Qışın yaxınlaşması cəlilabadlılar qorxuya salıb - GİLEY
Tarix: 23-09-2019, 11:27 | Çap et
 Cəlilabad rayonunun Mirmmədli inzibati ərazi dairəsinə aid Məmmədcanlı kəndinin bir qrup sakini AYNA-ya müraciət edərək problemlərinin işıqlandırılmasını və həllinə yardımçı olmağımızı xahiş edib.
Şikayətçilərin idda etdiklərinə görə, kəndə qaz çəkilsə də, 40 ev hələ də qazsızdır. Kənd sakinləri bildiriblər ki, onlar qarşılaşdıqları bu problemlə bağlı “Azəriqaz” İstehsalat Birliyinə, Lənkəran Regional Qaz İstismarı İdarəsinə məktubla müraciət ediblər: “Məktubumuza cavab gəldi ki, qaz çəkiləcək, ancaq nə zaman çəkiləcəyi məlum deyil”.
“Sağımızda da qaz yanır, solumuzda da. Ancaq bizdə qaz yoxdur. Meşəni də bağlayıblar, odun da vermirlər. Qabaqdan da qış gəlir, necə yaşayacağıq, bilmirik. Artıq dərəcədə xahiş edirik ki, aidiyyəti qurumlar düşdüyümüz vəziyyəti nəzərə alaraq, 40 evi qazla təmin etsin”, - şikayətçilər deyiblər.
Kənd sakinlərinin üzləşdikləri problemə AYNA tutmaq məqsədilə “Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi Ceyhun Səfərova müraciət etdik.
Ceyhun Səfərov bildirdi ki, Cəlilabad rayonunun Məmmədcanlı kəndi builki dövlət planında qazlaşdırmaya daxil edilməyib: “Cəlilabad rayonunda builki qazlaşdırma planına ancaq Səttarxan küçəsindəki yeni massiv daxil olunub. Məmmədcanlı kəndinin adı siyahıda yoxdur. Bu da bizdən asılı məsələ deyil, çünki proqramı biz tərtib etmirik. Dövlət proqramı da yerli icra təşkilatlarının təklifləri əsasında hazırlanır. Proqram qəbul olunandan sonra bizə göndərilir”.
“Yeni massvilərlə bağlı öz təkliflərimiz də var, hökumət qarşısında təkliflərimizi irəli sürmüşük, xüsusən gələn il yeni massivlərin qazlaşdırılmasına xüsusi diqqət ayırmaq istəyirik. Ancaq yenə də proqramın hazırlanması bizdən asılı deyil, biz ancaq iştirakçı kimi təkliflər verə bilərik. Gələn il üçün hansı təkliflərimizin dövlət proqramında öz əksini tapacağını indidən demək çətindir”, - deyə C.Səfərov əlavə etdi.
Qurumun sözçüsü onu da qeyd etdi ki, ətrafında qaz olan yaşayış massivlərinin qazlaşdırılması “Azəriqaz” üçün də əlverişlidir: “Çünki artıq orada şəbəkə var. Vəsait ayrıldığı halda qazlaşdırmanı həyata keçirməyimiz üçün heç bir problem yoxdur. Lazımi texniki imkanlarımız, mühəndis heyətimiz yetərincədir. Biz özümüz də bu işdə maraqlıyıq, çünki abonentlərimizin sayı artır, bu da gəlirlərimizə birbaşa təsir edən amildir”.
Aldığımız cavabdan anlaşıldı ki, Məmmədcanlı kəndinin sakinləri kəndin qazlaşdırılmasının dövlət planına salınmasına qədər gözləməli olacaqlar. Bunun nə zaman baş tutacağı isə Allaha qalıb...


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • “Topaz” müştərinin 77 min manatlıq uduşunu vermədi, məhkəmədə uduzdu - Detallar
Bu gün, 11:19 |
|
|
|
| • Dostunun məhkəməsinə gəldi, özü həbs edildi - TƏFƏRRÜAT
Bu gün, 11:12 |
|
|
|
| • Naxçıvan gömrüyündə MONOPOLİST AB-HAVA... - AXI NİYƏ?
Bu gün, 11:06 |
|
|
|
| • Yeddi uşağın ölüm işi: vəkillərə çıxış etmək üçün vaxt verildi - MƏHKƏMƏ
Bu gün, 10:57 |
|
|
|
| • Muzdlu lobbiçinin “ekspert rəyləri” - NATO-nun imicinə zərbə
Bu gün, 10:48 |
|
|
|
| • Azərbaycanda və region ölkələrində iqtisadi vəziyyət necə dəyişir? - ARAŞDIRMA
Bu gün, 10:45 |
|
|
|
| • Yeni sahibkar kimləri işdən çıxara bilər? - Ali Məhkəmənin QƏRARI
Bu gün, 10:39 |
|
|
|
| • “Bakcell” “Spark@LANDAU” proqramının innovasiya tərəfdaşıdır
Bu gün, 10:37 |
|
|
|
| • Prokuror gözdən əlil qaziyə 3 il cəza tələb etdi - DETALLAR
Bu gün, 10:29 |
|
|
|
| • Rüşvətə görə həbs edilən məmurların işi Ali Məhkəmədə - TƏFƏRRÜAT
Bu gün, 10:25 |
|
|
|
| • "Rusiya Ermənistana qarşı necə davranacağını bilmir..." - "Armtimes"
Bu gün, 10:19 |
|
|
|
| • Oğlunu xüsusi amansızlıqla öldürmək istəyən ataya nə qədər cəza verilib?
Bu gün, 10:18 |
|
|
|
| • “Space”in yeni rəhbəri onları kənarlaşdıracaqmı? - GÖZLƏNTİ
Bu gün, 10:12 |
|
|
|
| • Eldar Əzizov rəisi işdən çıxardı - Yeni təyinat
Bu gün, 10:07 |
|
|
|
| • Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini sabit saxlayıb
Bu gün, 10:06 |
|
|
|
| • Bu baş versə, Rusiya Azərbaycanla yeni müharibə başladacaq - Melkonyan
Bu gün, 10:00 |
|
|
|
| • “Aqrarkredit” QSC-nin rəhbərliyində təyinatlar olub - SİYAHI
Bu gün, 09:56 |
|
|
|
| • Azərbaycan və İtaliya münasibətləri yeni mərhələyə qədəm qoyur - MƏQALƏ
Bu gün, 09:53 |
|
|
|
| • Azər Mursaqulov mərkəz direktorunu işdən çıxardı - ƏMR
Bu gün, 09:49 |
|
|
|
| • Avropa İttifaqı Zəngəzur dəhlizindən pay istəyir - GƏLİŞMƏ
Bu gün, 09:41 |
|
|
|
| • “Mehdiyev işi”ndə yeni gəlişmə - TƏFƏRRÜAT
Bu gün, 09:40 |
|
|
|
| • "Cənubtikintiservis"in səhmdarlarının yığıncağı keçiriləcək
Bu gün, 09:29 |
|
|
|
| • İtaliya Nazirlər Şurasının sədri Corcia Meloninin Bakıya səfəri mühüm əhəmiyyət daşıyır - İsrafil Kərimovun yazısı
Bu gün, 08:24 |
|
|
|
| • Strateji tərəfdaşlığa əsaslanan Azərbaycan-İtaliya münasibətləri yeni inkişaf mərhələsindədir - MƏQALƏ
Bu gün, 08:21 |
|
|
|
| • Rusiya artıq müharibəni uduzub, çünki Putin... - Admiral
Bu gün, 08:06 |
|
|
|
| • "İlhamə Novruzova bizi boğaza yığıb..." - ETİRAZ VAR!
Bu gün, 08:00 |
|
|
|
| • ABŞ-nin “Azadlıq layihəsi” əməliyyatı Hörmüz boğazını açmaya bilər - KİV
Bu gün, 07:43 |
|
|
|
| • Pasiyentinin çılpaq görüntülərini paylaşan həkim intihara cəhd etdi
Bu gün, 07:42 |
|
|
|
| • Naxçıvanda Milyonluq tender təxirə salındı - SƏBƏB
Bu gün, 07:38 |
|
|
|
| • Artmayan maaş... İNDİ DƏ TOTAL İXTİSARLAR... - BU NƏDİ BELƏ?
Bu gün, 07:19 |
|
|
|
| • Çin və İran XİN rəhbərləri Pekində danışıqlara başlayıb
Bu gün, 07:03 |
|
|
|
| • ABŞ ordusu Sakit okeanda daha bir qayığa zərbə endirib - KİV
Bu gün, 06:42 |
|
|
|
| • Başçıdan kömək istəyənin AĞZINDAN VURURLAR - MÜRACİƏT
Bu gün, 06:39 |
|
|
|
| • Ali Məhkəmə məmur özbaşınalığını BELƏ RƏSMİLƏŞDİRİR - NARAZILIQ VAR...
Bu gün, 06:34 |
|
|
|
| • Məmurlardan şikayətlər almaq üçün portal yaradacağam - Vuçiç
Bu gün, 06:22 |
|
|
|
| • Burda pulun varsa... ÇALIŞ ÖLMƏ! - DƏLİXANADIR, VALLAH...
Bu gün, 06:12 |
|
|
|
| • 86 yaşlı qadını evindən çıxarmağa çalışan "Lux Residence" məhkəmə ilə "anlaşıb"? – ŞOK İDDİALAR
Bu gün, 06:00 |
|
|
|
| • İcra başçısının TAMAHI DAŞ KƏSİR... - BU NƏDİ BELƏ?
Bu gün, 05:49 |
|
|
|
| • “Körpü Bina Tikinti”dən şikayət: Məcburi iş... ağır xəsarət... - NARAZILIQ VAR...
Bu gün, 05:35 |
|
|
|
| • Bağışlanan 1 milyard ADY-də nəyi, necə dəyişdi? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 05:28 |
|
|
|
| • Rusiya Ukrayna ilə bağlı məhsuldar danışıqlara hazırdır - Zaxarova
Bu gün, 05:26 |
|
|
|
| • APARAT RƏHBƏRİ SEKTOR MÜDİRİ TƏYİN EDİLDİ - ƏMR
Bu gün, 05:24 |
|
|
|
| • Qarabağın quruculuğunda LEYSAN ƏNGƏLİ - ARAŞDIRMA
Bu gün, 05:22 |
|
|
|
| • "Müəllim psixoloqun işini görməməlidir" - ÇAĞIRIŞ
Bu gün, 05:17 |
|
|
|
| • İflasdan sonra müəmmalı satışlar – milyonluq əmlaklar hara yoxa çıxdı?
Bu gün, 05:14 |
|
|
|
| • "Güneyin gələcək taleyi ilə bağlı yekdil fikir və həmrəylik yoxdur" - ŞƏRH
Bu gün, 05:03 |
|
|
|
| • Lalə Azərtaşdan yeni veriliş
Bu gün, 05:01 |
|
|
|
| • Paşinyan hökuməti üçün sınaq DÖVRÜ - İNCƏLƏMƏ
Bu gün, 04:58 |
|
|
|
| • Ermənistan böyük güclərin oyun meydanına çevrilib - FAKT BUDUR!
Bu gün, 04:56 |
|
|
|
| • Sülhü sabotaj cəhdinə SON - GƏLİŞMƏ
Bu gün, 04:54 |
|
|
|
|