EVİ YANDIRILAN JURNALİST HƏLƏ DƏ EVSİZDİR
Tarix: 28-08-2013, 11:07 | Çap et
Bildiyiniz kimi iyulun 22-də Milli Mətbuat Günü münasibətilə Bibiheybət qəsəbəsində jurnalistlər üçün tikilən evin açarları paylandı. Bu bölgü jurnalistlər arasında narazılığa səbəb oldu. Əsas da baş redaktorlara və evi olan jurnalistlərə verilən evlər...
Mətbuat Şurasının jurnalistlər üçün nəzərdə tutulmuş mənzilləri paylaşdırdıqdan sonra məlum oldu ki, onların arasında bir neçə evi olanlarla yanaşı, başqalarının haqqını tapdamış və yemiş В«jurnalistlərВ» də var.Ev alanların siyahısında yalnız 25-30 nəfərin adı var.
Şübhəsiz, bu gün onun bir çoxlarının yaltaqlanıb aldığı evlər əslində digərlərinin olmalıydı. Çünki bu haqq onlara məxsus idi. Bəs evi, hətta vilları ,bahalı maşınınları olan bir çox ev alan əslində kimlərin haqqını yeyib? - İbrahim Bayandurlu. Bir neçə il bundan öncə qəfil ürək tutmasından dünyasını dəyişib. Ailəsi hələ də kirayə evlərdə yaşayır. - Şahin Aağabəyli. В«Milli YolВ» qəzetinin mərhum baş redaktoru. Təsadüfi bir qəzanın qurbanı olub. Həyat yoldaşı və bir oğlu bu gün çətinliklər içində yaşayır. Evləri belə yoxdur.
- Vasif Turan. Bolgexeber.com saytının rəhbəri. Bir neçə il bundan evi yandırılıb və iki uşağı yanğın nəticəsində tələf olub. Bu gün körpə uşağı ilə çətinlik içində kirayələrdə yaşayır. - Röya Rəfiyevə. В«Yeni MüsavatВ» qəzetinin əməkdaşı kimi çalışır. On illərdir uşaqları ilə birlikdə zirzəmidə yaşayır. Bir neçə dəfə siçovullar uşağının qulağını belə dişləyiblər. - Aygün Muradxanlı. В«Yeni MüsavatВ» qəzetinin əməkdaşı. Uzun illərdir iki uşağı ilə kirayələrdə yaşayır. “Yeni Müsavat” qəzetinin əməkdaşı Röya Rəfiyeva siyahıdakı adlara baxanda onların əvəzinə utandığını söyləyir: “Siyahıda Bəhruz Quliyevin, Rəşad Məcidin adı var. Hansı ki, Rəşad Məcidin evi yox, evləri var. “Qafqazinfo”dan Elbrus Ərudun, evi olan digər jurnalistlərin adlarını gördüm. İş orasıdır ki, mənzillərinin olmaması ilə bağlı BT-dən arayış alıb bu insanlar.
Bu arayışı necə aldıqlarını deyə bilmərəm. Ancaq hansısa yolla həmin siyahıya düşüblər. 156 evdən heç 50-si evsiz jurnalistlərə çatmayıb. Elə qocaman jurnalistlər var ki, onların bir neçə evləri var. Çox ayıb, ayıb ki, onlar jurnalistlərin adına tikilən və lüks olmayan evə belə iddia edirlər. Hansısa bir jurnalistin isə başının üstündə çətir boyda bir damı belə yoxdur. Onlar isə evləri qoşa-qoşa alırlar”.
Jurnalistlər layihəni ədalətsiz hesab edir. Cəmiyyətdə ayrı-seçkilik yaratdığını söyləyirlər. “Var.az” saytının baş redaktoru Aynur Elgünəş 16 ildir jurnalistikadadır. Elə 16 ildir ki, kirayədə qalır. Ancaq ilk gündən bu layihəyə qoşulmadığını söyləyir.
Bolgexeber.com saytının rəhbəri Vasif TuranTia.az-a açıqlamasında bildirdi ki,mənzillərin bölgüsü ədalətlə aparılmayıb.Buna səbəb onun kimi evə ehtiyacı olan əksər jurnalistlərin adlarının mənzil alanların siyahısında olmaması,əvəzində siyahıda ,ümumiyyətlə jurnalistikaya aidiyyatı az olan adamların və evə qətiyyən ehtiyacı olmayan bir çox şəxslərin adlarının olmasıdır.
”Mən neçə illərdir aktiv olaraq mətbuatda çalışıram və evim yanması səbəbindən evsiz qaldığım üçün mənzil almaq üçün Mətbuat Şurasına ,müvafiq dövlət qurumlarına müraciət etmişdim.Ancaq gördüyünüz kimi bunların heç bir nəticəsi olmadı”,-baş redaktor bildirdi.
Xatırladaq ki, 07 oktyabır 2011-ci ildə Bolgexeber.com saytının rəhbəri Vasif Turanın Qobu qəsəbəsindəki evində 2 azyaşlı övladı , 9 və 11 yaşlı oğlanları yandırılaraq öldürülmüşdür. İki azyaşlı övladlarının faciəvi şəkildə həlak olması nəinki hüquqa və qanuna, insanlığa sığmayan bir cinayətdir. Qeyd edək ki, həmin cinayət işindən 3 ilə yaxındır müddət keçməsinə baxmayaraq hadisə istintaq orqanları tərəfindən hələ də dəqiq araşdırılmayıb.Bu hadisədən evi yanıb külə dönməsi səbəbindən baş redaktor artıq 3 ilə yaxındır evsizdir və kirədə yaşayır.

|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Putindən Ermənistanla bağlı sərt qərar - PAST
Bu gün, 09:56 |
|
|
|
| • “Erməni evində Azərbaycan işığı” xəbəri aranı qatdı - GƏLİŞMƏ
Bu gün, 09:55 |
|
|
|
| • Bu xanımlara yüksək vəzifə verildi - BUNDAN SONRA...
Bu gün, 09:53 |
|
|
|
| • General-mayor Anar İsmayılova ağır itki üz verib
Bu gün, 09:27 |
|
|
|
| • “Baku Electronics” müştərinin qanına susayıb? - BU NƏDİ BELƏ?
Bu gün, 09:25 |
|
|
|
| • Elm və Təhsil Nazirliyində 300 min manatlıq qaranlıq müqavilə - Təhsildəki qruplaşma ilə bağlı növbəti araşdırma…
Bu gün, 09:18 |
|
|
|
| • Azərbaycan neftinin qiyməti 107 dolları ötüb
Bu gün, 09:07 |
|
|
|
| • Putin görüş ərəfəsində Paşinyana qarşı nələr planlaşdırır?.. - "2-3 il referendum keçirməyə yol verilməyəcək..."
Bu gün, 08:56 |
|
|
|
| • "Bakı Şəhər Halqası"nın sabiq şöbə rəisinin işi Ali Məhkəmədə - TƏFƏRRÜAT
Bu gün, 08:52 |
|
|
|
| • Naxçıvan Dövlət Universiteti də QANUNLARI BELƏ POZUR... - FOTOFAKT
Bu gün, 08:50 |
|
|
|
| • "Fermerin 100 ha torpağı, 500 baş qoyun-keçisi var?" - REAKSİYA
Bu gün, 08:44 |
|
|
|
| • Trampdan UCUZ NEFT VƏDİ... - Müharibədən sonra...
Bu gün, 08:40 |
|
|
|
| • Qazaxıstanda neft emalı zavodunda yanğın baş verib - KİV
Bu gün, 08:21 |
|
|
|
| • Sən demə DSMF-nin mərhum Milli Qəhrəmanımızla məhkəmə davası var imiş... - TƏFƏRRÜAT
Bu gün, 08:14 |
|
|
|
| • "Hər dəfə deyirəm ki, susum, danışmayım, nəyimə lazımdır… - ...Amma alınmır!"
Bu gün, 08:05 |
|
|
|
| • Ukrayna qurban verilir, yoxsa həqiqi sülh? - AKTUAL
Bu gün, 08:02 |
|
|
|
| • "2000 manat bu xərci qarşılayacaqmı?!." - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:00 |
|
|
|
| • Hökümət ailə (kiçik) təsərrüfatlarına niyə qənim kəsilib? - ETİRAZ VAR!
Bu gün, 07:52 |
|
|
|
| • Biləsuvarın icra başçısından Prezidentə ŞİKAYƏT OLUNDU - MÜRACİƏT
Bu gün, 07:48 |
|
|
|
| • “O qayaları yazan insanlar düşünsünlər ki, 5-6 il əvvəl Şuşaya gələ bilirdilər?” - Polad Həşimovun anası
Bu gün, 07:37 |
|
|
|
| • Təhsil nazirliyinin şübhəli TENDER ORTAQLARI... - Əmrullayevin ilginc DEPOT MMC SEVDASI
Bu gün, 07:34 |
|
|
|
| • "Bakı Kondisioneri" ASC-nin 855 min manatdan çox vergi borcu üzə çıxdı - FOTO
Bu gün, 07:29 |
|
|
|
| • "Erməni mallarının Azərbaycana gəlməsi sülhə aparan yoldurmu?..” – Tofiq Zülfüqarovdan AÇIQLAMA
Bu gün, 07:14 |
|
|
|
| • Keşləni yenə su basdı: "İcra başçımız Coşqun Cəbrayılov söz vermişdi ki..." - vətəndaş yenə də Allahın ümidinə qalıb...
Bu gün, 07:11 |
|
|
|
| • "Çünki o daşlarda, o qayalarda onların qanı var..." - deputat
Bu gün, 07:04 |
|
|
|
| • Qalmaqallı “Kayu”nun LİSENZİYASI YOX İMİŞ - BU NƏDİ BELƏ?
Bu gün, 07:01 |
|
|
|
| • Peşə Təhsilində küləvi narazılıq - Müqavilə ilə kimlər və necə işə götürülür?
Bu gün, 06:52 |
|
|
|
| • Tikinti dələduzları BUNA GÖRƏ MEYDAN SULAYIR - Tanınmış hüquqşünas ÇAĞIRIŞ ETDİ
Bu gün, 06:42 |
|
|
|
| • Daha bir TENDER HOQQABAZLIĞI - Qalib YAP-ın təşkilat sədrinin oğludur...
Bu gün, 06:35 |
|
|
|
| • Şuşada Azərbaycan Ordusunu “mühasirəyə alın” deyən general – 84 yaşında pasportunu təhvil verib Rusiyaya qayıtdı
Bu gün, 06:24 |
|
|
|
| • Tramp “Bombardier” təyyarələrinin ABŞ-də satışının dayandırılmasını tələb edib - KİV
Bu gün, 06:18 |
|
|
|
| • Bakıda mənzil almaq adı ilə dələduzluq edən saxlanıldı
Dünən, 18:10 |
|
|
|
| • 12 il əvvəl boşandığı keçmiş arvadının maşınını yandırdı - TƏFƏRRÜAT
Dünən, 18:06 |
|
|
|
| • Əli Mirəliyevdən İlhamə Quliyevanın oğulluğu haqda ŞOK AÇIQLAMALAR - “Nə ölüsü, nə də dirisi...”
Dünən, 18:02 |
|
|
|
| • İşdən çıxarılan sədr keçmiş DEPUTATIN OĞLU İMİŞ - FOTO
Dünən, 18:01 |
|
|
|
| • Nazir Abid Şərifovun qardaşı oğlunu təqaüdə göndərdi - FOTO
Dünən, 17:56 |
|
|
|
| • Vətəndaşı “borc bataqlığına” sürükləyən kreditlər - BELƏ HARA GEDİRİK?
Dünən, 17:49 |
|
|
|
| • “MİDA”dan 23 milyonluq layihə
Dünən, 17:44 |
|
|
|
| • “Rus bazasını çıxarmaq, Azərbaycan Ordusuna “gəl” deməkdir” - Tevanyan
Dünən, 17:29 |
|
|
|
| • Elgizin yeni verilişi efirə çıxdı
Dünən, 17:26 |
|
|
|
| • İrəvanın dəyişikliyi Moskvanı təşvişə saldı – Hakimiyyətə onlar gələ bilər
Dünən, 17:23 |
|
|
|
| • Başıma açmadığı oyun qalmamışdı, indi özü həbsxanada zəhərlənməkdən qorxur - Saakaşvili
Dünən, 17:21 |
|
|
|
| • “Capital Partners İnvestisiya Şirkəti”nin dövriyyəsi 3 dəfə azalıb
Dünən, 17:19 |
|
|
|
| • Ərzaq qıtlığı olmayacaq, amma BAHALAŞMA GƏLİR: - İqtisadçıdan PROQNOZ
Dünən, 17:16 |
|
|
|
| • "Təcavüz" kimi görünən xəndək və: - “Sputnik”in qorxusu...
Dünən, 17:14 |
|
|
|
| • “Bank Avrasiya”nın səhmdarının tərkibindən daha bir şirkət ayrılıb - DETALLAR
Dünən, 17:12 |
|
|
|
| • Ermənistanın Zəngəzur dəhlizi vasitəsilə Mərkəzi Asiya və Türkiyəyə çıxışı çətinləşib - Ortada Rusiya faktoru var
Dünən, 17:11 |
|
|
|
| • Şikayətçilərin pulunu qaytarır? - Nigar Fərhaddan YENİ XƏBƏR
Dünən, 17:08 |
|
|
|
| • Xalq artisti işsiz qalıb: - “Deyirlər ki, bunun ömrü qurtarıb”
Dünən, 17:04 |
|
|
|
| • Qarabağ canisi olan general Ermənistandan imtina etdi - “İravunk”
Dünən, 16:55 |
|
|
|
|