Bu gün bir çox jurnalist sosial şəbəkədə adi bir status yazanda belə ehtiyat edir... .....                     Dövlətin bir qurumu digərinə GÜVƏNMİR .....                     Fərid Əhmədova və İnam Kərimova MÜRACİƏT .....                     "Hələ Balaş bəy biraz yumşaq deyib..." .....                     TƏBİB-in yersiz və ABSURD TƏDARÜKÜ... .....                     AİLƏVİ... .....                     Narahat olmayın, səhv məndədir... .....                     70 yaşlı, I dərəcəli müharibə əlilini KİM İNCİDİR? .....                     Məhkəmə iki gənc vəkilin saxtakarlığını ifşa edib .....                     "Məclisdə Ramalı görəndə oxumaq istəmirəm" .....                     İnternet sürətinə görə ölkələrin yeni dünya reytinqi .....                     Ermənistanda referendum qərarı: .....                     “Məqsəd Ermənistanın cənubunda Fransaya bağlı təsir mühiti yaratmaqdır” .....                     Ölü doğulan uşağın zirzəmiyə atılması iddiası ilə bağlı “Vital Hospital”dan AÇIQLAMA .....                     Təmirə bağlanan yollar... NƏ VAXT AÇILIR? .....                     Sülh sazişi niyə ləngiyir? .....                     Beləcə, məni aylardır, illərdir aldadırlar .....                     Bakı və Tbilisidən mühüm .....                     “Ermənilər itkin düşən yaxınlarını Ermənistanda axtarsınlar!” .....                     Erməni mediası və təhrif sehrbazlığı: açıq manipulyasiya .....                     Şamaxının 2 rayonla əlaqəsi KƏSİLDİ .....                     Dövlət qurumu mühafizəyə 120 min manat xərcləyəcək .....                     Bu da bank sistemimizin BEYNƏLXALQ ÇIXIŞ QAPISI... .....                     Səhiyyə Nazirliyinin ƏLİ-VƏLİ OYUNU... .....                     Kəlbəcərdə sursat partlayıb .....                     Başçı özünə birinci müavin təyin etdi .....                     Zidan Fransa millisi ilə uzunmüddətli müqavilə imzaladı .....                     İrandan Hörmüzlə bağlı xəbərdarlıq .....                     Oğuzhan Uğur barəsində həbs qərarı verildi .....                     Mülayim şərq küləyi əsəcək .....                     Kənan Səlimov Pozitiv Psixologiya Mərkəzinin İcraçı direktoru TƏYİN OLUNUB .....                     Bəraət almış qızıl alverçinin işi ilə bağlı kassasiya şikayəti verildi .....                     Müqavləsi qüvvədən düşən “Nağıl Dünyası” və Ramik Əşrəfovun şirin yuxusu .....                     SEPAH-a bağlı qəzet Əraqçını tənqid etdi: .....                     "Tik-tok"da tanış oldum, aldatdı ki, həkiməm” .....                     Fuad Quliyevin rəis təyin etdiyi şəxs öz əməkdaşlarını rüşvət alamğa məcbur edir .....                     "Baksol yolu"nda su xətti partladı: Sakinlərin şikayətini eşidən yoxdur .....                     Ermənistanda aksiyalar başladı: “Xalq üsyana hazırdır” .....                     Tanışını qətlə yetirərək 18 il həbs cəzası alan şəxs .....                     Qaşınmayan yerdən qan çıxaranlar... .....                 

"Mən qoca xəstə anadan kimsə nəsə uma bilərmi?" - Ali Məhkəmə şəhid anasına qarşı...
Tarix: 7-08-2020, 09:22 | Çap et
"Mən qoca xəstə anadan kimsə nəsə uma bilərmi?"
İmişli rayonu Qulubəyli kənd sakinləri, şəhid anası Astanova Ayna Səmid qızı və şəhid qardaşı Ocaqov Nurlan Atamoğlan oğlu tərəfindən redaksiyamıza şikayət ərizəsi daxil olub.
Şikayətçilərin ölkə rəhbərliyinə ünvanladıqları məktubu olduğu kimi dərc edirik:

"Azərbaycan Respublikasının Prezidenti İ. Əliyev cənablarına.

Azərbaycan Respublikasının Birinci Vitse-Prezidenti Xanım M. Əliyevaya.
Azərbaycan Respublikasının Ədliyyə Naziri cənab F.Məmmədova.
Azərbaycan Respublikası Ali Məhkəmənin sədri cənab R.Rzayevə.
Azərbaycan Respublikasının Baş Prokuroru cənab K.Əliyevə.
Azərbaycan Respublikası Təhlükəsizlik Xidmətinin Rəisi cənab Ə.Nağıyevə.
Baş Prokuror Yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin Rəisi N.Rəcəbova.
Ombudsman, Xanım S.Əliyevaya.
Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinə.
Şirvan Apelyasiya Məhkəməsinin sədri cənab Rəşadət Ağayevə.

İmişli rayonu Qulubəyli kənd sakinləri, şəhid anası Astanova Ayna Səmid qızı və şəhid qardaşı Ocaqov Nurlan Atamoğlan oğlu tərəfindən

Ş İ K A Y Ə T Ə R İ Z Ə S İ :
Cənab Prezident.
Şikayətimiz Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Xəqani Məmmədov və Aqil Abbasovun qəbul etdikləri qanunazidd qərarlar barəsindədir.

Bildiririk ki, son 13 ildə yaxın qohumumuz Məhəmməd Ocaqov öz qanunazidd hərəkətləri ilə bizim ən adi vətəndaş hüquqlarımızı kobud surətdə pozur və bizi narahat edir. O təzyiq və təsir vasitəsi kimi istifadə etdiyi əsassız və boş sözlər yığnağından ibarət olan çoxsaylı şikayət ərizələri yazmaqla yuxarı instansiyaların diqqətini bu məsələyə cəlb etməklə yanaşı, öz qanunsuz əməllərindən yayındırmaq məqsədi güdür vəhüquq mühafizə orqanlarının, məhkəmələrin M.Ocaqovun şəxsi maraqlarına uyğun qərar çıxarmasına əvvəlcədən hesablanmış qanunazidd bir əməldir. O özünü yuxarı instansiyaların, hüquq mühafizə orqanlarının və məhkəmələrin nəzərində haqqı pozulmuş, əzilmiş bir məsum insan obrazı yaratmaq istəmiş və hiyləgərliyi nəticəsində bu arzusuna müəyyən qədər nail olmuşdur.
Əlli il əvvəl tikdiyim evimin darvazasının qarşısında Məhəmməd Ocaqov Bələdiyyə torpağını zəbt edərək hasarlamışdır. Həyətimə giriş-çıxışı məhdudlaşdırmışdır. Məhkəmələr elə hesab edirlər ki, bu işdə Qulubəyli Bələdiyyəsinin nə isə bir maraqı var. Mən qoca xəstə anadan və nitq qüsurlu oğlumdan kimsə nəsə uma bilərmi? Son 13 ildə Qulubəyli Bələdiyyəsi ilə Məhəmməd Ocaqov arasında baş verən çoxsaylı məhkəmə prosesləri məhz mənim icarəmdə olan 0.10 ha icarə torpağım ilə və oğlumun 0.04 ha həyətyanı torpaq sahəsi ilə əlaqəlidir. Ancaq Ali Məhkəmənin hakimləri Xəqani Məmmədovun və Aqil Abbasovun qəbul etdikləri qərarlardaədalətin və qanunun əsər-əlaməti yoxdur.
Məhəmməd Ocaqovun İmişli rayonu Qulubəyli Bələdiyyəsinin sabiq sədri və hazırda məhkəmələrdə Qulubəyli Bələdiyyəsinin Nümayəndəsi qismində çıxış edən Qalib Nağıyev barəsində şər-böhtan dolu çoxsaylı şikayət ərizələri yazmaqda məqsədi Q.Nağıyevi məhkəmə iclaslarında Bələdiyyənin qanuni mənafeyini və bizim haqq işimizi müdafiə etməkdən çəkindirməkdən ibarətdir.
Qulubəyli Bələdiyyəsi Məhəmməd Ocaqovla əlaqədar məhkəmələrdə baş verənlər barəsində məni mütəmadi məlumatlandırır. Odur ki, məhkəmə prosesləri barəsində və qəbul olunmuş qərarlar haqqında məlumatım var.

Bildirirəm ki, Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası (sədrlik edən Xəqani Məmmədov) 08 fevral 2017-ci il tarixli 2-1(102)-460/2017 saylı qərarla Şirvan Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(106)-318/2016 saylı, 12 oktyabr 2016-cı il tarixli qərarını ləğv edərək üçüncü şəxs Məhəmməd Ocaqovun Kassasiya şikayətini təmin etmişdir.
Məlumat üçün bildirirəm ki, əsaslı səbəblərə görə Qulubəyli Bələdiyyəsinin 30.03.2015-ci il tarixli 04 saylı iclas protokolunun qərarı ilə Qulubəyli Bələdiyyəsinin 10.11.2007-ci il tarixli 13 saylı iclas protokolunun qərarına əsasən Məhəmməd Ocaqova verilmiş 0.40 ha göl sahəsinə dair qərarı ləğv edilmişdir. Bu barədə həmin vaxt Məhəmməd Ocaqova poçt vasitəsilə rəsmi məktub göndərilərək qəbul edilmiş qərardan narazı qaldığı halda məhkəməyə müraciət etmək hüququnun olması izah olunmuşdur. M.Ocaqovun müəyyən olunmuşvaxtda məhkəməyə müraciət etmədiyinə görə Qulubəyli Bələdiyyəsi həmin qərar əsasında verilmiş Plan və Ölçü sənədinin ləğv edilməsini 6 saylı Ərazi İdarəsindən xahiş etsədə imtina cavabı verilmişdir. Bu cavabdan sonrada M.Ocaqov məhkəməyə müraciət edib qərarı mübahisələndirməmişdir.
Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 2-1(86)-614/2016 saylı, 09 iyun 2016-cı il tarixli qərarı ilə Bələdiyyənin iddia tələbi təmin edilərək M. Ocaqova verilmiş 0.40 ha göl sahəsinin Plan və Ölçü sənədi ləğv edilmişdir.Ancaq yenədə Plan və Ölçü sənədinin ləğvinə səbəb olmuş Bələdiyyənin 30.03.2015-ci il tarixli 04 saylı iclas protokolunun qərarını Məhəmməd Ocaqov mübahisələndirməmiş və
məhkəməyə müraciət etməmişdir.Şirvan Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(106)-318/2016 saylı, 12 oktyabr 2016-cı il tarixli qərarı ilə üçüncü şəxs Məhəmməd Ocaqovun Apelyasiya Şikayəti təmin edilməmişdir.Ancaq yenədə Plan və Ölçü sənədinin ləğvinə səbəb olmuş Bələdiyyənin 30.03.2015-ci il tarixli 04 saylı iclas protokolunun qərarını Məhəmməd Ocaqov mübahisələndirməmiş və məhkəməyə müraciət etməmişdir. 2 il keçdikdən sonra Məhəmməd Ocaqov Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasına Apelyasiya Məhkəməsinin qəbul etdiyi qərardan Kassasiya şikayəti verdikdən və Ali Məhkəmədə icraata qəbul olunduqdan sonra Məhəmməd Ocaqov Bələdiyyənin 30.03.2015-ci il tarixli 04 saylı qərarını məhkəmədə mübahisələndirmişdir. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının hakimi Xəqani Məmmədov Şirvan Apelyasiya Məhkəməsinin qəbul etdiyi qərarının qanuniliyini və düzgün olub-olmamasına baxmaq əvəzinə, Məhəmməd OcaqovunŞirvan İnzibati-İqtisadi Məhkəməsində sözü gedən qərarı mübahisələndirdiyinə görə Apelyasiya Məhkəməsinin qərarını qanunsuz olaraq ləğv edərək yenidən baxılması üçün 2017-ci ildə Şirvan Apelyasiya Məhkəməsinə göndərmişdir. Bunun nə demək olduğunu ancaq hakim Xəqani Məmmədov daha yaxşı bilir.
Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının (sədrlik edən hakim Aqil Abbasov) 02.06.2020-ci il tarixli 2(102)-1884/2020 saylı qərarı ilə Şirvan Apelyasiya Məhkəməsinin 2(106)-1682/2019 saylı 06 noyabr 2019-cu il tarixli qətnaməsi ləğv edilərək cavabdeh Məhəmməd Ocaqovun Kassasiya şikayəti təmin olunaraq yenidən baxılması üçün Şirvan Apelyasiya Məhkəməsinə göndərilmişdir.
İmişli rayon Məhkəməsinin 2(036)-147/2019 saylı, 17 yanvar 2019-cu il tarixli qətnaməsi ilə Qulubəyli Bələdiyyəsinin iddia tələbi təmin edilərək cavabeh M.Ocaqovun RX 0703034 saylı Çıxarış sənədinə əsasən sahib olduğu A 018448 saylı Plan və Ölçü sənədində yeri göstərilən Qulubəyli kəndində yerləşən 0.40 ha göl sahəsinin sərhədlərindən kənarda yerləşən ətrafdakı Bələdiyyə ərazisindən çıxarılması və iddiaçının həmin torpaq sahəsi ilə öz mülahizəsinə görə davranmaq imkanının tanınması qət olunmuşdur.
Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına Apelyasiya şikayəti verən Məhəmməd Ocaqov məhkəmədən mühəndis-texniki ekspertizası təyin olunmasını tələb etmiş və iş üzrə ekspertiza təyin olunmuşdur. Məhkəmə Ekpertiza Mərkəzinin 05.09.2019-cu il tarixli, 14779 saylı rəyində M.Ocaqovun faktiki istifadəsində olan torpaq sahəsinin 3458 kv.metr hissəsinin seriya RX 0703034 saylı Çıxarış sənədinə əsasən onun mülkiyyətinə verilmiş 0.40 ha göl sahəsinin ölçülərində əks olunmuş sərhədlərdən kənara çıxdığı və həmin ərazinin M.Ocaqov tərəfindən istifadə olunduğu göstərilmişdir. Şirvan Apelyasiya Məhkəməsinin 2(106)-1682/2019 saylı, 06 noyabr 2019-cu il tarixli qətnaməsi ilə M. Ocaqovun Apelyasiya şikayəti təmin edilməmişdir. Həmin qətnamədən Ali Məhkəmənin Mülki Kollegiyasına ( sədrlik edən hakim Aqil Abbasov) Kassasiya şikayəti verən cavabdeh M.Ocaqovun Kassasiya şikayəti qanunsuz olaraq təmin edilmişdir. Hakim Aqil Abbasovun qəbul etdiyi qərarda göstərilir ki, “cavabdehin faktiki istifadəsində olan torpaq sahəsinin Bələdiyyə mülkiyyətinə aid olub-olmaması, zəbt edilmiş sahə olduğu halda həmin sahənin hansı istiqamətdə olması ekspert rəyində müəyyən edilməyib. Ekspert rəyinə istinad edib, cavabdehin faktiki istifadəsində olan torpaq sahəsinin Bələdiyyə mülkiyyətinə aid olması barədə gəlinən nəticə əsaslı və qanuni hesab edilə bilməz”.
Hakim Aqil Abbasovun qəbul etdiyi qərar çox gülüncdür. İşdə Qulubəyli Bələdiyyəsinin iddiaçı qismində tələb irəli sürərək Bələdiyyənin mülkiyyətində olan torpaq sahəsinin cavabdeh M.Ocaqov tərəfindən faktiki istifadə edilərək zəbt olunduğunu, həmin ərazinin hasarlandığını bildirmiş və Bələdiyyənin mülkiyyət hüququnun bərpasını tələb etmişdir.
Məlumat üçün bildiririk ki, 08 may 2013-cü il tarixdə İş в„–2(036)214/2013 saylı İş üzrə İmişli rayon Məhkəməsində iddiaçı Ocaqov Məhəmməd Şirvan oğlu cavabdeh Nurlan Ocaqovun 0.04 ha Həyətyanı torpaq sahəsi ona məxsus 0.40 ha Göl sahəsi ilə üst-üstə düşməsi barədə iddia tələbinə baxılmışdır. Həmin iş üzrə ekspertiza təyin edilmişdir. A.R. Ə .N. Məhkəmə Ekspertiza Mərkəzinin 11 aprel 2013-cü il tarixli 4989 saylı ekspert rəyinə əsasən Məhəmməd Ocaqova verilmiş 0.40 ha Göl sahəsinin A143411 saylı Plan və Ölçü sənədinə əsasən müəyyən edilmiş sərhədlər Ocaqov Nurlana verilmiş torpaq sahəsi ilə üst-üstə düşmür və Nurlan Ocaqov sərhədləri müəyyən edilmiş 0.40 ha Göl sahəsinin hər hansı bir hissəsindən istifadə etmir. Həmin vaxt Məhəmməd Ocaqovun iddia tələbi təmin edilməmişdir. Şirvan Apellyasiya Məhkəməsinin 03 oktyabr 2013-cü il tarixdə İş в„–2(106)-806/2013 saylı qərarı ilə Məhəmməd Ocaqovun Apellyasiya Şikayətini də təmin edilməmişdir. Apelyasiya Məhkəməsinin qərarından Kassasiya şikayəti verilməmişdir.
Mən Ayna Astanovaya icarəyə verilmiş 0.10 ha Göl sahəsi, Məhəmməd Ocaqovun 0.40 ha Göl sahəsindən 700 metrdən artıq uzaq məsafədə yerləşir.Belə olan təqdirdə mənim Göl sahəm Məhəmməd Ocaqovun Göl sahəsi ilə necə üst-üstə düşə bilər?
Ocaqov Məhəmməd Şirvan oğluna AR ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 0,40 ha göl sahəsinə görə Seriya RX в„–0703034 saylı Çıxarış sənədi verilmişdir. Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 06.09.2017-ci il tarixli 2-1(086)-2877/2017 saylı qərarı ilə mərzçəkmə işləri aparılmasına dair iddiaçı Ocaqov Məhəmməd Şirvan oğlunun iddia tələbi təmin olunaraq cavabdeh 6 saylı Ərazi İdarəsinin üzərinə öhdəlik qoyulması qərara alınmışdır. Həmin qərar qanuni qüvvəyə mindikdən sonra icra vərəqəsi icra edilməsi üçün 28.02.2018-ci il tarixdə Beyləqan rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. Beyləqan rayon İcra və Probasiya Şöbəsinin 08.05.2018-ci il tarixli 62684/2018 saylı qərarına əsasən Şirvan inzibati-İqtisadi Məhkəməsinin 06.09.2017-ci il tarixli 2-1(086)-2877/2017 saylı qərarı ilə icra sənədi üzrə icraata xitam verilmişdir. İddiaçı M.Ocaqov Beyləqan rayon İcra və Probasiya Şöbəsinin həmin qərarının ləğv edilməsi barədə Şirvan İnzibati-İqtisadi Məhkəməsinə şikayət versədə məhkəmənin 28 iyun 2018-ci il tarixli qərardadı ilə onun şikayəti təmin edilməmişdir. M.Ocaqova məxsus 0,40 ha ərazidə mərzçəkmə işləri aparılarkən onun Bələdiyyə mülkiyyətinə aid olan torpaq sahəsini zəbt etdiyi aşkar olunmuşdur.Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 10 mart 2020-ci il tarixli 8(106)-29/20 saylı qərarı ilə Ocaqov Məhəmməd Şirvan oğlunun Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 06.09.2017-ci il tarixli 2-1(086)-2877/2017 saylı icra sənədi üzrə icraata xitam verilməsi haqqında olan qərarından verdiyi Apellyasiya Şikayəti təmin edilməmişdir.
Şirvan İnzibati Məhkəməsinin 10 mart 2020-ci il tarixli 2-1(120)-277/2020 saylı qərardadı ilə iddiaçı Ocaqov Məhəmməd Şirvan oğlunun cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Ərazi İdarəsinə qarşı RX 0703034 saylı Çıxarış sənədinə əsasən sahib olduğu A 018448 saylı torpaq sahəsinin Plan və Ölçü sənədinin ləğv olunmasına dair iddia tələbi qanunsuz və əsassız olduğundan baxılması mümkünsüz hesab edilmişdir. M.Ocaqov həmin qərardaddan Şirvan Apelyasiya Məhkəməsinə Apelyasiya şikayəti versədə 09 iyun 2020-ci il tarixli İş 2-1(106)-375/2020 saylı qərarı ilə Apelyasiya şikayəti təmin edilməmişdir.
Xahiş edirik Ali Məhkəmənin hakimləri Xəqani Məmmədov və Aqil Abbasov barəsində qanunamüvafiq tədbir görülsün.

İmza: Ayna Astanova Şəhid anası
Nurlan Ocaqov Şəhid qardaşı. "

P.S. QARŞI TƏRƏFİ DİNLƏYƏ BİLƏRİK.
//mozalan.az//







 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bu gün bir çox jurnalist sosial şəbəkədə adi bir status yazanda belə ehtiyat edir... - BƏLİ...
Bu gün, 04:34
Dövlətin bir qurumu digərinə GÜVƏNMİR - SƏFƏRBƏRLİK BƏLASI...
Bu gün, 04:17
Fərid Əhmədova və İnam Kərimova MÜRACİƏT - "NƏ QƏDƏR Kİ GEC DEYİL..."
Bu gün, 04:10
"Hələ Balaş bəy biraz yumşaq deyib..." - İlqar Məmmədov
Bu gün, 04:06
TƏBİB-in yersiz və ABSURD TƏDARÜKÜ... - "Bəlkə ambulans helikopter də almaq lazımdır?"
Bu gün, 03:53
AİLƏVİ... - BELƏ DAVAM EDƏRSƏ...
Dünən, 17:37
Narahat olmayın, səhv məndədir... - AXI NİYƏ?
Dünən, 17:07
70 yaşlı, I dərəcəli müharibə əlilini KİM İNCİDİR? - TƏFƏRRÜAT
Dünən, 17:00
Məhkəmə iki gənc vəkilin saxtakarlığını ifşa edib - DİNDİRMƏDƏ İŞTİRAK ETMƏDİKLƏRİ HALDA PROTOKOLLARI İMZALAYIBLAR
Dünən, 16:58
"Məclisdə Ramalı görəndə oxumaq istəmirəm"
Dünən, 16:55
İnternet sürətinə görə ölkələrin yeni dünya reytinqi – Azərbaycan neçəncidir?
Dünən, 16:54
Ermənistanda referendum qərarı: - "Putin ittifaqı"nda qalacaq, yoxsa?
Dünən, 16:48
“Məqsəd Ermənistanın cənubunda Fransaya bağlı təsir mühiti yaratmaqdır” – SENSASİON GEDİŞAT
Dünən, 16:40
Ölü doğulan uşağın zirzəmiyə atılması iddiası ilə bağlı “Vital Hospital”dan AÇIQLAMA – “Başınız ağrıyacaq”
Dünən, 16:36
Təmirə bağlanan yollar... NƏ VAXT AÇILIR? - AKTUAL
Dünən, 16:13
Sülh sazişi niyə ləngiyir? – Paşinyanın Konstitusiya planına politoloqdan AÇIQLAMA
Dünən, 16:11
Beləcə, məni aylardır, illərdir aldadırlar - GİLEY
Dünən, 15:53
Bakı və Tbilisidən mühüm ANLAŞMA
Dünən, 15:50
“Ermənilər itkin düşən yaxınlarını Ermənistanda axtarsınlar!” - HƏQİQƏTƏN DƏ...
Dünən, 15:49
Erməni mediası və təhrif sehrbazlığı: açıq manipulyasiya - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 15:45
Şamaxının 2 rayonla əlaqəsi KƏSİLDİ - FOTOLAR
Dünən, 15:44
Dövlət qurumu mühafizəyə 120 min manat xərcləyəcək – TENDER NƏTİCƏSİ
Dünən, 15:30
Bu da bank sistemimizin BEYNƏLXALQ ÇIXIŞ QAPISI... - GİLEY
Dünən, 15:19
Səhiyyə Nazirliyinin ƏLİ-VƏLİ OYUNU... - "Hansı islahatları aparırsınız?"
Dünən, 15:13
Kəlbəcərdə sursat partlayıb - Yaralı var
Dünən, 15:05
Başçı özünə birinci müavin təyin etdi - ƏMR
Dünən, 13:26
Zidan Fransa millisi ilə uzunmüddətli müqavilə imzaladı
Dünən, 12:36
İrandan Hörmüzlə bağlı xəbərdarlıq - "Fars"
Dünən, 12:34
Oğuzhan Uğur barəsində həbs qərarı verildi
Dünən, 12:21
Mülayim şərq küləyi əsəcək - belə deyirlər...
Dünən, 12:10
Kənan Səlimov Pozitiv Psixologiya Mərkəzinin İcraçı direktoru TƏYİN OLUNUB - BUNDAN SONRA...
Dünən, 12:06
Bəraət almış qızıl alverçinin işi ilə bağlı kassasiya şikayəti verildi - DETALLAR
Dünən, 12:03
Müqavləsi qüvvədən düşən “Nağıl Dünyası” və Ramik Əşrəfovun şirin yuxusu - İTTİHAM VAR...
Dünən, 12:02
SEPAH-a bağlı qəzet Əraqçını tənqid etdi: - “Bu məlumatlar açıqlanmamalı idi”
Dünən, 11:58
"Tik-tok"da tanış oldum, aldatdı ki, həkiməm” - “UĞUR 777” İŞİ
Dünən, 11:57
Fuad Quliyevin rəis təyin etdiyi şəxs öz əməkdaşlarını rüşvət alamğa məcbur edir - ŞOK İDDİA
Dünən, 11:52
"Baksol yolu"nda su xətti partladı: Sakinlərin şikayətini eşidən yoxdur - FOTO
Dünən, 11:46
Ermənistanda aksiyalar başladı: “Xalq üsyana hazırdır” - RUS BARMAĞI...
Dünən, 11:42
Tanışını qətlə yetirərək 18 il həbs cəzası alan şəxs yenidən məhkəmə qarşısında
Dünən, 11:41
Qaşınmayan yerdən qan çıxaranlar... - AXI NİYƏ?
Dünən, 11:39
"Müharibə şou ilə deyil, real işlə qazanılır" – Baş komandan Ukrayna rəhbərliyindəki qalmaqala son qoydu
Dünən, 11:37
Qadın şərikli biznes vədi ilə 17 min manatı ələ keçirdi – MƏHKƏMƏ
Dünən, 11:35
Bakıda özəl klinikada ölən körpənin zirzəmiyə atılması iddiası ilə bağlı ARAŞDIRMA BAŞLADI
Dünən, 11:34
Ucarda vəzifəli şəxsin qan donduran əməlləri ifşa olunur – Su İdarəsinin rəis müavini hər an həbs oluna bilər...
Dünən, 11:32
Diplomun tanınması və cəzanın azaldılması adı ilə vətəndaşları aldatdı - TƏFƏRRÜAT
Dünən, 11:28
AZAL donanmasına cari ildə dördüncü təyyarəsini əlavə edib - VİDEO
Dünən, 11:26
"DÇ-2026: Futbol turniri dəyişən dünyanın güzgüsünə çevrildi" - "Новая газета Европа"
Dünən, 11:23
Həmkəndlisini dəmir boru ilə vəhşicəsinə döyən şəxs: - "Araq içdik, sonra məni söyməyə başladı"
Dünən, 11:21
Bakıda yaşıllaşdırma işləri aparılır, yeni ağac və bitki növlərinin yetişdirilməsi və əkilməsi davam etdirilir - FOTO
Dünən, 11:12
Sahibkar Göyçayda intihar edəcəyini bildirir - ETİRAZ!
Dünən, 11:03
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru