Qazaxıstanda neft emalı zavodunda yanğın baş verib .....                     Sən demə DSMF-nin mərhum Milli Qəhrəmanımızla məhkəmə davası var imiş... .....                     "Hər dəfə deyirəm ki, susum, danışmayım, nəyimə lazımdır… .....                     Ukrayna qurban verilir, yoxsa həqiqi sülh? .....                     "2000 manat bu xərci qarşılayacaqmı?!." .....                     Hökümət ailə (kiçik) təsərrüfatlarına niyə qənim kəsilib? .....                     Biləsuvarın icra başçısından Prezidentə ŞİKAYƏT OLUNDU .....                     “O qayaları yazan insanlar düşünsünlər ki, 5-6 il əvvəl Şuşaya gələ bilirdilər?” .....                     Təhsil nazirliyinin şübhəli TENDER ORTAQLARI... .....                     "Bakı Kondisioneri" ASC-nin 855 min manatdan çox vergi borcu üzə çıxdı .....                     "Erməni mallarının Azərbaycana gəlməsi sülhə aparan yoldurmu?..” .....                     Keşləni yenə su basdı: "İcra başçımız Coşqun Cəbrayılov söz vermişdi ki..." .....                     "Çünki o daşlarda, o qayalarda onların qanı var..." .....                     Qalmaqallı “Kayu”nun LİSENZİYASI YOX İMİŞ .....                     Peşə Təhsilində küləvi narazılıq .....                     Tikinti dələduzları BUNA GÖRƏ MEYDAN SULAYIR .....                     Daha bir TENDER HOQQABAZLIĞI .....                     Şuşada Azərbaycan Ordusunu “mühasirəyə alın” deyən general .....                     Tramp “Bombardier” təyyarələrinin ABŞ-də satışının dayandırılmasını tələb edib .....                     Bakıda mənzil almaq adı ilə dələduzluq edən saxlanıldı .....                     12 il əvvəl boşandığı keçmiş arvadının maşınını yandırdı .....                     Əli Mirəliyevdən İlhamə Quliyevanın oğulluğu haqda ŞOK AÇIQLAMALAR .....                     İşdən çıxarılan sədr keçmiş DEPUTATIN OĞLU İMİŞ .....                     Nazir Abid Şərifovun qardaşı oğlunu təqaüdə göndərdi .....                     Vətəndaşı “borc bataqlığına” sürükləyən kreditlər .....                     “MİDA”dan 23 milyonluq layihə .....                     “Rus bazasını çıxarmaq, Azərbaycan Ordusuna “gəl” deməkdir” .....                     Elgizin yeni verilişi efirə çıxdı .....                     İrəvanın dəyişikliyi Moskvanı təşvişə saldı .....                     Başıma açmadığı oyun qalmamışdı, indi özü həbsxanada zəhərlənməkdən qorxur .....                     “Capital Partners İnvestisiya Şirkəti”nin .....                     Ərzaq qıtlığı olmayacaq, amma BAHALAŞMA GƏLİR: .....                     "Təcavüz" kimi görünən xəndək və: .....                     “Bank Avrasiya”nın səhmdarının tərkibindən daha bir şirkət ayrılıb .....                     Ermənistanın Zəngəzur dəhlizi vasitəsilə Mərkəzi Asiya və Türkiyəyə çıxışı çətinləşib .....                     Şikayətçilərin pulunu qaytarır? .....                     Xalq artisti işsiz qalıb: .....                     Qarabağ canisi olan general Ermənistandan imtina etdi .....                     Merts partiyasının seçkilərdə dramatik məğlubiyyətə uğradığını etiraf edib .....                     BDU-nun müəllimləri DƏLƏDUZ "PROFESSORUN" toruna düşüb .....                 

BİNƏQƏDİDƏ İDARƏ RƏİSİ İŞÇİLƏRİNƏ QƏNİM KƏSİLİB
Tarix: 3-08-2013, 13:44 | Çap et
BİNƏQƏDİDƏ İDARƏ RƏİSİ İŞÇİLƏRİNƏ QƏNİM KƏSİLİB
Redaksiyamıza daxil olan növbəti şikayət ərizəsində vətəndaş Akif Yusifov çalışdığı “Azəriqaz” İstehsalat Birliyi Binəqədi Qaz İstismar İdarəsinin rəhbərliyi tərəfindən əliəyriliyə, korrupsiya hallarının icrasına təhrik olunduğunu və bu kimi göstərişlərə əməl etmədiyindən işdən qovulduğunu iddia edir: “Mən uzun müddətdir ki, Binəqədi Qaz İstismarı idarəsində çalışıram. İş qabiliyyətim qənaətbəxşdir və təcrübəm də yetərlidir. Üzərimə düşən vəzifələri layiqincə yerinə yetirməyə çalışır, buna nail oluram. Ancaq tutduğum vəzifə üzrə mənim və mənim kimi başqa əməkdaşların fəaliyyətimizi qanunu surətdə yerinə yetirməyimiz işlədiyimiz idarənin rəisi Orduxan Həsənəliyevin və onun təşkil etmiş olduğu “komanda”sının xoşuna gəlmir. Cənab Orduxan Həsənəliyev öz deməsinə görə hansısa məsul vəzifədə işləyən havadarına arxalanaraq qanunsuz fəaliyyətlə məşğul olur və onun iş təcrübəsi ilə razı olmayan, əyri fəaliyyətə getməyən işçilərə qanunsuz təsirlər göstərir, onları sıxışdırır, hər vasitə ilə tutduğu vəzifədən uzaqlaşdırmağa çalışır. O, işçilərə abonentlər tərəfindən qaz sayğaclarına müdaxilə üçün şərait yaradılmasını, əyri yollarla pul qazanılıb ona gətirilməsini tələb edir.”

Maraqlıdır ki, A.Yusifov Qİİ rəisinin sadəcə passiv rüşvətxor məmur olmadığını, həm də qazanc əldə etməyin “yeni” üsullarının daima axtarışında olduğunu iddia edir: “Orduxan Həsənəliyev heç kimin ağlına gəlməyən üsullar icad edir. Məsələn o, işçilərdən abonentlərin “smart” tipli qaz sayğaclarına siqaret qutusunun gümüşü içliyi ilə müdaxilə edilməsini, bununla da süni surətdə böyük bir sahədə abonentlərin sayğaclarının fəaliyyətinin dayandırılmasına nail olunmasını təşkil edir. Bu əməliyyatdan sonra isə həmin abonentlər istər-istəməz müəyyən pul haqqları müqabilində sayğacların fəaliyyətinin dərhal bərpa olunmasına razılıq verməli olurlar. Konkret olaraq rəisin “komandasının” fəal üzvlərindən olan Heydər adlı işçı mənə bu neqativ hallara yol verilməsinə və onlarda iştirak etməyə qazılıq verməyim üçün hər ay mənə əlavə 300-500 manat, onun isə qeyri-rəsmi köməkçisi Elxan adlı işçi isə 500-1000 manat pul verilməsini təklif ediblər. Mən isə bu təkliflərə razılıq vermədiyim, vicdanla işləməyə çalışdığım üçün daimi surətdə rəhbərlik və onun komanda üzvləri tərəfindən təzyiqlərlə üzləşmişəm. Dəfələrlə heç bir səbəb olmadan məni cəzalandırmaq, işdən kənarlaşdırmaq istəyiblər, buna qismən nail olublar. Mən isə öz haqqımın bərpa olunmasına çalışmışam və əksər hallarda “Azəriqaz”ın və Əmək Müfəttişliyinin vasitəsilə buna qismən də olsa nail ola bilmişəm. Ancaq hiss edirəm ki, mənim gücüm tükənir. Artıq Əmək Müfəttişliyindən də mənə Orduxanla bacara bilmədiklərini deyirlər. Orduxan da bunların müqabilində “məni həyatdan yox etdirəcəyi” barədə mənə ultimatumlar göndərir və bunu aşıqdan-açığa, heç kimdən çəkinmədən edir. Mən özüm, həmçinin ailə üzvlərim də keçirdiyim bu stress hallar nəticəsində şəkər xəstəliyinə düçar olmuşuq. Bu kimi hallar iş qabiliyyətimə, sağlamlığıma mənfi təsir göstərir. Mən isə ailəmin yeganə qazanc gətirən üzvüyəm və iş yerimi itirmək mənim ailəmə olduqca mənfi təsir göstərə bilər...”

Qeyd etmək lazımdır ki, redaksiyamıza əvvəllər də Orduxan Həsənəliyevin rəhbərlik etdiyi bu idarənin fəaliyyətində yer almış neqativ hallara dair bir sıra məlumatlar, şikayət ərizələri daxil olmuşdu. Məsələn, daxil olan məlumatlarda vurğulanırdı ki, Binəqədi Qİİ-nin əməkdaşları tərəfindən müxtəlif ərazilərə qaz kəmərinin çəkilməsi və sayğacların quraşdırılması bəhanəsilə tələb olunan vəsaiti ödəyən sakinlər, əvəzində illərdir ki, narahatlıq və problemlərdən başqa heç nə əldə edə bilmirlər. Hər il sakinlərdən yeni məbləğ tələb edən idarənin əməkdaşları, sonunda bu problemləri ya büdcədə bu məqsədlə vəsaitin ayrılmadığı səbəbilə izah edirlər, ya da daha gülünc bəhanələr gətirirlər. Halbuki sakinlərdən yığılan vəsait hesabına bütün rayonun qaz problemi çoxdan həll oluna bilərdi. Sakinlər dəfələrlə müvafiq orqanlara şikayət məktubu göndərsələr də onları eşidən olmayıb. Həmçinin şikayət ərizələrində qeyd olunur ki, Binəqədi rayonunda bu gün aktuallığı ilə seçilən problemlərdən biri də Qİİ-nin əməkdaşları tərəfindən əhaliyə yazılan borclarla bağlıdır. Onlarla abonent illərdir ki, idarənin işçilərindən borc haqqında sənəd ala bilmirlər. Qaz idarəsinin işçiləri isə günün istənilən vaxtında qapını döyüb vətəndaşları bu bəhanə ilə narahat edirlər. Daxil olan şikayət məktublarından birində oxuyuruq: “Adətən elektrik enerjisinə və suya görə olan borcu göstərən sənəd müvafiq idarələrin işçiləri tərəfindən qapımızın kandarına yapışdırılır. Biz də o sənədi götürüb bankda, yaxud da poçtda ödənişi edirik. Amma qaz idarəsinin işçiləri gəlib qapını döyür, evdə kim varsa ona şifahi şəkildə filan qədər borcun olduğunu elan edirlər. Bundan sonra isə öz təkliflərini verirlər: ya borcu özün aparıb ödəməlisən, ya da onlara verməlisən. Maraqlıdır ki, qaz idarəsi işçilərinin əlində poçtun möhürlü kağızı olur və onlar təklif edirlər ki, pulu ver bizə, elə hesab et ki, poçta ödəmisən. Mən təbii ki, heç vaxt buna razılaşmamışam. Elan olunan məbləği vaxtlı-vaxtında özüm ödəmişəm. Amma niyə qaz işçiləri rəsmi borc kağızı vermirlər, necə olur ki, poçtun möhürlü qəbzi onların əlindədir, bunlar mənə qaranlıq qalıb. Mən üç ildir çalışıram Binəqədi Qaz İdarəsindən borc haqda sənəd ala bilmirəm”.

Göründüyü kimi bu faktlar da Akif Yusifovun öz ərizəsində Binəqədi Qİİ-nin rəhbərliyinə qarşı irəli sürdüyü ittihamlarla tamamilə uzlaşırlar. Bəlkə artıq“Azəriqaz” İstehsalat Birliyinin rəhbərliyi tərəfindən rayon qaz istismar idarələrinin fəaliyyətinə nəzarət mexanizmini işə salmaq vaxtı gəlib çatıb?








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Qazaxıstanda neft emalı zavodunda yanğın baş verib - KİV
Bu gün, 08:21
Sən demə DSMF-nin mərhum Milli Qəhrəmanımızla məhkəmə davası var imiş... - TƏFƏRRÜAT
Bu gün, 08:14
"Hər dəfə deyirəm ki, susum, danışmayım, nəyimə lazımdır… - ...Amma alınmır!"
Bu gün, 08:05
Ukrayna qurban verilir, yoxsa həqiqi sülh? - AKTUAL
Bu gün, 08:02
"2000 manat bu xərci qarşılayacaqmı?!." - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:00
Hökümət ailə (kiçik) təsərrüfatlarına niyə qənim kəsilib? - ETİRAZ VAR!
Bu gün, 07:52
Biləsuvarın icra başçısından Prezidentə ŞİKAYƏT OLUNDU - MÜRACİƏT
Bu gün, 07:48
“O qayaları yazan insanlar düşünsünlər ki, 5-6 il əvvəl Şuşaya gələ bilirdilər?” - Polad Həşimovun anası
Bu gün, 07:37
Təhsil nazirliyinin şübhəli TENDER ORTAQLARI... - Əmrullayevin ilginc DEPOT MMC SEVDASI
Bu gün, 07:34
"Bakı Kondisioneri" ASC-nin 855 min manatdan çox vergi borcu üzə çıxdı - FOTO
Bu gün, 07:29
"Erməni mallarının Azərbaycana gəlməsi sülhə aparan yoldurmu?..” – Tofiq Zülfüqarovdan AÇIQLAMA
Bu gün, 07:14
Keşləni yenə su basdı: "İcra başçımız Coşqun Cəbrayılov söz vermişdi ki..." - vətəndaş yenə də Allahın ümidinə qalıb...
Bu gün, 07:11
"Çünki o daşlarda, o qayalarda onların qanı var..." - deputat
Bu gün, 07:04
Qalmaqallı “Kayu”nun LİSENZİYASI YOX İMİŞ - BU NƏDİ BELƏ?
Bu gün, 07:01
Peşə Təhsilində küləvi narazılıq - Müqavilə ilə kimlər və necə işə götürülür?
Bu gün, 06:52
Tikinti dələduzları BUNA GÖRƏ MEYDAN SULAYIR - Tanınmış hüquqşünas ÇAĞIRIŞ ETDİ
Bu gün, 06:42
Daha bir TENDER HOQQABAZLIĞI - Qalib YAP-ın təşkilat sədrinin oğludur...
Bu gün, 06:35
Şuşada Azərbaycan Ordusunu “mühasirəyə alın” deyən general – 84 yaşında pasportunu təhvil verib Rusiyaya qayıtdı
Bu gün, 06:24
Tramp “Bombardier” təyyarələrinin ABŞ-də satışının dayandırılmasını tələb edib - KİV
Bu gün, 06:18
Bakıda mənzil almaq adı ilə dələduzluq edən saxlanıldı
Dünən, 18:10
12 il əvvəl boşandığı keçmiş arvadının maşınını yandırdı - TƏFƏRRÜAT
Dünən, 18:06
Əli Mirəliyevdən İlhamə Quliyevanın oğulluğu haqda ŞOK AÇIQLAMALAR - “Nə ölüsü, nə də dirisi...”
Dünən, 18:02
İşdən çıxarılan sədr keçmiş DEPUTATIN OĞLU İMİŞ - FOTO
Dünən, 18:01
Nazir Abid Şərifovun qardaşı oğlunu təqaüdə göndərdi - FOTO
Dünən, 17:56
Vətəndaşı “borc bataqlığına” sürükləyən kreditlər - BELƏ HARA GEDİRİK?
Dünən, 17:49
“MİDA”dan 23 milyonluq layihə
Dünən, 17:44
“Rus bazasını çıxarmaq, Azərbaycan Ordusuna “gəl” deməkdir” - Tevanyan
Dünən, 17:29
Elgizin yeni verilişi efirə çıxdı
Dünən, 17:26
İrəvanın dəyişikliyi Moskvanı təşvişə saldı – Hakimiyyətə onlar gələ bilər
Dünən, 17:23
Başıma açmadığı oyun qalmamışdı, indi özü həbsxanada zəhərlənməkdən qorxur - Saakaşvili
Dünən, 17:21
“Capital Partners İnvestisiya Şirkəti”nin dövriyyəsi 3 dəfə azalıb
Dünən, 17:19
Ərzaq qıtlığı olmayacaq, amma BAHALAŞMA GƏLİR: - İqtisadçıdan PROQNOZ
Dünən, 17:16
"Təcavüz" kimi görünən xəndək və: - “Sputnik”in qorxusu...
Dünən, 17:14
“Bank Avrasiya”nın səhmdarının tərkibindən daha bir şirkət ayrılıb - DETALLAR
Dünən, 17:12
Ermənistanın Zəngəzur dəhlizi vasitəsilə Mərkəzi Asiya və Türkiyəyə çıxışı çətinləşib - Ortada Rusiya faktoru var
Dünən, 17:11
Şikayətçilərin pulunu qaytarır? - Nigar Fərhaddan YENİ XƏBƏR
Dünən, 17:08
Xalq artisti işsiz qalıb: - “Deyirlər ki, bunun ömrü qurtarıb”
Dünən, 17:04
Qarabağ canisi olan general Ermənistandan imtina etdi - “İravunk”
Dünən, 16:55
Merts partiyasının seçkilərdə dramatik məğlubiyyətə uğradığını etiraf edib - KİV
Dünən, 16:51
BDU-nun müəllimləri DƏLƏDUZ "PROFESSORUN" toruna düşüb - TƏFƏRRÜAT
Dünən, 16:48
Anar Məmmədli və Anar Abdullayevə HÖKM OXUNDU
Dünən, 16:41
Vüsal kimləri qınadı? — "Başqa şeylərə pul xərcləyirlər, amma..."
Dünən, 16:39
Tanınmış aktyor AYNA-dan GİLEYLƏNDİ - FOTO
Dünən, 16:37
İşə adını hər gün yazmadığı üçün fəhləyə qrup halında hücum etdilər - CƏZA
Dünən, 16:32
Putin Paşinyanı son görüşə çağırır? - Görünəni odur ki...
Dünən, 16:28
“Əliyev və Paşinyan çoxdan razılaşıb” - Badalyan
Dünən, 16:18
Ət bazarında nə baş verəcək? - “600 kiloqram çəki göydən düşmür”
Dünən, 16:16
Putinlə 3 saat danışıb Zelenski ilə görüşə getdilər – “Böyük sülh” imzalanır?
Dünən, 16:09
Yəmən Silahlı Qüvvələri əks-hücumda: - Ölkəyə nəzarət bərpa edilir
Dünən, 16:06
Putinin Bakıya gözlənilməz zəngi: Rusiya nə istəyir? - AKTUAL
Dünən, 16:00
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru