"Dərmanların qiymətini Tarif Şurası deyil, bazar müəyyən etməlidir" .....                     Nənə və nəvələri maşınla vuraraq hadisə yerindən qaçan sürücü azadlığa buraxıldı .....                     Elmar Vəliyevlə əlaqələndirilən “Gəncə Bazar Ticarət Mərkəzi” satışa çıxarıldı .....                     “Payızda müharibə olacaq” .....                     Azərbaycanlı model məhkəməni uddu .....                     Bakıda makler ev yiyəsini görün necə aldatdı .....                     "Hər kəs bilsin ki, belə şəxslərə güvənmək olmaz..." .....                     ABŞ Yaxın Şərq üzərindən Ermənistanı “vurur”: .....                     Şirkətlər “Expressbank“dan pullarını geri çəkdi .....                     Sosial müavinət və işə düzəltmək vədi ilə 45 min manatlıq dələduzluq .....                     "Azərbaycan Dəmir Yolları"na 760 manat ziyan vuran şəxslər cəzalandırıldı .....                     "Avropa İttifaqında Rusiyaya qarşı yeni sanksiyalar ətrafında fikir ayrılığı dərinləşir" .....                     BU DA BAKIYA “DƏRS KEÇMƏYƏ” QALXDI... .....                     Üç azərbaycanlı Ermənistanda şirkət açıb .....                     Paşinyanın daha bir rəqibinin toxunulmazlığı ləğv olundu .....                     Kreml Rusiya və Almaniya nümayəndələrinin Bakıda görüş keçirməsi barədə məlumatlı deyil .....                     Bizə Rusiyadan niyə DOST OLMAZ... .....                     Yeni geosiyasi reallıq: Diqtə edən tərəf Bakıdır .....                     İran təslim olmadı, ABŞ planını dəyişdi .....                     Rüfət Əhmədzadənin meyiti aşkarlandı .....                     Tehran ABŞ-la sazişin bərpası imkanını qoruyub saxlayır .....                     Xaricdən gətirilən armaturlardan gömrük rüsumu tutulması .....                     “Azərbaycan jurnalistikasının qarşısında böyük imkanlarla yanaşı, böyük məsuliyyət də dayanır” .....                     Moskva və Ankara "Mavi axın"a edilən hücumları qapalı rejimdə müzakirə edir .....                     Ağdamda xəstəxana tikintisinin davamına daha .....                     “Qaçqınkom” bizi köçürmür, hər an bu divar uşaqların üstünə uça bilər” .....                     Özəlin açıqlamasından sonra 400 min nəfər istefa verdi... .....                     Zəngəzurdan Moskvaya ZƏRBƏ .....                     "Arzum" ləqəbli bloqer ev dustaqlığına buraxılıb .....                     Çağrılmamış qonaqlar... .....                     Mülayim şərq küləyi əsəcək .....                     AZAL media nümayəndələri üçün intellektual yarış təşkil etdi .....                     Bakıda Bakıdan xəbərsiz MƏXFİ görüş .....                     FHN-nin Dövlət Ekspertiza Baş İdarəsindən şübhəli müqavilələr .....                     “Tofiq Mirzəyev Bakıda dəfn olunmağı arzulayırdı” .....                     Onlar görəvdən ALINDI .....                     Ermənistanda Müdafiə Nazirliyinin vəzifəli şəxsi dizel yanacağını mənimsəməkdə ittiham olunur .....                     "2 ildir su artezian quyusunun mühərriki işləmir..." .....                     “Bir Ecosystem”də YENİ TƏYİNAT .....                     Bakı Berlinə yaxınlaşır: Mühüm səfərin pərdəarxası .....                 

Logman İbrahim Saracoğlunun məhsulları Bakıda od qiymətinə satılır - Fırıldaq
Tarix: 26-01-2017, 08:29 | Çap et
Logman İbrahim Saracoğlunun məhsulları Bakıda od qiymətinə satılır
Türkiyəli loğman, kimyacı professor İbrahim Adnan Saracoğlu, Türkiyə ictimaiyyətində olduğu kimi, Azərbaycanda da tanınır. Şərq təbabətinə, təbii müalicəyə üstünlük verənlər bu loğmanı sevə-sevə dinləyir və tövsiyələrinə əməl edirlər. Onun Türkiyədən kənar ölkələrdə, o cümlədən də Azərbaycanda rəsmi destribütoru fəaliyyət göstərir.

Alıcıya “gəl-gəl” deyən təqdimat

Heydər Əliyev Sarayının yaxınlığında yerləşən professor Saracoğlunun bitki məhsullarının satış nöqtəsində biz də olduq. Səliqəli dizaynlı satış mərkəzində müalicəvi əhəmiyyətli bitkilərdən hazırlanmış məhsullar xüsusi qablaşdırılıb. Satışda bitki tərkibli şampunlar, gellər, kosmetik vasitələr və digər məhsullar da var. Qurudulmuş bitkilərin xüsusi, gözəgəlimli qablaşdırmada təqdimatı alıcını özünə çəkir. Amma qiymətlər fantastik şəkildə bahadır.

1 manat 30 qəpik hara, 70 manat hara?

Məsələn, Türkiyədə Testere dişli Aslan pəncəsi kimi tanınan (latınca adı Alcemilla vulgaris) bitkisinin xüsusi şəraitdə qurudulmuşunun qiyməti 70 manatdır.
Adətən, müxtəlif qadın xəstəliklərində tövsiyə olunan bu bitkini Türkiyədə ixtisaslaşmış bitki məhsulları dükanından 40 qramını 3 lirəyə (təxminən 1 manat 30 qəpik) əldə etmişdik.
70 manatlıq qutudakı çəkiylə maraqlandıq. Qutunun üzərində məhsulun neçə qram olması haqda məlumat yoxdur. Satıcı qız dedi ki, içərisində 30 ədəd paket var, amma məhsulun çəkisi haqda məlumat verilmir və bəzi qadın xəstəliklərinin müalicəsində geniş istifadə olunan bu məhsuldan çox hallarda 1 qutu deyil, 2 qutu alınması məsləhət bilinir. Ona görə də bir kurs müalicə üçün 2 qutu alınmalıdır, yəni 140 manat xərclənməlidir.

Qiyməti Saracoğlu özü müəyyənləşdirir

Bu qədər baha olmasına səbəb nədir?
Satıcı xanım dedi ki, bu məsələ birbaşa professor Saracoğlunun səlahiyyətindədir və məhsulların başqa ölkədən gətirilməsi, gömrükdən keçirilməsi, vergi xərcləri də qiymətə öz təsirini göstərir: “Aslan pəncəsinin qiyməti əvvəl daha baha idi. Bir qutusu 94 manata. Bu bitkiylə alıcılar çox maraqlanır, əsasən də qadınlar. Amma alıcılıq qabiliyyəti aşağıdır. Ona görə buradan Saracoğlu ilə danışıqlar aparıldı ki, qiymətlərdə endirim etsin. O da dedi ki, yalnız bitki məhsullarının qiymətini endirə bilər. Belə də oldu, yalnız dərman bitkilərinin qiyməti aşağı salındı”.

Dərman bitkilərinin adları belə tərcümə olunmur

Satıcının əczaçı olub-olmaması ilə maraqlandıq, dedi ki, bəli, əczaçıyam. “Aslan pəncəsinin Azərbaycan türkcəsində adı nədir” sualımızın cavabında çiyinlərini çəkib, bilmədiyini söylədi.
Türklərin “Kiraz çöpü” dediyi qara gilasın saplağının son vaxtlar müxtəlif xəstəliklərdə istifadəsi “dəbə düşüb”. Onun qiymətilə maraqlandıq. Qutunun üzərində 34 manat yazılıb. Tez-tez efirlərdən 39,90 qəpiyə reklam olunan, tərkibi əsasən bağayarpağından ibarət olan sinirotu isə 70 manatdır.
Çöllərimizdə, bağ-bağatlarımızda olan bu bitkiləri, meyvələri, yarpaqlarını emal edib, satışını təşkil etmək bu qədərmi çətin prosesdir?

Aslan pəncəsinin Azərbaycan türkcəsində adı Şehdurandır

Məsələ ilə bağlı Mərkəzi Nəbatat bağının baş aqronomu Asif Mehrəliyevlə danışdıq.
Baş aqronom öncə Aslan pəncəsinin Azərbaycan türkcəsində adını tərcümə etdi. Dedi ki, bu bitkinin bizdə adı Şehdurandır və bitki Böyük və Kiçik Qafqazın dağətəyi zonalarında yayılıb: “Daşkəsən rayonu, Gəncəbasar, Quba, Qusar rayonlarının dağətəyi hissələrində yayılıb. Bizim Nəbatat bağında da var. Sarılı, yaşıllı çiçəkləri aprel ayından iyuna qədər açır. Çiçəkləmə zamanı bütün olaraq toplanır, sonra isə yalnız yarpaqları. Əlbəttə, bu bitkini qurudub, tədarük etmək çətin proses deyil. Azərbaycanda bitki emal edən firmalar var və onlar bu işlə məşğul ola bilər”.

300 kilometr radiusa daxil olan bitkilərdən faydalanın!

Mütəxəssis onu da dedi ki, 300 kilometr radiusa daxil olan ərazilərin bitkisindən istifadə daha faydalı sayılır: “Bir halda ki, Şehduran bitkisinin Azərbaycanda geniş arealı var, emal edib, tədarükünü təşkil etmək mümkündür, niyə xaricdən idxal etməliyik? Bunları araşdırmaq üçün Bakıda şəfalı bitkilərin biznesilə məşğul olan loğman müəssisələri var, onlarla əlaqə saxlasanız daha yaxşı olar”.
Azərbaycanda şəfalı bitkilərin satışı ilə məşğul olan bir neçə satış nöqtəsilə əlaqə saxladıq, onlar da bu bitkini xaricdən, əsasən də Türkiyədən idxal etdiklərini dedilər.

Professor Adil Qeybulla: Şərq təbabətiylə Qərb təbabəti sintez olunmalıdır

Professor Adil Qeybula bildirdi ki, Türkiyədə təbabətlə bağlı həm xidmət, həm məhsullar, dərmanlar Azərbaycanla müqayisədə bahadır: “Türkiyədə dərman preparatlarının hazırlanması üzrə ixtisaslaşma bizim ölkədən çox-çox yüksəkdir. Hər halda, dərman bitkisi də birbaşa qurudulub istifadə olunmur, müəyyən qədər sterilzasiya edilir, rafinasiya olunur, xüsusi şəraitdə qurudulur və sair. Çox təəssüf ki, Azərbaycanda dərman maddələrinin hazırlanması üçün xammal bazası olduğu halda xaricdən gətirməli oluruq. Bunlardan ekstraktlar, müxtəlif cövhərlər və sair almaq mümkündür. Bu gün şərq reseptləri ilə hazırlanan Almaniya istehsalı olan xeyli dərmanlar var. Onların qabı üzərinə baxanda görürsən ki, bu dərman bitkilərinin böyük əksəriyyəti Azərbaycanda var. Şərq təbabətiylə Qərb təbabəti sintez olunmalıdır. Şərq təbabətinin sınaqdan çıxmış reseptlərindən istifadə oluna bilər. Əlbəttə, başqa ölkələrdən məhsul gətirən dərman firmaları öz ölkələrinin parametrlərinə uyğun bura qiymətlər qoyurlar. Üstəlik, gömrükdən keçəndə bu məhsullara qoyulan vergilərin baha başa gəlməsi də qiymətlərə təsir göstərir”.
Hurriyyet.org

Logman İbrahim Saracoğlunun məhsulları Bakıda od qiymətinə satılır
Logman İbrahim Saracoğlunun məhsulları Bakıda od qiymətinə satılır








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Dərmanların qiymətini Tarif Şurası deyil, bazar müəyyən etməlidir" - Adil Qeybulladan ETİRAZ
Bu gün, 18:02
Nənə və nəvələri maşınla vuraraq hadisə yerindən qaçan sürücü azadlığa buraxıldı - TƏFƏRRÜAT
Bu gün, 17:53
Elmar Vəliyevlə əlaqələndirilən “Gəncə Bazar Ticarət Mərkəzi” satışa çıxarıldı - BU QİYMƏTƏ...
Bu gün, 17:51
“Payızda müharibə olacaq” - Karapetyan
Bu gün, 17:49
Azərbaycanlı model məhkəməni uddu
Bu gün, 17:35
Bakıda makler ev yiyəsini görün necə aldatdı – İnanılmaz olay
Bu gün, 17:31
"Hər kəs bilsin ki, belə şəxslərə güvənmək olmaz..." - ETİRAZ VAR...
Bu gün, 17:27
ABŞ Yaxın Şərq üzərindən Ermənistanı “vurur”: - Cənubi Qafqazda yeni “savaş poliqonu” yaranır
Bu gün, 17:18
Şirkətlər “Expressbank“dan pullarını geri çəkdi - SƏBƏB
Bu gün, 16:53
Sosial müavinət və işə düzəltmək vədi ilə 45 min manatlıq dələduzluq - TƏFƏRRÜAT
Bu gün, 16:47
"Azərbaycan Dəmir Yolları"na 760 manat ziyan vuran şəxslər cəzalandırıldı
Bu gün, 16:45
"Avropa İttifaqında Rusiyaya qarşı yeni sanksiyalar ətrafında fikir ayrılığı dərinləşir" - "Financial Times"
Bu gün, 16:32
BU DA BAKIYA “DƏRS KEÇMƏYƏ” QALXDI... - Nə səviyyəsi, nə də başı üçün deyil
Bu gün, 16:29
Üç azərbaycanlı Ermənistanda şirkət açıb - SİYAHI
Bu gün, 16:02
Paşinyanın daha bir rəqibinin toxunulmazlığı ləğv olundu - KİV
Bu gün, 16:01
Kreml Rusiya və Almaniya nümayəndələrinin Bakıda görüş keçirməsi barədə məlumatlı deyil - AÇIQLAMA
Bu gün, 15:50
Bizə Rusiyadan niyə DOST OLMAZ... - ÇÜNKİ...
Bu gün, 15:46
Yeni geosiyasi reallıq: Diqtə edən tərəf Bakıdır - İNCƏLƏMƏ
Bu gün, 15:41
İran təslim olmadı, ABŞ planını dəyişdi - ŞƏRH
Bu gün, 15:39
Rüfət Əhmədzadənin meyiti aşkarlandı
Bu gün, 15:32
Tehran ABŞ-la sazişin bərpası imkanını qoruyub saxlayır - İRNA
Bu gün, 15:30
Xaricdən gətirilən armaturlardan gömrük rüsumu tutulması – EVLƏRİ BAHALAŞDIRACAQ
Bu gün, 15:24
“Azərbaycan jurnalistikasının qarşısında böyük imkanlarla yanaşı, böyük məsuliyyət də dayanır” - Günay Əfəndiyeva
Bu gün, 13:58
Moskva və Ankara "Mavi axın"a edilən hücumları qapalı rejimdə müzakirə edir
Bu gün, 13:15
Ağdamda xəstəxana tikintisinin davamına daha 16 milyon sərf olunacağı proqnozlaşdırılıb
Bu gün, 13:03
“Qaçqınkom” bizi köçürmür, hər an bu divar uşaqların üstünə uça bilər” - NARAZILIQ VAR...
Bu gün, 12:58
Özəlin açıqlamasından sonra 400 min nəfər istefa verdi... – CHP-də “siyasi zəlzələ”
Bu gün, 12:55
Zəngəzurdan Moskvaya ZƏRBƏ – Sokolov kimin adamıdır?
Bu gün, 12:49
"Arzum" ləqəbli bloqer ev dustaqlığına buraxılıb - QƏRAR
Bu gün, 12:45
Çağrılmamış qonaqlar... - Bu, çox ciddi məsələdir...
Bu gün, 12:43
Mülayim şərq küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:39
AZAL media nümayəndələri üçün intellektual yarış təşkil etdi - Fotolar, VİDEO
Bu gün, 12:37
Bakıda Bakıdan xəbərsiz MƏXFİ görüş – Əliyev də ondan danışdı...
Bu gün, 12:18
FHN-nin Dövlət Ekspertiza Baş İdarəsindən şübhəli müqavilələr – Milyon yarım manat haralara gedir
Bu gün, 12:16
“Tofiq Mirzəyev Bakıda dəfn olunmağı arzulayırdı” - Fərhad Xəlilov
Bu gün, 12:12
Onlar görəvdən ALINDI - FOTO
Bu gün, 12:11
Ermənistanda Müdafiə Nazirliyinin vəzifəli şəxsi dizel yanacağını mənimsəməkdə ittiham olunur - KİV
Bu gün, 11:49
"2 ildir su artezian quyusunun mühərriki işləmir..." - NARAZILIQ VAR...
Bu gün, 11:42
“Bir Ecosystem”də YENİ TƏYİNAT - BUNDAN SONRA...
Bu gün, 11:36
Bakı Berlinə yaxınlaşır: Mühüm səfərin pərdəarxası - İNCƏLƏMƏ
Bu gün, 11:25
Paşinyanın referendum XOFU - ŞƏRH
Bu gün, 11:13
Arzumun növbəti məhkəməsidir: Amalın xanımı hökmdən narazıdır - TƏFƏRRÜAT
Bu gün, 11:02
İrəvanın “Made in USA” niyyəti - Bakının reaksiyası...
Bu gün, 10:59
Dövlət qayğısı milli mətbuatın inkişafının əsas təməlidir - MƏQALƏ
Bu gün, 10:51
Elnarə Abdullayeva qardaşının ölümündən danışdı: - "63 yaş nədir ki..."
Bu gün, 10:50
"`AzəriQaz` veteranın 37,50 manat ezamiyyə puluna göz dikib?" - GİLEY
Bu gün, 10:43
“Dilarə mənə gəlin yox, qız oldu, Oqtayı güc-bəla ilə razı saldıq ki...” - Səhhətində problem yaranan Xalq artisti
Bu gün, 10:32
Qanunsuz tikilinin qarşısını almaq istəyən məmurlara əsa ilə hücum etdilər – MƏHKƏMƏ
Bu gün, 10:30
İlham Əliyevdən şok açıqlama: Bakıda keçirilən rus-alman görüşünü ondan kim və niyə gizlədib? - İLGİNC
Bu gün, 10:22
“Qızımı boşa” sözü faciə ilə nəticələndi: Qayınatasını öldürən kürəkənin ifadəsi - TƏFƏRRÜAT
Bu gün, 10:17
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru