AİLƏVİ... .....                     Narahat olmayın, səhv məndədir... .....                     70 yaşlı, I dərəcəli müharibə əlilini KİM İNCİDİR? .....                     Məhkəmə iki gənc vəkilin saxtakarlığını ifşa edib .....                     "Məclisdə Ramalı görəndə oxumaq istəmirəm" .....                     İnternet sürətinə görə ölkələrin yeni dünya reytinqi .....                     Ermənistanda referendum qərarı: .....                     “Məqsəd Ermənistanın cənubunda Fransaya bağlı təsir mühiti yaratmaqdır” .....                     Ölü doğulan uşağın zirzəmiyə atılması iddiası ilə bağlı “Vital Hospital”dan AÇIQLAMA .....                     Təmirə bağlanan yollar... NƏ VAXT AÇILIR? .....                     Sülh sazişi niyə ləngiyir? .....                     Beləcə, məni aylardır, illərdir aldadırlar .....                     Bakı və Tbilisidən mühüm .....                     “Ermənilər itkin düşən yaxınlarını Ermənistanda axtarsınlar!” .....                     Erməni mediası və təhrif sehrbazlığı: açıq manipulyasiya .....                     Şamaxının 2 rayonla əlaqəsi KƏSİLDİ .....                     Dövlət qurumu mühafizəyə 120 min manat xərcləyəcək .....                     Bu da bank sistemimizin BEYNƏLXALQ ÇIXIŞ QAPISI... .....                     Səhiyyə Nazirliyinin ƏLİ-VƏLİ OYUNU... .....                     Kəlbəcərdə sursat partlayıb .....                     Başçı özünə birinci müavin təyin etdi .....                     Zidan Fransa millisi ilə uzunmüddətli müqavilə imzaladı .....                     İrandan Hörmüzlə bağlı xəbərdarlıq .....                     Oğuzhan Uğur barəsində həbs qərarı verildi .....                     Mülayim şərq küləyi əsəcək .....                     Kənan Səlimov Pozitiv Psixologiya Mərkəzinin İcraçı direktoru TƏYİN OLUNUB .....                     Bəraət almış qızıl alverçinin işi ilə bağlı kassasiya şikayəti verildi .....                     Müqavləsi qüvvədən düşən “Nağıl Dünyası” və Ramik Əşrəfovun şirin yuxusu .....                     SEPAH-a bağlı qəzet Əraqçını tənqid etdi: .....                     "Tik-tok"da tanış oldum, aldatdı ki, həkiməm” .....                     Fuad Quliyevin rəis təyin etdiyi şəxs öz əməkdaşlarını rüşvət alamğa məcbur edir .....                     "Baksol yolu"nda su xətti partladı: Sakinlərin şikayətini eşidən yoxdur .....                     Ermənistanda aksiyalar başladı: “Xalq üsyana hazırdır” .....                     Tanışını qətlə yetirərək 18 il həbs cəzası alan şəxs .....                     Qaşınmayan yerdən qan çıxaranlar... .....                     "Müharibə şou ilə deyil, real işlə qazanılır" .....                     Qadın şərikli biznes vədi ilə 17 min manatı ələ keçirdi .....                     Bakıda özəl klinikada ölən körpənin zirzəmiyə atılması iddiası ilə bağlı .....                     Ucarda vəzifəli şəxsin qan donduran əməlləri ifşa olunur .....                     Diplomun tanınması və cəzanın azaldılması adı ilə vətəndaşları aldatdı .....                 

В«Elə bilirlər milyon qazanırıq, müflis olub getmişikВ» - Şəmkirdə istixana sahibləri
Tarix: 4-01-2021, 10:25 | Çap et
 В«Elə bilirlər milyon qazanırıq, müflis olub getmişikВ»
Həmişə Yeni il ərəfəsində ənənəvi bahalığa adət edən Bakı sakinləri bu dəfə xoş sürprizlə rastlaşıblar. FED.az xəbər veerir ki, məşhur Şəmkir pomidorları, hansı ki, bayramlarda 2-3 manatdan ucuz olmurdu, bu il 70-80 qəpiyə, bəzi yerlərdə isə ümumiyyətlə 20-30 qəpiyə satılırdı.

Amma bu, ilk baxışdan əhali üçün qışın ortasında Şəmkir pomidorundan dadmaq şansı, əslində sahibkarlar, pomidor becərənlər və istihxana sahibləri üçün əsl faciə idi.
Məsələ bundadır ki, Şəmkirin bütün MDB məkanında ad çıxarmış pomidorunun belə ucuzlaşması Rusiyanın Azərbaycana tətbiq etdiyi pomidor qadağası ilə bağlıdır. Həmin qadağaya görə, guya tərkibində zərərverici tapıldığına görə, Azərbaycan pomidorunun Rusiyaya ixracı qadağan edilib. Sonradan bəzi şirkətlər icazə alsalar da əksəriyyət, xüsusilə də Şəmkirdəki istixana sahibləri pomidoru Rusiyaya ixrac edə bilmirlər və məcbur olub ucuz satırlar.

Bu – vaxtilə mlyonlarla dövriyyəsi olan pomidor biznesi üçün fəlakətli dərəcədə böyük zərərdir.

Şəmkirli sahibkar və istixana sahibi Nəriman Verdiyev baş verənlərdən ən çox zərər çəkənlər arasındadır. 5,5 hektar istixanası olan sahibkarın FED.az-a bildirdiyinə görə, pomidor bəzi yerlərdə 80 qəpik, bəzi yerlərdə isə hətta 30 qəpiyə düşüb.

Amma bu qiymətə də pomidoru satmaq mümkün olmur və pomidoru tullantı kimi tullayanlar da var:

В«Biz pomidoru əkdik, Rusiyaya getmədi deyə, indi 20-30 qəpiyə satmalı olmuşuq. Bu heç parnikdə yandırılan qazın pulunun 10-20%-i də eləmir. Amma nə etməli, Rusiya buraxmır, məcburuq aparıb bazarda sataq. Adam tuturuq, günlərlə pomidorun yanında dayanır, yenə də satılmır. Sadə desəm, hesab edin ki, hər gün sahibkarın başına bir daş düşürВ».

В«Keçən ilki vəziyyətlə götürsək, Rusiyaya hər hektardan 6 fura (yük maşını) pomidor göndərirdik. Təkcə bizim təsərrüfat 30-35 fura göndərə bilərdi. Amma göndərə bilmirik. Nəticədə indiyədək, yalan olmasın, 70-80 ton məhsul satılmadığına görə atılıb. Mənim öz təsərrüfatımda 3-4 ton məhsulu atmışıqВ»-deyə sahibkar məsələnrin ciddi olduğunu bildirir.

Şəmkirli digər sahibkar, 8 hektar parnik sahəsi olan Etibar Əliyev də Rusiya qadağasından sonra iş adamlarının çətin vəziyyətdə qaldığını bildirir: В«20 gündür Rusiya bazarı bağlıdır. Qışda pomidorun maya dəyəri 1,5-17 manat arasındadır, indi isə satış qiyməti 30 qəpiyə düşüb, heç 30 qəpiyə də satmaq mümkün deyil. Bu il mən məhsulumun 20 tonunu kənara tullamaqla satışı dayandırdımВ» - deyə FED.az-a vəziyyəti izah edir.

E.Əliyev deyir ki, problem tezliklə həl edilməsə, iş adamlarının itkiləri artacaq: В«Mart ayınadək belə davam etsə biyabırçı vəziyyət olacaq. Mənim kimi Şəmkirdə minlərlə sahibkar var və onlar məhsullarını sata bilmirlər, bu faciədir. Pomidoru 30 qəpiyə satmaq heç işçinin maaşı eləmir. Amma bunun qaz pulu, dərmanı var. Bu 30 qəpik heç əmək haqqını da ödəmirВ».

Amma sahibkarlarla danışanda məlum olur ki, istixana sahiblərinin problemləri hələ bir neçə il əvəl başlayıb. Rusiyanın qadağası isə bu biznesə vurulan sonuncu zərbə olub.

İstixana sahibləri üçün əsas problem – qaz pulu, yəni qazın həddən artıq baha olmasıdır: В«Qaz problemi, qaz pulunun yüksək olması bizə işləməyə imkan vermirВ».

Etibar Əliyev bildirir ki, 2017-ci ilədək Şəmkirdə istixanaların işləri pis getməyib. Həmin vaxt qazın qiyməti 10 qəpik idi, üstəlik Rusiya ilə təyyarə böhranından sonra Türkiyə pomidorlarının Rusiyaya yolu bağlandı və Azərbaycan pomidoruna tələbat artdı: В«Nəticədə böyük qazanc əldə edildi. Şəmkirdə istixanalar 2-3 dəfə artdı və Şəmkir ən böyük pomidor istehsalçısına çevrildi. Amma artıq 3 illdr ki, sahibkarlar qaz pulunun artmasına görə ciddi problemlə üzləşiblərВ».

Qaz pulunun Şəmkir sahibkarları üçün maraqlı tarixçəsi var, 2017-ci ilədək istixanalara qazın kubmetri 10 qəpiyə satılırdı, sonradan Tarif şurasının qərarı ilə bu məbləğ 20 qəpiyə qaldırıldı. İndi demək çətindir ki, o vaxt bu qərar qəbul ediləndə yeni qiymətin istixanalara təsiri araşdırılıbmı?

Amma fakt odur ki istixanalar bu qərardan ən çox zərər çəkənlər olublar. O vaxtdan bəri bütün sahibkarlar zərərlə işləməyə başlayıblar: В«Hesab edin ki, mənim istixanamda kubu 20 qəpikdən olmaqla 300 min manatlıq qaz yandırıram. 10 qəpikdən olsaydı mənim qaz xərcim 150 min manat olardı. Digər 150 min manatı da işçilərin maaşı, təsərrüfat xərclərinə sərf edə bilərdim. Və işləməyə həvəs qalardı. İndi isə tamamilə həvəssizlik, ümidsizlik, gələcəyə heç bir ümid yoxdurВ».

В«Ötən il 230 min manat zərər elədim, qaz pulu ödəyə bilmədik. Son günlər ailəmizin ümumi büdcəsindən maşın, ev satmaqla qaz pulu borcunu birtəhər ödədimВ»-deyə sahibkar Etibar Əliyev FEd.az-a bildirir.

Qaz pulunun artması nəticəsində şəmkirli sahibkarların xərcləri artmaqla yanaşı, onlar digər rəqiblərinə qiymətdə də uduzmağa başlayıblar. Qazın bahalı olması pomidorun da bahalı olması ilə nəticələnib: В«Bununla da bazara ucuz miəhsul çıxara bilmədikВ».

Şəmkirli sahibkar Nazim İbrahimovun problemi isə başqadır. FED.az-ın məlumatına görə, o qaz pulunu ödəsə də, qazını indiyədək açmayıblar. İş adamı bu halı da sahibkarlar üçün ciddi prbrlem sayır: В«Mənim qaz pulu borcum yoxdur, ödəmişəm. Amma ödəniş etməyimə baxmayaraq indiyədək qazımı açmayıblar. Gəlib sayğaclara cərimə yazırdılar, guya müdaxilə olunub. Cəriməni də qat-qat artıq yazırdılar, yəni bizim aylıq istifadə həcmimizdən dəfələrlə artıq idi və ona görə məhkəmə də bu qərarları qəbul etmirdi. Biz də məhkəmədə В«AzəriqazВ»ı udmuşuq. Amma bunlar məhkəmə qərarına da əməl eləmirlər. Mən ödəniş edəndən sonra xəstələndiyimə görə, parnikə gedə bilməmişdim, ona görə də pulu ödədiymə baxmayaraq sui-istifadə edib qazımı kəsiblər. Qazı açmaq üçün qəsdən süni bəhanələr gətirirlər, guya sənədlər Bakıda təsdiqlənməlidir və sairВ».

İş adamı Nəriman Verdiyev isə deyir ki, əksəriyyət bu dəqiqə sadəcə adət etdiyindən pomidor əkir, əvvəlki gəlir və qazanc yoxdur: В«Vaxtilə bir neçə milyon xərcləyib parnik düzəltmişik, onu əkməyəndə tamamilə məhv olub gedirВ».

Bir tərəfdən də Rusiya qadağası...

Bu il isə qaz pulu problemlərinin üstünə Rusiya qadağası da gəlib. Əvvəla qeyd edək ki, sahibkarlar Rusiya tərəfinin qadağa üçün gətirdiyi səbəbləri, pomidorun tərkibində zərərvericilərin olduğunu uydurma sayırlar. В«Hər il olan pomidoru göndəririk və ən yaxşı pomidoru Rusiyaya satırıqВ».

Doğrudan da Şəmkir istixanalarının əsas bazarı Rusiyadır. Nəriman Verdiyev deyir ki, yığılan pomidorun ən keyfiyyətli olan 80%-i Rusiyaya gedir: В«Cəmi 20% nisbətən aşağı keyfiyyətli pomidor yerli bazarda satılır. Əgər Rusiya qadağası götürürməsə, bu o deməkdir ki, biz tamamilə məhv olduqВ».

Sahibkarların əsas gəliri də Rusiyaya ixracın hesabına idi. Rusiyaya gedən pomidorun hər kiloqramından sahibkarlar 1,5-2,5 manat, orta hesabla götürəndə 2 manat gəlir əldə edirdilər: В«İndi bunu 30 qəpikdən satırıqsa, görün vəziyyət nə hala düşüb. İnanın ki, heç orada işləyən fəhlələrin əmək haqqını verə bilmirik, fəhləyə də borcumuz varВ».

İş adamları bildirir ki, Rusiya bazarına bağlılıq onlar üçün böyük risk olsa da (hansı ki, indi də bunun nəticələrini grürlər) pomidoru başqa ölkəyə ixrac etmək imkanı yox səviyyəsindədir: В«Biz Avropaya çıxa bilmədik, Avropaya mal ixracını bacarmadıq. Eşitmişəm, Bakı ətrafındakı bəzi istixanaların Avropaya çıxışı var, mallarını oraya sata bilərlər. Amma biz çıxa bilmirik, bura (Rusiyaya) da o qədər öyrəşmişik ki, axırda da belə prblemə səbəb olurВ» - deyə N.Verdiyev təəssüflənir.

İş adamı bildirir ki, pomidoru Orta Asiya respublikalarına da satmaq mümkün deyil: В«Onların özündə çox keyfiyyətli və böyük miqdarda pomidor var və Azərbaycan pomidorunun o bazara daxil olması mümkün deyilВ». Rusiyanın özündə də istixana çoxdur. Hətta onların bir hissəsi azərbaycanlı sahibkarlarındır: В«Vaxtilə burada gömrükdə ƏDV ilə bağlı problemlər yarananda bəzi iş adamları sadəcə təsərrüfatlarını burada bağlayıb Rusiyada istixanalar yaratdılar. Amma orada hava soyuq olduğuna görə pomidor gec yetişir, bizim pomidor daha tez yetişdiyindən vaxt məsələsində üstünlüyyə malikikВ».

"İşi dayandırmalı olacağıq..."

İş adamı bildirir ki, vəziyyət belə davam etsə, istixanalar işini dayandırmalı olacaqlar. Özü də məsələ təkcə Rusiyada deyil: В«Qaz puluna görə dövlət tərəfindən dəstək olmasa, bütün istixanalar dayanacaq. Hələ Rusiyanı nəzərə almırıq, Rusiya problemi olmasa da, qaz puluna görə, əvvəl-axır hamı müflis olacaqВ».

Ötən il Şəmkirdə qaz pulu problemi qabarıq üzə çıxanda iş adamlarının 30%-i bildirmişdi ki, onlar artıq gələn ildən pomidor əkməyəcəklər, bu sadəcə sfrə eləmir. İndi isə iş adamı Nəriman Verdiyev deyir ki, belə iş adamları artıq 60-70%ə qalxıb: В«

Baxın, mənim təsərrüfatımın sağında-solunda istixanalar var ki, bu il heç nə əkməyib, elə boş dayanıbВ».

Etibar Əliyev də istixanasının yalnız yarısını əkib: Mən bu parnikin cəmi 4 hektarını əkmişəm, qalanını icarəyə vermişəmВ».

Nazim İbrahimov isə bu il ümumiyyətlə pomidor əkməyib: В«Bu il əkməmişəm, çünki qaz pulu da bahadır. Bir hektar sahəm vardı, amma əkmədim, 4-5 hektarı olanlar da ötən il 1 hektar əkdiВ».

В«AzəriqazВ»la dəfələrlə keçirilən görüşlər də məsələni həll etməyib: В«Doğrudur, icra hakimiyyəti çalışır nəsə etsin, adətən vaxt alırıq ki, borcu qaytaraq, amma son illər artıq bu da mümkün olmur. Sadəcə qazı kəsir ki, pulunu gətir, sonra qaz verimВ».

Qaz pulu artandan sonra bir neçə ildir ki, istixana sahibləri qaz pulu borcunu bu ildən gələn ilə keçirir, pomidoru satıb pulunu verirdilər. N.Verdiyev: В«Biz artıq bir neçə ildir ki, keçən mövsümdən qaz puluna görə 150-200 min manat borclu qalırıq. Bilmirik, bu ilki əkinlərlə məşğul olaq, yoxsa keçən ilin borcunu qaytaraq. İri sahibkarlara dəstək çox azdır. Elə bilirlər ki, biz milyon qazanırıqВ».

Etibarə Əliyev bildirir ki, hazırda iş adamlarının vəziyyəti çıxılmazdır: В«İndi nəiknki Şəmkirdə, ümumilikdə Azərbaycanda istixana biznesi son nəfəsini yaşayır. Həm qazın qiymətinin artması, həm də Rusiyanın yolu bağlaması ciddi problemdirВ».

Şəmkirin pomidor təsərrüfatlarından təkcə sahibkrlar qazanmır, Şəmkirin öz sakinləıri və ətraf rayonlarfın əhalisi də burudakı parniklərdə çalışır. Daşkəsn, Gədəbəy camaatı, Göygöl, hətta Masallı Lənkərandan gəlib kirayədə qalıb işləyənlər də var.

İstixanaların boş dayanması burada çalışanların da işsiz qalmasına səbəb orlub. İş adamı Nəriman Verdiyev: В«Hesab eləsək ki, hər boş qalan istixanada bir hektara 7-8 nəfər işhsiz qalır, görün onda vəziyyət nə qədər ağırdır. Burada çalışanlar, əhalinin xeyli hissəsi gündəlik gəlirlərindən məhrum olacaqlar. Elə ailələr var ki, bütün üzvləri pomidor təsərrüfatında işləyib pul qazanırdılar. İstixananın dayanması ilə həmin ailələr işsizə çevriləcəklər. Nəticəsini də bilirsinizВ».

Çıxış yolu nədədir?

İş adamları çıxış yolu kimi, hökumətin Rusiya tərəfi ilə danışıqlara başlayıb qadağanı aradan götürməsini göstərirlər. Eləcə də onların fikrincə, qaz pulu, daha dəqiqi, istixanalara verilən qazın qiymətinə hökmən yenidən baxılmalıdır.

В«Çıxış yolunu onda görürük pi, qaz ucuzlaşmalıdır, heç olmasa 10 qəpik olsa, biz birtəhər vəziyyyətdən çıxarıqВ»-deyir N.Verdiyev.

В«Rusiya mallarımızı buraxsa da qaz pulu bu səviyyədə qalsa, yenə işləyə bilməyəcəyik. Mən ölkə rəhbərliyinə müraciət edirəm ki, sahibkarı tək buraxmasınlar. Bizim В«AzəriqazВ»a, Nazirlər Kabinetinə məktublarımız var ki, güzəşt edilsinВ»-deyir E.Əliyev.

Onun sözlərinə görə, В«Hətta 2017-ci ilin həddinə (10 qəpiyə) çatmasa belə, qazın qiymətində heç olmasa 5-7 qəpik güzəşt olsunsa, bu təxminən 30-40 faiz güzəşt deməkdir. Bu addım bizə nəfəs verərВ».

Digər çıxış yolu hökumətin pomidoru özü almasıdır. İş adamları dəqiq qiymət deməyə çətinlik çəkirlər. N.Verdiyev: В«1,5 manatdan satılanda qazın pulu, fəhlələrin maaşı və vurulan dərmanqın pulu edir. Əgər heç olmasa bir manatdan alsalar xərcləri bağlamaq olar. Amma 20-30 qəpikdən satmaq sahibkrın evini yıxır. Hər gün min manatlarla zərərə gedirik. Hətta pomidor 70 qəpiyə də satsaq, gələcəkdə əkmək mümkün olmayacaqВ».

İstixana sahibləri ən yaxşı yol kimi pomidoru aAvropaya satmağı görürlər. Amma bu arzu olaraq qalır. İş adamları bildirir ki, pomidorun keyfiyyəti qaydasındadır, ona vurulan gübrələrlə bağlı da problem yoxdur, yəni Avropa tələblərinə uyğun gəlir. В«Amma bunun üçün müqavilə bağlanmalıdır. İri şirkətlərlə əlaqə yaratmaq lazımdır. Biz bunu edə bilmirik. Gərək bu məsələdə hökumət qabağa düşsün. Bizə yol göstərməlidir ki, biz də o dediyini edib Avropaya, ərəb ölkələrinə və xaricə mal sataqВ».








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
AİLƏVİ... - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 17:37
Narahat olmayın, səhv məndədir... - AXI NİYƏ?
Bu gün, 17:07
70 yaşlı, I dərəcəli müharibə əlilini KİM İNCİDİR? - TƏFƏRRÜAT
Bu gün, 17:00
Məhkəmə iki gənc vəkilin saxtakarlığını ifşa edib - DİNDİRMƏDƏ İŞTİRAK ETMƏDİKLƏRİ HALDA PROTOKOLLARI İMZALAYIBLAR
Bu gün, 16:58
"Məclisdə Ramalı görəndə oxumaq istəmirəm"
Bu gün, 16:55
İnternet sürətinə görə ölkələrin yeni dünya reytinqi – Azərbaycan neçəncidir?
Bu gün, 16:54
Ermənistanda referendum qərarı: - "Putin ittifaqı"nda qalacaq, yoxsa?
Bu gün, 16:48
“Məqsəd Ermənistanın cənubunda Fransaya bağlı təsir mühiti yaratmaqdır” – SENSASİON GEDİŞAT
Bu gün, 16:40
Ölü doğulan uşağın zirzəmiyə atılması iddiası ilə bağlı “Vital Hospital”dan AÇIQLAMA – “Başınız ağrıyacaq”
Bu gün, 16:36
Təmirə bağlanan yollar... NƏ VAXT AÇILIR? - AKTUAL
Bu gün, 16:13
Sülh sazişi niyə ləngiyir? – Paşinyanın Konstitusiya planına politoloqdan AÇIQLAMA
Bu gün, 16:11
Beləcə, məni aylardır, illərdir aldadırlar - GİLEY
Bu gün, 15:53
Bakı və Tbilisidən mühüm ANLAŞMA
Bu gün, 15:50
“Ermənilər itkin düşən yaxınlarını Ermənistanda axtarsınlar!” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 15:49
Erməni mediası və təhrif sehrbazlığı: açıq manipulyasiya - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 15:45
Şamaxının 2 rayonla əlaqəsi KƏSİLDİ - FOTOLAR
Bu gün, 15:44
Dövlət qurumu mühafizəyə 120 min manat xərcləyəcək – TENDER NƏTİCƏSİ
Bu gün, 15:30
Bu da bank sistemimizin BEYNƏLXALQ ÇIXIŞ QAPISI... - GİLEY
Bu gün, 15:19
Səhiyyə Nazirliyinin ƏLİ-VƏLİ OYUNU... - "Hansı islahatları aparırsınız?"
Bu gün, 15:13
Kəlbəcərdə sursat partlayıb - Yaralı var
Bu gün, 15:05
Başçı özünə birinci müavin təyin etdi - ƏMR
Bu gün, 13:26
Zidan Fransa millisi ilə uzunmüddətli müqavilə imzaladı
Bu gün, 12:36
İrandan Hörmüzlə bağlı xəbərdarlıq - "Fars"
Bu gün, 12:34
Oğuzhan Uğur barəsində həbs qərarı verildi
Bu gün, 12:21
Mülayim şərq küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:10
Kənan Səlimov Pozitiv Psixologiya Mərkəzinin İcraçı direktoru TƏYİN OLUNUB - BUNDAN SONRA...
Bu gün, 12:06
Bəraət almış qızıl alverçinin işi ilə bağlı kassasiya şikayəti verildi - DETALLAR
Bu gün, 12:03
Müqavləsi qüvvədən düşən “Nağıl Dünyası” və Ramik Əşrəfovun şirin yuxusu - İTTİHAM VAR...
Bu gün, 12:02
SEPAH-a bağlı qəzet Əraqçını tənqid etdi: - “Bu məlumatlar açıqlanmamalı idi”
Bu gün, 11:58
"Tik-tok"da tanış oldum, aldatdı ki, həkiməm” - “UĞUR 777” İŞİ
Bu gün, 11:57
Fuad Quliyevin rəis təyin etdiyi şəxs öz əməkdaşlarını rüşvət alamğa məcbur edir - ŞOK İDDİA
Bu gün, 11:52
"Baksol yolu"nda su xətti partladı: Sakinlərin şikayətini eşidən yoxdur - FOTO
Bu gün, 11:46
Ermənistanda aksiyalar başladı: “Xalq üsyana hazırdır” - RUS BARMAĞI...
Bu gün, 11:42
Tanışını qətlə yetirərək 18 il həbs cəzası alan şəxs yenidən məhkəmə qarşısında
Bu gün, 11:41
Qaşınmayan yerdən qan çıxaranlar... - AXI NİYƏ?
Bu gün, 11:39
"Müharibə şou ilə deyil, real işlə qazanılır" – Baş komandan Ukrayna rəhbərliyindəki qalmaqala son qoydu
Bu gün, 11:37
Qadın şərikli biznes vədi ilə 17 min manatı ələ keçirdi – MƏHKƏMƏ
Bu gün, 11:35
Bakıda özəl klinikada ölən körpənin zirzəmiyə atılması iddiası ilə bağlı ARAŞDIRMA BAŞLADI
Bu gün, 11:34
Ucarda vəzifəli şəxsin qan donduran əməlləri ifşa olunur – Su İdarəsinin rəis müavini hər an həbs oluna bilər...
Bu gün, 11:32
Diplomun tanınması və cəzanın azaldılması adı ilə vətəndaşları aldatdı - TƏFƏRRÜAT
Bu gün, 11:28
AZAL donanmasına cari ildə dördüncü təyyarəsini əlavə edib - VİDEO
Bu gün, 11:26
"DÇ-2026: Futbol turniri dəyişən dünyanın güzgüsünə çevrildi" - "Новая газета Европа"
Bu gün, 11:23
Həmkəndlisini dəmir boru ilə vəhşicəsinə döyən şəxs: - "Araq içdik, sonra məni söyməyə başladı"
Bu gün, 11:21
Bakıda yaşıllaşdırma işləri aparılır, yeni ağac və bitki növlərinin yetişdirilməsi və əkilməsi davam etdirilir - FOTO
Bu gün, 11:12
Sahibkar Göyçayda intihar edəcəyini bildirir - ETİRAZ!
Bu gün, 11:03
"Belə bir həyatda yaşamaq üçün heç bir stimul da qalmır..." - ANIM
Bu gün, 10:53
"Öz ərazimizi hədəf ala bilərik" - İran ordusu
Bu gün, 10:46
Kanadada FACİƏ: - azərbaycanlı gənc binadan yıxılıb ÖLDÜ
Bu gün, 10:28
GDU-nun baş müəlliminin ŞÜBHƏLİ ÖLÜMÜ - TƏFƏRRÜAT
Bu gün, 10:25
SEPAH “Amazon”un məlumatlar mərkəzini atəşə tutub
Bu gün, 10:18
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru