SUMQAYIT DÖVLƏT UNİVERSİTETİNDƏ TAM ANARXİYADIR
Tarix: 8-05-2013, 15:45 | Çap et
 DİA.AZ: - Biz dəfələrlə Sumqayıt Dövlət Universitetində baş verən qanunsuzluqlar və korrupsiya faktlarını diqqətinizə təqdim etmişik. Lakin təəssüflər olsun ki, keçmiş təhsil naziri Misir Mərdanovla yaxın münasibətləri olan Nadir Qəhrəmanov bütün hallarda “sudan quru çıxmağı” bacarırdı. Ümidvarıq ki, obyektivliyi və prinsipiallığı ilə seçilən yeni təhsil naziri Mikayıl Cabbarov onun haqqında lazımi ölçü götürəcəkdir.
Bu günlərdə isə DİA.AZ-ın elektron poçtuna SDU-da baş verən özbaşınalıqlarla bağlı daha bir məktub daxil olub. SDU-nun rektoru Nadir Qəhrəmanovun sözügedən təhsil müəssisəsini qeyri-rəsmi formada özəlləşdirdiyini bildirən mənbə, rektorun bütün yaxın qohumlarının müxtəlif vəzifələrdə təmsil olunduğunu vurğulayıb: “Bu universitet Nadir Qəhrəmanov tərəfindən özəlləşdirilib. Bütün yaxın qohumlarını universitetdə müxtəlif vəzifələrə yerləşdirən Qəhrəmanov, dövlət müəssisəni ailə üzvlərinin qazanc mənbəyinə çevirib. Rektor təyin edildikdən sonar qardaşı Rəşidi universitetin “Ümumi Kimya” kafedrasına müdir təyin edən Nadir Qəhrəmanov digər yaxın dost-tanışlarına da səxavətlə vəzifə paylayıb”.
DİA.AZ-a daxil olan məlumata görə, N.Qəhrəmanov kadr təyinatı məsələsində namizədlərin təhsil səviyyəsi, bilik və bacarığına diqqət yetirmir, bu cür təyinatlarda yalnız öz istəyini əsas götürür: “Nadir Qəhrəmanov orta məktəbdə riyaziyyat müəllimi işləyən Polad adlı şəxsi universitetin “Riyaziyyat” kafedrasına müdir təyin edib. Gəlini Afaq İsmayılzadə isə “Üzvi Kimya” kafedrasında dosentdir. A.İsmayılzadə dosent kimi dövlətdən maaş almasına baxmayaraq bir dəfə də olsun universitetə ayaq basmayıb. Yəni nə dərs deməli olduğu tələbələri onu tanıyır, nə də o, öz tələbələrini”.
Məktubda o da qeyd olunur ki, A.İsmayılzadənin adı SDU-da dosent kimi getsə də, özü Bakıdakı modalar evində çalışır: “Afaq İsmayılzadə sözdə Sumqayıt Dövlət Universitetində dosent olsa da, Bakıda böyük modalar evində çalışır. Onun çalışdığı, daha dəqiq desək, rəhbəri olduğu modalar evini də ona alan Nadir Qəhrəmanovdur”.
Məlumata əsasən, N.Qəhrəmanovun oğlu, qızı, kürəkəni də SDU-da çalışır və ən əsası isə onlar universitetə testdən kənar üsullarla qəbul ediliblər: “Nadir Qəhrəmanov oğlunu, qızını, kürəkəni Elşəni, katibəsi Lena xanımı testdən kənar şəkildə universitetə qəbul edərək onlara iqtisadçı ixtisası verdirib. Rektorun tabelçi katibəsi olmasına baxmayaraq, başqa bir şəxsi də katibə qismində otağında əyləşdirib və əsas işləri də həmin şəxs aparır”.
Son illər universitet həyətindəki ağaclara divan tutulduğunu qeyd edən məktum müəllifi, təhsil müəssisəsinin həyətində göydələn binaların inşa edildiyini vurğulayıb: “Nadir Qəhrəmanov universitetin həyətindəki ağacları kəsdirib. Kəsilən ağacların yerində isə “Alimlər Evi” adı altında hünbdürmərtəbəli binalar inşa edilib. Maraqlıdır ki, bu “Alimlər Evi”ndən ev alanları da yenə Nadir Qəhrəmanovun ailə üzvləri və qohumları – oğlu, qızı, qardaşları, katibəsi Lena Ağəliyeva, vaxtilə Bakıda tələbəsi olan, hazırda yanına gətirdiyi Sevil xanım və bu qəbildən olan insanlar təşkil edir. Bu insanların hamısı burada yaşayıb, burada da işləyirlər. Nadir Qəhrəmanov binaların birinci mərtəbəsində sahəsi 2000 kv.metrdən çox olan ticarət mərkəzlərini isə qohumlarının adına sənədləşdirməklə mənimsəyib. Bu azmış kimi universitetin həyətində böyük ticarət mərkəzi tikdirir. Hazırda bu istiqamətdə qızğın iş gedir”.
Müəllif N.Qəhrəmanovun bütün bu işləri imtahanlar zamanı tələbələrdən aldığı pullar hesabına həyata keçirdiyini bildirib: “Universitet rəhbərliyi imtahanlarla bağlı yeni qiymətlər müəyyənləşdirib. Kafi almaq üçün 60 manat, yaxşı qiymət almaq üçün 70 manat, əla almaq üçün isə 80-100 manar arasında pul ödəmək lazımdır. Pullar isə fakültə dekanları tərəfindən yığılır. Yığılan pulların 50 manatı rektora çatır, qalan vəsait isə dekan və onun müavinləri arasında bölüşdürülür. Nadir Qəhrəmanov Saray qəsəbəsindəki şadlıq evini, “Murad” restoranını bu pullar hesabına tikdirir, bahalı avtomobilləri bu pullar hesabına əldə edir”. Daxili İşlər Nazirliyində işləyən oğluna sonuncu model Gallenvageni də bu pullarla alıb.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Paşinyan kimlərlə ittifaq qura bilər? - AKTUAL
Dünən, 15:42 |
|
|
|
| • Müharibə yenidən başlasa, nəticələri “daha sarsıdıcı və acı” olacaq - Qalibaf
Dünən, 15:40 |
|
|
|
| • Lavrov Ermənistanla Ukraynanı müqayisə edib: - İrəvanı anti-Rusiya düşərgəsinə cəlb etməyə çalışırlar
Dünən, 13:47 |
|
|
|
| • Özgür Özel CHP Qrup sədri seçilib
Dünən, 13:43 |
|
|
|
| • Yasamalda 3 nəfərin ölümünə səbəb olan klinika rəhbərinin məhkəməsi başlayır - TƏFƏRRÜAT
Dünən, 13:28 |
|
|
|
| • ADY-nin saxta reklamı: Bakı-Tiflis qatarına ilk bileti alan kimdir? - VİDEO
Dünən, 13:19 |
|
|
|
| • Köhnələn istehlak səbəti: NİYƏ DƏYİŞMİR? - ARAŞDIRMA
Dünən, 13:06 |
|
|
|
| • Benzinli mühərriklərin "ömrünə" nə qədər qalıb? -Avtomobil nəhənglərindən gözlənilməz geri dönüş
Dünən, 12:59 |
|
|
|
| • İctimai nəqliyyatda yeni dövr: 90 dəqiqəlik bilet nədir? - AKTUAL
Dünən, 12:46 |
|
|
|
| • Qorxu və "kapitalizm imperiyası” - Hantavirus xəbərlərinin anatomiyası
Dünən, 12:45 |
|
|
|
| • AYNA və Gömrük Komitəsi sürücüləri necə incidir? - ŞOK FAKTLAR
Dünən, 12:39 |
|
|
|
| • "Sənin kimisi yoxdur, ən mehriban tək sənsən!.." - Uşaq Paşinyana belə dedi
Dünən, 12:27 |
|
|
|
| • "Finex Kredit" BOKT mənfəətdən zərərə keçib
Dünən, 12:20 |
|
|
|
| • Müharibə başlarsa İran hansı ölkələri vuracaq? –SİYAHI
Dünən, 12:18 |
|
|
|
| • Demoqrafik rəqabət: - Azərbaycan Ermənistandan necə 4 qat üstün oldu?
Dünən, 12:12 |
|
|
|
| • Türkiyə Avropa birincisidir - BUNA GÖRƏ...
Dünən, 12:05 |
|
|
|
| • Lənkəranskinin adamı olan polis polkovniki İŞDƏN QOVULDU - FOTO
Dünən, 11:44 |
|
|
|
| • Bölgə turizmi: Bu yay da qiymətlər baha olacaq? - AKTUAL
Dünən, 11:41 |
|
|
|
| • Komitə sədri onu özünə müşavir təyin etdi - BUNDAN SONRA...
Dünən, 11:38 |
|
|
|
| • Moskvadan İrəvana SƏRT XƏBƏRDARLIQ – Ermənistan toqquşma meydanına ÇEVRİLƏ BİLƏR
Dünən, 11:14 |
|
|
|
| • “Fəxrəddin Manafov “mama uşağı” deyil, onda əsl kişilik var, qadınla oturub-durur” - ETİRAZ
Dünən, 11:11 |
|
|
|
| • Arzunu öldürən əri psixiatriya xəstəxanasına yerləşdirilməsini istəyir - TƏFƏRRÜAT
Dünən, 11:00 |
|
|
|
| • “Anklavlardan imtina edə bilmərik, çünki Başkənd məsələsi var” - Paşinyan
Dünən, 10:59 |
|
|
|
| • "Kamal Abdulla çox düzgün deyib, yaxşı edib deyib..." - RƏY
Dünən, 10:54 |
|
|
|
| • "Azər-Türk Bank"ın səhmdarlarının yığıncağı keçiriləcək
Dünən, 10:47 |
|
|
|
| • "Yaxşı bilirlər ki, Qağaları nə kimi hoqqalardan çıxıb..." - NARAZILIQ VAR...
Dünən, 10:46 |
|
|
|
| • Ermənistan ordusunun məşhur polkovnikinin intim görüntüləri yayıldı - VİDEO
Dünən, 10:23 |
|
|
|
| • “Kəpəz” BOKT: Vətəndaşa qarşı QULDUR DAVRANIŞI... - 10 MİN MANAT BORCA GÖRƏ...
Dünən, 10:19 |
|
|
|
| • "Nova Credit" BOKT-un maliyyə göstəriciləri açıqlanıb
Dünən, 10:07 |
|
|
|
| • Ermənistanda Andranik Tevanyana qarşı cinayət işi başlanılıb - TƏFƏRRÜAT
Dünən, 10:06 |
|
|
|
| • "Qadını ictimai həyatdan geri çəkmək TƏHLÜKƏLİDİR..." - ETİRAZ
Dünən, 09:57 |
|
|
|
| • "Su təsərrüfatına rəhbərlik edənlər səriştəsizdir, peşəkar deyillər" - ONA GÖRƏ DƏ...
Dünən, 09:49 |
|
|
|
| • CHP-nin nəticələri ləğv edilən qurultayı ilə bağlı əməliyyat: - 13 nəfər saxlanılıb
Dünən, 09:47 |
|
|
|
| • Erməni şərabı və konyakı Rusiya bazarından yığılır - SƏBƏB
Dünən, 09:45 |
|
|
|
| • Belarusda nüvə təlimləri: - Putinin əsl məqsədi nədir?
Dünən, 09:43 |
|
|
|
| • Hüseyn Məmmədova yüksək vəzifə verildi - BUNDAN SONRA...
Dünən, 09:37 |
|
|
|
| • Cənubi Qafqaz uğrunda böyük OYUN – Bakının “B planı”
Dünən, 09:36 |
|
|
|
| • "Sifarişi vaxtında ünvana gətirib çıxartmır" - GİLEY
Dünən, 09:23 |
|
|
|
| • Həmin reyslərdə çalışan 6 əməkdaş işsiz qalıb - NARAZILIQ VAR...
Dünən, 09:07 |
|
|
|
| • "Bu, Kamal müəllimin şəxsi fikridir..." - deputat
Dünən, 07:37 |
|
|
|
| • Moskva caynağını çox dərinə ilişdirib – Ermənistanda bütöv kəşfiyyat qrupu işləyir
Dünən, 07:34 |
|
|
|
| • Bakının İrəvandakı əsas adamı kimdir? – Köçəryan “sirri” açdı
Dünən, 07:27 |
|
|
|
| • Niderland Arktikanı NATO-nun çəkindirmə sisteminin bir hissəsi kimi tanıyıb - KİV
Dünən, 07:25 |
|
|
|
| • Əgər universitet dünya elminə təsir etmirsə... - HƏQİQƏTƏN DƏ...
Dünən, 03:46 |
|
|
|
| • 1 həftədir su borusu partlayıb... - GİLEY
Dünən, 03:29 |
|
|
|
| • Kamal Abdullanın fikirlərini dəstəkləyən qadınları görəndə... - MALƏSƏF...
Dünən, 03:24 |
|
|
|
| • Paşinyan rəqiblərindən öndədir, AMMA... - SİYAHI
Dünən, 03:18 |
|
|
|
| • "Söz azadlığı adı altında xalqı aşağılamaq..." - AKTUAL
Dünən, 03:10 |
|
|
|
| • 1300-cü il dünya xəritəsində Azərbaycan coğrafiyası - FOTO
Dünən, 03:04 |
|
|
|
| • " Baxın, cənablar, Mirşahinin təfəkkürü hara qədər işləyir! " - REAKSİYA
Dünən, 03:02 |
|
|
|
|