Neftçilərə MƏCBURİ təlim tələbi: HƏYATLARI RİSK ALTINDADIR... .....                     Astanadan verilən ultimatum və erməni fermerlər təşvişdə... .....                     Cənubi Qafqaz Boru Kəməri vasitəsilə nəql edilən qazın həcmi artıb .....                     Ermənistanda şok məhkəmə davası: .....                     Ermənistan ABŞ ilə TRIPP üzrə çərçivə sazişi imzalayıb .....                     Macarıstan Ukrayna ilə bağlı vetonu geri götürüb .....                     Goranboy sakinləri YOLSUZLUQDAN GİLEYLƏNİR... .....                     İlhamə Quliyevanın bacısı qızının cinayət işi məhkəməyə göndərildi .....                     Qarabağdan köçmüş ermənilər Azərbaycan ərazisində qalmış evləri ilə bağlı .....                     “Ermənilərin Azərbaycana qayıtması məsələsi bağlanıb” .....                     Rusiya Azərbaycana qarşı hərəkətə keçir .....                     Amerikanın iştahı kəsiləndə, “Tramp marşrutu”nu dayandıracaq .....                     “Azkredit”in rəhərlərindən biri vəzifəsini tərk edib .....                     Xaçmaz və Beyləqanın kəndlərinin elektrik təsərrüfatının yenilənməsinə başlanılır .....                     "Azərbaycan 90-cı illərin ölkəsi deyil” .....                     "İrəvan yaxşı hesab edərsə, Aİ-yə qoşulsun" .....                     Kreml mediası Paşinyana müharibə elan etdi: .....                     "Mən 10 günlük müalicəyə 2 min manat necə xərc çəkə bilərəm?" .....                     Paşinyanın Başkənd “bazarlığı”: Sülhə əngəl olacaq .....                     “İşini bilən insanları pensiyaya göndərirlər, Əliqismət Lalayev 80 yaşına kimi də...” .....                     Dayısı oğlu ilə birgə keçmiş arvadını oğurlayan şəxsin işində... .....                     Doktorantura və dissertanturaya qəbul imtahanının tarixləri müəyyənləşib .....                     “Ermənistanın qarantı Azərbaycandır” .....                     "Turan Tovuz"un Avropa şoku: Keçmiş AFFA rəhbərliyi cavab verməlidir .....                     Bacısını öldürən şəxs: “Onun çəkdirdiyi fotoşəkli sosial şəbəkədə başqa şəxsə göndərdiyini aşkarladım” .....                     Kremlin absurd niyyəti: Ermənistan üçün “Ukrayna ssenarisi” .....                     ABŞ Ermənistanı talayacaq .....                     ABŞ şirkətləri Azərbaycana 8 milyard dollar sərmayə yatıracaq .....                     Məhkəmə vəzifəli şəxsin keçmiş köməkçisi ilə bağlı qərar çıxardı .....                     “Ekolizinq” 2025-ci ildə kiçilib, gəlirləri azalıb .....                     Rusiyada 15 il həbs cəzası verilən tələbə... Rafael Məmmədov kimdir, suçu nə? .....                     Azərbaycan nefti 3 dollara yaxın bahalaşıb .....                     Bacısının qayınatasını öldürmək istəyən gənc: .....                     “Tikinti yubadılır, kirayə pullarımız da verilmir” .....                     Azərbaycanlı Əhməd bir saniyədə necə 22 milyard dollar QAZANDI .....                     “SOCAR-AQŞ”nin sabiq baş direktoru ilə bağlı QƏRAR .....                     Bu il neçə kişi qadının soyadını qəbul edib? .....                     Müştərisi bankı məhkəməyə verməyə hazırlaşır... .....                     Azərbaycanda neftçini süründürən SOCAR əcnəbiyə ƏN ÇOX MAAŞI VERİR .....                     Şuşa yoluna pul verərik, amma... .....                 

"Yuxarılar" zülmkarlıqda ad çıxarmış başçını cəzalandırır - Yediyarov yedi, doydu...
Tarix: 14-04-2016, 10:04 | Çap et
"Yuxarılar" zülmkarlıqda ad çıxarmış başçını cəzalandırır
Hələ bir neçə il bundan əvvəl, Gədəbəydə sahibkarlara bənzəri olmayan divan tutulduqca, onlara məxsus obyektlər heç bir məhkəmə qərarı, icra başçısının hər hansı əsas verən sərənncamı və.s olmadığı halda viran edildikcə, o halda tam əksəriyyət bilib başa düşürdü ki, Ramiz Yediyarovun zülmə və iztiraba söykənən idarəçiliyi, hələ “çox başları yeyəcək”. Bəli, bu belə də oldu. Yəni, nə az, nə çox təqribən 43 nəfər sahibkara məxsus obyektlər elə bir formada darmadağın edildi ki, onlar bu gün də düşdükləri zülmdən qurtula bilmirlər. Həmin sahibkarlara məxsus obyektlər icra başçısının verdiyi şifahi tapşırıq və Gədəbəy şəhəri üzrə icra nümayəndəsi vəzifəsini daşıyan, çoxsaylı qanunsuzluq əməllərinin müəllifi, büdcə oğurluqlarının “ixtiraçısı” və.s adı ilə məşhurlaşan Şahbaz Bayramov tərəfindən viran edildikdən sonra, əsl müsibət də həmin vaxtdan başladı.
Bəli, bu gün pozulmuş hüquqlarının bərpası uğrunda mübarizə aparan sahibkarlar Gədəbəylə Prezident Administrasiyası arasında qalıblar ki, bu da onların mübarizə əzminin hələ qırılmadığından, yorulmamalarından xəbər verir. Məsələn, üz-üzə qaldıqları problemlərin varlığı ilə bağlı “Gündəm Xəbər”in əməkdaşına fikirlərini bildirən sahibkarlardan Əliyev Oqtay Qara oğlu, Səfərov Vaqif Qara oğlu, Məmmədov Qasım Nəriman oğlu, Əliyev Oqtay İbrahim oğlu və digərləri bildirirlər ki, “bizim alın tərimizlə, zəhmətimizlə, minbir əzab-əziyyətlə ərsəyə gətirdiyimiz və şəxsi mülkiyyətimizdə olan obyektləri Ramiz Yediyarov heç bir əsas olmadan darmadağın etdirdi”.
Daha çox ziyan çəkən sahibkarlardan biri də Oqtay Qaraoğludur ki, o, üzləşdiyi haqsızlığa qarşı mübarizə yolunda bir dəfə həbs də olunub. Onun həbsi, onun susdurulmasına hesablanmış addım olsa da, sonrakı proseslər tam əksinə cərəyan edir. Çünki, digər sahibkarlar kimi Oqtay Qaraoğlunun aidiyyəti qurumlardan pozulmuş hüqüqlarının bərpası ilə bağlı tələbi, yəni o, şəxsi mülkiyyətində olan 38,5kvm-lik obyektinin heç bir məhkəmə qərarı olmadan sökülməsini, yüksək çinli vəzifə sahiblərinin diqqətinə də çatdıra bilir. Baxmayaraq ki, hələ bir müddət bundan əvvəl Gədəbəy rayon İcra Hakimiyyətində hüquqşünas vəzifəsini daşıyan Zülfüqar İsgəndərov, “ANS” televiziyasına zəng edərək bildirmişdi ki, gədəbəyli sahibkarların, o cümlədən Oqtay Qaraoğlunun heç bir əsaslı sənəd-sübutu yoxdur. Çox keçmədən teleşirkət əməkdaşının məsəyəyə müdaxiləsi, verilən informasiyanın araşdırılması yöndə apardığı araşdırma, Zülfüqar İsgəndərovun yalanını ortaya çıxarır. Bu da onu söyləməyə əsas verir ki, icra başçısı başda olmaqla, həmin strukturda çalışanlar yerli sahibkarlara qənim kəsiliblər.
Təhsilimizə vurulan zərbə
Sahibkarlar onu da vurğulayırlar ki, “icra başçısının obyektlərimizi darmadağın etdirib bizi böşbekar qoydurması qalsın bir yana, Gədəbəy rayon Peşə Məktəbinə məxsus üç inzibati binanın yerlə-yeksan edilməsi də, bu gün əsas müzakirə olunan problemlərdəndir. Təəccüb və təəssüf doğuran hal odur ki, “biz bu yerdə bayraq tikdirəcəyik” adı altında, dövlətin külli miqdarda vəsaiti hesabına inşa olunan məktəbə məxsus inzbati binaların darmadağın edilməsi və söküntü zamanı əldə olunan köhnə materiallardan şəxsi məqsədlər üçün istifadə olunma da, nə yerə, nə də göyə sığası məsələdir. Axı, ölkə rəhbəri cənab İlham Əliyev başda olmaqla, bu gün Azərbaycan təhsilinin inkişafı məsələlərinə cavabdehlik daşıyan hər bir vəzifə sahibi, texniki peşə məktəbləri ilə bağlı problemlərə həssaslıqla yanaşırlar. Hətta, problemlərin həlli istiqamətində lazımi tapşırıqlarını da verirlər. Görəsən Gədəbəy rayon rəhbərliyi və onun zülmə, iztiraba söykənən idarəçiliyinə dəstək verən vəzifə sahiblərinin, ölkə rəhbərinin Azərbaycan təhsilinin problemlərinin həlli ilə bağlı yanaşmasına verdikləri dəstək budurmu? Əslində onların bu cür yanaşmaları, ölkə rəhbərinin mövqeyinə qarşı etdikləri xəyanətdən başqa bir şey deyil.
Bir faktı da qeyd edək ki, təqribən 2013-cü ildə darmadağın edilən Gədəbəy rayon Peşə Məktəbinə məxsus inzibati binada, əvvəllər hərbi hissə də yerləşirdi. Yəni, həmin binadan hərbi məqsədlər üçün də istifadə olunurdu. Amma, rayon rəhbərliyinin iştahası hər şeyə qalib gəldi ki, bu gün də nəticə göz önündədir və dağıdılmış binaların əraziləri bomboşdur. O, halda ortaya belə bir sual da çıxır ki, təqribən 804 nəfər şagirdin təhsil ala biləcəyi binalar niyə viran edildi və söküntü zamanı əldə olunan köhnə materiallar hara qeybə çəkildi? Yəqin ki, bu yöndə bir qədər araşdırmalar aparılarsa o da bəlli olar ki, həmin materiallardan rayonun sukanal anbarının üstündə Şahbaz Bayramov özünə təmtəraqlı yaşayış evi, Ramiz Yediyarov isə, əldə etdiyimiz məlumatlara görə Şəki şəhərində tikinti işləri apartdırıb.
Gədəbəydə şəhidlərin ruhuna hörmətsizlik olunur
Gədəbəydə yaşanan problemlər içərisində daha çox müzakirə olunanı, gədəbəyli şəhidlərin adını daşıyan və rayonun Səməd Vurğun küçəsində, mərhum sürücü İsmayıl Məmmədova məxsus evin yaxılığında yerləşən bulağın darmadağın edilməsidir. Bir anlığa diqqət yetirək ki, Gədəbəy rayonu Ermənistanın üç rayonu ilə həmsərhəd, həm də strateji əhəmiyyət kəsb edən bir ərazidə yerləşir. Belə bir səbəblər üzündən də, hələ 1992-1993-cü illərdə bu rayonun sərhəd zolaqlarında aparılan döyüş əməliyyatlarında neçə-neçə şəhidlər qurban verilsə də, bir metr olsun belə torpaq verilmədi. Bəli, bu gün də vaxtilə gədəbəylilərin göstərdikləri şücaət, qəhrəmanlıq hissi dillərin əzbərinə çevrilib. Amma, bütün bunlara baxmayaraq Gədəbəy rayon İcra Hakimiyyəti başçısının şəhid bulağına qənim kəsilməsi ucbatından, həmin bulaq traktorla yer üzündən silinmişdir. Belə bir yanaşmanın varlığı da, şəhid ruhuna edilən hörmətsizlikdən başqa bir şey deyil.
Səbəb nədir ki, Ramiz Yediyarov gədəbəyliləri dilənçi adlandırıb?
Hələ ötən sayımızda, Gədəbəy rayon İcra Hakimiyyəti başçısının gədəbəyliləri dilənçi adlandırması məsələsinə də toxunmuşduq. Bu haqda redaksiyamızı məlumatlandıran şəxsin bildirdiyinə görə, icra başçısı çoxsaylı sahibkarların problemlərini həll etmək əvəzinə, gədəbəylilərin ünvanına təhqiramiz ifadələr işlətməkdən də çəkinməyib. Məsələn, xeyli müddət bundan əvvəl üzləşdiyi problemin həllini icra başçısından tələb edən sahibkara, onun “bu gədəbəylilər əl açıb adamdan əl çəkmirlər” deməsi, gədəbəylilərin dilənçi adlandırılması mənasını daşımırmı? İcra başçısının bu cür ifadəsi, heç bir halda qətiyyətli iradəsi ilə sayılıb-seçilən gədəbəylilərə şamil oluna bilməz. Çünki, Gədəbəy tarixən həm ziyalıları, həm də igid ərənləri ilə xüsusi ad çıxaran ərazilərdən biri olub. Hələ ötən sayımızda onu da qeyd etmişdik ki, bu rayon sovet dönəmində bəlkə də yeganə rayon olub ki, ərazisində bir kimsə dilənçiliklə məşğul olmayıb. Son hadisələr bir daha isbat etdi ki, Gədəbəyin ərazilərini mənfur ermənilərdən qoruyanlar kənardan gələnlər deyil, məhz bu rayonun ərazisində doğulan, onun təmiz havasını udan, suyunu içən, çörəyini yeyən gədəbəylilər müdafiə edib qorudular. Bəli, gədəbəylilər öz qürurlu adları ilə, bu gün də fəxr etməkdədirlər.
Fərqli yanaşma nəyə dəlalət edir?
Diqqəti bir məqama da yönəldək ki, həmişə ölkə rəhbəri səviyyəsində Gədəbəyə xüsusi hörmət və izzət də bəslənilib. Rayonun çoxsaylı problemləri zaman-zaman diqqətdə saxlanılıb, həlli istiqamətində müvafiq tapşırıqlar da verilib. Bir sözlə, gədəbəylilər istər ulu öndər, mərhum prezidentimiz Heydər Əliyevdən, istərsə də möhtərəm prezidentimiz cənab İlham Əliyevdən daim diqqət və qayğı görüblər. Bu belə olduğu halda səbəb nədir ki, ölkə rəhbərinin verdiyi səlahiyyət çərçivəsində icra başçısı vəzifəsini daşıyan Ramiz Yediyarov, məhz gədəbəylilərin ünvanına belə bir fikir səsləndirir. Bu cür yanaşmanın ortaya qoyulması, təkcə bu gün həyatda yaşayan gədəbəylilər üçün deyil, həm də həmin torpaq uğrunda canından keçən şəhidlərimizə, veteranlarımıza, əlillərimizə və.s bəslənilən hörmətsizlikdir. Odur ki, bir qədər düşünək, bir qədər də götür-qoy edək...
Vəzifə sahiblərindən növbəti maxinasiya
Gədəbəyin çoxsaylı problemlərindən biri də, icra başçısı Ramiz Yediyarovla, rayonun maliyyə idarəsinə rəhbərlik edən Namiq Məmmədovun ələlə verərək, təqribən bir il bundan əvvəldən başlayaraq, istər büdcə oğurluqları hesabına əldə etdikləri vəsaitlər, istərsə də köhnə materiallar hesabına, rayonun Qaradağ və Maarif kəndləri arasındakı aşrım ərazidə yeni adsız kənd salmalarıdır. Aparılan tikinti işləri ilə bağlı məlumatları “Gündəm Xəbər”ə çatdıran şəxsin bildirdiyinə görə, həmin ərazidə adları çəkilən vəzifə sahibləri özləri üçün malikanə tikdirməkdədirlər. Bu da olduqca ciddi qanun pozuntusudur. Çünki yeni adsız kənd, kənd təsərrüfatı məhsulları yetişdirmək üçün nəzərdə tutulmuş pay torpağı sahələrində salınır. Digər tərəfdən hər hansı ərazidə yeni kənd salınırsa, həmin kəndin adı ilə bağlı Nazirlər Kabinetinin müfvafiq qərarı olmalıdır. Bu haqda məlumatı verən şəxs onu da bildirir ki, kənd sakinlərinə məxsus pay torpaqlarında yeni salınan kəndlə bağlı Nazirlər Kabinetinin hər hansı qərarı yoxdur. Daha bir qanunsuzluq da, qeyd olunan pay torpağı sahələrindən təyinatı üzrə istifadə olunmamasıdır. Yəni, istifadə olunmaya imkan verilməməsidir.
Onu da vurğulayaq ki, hakimiyyətin yuxarı dairələrindən “Gündəm Xəbər”ə verilən ciddi informasiyalara görə, artıq Ramiz Yediyarovun icra başçısı “post”undan yola salınması üçün siyasi qərar da verilib. Bunu onunla əsaslandırırlar ki, ölkə rəhbərinin sahibkarlığın inkişafı ilə bağlı verdiyi tapşırıqlar rayon ərazisində heç bir vəhclə yerinə yetirilmir, əksinə yeni-yeni sosial problemlər baş qaldırmaqda davam edir. Bu da icra başçısının “yola salınması” üçün zəmin yaradıb ki, onun da taleyi Cəbrayılın və Laçının işdən çıxarılmış icra başçılarının taleyi ilə eyni olacağı bildirilir.
Gədəbəydə mərkəzi arxiv söhbəti, daim aktual mövzulardan biri olur
Yerli vəzifə sahibləri içərisində icra başçısı səviyyəsində təsir gücünə malik olan Namiq Məmmədov, sözün əsl mənasında bu gün Gədəbəydə əməlli-başlıca “fironluq” edir. Məlumatlı şəxsin “Gündəm Xəbər”ə verdiyi məlumatlara görə, bir müddət bundan əvvəl rayon təhsil şöbəsinin mühasibatlığı, Şəmkir rayon Təhsil Şöbəsinin mühasibatlığı ilə birləşdirildi. Az sonra isə, atılan addımlarla bağlı rayonun təhsil ocaqlarında yoxlamalar aparılsa da, aparılan yoxlama sənədləri Namiq Məmmədovun birbaşa səyi nəticəsində mərkəzi arxivə ötürüldü. Sözsüz ki, atılan addımların səbəbi o olur ki, mənimsənilmiş vəsaitlər teztələsik itbata salınsın. Bütün bunlardan əlavə, hər təhsil ocağı müdrinin 200 manat məbləğində “xərcə salınmaları” da diqqətdən kənarda qalmır. Məlumatlı şəxs onu da vurğulayır ki, toplanmış 200 manat pullar ünvanı üzrə, yəni icra hakimiyyəti aparatına çatdırılır.
Ümumiyyətlə, büdcə vəsaitlərinin mənimsənilməsi təkcə bu sahədə deyil, digər sahələrdə də tüğyan etməkdədir. Adicə bir faktı qeyd edək ki, bu gün Gədəbəyin başlıca problemlərindən biri də, elektrik enerjisi ilə təmin olunmada əmələ gələn problemlərin varlığıdır. Məsələn, elektrik enerjisinin tez-tez kəsilməsi, rayonun mərkəzi ərazilərinin axşam saatlarında zülmətə qərq olması, bu sahədə qol qoyulan maxinasiyalar nəticəsində baş verir. Rayonun mərkəzi ərazilərinin “kanalizasiya qazırıq” adı altında qazılıb xarabazarlığı çevrilməsi, yerli sakinlərin üz-üzə qaldıqları problemlərdəndir.
P.S. Hörmətli oxucular! Bu gün Gədəbəy rayonunun problemləri o qədər aşıb-daşır ki, problemlərin varlığını yazmaqla qurtarmaq olmur. Sözsüz ki, belə bir vəziyyətin əmələ gəlməsinə səbəb, rayon ərazisində həyata keçirilən yarıtmaz idarəçiliyin varlığıdır. Odur ki, növbəti sayımızda Gədəbəyin ucqar kənd və qəsəbələrində, meşə təsərrüfatında, səhiyyəsində, təhsilində, mədəniyyətində və.s kimi sahələrində yaşanan acınacaqlı durumdan, yerli sahibkarların gözümçıxdıya salınmalarından bəhs etməyə çalışacağıq. Odur ki, bizi izləməyi unutmayın.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Neftçilərə MƏCBURİ təlim tələbi: HƏYATLARI RİSK ALTINDADIR... - BU NƏDİ BELƏ?
Bu gün, 12:01
Astanadan verilən ultimatum və erməni fermerlər təşvişdə... - “Milyonlar itiririk”
Bu gün, 11:50
Cənubi Qafqaz Boru Kəməri vasitəsilə nəql edilən qazın həcmi artıb - DETALLAR
Bu gün, 11:47
Ermənistanda şok məhkəmə davası: - Tsarukyan Paşinyandan "casus" ittihamına görə milyonlar tələb edir
Bu gün, 11:45
Ermənistan ABŞ ilə TRIPP üzrə çərçivə sazişi imzalayıb - Mirzoyan
Bu gün, 11:36
Macarıstan Ukrayna ilə bağlı vetonu geri götürüb - KİV
Bu gün, 11:33
Goranboy sakinləri YOLSUZLUQDAN GİLEYLƏNİR... - FOTO
Bu gün, 11:33
İlhamə Quliyevanın bacısı qızının cinayət işi məhkəməyə göndərildi - TƏFƏRRÜAT
Bu gün, 11:17
Qarabağdan köçmüş ermənilər Azərbaycan ərazisində qalmış evləri ilə bağlı AİHM-nə 600 ərizə göndərdi..
Bu gün, 11:13
“Ermənilərin Azərbaycana qayıtması məsələsi bağlanıb” - Paşinyandan NET MÖVQE
Bu gün, 11:10
Rusiya Azərbaycana qarşı hərəkətə keçir – Moskva nəyə hazırlaşır?
Bu gün, 11:00
Amerikanın iştahı kəsiləndə, “Tramp marşrutu”nu dayandıracaq - Zaxarova deyir ki...
Bu gün, 10:59
“Azkredit”in rəhərlərindən biri vəzifəsini tərk edib - BUNDAN SONRA...
Bu gün, 10:56
Xaçmaz və Beyləqanın kəndlərinin elektrik təsərrüfatının yenilənməsinə başlanılır – 5,5 milyon manat ayrıldı
Bu gün, 10:52
"Azərbaycan 90-cı illərin ölkəsi deyil” - Vahid Əhmədov
Bu gün, 10:50
"İrəvan yaxşı hesab edərsə, Aİ-yə qoşulsun" - Overçuk
Bu gün, 10:46
Kreml mediası Paşinyana müharibə elan etdi: - “Erməni Zelenski Qarabağı itirdi, növbə Ermənistanındır!”
Bu gün, 10:43
"Mən 10 günlük müalicəyə 2 min manat necə xərc çəkə bilərəm?" - GİLEY
Bu gün, 10:26
Paşinyanın Başkənd “bazarlığı”: Sülhə əngəl olacaq - ÇÜNKİ...
Bu gün, 10:17
“İşini bilən insanları pensiyaya göndərirlər, Əliqismət Lalayev 80 yaşına kimi də...” - Xalq artistindən ETİRAZ
Bu gün, 10:09
Dayısı oğlu ilə birgə keçmiş arvadını oğurlayan şəxsin işində... - şikayət geri götürüldü
Bu gün, 10:07
Doktorantura və dissertanturaya qəbul imtahanının tarixləri müəyyənləşib - DİQQƏT
Bu gün, 10:06
“Ermənistanın qarantı Azərbaycandır” - Erməni ictimai fəal
Bu gün, 10:05
"Turan Tovuz"un Avropa şoku: Keçmiş AFFA rəhbərliyi cavab verməlidir - Ekspert deyir ki...
Bu gün, 09:59
Bacısını öldürən şəxs: “Onun çəkdirdiyi fotoşəkli sosial şəbəkədə başqa şəxsə göndərdiyini aşkarladım” - TƏFƏRRÜAT
Bu gün, 09:57
Kremlin absurd niyyəti: Ermənistan üçün “Ukrayna ssenarisi” - NƏ BAŞ VERİR?
Bu gün, 09:55
ABŞ Ermənistanı talayacaq - Zaxarova BELƏ DEYİR...
Bu gün, 09:52
ABŞ şirkətləri Azərbaycana 8 milyard dollar sərmayə yatıracaq - “Reuters”
Bu gün, 09:49
Məhkəmə vəzifəli şəxsin keçmiş köməkçisi ilə bağlı qərar çıxardı
Bu gün, 09:48
“Ekolizinq” 2025-ci ildə kiçilib, gəlirləri azalıb
Bu gün, 09:47
Rusiyada 15 il həbs cəzası verilən tələbə... Rafael Məmmədov kimdir, suçu nə? - DETALLAR
Bu gün, 09:41
Azərbaycan nefti 3 dollara yaxın bahalaşıb
Bu gün, 09:32
Bacısının qayınatasını öldürmək istəyən gənc: - “Ona bacımın ailəsinin niyə dağıldığını soruşdum, mənı aqressiv cavab verdi...”
Bu gün, 09:31
“Tikinti yubadılır, kirayə pullarımız da verilmir” - 4 ildir evi sökülən vətəndaş
Bu gün, 09:29
Azərbaycanlı Əhməd bir saniyədə necə 22 milyard dollar QAZANDI - ŞOK HADİSƏ
Bu gün, 09:19
“SOCAR-AQŞ”nin sabiq baş direktoru ilə bağlı QƏRAR - TƏFƏRRÜAT
Bu gün, 09:17
Bu il neçə kişi qadının soyadını qəbul edib? - AÇIQLAMA
Bu gün, 09:15
Müştərisi bankı məhkəməyə verməyə hazırlaşır... - ƏGƏR...
Bu gün, 08:04
Azərbaycanda neftçini süründürən SOCAR əcnəbiyə ƏN ÇOX MAAŞI VERİR - BU DA FAKT...
Bu gün, 07:50
Şuşa yoluna pul verərik, amma... - SUALLAR VAR...
Bu gün, 07:35
Bələdiyyə sədri İTTİHAM OLUNUR - ŞOK İDDİA
Bu gün, 07:14
AzəriQaz-da QANUNSUZ İŞ TƏLƏBİ - DAHA BİR ETİRAZ...
Bu gün, 06:53
Aİ ilə Rusiya arasında danışıqlar üçün imkan yaranır - "Reuters"
Bu gün, 06:35
“Heç biz də əmin ola bilmərik ki, evimizdə kamera var, ya yoxdur” - ONA GÖRƏ DƏ...
Bu gün, 06:28
Yasab kəndində YAŞAM ŞƏRTLƏRİ ağırdır - GİLEY
Bu gün, 06:18
Gəlişi gözəl rəqəmlər, gizlənən risklər: "Bank Respublika"nın fəlakət statistikası - ARAŞDIRMA
Bu gün, 06:09
"Cərimə balının yuxarı həddi 40 bala qədər artırılsın" - TƏKLİF
Bu gün, 06:04
CHP daxilində yaşanan böhran Azərbaycanda da xüsusi maraq doğurur - ŞƏRH
Bu gün, 06:01
Rusiya-Ermənistan münasibətlərində yeni gərginlik: Azərbaycan NƏ QAZANIR? - GƏLİŞMƏ
Bu gün, 05:59
"Həmidə Ömərova, Cavanşir Quliyev qapı arxasında qalmalı idi?" - Qalmaqallı qurultay
Bu gün, 05:58
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru