YENİ REKTORUN "NƏZİR QUTUSU" - İTTİHAM VAR
Tarix: 19-08-2016, 09:38 | Çap et
 Azərbaycanda hər hansı məmur vəzifədən azad olunanda onun yerinə təyin edilən şəxsə ilk vaxtlar böyük etimad yaranır. Hər kəs düşünür ki, yeni gələn qısa müddətdə sələfinin səhvlərini düzəldəcək, onun yaratdığı hərcmərcliyi aradan qaldıracaq. Amma, təəssüf ki, son illər ölkəmizdə bu gözlənti nəinki bircə dəfə də olsa özünü doğruldub, əksinə yeni gələn məmur hər zaman özündən əvvəlkinin atasına rəhmət oxutdurub. Bu baxımdan, bəzən insanlarda belə təəssürat formalaşır ki, əslində belə bir durumun yaranması dövlət siyasətidir və sanki hər yeni təyin olunan məmura rəhbərlik edəcəyi idarədə vəziyyəti daha da arzuolunmaz səviyyəyə gətirmək haqda göstəriş verilir. Əlbəttə, bu haqda onlarla nümunə ortaya qoymaq olar. Lakin biz ən son təyinatla bağlı bir faktı açıqlamaqla, dediklərimizin həqiqət olduğunu sübut etmiş olarıq. Söhbət Azərbaycan Tibb Universitetinin (ATU) rektoru Əhliman Əmiraslanovun vəzifədən çıxarılaraq, onun yerinə Gəray Gəraybəylinin təyin edilməsindən sonra bu təhsil (səhiyyə) ocağında yaranmış xoşagəlməz durumdan gedir. Hansı ki, yeni rektorun vəzifə başına keçər-keçməz ATU-nun nəzdində fəaliyyət göstərən Stomatoloji Klinikada yeni “qaydalar” tətbiq etməsi deyilənlərin sübutudur. Qeyd edək ki, söhbət bu klinikaya girişin pullu olması, yəni G.Gərəybəylinin hər bir vətəndaşdan içəri daxil olan zaman 2 manat qeydiyyat haqqı tələb edilməsi haqda göstəriş verməsindən gedir. Oxucuların diqqətinə çatdıraq ki, bu haqda Hurriyyet.org-a klinikadan informasiya daxil olduqdan sonra, əməkdaşımız hadisə yerindən araşdırma aparıb. Bu zaman məlum olub ki, həqiqətən də klinikaya giriş pullu olub. Ən maraqlısı odur ki, bu rüşvətin yığılması məqsədilə klinikada əlavə ştatlar da açılıb, yeni qeydiyyat və mühafizə ximəti fəaliyyətə başlayıb. Klinikaya müraciət edən pasientlərdən biri Hurriyyet.org-a açıqlamasında maraqlı faktlar söylədi: “Yeni ştata alınan işçilərin hər birinə 300-400 manat ödənir. Hansı qazancla? Təbii ki, xəstələrdən yığılan pulla. Buna isə həkimlər narazılıq edirlər. Çünki onlara gələn gəlir bölünür. Həkimlərin narazılığı hər dəfə gələn xəstənin ayda bir dəfə 2 manat ödəməsidir. Çünki bu qayda həkimlərin müştərilərini azaldır. Xəstə deyir ki, filan klinikada dişin panoraması 15-26 manatdır. Mən burada 26 manat panoramaya, 2 manat da qeydiyyata niyə verməliyəm? Acıq edib gedir, sonra da həkimlərdən plan tələb olunur. Ümumiyyətlə, harda görünüb ki, dövlət klinikasında ödənişli xidmət göstərilsin? Ya birdəfəlik pullu klinika olsun, ya da dövlət klinikası. Dövlət tibb müəssisəsində “nəzir qutuları”nın yerləşdirilməsini görməmişdik, bunu da gördük”. Yeri gəlmişkən, Gəray Gəraybəylinin bu qanunsuz göstərişinə etiraz edən bəzi həkimlər deyirlər ki, yeni rektorun bu addımı heç də təsadüf deyil. Onların fikrincə, görünür, G.Gərəybəyli vəzifəyə təyin edilən zaman “yuxarı”lara külli miqdarda “hörmət” etməyə məcbur olub, indi də verdiyi hesabı vətəndaşların cibindən çıxarmağa çalışır. Əks halda, onun gələr-gəlməz bütün idarələrə rüşvət “taskısı” qoyması anlaşılan deyil... Məsələ ilə əlaqədar Səhiyyə Nazirliyi ilə əlaqə saxladıq. Nazirliyin mətbuat xidmətindən ilk olaraq dedilər ki, klinika təsərrüfat hesablıdır. Yeni rektor gələndən klinika təsərrüfat hesablı olub? Bəs ona qədər hansı statusla fəaliyyət göstərib? Sualmıza cavab verildi ki, qiymətdən xəbərsizdirlər, bunun üçün ATU-nun mətbuat xidmətilə əlaqə yaradaq. ATU-nun mətbuat xidmətindən isə Günel Aslanova dedi ki, məzuniyyətdədir, o da belə bir “qaydadan” xəbərsizdir. Klinikanın direktoru Alqış Səfərovun mobil telefonuna edilən zənglərimizə isə cavab ala bilmədik.


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Qaradağda keçirilən əməliyyatda saxlanılan vəzifəli şəxslərin məhkəməsi başlayıb - TƏFƏRRÜAT
Bu gün, 17:55 |
|
|
|
| • Bakı Şəhər Heyvanat Parkı heyvanlar üçün yem və qida alır – 300 min manata yaxın vəsait xərcləyəcək
Bu gün, 17:47 |
|
|
|
| • Neftçala şəhər bələdiyyəsinin özbaşınalığı və... - Bakının qanunsuzluq qarşısında susqunluğu...
Bu gün, 17:43 |
|
|
|
| • Turizm Agentliyi soslai mediaya reklam üçün 2.5 milyon ayırıb
Bu gün, 17:37 |
|
|
|
| • Dünyada kəskin qarşıdurma dövrü tədricən başqa mərhələ ilə əvəzlənir - Sərdar Cəlaloğlu
Bu gün, 17:36 |
|
|
|
| • Yollardakı "tor": Sürücü maşın sürsün, yoxsa xətt ayırsın? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 17:31 |
|
|
|
| • Moskva Bakı və İrəvana sülh müqaviləsinin Rusiyada imzalanmasını təklif etdi - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 17:28 |
|
|
|
| • Gərəkməzli İŞDƏN ATILDI... - ONUN YERİNƏ İSƏ...
Bu gün, 17:24 |
|
|
|
| • Rubionun mesajı aydındır: - Cənubi Qafqaz daha qarşıdurma zonası olmayacaq
Bu gün, 17:23 |
|
|
|
| • “Qala Həyat”ın rəhbərliyində təyinat olub - BUNDAN SONRA...
Bu gün, 17:21 |
|
|
|
| • "Payonix" BOKT-un zərəri 8 dəfəyə yaxın artıb
Bu gün, 17:19 |
|
|
|
| • Fransa casusluq işi ilə bağlı Gürcüstandan iki kəşfiyyat zabitini geri çağırıb
Bu gün, 17:18 |
|
|
|
| • İdarəetmənin inkişafı dedikdə yəqin ki, məhz buna deyirlər... - BU NƏDİ BELƏ?
Bu gün, 17:14 |
|
|
|
| • Rusiya Azərbaycanla münasibətlərin inkişafına hədəflənib - Qaluzin BELƏ DEYİR...
Bu gün, 17:05 |
|
|
|
| • Fənərbağça prezidenti həbs edilib
Bu gün, 17:03 |
|
|
|
| • Bu gün Allahın ətəyindən yapışmalı olan bir xalq var... O DA ERMƏNİLƏRDİR! - HƏQİQƏTƏN DƏ...
Bu gün, 17:01 |
|
|
|
| • Tonoyan onları "SATDI" - Köçəryan, Sərkisyan və Karapetyan HƏBS EDİLƏCƏK
Bu gün, 16:57 |
|
|
|
| • Xoşqədəmdən sərt sözlər: - “Belə insanlarla əlaqəni kəsmək lazımdır”
Bu gün, 16:54 |
|
|
|
| • Göz yaşları niyə duzludur? - CAVAB
Bu gün, 16:50 |
|
|
|
| • Hansı rayonda nə qədər yeni iş yeri açılıb? - SİYAHI
Bu gün, 16:48 |
|
|
|
| • "Nəslimizdə təkcə biznes adamı MƏNƏM"
Bu gün, 16:46 |
|
|
|
| • Bakıda 34 yaşlı aşpazdan məktəbli qıza qarşı nalayiq hərəkət - TƏFƏRRÜAT
Bu gün, 16:45 |
|
|
|
| • Rusiya Azərbaycanla bağlı yeni mesaj verdi - İLGİNC
Bu gün, 16:41 |
|
|
|
| • Şuşaya gedən turistlər öz evlərində qalıblar - HESABAT
Bu gün, 15:51 |
|
|
|
| • 6-cı ildir ki, doğum gününü həbsdə keçirir - BU GÜN İSƏ...
Bu gün, 15:49 |
|
|
|
| • “Premium Bank”da mühüm rəhbər vəzifələrdən birini tutan şəxs postunu tərk edib - DETALLAR
Bu gün, 15:45 |
|
|
|
| • Xomeyninin ölüm ildönümü mərasimi: - Xamenei və Pezeşkian qatılmadı
Bu gün, 15:43 |
|
|
|
| • “Azərşəkər”ə əlavə 3.8 milyon manat maya qoyuldu
Bu gün, 15:41 |
|
|
|
| • Ermənistana 50 milyon avro ayrılacaq
Bu gün, 15:39 |
|
|
|
| • Perinatal Mərkəzin sabiq direktoru Mehriban Abasquliyeva məhkəmə zalında həbs edilib - TƏFƏRRÜAT
Bu gün, 15:34 |
|
|
|
| • “Unibank” qadın müştərisi ilə MƏHKƏMƏDƏ - BU NƏDİ BELƏ?
Bu gün, 15:30 |
|
|
|
| • "Narkotikin sonu üç yerdə bitir – həbsxana, xəstəxana, qəbiristanlıq"
Bu gün, 15:21 |
|
|
|
| • Karapetyan Paşinyanla söhbətini açdı: İLK DƏFƏ... - “Müharibə Füzulidə bitərdi, əgər...”
Bu gün, 15:13 |
|
|
|
| • Kollec təhsilli musiqi müəllimlərinə qadağa qoyulub? – Rəsmi qurumdan açıqlama
Bu gün, 15:11 |
|
|
|
| • Azərbaycan və Aİ yeni nə razılığa gəliblər? – Bakıdan reaksiyalar
Bu gün, 13:12 |
|
|
|
| • "Qadınlar muğamı daha incə ifa edir, kişilər isə..." - Xalq artisti
Bu gün, 13:09 |
|
|
|
| • Yaxın Şərqdə KRİTİK ANLAŞMA – “İndi bütün iplər İranın əlindədir...”
Bu gün, 13:04 |
|
|
|
| • “Sponsor olmasa futbolda vəziyyət ağır olacaq, elə çətin xasiyyətli futbolçularla yola getmişəm ki...”
Bu gün, 13:02 |
|
|
|
| • Bakıda qadın evə sərxoş vəziyyətdə gələn ərinə qapını açmadığına görə döyüldü
Bu gün, 13:00 |
|
|
|
| • Çin Azərbaycanda avtomobil inqilabı hazırlayır? – Böyük imkanlar var, amma…
Bu gün, 12:53 |
|
|
|
| • Misir SOCAR-ı öz bazarında iştirakını genişləndirməyə dəvət edib
Bu gün, 12:50 |
|
|
|
| • Azərbaycanın ən yaşlı sakini 136 yaşında vəfat edib
Bu gün, 12:44 |
|
|
|
| • “Tamaşaçını şitliyə siz alışdırmısınız” – Azər Axşamın elə KADRLARINI yaydı ki...
Bu gün, 12:43 |
|
|
|
| • Azərbaycanda investsiya şirkətinin rəhbərliyinə təyinat olub - BUNDAN SONRA...
Bu gün, 12:40 |
|
|
|
| • Azərbaycanlı Ukrayna Silahlı Qüvvələrində yüksək vəzifəyə təyin edilib - FOTO
Bu gün, 12:32 |
|
|
|
| • Aldadıldığını deyən sahibkar... İFŞA OLUNDU! - SƏN DEMƏ...
Bu gün, 12:30 |
|
|
|
| • Qanunsuz məqsədlə verilən pul geri qaytarılmır - Ali Məhkəmə
Bu gün, 12:15 |
|
|
|
| • Səidə keçmişindən danışıb GÖZ YAŞI TÖKDÜ: - “O qızı çox incitdilər”
Bu gün, 12:10 |
|
|
|
| • Müstəntiq məhkəmədə dindiriləcək - “Arzum 9999”un İŞİ
Bu gün, 12:09 |
|
|
|
| • 7 körpənin öldüyü yanğın işi – Hökm təxirə salınır?
Bu gün, 12:08 |
|
|
|
|