Bakı Şəhər Heyvanat Parkı heyvanlar üçün yem və qida alır .....                     Neftçala şəhər bələdiyyəsinin özbaşınalığı və... .....                     Turizm Agentliyi soslai mediaya reklam üçün 2.5 milyon ayırıb .....                     Dünyada kəskin qarşıdurma dövrü tədricən başqa mərhələ ilə əvəzlənir .....                     Yollardakı "tor": Sürücü maşın sürsün, yoxsa xətt ayırsın? .....                     Moskva Bakı və İrəvana sülh müqaviləsinin Rusiyada imzalanmasını təklif etdi .....                     Gərəkməzli İŞDƏN ATILDI... .....                     Rubionun mesajı aydındır: .....                     “Qala Həyat”ın rəhbərliyində təyinat olub .....                     "Payonix" BOKT-un zərəri 8 dəfəyə yaxın artıb .....                     Fransa casusluq işi ilə bağlı Gürcüstandan iki kəşfiyyat zabitini geri çağırıb .....                     İdarəetmənin inkişafı dedikdə yəqin ki, məhz buna deyirlər... .....                     Rusiya Azərbaycanla münasibətlərin inkişafına hədəflənib .....                     Fənərbağça prezidenti həbs edilib .....                     Bu gün Allahın ətəyindən yapışmalı olan bir xalq var... O DA ERMƏNİLƏRDİR! .....                     Tonoyan onları "SATDI" .....                     Xoşqədəmdən sərt sözlər: .....                     Göz yaşları niyə duzludur? .....                     Hansı rayonda nə qədər yeni iş yeri açılıb? .....                     "Nəslimizdə təkcə biznes adamı .....                     Bakıda 34 yaşlı aşpazdan məktəbli qıza qarşı nalayiq hərəkət .....                     Rusiya Azərbaycanla bağlı yeni mesaj verdi .....                     Şuşaya gedən turistlər öz evlərində qalıblar .....                     6-cı ildir ki, doğum gününü həbsdə keçirir .....                     “Premium Bank”da mühüm rəhbər vəzifələrdən birini tutan şəxs postunu tərk edib .....                     Xomeyninin ölüm ildönümü mərasimi: .....                     “Azərşəkər”ə əlavə 3.8 milyon manat maya qoyuldu .....                     Ermənistana 50 milyon avro ayrılacaq .....                     Perinatal Mərkəzin sabiq direktoru Mehriban Abasquliyeva məhkəmə zalında həbs edilib .....                     “Unibank” qadın müştərisi ilə MƏHKƏMƏDƏ .....                     "Narkotikin sonu üç yerdə bitir .....                     Karapetyan Paşinyanla söhbətini açdı: İLK DƏFƏ... .....                     Kollec təhsilli musiqi müəllimlərinə qadağa qoyulub? .....                     Azərbaycan və Aİ yeni nə razılığa gəliblər? .....                     "Qadınlar muğamı daha incə ifa edir, kişilər isə..." .....                     Yaxın Şərqdə KRİTİK ANLAŞMA .....                     “Sponsor olmasa futbolda vəziyyət ağır olacaq, .....                     Bakıda qadın evə sərxoş vəziyyətdə gələn ərinə qapını açmadığına görə döyüldü .....                     Çin Azərbaycanda avtomobil inqilabı hazırlayır? .....                     Misir SOCAR-ı öz bazarında iştirakını genişləndirməyə dəvət edib .....                 

Rauf Vəliyevin ayağındakı KORRUPSİYA - İTTİHAM
Tarix: 5-11-2018, 09:30 | Çap et
Rauf Vəliyevin ayağındakı KORRUPSİYA
Məlum olduğu kimi, 2013-cil oktyabrın 22-də Xəzər Dəniz Gəmiçiliyi və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Xəzər Dəniz Neft Donanmasını ləğv edərək, onların əsasında “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti yaradılıb. Elə eyni vaxtda Xəzər Dəniz Gəmiçiliyinin rəisi Aydın Bəşirov işdən çıxarılaraq, yeni yaradılan “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-yə sədr isə Rauf Göyüş oğlu Vəliyev təyin edilib. Bildirək ki, ötən müddət ərzində həm “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC, həm də qurumun sədri Rauf Vəliyevlə bağlı mediada müxtəlif iddialar səsləndirilib. Bununla bağlı cumhuriyyet.az olaraq mediada yer alan məlumatları olduğu kimi diqqətinizə çatdırırıq.

Rauf Vəliyev kimin adamıdır, Mikayıl İsmayılov faktoru, yoxsa?…

Bildirək ki, son təyinatına qədər Rauf Vəliyev ölkə ictimaiyyətinə tanış olmayan sima sayıla bilrdi. “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin yeni sədri əvəllər Azərbaycan Respublikası Dövlət Neft Şirkəti sistemində çalışıb. Rauf Vəliyev bu təyinatadək ARDNŞ-nin Nəqliyyat İdarəsinin rəisi vəzifəsində çalışıb. Elə bu baxımdan da onun Rövnəq Abdullayevə yaxın şəxs olduğu iddia edilir. Həmçinin bildirilir ki, Ilham Əliyevin bu təyinatı ilə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Rövnəq Abdullayevin nəzarətinə keçib. Hətta bu məsələyə görə fövqəladə hallar naziri Kəmaləddin Heydərovla Rövnəq Abdullayevin arasında münasibətlərin kəskinləşdiyi barədə məlumatlar yayılıb. Qeyd edək ki, Xəzər Dəniz Gəmiçiliyi Idarəsinin keçmiş rəisi Aydın Bəşirov Kəmaləddin Heydərova yaxınlığı ilə seçilən şəxs olub. Amma cumhuriyyet.az olaraq mediada yer alan məlumatlara əsasən deyə bilərik ki, bu yalnız görüntü xarakteri daşıyır. R. Vəliyev əslində Dövlət Neft Şirkətinin (ARDNŞ) vitse-prezidenti Mikayıl İsmayılovun dəstəyi ilə uzun müddət ARDNŞ-də mühüm postlarda təmsil olunub: В«Belə ki, o, 2006-2007-ci illərdə Dövlət Neft Şirkətinin aparatında Donanma ilə iş üzrə şöbə rəisi, 2007-2013-cü illərdə ARDNŞ-nin baş ofisində Nəqliyyat İdarəsinin rəisi vəzifələrində çalışıb. Deyilənlərə görə, Mikayıl İsmayılovun adamı kimi xarakterizə olunan Rauf Vəliyevin “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”nin sədri vəzifəsinə gətirilməsində də Dövlət Neft Şirkətinin vitse-prezidentinin müstəsna xidmətləri olub. Mediada yer alan başqa bir məlumata görə , Rauf Vəliyev Azərbaycan hakimiyyətində təmsil olunan səlahiyyətli şəxslərdən birinin qohumudur. Məlumatda bildirilir ki, o, Milli Məclisin sədr müavini Valeh Ələsgərovun kürəkənidir. Onun bu posta gəlməsində bu amilin də rol oynadığı bildirilir. Yeri gəlmişkən, Valeh Ələsgərov da əvvəllər ARDNŞ-də idarə rəisi vəzifəsində çalışıb.

Gəmilərdən və tankerlərdən qazanılan aylıq vəsaitlər yüz minlərlə ölçülür…

“Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sədri Rauf Vəliyev zaman-zaman mətbuatın hədəfinə gəlsə də iş prinsipində dəyişiklik etmək fikrində olmadığını israrla nümayiş etdirir. Rəhbərlik etdiyi qurumu rüşvət və korrupsiya yuvasına çevirən QSC sədri heç nəyə və heç kimə məhəl qoymadan oxşar davranışlarını bu gün də davam etdirməkdədir. Mətbuatda yazılanlara biganə münasibəti ilə seçilən Rauf Vəliyevin son vaxtlar ciddi narahatçılıq keçirdiyi haqda məlumatlar dolaşır. Bununla bağlı cumhuriyyet.az olaraq bildirək ki, neçə illərdir “Xəzər Dəniz Gəmiçiliyi” QSC kimi iqtisadi baxımdan çox gəlirli sahəyə rəhbərlik edən Rauf Vəliyevin korrupsiya şəbəkəsi yaradaraq mənimsədiyi pullar yuxarı dairələrin də diqqətindən yayınmayıb. Hətta bununla bağlı ona ciddi iradların bildirildiyi də iddia olunur. Bütün bunlara baxmayaraq QSC sədri hələ ki, postunda oturmaqda davam edir. Məlumata görə R.Vəliyevin hər ay nəzarətindəki gəmilərdən 20-30 min manat civarında gəliri var. Bu mənfəət qeyri-rəsmi qazancdır və nə qurumun fonduna, nə dövlət büdcəsinə, nə vergiyə çatır. R.Vəliyev aylıq gəlirindən nə deklorasiya verir, nə vergi ödənişi edir. Onun gəmi biznesində müavinlərinin də xüsusi və müstəsna rolunu qeyd etmək lazımdır. Əslində müavinlər onlara çatacaq “paket”lə kifayətlənərək susurlar. Gəlirin böyük faizi məhz Rauf Vəliyevə çatır. “Yuxarılar”la anlaşmağın zəruri olduğunu müavinlərin diqqətinə çatdıran QSC sədri məharətlə çirkli pulların böyük bir qisminə nəzarəti həyata keçirir. Gəmilərin və tankerlərin təmiri adı altında milyonlarla vəsaitin mənimsənildiyi barədə daxil olan informasiyalar isə daha ciddi qanun pozuntularından və korrupsiyadan xəbər verir. Əldə etdiyimiz məlumatlara görə mənimsənilən milyonların qarşılığında gəmi və tankerlərə texniki xidmət demək olar ki, həyata keçirilmir. Məhz buna görə də, tez-tez Xəzər Dəniz Gəmiçiliyinə aid gəmi və tankerlərdə texniki nasazlıqlar baş verir.

Xəzərin dalğalarında Panamaya qədər gedib çıxan Rauf Vəliyev

Daha bir məlumat isə Rauf Vəliyevin topladığı çirkli pulların ofşor zonalara transfer edilməsi ilə bağlıdır. Beynəlxalq Araşdırmaçı Jurnalistlər Konsorsiumunun dərc etdiyi siyahıda Rauf Vəliyevin adının çəkilməsi heç də təsadüfi deyil. Qeyd olunur ki, Bakı şəhəri, Bəşir Nuriyev 77 ünvanında qeydiyyatda olan R.Vəliyev 16 noyabr 2000-ci ildə İsveçrənin Cenevrə şəhərində Braxon Group S.A şirkətini yaradan dörd şəxsdən biri olub.(vizual)Daha sonra şirkət Britaniya Virgin adalarında fəaliyyətini davam etdirib. Şirkətin son 16 ildə hansı əməliyyatlar keçirməsi və dövriyyəsi barədə gələcək araşdırmalarımızda məlumat verməyə çalışacağıq. Ümumiyyətlə oliqarxa çevrilən Rauf Vəliyevin topladığı pulların xaricdə müəyyən işlərə yatırması barədə məlumatlar da diqqət çəkir. Elə Azərbaycanda da lüks həyat keçirən Rauf Vəliyevin sərhədlərimizdən kənara meyl etməsi düşündürücü faktordur.

Müəmmalı kadr siyasəti

Neçə illərdir ki, Xəzər Dəniz Gəmiçiliyində “saç ağardan” təcrübəli və savadlı kadrlar Rauf Vəliyevin idarəçiliyindən boğaza yığıldıqlarını bəyan edirlər. Onların sözlərinə görə vəziyyət o həddə çatıb ki, həmin kadrlar ölkəni tərk etmək məcburiyyətində qalaraq digər dövlətlərin bayrağı altında çalışmağa üstünlük verirlər. Kadrların kütləvi şəkildə ölkəni tərk etməsinin aldıqları cüzi maaşla heç bir əlaqəsi yoxdur. Onlar Rauf Vəliyevin və onun səriştəsiz komandasının heç bir əndazəyə sığmayan idarəçilik metodundan boğaza yığılaraq iş yerlərini birdəfəlik tərk edirlər. Gəmilərdə vəzifədən vəzifəyə təyin etmə prosesi Rauf Vəliyev tərəfindən təyin olunmuş qrupun nəzarəti altında həyata keçirilir. Həmin qrup isə dənizçilərin “dərisini soymaqla” məşğuldur. Məsələn, akademiyanı bitirən məzunlar ilk olaraq motorist kimi gəmilərə təyin edilirlər. 6 aydan sonra növbə mexaniki vəzifəsinə gəlmək üçün isə həmin motorist 1500-2000 manat rüşvət verməli olur. Ikinci mexanik keçmək üçün 2000-2500 manat “tərləməli” olan məzunlar baş mexanikliyə 3000 manat rüşvət vermək zorunda qalırlar. Baş verən haqsızlığa və özbaşınalığa dözməyən savadlı və təcrübəli dənizçilərin ölkəni tərk etməsi sonda ciddi kadr çatışmazlığı problemini yaradıb. Aparılan kadr siyasəti ilə bağlı cumhuriyyet.az olaraq mediada yer alan məlumatlara istinadən bildirək ki, QSC-nin rəhbər postlarında çalışan şəxslərin əksəriyyəti “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”nin sədri Rauf Vəliyevin yaxın adamlarıdır. Misal kimi, onun birinci müavini Zamiq İsmayılovu, müavini Nəzrəddin Əhmədzadəni, eyni zamanda Azərbaycan Dövlət Dəniz Akademiyasının rektoru Çingiz Əliyevi, Dəniz Nəqliyyatı Donanmasının rəisi Emin Nəzərovu, Xəzər Dəniz Neft Donanmasının rəisi İsrail Bayramovu, “Bibiheybət” Gəmi Təmiri Zavodunun direktoru Nəsib Qəhrəmanovu, В«ZığВ» Gəmi Təmiri Zavodunun direktoru Rəfail Mikayılovu, İstehsalat Xidmətləri İdarəsinin rəisi Faiq Xəlilovu, Sosial İnkişaf İdarəsinin rəisi Namiq Nurməmmədovu göstərmək olar. Deyilənlərə görə, adıçəkilən şəxslər Azərbaycan Xəzər Dəniz GəmiçiliyiВ»nin sədri Rauf Vəliyevin yaxın adamlarıdır və o, bir sıra məsələləri məhz onların yardımları ilə yoluna qoyur. Təbii, bu zaman hər bir tərəfin maraqları yetərincə nəzərə alınır. Bildirək ki, Zamiq İsmayılov gənc kadr olmasına baxmayaraq, yuxarı eşalonda vaxtilə yüksək əlaqələrə malik olub. Onun xüsusi xidmət orqanlarında, özəliklə də məlum generalitet həbslərinə qədər təhlükəsizlik orqanlarında mühüm əlaqələri var imiş. Məsələnin maraqlı tərəfi ondadır ki, o, məlum həbslərdən sonra da dayaqlarını itirməyib. Yəni hələ də onu müdafiə edən qüvvələr mövcuddur. Sədrin digər müavini Nəzrəddin Əhmədzadə isə daha çox sahib olduğu geniş biznes şəbəkəsi ilə diqqət cəlb edir.

İşə düzəlmək üçün 5 min manat

“Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətində işə düzəlmək üçün məndən 5000 dollar rüşvət istədilər”. Bu iddia Sumqayıt şəhəri, 41-ci məhəllə, ev 1a, mənzil 40-da yaşayan Fariz Həsənovun prezident İlham Əliyevə və xanımı Mehriba Əliyevaya ünvanladığı müraciətdəndir. Fariz Həsənov müraciətin bir surətini də mediaya göndərib. Şikayətçi yazır ki, “Xəzər Dəniz Gəmiçiliyi” QSC-də işə düzə bilmədiyinə görə xarici şirkətlərə üz tutut. Bir neçə il xarici şirkətlərdə cüzi maaşa işləyib. Lakin sonradan ixtisara düşüb: “2 ildir ki, işsizəm. Bu 2 ildə ailəm dağıldı. Təbii ki, aclığa, ehtiyaca görə. İşsiz olduğuma görə aliment verə bilmirəm. Məhkəmə isə buna görə həbs cəzası verməyə hazırlaşır. Cənab prezident, mən cinayətkar deyiləm. Sadəcə sizin də dəfələrlə müşavirələrdə barmaq silkələdiyiniz xalqı vecinə almayan məmurların qurbanıyam. Təsəvvür edin, “Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sədri Rauf Vəliyevin qəbulunda olmuşam. O, mənə söz verdi ki, arxayın ol, səni işə götürəcəyik. Hətta bununla bağlı Kadrlar İdarəsinin rəisi Sevda Məmmədovaya da göstəriş verdi. Amma Sevda Məmmədova mənə deyir ki, matros işləmək üçün ali savad lazımdır. Mənim ali savadım olsaydı matros niyə işləyirdim ki? Mən dənizçilik peşə məktəbini bitirmişəm. Matros işləmək üçün bu kifayətdir. Siz heç universitet, yaxud akademiya bitirib matros işləmək istəyən görmüsünüzmü? Sevda Məmmədova məni işə götürməmək üçün belə absurd fikirlər səsləndirir. Mənə deyir ki, “işə mən götürmürəm, get sədrin yanına”. Axı sədr özü ona mənim yanımda göstəriş verib. Görünür, bu idarədə subardinasiya tərsinədir. Yəni, kadrlar idarəsini rəisi sədrə, sədr ona tabedir. Mümkündür, əgər, bu idarənin səlahiyyətli şəxsi matros işləmək üçün ali savadın vacib olduğunu deyirsə, o zaman niyə sədr tabeliyində olan şəxsə tabe olmasın ki? Əslində məsələ belədir ki, bu idarədə işə düzəlmək üçün tanışın olmalıdır və müəyyən şərtləri yerinə yetirməlisən. Mənim tanışım yoxdur, pulum da yoxdur. İndi mən acından ölməliyəm?! Mən 15 il ən müxtəlif gəmilərdə işləmişəm. Bosmanlığa qədər yüksəlmişəm. İşimdə heç vaxt nöqsan olmayıb. Amma mənim kimi kadra burada iş tapılmır. Cənab prezident, faktiki olaraq ailəmə ruzi qazanmağa imkan vermirlər. Onların balaları toxdur, ona görə ac uşaqlardan xəbəri yoxdur. Cənab prezident, Mehriban xanım, dəfələrlə anam da, mən də sizə məktub yazıb bu problemin həlli ilə bağlı kömək istəmişik! Siz də kömək etməsəniz, o zaman mən nə edim?”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bakı Şəhər Heyvanat Parkı heyvanlar üçün yem və qida alır – 300 min manata yaxın vəsait xərcləyəcək
Bu gün, 17:47
Neftçala şəhər bələdiyyəsinin özbaşınalığı və... - Bakının qanunsuzluq qarşısında susqunluğu...
Bu gün, 17:43
Turizm Agentliyi soslai mediaya reklam üçün 2.5 milyon ayırıb
Bu gün, 17:37
Dünyada kəskin qarşıdurma dövrü tədricən başqa mərhələ ilə əvəzlənir - Sərdar Cəlaloğlu
Bu gün, 17:36
Yollardakı "tor": Sürücü maşın sürsün, yoxsa xətt ayırsın? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 17:31
Moskva Bakı və İrəvana sülh müqaviləsinin Rusiyada imzalanmasını təklif etdi - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 17:28
Gərəkməzli İŞDƏN ATILDI... - ONUN YERİNƏ İSƏ...
Bu gün, 17:24
Rubionun mesajı aydındır: - Cənubi Qafqaz daha qarşıdurma zonası olmayacaq
Bu gün, 17:23
“Qala Həyat”ın rəhbərliyində təyinat olub - BUNDAN SONRA...
Bu gün, 17:21
"Payonix" BOKT-un zərəri 8 dəfəyə yaxın artıb
Bu gün, 17:19
Fransa casusluq işi ilə bağlı Gürcüstandan iki kəşfiyyat zabitini geri çağırıb
Bu gün, 17:18
İdarəetmənin inkişafı dedikdə yəqin ki, məhz buna deyirlər... - BU NƏDİ BELƏ?
Bu gün, 17:14
Rusiya Azərbaycanla münasibətlərin inkişafına hədəflənib - Qaluzin BELƏ DEYİR...
Bu gün, 17:05
Fənərbağça prezidenti həbs edilib
Bu gün, 17:03
Bu gün Allahın ətəyindən yapışmalı olan bir xalq var... O DA ERMƏNİLƏRDİR! - HƏQİQƏTƏN DƏ...
Bu gün, 17:01
Tonoyan onları "SATDI" - Köçəryan, Sərkisyan və Karapetyan HƏBS EDİLƏCƏK
Bu gün, 16:57
Xoşqədəmdən sərt sözlər: - “Belə insanlarla əlaqəni kəsmək lazımdır”
Bu gün, 16:54
Göz yaşları niyə duzludur? - CAVAB
Bu gün, 16:50
Hansı rayonda nə qədər yeni iş yeri açılıb? - SİYAHI
Bu gün, 16:48
"Nəslimizdə təkcə biznes adamı MƏNƏM"
Bu gün, 16:46
Bakıda 34 yaşlı aşpazdan məktəbli qıza qarşı nalayiq hərəkət - TƏFƏRRÜAT
Bu gün, 16:45
Rusiya Azərbaycanla bağlı yeni mesaj verdi - İLGİNC
Bu gün, 16:41
Şuşaya gedən turistlər öz evlərində qalıblar - HESABAT
Bu gün, 15:51
6-cı ildir ki, doğum gününü həbsdə keçirir - BU GÜN İSƏ...
Bu gün, 15:49
“Premium Bank”da mühüm rəhbər vəzifələrdən birini tutan şəxs postunu tərk edib - DETALLAR
Bu gün, 15:45
Xomeyninin ölüm ildönümü mərasimi: - Xamenei və Pezeşkian qatılmadı
Bu gün, 15:43
“Azərşəkər”ə əlavə 3.8 milyon manat maya qoyuldu
Bu gün, 15:41
Ermənistana 50 milyon avro ayrılacaq
Bu gün, 15:39
Perinatal Mərkəzin sabiq direktoru Mehriban Abasquliyeva məhkəmə zalında həbs edilib - TƏFƏRRÜAT
Bu gün, 15:34
“Unibank” qadın müştərisi ilə MƏHKƏMƏDƏ - BU NƏDİ BELƏ?
Bu gün, 15:30
"Narkotikin sonu üç yerdə bitir – həbsxana, xəstəxana, qəbiristanlıq"
Bu gün, 15:21
Karapetyan Paşinyanla söhbətini açdı: İLK DƏFƏ... - “Müharibə Füzulidə bitərdi, əgər...”
Bu gün, 15:13
Kollec təhsilli musiqi müəllimlərinə qadağa qoyulub? – Rəsmi qurumdan açıqlama
Bu gün, 15:11
Azərbaycan və Aİ yeni nə razılığa gəliblər? – Bakıdan reaksiyalar
Bu gün, 13:12
"Qadınlar muğamı daha incə ifa edir, kişilər isə..." - Xalq artisti
Bu gün, 13:09
Yaxın Şərqdə KRİTİK ANLAŞMA – “İndi bütün iplər İranın əlindədir...”
Bu gün, 13:04
“Sponsor olmasa futbolda vəziyyət ağır olacaq, elə çətin xasiyyətli futbolçularla yola getmişəm ki...”
Bu gün, 13:02
Bakıda qadın evə sərxoş vəziyyətdə gələn ərinə qapını açmadığına görə döyüldü
Bu gün, 13:00
Çin Azərbaycanda avtomobil inqilabı hazırlayır? – Böyük imkanlar var, amma…
Bu gün, 12:53
Misir SOCAR-ı öz bazarında iştirakını genişləndirməyə dəvət edib
Bu gün, 12:50
Azərbaycanın ən yaşlı sakini 136 yaşında vəfat edib
Bu gün, 12:44
“Tamaşaçını şitliyə siz alışdırmısınız” – Azər Axşamın elə KADRLARINI yaydı ki...
Bu gün, 12:43
Azərbaycanda investsiya şirkətinin rəhbərliyinə təyinat olub - BUNDAN SONRA...
Bu gün, 12:40
Azərbaycanlı Ukrayna Silahlı Qüvvələrində yüksək vəzifəyə təyin edilib - FOTO
Bu gün, 12:32
Aldadıldığını deyən sahibkar... İFŞA OLUNDU! - SƏN DEMƏ...
Bu gün, 12:30
Qanunsuz məqsədlə verilən pul geri qaytarılmır - Ali Məhkəmə
Bu gün, 12:15
Səidə keçmişindən danışıb GÖZ YAŞI TÖKDÜ: - “O qızı çox incitdilər”
Bu gün, 12:10
Müstəntiq məhkəmədə dindiriləcək - “Arzum 9999”un İŞİ
Bu gün, 12:09
7 körpənin öldüyü yanğın işi – Hökm təxirə salınır?
Bu gün, 12:08
Əgər internet kəsilərsə: - İlk 72 saatda dünyada bunlar baş verər…
Bu gün, 12:06
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru