“Aqrarkredit”in 1,2 milyonluq villası hərraca çıxarılır .....                     "Dərmanların qiymətini Tarif Şurası deyil, bazar müəyyən etməlidir" .....                     Nənə və nəvələri maşınla vuraraq hadisə yerindən qaçan sürücü azadlığa buraxıldı .....                     Elmar Vəliyevlə əlaqələndirilən “Gəncə Bazar Ticarət Mərkəzi” satışa çıxarıldı .....                     “Payızda müharibə olacaq” .....                     Azərbaycanlı model məhkəməni uddu .....                     Bakıda makler ev yiyəsini görün necə aldatdı .....                     "Hər kəs bilsin ki, belə şəxslərə güvənmək olmaz..." .....                     ABŞ Yaxın Şərq üzərindən Ermənistanı “vurur”: .....                     Şirkətlər “Expressbank“dan pullarını geri çəkdi .....                     Sosial müavinət və işə düzəltmək vədi ilə 45 min manatlıq dələduzluq .....                     "Azərbaycan Dəmir Yolları"na 760 manat ziyan vuran şəxslər cəzalandırıldı .....                     "Avropa İttifaqında Rusiyaya qarşı yeni sanksiyalar ətrafında fikir ayrılığı dərinləşir" .....                     BU DA BAKIYA “DƏRS KEÇMƏYƏ” QALXDI... .....                     Üç azərbaycanlı Ermənistanda şirkət açıb .....                     Paşinyanın daha bir rəqibinin toxunulmazlığı ləğv olundu .....                     Kreml Rusiya və Almaniya nümayəndələrinin Bakıda görüş keçirməsi barədə məlumatlı deyil .....                     Bizə Rusiyadan niyə DOST OLMAZ... .....                     Yeni geosiyasi reallıq: Diqtə edən tərəf Bakıdır .....                     İran təslim olmadı, ABŞ planını dəyişdi .....                     Rüfət Əhmədzadənin meyiti aşkarlandı .....                     Tehran ABŞ-la sazişin bərpası imkanını qoruyub saxlayır .....                     Xaricdən gətirilən armaturlardan gömrük rüsumu tutulması .....                     “Azərbaycan jurnalistikasının qarşısında böyük imkanlarla yanaşı, böyük məsuliyyət də dayanır” .....                     Moskva və Ankara "Mavi axın"a edilən hücumları qapalı rejimdə müzakirə edir .....                     Ağdamda xəstəxana tikintisinin davamına daha .....                     “Qaçqınkom” bizi köçürmür, hər an bu divar uşaqların üstünə uça bilər” .....                     Özəlin açıqlamasından sonra 400 min nəfər istefa verdi... .....                     Zəngəzurdan Moskvaya ZƏRBƏ .....                     "Arzum" ləqəbli bloqer ev dustaqlığına buraxılıb .....                     Çağrılmamış qonaqlar... .....                     Mülayim şərq küləyi əsəcək .....                     AZAL media nümayəndələri üçün intellektual yarış təşkil etdi .....                     Bakıda Bakıdan xəbərsiz MƏXFİ görüş .....                     FHN-nin Dövlət Ekspertiza Baş İdarəsindən şübhəli müqavilələr .....                     “Tofiq Mirzəyev Bakıda dəfn olunmağı arzulayırdı” .....                     Onlar görəvdən ALINDI .....                     Ermənistanda Müdafiə Nazirliyinin vəzifəli şəxsi dizel yanacağını mənimsəməkdə ittiham olunur .....                     "2 ildir su artezian quyusunun mühərriki işləmir..." .....                     “Bir Ecosystem”də YENİ TƏYİNAT .....                 

AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutu tariximizə necə zəırbə vurur... - İTTİHAM
Tarix: 27-11-2018, 10:29 | Çap et
AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutu tariximizə necə zəırbə vurur...
…Ermənilər təkcə torpaqlarımızı işğal etməyib, həm də tariximizi və mədəniyyətimizi işğal etmək, yer üzündən silmək üçün intensiv iş aparır. Özgə tarixi üzərində özünə tarix, özgə torpaqları üstündə özünə dövlət quran Ermənistan indi də Azərbaycanın işğal altında olan ərazilərində saxta və qanunsuz arxeoloji qazıntılar aparmaqdadır. Hazırda ən intensiv iş Azıx mağarası ətrafında gedir. Bu da səbəbsiz deyil. Çünki dünya sivilizasiyasında qədim insan məskəni olmuş Azıx mağarasında tapılan maddi sübutları ermənilərə aparıb bağlamaqla bu qondarma ölkənin tarixinin qədim olmasını dünyaya sübut etməyə cəhd edilir.
Bəs bu cəhdin qarşısı necə alınmalıdır? Təbii ki, burada birbaşa məsuliyyət hər il saxlanılmasına və iş fəaliyyətinə dövlət büdcəsindən milyonlar ayrılan və xərclənən Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitunun üzərinə düşür. İnstitutun direktoru Maisə Rəhimovanın isə başı neçə illərdir işçiləri ilə dava-şivənə qarışıb. Azərbaycanın məşhur В«CırtdanВ» nağılının qəhrəmanlarının В«Div: Kim yatıb, kim oyaq? Cırtdan: Hamı yatıb, Cırtdan oyaqВ» deyişməsindəki kimi, Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitunda iş görməlilər də yatdığından ermənilər oyaqda, tariximizi öz adlarına çıxmaqdadır…
***
...Artıq neçə vaxtdır ki, ermənilər Azıx mağarasında qanunsuz qazıntı aparırlar. Düşmən ölkə hələ 1999-2001-ci illərdə Azıxda qanunsuz olaraq həyata keçirilən bu qazıntılara maliyyə vəsaitini isə Avropa fondlarını cəlb etməklə əldə edib. Qanunsuz qazıntılara British Airways/ British Mediterranean Airways, London Universitetinin Arxeologiya İnstitutu, The Harold Hyam Wingate Trust Fondu, İspaniyanın elm və Texnologiya Nazirliyi, The Royal Society maliyyə dəstəyi ayırıb. Bu məsələlərə etiraz səsini qaldıranda isə AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitunun elmi işçisi Səbuhi Hüseynov təzyiqlərə məruz qalıb. Ermənilər tərəfindən yox, qəribə də olsa, özünün çalışdığı institutun rəhbərliyi tərəfindən. «…İnstitut rəhbərliyinin öz məsuliyyətini dərk etməsi üçün Azıxda ermənilər tərəfindən aparılan qanunsuz qazıntıların əsl mahiyyətini, bu hadisədən xəbərsiz olan institut rəhbərliyinin diqqətinə çatdırmağı özümə borc bilirəm. Azıx mağarasının dünyanın ən qədim insan məskənlərindən olması faktını Azərbaycanda demək olar ki, bilməyən yoxdur. Qarabağın Quruçay dərəsində yerləşən bu abidə inzibati cəhətdən Xocavənd ərazisinə düşür. Mağara 1960-cı ildə Məmmədəli Hüseynovun rəhbərliyi ilə AMEA-nın “Paleolit Arxeoloji Ekspedisiyası” tərəfindən aşkar edildi. Daha sonra 1968-ci ildə buradan tapılan və sonra elmi ədəbiyyata Azıx adamı kimi düşən çənə sümüyü bu abidəni dünyaya da tanıtdı. Hətta sovet dövründə də bütün bu sahənin alimlərinin diqqət mərkəzində olduВ», -deyən Səbuhi Hüseynov həyəcan təbili çalsa da, səsinə səs verən olmayıb. Əksinə, ermənilər bu işə əməlli-başlı vəsait və güc qoyublar, təkrar edirik, dünyaya sübut etmək istəyirlər ki, Azıx mağarasında tapılan həmin o çənə sümüyü erməni çənəsidir… Ay sizi…

Bəs Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitunda niyə susurlar?

Məlumat üçün deyək ki, 2008-ci ildə Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi Azıx mağarasında qazıntıların qanunsuz olmasını və “Silahlı münaqişə zamanı mədəni dəyərlərin saxlanması haqqında” Haaqa Konvensiyasına, “Arxeoloji dəyərlərin qorunması haqqında” Avropa Konvensiyası, YUNESKO-nun “Ümumdünya mədəni və təbii irsin qorunması haqqında” Konvensiyasına zidd olduğunu rəsmən bəyan etdi, beynəlxalq təşkilatlara məlumatlar verildi. Amma ermənilər bütün bu cəhdlərimizə baxmayaraq inadkarlıq etdilər. Hətta 2015-ci ildə Azıxda qazıntı aparmış ekspedisiyanın üzvlərindən biri müsahibəsində demişdi ki, Azıx qazıntıları haqqında yekun bir kitab-toplu da çap olunacaq. В«Bu, kitabdan çox hesabat xarakterli toplu idi. Hesabat “Azokh Cave and the Transcaucasian Corridor – 2016” adlanacaqdı. 2015-ci ildə mənim Arxeologiya və Etnoqrafiya İnstitutunun elmi şurasında bu qazıntı barədə çıxışım da oldu. Çıxışımda belə bir toplunun hazırlandığı barədə bizim arxeoloqlara da məlumat verdim. Bu mətbuatda da o zaman çıxışım haqqında məlumatlar getdi. Təəssüf ki, həmişə kimi bizim institut yenə bu məsələlərə əhəmiyyət vermədiВ», -deyə mətbuatda açıqlama verən Səbuhi Hüseynov yenə də ortada tək qalır, hətta institutun direktorunun В«qara siyahısıВ»na düşür. Amma xoşbəxtlikdən bu dəfə məsələyə hüquqi müstəvidə yanaşılır və Azərbaycanın Baş Prokurorluğu ermənilərin işğal etdikləri ərazilərdə olan Dağlıq Qarabağdakı Azıx mağarasında tədqiqatlar aparan Ermənistan Milli Elmlər Akademiyasının Molekulyar Biologiya İnstitutunun əməkdaşı Levon Yepiskoposyan, İspaniyanın Milli Təbiət Elmi Muzeyinin tədqiqatçısı Yolanda Fernandes Xalvo (Yolanda Fernandez-Jalvo), Böyük Britaniyanın Blanford Muzeyinin “Azox layihəsi”nin direktoru Tanya Kinq və Londonda Təbiət Tarixi Muzeyinin elmi işçisi Piter Endryusun 2002-ci ildən etibarən işğal edilmiş ərazilərimizdə yerləşən Azıx mağarasında arxeoloji qazıntı işlərini həyata keçirmələrinə, İspaniyanın Milli Təbiət Muzeyi və həmin ölkənin Elm və Texnologiya Nazirliyi, Böyük Britaniyanın Qaluay Universiteti, “Armenian General Benevolent Union”un London filialının qazıntı işlərinə maliyyə və digər dəstək vermələrinə əsaslı şübhələr müəyyən edildiyindən, Azərbaycan Cinayət Məcəlləsinin müvafiq maddələrilə onların barəsində cinayət işi qaldırılır və interpol xətti ilə axtarışa verilir.
AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun elmi işçisi Səbuhi Hüseynov yenidən mətbuata açıqlama verir ki, «…Arxeologiya və Etnoqrafiya İnstitutu son dövrdə Qarabağda ermənilərin qanunsuz apardıqları arxeoloji qazıntılarına cavab olaraq hansısa son dövrün tədqiqatlarına dair qazıntı və ya tədbir görməyib. 2015-ci ildə cəmi 60 min manat dəyərində bir arxeoloji qazıntı ilə ermənilər bizə vurduğu zərbənin çəkisini təsəvvür etmək mümkün deyil. Bəs həmin dövrdə Azərbaycanda Arxeologiyaya maliyyəmi ayrılmırdı? Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev tərəfindən ölkədə Arxeoloji qazıntılara ayrılan maliyyə rəqəmlərinə baxsaq ermənilərin bu qazıntı məbləğindən 40 dəfə çox idi. Bəs nəticə?В».
Diqqət edin: ermənilər Qarabağdakı qanunsuz qazıntılarına xarici ölkələrin alimlərini cəlb edirlər. Xarici alimlər isə Azıx mağarası haqqında məlumatsızdırlar. Niyə??? Axı, yuxarıda dedik, 1960-cı ildə Məmmədəli Hüseynovun rəhbərliyi ilə AMEA-nın “Paleolit Arxeoloji Ekspedisiyası” tərəfindən Azıx mağarası aşkar edilib. Niyə sonralar bu barədə xarici dillərdə bir elmi-tarixi kitab nəşr edilməyib ki, dünya da Azıx mağarası barədə məlumatlı olaydı! Niyə???

В«TəzadlarВ» Maisə Rəhimovanın gizlətdiyi kitabı tapdı, amma…

В«TəzadlarВ»ın Araşdırma Qrupu bu məsələnin üzərində xeyli müddətdir çalışırdı, araşdırmalar aparmaqda idi. Məlum olur ki, elə 1960-cı ildə tanınmış alim-arxeoloq Məmmədəli Hüseynovun rəhbərliyi ilə AMEA-nın “Paleolit Arxeoloji Ekspedisiyası” tərəfindən Azıx mağarası aşkar ediləndən sonra araşdırmalar davam etdirilib. Bu araşdırmalara töhfə vermək üçün SSRİ Elmələr Akademiyasının aidiyyəti institutlarından olan çoxsaylı alimlər bölgəyə ezam edilib. O vaxt SSRİ rəhbərliyi və şəxsən Kreml üçün çox vacib idi dünyaya sübut edilsin ki, SSRİ ərazisində ən qədim insan məskəni olan belə bir mağara tapılıb (Azərbaycan isə o vaxt SSRİ-nin müttəfiq respublikalarından, tərkib hissəsindən biri idi). Odur ki, Azıx mağarasında arxeoloji qazıntılar və araşdırmalar sonadək davam etdirilib və nəhayət, dünyaya bəyan edilib ki, Azərbaycanın Qarabağ bölgəsində tapılmış Azıx mağarası həqiqətən də dünyanın ən qədim insan məskənlərindən olan bir yerdir.
***
…Ermənilər xeyli müddətdir Apropanın bir sıra ölkələrinin, o cümlədən Böyük Britaniya və İspaniya alimləri ilə birgə Azərbaycana məxsus Azıx mağarasında qeyri-qanuni araşdırmalar aparmaqdadır. Hətta 2016-cı ilin axırlarında həmin araşdırmaların В«nəticələrinəВ» həsr olunmuş ingilis dilində В«Azıx mağarası və Trans-Qafqaz dəhliziВ» adlı kitab-toplu da nəşr olunmuşdur. Kitabın müəlliflərindən biri, oraya daxil edilən saxta məqalələrdən bir neçəsinin müəllifi ermənidir. Digərləri isə, təbii ki, ermənilərin ruhuna və istəyinə uyğun məqalələrin müəllifləri ingilis və ispan mütəxəssisləridir. Halbuki, əvvəl dedik, Azıx mağarası üzrə yüksək səviyyəli kompleks tədqiqatlar hələ Sovet dövründə Azərbaycan və Rusiya alimləri tərəfindən aparılmışdır. Bu tədqiqatların nəticələrinə dair hələ 1985-ci ildə hazır olan 300 səhifəlik mətn və təqribən 100 tablodan ibarət В«Rehera Azıx-drevneyşaə stoənka çeloveka na territorii SSSRВ» (В«Azıx mağarası-SSRİ ərazisində ən qədim insan məskəniВ») adlı olduqca samballı bir kitab hazırlanmış, amma bu günədək çap olunmamışdır. Nəhayət, 1994-cü ildə professor Məmmədəli Hüseynovun vəfatından sonra yeganə nüsxədən ibarət bu kitab AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun (bu institutut 1993-cü ildən fəaliyyət göstərir) В«Daş dövrü arxeologiyasıВ» şöbəsində saxlanılmaqdadır.
Azıx mağarasının AMEA-nın Arxeologiya İnstitutunda gizlədilən tarixi

Maisə Rəhimova kimlərin tapşırığı ilə bu kitabın nəşrinə səy göstərmir?

…Sonra da deyirik ki, ermənilər bunu etdi, onu saxtalaşdırdı… Biz olan tariximizi В«bir daş altdan, bir daş üstdənВ» düşmənçiliyi ilə dondururuq, düşmən də öz işini görürür.
Qəribədir ki, bu günə kimi həmin kitabın çapına imkan verilməmişdir. Halbuki Azıxla bağlı Azərbaycan və rus alimlərinin birlikdə apardıqları kompleks tədqiqatların nəticələri vaxtında çap edilərdisə, ermənilərin sonralar Azıxda aparmış olduqları qanunsuz araşdırmalar elə ilk gündən aktuallığını itirərdi. Və Avropa alimləri onların heç dəvətini belə qəbul etməzdi. Əfsuslar olsun, ötən illər ərzində AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun rəhbərliyi, bu sırada Maisə Rəhimova belə bir vacib elmi əsərin çapına maraq göstərməmişdir. Niyə? Baxmayaraq ki, bir neçə dəfə həmin əsərin nəşri məsələsi ayrı-ayrı əməkdaşlar tərəfindən, hətta institutun Elmi Şura iclası səviyyəsində qaldırılsa da direktor Maisə Rəhimova nədənsə sona qədər dirəniş göstərmişdir. Bəs nə vaxta kimi?

Sual yaranır: biz tariximizi-mədəniyyətimizi xarici düşmənlərdən qoruyaq, yoxsa, daxili düşmənlərdən?!

В«TəzadlarВ» toplanılmış sənədləri Azərbaycanın 1-ci vitse-Prezidenti Mehriban xanım Əliyevaya göndərərək bu məsələyə müdaxilə edilməsini və Maisə Rəhimovanın üzə çıxartmaq istəmədiyi В«Rehera Azıx-drevneyşaə stoənka çeloveka na territorii SSSRВ» (В«Azıx mağarası-SSRİ ərazisində ən qədim insan məskəniВ») kitabın Azərbaycan, ingilis və rus dillərində çapına, eləcə də dünyanın bir çox ölkələrində təqdimatına kömək edilməsini xahiş edəcək. Bu işdə Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzinin rəhbərliyinin də dəstəyinə ümid edirik.








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Aqrarkredit”in 1,2 milyonluq villası hərraca çıxarılır – FOTOLAR
Dünən, 18:17
"Dərmanların qiymətini Tarif Şurası deyil, bazar müəyyən etməlidir" - Adil Qeybulladan ETİRAZ
Dünən, 18:02
Nənə və nəvələri maşınla vuraraq hadisə yerindən qaçan sürücü azadlığa buraxıldı - TƏFƏRRÜAT
Dünən, 17:53
Elmar Vəliyevlə əlaqələndirilən “Gəncə Bazar Ticarət Mərkəzi” satışa çıxarıldı - BU QİYMƏTƏ...
Dünən, 17:51
“Payızda müharibə olacaq” - Karapetyan
Dünən, 17:49
Azərbaycanlı model məhkəməni uddu
Dünən, 17:35
Bakıda makler ev yiyəsini görün necə aldatdı – İnanılmaz olay
Dünən, 17:31
"Hər kəs bilsin ki, belə şəxslərə güvənmək olmaz..." - ETİRAZ VAR...
Dünən, 17:27
ABŞ Yaxın Şərq üzərindən Ermənistanı “vurur”: - Cənubi Qafqazda yeni “savaş poliqonu” yaranır
Dünən, 17:18
Şirkətlər “Expressbank“dan pullarını geri çəkdi - SƏBƏB
Dünən, 16:53
Sosial müavinət və işə düzəltmək vədi ilə 45 min manatlıq dələduzluq - TƏFƏRRÜAT
Dünən, 16:47
"Azərbaycan Dəmir Yolları"na 760 manat ziyan vuran şəxslər cəzalandırıldı
Dünən, 16:45
"Avropa İttifaqında Rusiyaya qarşı yeni sanksiyalar ətrafında fikir ayrılığı dərinləşir" - "Financial Times"
Dünən, 16:32
BU DA BAKIYA “DƏRS KEÇMƏYƏ” QALXDI... - Nə səviyyəsi, nə də başı üçün deyil
Dünən, 16:29
Üç azərbaycanlı Ermənistanda şirkət açıb - SİYAHI
Dünən, 16:02
Paşinyanın daha bir rəqibinin toxunulmazlığı ləğv olundu - KİV
Dünən, 16:01
Kreml Rusiya və Almaniya nümayəndələrinin Bakıda görüş keçirməsi barədə məlumatlı deyil - AÇIQLAMA
Dünən, 15:50
Bizə Rusiyadan niyə DOST OLMAZ... - ÇÜNKİ...
Dünən, 15:46
Yeni geosiyasi reallıq: Diqtə edən tərəf Bakıdır - İNCƏLƏMƏ
Dünən, 15:41
İran təslim olmadı, ABŞ planını dəyişdi - ŞƏRH
Dünən, 15:39
Rüfət Əhmədzadənin meyiti aşkarlandı
Dünən, 15:32
Tehran ABŞ-la sazişin bərpası imkanını qoruyub saxlayır - İRNA
Dünən, 15:30
Xaricdən gətirilən armaturlardan gömrük rüsumu tutulması – EVLƏRİ BAHALAŞDIRACAQ
Dünən, 15:24
“Azərbaycan jurnalistikasının qarşısında böyük imkanlarla yanaşı, böyük məsuliyyət də dayanır” - Günay Əfəndiyeva
Dünən, 13:58
Moskva və Ankara "Mavi axın"a edilən hücumları qapalı rejimdə müzakirə edir
Dünən, 13:15
Ağdamda xəstəxana tikintisinin davamına daha 16 milyon sərf olunacağı proqnozlaşdırılıb
Dünən, 13:03
“Qaçqınkom” bizi köçürmür, hər an bu divar uşaqların üstünə uça bilər” - NARAZILIQ VAR...
Dünən, 12:58
Özəlin açıqlamasından sonra 400 min nəfər istefa verdi... – CHP-də “siyasi zəlzələ”
Dünən, 12:55
Zəngəzurdan Moskvaya ZƏRBƏ – Sokolov kimin adamıdır?
Dünən, 12:49
"Arzum" ləqəbli bloqer ev dustaqlığına buraxılıb - QƏRAR
Dünən, 12:45
Çağrılmamış qonaqlar... - Bu, çox ciddi məsələdir...
Dünən, 12:43
Mülayim şərq küləyi əsəcək - belə deyirlər...
Dünən, 12:39
AZAL media nümayəndələri üçün intellektual yarış təşkil etdi - Fotolar, VİDEO
Dünən, 12:37
Bakıda Bakıdan xəbərsiz MƏXFİ görüş – Əliyev də ondan danışdı...
Dünən, 12:18
FHN-nin Dövlət Ekspertiza Baş İdarəsindən şübhəli müqavilələr – Milyon yarım manat haralara gedir
Dünən, 12:16
“Tofiq Mirzəyev Bakıda dəfn olunmağı arzulayırdı” - Fərhad Xəlilov
Dünən, 12:12
Onlar görəvdən ALINDI - FOTO
Dünən, 12:11
Ermənistanda Müdafiə Nazirliyinin vəzifəli şəxsi dizel yanacağını mənimsəməkdə ittiham olunur - KİV
Dünən, 11:49
"2 ildir su artezian quyusunun mühərriki işləmir..." - NARAZILIQ VAR...
Dünən, 11:42
“Bir Ecosystem”də YENİ TƏYİNAT - BUNDAN SONRA...
Dünən, 11:36
Bakı Berlinə yaxınlaşır: Mühüm səfərin pərdəarxası - İNCƏLƏMƏ
Dünən, 11:25
Paşinyanın referendum XOFU - ŞƏRH
Dünən, 11:13
Arzumun növbəti məhkəməsidir: Amalın xanımı hökmdən narazıdır - TƏFƏRRÜAT
Dünən, 11:02
İrəvanın “Made in USA” niyyəti - Bakının reaksiyası...
Dünən, 10:59
Dövlət qayğısı milli mətbuatın inkişafının əsas təməlidir - MƏQALƏ
Dünən, 10:51
Elnarə Abdullayeva qardaşının ölümündən danışdı: - "63 yaş nədir ki..."
Dünən, 10:50
"`AzəriQaz` veteranın 37,50 manat ezamiyyə puluna göz dikib?" - GİLEY
Dünən, 10:43
“Dilarə mənə gəlin yox, qız oldu, Oqtayı güc-bəla ilə razı saldıq ki...” - Səhhətində problem yaranan Xalq artisti
Dünən, 10:32
Qanunsuz tikilinin qarşısını almaq istəyən məmurlara əsa ilə hücum etdilər – MƏHKƏMƏ
Dünən, 10:30
İlham Əliyevdən şok açıqlama: Bakıda keçirilən rus-alman görüşünü ondan kim və niyə gizlədib? - İLGİNC
Dünən, 10:22
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru