Lavrov və Rubio arasında görüş başlayıb .....                     Neftin qiyməti 96 dolları ötüb .....                     İlqar Məmmədov deputatı YIXIB-SÜRÜDÜ... .....                     Camaat qaz vurub qazan doldurur.... .....                     Rusiya da öz vətəndaşlarına SANKSİYA TƏTBİQ EDİR .....                     O andan sonra heç nə əvvəlki kimi olmur... .....                     Kamal müəllim Monteneqroya NİYƏ GETMİŞDİ? .....                     Qarşılayın: Karen Vardaryan... .....                     Saleh Məmmədovun oğurladığı PULLAR .....                     Bakcell “Asan Könüllüləri”nin 2-ci yay festivalının tərəfdaşı olub .....                     Tural Sadıqlı Bakıya gəlir: Onun bağışlanacaq əməlləri... .....                     ABŞ ordusunun İran və İraq arasındakı keçid məntəqəsinə hücumu nəticəsində .....                     215 minlik borcu olan "Akyol İnternational" MMC kimindir? .....                     Kinematoqrafçılar İttifaqında yenə ara qarışıb: Təşkilat bağlana bilər .....                     Ana Təbiətin NANKOR ÖVLADI: "Hacı Mazan" .....                     Bakı Neft Energetika Kollecinin vergi borcu üzə çıxdı .....                     "Gördüm vəziyyət daha da pisləşir, dərhal müalicəyə başladıq" .....                     ABŞ İrana qarşı hərbi əməliyyatları genişləndirməyə hazırlaşır .....                     Dövlət qurumu yarım milyonluq tenderi «İdeal Motors»a verdi .....                     İmişlidə suvarma suyu balıq hövzələrinə axır .....                     “Sədərək” və “Binə” bağlana bilər .....                     Binəqədinin sabiq bələdiyyə sədrləri məhşər ayağına çəkilə bilər... .....                     Fransada istilər minlərlə insanın ölümünə səbəb olub .....                     “Aqrarkredit”in 1,2 milyonluq villası hərraca çıxarılır .....                     "Dərmanların qiymətini Tarif Şurası deyil, bazar müəyyən etməlidir" .....                     Nənə və nəvələri maşınla vuraraq hadisə yerindən qaçan sürücü azadlığa buraxıldı .....                     Elmar Vəliyevlə əlaqələndirilən “Gəncə Bazar Ticarət Mərkəzi” satışa çıxarıldı .....                     “Payızda müharibə olacaq” .....                     Azərbaycanlı model məhkəməni uddu .....                     Bakıda makler ev yiyəsini görün necə aldatdı .....                     "Hər kəs bilsin ki, belə şəxslərə güvənmək olmaz..." .....                     ABŞ Yaxın Şərq üzərindən Ermənistanı “vurur”: .....                     Şirkətlər “Expressbank“dan pullarını geri çəkdi .....                     Sosial müavinət və işə düzəltmək vədi ilə 45 min manatlıq dələduzluq .....                     "Azərbaycan Dəmir Yolları"na 760 manat ziyan vuran şəxslər cəzalandırıldı .....                     "Avropa İttifaqında Rusiyaya qarşı yeni sanksiyalar ətrafında fikir ayrılığı dərinləşir" .....                     BU DA BAKIYA “DƏRS KEÇMƏYƏ” QALXDI... .....                     Üç azərbaycanlı Ermənistanda şirkət açıb .....                     Paşinyanın daha bir rəqibinin toxunulmazlığı ləğv olundu .....                     Kreml Rusiya və Almaniya nümayəndələrinin Bakıda görüş keçirməsi barədə məlumatlı deyil .....                 

Bura bazardır, yoxsa? - İTTİHAM VAR
Tarix: 10-02-2017, 08:57 | Çap et
Bura bazardır, yoxsa?
Azərbaycan Texnologiya Universitetinin (ATU) sabiq kafedra müdiri professor Cahangir Hacıyevin cənab prezidentə, təhsil nazirinə, universitetin rektoruna və redaksiyamıza ünvanladığı müraciətlərlə bağlı xeberinfo.com-da yer alan yazı gözlənildiyindən də geniş marağa səbəb oldu. “Texnologiya Universitetində “texnoloji yeniliklər”:professor “od püskürür”” sərlövhəli yazıda məlum müraciətlərin kiçik bir qismindən bəhs olunurdu. Yazıda yer alan sualları araşdırıb, qarşıdakı günlərdə mövzunu davam etdirəcəyimizə söz vermişdik. Bu istiqamətdə universitet rəhbərliyi nəinki telefonla danışmaq cəhdlərimizi, hətta rəsmi soğumuzu da cavabsız qoymaqdadır. Bu isə məlum qanunlara sayqısızlıqla bərabər, digər şübhələrə də yol açır...
Hörmətli professorun xeberinfo.com-a verdiyi müsahibənin də geniş rezonans doğuracağını gözləyirik:
Professor xahiş edirəm ilkin olaraq özünüz haqqında məlumat verəsiniz
Mən-Hacıyev Cahangir Əhməd oğlu 1984-cü ildən Moskva Tekstil İnstitutunun əyani aspiranturasını bitirdikdən sonra həmin ilin sentyabrından Azərbaycan Texnologiya İnstitutunun (indiki Universitetinin-ATU) dəvəti ilə Azərbaycan Yüngül Sənaye və Təhsil Nazirliklərinin qarşılıqlı razılığı əsasında, təyinatla assistent vəzifəsində müəllim kimi fəaliyyətə başlamışam. 33 il müddətində ATU-da dosent, professor, kafedra müdiri vəzifələrində çalışmışam. Bu gün Azərbaycanda trikotajın texnologiyası mütəxəssisi kimi ilk və yeganə texnika elmləri doktoru və professoram.
Professor Azərbaycan Texnologiya Universitetində təhsil alan tələbələrin sayının ilbəil azalması hansı səbəblərdəndir?
Bu çox ağrılı sualdır. Təəssüf ki, universitet rəhbərliyinin tədrisin təşkili və idarə edilməsində yol verdiyi yarıtmaz fəaliyyəti universitetə ictimai marağın azalmasına və beləliklə də tələbə kontingentinin sayının aşağı düşməsinə səbəb olmuşdur. 2016-2017-ci tədris ilində universitetin qəbul planı 40% civarında yerinə yetirildi. Bu əvvəlki illərlə müqayisədə çox aşağı göstəricidir.
13 mart 2013-cü ildə universitetə rektor təyin olunan Akif Süleymanov fəaliyyətinin ilk ilində tədris və elmi işlər üzrə prorektor vəzifələrinə təcrübəli kadrları gətirməklə rəhbərliyə yeni nəfəs verdi. Universitetdə yeni kafedralar, şöbələr və tədris laboratoriyaları yaradıldı, yeni ixtisaslar alındı. İstehsalatla tədris-elmi əlaqələr gücləndirildi. Rektorun rəhbərliyinin birinci ili tələbə qəbulu artaraq 677 nəfər, ikinci ili isə əksinə, 540 nəfər, üçünçü ili isə 426 nəfər təşkil etdi.
Tələbə qəbulunun azalmasının iki əsas səbəbi var idi: birincisi, hər tədris ilinin sonunda aparılan kadr dəyişikliyi, ikincisi isə 2015-ci ilin fevralında Maliyyə Nazirliyinin universiteti yoxlaması nəticəsində aşkara çıxarılan, analoqu olmayan maliyyə fırıldaqlarına ictimaiyyətin təpkisi, etirazı idi. Aydındır ki, ölülərin, işdən çıxarılmış şəxslərin, tələbələrin və s. adamların adlarına maaş yazılıb mənimsəmə faktı olan universitetdə tələbənin oxumaq istəməsini gözləmək absurddur.
Qısa müddətdə bir necə milyon manat pulu talan edilən universitet barədə Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində açılan 152026104 saylı cinayət işində 400-ə yaxın müəllim-tələbə kontingenti şahid qismində izahat verib. Bu vəziyyətdə universitetin və rəhbərliyin nüfuzunun hansı səviyyədə olmasını özünüz təsəvvür edin. Hal-hazırda Gəncə Ağır Cinayətlər Məhkəməsində müvafiq cinayət işi üzrə məhkəmə prossesi gedir. O da maraqlıdır ki, hələlik cavabdeh qismində bir mühasib və bir fəhlədir(!?).
2016-2017-ci tədris ilinin qəbulunun təxminən 40 % həddinə düşməsinin səbəbi həm də rektorun 2015-ci ilin avqustundakı kadr dəyişikliyində yol verdiyi yanlışlıqların nəticəsidir.
Konkret olaraq, hansı kadr dəyişikliyini nəzərdə tutursunuz?
2015-ci ilin fevralında universitetdə aparılan yoxlamanın nəticələrindən kollektiv şoka düşmüşdür. Talan bir neçə milyon manat təşkil edirdi...
Bu hadisələrdən sonra rektor Akif Süleymanov 4 dekandan, mühüm şöbə müdirlərindən işdən çıxmaq barədə ərizə alıb, müalicə üçün xaricə getdi. 2015-ci ilin 6 avqustunda isə geri qayıdan rektor özü ilə, boşaldılmış yerlərə Fəttullah Gülənə məxsus Qafqaz Univeritetində və türk liseylərində çalışmış və ya təhsil almış, onlarla əlaqəsi olan təcrübəsiz, ixtisasları texnologiya universitetinin profilinə uyğun olmayan sosioloq Vüqar İsmayılovu tədris işləri üzrə prorektor, bələdiyyəçi Səbuhi Yusifovu elmi işlər üzrə prorektor, tarix müəllimi Piri Axundovu tədris şöbəsinin müdiri (bu “görkəmli mütəxxəsis” indi universitetdə təlim-tərbiyyə işləri üzrə prorektor vəzifəsinə oturdulub), ilahiyyatçı Nofəl Salmanov İnsan Resursları şöbəsinin müdiri, Nicat Nəsirli və Hüseyn Azər dekan və sair müxtəlif vəzifələrə təyin olundular. Vaxtı ilə Fətullah Gülənin Qafqaz və digər universitetləri, o cümlədən liseylərində təhsil almış və ya oralarda çalışmış 100-ə yaxın “görkəmli kadr”ların 2015-ci ilin 6 avqustundan bəri Azərbaycan Texnologiya Universitetinə yığılmaları hansısa gizli bir proqramın icrası kimi görünür.
Texnologiya Universitetində “texnoloji yeniliklər”:
Professor, Qafqaz Universiteti reytinqi yüksək sayılan ali məktəblərin sırasında olub. ATU-ya Fətullah Gülən məktəblərindən gətirilən kadrların səviyyələri necə...?
Baxın, tədris prorektoru V.İsmayılov bu vəzifəyə təyin ediləndə Qafqaz universitetində cəmi bir il baş müəllim olub. 2001-ci ildə Bakı Dövlət Universitetinin “Sosial elmlər və psixologiya” fakültəsinin politologiya ixtisasının əyani şöbəsini bakalavr kimi bitirib. 2001-2003-cü illərdə eyni fakültədə “İdarəetmənin sosiologiyası “ ixtisası üzrə magistaturada təhsil alıb. 2009-cu ildən Qafqaz Universitetində “İqtisadiyyatın idarə edilməsi” fakültəsinin “Biznesin təşkili və idarə edilməsi” kafedrasında “Müəssisələrin təşkili və idarə edilməsi” ixtisası üzrə doktorantura təhsili alıb. 2013-cü ilin iyun ayının 24-də “Dissertasiya işi”ni müdafiə edərək 5312.01-“Sahə iqtisadiyyatı” ixtisasından iqtisadiyyat üzrə fəlsəfə doktoru “elmi dərəcəsini” alıb.
Diqqət etdinizsə, əvvəlcə politoloq, üstəgəl sosioloq olan V.İsmayılov Qafqaz universitetində “Biznesin təşkili və idarə edilməsi” kafedrasında “Müəssisələrin təşkili və idarə edilməsi” ixtisası üzrə doktorantura təhsili alır. Sonunda “İstehsalın ərazi və sahəvi idarəetmə quruluşunun təkmilləşdirilməsi məsələləri (aqrar sahənin materialları əsasında)” 5312.01-“Sahə iqtisadiyyatı” ixtisasından fəlsəfə doktoru dissertasiyası müdafiə edir(?)
Sual olunur: birincisi, təhsil almadığı ixtisas üzrə doktoranturaya imtahanı o necə və hansı biliklə verib? İkincisi, ayrı ixtisas üzrə doktorantura “təhsili alan” V.ismayılov kənd təsərrüfatına aid mövzu ilə, tamam başqa bir iqtisadiyyat sahəsi üzrə dissertasiyanı Qafqaz Universitetində necə yazdı? Bəs o, təhsil almadığı ixtisas üzrə minimum imtahanını necə və hansı biliklə verdi? V.İsmayılovun ixtisas hazırlığı ardıcıllığını izləyəndə görünür ki, o, dissertasiyanı özü yaza bilməzdi və yazmayıb da. Nə doktoranturaya qəbul zamanı, nə də müdafiədən qabaq politoloq-sosioloq, təcrübəsiz V.İsmayılovun oxumadığı və bilmədiyi iqtisadiyyat ixtisasından özünün sərbəst imtahan verməsi absurddur. Əgər onun həqiqətən iqtisadiyyat üzrə elementar-üçlə oxuyan bakalavr səviyəsində biliyi olsaydı ATU-da iqtisadiyyat kafedralarının birində işləyərdi. O isə əksinə ilyarım müddət ərzində gah “Fəlsəfə və tarix”, gah da “İnzibati idarəetmə” kafedralarındaözünə yer eləməzdi. O, kafedralardan götürdüyü və bilmədiyi dərslərin tədrisini laborantlara həvaə etməsi onun ixtisas-elmi səviyyəsinin aşağı olması ilə bağlıdır.
V.ismayılovun dissertasiya işini vərəqləyəndə də aydın görünür ki, onun “dissertasiyası” çox bərbad vəziyyətdədir. “Görkəmli alim” in səhifə 2-də düzgün tərtib etmədiyi “Mündəricat” yazmağı belə unutduğu “dissertasiya”nı necə “yazdığı” və “müdafiə etdiyi” aydınlaşır. “Mündəricat”da “Giriş” və hər fəsildən sonra yazılmalı olan müvafiq fəsilin nəticələri yoxdur. Birinci fəsilin sonunda “dissertasiya”da həlli vacib olan məsələlər öz əksini tapmayıb. “Müəllif” bəzi şəkillərin altında şəstlə yazır ki, məsələn, səh. 17-də “Sxem 1.2. Aqrar sahənin dövlət tənzimlənməsi. Mənbə: internet materialları əsasında müəllif tərəfindən hazırlanmışdır. (Elə bu fakt özü göstərir ki, dissertasiyanı V.İsmayılov yazmayıb. Belə çıxır ki, o təkcə müəlliflik etdiyi sxemləri işləyib.) Bu cür şəkilaltı yazılar 52, 67, 77 və s. səhifələrdə də var. Doğurdanmı, sxem 1.2, 1.3-ün tərtibatlarındakı qüsurları “müəllif”, elmi rəhbər, müdafiə şurasının üzvləri, AAK-da ekspert şurasının üzvləri görmədilər?
Elə səhflər var ki, böyük bir abzas bir-iki söz dəyişməklə-bir necə dəfə təkrarlanaraq səhifə sayını artırmağa xidmət edib. Elmi baxımdan V.İsmayılovun “yazdığı dissertasiya” ATU-da vaxtı ilə təhsil alan ən zəif tələbənin hazırladığı kurs işi səviyəsindən də aşağıdır. (Əgər “müəllif” mənim fikirlərimlə razılaşmasa universitetdə olan magistr işlərinə baxıb, özününkü ilə müqayisə edə bilər.) Bu biliklə əlbəttə V.İsmayılov tələbə və magistrlərin qarşısına çıxıb dəsr demək iqtidarında deyil. Prorektor Vüqar İsmayılovun özü yazmadığı “dissertasiya işi” ləğv olunmalıdır.
Bunlardan əlavə, V.İsmayılov dosent elmi adı almaq üçün yazdırdığı dissertasiya işi kimi tələm-tələsik, eyni bir kafedrada bir il işləmədən, hər hansı bir kafedrada və universitet elmi şurasında sənədləri müzakirə edilmədən, görəsən hansı kafedra üzrə dosent elmi adını almaq üçün sənədlərini AAK-na təqdim edib? Bu sayqısızlıq və tələsikliyin səbəbi nədir???
V. İsmayılov universitetdə analoqsuz “tərbiyə” nümayiş etdirən bir prorektor kimi də tanınır. Hamı yaxşı bilir ki, dekanlara və bəzi müəllimlərə dediyi “əl danasından öküz olmaz” və ya “...getdilər süləndilər gəldilər” ifadələrinin müəllifi də odur. Onu da yaxşı bilirlər ki, universitetdə Ulu Öndər Heydər Əliyev muzeyində özünə və nurçu dostlarına ad günü keçirən, Heydər Əliyevin portretinin üstünü örtüb qarşısında nurçularla şəkil çəkdirən də yenə V. İsmayılovdur. Rektor Akif Süleymanov bilmirmi ki, belə adama müsbət xasiyyətnamə verib, onun sənədlərinin dosent elmi adı almaq üçün AAK-na təqdim etmək böyük yanlışlıqdır. Doğurdanmı, yenə rektorun universitetin maliyyə talanında olduğu kimi, V. İsmayılovun sərgilədiyi “tərbiyə nümunələrindən” də “xəbəri” yoxdur. Yoxdursa...
Müsahibənin davamı olacaq.








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Lavrov və Rubio arasında görüş başlayıb
Bu gün, 08:57
Neftin qiyməti 96 dolları ötüb
Bu gün, 08:56
İlqar Məmmədov deputatı YIXIB-SÜRÜDÜ... - "Yüngül çəkili intellektuallar..."
Bu gün, 08:16
Camaat qaz vurub qazan doldurur.... - BİZ İSƏ...
Bu gün, 08:10
Rusiya da öz vətəndaşlarına SANKSİYA TƏTBİQ EDİR - BUNDAN SONRA...
Bu gün, 08:04
O andan sonra heç nə əvvəlki kimi olmur... - Günel Musa yazır...
Bu gün, 07:47
Kamal müəllim Monteneqroya NİYƏ GETMİŞDİ? - Biz deyirik İŞ DALINCA... Onlar deyir AŞ DALINCA!
Bu gün, 07:43
Qarşılayın: Karen Vardaryan... - REPLİKA
Bu gün, 07:36
Saleh Məmmədovun oğurladığı PULLAR Almaniyada ÜZƏ ÇIXDI
Bu gün, 07:21
Bakcell “Asan Könüllüləri”nin 2-ci yay festivalının tərəfdaşı olub - FOTOLAR
Bu gün, 07:15
Tural Sadıqlı Bakıya gəlir: Onun bağışlanacaq əməlləri... – Vəkil açıqladı
Bu gün, 07:08
ABŞ ordusunun İran və İraq arasındakı keçid məntəqəsinə hücumu nəticəsində 2 nəfər ölüb, 11 nəfər yaralanıb
Bu gün, 07:05
215 minlik borcu olan "Akyol İnternational" MMC kimindir? - FOTO
Bu gün, 07:00
Kinematoqrafçılar İttifaqında yenə ara qarışıb: Təşkilat bağlana bilər - QALMAQAL
Bu gün, 06:58
Ana Təbiətin NANKOR ÖVLADI: "Hacı Mazan" İŞ BAŞINDA!
Bu gün, 06:56
Bakı Neft Energetika Kollecinin vergi borcu üzə çıxdı - FOTOFAKT
Bu gün, 06:49
"Gördüm vəziyyət daha da pisləşir, dərhal müalicəyə başladıq"
Bu gün, 06:46
ABŞ İrana qarşı hərbi əməliyyatları genişləndirməyə hazırlaşır - WSJ
Bu gün, 06:43
Dövlət qurumu yarım milyonluq tenderi «İdeal Motors»a verdi - TƏFƏRRÜAT
Bu gün, 06:41
İmişlidə suvarma suyu balıq hövzələrinə axır - BU NƏDİ BELƏ?
Bu gün, 06:39
“Sədərək” və “Binə” bağlana bilər – Gözlənilməz durum
Bu gün, 06:30
Binəqədinin sabiq bələdiyyə sədrləri məhşər ayağına çəkilə bilər... - İTTİHAM VAR...
Bu gün, 06:28
Fransada istilər minlərlə insanın ölümünə səbəb olub - KİV
Bu gün, 06:19
“Aqrarkredit”in 1,2 milyonluq villası hərraca çıxarılır – FOTOLAR
Dünən, 18:17
"Dərmanların qiymətini Tarif Şurası deyil, bazar müəyyən etməlidir" - Adil Qeybulladan ETİRAZ
Dünən, 18:02
Nənə və nəvələri maşınla vuraraq hadisə yerindən qaçan sürücü azadlığa buraxıldı - TƏFƏRRÜAT
Dünən, 17:53
Elmar Vəliyevlə əlaqələndirilən “Gəncə Bazar Ticarət Mərkəzi” satışa çıxarıldı - BU QİYMƏTƏ...
Dünən, 17:51
“Payızda müharibə olacaq” - Karapetyan
Dünən, 17:49
Azərbaycanlı model məhkəməni uddu
Dünən, 17:35
Bakıda makler ev yiyəsini görün necə aldatdı – İnanılmaz olay
Dünən, 17:31
"Hər kəs bilsin ki, belə şəxslərə güvənmək olmaz..." - ETİRAZ VAR...
Dünən, 17:27
ABŞ Yaxın Şərq üzərindən Ermənistanı “vurur”: - Cənubi Qafqazda yeni “savaş poliqonu” yaranır
Dünən, 17:18
Şirkətlər “Expressbank“dan pullarını geri çəkdi - SƏBƏB
Dünən, 16:53
Sosial müavinət və işə düzəltmək vədi ilə 45 min manatlıq dələduzluq - TƏFƏRRÜAT
Dünən, 16:47
"Azərbaycan Dəmir Yolları"na 760 manat ziyan vuran şəxslər cəzalandırıldı
Dünən, 16:45
"Avropa İttifaqında Rusiyaya qarşı yeni sanksiyalar ətrafında fikir ayrılığı dərinləşir" - "Financial Times"
Dünən, 16:32
BU DA BAKIYA “DƏRS KEÇMƏYƏ” QALXDI... - Nə səviyyəsi, nə də başı üçün deyil
Dünən, 16:29
Üç azərbaycanlı Ermənistanda şirkət açıb - SİYAHI
Dünən, 16:02
Paşinyanın daha bir rəqibinin toxunulmazlığı ləğv olundu - KİV
Dünən, 16:01
Kreml Rusiya və Almaniya nümayəndələrinin Bakıda görüş keçirməsi barədə məlumatlı deyil - AÇIQLAMA
Dünən, 15:50
Bizə Rusiyadan niyə DOST OLMAZ... - ÇÜNKİ...
Dünən, 15:46
Yeni geosiyasi reallıq: Diqtə edən tərəf Bakıdır - İNCƏLƏMƏ
Dünən, 15:41
İran təslim olmadı, ABŞ planını dəyişdi - ŞƏRH
Dünən, 15:39
Rüfət Əhmədzadənin meyiti aşkarlandı
Dünən, 15:32
Tehran ABŞ-la sazişin bərpası imkanını qoruyub saxlayır - İRNA
Dünən, 15:30
Xaricdən gətirilən armaturlardan gömrük rüsumu tutulması – EVLƏRİ BAHALAŞDIRACAQ
Dünən, 15:24
“Azərbaycan jurnalistikasının qarşısında böyük imkanlarla yanaşı, böyük məsuliyyət də dayanır” - Günay Əfəndiyeva
Dünən, 13:58
Moskva və Ankara "Mavi axın"a edilən hücumları qapalı rejimdə müzakirə edir
Dünən, 13:15
Ağdamda xəstəxana tikintisinin davamına daha 16 milyon sərf olunacağı proqnozlaşdırılıb
Dünən, 13:03
“Qaçqınkom” bizi köçürmür, hər an bu divar uşaqların üstünə uça bilər” - NARAZILIQ VAR...
Dünən, 12:58
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru