AfD-nin qələbəsi: Almaniyada türkləri nə gözləyir? .....                     "Ya gəlin məhsulunuzu düz-əməlli təhvil verin, ya da..." .....                     Bakcell Peerstack Academy tələbələri üçün hakaton keçirib .....                     YAP-ın VIII Qurultayına hazırlıq .....                     Bir evi bir neçə nəfərə satan iş adamına .....                     16 il sonra qayıtdılar, trendi alt-üst etdilər .....                     "Ehdiparfum"un videosunu yayanları bu cəza gözləyir .....                     “SOS” MMC-nin növbə rəisi həbs edildi: 20 min manatı qumarda uduzub .....                     Zaur Mikayılov yenə də BAKINI SELƏ TƏSLİM ETDİ... .....                     "Öz şəhərimizi niyə yazaq ki?" .....                     "Qazaxlı Alik"in oğlu yenidən məhkəmə qarşısında .....                     Azərbaycanın da qatıldığı Köçəri Oyunlarında nəticələr qarışdı .....                     Ankara strateji muxtariyyəti gücləndirir .....                     Ermənistan müdafiə naziri orduya fasiləsiz təlim əmri verdi .....                     Dövlət Komitəsinin sədri ona yüksək vəzifə verdi .....                     Azərbaycanda “buzov pulu” artırıldı .....                     Azərbaycanda yeni qurumun yaradılması .....                     Bakıya uçan daha bir təyyarə havaya qalxa bilmədi: PUA HÜCUMU .....                     Rusiya azərbaycanlıları adından sensasion çağırış .....                     Qonşuda benzinin qiyməti ikiqat artırıldı .....                     Putindən Ermənistanla bağlı sərt qərar .....                     “Erməni evində Azərbaycan işığı” xəbəri aranı qatdı .....                     Bu xanımlara yüksək vəzifə verildi .....                     General-mayor Anar İsmayılova ağır itki üz verib .....                     “Baku Electronics” müştərinin qanına susayıb? .....                     Elm və Təhsil Nazirliyində 300 min manatlıq qaranlıq müqavilə .....                     Azərbaycan neftinin qiyməti 107 dolları ötüb .....                     Putin görüş ərəfəsində Paşinyana qarşı nələr planlaşdırır?.. .....                     "Bakı Şəhər Halqası"nın sabiq şöbə rəisinin işi Ali Məhkəmədə .....                     Naxçıvan Dövlət Universiteti də QANUNLARI BELƏ POZUR... .....                     "Fermerin 100 ha torpağı, 500 baş qoyun-keçisi var?" .....                     Trampdan UCUZ NEFT VƏDİ... .....                     Qazaxıstanda neft emalı zavodunda yanğın baş verib .....                     Sən demə DSMF-nin mərhum Milli Qəhrəmanımızla məhkəmə davası var imiş... .....                     "Hər dəfə deyirəm ki, susum, danışmayım, nəyimə lazımdır… .....                     Ukrayna qurban verilir, yoxsa həqiqi sülh? .....                     "2000 manat bu xərci qarşılayacaqmı?!." .....                     Hökümət ailə (kiçik) təsərrüfatlarına niyə qənim kəsilib? .....                     Biləsuvarın icra başçısından Prezidentə ŞİKAYƏT OLUNDU .....                     “O qayaları yazan insanlar düşünsünlər ki, 5-6 il əvvəl Şuşaya gələ bilirdilər?” .....                 

SABİQ NAZİRLƏRİN MÜƏMMALI SUSQUNLUĞU
Tarix: 23-09-2013, 10:48 | Çap et
SABİQ NAZİRLƏRİN MÜƏMMALI SUSQUNLUĞU
Prezident seçkiləri ərəfəsində üç sabiq nazir mövqelərini açıqladılar. Əvvəlcə həbsdə olan iqtisadi inkişaf naziri Fərhad Əliyev müxalif namizəd və yaxın qohumu Cəmil Həsənliyə hörməti olduğunu desə də, cəzaçəkmə müəssisəsindən hakimiyyətin namizədini müdafiə edəcəyinə dair mesaj göndərdi.

Bir neçə gün əvvəl isə keçmiş rabitə naziri Nadir Əhmədov prezident seçkilərində hansı namizədi dəstəkləyəcəyini, kimin qalib gəlməsini arzuladığını açıqlayıb. modern.az saytına danışan eks-nazir seçkilərdən böyük gözləntilərinin olduğunu deyərək, seçiminin hazırki prezident İlham Əliyev olduğunu gizlətməyib: "Adətən əksər seçicilər üçün seçkidən öncə namizədin kimliyi özləri üçün sirr qalmalıdır, onu açıqlamazlar. Mən xalqım üçün yaxşı prezident seçilməsini istəyirəm. Ümid edirəm ki, prezident daha da yaxşı işləyəcək. Xalqın qeydinə bundan da yaxşı qalacaq, gələcəkdə dövlətimiz daha da irəliyə gedəcək. Mən inkişafın tərəfindəyəm. İnkişaf naminə də ölkə başçısının namizədliyini dəstəkləyirəm. Bizim Azərbaycanda olan inkişafı görürsünüz də, maşallah. Mən də Azərbaycanın bu inkişafını dəstəkləyirəm"-deyə eks-nazir qeyd edib.
Dünən isə keçmiş iqtisadiyyat naziri Namiq Nəsrullayev prezident seçkilərində kimi dəstəkləyəcəyini və hansı namizədi qalib görmək istədiyinə dair açıqlama verib. Eks-nazir ölkədə dinamikanın və aparılan kursun müsbət olduğunu qiymətləndirib: "Mən indiki prezident İlham Əliyevi dəstəkləyəcəyəm. Eks-nazir olaraq ölkədə dinamikanın müsbət olduğunu deyə bilərəm. Görülən işlər və Heydər Əliyevin başladığı siyasət uğurla davam etdirilir. Əsasən də Heydər Əliyevin vaxtında qoyulan proqram yerinə yetirilir. Bütün görülən işlər bunu deməyə əsas verir ki, növbəti beş ildə də prezidentimiz İlham Əliyev olmalıdır".
Sabiq nazirlərdən yalnız hazırda həbsdə olan keçmiş səhiyyə naziri Əli İnsanovun mövqeyi fərqlidir və o müxalifətin vahid namizədi Cəmil Həsənlinin tərəfində olduğunu bəyan edib.
Bir neçə sabiq nazirin hazırki dövlət rəhbərini müdafiə edəcəklərini açıq bəyan etmələrinə rəğmən, bir çoxlarının hələ də susqunluq nümayiş etdirməsi maraq doğurur. Məsələn, sabiq maliyyə naziri Əvəz Ələkbərovun, sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Əli Nağıyevin, sabiq iqtisadi inkişaf naziri Heydər Babayevin, sabiq maliyyə naziri Fikrət Yusifovun və digərlərinin mövqelərini açıqlamamaları, seçki öncəsi belə, mətbuatdan yan qaçmaları şübhəsiz ki, kifayət qədər müəmmalara yol açır.
Bu mövzuda qəzetimizə danışan adının çəkilməsini istəməyən mənbə prezident seçkilərinə xeyli vaxt qaldığını və bu müddətdə bir çox tanınmış sabiqlərində kimə səs verəcəkləri yönündə mövqelərinə aydınlıq gətirə biləcəklərini istisna etmədi: "Amma onu da gözardı etmək olmaz ki, bəzi sabiqlərin susqunluğunun özünəməxsus səbəblərinin ola bilməsi tamamilə mümkündür. Məsələn, sabiq iqtisadi inkişaf naziri Heydər Babayevin incikliyinin çox ciddi olduğu, buradakı əmlak və biznesinin böyük bir hissəsini sataraq, əsasən ölkə xaricində yaşamağa və oradakı biznesini genişləndirməyə çalışdığı sirr deyil. Onun artıq Azərbaycanda baş verən ictimai-siyasi proseslərlə maraqlanmadığı deyilir və əgər bu deyilənlər doğrudursa, Babayevdən hər hansı mövqe ifadə edəcəyini gözləmək yersizdir. Elə sabiqlər də var ki, onlar yeni vəzifə təyinatı ümidində olduqlarını gizlətmirlər. Məsələn, bir müddət əvvəl sabiq maliyyə naziri Əvəz Ələkbərov belə bir istəyini eyhamlı şəkildə saytların birinə açıqlamasında dilə gətirmişdi. Ola bilər, sabiq nazir ona seçkilərdən sonra hər hansı yeni post təklif edilərsə, öz mövqeyini açıq nümayiş etdirsin".
Mənbə sabiq nazirlərdən Əli Nağıyevin hansı mövqedə olduğunun onsuz da bilindiyini və ondan xüsusi açıqlama gözləməyin yersizliyini diqqətə çatdırıb: "Əli müəllim 2006-cı ildə diplomatik fəaliyyətə başlamasına əsasən Yeni Azərbaycan Partiyası sədrinin müavini vəzifəsindən və partiya sıralarından azad edilmişdi. 2012-ci ilin may ayında isə diplomatik fəaliyyətinə xitam verilməsi ndən sonra YAP sıralarına yenidən qəbul olundu. Bu mənada onun mövqeyi aydındır".
Mənbəmiz qarşıdakı günlərdə yalnız sabiq nazirlərin deyil, bir çox başqa keçmiş iri məmurların seçkilərlə bağlı mövqe ifadə edəcəklərini proqnozlaşdırır: "Xüsusilə yenidən hər hansı vəzifə istəyində olanların hazırki dövlət başçısına dəstəyini dilə gətirərək indidən siyasi xal qazanmağa çalışacaqları istisna olunmamalıdır. Amma mən hesab edirəm ki, seçkilərdən sonra ölkə rəhbərliyi keçmiş və hazırki komanda üzvlərinə etimaddan daha çox, yeni kadrların önə çəkilməsinə üstünlük verəcək. Bunu YAP rəhbərliyinin, xüsusilə hakim partiyanın icra katibi Əli Əhmədovun son bəyanatları da təsdiqləyir. Bu səbəbdən də hesab edirəm ki, sabiqlərin yeni təyinat ümidlərinin reallaşması hazırki bəzi komanda üzvlərinin seçkidən sonra da postlarını qorumaq cəhdlərinin səmərə verəcəyi qədər az ehtimal edilən bir məsələdir".








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
AfD-nin qələbəsi: Almaniyada türkləri nə gözləyir? - Ekspertlərdən xəbərdarlıq
Bu gün, 12:16
"Ya gəlin məhsulunuzu düz-əməlli təhvil verin, ya da..." - NARAZILIQ VAR...
Bu gün, 12:09
Bakcell Peerstack Academy tələbələri üçün hakaton keçirib - FOTOLAR
Bu gün, 12:03
YAP-ın VIII Qurultayına hazırlıq BAŞLANDI
Bu gün, 11:59
Bir evi bir neçə nəfərə satan iş adamına HÖKM OXUNDU
Bu gün, 11:57
16 il sonra qayıtdılar, trendi alt-üst etdilər - VİDEO
Bu gün, 11:36
"Ehdiparfum"un videosunu yayanları bu cəza gözləyir - ŞOK detallar
Bu gün, 11:35
“SOS” MMC-nin növbə rəisi həbs edildi: 20 min manatı qumarda uduzub - TƏFƏRRÜAT
Bu gün, 11:27
Zaur Mikayılov yenə də BAKINI SELƏ TƏSLİM ETDİ... - BUNUN BAŞQA ADI YOXDUR...
Bu gün, 11:18
"Öz şəhərimizi niyə yazaq ki?" - REAKSİYA
Bu gün, 11:09
"Qazaxlı Alik"in oğlu yenidən məhkəmə qarşısında - DETALLAR
Bu gün, 11:05
Azərbaycanın da qatıldığı Köçəri Oyunlarında nəticələr qarışdı - QALMAQAL
Bu gün, 10:56
Ankara strateji muxtariyyəti gücləndirir - Montrödən Akkuyuya
Bu gün, 10:54
Ermənistan müdafiə naziri orduya fasiləsiz təlim əmri verdi
Bu gün, 10:52
Dövlət Komitəsinin sədri ona yüksək vəzifə verdi - FOTO
Bu gün, 10:44
Azərbaycanda “buzov pulu” artırıldı – 50-250 manat veriləcək
Bu gün, 10:42
Azərbaycanda yeni qurumun yaradılması TƏKLİF OLUNUR
Bu gün, 10:38
Bakıya uçan daha bir təyyarə havaya qalxa bilmədi: PUA HÜCUMU - TƏFƏRRÜAT
Bu gün, 10:34
Rusiya azərbaycanlıları adından sensasion çağırış – Sluçkiyə səs istəyənlər kimdir?
Bu gün, 10:29
Qonşuda benzinin qiyməti ikiqat artırıldı
Bu gün, 10:27
Putindən Ermənistanla bağlı sərt qərar - PAST
Bu gün, 09:56
“Erməni evində Azərbaycan işığı” xəbəri aranı qatdı - GƏLİŞMƏ
Bu gün, 09:55
Bu xanımlara yüksək vəzifə verildi - BUNDAN SONRA...
Bu gün, 09:53
General-mayor Anar İsmayılova ağır itki üz verib
Bu gün, 09:27
“Baku Electronics” müştərinin qanına susayıb? - BU NƏDİ BELƏ?
Bu gün, 09:25
Elm və Təhsil Nazirliyində 300 min manatlıq qaranlıq müqavilə - Təhsildəki qruplaşma ilə bağlı növbəti araşdırma…
Bu gün, 09:18
Azərbaycan neftinin qiyməti 107 dolları ötüb
Bu gün, 09:07
Putin görüş ərəfəsində Paşinyana qarşı nələr planlaşdırır?.. - "2-3 il referendum keçirməyə yol verilməyəcək..."
Bu gün, 08:56
"Bakı Şəhər Halqası"nın sabiq şöbə rəisinin işi Ali Məhkəmədə - TƏFƏRRÜAT
Bu gün, 08:52
Naxçıvan Dövlət Universiteti də QANUNLARI BELƏ POZUR... - FOTOFAKT
Bu gün, 08:50
"Fermerin 100 ha torpağı, 500 baş qoyun-keçisi var?" - REAKSİYA
Bu gün, 08:44
Trampdan UCUZ NEFT VƏDİ... - Müharibədən sonra...
Bu gün, 08:40
Qazaxıstanda neft emalı zavodunda yanğın baş verib - KİV
Bu gün, 08:21
Sən demə DSMF-nin mərhum Milli Qəhrəmanımızla məhkəmə davası var imiş... - TƏFƏRRÜAT
Bu gün, 08:14
"Hər dəfə deyirəm ki, susum, danışmayım, nəyimə lazımdır… - ...Amma alınmır!"
Bu gün, 08:05
Ukrayna qurban verilir, yoxsa həqiqi sülh? - AKTUAL
Bu gün, 08:02
"2000 manat bu xərci qarşılayacaqmı?!." - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:00
Hökümət ailə (kiçik) təsərrüfatlarına niyə qənim kəsilib? - ETİRAZ VAR!
Bu gün, 07:52
Biləsuvarın icra başçısından Prezidentə ŞİKAYƏT OLUNDU - MÜRACİƏT
Bu gün, 07:48
“O qayaları yazan insanlar düşünsünlər ki, 5-6 il əvvəl Şuşaya gələ bilirdilər?” - Polad Həşimovun anası
Bu gün, 07:37
Təhsil nazirliyinin şübhəli TENDER ORTAQLARI... - Əmrullayevin ilginc DEPOT MMC SEVDASI
Bu gün, 07:34
"Bakı Kondisioneri" ASC-nin 855 min manatdan çox vergi borcu üzə çıxdı - FOTO
Bu gün, 07:29
"Erməni mallarının Azərbaycana gəlməsi sülhə aparan yoldurmu?..” – Tofiq Zülfüqarovdan AÇIQLAMA
Bu gün, 07:14
Keşləni yenə su basdı: "İcra başçımız Coşqun Cəbrayılov söz vermişdi ki..." - vətəndaş yenə də Allahın ümidinə qalıb...
Bu gün, 07:11
"Çünki o daşlarda, o qayalarda onların qanı var..." - deputat
Bu gün, 07:04
Qalmaqallı “Kayu”nun LİSENZİYASI YOX İMİŞ - BU NƏDİ BELƏ?
Bu gün, 07:01
Peşə Təhsilində küləvi narazılıq - Müqavilə ilə kimlər və necə işə götürülür?
Bu gün, 06:52
Tikinti dələduzları BUNA GÖRƏ MEYDAN SULAYIR - Tanınmış hüquqşünas ÇAĞIRIŞ ETDİ
Bu gün, 06:42
Daha bir TENDER HOQQABAZLIĞI - Qalib YAP-ın təşkilat sədrinin oğludur...
Bu gün, 06:35
Şuşada Azərbaycan Ordusunu “mühasirəyə alın” deyən general – 84 yaşında pasportunu təhvil verib Rusiyaya qayıtdı
Bu gün, 06:24
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru