Sabunçuda MÜƏMMALI TORPAQ ALVERİ... - İDDİA
Tarix: 12-09-2019, 10:17 | Çap et
 Sabunçu rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyevin torpaq alveri bu il də şıdırğı davam etməkdədir. Sadiq oxucularımız xatırlayarlar, В«DəryazВ» satira və yumor qəzeti və В«Deryaz.azВ» saytı keçən il Adil Vəliyevin rayon ərazisində neft buruqlarının ətrafındakı torpaqları (hətta bəzi hallarda işlək buruqları sökmək hesabına), yüksək gərginlikli elektrik xəttlərinin altındakı sahələri, yaşıllıqları məhv edərək yerini, Qaraçuxur Gölünün ətrafındakı ağaclıqları qıraraq altını ucdantutma satdırmasından bəhs edən tənqidi yazılar yazdı. Redaksiyamızdan aidiyyati qurumlara, yuxarı instansiyalara giley-güzar dolu məktublar göndərildi. Lakin çifayda, Adil Vəliyevin qəsbkarlığının qarşısını alan olmadı. İndi isə məlum olur ki, icra başçısının işğalçılığının qarşısında heç Azərbaycan Ordusu da duruş gətirmir. Bəli-bəli, düz oxudunuz,Azərbaycan Ordusu!.. Keçən ilin sonu və bu ilin əvvəlinə aldığımız məlumatları dəqiqləşdirmək üçün apardığımız araşdırmalar, yerində keçirdiyimiz müşahidələr nəticəsində aşkar etdik ki, Kürdəxanı qəsəbəsində yerləşən В«NВ» saylı hərbi hissənin həndəvərində təxminən 1 hektar ərazidə Sabunçu RİH başçısının В«izn-rüsxətiВ» ilə tikinti işlərinə hazırlıq məqsədilə qazıntı, təməlatma gedir. O zaman bir dəryaz olaraq hərbçilərdən soruşub öyrəndik ki, yaxın ətraf ərazi həqiqətən də hərbi hissənin balansındadır. Müdsafiə Naziri general Zakir Həsənov hərbi hissənin açılşına gəlib qayıdandan sonra orada tikinti işləri sürət götürdü. Sabunçu İcra Hakimiyyətinə müraciət edib hansı əsasla həmin ərazidə tikinti işlərinə icazə verildiyini soruşduq. RİH mənsubları dedilər ki, sözügedən ərazi Abşeron rayonunun inzibati ərazisinə aiddir. İnşaat işlərini aparan fəhlələr isə əksinə, tikintinin icazəsinin məhz Sabunçu RİH-dən alındığını bildirdilər. Bu dəfə Sabunçu RİH başçısının köməkçisi Müslüm müəllimə sual etdik. O, öz növbəsində məsələni Kürdəxanı qəsəbə icra nümayəndəsi ilə araşdırmağımızı məsləhət gördü. Həmin vaxt, yəni bir ay qabaq nümayəndəliyin sədri Rafiq adlı şəxs idi. Suallarımızı cavablandıraraq bildirdi ki, deyilən ərazidə nə baş verməsindən xəbəri yoxdur, amma ora həqiqətən Abşeron rayonuna aiddir. Üz tutduq Abşeron rayon rəhbərliyinə. RiH mənsublarından öyrəndik ki, sözügedən ərazi inzibati cəhətdən Abşeron rayonuna aid olsa da, Sabunçu RİH-nin idarəçiliyindədir və tikinti işlərinə də məhz Sabunçu rayon rəhbərliyi sərəncam verə bilər. Düzünü deyək, bizim fəallığımız, ictimai rəyin obyektivini sözügedən məsələyə yönəltməyimiz tikinti işlərinin səngiməsinə səbəb oldu. Lakin bir ay ötəndən, ara bir az sakitləşən kimi həmin ərazini yenidən hasarladılar və bünövrəsi əvvəldən qoyulmuş hasarı sürətlə tikməyə başladılar. Qeyd edək ki, bu obyektin 10 metrliyində tikilən digər obyekt, iri marketə dönüşdü və artıq istifadəyə verilmə ərəfəsindədir. Bu gün də orada daha 30-40 sot sahə hasara alınıb. Sakinlərin bildirdiyinə görə tezliklə açılacaq həmin supermarket qəsəbədə məşhur adla tanınan В«İLİ MARKETВ»in sahibinindir. Sonradan yenidən əlaqə saxladığımız başçının köməkçisi Müslüm müəllim bir daha həmin ünvanda tikinti işləri üçün Sabunçu RİH tərəfindən sərəncam verilmədiyini bildirdi. Maraqlıdır, Sabunçu RİH belə icazə sərəncamı vermirsə, icazə verməni qanunsuz sayırsa, bəs tikintinin qarşısını niyə almır? Yaxud, qarşısının alınması üçün hansı tədbirləri görməyə çalışıb? Bəlkə rayon rəhbərliyi baş verənlərə göz yummaqla gözləyir ki, tikinti başa çatsın, sonradan sənədləşdirmə işləri həyata keçirilsin? Görəsən, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı cənab İlham Əliyevin, Müdafiə naziri cənab Zakir Həsənovun hərbi hissənin ərazisinin zəbt edilməsindən xəbərləri varmı? Əcəba, o həndəvərlərdə tikilib ucaldılan obyektlərin sahibləri, gələcək qonaqları yuxarıdan aşağı baxacaqları hərbi hissəni ovuclarının içi kimi görməyəcəklərmi? Kim zəmanət verə bilər ki, onlar gördüklərini faş etməyəcəklər? Axı belə hal potensial düşmənə, casusa, terrorçuya da hərbi hissəyə yaxınlaşmaq fürsəti verə bilər. Nə isə, bütün bu suallar açıqdır və tapacağımız təqdirdə cavablarını oxucularımızla bölüşəcəyik

|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • “Azərbaycan jurnalistikasının qarşısında böyük imkanlarla yanaşı, böyük məsuliyyət də dayanır” - Günay Əfəndiyeva
Bu gün, 13:58 |
|
|
|
| • Moskva və Ankara "Mavi axın"a edilən hücumları qapalı rejimdə müzakirə edir
Bu gün, 13:15 |
|
|
|
| • Ağdamda xəstəxana tikintisinin davamına daha 16 milyon sərf olunacağı proqnozlaşdırılıb
Bu gün, 13:03 |
|
|
|
| • “Qaçqınkom” bizi köçürmür, hər an bu divar uşaqların üstünə uça bilər” - NARAZILIQ VAR...
Bu gün, 12:58 |
|
|
|
| • Özəlin açıqlamasından sonra 400 min nəfər istefa verdi... – CHP-də “siyasi zəlzələ”
Bu gün, 12:55 |
|
|
|
| • Zəngəzurdan Moskvaya ZƏRBƏ – Sokolov kimin adamıdır?
Bu gün, 12:49 |
|
|
|
| • "Arzum" ləqəbli bloqer ev dustaqlığına buraxılıb - QƏRAR
Bu gün, 12:45 |
|
|
|
| • Çağrılmamış qonaqlar... - Bu, çox ciddi məsələdir...
Bu gün, 12:43 |
|
|
|
| • Mülayim şərq küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:39 |
|
|
|
| • AZAL media nümayəndələri üçün intellektual yarış təşkil etdi - Fotolar, VİDEO
Bu gün, 12:37 |
|
|
|
| • Bakıda Bakıdan xəbərsiz MƏXFİ görüş – Əliyev də ondan danışdı...
Bu gün, 12:18 |
|
|
|
| • FHN-nin Dövlət Ekspertiza Baş İdarəsindən şübhəli müqavilələr – Milyon yarım manat haralara gedir
Bu gün, 12:16 |
|
|
|
| • “Tofiq Mirzəyev Bakıda dəfn olunmağı arzulayırdı” - Fərhad Xəlilov
Bu gün, 12:12 |
|
|
|
| • Onlar görəvdən ALINDI - FOTO
Bu gün, 12:11 |
|
|
|
| • Ermənistanda Müdafiə Nazirliyinin vəzifəli şəxsi dizel yanacağını mənimsəməkdə ittiham olunur - KİV
Bu gün, 11:49 |
|
|
|
| • "2 ildir su artezian quyusunun mühərriki işləmir..." - NARAZILIQ VAR...
Bu gün, 11:42 |
|
|
|
| • “Bir Ecosystem”də YENİ TƏYİNAT - BUNDAN SONRA...
Bu gün, 11:36 |
|
|
|
| • Bakı Berlinə yaxınlaşır: Mühüm səfərin pərdəarxası - İNCƏLƏMƏ
Bu gün, 11:25 |
|
|
|
| • Paşinyanın referendum XOFU - ŞƏRH
Bu gün, 11:13 |
|
|
|
| • Arzumun növbəti məhkəməsidir: Amalın xanımı hökmdən narazıdır - TƏFƏRRÜAT
Bu gün, 11:02 |
|
|
|
| • İrəvanın “Made in USA” niyyəti - Bakının reaksiyası...
Bu gün, 10:59 |
|
|
|
| • Dövlət qayğısı milli mətbuatın inkişafının əsas təməlidir - MƏQALƏ
Bu gün, 10:51 |
|
|
|
| • Elnarə Abdullayeva qardaşının ölümündən danışdı: - "63 yaş nədir ki..."
Bu gün, 10:50 |
|
|
|
| • "`AzəriQaz` veteranın 37,50 manat ezamiyyə puluna göz dikib?" - GİLEY
Bu gün, 10:43 |
|
|
|
| • “Dilarə mənə gəlin yox, qız oldu, Oqtayı güc-bəla ilə razı saldıq ki...” - Səhhətində problem yaranan Xalq artisti
Bu gün, 10:32 |
|
|
|
| • Qanunsuz tikilinin qarşısını almaq istəyən məmurlara əsa ilə hücum etdilər – MƏHKƏMƏ
Bu gün, 10:30 |
|
|
|
| • İlham Əliyevdən şok açıqlama: Bakıda keçirilən rus-alman görüşünü ondan kim və niyə gizlədib? - İLGİNC
Bu gün, 10:22 |
|
|
|
| • “Qızımı boşa” sözü faciə ilə nəticələndi: Qayınatasını öldürən kürəkənin ifadəsi - TƏFƏRRÜAT
Bu gün, 10:17 |
|
|
|
| • Böyük əhəmiyyət kəsb edən Almaniya-Azərbaycan əlaqələrinin inkişafı - MƏQALƏ
Bu gün, 10:12 |
|
|
|
| • Bu gün dünyanın aparıcı dövlətləri Azərbaycanı Cənubi Qafqazın ən etibarlı partnyoru adlandırırlar - İsrafil Kərimovun yazısı
Bu gün, 10:11 |
|
|
|
| • İranla müharibənin ABŞ-yə neçəyə başa gəldiyi açıqlandı - "CNN"
Bu gün, 10:08 |
|
|
|
| • Niyə Azərbaycan və Ermənistan Rusiyadan getdikcə daha az mal alır? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 10:03 |
|
|
|
| • Azərbaycan neftinin qiyməti 99 dollara yaxınlaşır
Bu gün, 10:01 |
|
|
|
| • AYNA xidməti avtomobillərinin təmirinə 1,2 milyon manat xərcləməyi planlaşdırır
Bu gün, 09:59 |
|
|
|
| • Bakı “Ən yaxşı tələbə şəhərləri” reytinqində ilk 100-lüyə girib - SİYAHI
Bu gün, 09:58 |
|
|
|
| • Daha bir sığorta agentinin lisenziyası - LƏĞV EDİLDİ
Bu gün, 09:56 |
|
|
|
| • “Uğurum biznes həyatımdakı düzgünlüyümdür” deyən Nigar Fərhadın vergi borcu üzə çıxdı - TƏFƏRRÜAT
Bu gün, 09:54 |
|
|
|
| • Bakıda MƏXFİ GÖRÜŞ: Onlar iştirak edib... - FOTOLAR
Bu gün, 09:40 |
|
|
|
| • TƏBİB-də yeni şöbə müdiri təyin edildi - FOTO
Bu gün, 09:38 |
|
|
|
| • ƏƏSMN-nin süründürməçiliyindən bezən Qarabağ qazisi KÖMƏK İSTƏYİR... - MÜRACİƏT
Bu gün, 09:34 |
|
|
|
| • Ermənistan niyə əmlakımızı qaytarmır? - Zülfüqarov sübut etdi
Bu gün, 09:07 |
|
|
|
| • 500-dən çox ABŞ hərbçisi yaralanıb - "Associated Press"
Bu gün, 06:36 |
|
|
|
| • Xalq artisti Tofiq Mirzəyev vəfat etdi - FOTO
Bu gün, 06:25 |
|
|
|
| • Elnur Əliyev bütün təhsili nəzarətinə götürür - Narazı müəllim ordusu niyə yaradılır?
Bu gün, 06:09 |
|
|
|
| • "Brent" neftinin qiyməti 92 dolları ötüb
Bu gün, 06:05 |
|
|
|
| • Xaraba kimi idarə olunan Binəqədinin YİYƏSİ YOXDUR... - YEYƏNİ ÇOXDUR...
Bu gün, 06:03 |
|
|
|
| • Restoranlar kralı Fuad Quliyev Dövlət qurumunda vəzifəsindən görün necə sui-istifadə edib? - İTTİHAM VAR...
Bu gün, 05:57 |
|
|
|
| • Universitet müəllimləri də sertifikasiyaya cəlb olunmalıdır? - Professor açıqladı
Bu gün, 05:50 |
|
|
|
| • Babək rayonunda 37-ci il AB-HAVASI... - BU NƏDİ BELƏ?
Bu gün, 05:31 |
|
|
|
| • “Erməni soyqırımı” və Bakıdan Qüdsə edilən zəng - NƏ BAŞ VERİR?
Bu gün, 05:25 |
|
|
|
|