“Aqrarkredit”in 1,2 milyonluq villası hərraca çıxarılır .....                     "Dərmanların qiymətini Tarif Şurası deyil, bazar müəyyən etməlidir" .....                     Nənə və nəvələri maşınla vuraraq hadisə yerindən qaçan sürücü azadlığa buraxıldı .....                     Elmar Vəliyevlə əlaqələndirilən “Gəncə Bazar Ticarət Mərkəzi” satışa çıxarıldı .....                     “Payızda müharibə olacaq” .....                     Azərbaycanlı model məhkəməni uddu .....                     Bakıda makler ev yiyəsini görün necə aldatdı .....                     "Hər kəs bilsin ki, belə şəxslərə güvənmək olmaz..." .....                     ABŞ Yaxın Şərq üzərindən Ermənistanı “vurur”: .....                     Şirkətlər “Expressbank“dan pullarını geri çəkdi .....                     Sosial müavinət və işə düzəltmək vədi ilə 45 min manatlıq dələduzluq .....                     "Azərbaycan Dəmir Yolları"na 760 manat ziyan vuran şəxslər cəzalandırıldı .....                     "Avropa İttifaqında Rusiyaya qarşı yeni sanksiyalar ətrafında fikir ayrılığı dərinləşir" .....                     BU DA BAKIYA “DƏRS KEÇMƏYƏ” QALXDI... .....                     Üç azərbaycanlı Ermənistanda şirkət açıb .....                     Paşinyanın daha bir rəqibinin toxunulmazlığı ləğv olundu .....                     Kreml Rusiya və Almaniya nümayəndələrinin Bakıda görüş keçirməsi barədə məlumatlı deyil .....                     Bizə Rusiyadan niyə DOST OLMAZ... .....                     Yeni geosiyasi reallıq: Diqtə edən tərəf Bakıdır .....                     İran təslim olmadı, ABŞ planını dəyişdi .....                     Rüfət Əhmədzadənin meyiti aşkarlandı .....                     Tehran ABŞ-la sazişin bərpası imkanını qoruyub saxlayır .....                     Xaricdən gətirilən armaturlardan gömrük rüsumu tutulması .....                     “Azərbaycan jurnalistikasının qarşısında böyük imkanlarla yanaşı, böyük məsuliyyət də dayanır” .....                     Moskva və Ankara "Mavi axın"a edilən hücumları qapalı rejimdə müzakirə edir .....                     Ağdamda xəstəxana tikintisinin davamına daha .....                     “Qaçqınkom” bizi köçürmür, hər an bu divar uşaqların üstünə uça bilər” .....                     Özəlin açıqlamasından sonra 400 min nəfər istefa verdi... .....                     Zəngəzurdan Moskvaya ZƏRBƏ .....                     "Arzum" ləqəbli bloqer ev dustaqlığına buraxılıb .....                     Çağrılmamış qonaqlar... .....                     Mülayim şərq küləyi əsəcək .....                     AZAL media nümayəndələri üçün intellektual yarış təşkil etdi .....                     Bakıda Bakıdan xəbərsiz MƏXFİ görüş .....                     FHN-nin Dövlət Ekspertiza Baş İdarəsindən şübhəli müqavilələr .....                     “Tofiq Mirzəyev Bakıda dəfn olunmağı arzulayırdı” .....                     Onlar görəvdən ALINDI .....                     Ermənistanda Müdafiə Nazirliyinin vəzifəli şəxsi dizel yanacağını mənimsəməkdə ittiham olunur .....                     "2 ildir su artezian quyusunun mühərriki işləmir..." .....                     “Bir Ecosystem”də YENİ TƏYİNAT .....                 

Başçı və komandası saxtakarlıqla məşğuldur - Gədəbəydə narazılıq...
Tarix: 30-06-2016, 09:27 | Çap et
Başçı və komandası saxtakarlıqla məşğuldur
Ölkəmizin qərb zonasında yerləşən rayonlar içərisində Gədəbəyin adı çəkiləndə, hər kəsin nəzərində bir anlığa olsa belə, Azərbaycan aliminin, ziyalısının, elm xadimlərinin, tanınmış simalarının, bir sözlə nüfuzlu ictimai-siyasi xadimlərinin və s. doğulub boya-başa çatdığı bir ərazi olaraq canlanır. Biz bunu sözgəlişi demirik, əsl həqiqət olduğu üçün çoxsaylı oxucularımızın da diqqətinə çatdırırıq. Baxmayaraq ki, təqribən dörd il bundan əvvəl Gədəbəy rayon rəhbərliyinə təyinat alan cənab Ramiz Yediyarov, bir müddət bundan əvvəl çoxsaylı sahibkarların problemlərini həll etmək əvəzinə, gədəbəyliləri “dilənçi” adlandırmaqdan da belə ehtiyat etməyib. Belə bir fikri səsləndirərkən o, unudub ki, Gədəbəyin adı yaxın-uzaq tariximizdə hər zaman qəhrəmanlıq diyarı olaraq yada salınıb, fəxr ediləsi bir ərazi olaraq xatırlanıb. Belə bir səbəblər üzündən də, istər Gədəbəy rayonu, istərsə də gədəbəylilər barəsində bu cür əsası olmayan yanaşmanın ortaya qoyulması, heç cür yolverilməz haldır. Əslində belə bir fikrin səslənməsi istənilən şəxs üçün, xüsusilə də icra başçısı vəzifəsini daşıyan Ramiz Yediyarov üçün, olduqca ucuz yanaşmadan başqa bir şey deyil. Çünki hər hansı bir şəxsin dar düşüncəsi ilə, dilənçi adını gədəbəylilərə şamil etmək olmaz. Bəli, bu gün Gədəbəyi ağuşuna alan, çoxsaylı sosial problemlər məngənəsində boğulan bu rayon haqqında saatlarla, günlərlə, hətta həftələrlə yazsaq da, heç də bütün problemlərin varlığını əhatə edə bilmərik. Adicə bir məqama diqqət yetirək. Bir neçə il bundan əvvəl Kamran Rzazadənin icra başçısı olduğu Gədəbəydə neçə nəfər şəxs sahibkarlıq fəaliyyəti ilə məşğul olurdu, bəs bu gün neçə nəfər məşğul olur? Belə bir statistikanın fərqi, əslində çox şeyləri izah etməyə əsaslar verir. Çünki, sahibkar nə qədər çox olarsa bir o qədər də ucuzluq olar, əhalinin maddi ehtiyacları və.s-də, bir o qədər çox ödənilər. Ən əsası, büdcəyə daxil olmaların həcmi də çoxalar. Bəs bu gün nələr baş verir? Kamran Rzazadənin icra başçısı olduğu illərdən fərqli olaraq, Gədəbəydə iş qurmaq istəyən, işsizliyin qarşısını almaq istəyən çoxsaylı sahibkarlar gözümçıxdıya salınır, daha çox onlar rayonu tərk etməyə məcbur edilirlər. Baxmayaraq ki, ölkə rəhbəri cənab İlham Əliyev hər bir vəzifə sahibinə müvafiq tapşırıqlarını verir ki, “yerli vəzifə sahibləri sahibkarlıqla bağlı problemlərə diqqətlə yanaşmalı, onlara lazımi şərait yaratmalı, hətta süni maneələri də aradan qaldırmağa birbaşa borcludurlar” deyə, müvafiq tapşırıqlarını verir. Belə bir tapşırıqların verilməsinə baxmayaraq, bəs bu gün Gədəbəydə nələr baş verir? Baş verən o oluR ki, gədəbəyli sahibkarlara məxsus obyektlər heç bir məhkəmə qərarı, hər hansı əsaslandırıcı sənəd olmadan tarmar edilir, son anda da onlara verilməli olan kompensasiyalar ödənilməyir. Yaşanan problemlərlə bağlı ünvanlanan müraciətlər isə, heç bir halda saya salınmayıb, hansısa bir sahibkara icra hakimiyyəti səlahiyyətlisinin imzası ilə əsaslandırıcı cavab da verilməyib. Bax budur Gədəbəydə yaşanan mənzərə, reallığı əks etdirən ab-hava və ən əsası Ramiz Yediyarovun tətbiq etdiyi idarəçiliyin mahiyyəti!. Belə olan halda tam əksəriyyət o düşüncəyə sahib olur ki, ölkə rəhbəri cənab İlham Əliyev Gədəbəydə bu cür idarəçilik tətbiq edən, çoxsaylı sahibkarlara problemlər yaradan, rayon ərazisində həddi-hüdudu bilinməyən sosial problemlərin tüğyan etməsinə səbəbkar olan rayon rəhbərliyini “yola salmalı” və o, ötən dörd il ərzində qol qoyduğu çoxsaylı qanunsuzluqlara görə də, qanun qarşısında cavab verməlidir. Çünki, ötən dörd il ərzində neçə-neçə sahibkarlar həm maddi, həm də mənəvi sarsıntılara məruz qalıblar. Belə sahibkarlardan biri də Əliyev Oqtay Qara oğlu olub ki, ona məxsus Gədəbəy şəhəri M.Quliyev küçəsində yerləşən 38,5kv.m-lik mağaza, 12 fevral 2015-ci il tarixdə heç bir məhkəmə qərarı olmadan darmadağın edilir. Hansı ki, o, şəxsi mülkiyyətində olan mağazasına dair, 08-avqust 2008-ci ildə Daşınmaz Əmlakın Dövlət Reyestri, Şəmkir rayon Ərazi İdarəsi rəisinin imzası ilə (reyestr в„–505013000395-06301) çıxarış da alıb. O, “Gündəm Xəbər”in əməkdaşına bildirir ki, “mənə 09 dekabr 2014-cü ildə Gədəbəy rayon İcra Hakimiyyəti Aparatı, memarlıq və tikinti şöbəsi rəhbərliyinin imzası ilə verilmiş в„– Ə-72 saylı cavab məktubunda da bildirilir ki, “Gədəbəy şəhəri M.Quliyev küçəsində yerləşən 38,5kv.m-lik mağaza sizin şəxsi mülkiyyətinizdədir”. Eyni zamanda həmin qurumdan verilən cavab məktubunda o da bildirilir ki, “Siz 16 mart 2011-ci il tarixdə şəxsi mülkiyyətinizdə olan mağazanı “Rabitəbank” ASC-yə girov qoyaraq 50000 min manat məbləğində kreditə pul da götürmüsünüz. Yəni, mağaza ekspert rəyi əsasında 50000 manat dəyərində qiymətləndirilmişdir”. Əsas da, “Rabitəbank”ın 22 sentyabr 2014-cü il tarixdə Gədəbəy rayon İH-nə göndərdiyi RB-02/PK-3025 saylı məktubu göstərilir. Elə ki, mən kreditə götürdüyüm pulu vaxtında ödəyə bilmədim, o halda bank tərəfi mənİ məhkəməyə verdi. Binəqədi rayon Məhkəməsinin 2(001)-824/2014 nömrəli 15 aprel 2014-cü il tarixli, Bakı Apelliyasiya Məhkəməsinin isə 2(103)-3900/14 nömrəli 05 oktyabr 2014-cü il tarixli qətnamələrinə əsasən, mağazamın boşaldılması və hərrac yolu ilə satılıb əldə olunan pulun kredit borcuna tutulması barədə qərar da çıxarılmışdır. Vəziyyətin belə bir həddə çatmasına səbəb, hələ Ramiz Yediyarovun 14 saylı Ərazi Vergilər İdarəsinin rəisi vəzifəsini daşıyarkən mənimlə qərəzçilik aparması və tabeçiliyində olan əməkdaşlara göstəriş verərək, məni 2224,69 manat məbləğində cərimə etdirməsi də olmuşdur. Belə bir problemlə üz-üzə qaldığımdan məcbur olub, Vergilər Nazirliyinə davamlı şikayətlərimi ünvanladım. Bunula bağlı 29 oktyabr 2013-cü ildə qərar qəbul edilmiş və kameral vergi yoxlaması nəticəsində hesablanmış 2224,69 manat vergi məbləği də silinmişdir. Bütün bunlar bir sahibkar olaraq ümumi fəaliyyətimə əngəllər törətdiyindən, “Rabitəbank”a olan kredit borcumu vaxtında ödəyə bilmirdim. Bu gün isə vəziyyət tamamilə dəyişib. Çünki, şəxsi mülkiyyətimdə olan 38,5kv.m-lik mağazam 12 fevral 2015- ci il tarixdə heç bir məhkəmə qərarı olmadan darmadağın edildikdən sonra, bank tərəfi ikinci girovluqda olan mənzillə bağlı da məhkəməyə müraciət edir. Binəqədi rayon Məhkəməsinin çıxartdığı qərara əsasən, ikinci girovluqda olan mənzil hərraca çıxarılmalı və hərracdan əldə olunan pul vəsaiti də, kredit borcunun ödənilməsinə yönəldilməlidir. Bununla bağlı Binəqədi rayon İcra Şöbəsi 26 yanvar 2015-ci il tarixdə mənə в„– 095 saylı bildiriş məktubu da göndərir. Göndərilmiş məktubda bildirilir ki, “hərrac 27 fevral 2015-ci il tarixdə saat 11:00-da Bakı şəhəri M.Müşfiq küç-2A ünvanında keçiriləcək”. Hətta, hərraca çıxarılmış mənzillə bağlı “MARKET” qəzetinin 26.01-01.02 2015-ci il tarixli sayında elan da yerləşdirilir. Elə ki, dərc olunmuş elanla bağlı müştəri mənimlə əlaqə saxlayıb mağazamı almaq istədiyini bildirdi, o halda ona da çatdırdım ki, elan verilməsinə baxmayaraq, mağazam 12 fevral 2015-ci il tarixdə icra hakimiyyəti başçısının vermiş olduğu şifahi tapşırıq əsasında yerlə-yeksan edilib. Bu cür haqsızlıqlarla bağlı dəfələrlə Prezident Administrasiyasının rəsmisi Tağı Tağıyevin iki dəfə qəbulunda olsam da, Dövlət Təhlükəsizlik Xidməti İdarəsində etdiyim müraciətlə bağlı şəxsi işlərim götürülsə də, Baş Prokurorluğa, Daxili İşlər Nazirliyinə, Vergilər Nazirliyinə, Prezident Administrasiyası Dövlət Nəzarəti Şöbəsinin müdirinə, MM-in deputatına, PA-dan Gədəbəy rayonu üzrə təyin olunmuş səlahiyyətli şəxsə yazılı müraciətlərimi ünvanlasam da, şifahi telefon əlaqəsi saxlasam da, hələ də bir nəticə yoxdur. Təəssüf doğuran hal o olur ki, adı çəkilən qurumlara ünvanladığım müraciətlər tədbir görülməsi üçün Gədəbəy rayon İcra Hakimiyyəti Aparatına göndərilsə də, icra hakimiyyətindən həmin qurumlara əsası olmayan cavablar göndərilir və beləliklə də üz-üzə qaldığım problemlər 15 aydan çoxdur ki, həllini tapmır. Diqqəti o hal da cəlb edir ki, hələ bir müddət bundan öncə Baş Prokurorluqda qəbulda olarkən, həmin qurumun rəsmi şəxslərindən biri ehyam vurdu ki, “sizin problemlərinizlə bağlı rəhbərlik də məlumatlıdır. Gədəbəy rayon rəhbərliyi Vergilər Nazirliyi ilə sıx təması olduğundan, onunla bağlı lazımi tədbirlər görülmür. Bu da problemlərinizin həll olunmamasına səbəb olur”. Bütün bunlar onu söyləməyə əsas verir ki, nə qədər ki, Ramiz Yediyarov icra başçısı vəzifəsini daşıyır, deməli Gədəbəydə sahibkarların problemləri problem olaraq qalacaq. Araşdırmamız davam edəcək.








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Aqrarkredit”in 1,2 milyonluq villası hərraca çıxarılır – FOTOLAR
Bu gün, 18:17
"Dərmanların qiymətini Tarif Şurası deyil, bazar müəyyən etməlidir" - Adil Qeybulladan ETİRAZ
Bu gün, 18:02
Nənə və nəvələri maşınla vuraraq hadisə yerindən qaçan sürücü azadlığa buraxıldı - TƏFƏRRÜAT
Bu gün, 17:53
Elmar Vəliyevlə əlaqələndirilən “Gəncə Bazar Ticarət Mərkəzi” satışa çıxarıldı - BU QİYMƏTƏ...
Bu gün, 17:51
“Payızda müharibə olacaq” - Karapetyan
Bu gün, 17:49
Azərbaycanlı model məhkəməni uddu
Bu gün, 17:35
Bakıda makler ev yiyəsini görün necə aldatdı – İnanılmaz olay
Bu gün, 17:31
"Hər kəs bilsin ki, belə şəxslərə güvənmək olmaz..." - ETİRAZ VAR...
Bu gün, 17:27
ABŞ Yaxın Şərq üzərindən Ermənistanı “vurur”: - Cənubi Qafqazda yeni “savaş poliqonu” yaranır
Bu gün, 17:18
Şirkətlər “Expressbank“dan pullarını geri çəkdi - SƏBƏB
Bu gün, 16:53
Sosial müavinət və işə düzəltmək vədi ilə 45 min manatlıq dələduzluq - TƏFƏRRÜAT
Bu gün, 16:47
"Azərbaycan Dəmir Yolları"na 760 manat ziyan vuran şəxslər cəzalandırıldı
Bu gün, 16:45
"Avropa İttifaqında Rusiyaya qarşı yeni sanksiyalar ətrafında fikir ayrılığı dərinləşir" - "Financial Times"
Bu gün, 16:32
BU DA BAKIYA “DƏRS KEÇMƏYƏ” QALXDI... - Nə səviyyəsi, nə də başı üçün deyil
Bu gün, 16:29
Üç azərbaycanlı Ermənistanda şirkət açıb - SİYAHI
Bu gün, 16:02
Paşinyanın daha bir rəqibinin toxunulmazlığı ləğv olundu - KİV
Bu gün, 16:01
Kreml Rusiya və Almaniya nümayəndələrinin Bakıda görüş keçirməsi barədə məlumatlı deyil - AÇIQLAMA
Bu gün, 15:50
Bizə Rusiyadan niyə DOST OLMAZ... - ÇÜNKİ...
Bu gün, 15:46
Yeni geosiyasi reallıq: Diqtə edən tərəf Bakıdır - İNCƏLƏMƏ
Bu gün, 15:41
İran təslim olmadı, ABŞ planını dəyişdi - ŞƏRH
Bu gün, 15:39
Rüfət Əhmədzadənin meyiti aşkarlandı
Bu gün, 15:32
Tehran ABŞ-la sazişin bərpası imkanını qoruyub saxlayır - İRNA
Bu gün, 15:30
Xaricdən gətirilən armaturlardan gömrük rüsumu tutulması – EVLƏRİ BAHALAŞDIRACAQ
Bu gün, 15:24
“Azərbaycan jurnalistikasının qarşısında böyük imkanlarla yanaşı, böyük məsuliyyət də dayanır” - Günay Əfəndiyeva
Bu gün, 13:58
Moskva və Ankara "Mavi axın"a edilən hücumları qapalı rejimdə müzakirə edir
Bu gün, 13:15
Ağdamda xəstəxana tikintisinin davamına daha 16 milyon sərf olunacağı proqnozlaşdırılıb
Bu gün, 13:03
“Qaçqınkom” bizi köçürmür, hər an bu divar uşaqların üstünə uça bilər” - NARAZILIQ VAR...
Bu gün, 12:58
Özəlin açıqlamasından sonra 400 min nəfər istefa verdi... – CHP-də “siyasi zəlzələ”
Bu gün, 12:55
Zəngəzurdan Moskvaya ZƏRBƏ – Sokolov kimin adamıdır?
Bu gün, 12:49
"Arzum" ləqəbli bloqer ev dustaqlığına buraxılıb - QƏRAR
Bu gün, 12:45
Çağrılmamış qonaqlar... - Bu, çox ciddi məsələdir...
Bu gün, 12:43
Mülayim şərq küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:39
AZAL media nümayəndələri üçün intellektual yarış təşkil etdi - Fotolar, VİDEO
Bu gün, 12:37
Bakıda Bakıdan xəbərsiz MƏXFİ görüş – Əliyev də ondan danışdı...
Bu gün, 12:18
FHN-nin Dövlət Ekspertiza Baş İdarəsindən şübhəli müqavilələr – Milyon yarım manat haralara gedir
Bu gün, 12:16
“Tofiq Mirzəyev Bakıda dəfn olunmağı arzulayırdı” - Fərhad Xəlilov
Bu gün, 12:12
Onlar görəvdən ALINDI - FOTO
Bu gün, 12:11
Ermənistanda Müdafiə Nazirliyinin vəzifəli şəxsi dizel yanacağını mənimsəməkdə ittiham olunur - KİV
Bu gün, 11:49
"2 ildir su artezian quyusunun mühərriki işləmir..." - NARAZILIQ VAR...
Bu gün, 11:42
“Bir Ecosystem”də YENİ TƏYİNAT - BUNDAN SONRA...
Bu gün, 11:36
Bakı Berlinə yaxınlaşır: Mühüm səfərin pərdəarxası - İNCƏLƏMƏ
Bu gün, 11:25
Paşinyanın referendum XOFU - ŞƏRH
Bu gün, 11:13
Arzumun növbəti məhkəməsidir: Amalın xanımı hökmdən narazıdır - TƏFƏRRÜAT
Bu gün, 11:02
İrəvanın “Made in USA” niyyəti - Bakının reaksiyası...
Bu gün, 10:59
Dövlət qayğısı milli mətbuatın inkişafının əsas təməlidir - MƏQALƏ
Bu gün, 10:51
Elnarə Abdullayeva qardaşının ölümündən danışdı: - "63 yaş nədir ki..."
Bu gün, 10:50
"`AzəriQaz` veteranın 37,50 manat ezamiyyə puluna göz dikib?" - GİLEY
Bu gün, 10:43
“Dilarə mənə gəlin yox, qız oldu, Oqtayı güc-bəla ilə razı saldıq ki...” - Səhhətində problem yaranan Xalq artisti
Bu gün, 10:32
Qanunsuz tikilinin qarşısını almaq istəyən məmurlara əsa ilə hücum etdilər – MƏHKƏMƏ
Bu gün, 10:30
İlham Əliyevdən şok açıqlama: Bakıda keçirilən rus-alman görüşünü ondan kim və niyə gizlədib? - İLGİNC
Bu gün, 10:22
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru