AZAL hava şəraiti ilə əlaqədar Naxçıvana uçuşları təxirə salıb .....                     Şəhid mayor Vüsal Vəliyevin xatirəsi 263 nömrəli tam orta ümumtəhsil məktəbində ehtiramla anıldı .....                     Bu mövsüm cəzalandırılan hakimlər .....                     Hindlilər Ermənistanda 8 gündür aksiya keçirir .....                     Dövlət qurumu 20 mənzil alır .....                     "Qarabağ" isveçli hücumçunu TRANSFER EDİR .....                     Rusların əfsanəvi əməliyyatını təkrarlamağa çalışdılar .....                     Köçəryanın HƏBSİ GÜNDƏMDƏ .....                     “Azərbaycan 100 minlik silahları ilə bizim milyonluq silahlarımızı 3 günə məhv etdi” .....                     Mətanət İsgəndərlinin bacısı evindən oğurluq edən şəxsi tapdı .....                     Rusiya dərin böhran içində və: .....                     Məktəbdə distant oxumaq olar, .....                     Pensiya 300, minimum əməkhaqqı 450, dövlətdən on milyonlarla manat oğurlayan məmurun əməkhaqqı 10–15 min... .....                     Faiq Ələkbərli İstanbulda beynəlxalq konqresdə məruzə edib .....                     Çin dünyaya hakim olmaq istəyir, .....                     Erməni qısqanclığı: .....                     “Donbasın təhvili sülh deyil, Ukrayna üçün strateji tələdir” .....                     Gələn həftə İrana hücumlar bərpa oluna bilər .....                     “Mən rus deyiləm, yarı azərbaycanlıyam” .....                     Sürücülər cərimələrdən beziblər .....                     Dövlət Komitəsi “Artsax” sözünə görə QHT-ni cərimələyib .....                     “Milyarderlər ittifaqı” bu dəfə Paşinyana qarşı .....                     İcra başçısına “stop” qoyulub: Siyəzəndə nə baş verir? .....                     Jurnalist Sabir Məmmədovun anası vəfat edib .....                     Ərazilər ələ keçirildi .....                     Məşhur kardioloq Baş həkim təyin edilib .....                     Tıxacın kökü haradadır? .....                     Susuzluqdan yansam belə... .....                     Tramp-Cinpin görüşü və: Ukrayna üçün iki xoş xəbər .....                     Dövlət TV-də əhaliyə “Kalaşnikov” dərsi keçirildi .....                     Azərbaycan nefti bahalaşıb .....                     Zirvə görüşünün uğurları Türk dünyasının əlaqəqlərini daha da möhkəmlədir .....                     Türk dünyası XXI əsrin nüfuzlu geosiyasi güc mərkəzlərindən birinə çevrilir .....                     Müştərinin sifarişini OĞURLADILAR VƏ... .....                     Abunəçiyə hər addımda KƏF GƏLİRLƏR... .....                     Dəymiş ziyanı tam ödəmək istəmirlər... .....                     Ağzını açdı və... .....                     Məşhurluq artıq zəhmətlə qazanılmır: .....                     İran Hörmüzdə ABŞ, Xəzərdə Azərbaycanla “savaşır” .....                     4 ayda ÜDM 0,2% artdı: bu, zəif göstəricidir .....                 

“MƏNİ POLİS MƏMURLARI QARŞISINDA VURURDULAR”
Tarix: 8-12-2011, 15:44 | Çap et
“MƏNİ POLİS MƏMURLARI QARŞISINDA VURURDULAR”

“HƏMİN MƏMURLAR MƏNİ DÖYƏNLƏRƏ DEYİRDİLƏR KI, ELƏ VUR İZİ QALMASIN”

Dekabrın 7-də Vilnüsdən Bakıya dönərkən İstanbulun Atatürk hava limanında zorakılıqla üzləşmiş Hüquq Maarifçiliyi Cəmiyyətinin sədri İntiqam Əliyev Bakıya dönəndən sonra, dekabrın 8-də “Media forum” saytının suallarını cavablandırıb.

- Hadisə ilə bağlı son vəziyyət nə yerdədir?

- Olayla bağlı vəziyyəti araşdıran türkiyəli vəkillərdən birinə vəkalət verəcəm. Bu hadisənin araşdırılmasını davam etdirmək fikrindəyəm. Bu, bir ləyaqət məsələsidir, həm də ictimai hadisədir. Türkiyənin böyük aeroportunda, minlərlə insanın gözü qabağında belə bir hadisə olur, amma buna həmin an heç bir reaksiya verilmirsə, elə türkiyəli vəkillərdən birinin dediyi kimi, bu, Türkiyə vətəndaşının özü üçün də çox təhlükəlidir. Bu işin araşdırılmasında təkidliyəm. Eyni zamanda bu iki gündə verdikləri dəstəyə görə həmkarlarıma, Azərbaycan jurnalistlərinə təşəkkürümü bildirirəm.

- Sizə deportasiya olunmaqla bağlı nə deyildi? Ortada rəsmi sənəd varmı və bunu öz üzərinizdən götürtmək fikriniz varmı?
- Deportasiya ilə bağlı mənə heç bir sənəd verilmədi. Sadəcə dedilər ki, deportasiya olunursan və mən buna etiraz elədim. Mənə dedilər ki, siz deportasiya olunma haqda qərarla razı deyilsinizsə, bir neçə gün Türkiyədə qalmalısınız, məsələ araşdırılmalı, məsələyə əcnəbilərlə iş üzrə qurumda baxılmalıdır.

Mən bu vəziyyətdə orada qalmağa və məsələnin araşdırılmasına razı olduğumu, amma deportasiya edilməyə razılaşmadığımı dedim. Onlara bildirdim ki, əlaqədar səlahiyyətli şəxslərə mənim etirazımı çatdırın. Onlar danışdılar, mənə elə gəldi ki, iş böyüdüyünə görə məndən can qurtarmaq qərarına gəldilər. Ona görə də dedilər ki, mütləq deportasiya olunmalısız. Amma sənəd təqdim etmədilər. Məni döyən adam bildirdi ki, sən 6 ay müddətinə deportasiya olundun, amma elə eləmə ki, bu, ömürlük olsun. Sonra məni döyən adamlar əllərindəki sənədi təyyarəyə minik zamanı qeydiyyat aparan Azərbaycanın xidməti işçisinə təqdim etdilər və dedilər ki, bu sənəd Azərbaycan polisinə təqdim olunmalıdır. Lakin qeydiyyat aparan azərbaycanlı sənədi qəbul etmədi və dedi ki, onu poçt vasitəsilə yollayın.
Bu hadisənin ciddiliyi mənim Türkiyəyə gedib-gəlməyimdə yaratdığı məhdudiyyətdə deyil. Məsələnin əsas tərəfi ondadır ki, mən – Azərbaycan vətəndaşı, Azərbaycan hüquqçusu Türkiyədə böyük haqsızlıqla qarşılaşmışam və deportasiya da bu haqsızlığın bir hissəsidir. Tutulmağım, saxlanmağım, tutulma zamanı hüquqlarımın pozulması, mənim vəkillərlə görüşümə imkan verilməməsi, mənə qarşı zorakılıq edilməsi, döyülməyimlə bağlı halların hamısının sonuna qədər gedəcəm. Bunları qaldıracam.

Ona mat qaldım ki, mən vəkil olduğumu deyirəmsə, buna məhəl qoyan yoxdursa, gör indi başqa vətəndaşların başına nə gəlir? Onların özlərinə də dedim ki, belə hərəkətlərlə öz ölkənizi hara aparırsınız?
- Bu hadisənin baş verməsində sizin azərbaycanlı olmağınızın, daha dəqiqi, türkiyəli polislərin sizin azərbaycanlı olduğunuzu bilməyin təsiri varmı? Yoxsa bu hadisə İstanbul aeroportunda ingilisin, fransızın, amerikalının da başına gələ bilərdi?

- Düşünmürəm ki, ingilisə, fransıza, amerikalıya belə münasibət göstərsinlər. Ən azından onların arxasında öz hökumətləri dayanar, Türkiyədə bunu yaxşı bilirlər. Ona görə də bu hadisənin baş verməsində azərbaycanlılara yuxarıdan aşağı baxılması amilinin iştirakını istisna eləmirəm. Burda müxtəlif amillər ola bilər. Amma ən azından bir nəfər özbaşınalıq edirsə, ətrafdakılar yaxınlaşmırsa, bu o deməkdir ki, ətrafdakılar, sistem həmin özbaşına olana dəstək verir.
- Türkiyəli vəkil Xəlil Koçabaş “Azadlıq” radiosuna açıqlamasında qeyd edib ki, olay baş verəndə Türkiyə dövləti yardımçı olmadı: “Dövlət idarələri tərsinə hərəkət edib hüquqi prosedurları əngəllədi, hadisənin böyüməsinə səbəb oldu...”

- Bəli, ən qəribəsi də odur ki, hadisə ilə bağlı Türkiyə hökumətinə müraciət edilir, ATƏT-dən, “Freedom House” təşkilatından müraciətlər daxil olur, amma bundan sonra da mənim qollarımı yenə qandallayıb aeroportda minlərlə insanın arasından aparırlar və bir otağa salıb döyürlər. Eyni zamanda vəkillərin, müdafiəçilərin qabağına elə bir sistem çıxartmışdılar ki, mənimlə görüşə icazə verilmirdi. Hesab edirəm ki, mənim döyülməyim tək bir polisin işi deyil. Bu, bir dövlətin qonşu ölkənin vətəndaşına münasibəti idi. Amma bunun arxasında nə dayanır? Bunu anlamıram. Çünki yerli prokurorluq, baş prokurorluq bilirdi, beynəlxalq təşkilatlar onlara artıq məlumat vermişdilər. Bütün bunların müqabilində iki nəfər mülki geyimli şəxs hamının gözü qabağında məni qandallayır, döyür, ora-bura dartırdı və heç kim reaksiya vermirdi. Mən də hər dəfə onlara deyirdim ki, mən vəkiləm, advokatam. Bunu həm də ona görə edirdim ki, hər şey oradakı kameralara düşsün.
Bu olayla bağlı mənim müdafiəmə qalxan vəkil Cem bəylə əlaqə saxladım. O dedi ki, burda bütün kanalları işə salıblar. Cem bəy deyir ki, həmin ərazi üzrə vali ilə də görüşüblər. Vali deyib ki, əgər bu deyilənlərin 10 faizi düzgün olsa, bundan böyük nəticələr çıxarılacaq.

- Bədəninizdə döyülmə əlamətləri, xəsarət izləri varmı?

- Məni polis məmurları qarşısında vururdular. Həmin məmurlar məni döyənlərə deyirdilər ki, elə vur izi qalmasın. Bu sözləri daim deyirdilər. Məni çox möhkəm döymüşdülər. Yerə yıxılmışdım, vururdular. Qarnımdan, böyrəyimdən, bədənimin hər yerindən zərbələr endirirdilər. Həmin anda mənə elə gəlirdi ki, üzüm, sifətim tamam dağılıb. Amma sonradan öz-özümə baxanda heyrətləndim. Həmin zərbələrin qarşılığında izlərin qalmaması özümə də çox təəccüblü gəldi. Həmkarım Anar Qasımlı ilə Bakıda polisdə olduq. Polis əməkdaşı da təsdiq etdi ki, onlar adamı haradan və necə vurmağı yaxşı bilirlər. Döyməyin xüsusi texnologiyası var. Belə başa düşdüm ki, məni döyən adamlar özlərini o cür aparırdılarsa, heç nə veclərinə deyildisə, deməli, çox peşəkar idilər.

- Həkim müayinəsindən geçdinizmi?

- Bakıya dönən kimi həkim müayinəsinə də getdim. Vəkillərin iştirakı ilə zədələr müayinə olundu, lakin heç bir sənəd verilmədi. Qeyd olundu ki, bununla bağlı polisə rəsmi qaydada ərizə ilə müraciət etmək lazımdır. Ola bilər ki, sonra o sənədi aldıq.

Aynur İMANOVA










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
AZAL hava şəraiti ilə əlaqədar Naxçıvana uçuşları təxirə salıb
Bu gün, 18:02
Şəhid mayor Vüsal Vəliyevin xatirəsi 263 nömrəli tam orta ümumtəhsil məktəbində ehtiramla anıldı - FOTO
Bu gün, 14:45
Bu mövsüm cəzalandırılan hakimlər - SİYAHI
Bu gün, 14:00
Hindlilər Ermənistanda 8 gündür aksiya keçirir - Video
Bu gün, 13:53
Dövlət qurumu 20 mənzil alır – 2 MİLYONLUQ TENDER
Bu gün, 13:19
"Qarabağ" isveçli hücumçunu TRANSFER EDİR - Danışıqlar son mərhələdə
Bu gün, 13:15
Rusların əfsanəvi əməliyyatını təkrarlamağa çalışdılar - Tunel çökdü, ölənlər var
Bu gün, 12:57
Köçəryanın HƏBSİ GÜNDƏMDƏ – Azərbaycana təhvil verilə bilər?
Bu gün, 12:53
“Azərbaycan 100 minlik silahları ilə bizim milyonluq silahlarımızı 3 günə məhv etdi” - Sarkisyan
Bu gün, 12:33
Mətanət İsgəndərlinin bacısı evindən oğurluq edən şəxsi tapdı
Bu gün, 12:31
Rusiya dərin böhran içində və: - "müharibə iqtisadiyyatı"nın əzabı
Bu gün, 12:27
Məktəbdə distant oxumaq olar, universitetdə yox?
Bu gün, 12:03
Pensiya 300, minimum əməkhaqqı 450, dövlətdən on milyonlarla manat oğurlayan məmurun əməkhaqqı 10–15 min... - Qanun qarşısında isə BƏRABƏRİK...
Bu gün, 11:53
Faiq Ələkbərli İstanbulda beynəlxalq konqresdə məruzə edib - FOTO
Bu gün, 11:47
Çin dünyaya hakim olmaq istəyir, ABŞ qarşılıq verməlidir
Bu gün, 11:41
Erməni qısqanclığı: - Rusiya bizə və Azərbaycana niyə fərqli yanaşır?
Bu gün, 11:35
“Donbasın təhvili sülh deyil, Ukrayna üçün strateji tələdir” - ŞƏRH
Bu gün, 11:19
Gələn həftə İrana hücumlar bərpa oluna bilər – NYT
Bu gün, 11:17
“Mən rus deyiləm, yarı azərbaycanlıyam” - Video
Bu gün, 11:12
Sürücülər cərimələrdən beziblər - Ermənistan qəzeti
Bu gün, 11:06
Dövlət Komitəsi “Artsax” sözünə görə QHT-ni cərimələyib
Bu gün, 10:58
“Milyarderlər ittifaqı” bu dəfə Paşinyana qarşı - TƏFƏRRÜAT
Bu gün, 10:54
İcra başçısına “stop” qoyulub: Siyəzəndə nə baş verir? - İLGİNC FAKT
Bu gün, 10:44
Jurnalist Sabir Məmmədovun anası vəfat edib
Bu gün, 10:41
Ərazilər ələ keçirildi - Ruslar bu mövqelərdə irəliləyir
Bu gün, 10:26
Məşhur kardioloq Baş həkim təyin edilib - ƏMR
Bu gün, 10:21
Tıxacın kökü haradadır? - AKTUAL
Bu gün, 10:19
Susuzluqdan yansam belə... - NARAZILIQ VAR...
Bu gün, 10:16
Tramp-Cinpin görüşü və: Ukrayna üçün iki xoş xəbər - ŞƏRH
Bu gün, 10:05
Dövlət TV-də əhaliyə “Kalaşnikov” dərsi keçirildi - VİDEO
Bu gün, 10:04
Azərbaycan nefti bahalaşıb
Bu gün, 09:59
Zirvə görüşünün uğurları Türk dünyasının əlaqəqlərini daha da möhkəmlədir - İsrafil Kərimovun yazısı
Bu gün, 09:54
Türk dünyası XXI əsrin nüfuzlu geosiyasi güc mərkəzlərindən birinə çevrilir - MƏQALƏ
Bu gün, 09:53
Müştərinin sifarişini OĞURLADILAR VƏ... - FOTOFAKT
Bu gün, 09:50
Abunəçiyə hər addımda KƏF GƏLİRLƏR... - BU DA FAKT
Bu gün, 09:45
Dəymiş ziyanı tam ödəmək istəmirlər... - AXI NİYƏ?
Bu gün, 09:35
Ağzını açdı və... - REPLİKA
Bu gün, 09:24
Məşhurluq artıq zəhmətlə qazanılmır: - Ani şöhrətin görünməyən təhlükələri…
Bu gün, 09:19
İran Hörmüzdə ABŞ, Xəzərdə Azərbaycanla “savaşır” - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 08:22
4 ayda ÜDM 0,2% artdı: bu, zəif göstəricidir - NƏ ETMƏLİ?
Bu gün, 08:21
Dollar güclənir, neft bahalaşır, bazar dalğalanır: Azərbaycanı nə gözləyir? - AKTUAL
Bu gün, 08:19
Paşinyandan 28 may ANONSU: Mesaj kimədir? - GƏLİŞMƏ
Bu gün, 08:17
Tramp İranı təslim olmağa məcbur edə biləcəyinə inanır
Bu gün, 08:14
Qarabağda 41 milyonluq layihə məmur şirkətinə verildi - BU NƏDİ BELƏ?
Bu gün, 08:12
Starmer könüllü olaraq istefa verə bilər - "Telegraph"
Bu gün, 07:12
Məqsədimiz bu idi və Putin bacarmadı - Şolts
Bu gün, 07:08
Şikayət etmək qadağandır... etsən də xeyri yoxdur... - NARAZILIQ VAR...
Bu gün, 06:52
"Bizi adam yerinə qoymurlar..." - ETİRAZ VAR!
Bu gün, 06:37
Binəqədidə sakinlər buna görə narazılıq edir... - MÜRACİƏT
Bu gün, 05:48
ABŞ kartellərlə əlaqəli Meksika məmurlarını terrorçu kimi tanıyacaq - NYT
Bu gün, 05:42
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru