Kreml Rusiya və Almaniya nümayəndələrinin Bakıda görüş keçirməsi barədə məlumatlı deyil .....                     Bizə Rusiyadan niyə DOST OLMAZ... .....                     Yeni geosiyasi reallıq: Diqtə edən tərəf Bakıdır .....                     İran təslim olmadı, ABŞ planını dəyişdi .....                     Rüfət Əhmədzadənin meyiti aşkarlandı .....                     Tehran ABŞ-la sazişin bərpası imkanını qoruyub saxlayır .....                     Xaricdən gətirilən armaturlardan gömrük rüsumu tutulması .....                     “Azərbaycan jurnalistikasının qarşısında böyük imkanlarla yanaşı, böyük məsuliyyət də dayanır” .....                     Moskva və Ankara "Mavi axın"a edilən hücumları qapalı rejimdə müzakirə edir .....                     Ağdamda xəstəxana tikintisinin davamına daha .....                     “Qaçqınkom” bizi köçürmür, hər an bu divar uşaqların üstünə uça bilər” .....                     Özəlin açıqlamasından sonra 400 min nəfər istefa verdi... .....                     Zəngəzurdan Moskvaya ZƏRBƏ .....                     "Arzum" ləqəbli bloqer ev dustaqlığına buraxılıb .....                     Çağrılmamış qonaqlar... .....                     Mülayim şərq küləyi əsəcək .....                     AZAL media nümayəndələri üçün intellektual yarış təşkil etdi .....                     Bakıda Bakıdan xəbərsiz MƏXFİ görüş .....                     FHN-nin Dövlət Ekspertiza Baş İdarəsindən şübhəli müqavilələr .....                     “Tofiq Mirzəyev Bakıda dəfn olunmağı arzulayırdı” .....                     Onlar görəvdən ALINDI .....                     Ermənistanda Müdafiə Nazirliyinin vəzifəli şəxsi dizel yanacağını mənimsəməkdə ittiham olunur .....                     "2 ildir su artezian quyusunun mühərriki işləmir..." .....                     “Bir Ecosystem”də YENİ TƏYİNAT .....                     Bakı Berlinə yaxınlaşır: Mühüm səfərin pərdəarxası .....                     Paşinyanın referendum XOFU .....                     Arzumun növbəti məhkəməsidir: Amalın xanımı hökmdən narazıdır .....                     İrəvanın “Made in USA” niyyəti .....                     Dövlət qayğısı milli mətbuatın inkişafının əsas təməlidir .....                     Elnarə Abdullayeva qardaşının ölümündən danışdı: .....                     "`AzəriQaz` veteranın 37,50 manat ezamiyyə puluna göz dikib?" .....                     “Dilarə mənə gəlin yox, qız oldu, Oqtayı güc-bəla ilə razı saldıq ki...” .....                     Qanunsuz tikilinin qarşısını almaq istəyən məmurlara əsa ilə hücum etdilər .....                     İlham Əliyevdən şok açıqlama: Bakıda keçirilən rus-alman görüşünü ondan kim və niyə gizlədib? .....                     “Qızımı boşa” sözü faciə ilə nəticələndi: Qayınatasını öldürən kürəkənin ifadəsi .....                     Böyük əhəmiyyət kəsb edən Almaniya-Azərbaycan əlaqələrinin inkişafı .....                     Bu gün dünyanın aparıcı dövlətləri Azərbaycanı Cənubi Qafqazın ən etibarlı partnyoru adlandırırlar .....                     İranla müharibənin ABŞ-yə neçəyə başa gəldiyi açıqlandı .....                     Niyə Azərbaycan və Ermənistan Rusiyadan getdikcə daha az mal alır? .....                     Azərbaycan neftinin qiyməti 99 dollara yaxınlaşır .....                 

Yevlaxda sahibkarlardan “xərac” yığılır - ŞİKAYƏT VAR
Tarix: 26-12-2016, 08:35 | Çap et
Yevlaxda sahibkarlardan “xərac” yığılır
Bu ilin fevralında Prezident İlham Əliyev keçirdiyi müşavirədə daha çox sosial etiraz aksiyalarına reaksiya verdi və hakim komandada yer alan məmurlara sərt xəbərdarlıqlar da ünvanladı. Düzdür, o, konkret ad çəkməsə də, müşavirədə iştirak edənlərə ümumi şəkildə həm İsmayıllıda, həm də İmişlidə baş verənləri bir daha xatırlatdı. Ölkə rəhbəri belə bir olayların baş verməsində, əsas günahkarın məmurlar olduğunu da dilə gətirdi. O, hətta onu da vurğuladı ki, “icra başçıları yerlərdə sahibkarları işlədirlər, sonra da pullarını vermirlər. Belə bir yollarla sahibkarları incidirlər, onları hakimiyyətdən narazı salırlar. Rəhbər şəxslər atdıqları belə bir addımlarının məsuliyyətini heç cür dərk etmirlər”. Hətta, ölkə başçısı regionlarda sahibkarlıqla bağlı məsələlərə də toxunaraq onu bildirdi ki, “sahibkarları bu kimi işlərə cəlb etmək olmaz. Amma, onları icra başçıları müxtəlif işləri görməyə vadar edirlər. Sahibkarlar yenidənqurma işlərində böyük həcmdə xərc çəkirlər, sonra da onların pulları ödənilmir. İcra başçılarının atdıqları belə bir addımlar haqda məlumatlar mənə çatdırılır. Bir daha deyirəm ki, icra başçı və digər vəzifə sahibi olan hər kəs bilsin ki, sahibkarları incidənlər mütləq cəzalandırılacaqlar”. Əgər fevral müşavirəsində Prezident konkret məmur adı çəksəydi, o halda yəqin ki, Yevlağın icra başçısı Qoca Səmədovun adı ilk sıralarda çəkilərdi. Danılmaz həqiqətdir ki, onun Yevlax şəhər İcra Hakimiyyətinə başçı təyin olunması, şəhərdə sahibkarlıq fəaliyyəti ilə məşğul olanların vəziyyətini daha da ağırlaşdırdı. Belə ki, Elmar Vəliyevin Gəncə şəhərinə başçı göndərilməsi, Qoca Səmədovun isə Yevlağın rəhbərliyinə gətirilməsi, şəhərdə yeni ab-havanın da əmələ gəlməsinə səbəb oldu. Yəni, çox keçmədi ki, şəhərin müxtəlif ərazilərində söküntü işlərinə qərar verildi. Əvvəlki rəhbərliyin dövründə inşa olunan tikililər, bir çox sosial əhəmiyyət kəsb edən obyektlər, sakinlərə məxsus fərdi yaşayış evlərindən bəziləri və s. söküldu və onların yerləşdiyi ərazilərdə yeni ticarət obyektləri tikildi. “Gündəm Xəbər”ə daxil olan məlumatlara görə, son vaxtlar Yevlaxda yaşanan ab-hava daha dözülməz duruma düşüb. Buna səbəb, Qoca Səmədovun şəhərdə sahibkarlıq fəaliyyəti ilə məşğul olanlara divan tutmasıdır. Baş verənlər haqda redaksiyamızı məlumatlandıran şəhər sakini bildirir ki, “viran edilən obyektlərin alt hissəsindəki torpaq sahələrini, icra başçısı yaxın ətrafında olan şəxslərin adlarına sənədləşdirir və belə bir addımı ilə də, böyük bir cinayətə imza atır. Əsas diqqəti cəlb edən hal isə, şəhərin bulvar və küçələrinin, mərkəzi ərazilərinin və digər yerlərinin yenidən qurulması adı altında, hər ay sahibkarlardan zorla “xərac” yığılmasıdır”. Sakinlərin “Gündəm Xəbər”ə verdikləri məlumatlara görə, “xərac” məsələsi ilə birbaşa icra başçının köməkçisi Zahid Qarayev məşğul olur. Sözsüz ki, o, icra başçısının “dobro” deməsi olmadan, belə bir addımını ata bilməz. Rəhbərliyin tələbinə əməl etməyən, yəni müəyyən olunmuş “xərac”ı verməyən sahibkarlar, hətta həbs olunacaqları ilə də hədələnirlər. Elə ki, icra başçısının, yaxud da onun köməkçisinin hərəkətlərindən kimsə şikayət edir, o halda həmin şəxslər lazımi formada cəzalandırılırlar. Əslən Yevlaxdan olan iş adamlarından biri bildirir ki, “şəhərin böyük kəndlərində və iri yaşayış məntəqələrində də oxşar addımlar atılmaqdadır. Məsələn, şəhərdən bir az kənarda yerləşən Xaldan qəsəbəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərdən də, zor gücünə “xərac” yığılır. Hansı obyekt sahibi “xərac”ı vermirsə, vay onun halına olur. Hətta, elə hallar da olur ki, irəli sürülən tələbə əməl etməyənlər yumruq-təpik zərbələrinə də tuş gəlirlər. Yerli hüuq-mühafizə orqanlarına edilən şikayətlər isə, heç bir halda rəsmi qeydiyyata götürülmür. Diqqəti cəlb edən hal odur ki, Xaldan qəsəbəsindəki obyektlərin çoxu, məhz Qoca Səmədova məxsusdur. Onun obyektinin həndəvərində olan obyekt sahibləri, ara-sıra zülmə salındıqlarından bezirlər. Çünki, onlara məxsus obyektlərə tez-tez vergi yoxlamaları göndərilir, bir sözlə onları bezdirməyə çalışırlıar. Son anda da o olur ki, həmin sahibkarlar obyektlərini dəyər-dəyməzinə satıb şəhəri tərk edirlər. Onu da vurğulayaq ki, satışa çıxarılan obyektlərin əksəriyyətini Qoca Səmədova yaxın şəxslər alırlar. Düzdür, həmin obyektlər icra başçısına yaxın şəxslərin adlarına sənədləşdirilsə də, yenə də rəhbərliyin təsir dairəsində olur. Belə bir səbəblər üzündəndir ki, bu gün Yevlaxda icra başçısı və onun “klan”ı ən imkanlı şəxslər hesab olunurlar. Problemin varlığını diqqətdə saxlayacağıq və araşdırmamız davam edəcək. Qarşı tərəfin də mövqeyini dinləyə bilərik.








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Kreml Rusiya və Almaniya nümayəndələrinin Bakıda görüş keçirməsi barədə məlumatlı deyil - AÇIQLAMA
Bu gün, 15:50
Bizə Rusiyadan niyə DOST OLMAZ... - ÇÜNKİ...
Bu gün, 15:46
Yeni geosiyasi reallıq: Diqtə edən tərəf Bakıdır - İNCƏLƏMƏ
Bu gün, 15:41
İran təslim olmadı, ABŞ planını dəyişdi - ŞƏRH
Bu gün, 15:39
Rüfət Əhmədzadənin meyiti aşkarlandı
Bu gün, 15:32
Tehran ABŞ-la sazişin bərpası imkanını qoruyub saxlayır - İRNA
Bu gün, 15:30
Xaricdən gətirilən armaturlardan gömrük rüsumu tutulması – EVLƏRİ BAHALAŞDIRACAQ
Bu gün, 15:24
“Azərbaycan jurnalistikasının qarşısında böyük imkanlarla yanaşı, böyük məsuliyyət də dayanır” - Günay Əfəndiyeva
Bu gün, 13:58
Moskva və Ankara "Mavi axın"a edilən hücumları qapalı rejimdə müzakirə edir
Bu gün, 13:15
Ağdamda xəstəxana tikintisinin davamına daha 16 milyon sərf olunacağı proqnozlaşdırılıb
Bu gün, 13:03
“Qaçqınkom” bizi köçürmür, hər an bu divar uşaqların üstünə uça bilər” - NARAZILIQ VAR...
Bu gün, 12:58
Özəlin açıqlamasından sonra 400 min nəfər istefa verdi... – CHP-də “siyasi zəlzələ”
Bu gün, 12:55
Zəngəzurdan Moskvaya ZƏRBƏ – Sokolov kimin adamıdır?
Bu gün, 12:49
"Arzum" ləqəbli bloqer ev dustaqlığına buraxılıb - QƏRAR
Bu gün, 12:45
Çağrılmamış qonaqlar... - Bu, çox ciddi məsələdir...
Bu gün, 12:43
Mülayim şərq küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:39
AZAL media nümayəndələri üçün intellektual yarış təşkil etdi - Fotolar, VİDEO
Bu gün, 12:37
Bakıda Bakıdan xəbərsiz MƏXFİ görüş – Əliyev də ondan danışdı...
Bu gün, 12:18
FHN-nin Dövlət Ekspertiza Baş İdarəsindən şübhəli müqavilələr – Milyon yarım manat haralara gedir
Bu gün, 12:16
“Tofiq Mirzəyev Bakıda dəfn olunmağı arzulayırdı” - Fərhad Xəlilov
Bu gün, 12:12
Onlar görəvdən ALINDI - FOTO
Bu gün, 12:11
Ermənistanda Müdafiə Nazirliyinin vəzifəli şəxsi dizel yanacağını mənimsəməkdə ittiham olunur - KİV
Bu gün, 11:49
"2 ildir su artezian quyusunun mühərriki işləmir..." - NARAZILIQ VAR...
Bu gün, 11:42
“Bir Ecosystem”də YENİ TƏYİNAT - BUNDAN SONRA...
Bu gün, 11:36
Bakı Berlinə yaxınlaşır: Mühüm səfərin pərdəarxası - İNCƏLƏMƏ
Bu gün, 11:25
Paşinyanın referendum XOFU - ŞƏRH
Bu gün, 11:13
Arzumun növbəti məhkəməsidir: Amalın xanımı hökmdən narazıdır - TƏFƏRRÜAT
Bu gün, 11:02
İrəvanın “Made in USA” niyyəti - Bakının reaksiyası...
Bu gün, 10:59
Dövlət qayğısı milli mətbuatın inkişafının əsas təməlidir - MƏQALƏ
Bu gün, 10:51
Elnarə Abdullayeva qardaşının ölümündən danışdı: - "63 yaş nədir ki..."
Bu gün, 10:50
"`AzəriQaz` veteranın 37,50 manat ezamiyyə puluna göz dikib?" - GİLEY
Bu gün, 10:43
“Dilarə mənə gəlin yox, qız oldu, Oqtayı güc-bəla ilə razı saldıq ki...” - Səhhətində problem yaranan Xalq artisti
Bu gün, 10:32
Qanunsuz tikilinin qarşısını almaq istəyən məmurlara əsa ilə hücum etdilər – MƏHKƏMƏ
Bu gün, 10:30
İlham Əliyevdən şok açıqlama: Bakıda keçirilən rus-alman görüşünü ondan kim və niyə gizlədib? - İLGİNC
Bu gün, 10:22
“Qızımı boşa” sözü faciə ilə nəticələndi: Qayınatasını öldürən kürəkənin ifadəsi - TƏFƏRRÜAT
Bu gün, 10:17
Böyük əhəmiyyət kəsb edən Almaniya-Azərbaycan əlaqələrinin inkişafı - MƏQALƏ
Bu gün, 10:12
Bu gün dünyanın aparıcı dövlətləri Azərbaycanı Cənubi Qafqazın ən etibarlı partnyoru adlandırırlar - İsrafil Kərimovun yazısı
Bu gün, 10:11
İranla müharibənin ABŞ-yə neçəyə başa gəldiyi açıqlandı - "CNN"
Bu gün, 10:08
Niyə Azərbaycan və Ermənistan Rusiyadan getdikcə daha az mal alır? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 10:03
Azərbaycan neftinin qiyməti 99 dollara yaxınlaşır
Bu gün, 10:01
AYNA xidməti avtomobillərinin təmirinə 1,2 milyon manat xərcləməyi planlaşdırır
Bu gün, 09:59
Bakı “Ən yaxşı tələbə şəhərləri” reytinqində ilk 100-lüyə girib - SİYAHI
Bu gün, 09:58
Daha bir sığorta agentinin lisenziyası - LƏĞV EDİLDİ
Bu gün, 09:56
“Uğurum biznes həyatımdakı düzgünlüyümdür” deyən Nigar Fərhadın vergi borcu üzə çıxdı - TƏFƏRRÜAT
Bu gün, 09:54
Bakıda MƏXFİ GÖRÜŞ: Onlar iştirak edib... - FOTOLAR
Bu gün, 09:40
TƏBİB-də yeni şöbə müdiri təyin edildi - FOTO
Bu gün, 09:38
ƏƏSMN-nin süründürməçiliyindən bezən Qarabağ qazisi KÖMƏK İSTƏYİR... - MÜRACİƏT
Bu gün, 09:34
Ermənistan niyə əmlakımızı qaytarmır? - Zülfüqarov sübut etdi
Bu gün, 09:07
500-dən çox ABŞ hərbçisi yaralanıb - "Associated Press"
Bu gün, 06:36
Xalq artisti Tofiq Mirzəyev vəfat etdi - FOTO
Bu gün, 06:25
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru