"Sakinləri ələ almaq üçün qurban kəsdi, sonra onları qurbanlıq qoyun yerinə qoydu" - ŞİKAYƏT VAR
Tarix: 10-11-2016, 08:36 | Çap et
 Bakı şəhəri, Nərimanov rayonu, Nəcəf Nərimanov küçəsindəki 909-cu məhəllədə qeyri-qanuni tikinti aparan Əvəz Şükürov barədə həmin məhəllənin sakinlərinin KİV-lərdə müraciəti yayılıb.
Məhəllə sakinlərinin bildirdiklərinə görə tikinti qeyr-qanunidir, həm də ictimai əxlaq normalarına uyğun deyil. Bina məhəlləarası yolun üstündə tikilir. Məhəllə çox darısqaldır. O gündən bəri Əvəz Şükürov o məhəllənin sakinlərinin hiddətimizə səbəb olub. Həyətdən 50-yə yaxın ağac kəsilib.
Məhəllə sakinləri xəbər verirlər ki, qanuna görə hündür binalar ayrılmış ərazinin 40 faizində tikilməlidir. Əvəz Şükürov isə 500 kv m-lik qaraj yerini hansı yollarlasa özəlləşdirib, əvəzində 800 kv m-lik ərazidə göydələn tikir.

Heç onun hansısa yollarla özəlləşdirdiyi 500 kv m-lik ərazi də bu yerdə bina tikilməsi mümkün deyil. Yəni, normalara görə göydələnlər hündürlükləri cəminin 60 faizi qədər aralıda tikilməlidir, yəni bu məhəllədəki 12 mərtəbəli yeni yaşayış binasından azı 30-40 metr aralıda olmalıdır. Əvəz Şükürov isə qonşu binanın pəncərələrinin 6 metrliyində ev tikir. Bu da qonşuları qəzəbləndirib. Deyirlər, bu qədər yaxın tikinti nəinki şəhərsalma mədəniyyətinə, heç əxlaq qaydalarına da uyğun deyil. Bu ailələr evlərinin içində necə davransınlar? Bu barədə düşünürlərmi?
Binaların bu qədər basırıq yerdə tikilməsi yalnız təhlükə yaradır, əhalinin qat-qat sıx yaşamasına səbəb olur. Bu dar ərazidə eyni zamanda 69 saylı uşaq bağçası, Təhsil Nazirliyinin TSİ İdarəsinin Məlumat və Resurs Mərkəzi, Baş Dövlət Texniki Baytarlıq Nəzarəti Müfəttişliyinin inzibatı binası, Kooperasiya Universiteti yerləşir. Maşın əlindən tərpənmək olmur. Bu bina da tikiləndən sonra bura cəhənnəm basırığına dönəcək...

Qonşular deyirlər ki, yaşadıqları bunanı tikənlərdən biri Əvəz Şükürov olub. O bu tikintini başlamamışdan qabaq bina sakinlərinə qurban kəsib paylamaqla haqqa-ədalətə etiqadınının olduğunu bildirmək istəyib. Sən demə, sonra bu göydələni tikməklə məhəllə sakinlərini qurbanlıq qoyun yerinə qoyacaqmış...
Məhəllənin uşaqları üçün əyləncə parkı yoxdur, yaşam normalarına onsuz da uyğun gəlməyən bu balaca həyətin zəbt edilməsi doğrudan da acınacaqlı görüntü yaradır Həyətdə balaların oynaması üçün bir qarış da yer qalmayıb!
Ətraf infrastrukturun daha da gözəlləşməsi; yaşıllıq, maşın parkovkaları, geniş yollar, uşaq əyləncə parkları sakinlərin rifahını təmin etsin deyə Ölkə rəhbərliyi köhnə binaları söküb yeni binalar tikir, yaşıllığı artırır. Əvəz Şükürov isə Ölkə rəhbərliyini və əhalini saymayaraq tikdiyi bina isə qonşu binanın sakinlərini gün işığından məhrum edəcək.
Qonşu evdin cəmi 6 metrliyində bina tikmək sakinləri təhlükəli vəziyyətə məruz qoymaq deməkdir. Yəni gözlənilən yanğın, ya texnogen (zəlzələ) hadisə anında faciələr daha çox olacaq?

Əvəz Şükürovun bu biabırçı darısqallıqda tikinti aparmaqla şəhərsalma normalarını; vətəndaş və insan hüquqlarını ciddi şəkildə pozmasını, sonrakı yanğın, texnogen hadisələr anında baş verəsi fəlakətləri məhəllə sakinləri qabaqcadan düşünərək bu tikilinin ləğv edilməsi üçün səlahiyyətli orqanlara, müxtəlif instansiyalara müraciət ediblər.
Sakinlər deyirlər, Əvəz Şükürov bu əməli ilə möhtərəm prezidentimiz İlham Əliyevin idarə etdiyi dövlətin əmin-amanlığına zərbə vurur.
Onlar deyirlər ki, bu tikinti nəinki şəhərsalmanın qayda və normalarını, hətta əxlaqın bütün həddlərini pozur.
Məhəllə sakinləri deyir ki, Əvəz Şükürovun oğlu Milli Məclisdə işləyir. Ailədə qanunverici orqanıın məmuru ola-ola bu qədər qanunsuzluq etmək heç bir ölçüyə sığmır. Onlar Əvəz Şükürovun oğlunun adını hələki hallandırmaq istəmirlər. Əgər bu çirkin əməlindən əl çəkməsə hər şey barədə danışacaqlar. Buna onları pozulmuş hüquqlarının bərpası istəyi təhrik edir! Onlar bu məlumatı daim gündəmdə saxlamaqda, bütün cavabdeh orqanlara yaymaqda israrlıdırlar. \\Moderator.az\\ Qarşı tərəfi də dinləməyə hazırıq...

|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Moskva və Ankara "Mavi axın"a edilən hücumları qapalı rejimdə müzakirə edir
Bu gün, 13:15 |
|
|
|
| • Ağdamda xəstəxana tikintisinin davamına daha 16 milyon sərf olunacağı proqnozlaşdırılıb
Bu gün, 13:03 |
|
|
|
| • “Qaçqınkom” bizi köçürmür, hər an bu divar uşaqların üstünə uça bilər” - NARAZILIQ VAR...
Bu gün, 12:58 |
|
|
|
| • Özəlin açıqlamasından sonra 400 min nəfər istefa verdi... – CHP-də “siyasi zəlzələ”
Bu gün, 12:55 |
|
|
|
| • Zəngəzurdan Moskvaya ZƏRBƏ – Sokolov kimin adamıdır?
Bu gün, 12:49 |
|
|
|
| • "Arzum" ləqəbli bloqer ev dustaqlığına buraxılıb - QƏRAR
Bu gün, 12:45 |
|
|
|
| • Çağrılmamış qonaqlar... - Bu, çox ciddi məsələdir...
Bu gün, 12:43 |
|
|
|
| • Mülayim şərq küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:39 |
|
|
|
| • AZAL media nümayəndələri üçün intellektual yarış təşkil etdi - Fotolar, VİDEO
Bu gün, 12:37 |
|
|
|
| • Bakıda Bakıdan xəbərsiz MƏXFİ görüş – Əliyev də ondan danışdı...
Bu gün, 12:18 |
|
|
|
| • FHN-nin Dövlət Ekspertiza Baş İdarəsindən şübhəli müqavilələr – Milyon yarım manat haralara gedir
Bu gün, 12:16 |
|
|
|
| • “Tofiq Mirzəyev Bakıda dəfn olunmağı arzulayırdı” - Fərhad Xəlilov
Bu gün, 12:12 |
|
|
|
| • Onlar görəvdən ALINDI - FOTO
Bu gün, 12:11 |
|
|
|
| • Ermənistanda Müdafiə Nazirliyinin vəzifəli şəxsi dizel yanacağını mənimsəməkdə ittiham olunur - KİV
Bu gün, 11:49 |
|
|
|
| • "2 ildir su artezian quyusunun mühərriki işləmir..." - NARAZILIQ VAR...
Bu gün, 11:42 |
|
|
|
| • “Bir Ecosystem”də YENİ TƏYİNAT - BUNDAN SONRA...
Bu gün, 11:36 |
|
|
|
| • Bakı Berlinə yaxınlaşır: Mühüm səfərin pərdəarxası - İNCƏLƏMƏ
Bu gün, 11:25 |
|
|
|
| • Paşinyanın referendum XOFU - ŞƏRH
Bu gün, 11:13 |
|
|
|
| • Arzumun növbəti məhkəməsidir: Amalın xanımı hökmdən narazıdır - TƏFƏRRÜAT
Bu gün, 11:02 |
|
|
|
| • İrəvanın “Made in USA” niyyəti - Bakının reaksiyası...
Bu gün, 10:59 |
|
|
|
| • Dövlət qayğısı milli mətbuatın inkişafının əsas təməlidir - MƏQALƏ
Bu gün, 10:51 |
|
|
|
| • Elnarə Abdullayeva qardaşının ölümündən danışdı: - "63 yaş nədir ki..."
Bu gün, 10:50 |
|
|
|
| • "`AzəriQaz` veteranın 37,50 manat ezamiyyə puluna göz dikib?" - GİLEY
Bu gün, 10:43 |
|
|
|
| • “Dilarə mənə gəlin yox, qız oldu, Oqtayı güc-bəla ilə razı saldıq ki...” - Səhhətində problem yaranan Xalq artisti
Bu gün, 10:32 |
|
|
|
| • Qanunsuz tikilinin qarşısını almaq istəyən məmurlara əsa ilə hücum etdilər – MƏHKƏMƏ
Bu gün, 10:30 |
|
|
|
| • İlham Əliyevdən şok açıqlama: Bakıda keçirilən rus-alman görüşünü ondan kim və niyə gizlədib? - İLGİNC
Bu gün, 10:22 |
|
|
|
| • “Qızımı boşa” sözü faciə ilə nəticələndi: Qayınatasını öldürən kürəkənin ifadəsi - TƏFƏRRÜAT
Bu gün, 10:17 |
|
|
|
| • Böyük əhəmiyyət kəsb edən Almaniya-Azərbaycan əlaqələrinin inkişafı - MƏQALƏ
Bu gün, 10:12 |
|
|
|
| • Bu gün dünyanın aparıcı dövlətləri Azərbaycanı Cənubi Qafqazın ən etibarlı partnyoru adlandırırlar - İsrafil Kərimovun yazısı
Bu gün, 10:11 |
|
|
|
| • İranla müharibənin ABŞ-yə neçəyə başa gəldiyi açıqlandı - "CNN"
Bu gün, 10:08 |
|
|
|
| • Niyə Azərbaycan və Ermənistan Rusiyadan getdikcə daha az mal alır? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 10:03 |
|
|
|
| • Azərbaycan neftinin qiyməti 99 dollara yaxınlaşır
Bu gün, 10:01 |
|
|
|
| • AYNA xidməti avtomobillərinin təmirinə 1,2 milyon manat xərcləməyi planlaşdırır
Bu gün, 09:59 |
|
|
|
| • Bakı “Ən yaxşı tələbə şəhərləri” reytinqində ilk 100-lüyə girib - SİYAHI
Bu gün, 09:58 |
|
|
|
| • Daha bir sığorta agentinin lisenziyası - LƏĞV EDİLDİ
Bu gün, 09:56 |
|
|
|
| • “Uğurum biznes həyatımdakı düzgünlüyümdür” deyən Nigar Fərhadın vergi borcu üzə çıxdı - TƏFƏRRÜAT
Bu gün, 09:54 |
|
|
|
| • Bakıda MƏXFİ GÖRÜŞ: Onlar iştirak edib... - FOTOLAR
Bu gün, 09:40 |
|
|
|
| • TƏBİB-də yeni şöbə müdiri təyin edildi - FOTO
Bu gün, 09:38 |
|
|
|
| • ƏƏSMN-nin süründürməçiliyindən bezən Qarabağ qazisi KÖMƏK İSTƏYİR... - MÜRACİƏT
Bu gün, 09:34 |
|
|
|
| • Ermənistan niyə əmlakımızı qaytarmır? - Zülfüqarov sübut etdi
Bu gün, 09:07 |
|
|
|
| • 500-dən çox ABŞ hərbçisi yaralanıb - "Associated Press"
Bu gün, 06:36 |
|
|
|
| • Xalq artisti Tofiq Mirzəyev vəfat etdi - FOTO
Bu gün, 06:25 |
|
|
|
| • Elnur Əliyev bütün təhsili nəzarətinə götürür - Narazı müəllim ordusu niyə yaradılır?
Bu gün, 06:09 |
|
|
|
| • "Brent" neftinin qiyməti 92 dolları ötüb
Bu gün, 06:05 |
|
|
|
| • Xaraba kimi idarə olunan Binəqədinin YİYƏSİ YOXDUR... - YEYƏNİ ÇOXDUR...
Bu gün, 06:03 |
|
|
|
| • Restoranlar kralı Fuad Quliyev Dövlət qurumunda vəzifəsindən görün necə sui-istifadə edib? - İTTİHAM VAR...
Bu gün, 05:57 |
|
|
|
| • Universitet müəllimləri də sertifikasiyaya cəlb olunmalıdır? - Professor açıqladı
Bu gün, 05:50 |
|
|
|
| • Babək rayonunda 37-ci il AB-HAVASI... - BU NƏDİ BELƏ?
Bu gün, 05:31 |
|
|
|
| • “Erməni soyqırımı” və Bakıdan Qüdsə edilən zəng - NƏ BAŞ VERİR?
Bu gün, 05:25 |
|
|
|
| • Göygöl Suvarma Sistemləri İdarəsindən borclu şirkətə 198 min manatlıq tender - TƏFƏRRÜAT
Bu gün, 05:18 |
|
|
|
|