GL Group ABŞ-da dörd neft-qaz aktivini əldə edən ilk Azərbaycan şirkəti olub .....                     Azərbaycanlılar və ermənilər YENİ qurum yaradır? .....                     Lavrov və Rubio arasında görüş başlayıb .....                     Neftin qiyməti 96 dolları ötüb .....                     İlqar Məmmədov deputatı YIXIB-SÜRÜDÜ... .....                     Camaat qaz vurub qazan doldurur.... .....                     Rusiya da öz vətəndaşlarına SANKSİYA TƏTBİQ EDİR .....                     O andan sonra heç nə əvvəlki kimi olmur... .....                     Kamal müəllim Monteneqroya NİYƏ GETMİŞDİ? .....                     Qarşılayın: Karen Vardaryan... .....                     Saleh Məmmədovun oğurladığı PULLAR .....                     Bakcell “Asan Könüllüləri”nin 2-ci yay festivalının tərəfdaşı olub .....                     Tural Sadıqlı Bakıya gəlir: Onun bağışlanacaq əməlləri... .....                     ABŞ ordusunun İran və İraq arasındakı keçid məntəqəsinə hücumu nəticəsində .....                     215 minlik borcu olan "Akyol İnternational" MMC kimindir? .....                     Kinematoqrafçılar İttifaqında yenə ara qarışıb: Təşkilat bağlana bilər .....                     Ana Təbiətin NANKOR ÖVLADI: "Hacı Mazan" .....                     Bakı Neft Energetika Kollecinin vergi borcu üzə çıxdı .....                     "Gördüm vəziyyət daha da pisləşir, dərhal müalicəyə başladıq" .....                     ABŞ İrana qarşı hərbi əməliyyatları genişləndirməyə hazırlaşır .....                     Dövlət qurumu yarım milyonluq tenderi «İdeal Motors»a verdi .....                     İmişlidə suvarma suyu balıq hövzələrinə axır .....                     “Sədərək” və “Binə” bağlana bilər .....                     Binəqədinin sabiq bələdiyyə sədrləri məhşər ayağına çəkilə bilər... .....                     Fransada istilər minlərlə insanın ölümünə səbəb olub .....                     “Aqrarkredit”in 1,2 milyonluq villası hərraca çıxarılır .....                     "Dərmanların qiymətini Tarif Şurası deyil, bazar müəyyən etməlidir" .....                     Nənə və nəvələri maşınla vuraraq hadisə yerindən qaçan sürücü azadlığa buraxıldı .....                     Elmar Vəliyevlə əlaqələndirilən “Gəncə Bazar Ticarət Mərkəzi” satışa çıxarıldı .....                     “Payızda müharibə olacaq” .....                     Azərbaycanlı model məhkəməni uddu .....                     Bakıda makler ev yiyəsini görün necə aldatdı .....                     "Hər kəs bilsin ki, belə şəxslərə güvənmək olmaz..." .....                     ABŞ Yaxın Şərq üzərindən Ermənistanı “vurur”: .....                     Şirkətlər “Expressbank“dan pullarını geri çəkdi .....                     Sosial müavinət və işə düzəltmək vədi ilə 45 min manatlıq dələduzluq .....                     "Azərbaycan Dəmir Yolları"na 760 manat ziyan vuran şəxslər cəzalandırıldı .....                     "Avropa İttifaqında Rusiyaya qarşı yeni sanksiyalar ətrafında fikir ayrılığı dərinləşir" .....                     BU DA BAKIYA “DƏRS KEÇMƏYƏ” QALXDI... .....                     Üç azərbaycanlı Ermənistanda şirkət açıb .....                 

"AKELİK GROUP" büdcədən külli miqdarda oğruluq edib - 6,5 MİLYONUN İZİ İLƏ
Tarix: 15-12-2018, 11:27 | Çap et
"AKELİK GROUP" büdcədən külli miqdarda oğruluq edib
“Hürriyyət”in redaksiyasına müraciət edən Cəfərov Şahin Tofiq oğlu ona qarşı haqsızlıq edildiyini bildirir. “Alke İnşaat Sanayi ve Ticaret” ASC-də ( indiki adı “"AKELİK GROUP"ASC) çalışan şikayətçi burada baş verən qanunsuzluqlarla bağlı əməkdaşımıza danışıb:

(Əvvəli bu linkdə: http://hurriyyet.org/xeber/alkelik_group_sirketi_budceden_kulli_miqdarda_ogruluq_edib_-_irketin_daha_bir_sabiq_emekdasi_bas_veren_qanunsuzluqlardan_sikayetcidir)

- Demək maliyyəçi kimi çalışsanız da, hüquqi səlahiyyətiniz olmadığından, maaş cədvəllərinin heç birində sizin imzanız olmayıb, ümumiyyətlə, nəğd pul əlinizdən gəlib keçməyib?

- Xeyr, mən heç bir mədaxil və məxaric qəbzinə imza atmamışam, nəğd pulla da heç bir işim olmayıb. Onu da deyim ki, bu vəziyyətlə bağlı, yəni maaşların rəsmi hesabat blanklarına əsasən paylanmamasına dair həm Səməd Əhmədova, həm də Ramiz Nuriyevə dəfələrlə etirazımı bildirmişəm. Amma sözlərimə məhəl qoyulmayıb. Əminəm ki, sonucda işdən çıxarılmağımın əsas səbəbi də elə bu oldu.

-Bəs sizə qarşı edilən haqsızlıqla bağlı rəhbərliyə şikayət etmisiniz?

- Dəfələrlə baş direktor Süleyman Babayevə zəng vursam da, zənglərimə cavab vermədi, sonda isə müavini Elnur Qasımov mənə zəng vurub bildirdi ki, Süleyman Babayev deyir ki, bir daha mənə zəng vurmasın, səbəbini də söyləmədi.

Səməd Əhmədov əlimdə olan sənədlərin heç birini məndən təhvil almadan (söhbət maaş cədvəllərindən gedir) çıxıb getdi. Ondan xahiş etdim ki, gəlin haqq-hesab edək. Yəni aydınlaşdıraq ki, bu vaxta qədər mənə nə qədər pul göndərilib və mənim tərəfimdən nə qədər pul xərclənib. Cavabında “Sən kimsən ki, səninlə haqq-hesab aparım? Sən bizim işçimiz deyilsən, səni 2017-ci ilin aprel ayında işdən qovmuşuq. Mən səni heç tanımıram da!” sözlərini eşitdim.

- Bu, necə ola bilər? 2018-ci ilin mart ayına qədər Hacıqabul layihəsində çalışmısız axı.

- Elə mənə də bu məsələ maraqlı gəldi. Bakı şəhərinə gəldim, məqsədim Süleyman Babayevlə görüşüb vəziyyətə aydınlıq gətirmək idi. Dəfələrlə zəng vursam da, zənglərimə cavab vermədi, məcbur qalıb başqa nömrədən zəng vurdum, bu dəfə dəstəyi qaldırdı. Ondan yaranmış vəziyyətə aydınlıq gətirməyi xahiş etdikdə mənə dedi ki, sən adam döymüsən. Təbii ki, buna etiraz etdim və ondan xahiş etdim ki, görüşüb danışaq və məsələni araşdıraq. Amma xahişimi qəbul etmədi və mənə söylədi ki, sən vəzifəndən sui-istifadə etmisən. Buna cavab olaraq ona Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə şikayət edəcəyimi bildirdim. Dedi: “Hara gedirsən get, kimə şikayət edirsən, et!”

Bu ilin aprel ayında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə şikayət məktubu ilə müraciət etdim. Adıçəkilən qurum məni Vergilər Nazirliyinə və Dövlət Sosial Müdafiə Fonduna yönləndirdi.

Şikayət məktubunda bildirmişdim ki, işlədiyim şirkətdə hüquqlarım tapdalanıb, əsassız yerə işdən qovulmuşam. Buna cavab olaraq sözügedən şirkətin DSMF-ə göndərdiyi məktubda yazılıb ki, guya, mən 2017-ci ilin fevral ayında işdən azad edilmişəm və mənimlə son haqq-hesab edilib və 4 min manat ödənilib. Bütün sənədlərin əsli məndədir...

“Padarçöl layihəsi”nin icrası zamanı sahə rəisi vəzifəsini icra edən Tofiq Əliyev 2018-ci ilin aprel ayına qədər həmin layihədə çalışdığımı rəsmən təsdiq edəndən sonra cari ilin may ayında Süleyman Babayev Elnur Qasımovdan mənə sifariş göndərdi ki, şikayət ərizələrimi geri götürüm və bunun müqabilində məni yenidən işə qaytaracağına və əlavə iş saatlarımın (haradasa 8 aydan söhbət gedir ki, bu da 16 min manata yaxın puldur) pulunu ödəyəcəyinə söz verdi.

Vədlə yanaşı təhdid də olundum. Elnur Qasımov mənə bildirdi ki, Süleyman Babayebv Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, Milli Məclisin deputatı Rövşən Rzayevin yaxın dostudur, dediklərimizlə razılaşmasan, səninçün yaxşı olmayacaq. Sonra öyrəndim ki, Süleyman Babayevin Rövşən müəllimlə yaxın münasibəti yox imş və başa düşdüm ki, məni aldadıblar.

Elnur Qasımov telefonla mənə söylədi ki, biz səhv edib səni işdən çıxarmışıq, xahiş edirəm, Əmək Müfəttişliyinin qarşısına gəl və sənə təqdim edəcəyimiz müqaviləni imzala(bütün telefon zəngləri telefonumda qeyd edilib, istənilən vaxt təqdim etməyə hazıram).

Mən onların vədlərinə aldanıb xahişi yerinə yetirdim. İmzaladığım müqavilədə qeyd edilmişdi ki, şirkət mənə 24 min manat ödəyib, əlavə iş saatlarımın pulu da ödənəcək və mən işə qaytarılacağam.

Onların xahişi ilə şikayət etdiyim bütün qurumlardan şikayət ərizələrimi geri götürdüm, son ərizəmi Vergilər Nazirliyindən geri götürdüm, çünki şirkət adını dəyişdirirdi, “Alke Group”ASC kimi qeydiyyatdan keçirdi, mənim şikayətim isə buna mane olurdu.

Amma gedib yoxladanda məlum oldu ki, nə DSMF bazasında, nə də Vergilər Nazirliyinin bazasında 2017-ci ildən sonra işçi kimi adım qeyd edilməyib.

Bu hadisədən sonra dəfələrlə Süleyman Babayevə zəng vurdum, hər dəfə bir bəhanə ilə məni başından etdi. Sonra isə ümumiyyətlə zənglərimə cavab vermədi, nömrəmi qara siyahıya daxil etdi. Dekabrın 7-də ATS-in avtomat nömrəsindən ona zəng vurdum. Dəstəyi qaldırıb mənə dedi ki, sənə veriləsi işim yoxdur, daha məni narahat etmə.

Dekabrın 10-da Elnur Qasımovla telefon bağlantısı qurdum, ona dedim ki, günah sizdədir, siz məni saxta müqavilə imzalamağa məcbur etdiniz. Elnur Qasımov sözlərimi təsdiq etdi və məndən bir gün vaxt istədi.

Amma ona vaxt verməyəcəyimi və mənə qarşı edilən qanunsuz hərəkətlərlə bağlı müvafiq qurumlara şikayət edib, onları məni ifadəmi dəyişməyə məcbur etməkdə günahlandıracağımı bildirdim.

Yaxın günlərdə aidiyyatı qurumlara, o cümlədən də məhkəməyə müraciət edəcəyəm.

-Söhbətimizin sonunda bir daha konkret olaraq kimdən və nədən şikayətçi olduğunuzu və qanun yolu ilə nəyə nail olmaq istədiyinizi qısaca bildirmənizi xahiş edirik.

- Məni aldadıb, hədə və vədlərlə şikayət ərizələrimi geri götürməyə, ifadələrimi dəyişməyə məcbur edən şəxslərlə bağlı tədbir görülməyini, 8 ay müddətində ödənilməyən əlavə iş saatlarımın pulunun ödənilməsini xahiş edirəm. Xahiş edirəm ki, adıçəkilən şirkətin işi ciddi araşdırılsın və yol verilən qanunsuzluqlar üzə çıxarılsın.








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
GL Group ABŞ-da dörd neft-qaz aktivini əldə edən ilk Azərbaycan şirkəti olub - Tarixi nailiyyət
Bu gün, 09:10
Azərbaycanlılar və ermənilər YENİ qurum yaradır? – REAKSİYA
Bu gün, 08:59
Lavrov və Rubio arasında görüş başlayıb
Bu gün, 08:57
Neftin qiyməti 96 dolları ötüb
Bu gün, 08:56
İlqar Məmmədov deputatı YIXIB-SÜRÜDÜ... - "Yüngül çəkili intellektuallar..."
Bu gün, 08:16
Camaat qaz vurub qazan doldurur.... - BİZ İSƏ...
Bu gün, 08:10
Rusiya da öz vətəndaşlarına SANKSİYA TƏTBİQ EDİR - BUNDAN SONRA...
Bu gün, 08:04
O andan sonra heç nə əvvəlki kimi olmur... - Günel Musa yazır...
Bu gün, 07:47
Kamal müəllim Monteneqroya NİYƏ GETMİŞDİ? - Biz deyirik İŞ DALINCA... Onlar deyir AŞ DALINCA!
Bu gün, 07:43
Qarşılayın: Karen Vardaryan... - REPLİKA
Bu gün, 07:36
Saleh Məmmədovun oğurladığı PULLAR Almaniyada ÜZƏ ÇIXDI
Bu gün, 07:21
Bakcell “Asan Könüllüləri”nin 2-ci yay festivalının tərəfdaşı olub - FOTOLAR
Bu gün, 07:15
Tural Sadıqlı Bakıya gəlir: Onun bağışlanacaq əməlləri... – Vəkil açıqladı
Bu gün, 07:08
ABŞ ordusunun İran və İraq arasındakı keçid məntəqəsinə hücumu nəticəsində 2 nəfər ölüb, 11 nəfər yaralanıb
Bu gün, 07:05
215 minlik borcu olan "Akyol İnternational" MMC kimindir? - FOTO
Bu gün, 07:00
Kinematoqrafçılar İttifaqında yenə ara qarışıb: Təşkilat bağlana bilər - QALMAQAL
Bu gün, 06:58
Ana Təbiətin NANKOR ÖVLADI: "Hacı Mazan" İŞ BAŞINDA!
Bu gün, 06:56
Bakı Neft Energetika Kollecinin vergi borcu üzə çıxdı - FOTOFAKT
Bu gün, 06:49
"Gördüm vəziyyət daha da pisləşir, dərhal müalicəyə başladıq"
Bu gün, 06:46
ABŞ İrana qarşı hərbi əməliyyatları genişləndirməyə hazırlaşır - WSJ
Bu gün, 06:43
Dövlət qurumu yarım milyonluq tenderi «İdeal Motors»a verdi - TƏFƏRRÜAT
Bu gün, 06:41
İmişlidə suvarma suyu balıq hövzələrinə axır - BU NƏDİ BELƏ?
Bu gün, 06:39
“Sədərək” və “Binə” bağlana bilər – Gözlənilməz durum
Bu gün, 06:30
Binəqədinin sabiq bələdiyyə sədrləri məhşər ayağına çəkilə bilər... - İTTİHAM VAR...
Bu gün, 06:28
Fransada istilər minlərlə insanın ölümünə səbəb olub - KİV
Bu gün, 06:19
“Aqrarkredit”in 1,2 milyonluq villası hərraca çıxarılır – FOTOLAR
Dünən, 18:17
"Dərmanların qiymətini Tarif Şurası deyil, bazar müəyyən etməlidir" - Adil Qeybulladan ETİRAZ
Dünən, 18:02
Nənə və nəvələri maşınla vuraraq hadisə yerindən qaçan sürücü azadlığa buraxıldı - TƏFƏRRÜAT
Dünən, 17:53
Elmar Vəliyevlə əlaqələndirilən “Gəncə Bazar Ticarət Mərkəzi” satışa çıxarıldı - BU QİYMƏTƏ...
Dünən, 17:51
“Payızda müharibə olacaq” - Karapetyan
Dünən, 17:49
Azərbaycanlı model məhkəməni uddu
Dünən, 17:35
Bakıda makler ev yiyəsini görün necə aldatdı – İnanılmaz olay
Dünən, 17:31
"Hər kəs bilsin ki, belə şəxslərə güvənmək olmaz..." - ETİRAZ VAR...
Dünən, 17:27
ABŞ Yaxın Şərq üzərindən Ermənistanı “vurur”: - Cənubi Qafqazda yeni “savaş poliqonu” yaranır
Dünən, 17:18
Şirkətlər “Expressbank“dan pullarını geri çəkdi - SƏBƏB
Dünən, 16:53
Sosial müavinət və işə düzəltmək vədi ilə 45 min manatlıq dələduzluq - TƏFƏRRÜAT
Dünən, 16:47
"Azərbaycan Dəmir Yolları"na 760 manat ziyan vuran şəxslər cəzalandırıldı
Dünən, 16:45
"Avropa İttifaqında Rusiyaya qarşı yeni sanksiyalar ətrafında fikir ayrılığı dərinləşir" - "Financial Times"
Dünən, 16:32
BU DA BAKIYA “DƏRS KEÇMƏYƏ” QALXDI... - Nə səviyyəsi, nə də başı üçün deyil
Dünən, 16:29
Üç azərbaycanlı Ermənistanda şirkət açıb - SİYAHI
Dünən, 16:02
Paşinyanın daha bir rəqibinin toxunulmazlığı ləğv olundu - KİV
Dünən, 16:01
Kreml Rusiya və Almaniya nümayəndələrinin Bakıda görüş keçirməsi barədə məlumatlı deyil - AÇIQLAMA
Dünən, 15:50
Bizə Rusiyadan niyə DOST OLMAZ... - ÇÜNKİ...
Dünən, 15:46
Yeni geosiyasi reallıq: Diqtə edən tərəf Bakıdır - İNCƏLƏMƏ
Dünən, 15:41
İran təslim olmadı, ABŞ planını dəyişdi - ŞƏRH
Dünən, 15:39
Rüfət Əhmədzadənin meyiti aşkarlandı
Dünən, 15:32
Tehran ABŞ-la sazişin bərpası imkanını qoruyub saxlayır - İRNA
Dünən, 15:30
Xaricdən gətirilən armaturlardan gömrük rüsumu tutulması – EVLƏRİ BAHALAŞDIRACAQ
Dünən, 15:24
“Azərbaycan jurnalistikasının qarşısında böyük imkanlarla yanaşı, böyük məsuliyyət də dayanır” - Günay Əfəndiyeva
Dünən, 13:58
Moskva və Ankara "Mavi axın"a edilən hücumları qapalı rejimdə müzakirə edir
Dünən, 13:15
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru