Expressbankda yeni təyinatlar .....                     Böyük şirkətlər 1 milyon dolları neçə dəqiqəyə qazanırlar? .....                     Naxçıvanda nazirlikdə struktur dəyişikliyi edilib .....                     Sadıqlı-“Müsavat” davası yenidən qızışır .....                     Moskvadan Paşinyana xəbərdarlıq gəldi: .....                     "Mən düşünmürəm ki, Şəfiqə Məmmədova sədr seçilməsə, incik qalsın" .....                     Rüfət Səfərov şahidlə üzləşdirildi .....                     "Xarı Bülbül" restoranında ofsiantlar arasında dava .....                     Ermənistan Fransa ilə strateji tərəfdaşlıq haqqında bəyannamə imzalayıb .....                     Bura səhiyyə ocağıdır, YOXSA? .....                     Əfvlə bağlı mühüm açıqlama: .....                     Yevlax İcra Hakimiyyətinin milyonluq iki tenderi ləğv edildi .....                     ABŞ-dən Azərbaycanla bağlı müəmmalı MESAJ .....                     Azərbaycan-Ermənistan xəttində 28 min ton yük .....                     “Əbülfəs Qarayev kimə gəldi fəxri ad payladı” .....                     AB və İrəvan arasında 44 bəndlik sazişin Bakı ilə bağlı bəndi .....                     AAYDA-nın daha üç qurumu ləğv olunduğunu elan etdi .....                     Moskvanın bütün hava limanları fəaliyyətini dayandırıb .....                     Tikinti materiallarının qiyməti son bir ildə necə dəyişib? .....                     "Səxavətin qorxusundan gözü açıq yatırdım" .....                     Azərbaycanda müğənni əməliyyatdan sonra öldü .....                     Paşinyan Bakıya belə gələcək .....                     Aİ Azərbaycanla daha strukturlaşdırılmış tərəfdaşlığı müzakirə etməyə hazırdır .....                     Paytaxtın abad məhəllələrində basketbol yarışları başa çatıb .....                     Ukrayna PUA-sı Rusiyada yaşayış binasına düşüb .....                     Qazaxıstan Prezident Administrasiyasına yeni rəhbər təyin edilib .....                     Prezidentin Sammitdəki çıxışı erməniləri qorxuya salıb .....                     300 min manatlıq dələduzluq edən aktyora hökm oxundu .....                     Ermənistan və Azərbaycan arasında sülh məcburi hüquqi qüvvəyə malik sənədə əsaslanır .....                     Dövlətə məxsus “Aqrarkredit” QSC-nin rəhbərliyində təyinatlar olub .....                     Azərbaycanlı politoloqlar İrəvana getdi .....                     “NEQSOL Holding” Teymur Tağıyevi baş əməliyyat direktoru təyin edib .....                     Anar Bayramov keçmiş köməkçisinə TƏBİB-də vəzifə verdi .....                     Nicat Qocayev BU VƏZİFƏYƏ təyin olundu .....                     Neytral ölkə erməni tərəfə keçdi .....                     Aİ standartlarına uyğunluq Ermənistanın birinci dərəcəli məqsədidir .....                     Naxçıvanda bəzi məktəblərə yeni direktor təyinatları olub .....                     Rasim Balayevin qəbirüstü abidəsi nə vaxt qoyulacaq? .....                     Aİ və Ermənistan arasında bağlantı tərəfdaşlığı sazişi imzalanıb .....                     “Axırını yaxşı görməyəndə həmin adamdan uzaqlaşıram ki, problem yaşamayım” .....                 

1 ildə Masallıda nələr dəyişdi? - GƏLİŞMƏ
Tarix: 11-01-2021, 10:21 | Çap et
1 ildə Masallıda nələr dəyişdi?
2018-ci ilin dekabr ayında Masallıda regionlara nümunə olacaq bir sayt yaradıldı-masallilar.az saytı. (Bu saytı Masallının elektron ensiklopediyası da adlandırmaq olar). Saytın Masallı ASAN xidmətin konfrans zalında o vaxtkı icra başçısı və digər rəhbərlərin iştirakı ilə təntənəli açılışı da oldu. Tədbirə canlı yayımda dünyanın müxtəlif yerlərindən onlarla masallılı tanınmış qoşuldu. Bu toplantıda rayon rəhbərliyi başda olmaqla, masallılı alimlər, ictimai birlik rəhbərləri, tanınmış masallılı bəstəkar-şair-həkim Şahin Musaoğlu, Türkiyənin “O səs Türkiyə” proqramının laureatı Adil Baxış və digərləri canlı sıxış etdilər.

Masallının uzaq və yaxın keçmişi ilə bağlı xeyli məlumat toplanmış bu sayt orijinallığı ilə rayonlar üzrə ölkədə bir nümunə idi. Lakin rəhbərlik dəyişdikdən sonra sayta münasibət də dəyişdi. Öncə saytın təyinatı gülməli vəziyyətə salındı. Belə ki, elektron ensiklopediya kimi nəzərdə tutulmuş bu sayta xiyar, badımcan, bibər haqqında qəribə, saytın prinsiplərinə uyğun olmayan məlumatlar yerləşdirildi.

Daha sonra, ümumiyyətlə sayta yazı qoyulmadı. Sonralar isə sayt bağlandı. Xeyli çək-çevirdən sonra saytın bazası peşəkar proqramçı Tural Rəsulzade tərəfindən bərpa olunsa da, ölü can kimi yaşadı, aylarla ora material qoyulmadı. Bu günlər isə sayt yenə də texniki xərclər ödənmədiyi üçün bağlanıb. Əgər yaxın 2-3 günə həmin xərclər ödənməsə, yüzdən artıq dəyərli məlumatlar yerləşdirilmiş bu saytla həmişəlik vidalaşacağıq. Bəlkə də artıq baza silinib, yaxud saytın domeni başqası tərəfindən alınıb. Doğrudanmı, 300-500 manata görə belə saytı məhv etməyə dəyərdimi?

Bu istiqamətdə gileylərimizə yazının sonunda yenə qayıdacağıq.

Hələlik bəzi uğurları xatırladıq

Hazırda digər yerlərdə olduğu kimi Masallı İcra hakimiyyəti də gərgin işləyir. 44 günlük müharibə, 50-yə yaxın şəhidin dəfni, 200-dən artıq yaralı, pandemiya da bu tərəfdən. Bütün gözlər icra hakimiyyətinə dikilib. Şəhid ailəsi də, yaralı da, koronaivurus xəstəsi də icra başçısından imdad istəyir. Hamı icra başçısının tər-təmiz işləməsini arzulayır, həm də çoxları istəyir ki, maddi ehtiyaclarını, hər dərd-sərini icra başçısı qarşılasın.

İlk gözə dəyən işlər

İcra başçısı hörmətli Şahin Məmmədovun Masallıya gəldiyi 1 il 2 aylıq müddətində gözə dəyən ilk işi Köhnə Bazar yolunun təmiri, Masallı şəhərində bir çox ara küçələrə asfalt döşənməsi oldu. Hazırda Xətai parkında abadlıq işləri aparılır. İlk dəfə burada bir neçə çardaq (əvvəlcə 1-i var idi) qurulub, 10-dan artıq müasir oturacaqlar qoyulub, işıqlandırma sistemi dəyişdirilib, ətraf abadlaşdırılıb, hətta rayonun tarixində ilk dəfə burada 2 otaqlı, müasir formalı sanitar-qovşağı (el dilində ayaqyolu) qurulub. Park daxilində xeyli küçəyə metlax döşənib, hasarlar abadlaşıb, hətta bir çox səkilərin ətrafına su axıdıcı kanallar çəkilib. Bunlar necə deyərlər, ilk baxışda xırda problem olsa da, onların icrası xeyli vəsait tələb edir, hər gün həmin səkilərdən keçən yüzlərlə sakinin gediş-gəlişinə, istirahətinə rahatlıq gətirir.

Amma, necə deyərlər, könül istərdi ki, burada uşaqlar üçün lap primitiv formada olsa da əyləncə və sadə idman qurğuları olsun. Lakin olana oxşamır.

Bu gün gərgin işləmək

hələ yaxşı işləmək deyil

Masallı icra hakimiyyətinin mədəniyyətə, mətbuata, xüsusən tariximizə biganəliyini ürək açan saymaq olmaz. Bir illik müşahidələrimiz belə deməyə əsas verir.

Fikrimizi konkretləşdirək. Yuxarıda masallıda-az saytına biganəlikdən danışdıq. Bu biganəlik digər sahədə də açıq hiss olunur.

Məsələn, cənub xəbərtv adlı internet kanal yaratdıq. Region üzrə azsaylı ictimai-siyasi kanallardan biridir. (Yaxşı ki, indi sayları bir az da çoxalıb). Təkcə ölkəmizdən kənarda yaşayan 5 masallılı ilə, eləcə də regionda onlarla dəyərli ziyalı ilə bağlı verilişlər təşkil etdik. Tariximiz, mədəniyyətimizlə bağlı xeyli süjetlər aldıq. Nəinki təbrik etdilər, uğur arzuladılar, kanala cəlb etdiyimiz diktorları icra hakimiyyəti adından hədələyib uzaqlaşdırdılar. ABŞ-dakı 14 yaşlı masallılı ali məktəb tələbəsi haqqında 20 saniyəlik ilk verilişimizdən bir süjeti oğurlayıb bizə istinad etmədən bir neçə saniyəsini paylaşdılar.

Bu gün nəinki icra başçısı, nəinki müavinləri, heç aparıcı idarələrin rəhbərləri, nəinki millət vəkilləri, hətta onların köməkçiləri kanalın imkanlarından istifadə edib xalqla uğurlarını, qayğılarını paylaşmır. Necə deyərlər, mikrofondan qaçırlar-ya danışmağa sözləri yoxdur, ya dedikləri sözə inamları?

Masallı ensiklopediyasını yaratmağa start verdik, xeyli işlər də görülüb. Masallının tarixi ilə bağlı müsabiqə elan etdik. Erkən nikah, uşaq bağçaları, tənha qadınlar və sair mövzularda beynəlxalq müsabiqənin münsifləri tərəfindən dəyərləndirilən araşdırmalar apardıq, bu mövzuda yazıları İHB-nin e-mailinə yolladıq. Bölgənin qalaları ilə bağlı kitab yazıb icra başçısına da poçtla ünvanladıq. 0 diqqət. Sanki bu rayon ancaq bibər-günəbaxan, yonca və sairədən ibarətdir.

Nazim Hikmətlə bağlı bir xatırlatma

Nazim Hikmətlə bağlı bir əhvalat yəqin çoxlarının yadındadır. Həbs olunarkən onun qaldığı zindana təzə rəis təyin olunur və şairin köməksizliyindən faydalanıb onunla məzələnməyə, onu ələ salmağa çalışır. Şair söhbətin sonda deyir ki, rəis, sizə bir sual vermək olar? Deyir olar. Deyir rəis, Ömər Xəyyamı tanıyırsan? Deyir əlbəttə tanıyıram, yaşadığı əsrin böyük şairi olub. N. Hikmət deyir ki, bəs o dövrdə polis başqanı kim olub? Rəis deyir bilmirəm. Şair deyir ki, rəis, görürsən də, əsl şairlər yadda qalır, amma polislər yox.

İndi hörmətli Şahin müəllim, iqtisadiyyat nə qədər əhəmiyyətli olsa da, taxıl da, kartof da, biyan da çox vacib məhsullar olsa da, bununla məşğul olan möhtəşəm idarə - Kənd təsərrüfatı idarəsi var. Bir də həmin məhsulları fermerlər, ayrı-ayrı şəxslər əkir. İcra hakimiyyətinin saytı “aqropromin” saytı deyil ki!?

Kiçik bir müqayisə aparaq. Şahin müəllim 14 il çalışdığı Ağcabədidə onun dövründə ayda bir dəfə 500-800 tirajlıq bir qəzet çıxırdı. İndi sosial şəbəkədən bəlli olur ki, bu rayonun Aran adlı qəzeti həftədə 2 dəfə, həm də 2500 tirajla çıxır. Masallıda isə indi qəzet son bir aydır çıxmır, tirajı da 500 civarındadır. Hansıki Masallının əhalisi Ağcabədidən az qala 2 dəfə çoxdur.

Amma obyektivlik xatirinə deyək ki, Şahin müəllim rəhbərlik etdiyi dövrdə cəbhə bölgəsində, yüzlərlə şəhidi, minlərlə məcburi köçkünü olan Ağabədidə xeyli abadlıq işləri görülüb, çox möhtəşəm Şəhidlər xiyabanı salınıb, Masallı ilə müqayisədə 37 bağça (Masallıda 17), 8 musiqi məktəbi (Masallıda 1) və digər ürək açan işlər görülüb.

Masallı İcra hakimiyyətinin saytı

Masallı-İHB.gov.az saytı ən azı qonşu rayonlarla müqayisədə çox çevikdir, daha çox material qoyur. Lakin saytda primitivlik baş alıb gedir. Bəzən yazının içində bir ədəd belə şəkil olmur, yazılarda informasiyalar ala-yarımçıq verilir. Məsələn, “Rabitə” haqqında xəbər verilir. Filan faiz belə, filan faiz belə. Bir oxucu kimi isə məni maraqlandırır ki, yeganə kənd rayonu kimi optik kabelləşməsi nəzərdə tutulan Masallıda həmin kabelləşmə nə vaxt başa çatacaq? Bu suala o yazıda cavab yoxdur. Rayonda, eləcə də ölkədə və ölkədən kənarda onlarla istedad aşkarlayırıq. Həmin məlumatların heç birini bu saytda görmürük. Hətta Şuşa kimi zəfərimiz haqqında sayta məlumat 2 gün sonra qoyuldu.

Pandemiya ilə bağlı hər gün ümumi formada neçə məlumat paylaşılır. Ancaq ən vacibi odur ki, Masallıda, eləcə də hər qəsəbə və kənddə neçə nəfər ölür, yoluxur, o yoxdur.

Zoom görüşləri

Ölkənin hər yerində olduğu kimi Masallıda da kütləvi tədbirlərə qadağa qoyulub. Hələlik zoom görüşlərinə üstünlük verilir. Əvvəllər mətbuat nümayəndələri də bu görüşlərə dəvət olunurdu. Lakin arabir sual verdiyimizi görüb, arzuolunmaz şəxs elan etdilər. Nə olar ki, zoom görüşləri birbaşa yayımlansın, ya da heç olmasa sonradan videosu paylaşılsın-görək kim nə danışır? Bəlkə də çox yaxşı işlər görülür, bizim xəbərimiz yoxdur.

2-ci Qarabağ savaşı və icra hakimiyyəti

Bu savaş dövründə icra hakimiyyətinin olduqca gərgin işlədiyini danmaq olmaz. Yuxarıda qeyd etdiyimiz kimi 50-yə yaxın şəhidin dəfnində iştirak etmək, o əzablı anlarda həmin ailələrlə birlikdə olmaq, hamısı üçün mərmər baş daşları hazırlatdırmaq, digər qayğılarına şərik olmaq, yaralılara diqqət və sair. Çox çətin və ağır idi. (Məlumat üçün xatırladaq ki, Bərdə kimi Qarabağ rayonunda hələ də onlarla şəhidin qəbrinə baş daşı qoyulmayıb). Lakin bu işlərdə də bir pərakəndəlik hökm sürüdü. İcra Başçısının əksər çıxışları eyni ifadələr, eyni müqayisələrdən ibarət olurdu. Hələ də kəndbəkənd paylaşılmır ki, hansı kənddə necə şəhid, neçə yaralı var və sair.

Ötən il könüllülər ili idi

Ölkə başçısı cənab İlham Əliyevin sərəncamı ilə reallaşan bu tədbirlərdə öncə kimə diqqət yetirilməli idi? Təbii ki, vətəndaş cəmiyyətinə, qeyri-hökümət təşkişlatlarına, xeyriyyəçiliklə məşğul olan qurumlara, icmalara. Oldumu? Masallıda barmaqla sayılacaq qədər qeydiyyatdan keçmiş 3-4 QHT olsa da, bu dövrdə həmin qurumlar xeyli iş görsə də, tam diqqətdən kənarda qaldılar, bəzən onların işini öz adlarına çıxdılar, bəzən hətta onların işinə mane oldular, tədbirlərə dəvət etmədilər.

İcra başçısı müstəqil, fərqli düşüncəli insanlarla necə işləyir?

Bu gün dünyada ən böyük uğurlar qeyri-standart üsullarla qazanılır- qeyri-səlis həndəsə, qeyri-hökumət təşkilatları və sair. Nə qədər “nişanlanmış” ağsaqqallarla, nimdaş, polüşgəmiş düşüncələrdən qurtula bilməyən insanlarla işləmək olar? İnsan, rəhbər güclüdürsə müstəqil, fərqli düşüncəli, yüksək intellektli insanlardan çəkinməməli, vaxtaşırı onlarla görüşməli, onların ideyalarını dinləyib gərəkli olanlara meydan verməlidir.

Uzaqdan görünənlər

Bu gün icra hakimiyyəti haqqında tam və obyektiv fikir söyləmək çox çətindir. Çünki çox şey qapalıdır. Bizə çatan məlumata görə, icra başçısı, hətta öz işçiləri ilə məsafədən dolanır. Müavinlər, şöbə müdirlər belə bəzən onunla operativ görüşə bilmir, tabeliyində olan işçilər bəzən məzuniyyətdə olanda belə müvafiq qanunlara zidd qadağalara məruz qalır, bürokratik iş üsulunun əziyyətin çəkir. İcra hakimiyyətinin aparıcı işçiləri isə ən çox düşünülməmiş, dəqiq mexanizmi olmayan tapşırıqları ilə yadda qalır. Yəni ki, düzgüm tapşırıq verə bilmir, “Zülümov dedi, qurtardı” prinsipi ilə işləyir. İcra başçısının müavin və şöbə müdirlərinin hamısı olmasa da, bəziləri alicənab, hazırcavab, yüksək təşkilatçılıq keyfiyyətləri yadda qalıb. Daha başçının maşından düşməsi üçün qaça-qaça qapını açmağa gedən məsul işçiyə nə deyək? Bu adam xamdır, yarınmağı təzə öyrənir, bəs sizin münasibətiniz? Daha onu demirəm, kompüter əsrində, əksər təşkiların elektron imzası olan vaxtda kağız-kuğuzla oynayırlar.

Təhsildə saflıq, bəs digərlərində?

Son bir ildə məktəblərdə direktorların uzun illərdən bəri müəllimlərdən yığdıqları paylara. Təhsildə faizlərə son qoyulub. Bəs nəticə? Təhsildə metodist işləməyə adam tapılmır. Normal dərs yükü olan müəllim 500-dən 900-ə qədər maaş alır. Hələ ilboyu tətillər, repetitorluq – filan. Belə məqamda 300-350 manat maaşla kim işləyər? Hələ yol pulu, yemək pulu...

Bəs paklıq ancaq təhsilə aiddir. Bəs polis, prokurorluq, səhiyyə şöbəsi, məhkəmə, “hərbi komissarlıq”, elə regional maliyyələşmə idarəsi,.. və sair idarələr, dükan-filan yeri satışı. Bu “toçkalarda da” paklıq varmı? Deyirlər, çevrədə ən uzun xətt diametrdir, o da çevrədən çölə çıxmır. Bir də dərd təhsildəki rüşət deyil ki, daha böyü dərd ciddi kadr çatışmazlığı, seçim imkanının olmaması rəhbərlərə inamsızlıq. (Bunlar ayrıca söhbətin mözusudur).

Son əvəzi

Çox hörmətli Şahin müəllim, biz sizin 15 ildən artıq icra başçılıq təcrübənizə, bir neçə xaricə ölkədə səfərdə olub müasir iş üsullarına bələd olmağınıza, hətta gənclik illərinzdə fəal komsomolçu kimi tanınmağınıza, hakimiyyətdə güclü dayaqlarınıza, təbiət etibarı ilə həmişə qalmaqaldan qaçmağınıza, kifayət qədər səbirli, təmkinli olmağınıza güvənib, sizdən daha güclü, daha alicənab işlər gözləyirik. Bir mətbuat işçi kimi dəyərli işlərinizi də işıqlandırmağa hazırıq.

Deyiləsi söz isə çoxdur. Onsuz da il təzə başlayıb, deməyə vaxt olacaq.

Gəlişiniz ilk aylarında dediyiniz “tənqid ağıllar üçündür” (düzü, bu deyim çox xoşuma gəldi) kəlamınıza güvənən bir inamla bu gileyləri yazdım ki, rayonumuzda da tarixə, mədəniyyətə, mətbuata, ictimai təşkilatlara da elitar bir diqqət göstərəcək, yazdıqlarıma həssaslıqla yanaşaqsınız.

Cenub.az. Zahir Əmənov










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Expressbankda yeni təyinatlar - DOSYE
Bu gün, 15:47
Böyük şirkətlər 1 milyon dolları neçə dəqiqəyə qazanırlar? - SİYAHI
Bu gün, 15:45
Naxçıvanda nazirlikdə struktur dəyişikliyi edilib
Bu gün, 15:41
Sadıqlı-“Müsavat” davası yenidən qızışır - AÇIQLAMA
Bu gün, 15:37
Moskvadan Paşinyana xəbərdarlıq gəldi: - Ölkəni fəlakətə aparırsan
Bu gün, 15:33
"Mən düşünmürəm ki, Şəfiqə Məmmədova sədr seçilməsə, incik qalsın" - Şeyx Əbdül
Bu gün, 15:29
Rüfət Səfərov şahidlə üzləşdirildi
Bu gün, 15:26
"Xarı Bülbül" restoranında ofsiantlar arasında dava - 6 ay əvvəl meyit tapılmışdı
Bu gün, 15:22
Ermənistan Fransa ilə strateji tərəfdaşlıq haqqında bəyannamə imzalayıb
Bu gün, 15:19
Bura səhiyyə ocağıdır, YOXSA? - GİLEY
Bu gün, 15:09
Əfvlə bağlı mühüm açıqlama: - Noyabrda...
Bu gün, 15:01
Yevlax İcra Hakimiyyətinin milyonluq iki tenderi ləğv edildi - SƏBƏB
Bu gün, 14:55
ABŞ-dən Azərbaycanla bağlı müəmmalı MESAJ - NƏ BAŞ VERİR?
Bu gün, 14:52
Azərbaycan-Ermənistan xəttində 28 min ton yük - sülh artıq işləyir
Bu gün, 14:39
“Əbülfəs Qarayev kimə gəldi fəxri ad payladı” – Natiq Fərzəliyev
Bu gün, 14:37
AB və İrəvan arasında 44 bəndlik sazişin Bakı ilə bağlı bəndi - TƏFƏRRÜAT
Bu gün, 14:36
AAYDA-nın daha üç qurumu ləğv olunduğunu elan etdi - Onların rəhbərləri isə...
Bu gün, 14:30
Moskvanın bütün hava limanları fəaliyyətini dayandırıb - KİV
Bu gün, 14:28
Tikinti materiallarının qiyməti son bir ildə necə dəyişib? - SİYAHI
Bu gün, 14:05
"Səxavətin qorxusundan gözü açıq yatırdım" - Qonşularını öldürən ər-arvadın MƏHKƏMƏSİ
Bu gün, 13:59
Azərbaycanda müğənni əməliyyatdan sonra öldü - FOTO
Bu gün, 13:56
Paşinyan Bakıya belə gələcək - Maraqlı DETALLAR
Bu gün, 13:54
Aİ Azərbaycanla daha strukturlaşdırılmış tərəfdaşlığı müzakirə etməyə hazırdır - Kallas
Bu gün, 13:48
Paytaxtın abad məhəllələrində basketbol yarışları başa çatıb - FOTO
Bu gün, 13:36
Ukrayna PUA-sı Rusiyada yaşayış binasına düşüb
Bu gün, 13:00
Qazaxıstan Prezident Administrasiyasına yeni rəhbər təyin edilib
Bu gün, 12:59
Prezidentin Sammitdəki çıxışı erməniləri qorxuya salıb - KİV
Bu gün, 12:57
300 min manatlıq dələduzluq edən aktyora hökm oxundu
Bu gün, 12:54
Ermənistan və Azərbaycan arasında sülh məcburi hüquqi qüvvəyə malik sənədə əsaslanır - Paşinyan
Bu gün, 12:50
Dövlətə məxsus “Aqrarkredit” QSC-nin rəhbərliyində təyinatlar olub - BUNDAN SONRA...
Bu gün, 12:48
Azərbaycanlı politoloqlar İrəvana getdi - “News.am” portalı
Bu gün, 12:44
“NEQSOL Holding” Teymur Tağıyevi baş əməliyyat direktoru təyin edib - FOTO
Bu gün, 12:42
Anar Bayramov keçmiş köməkçisinə TƏBİB-də vəzifə verdi -FOTO
Bu gün, 12:22
Nicat Qocayev BU VƏZİFƏYƏ təyin olundu - FOTO
Bu gün, 12:20
Neytral ölkə erməni tərəfə keçdi – Daha bir anti-Azərbaycan yığıncağı
Bu gün, 12:18
Aİ standartlarına uyğunluq Ermənistanın birinci dərəcəli məqsədidir - Paşinyan
Bu gün, 12:16
Naxçıvanda bəzi məktəblərə yeni direktor təyinatları olub - ADLAR
Bu gün, 12:13
Rasim Balayevin qəbirüstü abidəsi nə vaxt qoyulacaq?
Bu gün, 12:02
Aİ və Ermənistan arasında bağlantı tərəfdaşlığı sazişi imzalanıb
Bu gün, 12:00
“Axırını yaxşı görməyəndə həmin adamdan uzaqlaşıram ki, problem yaşamayım” - Ülviyyədən ETİRAF
Bu gün, 11:40
WUF13 günlərində Bakıda yolların tam bağlanması nəzərdə tutulmur
Bu gün, 11:37
Tanrının qəzəbi ilə nazının təzahürü olan xanım Quliyeva - Orxan Saffari yazır...
Bu gün, 11:30
“Dedi ana, mənə halallıq ver…”
Bu gün, 11:24
Simonyan Belarusa “əyalət” dedi - Minksdən cavab
Bu gün, 11:19
İrəvan üçün kritik dövr: Ermənistanda Moskva-Brüssel qarşıdurması başlayır - İNCƏLƏMƏ
Bu gün, 11:16
Xəstəxanalarda niyə uzun növbələr yaranır? - BELƏ HARA GEDİRİK?
Bu gün, 11:04
Əməliyyat zamanı “qılınc oynadan” həkimin MƏHKƏMƏSİ BAŞLADI - TƏFƏRRÜAT
Bu gün, 10:57
İctimai nəqliyyatda ödəniş problemi - Bank kartları niyə bloklanır?
Bu gün, 10:56
Moskvada mobil internet söndürülüb
Bu gün, 10:50
“UNİSELL” MMC-yə satınalmalarda bu geniş şəraiti kimlər yaradır - İLGİNC FAKTLAR...
Bu gün, 10:38
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru