, məhkəmələrdə tragikomediyalar təşkil elətdirdi, amma sizlər susdunuz. Susdunuz ki, Kamal Abdulla istədiyini etsin.

Ceyhun Bayramov, bu yaxınlarda mənimlə görüşdə məhkəmə prosesinin nəticəsini gözləyəcəyinizi qeyd etdiniz. Nə oldu nəticə? Sizin “Qaynar xətt”ə olan məktub ünvanlamağım ucbatından işdən qovuluram, gözləyirsiniz. Bir ay müddətində təqiblərə, təhdidlərə məruz qalıb yenə “qaynar xətt”ə zənglər edirəm, bir tədbir görmürsünüz.

Əmrdə məhz “qaynar xətt”ə ünvanlanan məktuba görə “70 ç” ilə qovduğunu qeyd edib altından imzasını çəkən rektorun qarşısını almır, vəziyyəti operativ araşdırmır, qovulandan sonra işçinizin göndərdiyi məktubun məzmunundan xəbərdar olmursunuz. Mən məhkəməyə müraciət etdikdən sonra isə bildirirsiniz ki, siz hüquq məsələlərinə müdaxilə edə bilməzsiniz? Axı sizə ünvanlanan məktuba görə qovulmuşam. Niyə “qaynar xətt”ə göndərilən məktub sabahı gün Kamal Abdullanın əlində idi?

Təhsil Nazirliyi nümayəndələri niyə məhkəmələrdə iştirak etmir? Nəyi gözləyirsiniz, Ceyhun Bayramov? Məhkəmələr Kamal Abdullanın xeyrinə qərar çıxardacaq. Mən Avropa Məhkəməsinə müraciət edəcəyəm və siz məmurların məsuliyyətsizliyi ucbatından Kamal Abdulla Azərbaycanı biabır edəcək. Onu gözləyirsiniz?

İş qabiliyyətli, gənc kadr, elmi işçi, 2019-cu ilin fevralından ağır maddə ilə işdən qovulur, təhsildən, tədrisdən imtina edib, müəllim kimliyinə sui-qəsd edir, siz isə gözləyirsiniz: Qərarı… Məhkəmənin qərarını…

Redaksiyadan: Azərbaycan Dillər Universitetinin işdən uzaqlaşdırılan müəllimi Pərvin Mürsəlova üzləşdiyi problemlə bağlı geniş yazı ilə çıxış edib. O, işdən ovulmasını qanunsuz və əsassız sayaraq, sözügedən universitetin rektoru Kamal Abdulla ilə bağlı ciddi iddialar səsləndirib. Yazıdakı iddialarla bağlı adıçəkilən şəxslərin də mövqeyini dərc etməyə hazırıq.
Pərvin Mürsəlova,
ADU-nun keçmiş müəllimi
Mənbə: arqument.az








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Moskva və Ankara "Mavi axın"a edilən hücumları qapalı rejimdə müzakirə edir
Bu gün, 13:15
Ağdamda xəstəxana tikintisinin davamına daha 16 milyon sərf olunacağı proqnozlaşdırılıb
Bu gün, 13:03
“Qaçqınkom” bizi köçürmür, hər an bu divar uşaqların üstünə uça bilər” - NARAZILIQ VAR...
Bu gün, 12:58
Özəlin açıqlamasından sonra 400 min nəfər istefa verdi... – CHP-də “siyasi zəlzələ”
Bu gün, 12:55
Zəngəzurdan Moskvaya ZƏRBƏ – Sokolov kimin adamıdır?
Bu gün, 12:49
"Arzum" ləqəbli bloqer ev dustaqlığına buraxılıb - QƏRAR
Bu gün, 12:45
Çağrılmamış qonaqlar... - Bu, çox ciddi məsələdir...
Bu gün, 12:43
Mülayim şərq küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:39
AZAL media nümayəndələri üçün intellektual yarış təşkil etdi - Fotolar, VİDEO
Bu gün, 12:37
Bakıda Bakıdan xəbərsiz MƏXFİ görüş – Əliyev də ondan danışdı...
Bu gün, 12:18
FHN-nin Dövlət Ekspertiza Baş İdarəsindən şübhəli müqavilələr – Milyon yarım manat haralara gedir
Bu gün, 12:16
“Tofiq Mirzəyev Bakıda dəfn olunmağı arzulayırdı” - Fərhad Xəlilov
Bu gün, 12:12
Onlar görəvdən ALINDI - FOTO
Bu gün, 12:11
Ermənistanda Müdafiə Nazirliyinin vəzifəli şəxsi dizel yanacağını mənimsəməkdə ittiham olunur - KİV
Bu gün, 11:49
"2 ildir su artezian quyusunun mühərriki işləmir..." - NARAZILIQ VAR...
Bu gün, 11:42
“Bir Ecosystem”də YENİ TƏYİNAT - BUNDAN SONRA...
Bu gün, 11:36
Bakı Berlinə yaxınlaşır: Mühüm səfərin pərdəarxası - İNCƏLƏMƏ
Bu gün, 11:25
Paşinyanın referendum XOFU - ŞƏRH
Bu gün, 11:13
Arzumun növbəti məhkəməsidir: Amalın xanımı hökmdən narazıdır - TƏFƏRRÜAT
Bu gün, 11:02
İrəvanın “Made in USA” niyyəti - Bakının reaksiyası...
Bu gün, 10:59
Dövlət qayğısı milli mətbuatın inkişafının əsas təməlidir - MƏQALƏ
Bu gün, 10:51
Elnarə Abdullayeva qardaşının ölümündən danışdı: - "63 yaş nədir ki..."
Bu gün, 10:50
"`AzəriQaz` veteranın 37,50 manat ezamiyyə puluna göz dikib?" - GİLEY
Bu gün, 10:43
“Dilarə mənə gəlin yox, qız oldu, Oqtayı güc-bəla ilə razı saldıq ki...” - Səhhətində problem yaranan Xalq artisti
Bu gün, 10:32
Qanunsuz tikilinin qarşısını almaq istəyən məmurlara əsa ilə hücum etdilər – MƏHKƏMƏ
Bu gün, 10:30
İlham Əliyevdən şok açıqlama: Bakıda keçirilən rus-alman görüşünü ondan kim və niyə gizlədib? - İLGİNC
Bu gün, 10:22
“Qızımı boşa” sözü faciə ilə nəticələndi: Qayınatasını öldürən kürəkənin ifadəsi - TƏFƏRRÜAT
Bu gün, 10:17
Böyük əhəmiyyət kəsb edən Almaniya-Azərbaycan əlaqələrinin inkişafı - MƏQALƏ
Bu gün, 10:12
Bu gün dünyanın aparıcı dövlətləri Azərbaycanı Cənubi Qafqazın ən etibarlı partnyoru adlandırırlar - İsrafil Kərimovun yazısı
Bu gün, 10:11
İranla müharibənin ABŞ-yə neçəyə başa gəldiyi açıqlandı - "CNN"
Bu gün, 10:08
Niyə Azərbaycan və Ermənistan Rusiyadan getdikcə daha az mal alır? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 10:03
Azərbaycan neftinin qiyməti 99 dollara yaxınlaşır
Bu gün, 10:01
AYNA xidməti avtomobillərinin təmirinə 1,2 milyon manat xərcləməyi planlaşdırır
Bu gün, 09:59
Bakı “Ən yaxşı tələbə şəhərləri” reytinqində ilk 100-lüyə girib - SİYAHI
Bu gün, 09:58
Daha bir sığorta agentinin lisenziyası - LƏĞV EDİLDİ
Bu gün, 09:56
“Uğurum biznes həyatımdakı düzgünlüyümdür” deyən Nigar Fərhadın vergi borcu üzə çıxdı - TƏFƏRRÜAT
Bu gün, 09:54
Bakıda MƏXFİ GÖRÜŞ: Onlar iştirak edib... - FOTOLAR
Bu gün, 09:40
TƏBİB-də yeni şöbə müdiri təyin edildi - FOTO
Bu gün, 09:38
ƏƏSMN-nin süründürməçiliyindən bezən Qarabağ qazisi KÖMƏK İSTƏYİR... - MÜRACİƏT
Bu gün, 09:34
Ermənistan niyə əmlakımızı qaytarmır? - Zülfüqarov sübut etdi
Bu gün, 09:07
500-dən çox ABŞ hərbçisi yaralanıb - "Associated Press"
Bu gün, 06:36
Xalq artisti Tofiq Mirzəyev vəfat etdi - FOTO
Bu gün, 06:25
Elnur Əliyev bütün təhsili nəzarətinə götürür - Narazı müəllim ordusu niyə yaradılır?
Bu gün, 06:09
"Brent" neftinin qiyməti 92 dolları ötüb
Bu gün, 06:05
Xaraba kimi idarə olunan Binəqədinin YİYƏSİ YOXDUR... - YEYƏNİ ÇOXDUR...
Bu gün, 06:03
Restoranlar kralı Fuad Quliyev Dövlət qurumunda vəzifəsindən görün necə sui-istifadə edib? - İTTİHAM VAR...
Bu gün, 05:57
Universitet müəllimləri də sertifikasiyaya cəlb olunmalıdır? - Professor açıqladı
Bu gün, 05:50
Babək rayonunda 37-ci il AB-HAVASI... - BU NƏDİ BELƏ?
Bu gün, 05:31
“Erməni soyqırımı” və Bakıdan Qüdsə edilən zəng - NƏ BAŞ VERİR?
Bu gün, 05:25
Göygöl Suvarma Sistemləri İdarəsindən borclu şirkətə 198 min manatlıq tender - TƏFƏRRÜAT
Bu gün, 05:18
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru