TƏBİB-in yersiz və ABSURD TƏDARÜKÜ... .....                     AİLƏVİ... .....                     Narahat olmayın, səhv məndədir... .....                     70 yaşlı, I dərəcəli müharibə əlilini KİM İNCİDİR? .....                     Məhkəmə iki gənc vəkilin saxtakarlığını ifşa edib .....                     "Məclisdə Ramalı görəndə oxumaq istəmirəm" .....                     İnternet sürətinə görə ölkələrin yeni dünya reytinqi .....                     Ermənistanda referendum qərarı: .....                     “Məqsəd Ermənistanın cənubunda Fransaya bağlı təsir mühiti yaratmaqdır” .....                     Ölü doğulan uşağın zirzəmiyə atılması iddiası ilə bağlı “Vital Hospital”dan AÇIQLAMA .....                     Təmirə bağlanan yollar... NƏ VAXT AÇILIR? .....                     Sülh sazişi niyə ləngiyir? .....                     Beləcə, məni aylardır, illərdir aldadırlar .....                     Bakı və Tbilisidən mühüm .....                     “Ermənilər itkin düşən yaxınlarını Ermənistanda axtarsınlar!” .....                     Erməni mediası və təhrif sehrbazlığı: açıq manipulyasiya .....                     Şamaxının 2 rayonla əlaqəsi KƏSİLDİ .....                     Dövlət qurumu mühafizəyə 120 min manat xərcləyəcək .....                     Bu da bank sistemimizin BEYNƏLXALQ ÇIXIŞ QAPISI... .....                     Səhiyyə Nazirliyinin ƏLİ-VƏLİ OYUNU... .....                     Kəlbəcərdə sursat partlayıb .....                     Başçı özünə birinci müavin təyin etdi .....                     Zidan Fransa millisi ilə uzunmüddətli müqavilə imzaladı .....                     İrandan Hörmüzlə bağlı xəbərdarlıq .....                     Oğuzhan Uğur barəsində həbs qərarı verildi .....                     Mülayim şərq küləyi əsəcək .....                     Kənan Səlimov Pozitiv Psixologiya Mərkəzinin İcraçı direktoru TƏYİN OLUNUB .....                     Bəraət almış qızıl alverçinin işi ilə bağlı kassasiya şikayəti verildi .....                     Müqavləsi qüvvədən düşən “Nağıl Dünyası” və Ramik Əşrəfovun şirin yuxusu .....                     SEPAH-a bağlı qəzet Əraqçını tənqid etdi: .....                     "Tik-tok"da tanış oldum, aldatdı ki, həkiməm” .....                     Fuad Quliyevin rəis təyin etdiyi şəxs öz əməkdaşlarını rüşvət alamğa məcbur edir .....                     "Baksol yolu"nda su xətti partladı: Sakinlərin şikayətini eşidən yoxdur .....                     Ermənistanda aksiyalar başladı: “Xalq üsyana hazırdır” .....                     Tanışını qətlə yetirərək 18 il həbs cəzası alan şəxs .....                     Qaşınmayan yerdən qan çıxaranlar... .....                     "Müharibə şou ilə deyil, real işlə qazanılır" .....                     Qadın şərikli biznes vədi ilə 17 min manatı ələ keçirdi .....                     Bakıda özəl klinikada ölən körpənin zirzəmiyə atılması iddiası ilə bağlı .....                     Ucarda vəzifəli şəxsin qan donduran əməlləri ifşa olunur .....                 

"Kimə müraciət edək, dərdimizi kimə deyək bilmirik..." - Ağsuda NARAZILIQ...
Tarix: 28-08-2020, 09:54 | Çap et
"Kimə müraciət edək, dərdimizi kimə deyək bilmirik..."
Prezident İlham Əliyev bu il avqustun 20-də “Azərbaycan Respublikasının Ağsu və Şamaxı rayonlarında baş vermiş təbii fəlakətin nəticələrinin aradan qaldırılması işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” sərəncam imzalayıb. Sərəncama əsasən, zəlzələ nəticəsində Ağsu və Şamaxı rayonlarında yaşayış evlərinə dəymiş ziyanın aradan qaldırılması işlərinin davam etdirilməsi məqsədilə həmin evlərin təmiri üçün 2020-ci il dövlət büdcəsindən Ağsu və Şamaxı rayon icra hakimiyyətlərinin hər birinə 3 milyon manat ayrılıb.

Bundan öncə də qəzalı evlərin təmiri ilə bağlı dövlət büdcəsindən 7 milyon manat pul ayrılmışdı. Hazırda təmir və tikinti işlərinin aparıldığı Ağsu rayonundan bəzi sakinlər narazılıq edir. DİA.AZ bildirir ki, bir neçə sakinin dediyinə görə, hələ ötən ilin əvvəlində baş verən təbii fəlakətdən sonra evlərinə dəyən ziyanla bağlı aidiyyəti üzrə dəfələrlə müraciət etsələr də, heç bir nəticəsi olmayıb.

Ağsu şəhəri, Babək küçəsi 7 ünvanında yaşayan Qarabağ əlili Elşən Nağıyev Abdulla oğlu söyləyir ki, zəlzələdən sonra Ağsu Rayon İcra Hakimiyyəti və Fövqəladə Hallar Nazirliyi Zəlzələ bölgəsi üzrə Qərargahına müraciət edib. Müraciətindən sonra evinə baxış keçirilib və təmir yazılıb. Şikayətçi isə təmirlə razılaşmayıb. Üzərindən uzun müddət keçəndən sonra podratçı şirkətin əməkdaşları Elşən Nağıyevin evində təmir işlərinə başlayıblar. Lakin sonradan işi yarımçıq qoyaraq gediblər: “Hərbi xidmətim Qarabağ bölgəsində keçib. İki dəfə yaralanmışam. Bir dəfə güllə, bir dəfə isə qəlpə yarası almışam. Əlillik dərəcəsi ala bilməmişəm. Müharibədə iştirak edənlə, yaralanan adam arasında fərq qoymurlar. Səksən manat pulla ailə dolandırıram. Bunları bir kənara qoyaq. Bəs yaxşı, prezident pul ayırıb ki, evi başına uçanların evini tikin. Bunu niyə etmirsiniz? Özümün şəxsi evim yoxdur. Anamla bir evdə qalıram. Fövqəladə Hallar Nazirliyi zəlzələdən ziyan görmüş evlərə baxış keçirən zaman evə təmir yazdılar. Amma bu ev təmirə yararlı deyil. Altmış ildən qalan kərpic evə nə təmir? Dəfələrlə baxış keçirilib. Sonra gəldilər ki, bəs təmir edəcəyik. Bir neçə kisə sement, bir-iki qutu emulsiya gətirmişdilər. Divarlara bayır hissədən tor qoyub, suvaq çəkdilər. Heç üzərindən beş gün keçməmiş divarlar yenə partladı. Sonra da işi yarımçıq qoyub getdilər. Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Vahid Tağıyevin qəbulunda oldum. Dedi ki, ev işinə mən baxmıram. İcra başçısının birinci müavini Füzuli Kərimlinin qəbulunda oldum. Fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyev Ağsuya gələndə onun qəbulunda oldum. O, mənim sənədlərimə baxdı, dedi ki, biz sənə borcluyuq. Sənin evin, yaşayışın yaxşı olmalıdır. Ancaq bu da heç bir nəticə vermədi. Prezident Adminstrasiyasına getdim, Zeynal Nağdalıyevin qəbuluna düşmək istəyirdim. Özünü görməsəm də, məni qəbul etdilər. Sənədlərimə baxdılar, bu da bir nəticə vermədi. Bu, nə işdir, nə məsələdir? Niyə Qarabağda can qoyan oğulların evləri düzəlmir? Biz axı torpağımız yolunda can qoymuşuq”.

Ağsu şəhəri, Söhbət Quliyev küçəsi 5, ev 10 ünvanında yaşayan Dilarə Nemətova zəlzələdən sonra fərdi yaşayış mənzillərinin bərpası üçün aidiyyətli qurumlara müraciət edib. Evinə baxış keçirilib, təmir-bərpa yazılıb. Şikayətçi deyir ki iki ilə yaxındır, evlərini təmir edən yoxdur: “Bir neçə gün öncə Ağsu Rayon İcra Hakimiyyətinin Memarlıq və tikinti şöbəsinin müdiri Mirəli Qurbanovla danışmışıq. Dedi ki, sizin evin faktiki tikintisinin hesablanması aparılır. On beş gündən sonra işə başlayacağıq. Açığı, mən bu sözlərə inanmıram. Çünki hələ iki ay öncə bu adam bizə eyni vədləri vermişdi. Hələ də gözləyirik. Zəlzələdən sonra evimiz qəzalı vəziyyətdə düşdüyü üçün, oğlum, gəlinim, azyaşlı nəvəm və həyat yoldaşımla Bakıya köçüb, kirayə ev tutduq. Həyat yoldaşımla oğlum kafe icarə götürüb işlədirdilər. Pandemiya dövründə kafelər bağlandı. Çox acınacaqlı vəziyyətdə yaşayırıq. Kirayə pulunu verə bilmirik. Dövlətdən yalnız bir dəfə - aprel ayı üçün birdəfəlik 190 manat ödəmə almışıq. Bu neçə ayda həmin pulla necə dolanmaq olar? Artıq bir ildən çoxdur ki, Ağsu Rayon İcra Hakimiyyətində oturan məsul şəxslər başımıza oyun açır. Bizim evi tikmir ki, yığışıb içində yaşayaq. Ölkə başçısı dəfələrlə pul ayırıb ki, qəzalı evlər tikilsin, amma nədənsə kasıbların deyil, varlıların evi tikilir. Bizə hər dəfə müxtəlif bəhanələr gətirirlər. Əvvəllər deyirdilər ki, adınız sistemdə yoxdur. Sonra dedilər ki, adınız sistemdə var, bir aya smeta dəyəri müəyyən olunsun, tikintiyə başlayacağıq. Sonra karantini bəhanə gətirdilər. İndi də deyirlər ki, 15 gün gözləyin. Başımızın altına yastıq qoyub bizi aldatmaq istəyirlər. Ölkə başçısına səslənirəm, bu özbaşınalığı görsün və vəziyyətə əncam çəksin. Ev siyahısında 197-ci adamıq. Nə oldu, bu iki ildı bizə növbə gəlib çatmadı?”

Ağsu rayonu, Gürsulu kənd sakini Samir Mirzəxanov Osman oğlu isə deyir ki, zəlzələdən 15 gün sonra Fövqəladə Hallar Nazirliyi Zəlzələ bölgəsi üzrə Qərargahının nümayəndədlərinə durumla bağlı məlumat verib. Dediyinə görə, ona qeydiyyat aparıldığını deyiblər. Lakin sonradan öyrənib ki, onun evi siyahıya alınmayıb: “Bir ildən çoxdur ki, qəzalı vəziyyətdə olan evdə yaşayırıq. Zəlzələ vaxtı müraciət etməyimə baxmayaraq, siyahıya alınmamışam. Prezidentə kimi məktub yazdım, amma heç bir yerdən xəbər-ətər çıxmadı. Sistemə adımı qeyd etməyiblər. Hər dəfə aldadıblar ki, get yaxşı olacaq. Qarşıdan soyuq qış gəlir. Yeni icra başçısı təyin olunandan sonra karantini bəhanə edib qəbula buraxmırlar. İki gündür yağış yağır, suyun hamısı evin içərisindədir. Yazdığım şikayət məktubları da Ağsu Rayon İcra Hakimiyyətinə yönləndirilir və cavab da gəlmir. Ev hər an uça bilər. Özümdən daha çox iki azyaşlı uşağıma və birinci qrup əlil atama görə narahatam. Məktub yazıb, müraciət etmədiyim yer qalmayıb. Məndən sonra müraciət edən adamlara quru torpaq üzərində ev tikiblər. Artıq əlim hər yerdən üzülüb. Kimə müraciət edək, dərdimizi kimə deyək bilmirik”.

"Kimə müraciət edək, dərdimizi kimə deyək bilmirik..."
"Kimə müraciət edək, dərdimizi kimə deyək bilmirik..."
"Kimə müraciət edək, dərdimizi kimə deyək bilmirik..."








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
TƏBİB-in yersiz və ABSURD TƏDARÜKÜ... - "Bəlkə ambulans helikopter də almaq lazımdır?"
Bu gün, 03:53
AİLƏVİ... - BELƏ DAVAM EDƏRSƏ...
Dünən, 17:37
Narahat olmayın, səhv məndədir... - AXI NİYƏ?
Dünən, 17:07
70 yaşlı, I dərəcəli müharibə əlilini KİM İNCİDİR? - TƏFƏRRÜAT
Dünən, 17:00
Məhkəmə iki gənc vəkilin saxtakarlığını ifşa edib - DİNDİRMƏDƏ İŞTİRAK ETMƏDİKLƏRİ HALDA PROTOKOLLARI İMZALAYIBLAR
Dünən, 16:58
"Məclisdə Ramalı görəndə oxumaq istəmirəm"
Dünən, 16:55
İnternet sürətinə görə ölkələrin yeni dünya reytinqi – Azərbaycan neçəncidir?
Dünən, 16:54
Ermənistanda referendum qərarı: - "Putin ittifaqı"nda qalacaq, yoxsa?
Dünən, 16:48
“Məqsəd Ermənistanın cənubunda Fransaya bağlı təsir mühiti yaratmaqdır” – SENSASİON GEDİŞAT
Dünən, 16:40
Ölü doğulan uşağın zirzəmiyə atılması iddiası ilə bağlı “Vital Hospital”dan AÇIQLAMA – “Başınız ağrıyacaq”
Dünən, 16:36
Təmirə bağlanan yollar... NƏ VAXT AÇILIR? - AKTUAL
Dünən, 16:13
Sülh sazişi niyə ləngiyir? – Paşinyanın Konstitusiya planına politoloqdan AÇIQLAMA
Dünən, 16:11
Beləcə, məni aylardır, illərdir aldadırlar - GİLEY
Dünən, 15:53
Bakı və Tbilisidən mühüm ANLAŞMA
Dünən, 15:50
“Ermənilər itkin düşən yaxınlarını Ermənistanda axtarsınlar!” - HƏQİQƏTƏN DƏ...
Dünən, 15:49
Erməni mediası və təhrif sehrbazlığı: açıq manipulyasiya - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 15:45
Şamaxının 2 rayonla əlaqəsi KƏSİLDİ - FOTOLAR
Dünən, 15:44
Dövlət qurumu mühafizəyə 120 min manat xərcləyəcək – TENDER NƏTİCƏSİ
Dünən, 15:30
Bu da bank sistemimizin BEYNƏLXALQ ÇIXIŞ QAPISI... - GİLEY
Dünən, 15:19
Səhiyyə Nazirliyinin ƏLİ-VƏLİ OYUNU... - "Hansı islahatları aparırsınız?"
Dünən, 15:13
Kəlbəcərdə sursat partlayıb - Yaralı var
Dünən, 15:05
Başçı özünə birinci müavin təyin etdi - ƏMR
Dünən, 13:26
Zidan Fransa millisi ilə uzunmüddətli müqavilə imzaladı
Dünən, 12:36
İrandan Hörmüzlə bağlı xəbərdarlıq - "Fars"
Dünən, 12:34
Oğuzhan Uğur barəsində həbs qərarı verildi
Dünən, 12:21
Mülayim şərq küləyi əsəcək - belə deyirlər...
Dünən, 12:10
Kənan Səlimov Pozitiv Psixologiya Mərkəzinin İcraçı direktoru TƏYİN OLUNUB - BUNDAN SONRA...
Dünən, 12:06
Bəraət almış qızıl alverçinin işi ilə bağlı kassasiya şikayəti verildi - DETALLAR
Dünən, 12:03
Müqavləsi qüvvədən düşən “Nağıl Dünyası” və Ramik Əşrəfovun şirin yuxusu - İTTİHAM VAR...
Dünən, 12:02
SEPAH-a bağlı qəzet Əraqçını tənqid etdi: - “Bu məlumatlar açıqlanmamalı idi”
Dünən, 11:58
"Tik-tok"da tanış oldum, aldatdı ki, həkiməm” - “UĞUR 777” İŞİ
Dünən, 11:57
Fuad Quliyevin rəis təyin etdiyi şəxs öz əməkdaşlarını rüşvət alamğa məcbur edir - ŞOK İDDİA
Dünən, 11:52
"Baksol yolu"nda su xətti partladı: Sakinlərin şikayətini eşidən yoxdur - FOTO
Dünən, 11:46
Ermənistanda aksiyalar başladı: “Xalq üsyana hazırdır” - RUS BARMAĞI...
Dünən, 11:42
Tanışını qətlə yetirərək 18 il həbs cəzası alan şəxs yenidən məhkəmə qarşısında
Dünən, 11:41
Qaşınmayan yerdən qan çıxaranlar... - AXI NİYƏ?
Dünən, 11:39
"Müharibə şou ilə deyil, real işlə qazanılır" – Baş komandan Ukrayna rəhbərliyindəki qalmaqala son qoydu
Dünən, 11:37
Qadın şərikli biznes vədi ilə 17 min manatı ələ keçirdi – MƏHKƏMƏ
Dünən, 11:35
Bakıda özəl klinikada ölən körpənin zirzəmiyə atılması iddiası ilə bağlı ARAŞDIRMA BAŞLADI
Dünən, 11:34
Ucarda vəzifəli şəxsin qan donduran əməlləri ifşa olunur – Su İdarəsinin rəis müavini hər an həbs oluna bilər...
Dünən, 11:32
Diplomun tanınması və cəzanın azaldılması adı ilə vətəndaşları aldatdı - TƏFƏRRÜAT
Dünən, 11:28
AZAL donanmasına cari ildə dördüncü təyyarəsini əlavə edib - VİDEO
Dünən, 11:26
"DÇ-2026: Futbol turniri dəyişən dünyanın güzgüsünə çevrildi" - "Новая газета Европа"
Dünən, 11:23
Həmkəndlisini dəmir boru ilə vəhşicəsinə döyən şəxs: - "Araq içdik, sonra məni söyməyə başladı"
Dünən, 11:21
Bakıda yaşıllaşdırma işləri aparılır, yeni ağac və bitki növlərinin yetişdirilməsi və əkilməsi davam etdirilir - FOTO
Dünən, 11:12
Sahibkar Göyçayda intihar edəcəyini bildirir - ETİRAZ!
Dünən, 11:03
"Belə bir həyatda yaşamaq üçün heç bir stimul da qalmır..." - ANIM
Dünən, 10:53
"Öz ərazimizi hədəf ala bilərik" - İran ordusu
Dünən, 10:46
Kanadada FACİƏ: - azərbaycanlı gənc binadan yıxılıb ÖLDÜ
Dünən, 10:28
GDU-nun baş müəlliminin ŞÜBHƏLİ ÖLÜMÜ - TƏFƏRRÜAT
Dünən, 10:25
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru