Paşinyan kimlərlə ittifaq qura bilər? .....                     Müharibə yenidən başlasa, nəticələri “daha sarsıdıcı və acı” olacaq .....                     Lavrov Ermənistanla Ukraynanı müqayisə edib: .....                     Özgür Özel CHP Qrup sədri seçilib .....                     Yasamalda 3 nəfərin ölümünə səbəb olan klinika rəhbərinin məhkəməsi başlayır .....                     ADY-nin saxta reklamı: Bakı-Tiflis qatarına ilk bileti alan kimdir? .....                     Köhnələn istehlak səbəti: NİYƏ DƏYİŞMİR? .....                     Benzinli mühərriklərin "ömrünə" nə qədər qalıb? .....                     İctimai nəqliyyatda yeni dövr: 90 dəqiqəlik bilet nədir? .....                     Qorxu və "kapitalizm imperiyası” .....                     AYNA və Gömrük Komitəsi sürücüləri necə incidir? .....                     "Sənin kimisi yoxdur, ən mehriban tək sənsən!.." .....                     "Finex Kredit" BOKT mənfəətdən zərərə keçib .....                     Müharibə başlarsa İran hansı ölkələri vuracaq? .....                     Demoqrafik rəqabət: .....                     Türkiyə Avropa birincisidir .....                     Lənkəranskinin adamı olan polis polkovniki İŞDƏN QOVULDU .....                     Bölgə turizmi: Bu yay da qiymətlər baha olacaq? .....                     Komitə sədri onu özünə müşavir təyin etdi .....                     Moskvadan İrəvana SƏRT XƏBƏRDARLIQ .....                     “Fəxrəddin Manafov “mama uşağı” deyil, onda əsl kişilik var, qadınla oturub-durur” .....                     Arzunu öldürən əri psixiatriya xəstəxanasına yerləşdirilməsini istəyir .....                     “Anklavlardan imtina edə bilmərik, çünki Başkənd məsələsi var” .....                     "Kamal Abdulla çox düzgün deyib, yaxşı edib deyib..." .....                     "Azər-Türk Bank"ın səhmdarlarının yığıncağı keçiriləcək .....                     "Yaxşı bilirlər ki, Qağaları nə kimi hoqqalardan çıxıb..." .....                     Ermənistan ordusunun məşhur polkovnikinin intim görüntüləri yayıldı .....                     “Kəpəz” BOKT: Vətəndaşa qarşı QULDUR DAVRANIŞI... .....                     "Nova Credit" BOKT-un maliyyə göstəriciləri açıqlanıb .....                     Ermənistanda Andranik Tevanyana qarşı cinayət işi başlanılıb .....                     "Qadını ictimai həyatdan geri çəkmək TƏHLÜKƏLİDİR..." .....                     "Su təsərrüfatına rəhbərlik edənlər səriştəsizdir, peşəkar deyillər" .....                     CHP-nin nəticələri ləğv edilən qurultayı ilə bağlı əməliyyat: .....                     Erməni şərabı və konyakı Rusiya bazarından yığılır .....                     Belarusda nüvə təlimləri: .....                     Hüseyn Məmmədova yüksək vəzifə verildi .....                     Cənubi Qafqaz uğrunda böyük OYUN .....                     "Sifarişi vaxtında ünvana gətirib çıxartmır" .....                     Həmin reyslərdə çalışan 6 əməkdaş işsiz qalıb .....                     "Bu, Kamal müəllimin şəxsi fikridir..." .....                 

QƏTLƏ YETİRİLƏN İŞ ADAMI İLƏ BAĞLI ŞOK FAKTLAR
Tarix: 24-04-2013, 15:24 | Çap et
QƏTLƏ YETİRİLƏN İŞ ADAMI İLƏ BAĞLI ŞOK FAKTLAR
DİA.AZ: - Ötən il mayın 9-da Ukraynanın Donetski şəhəri, Makeyevka rayonunda güləllənmiş, Ukrayna Azərbaycanlıları Konqresi (UAK) Donetsk vilayət şöbəsinin rəhbəri, iş adamı İqbal Mahmudovun qətlə yetirilməsinin təfərrüatları barədə ilginc məlumatlar daxil olub. DİA.AZ bildirir ki, bu barədə "azerinews.org" portalı xəbər yayıb. Əslində indiyə qədər ölkə mediasında İqbal Məmmədovun qətlilə bağlı səslənən fikirlər yalnız mərhumun qohumlarının verdiyi informasiyalara əsaslanıb. Bu gün isə redaksiyamıza daxil olan məlumatlarda bildirilir ki, Azərbaycan mediasında mərhum İqbal Mahmudovun nüfüzlu iş adamı, diasporamızın əvəzsiz üzvü, soydaşlarımıza daim köməklik edən bir şəxs kimi təsvir olunmasını Donetskidəki azərbaycanlı soydaşlarımız tərəfindən birmənalı qarşılanmayıb. Əslində əsil həqiqət isə bunun tamam əksini deyir.

Bu barədə Donetskidə yaşayan soydaşlarımızın verdiyi məlumatlarda qeyd edilir ki, Azərbaycan ictimaiyyətinə xeyriyəçi və nüfuzlu xadim kimi təqdim olunan İqbal Mahmudov Donetski vilayətində azərbaycanlı şoydaşlarımızın baş ağrısına çevrilib və az bir zamanda kriminal hərəkətlərinə görə, mərhum özünə xeyli düşmən qazanıbmış. Elə bu səbəbdən də İqbal Mahmudov bir sözlə əməlləri ilə özünə qabaqcadan qəbir qazıb.

"Sənin qiymətin vur-tut 5 min dollardır"

Donetski vilayətində yaşayan azərbaycanlı soydaşlarımızın verdiyi məlumatlara görə, İqbal Mahmudov biznes fəaliyyətinə Donetski şəhərinin Kalininski rayonunda topdansatış məntəqəsində kartof satmaqla başlayıb. Daha sonra mərhum Varaşilovski rayonunda "Qorsad" adlanan yerdə un, şəkər tozu satılan topdansatış məntəqəsində fəhlə çalışıb. Şəkər biznesinin çiçəkləndiyi bir vaxta İqbal Mahmudov bundan istifadə edərək, yerli kriminal ünsürlərin dəstəyi ilə mərhumu çörəyə çatdıran əslən Azərbaycanın Masallı rayonundan olan iş adamının (adı bizə məlum olsa da müəyyən səbəblərdən bunu yazmırıq) həbs edilməsinə nail olub. Bundan sonra həbs edilən sahibkarın şəkər biznesini ələ keçirən İqbal Mahmudov onun həbsxanada insani dəyərlərdən uzaq sifarişlə başına min bir oyun açdırıb. Ümumiyyətlə İqbal Mahmudovun yerli kriminal hökümət nümayəndələrinin vasitəsilə Donetskidə bir çox azərbaycanlı iş adamlarının başına gətirdiyi müsübətlərin ucbatından onlar şəhərdən qaçmağa məcbur ediliblər. Bununla da İqbal Mahmudov Donetski vilayətində müxtəlif bizneslə məşğul olan, əslən azərbaycanlı iş adamlarının şəhərdən sıxışdırılıb çıxarılamsı ilə yanaşı onların biznes sahələrin də zəbt edib. İqbal Mahmudova isə bu işdə yerli güc strukturlarının böyük dəstəyi olub. Xüsusilə də Donetskidə hamının tanıdığı polis polkovniki Mamed adlı şəxsin adı mərhum İqbal Mahmudovla bir sırada keçir. Mərhum Donetskidə biznes sahələrinin ələ keçirilməsi istiqamətində taktikası şərləmə, şantaj və reketlik yolu ilə nailiyyətlər əldə edib. Qısa bir zamanda İqbal Mahmudov biznes sahəsini bu yolla genişləndirərək rəqiblərini əzib.

Daha sonra Donetskidə kriminal yerli güc sturukturlarının köməkliyi ilə kifayət qədər dəstək qazanan İqbal Mahmudov bütün azərbaycanlıları özünə tabe etmək qərarına gəlir. Mərhum Donetski Azərbaycan Cəmiyyətinin sədri Etibar Qurbanovdan diaspora nümayəndələrinin bir araya toplanmasını xahiş edir. Disapora nümayəndələrinin toplantısı isə Etibar Qurbanova məxsus "Mimino" kafesində baş tutur. Bu zaman tədbirə silahlı adamları ilə təşrif buyuran İqbal Mahmudov Etibar Qurbanovdan postunu təhfil verməyi tələb edir və icmanın sənədlərin istəyir. Bu hədə dolu tələb narazılıqla qarşılansa da İqbal Mahmudovun silahlı dəstəsinin qorxusundan diaspora nümayəndələrinin üzvüləri susmağa üstünlük verirlər. Yalnız diaspora nümayəndələrinin sırasında olan yaşlı azərbaycanlılardan biri İqbal Mahmudova "Bu şəhərdə uzun illərdir əziyyət çəkib ad qazananlar var. Onlar qala-qala sən nə haqla bura başının dəstəsi ilə silahlı gəlib tələb irəli sürürsən" deyib. Yaşlı azərbaycanlı soydaşımızın bu sözlərini həzm edə bilməyən İqbal Mahmudov isə ona "Sənin qiymətin vur-tut 5 min dollardır" deyərək diaspora üzvünü hədələyir. Məlumatlara görə, adətən İqbal Mahmudov üçün bu cür hallar adi olub. Elə bu baxımdan da Etibar Qurbanov diaspora üzvüləri arasında qan düşməməsi deyə səhəri gün özünün postunu və Donetski Azərbaycan Cəmiyyətinin sənədlərini İqbal Mahmudova təhfil verməyə məcbur olur.

UAK-nın vilayət şöbəsinin reket rəhbəri

Reketçiliklə UAK-nın Donetsk vilayət şöbəsinin rəhbəri seçilən İqbal Mahmudov bundan sonra daha aktiv "fəaliyyətə" keçir. Mərhumun başının dəstəsi Donetskidə yerləşən bütün bazarlarda ilkin olaraq ticarətlə məşğul olan azərbaycanlı soydaşlarımıza divan tutmağa başlayırlar. İqbal Mahmudov şəhərdə ticarətlə məşğul olan azərbaycanlılara aylıq haqq qoydurur. Hər bir xırda ticarətlə məşğul olan azərbaycanlılar İqbal Mahmudava ayda 100-150 dollar pul ödəməyə məcbur edilir. Bu pulu ödəmək iqtidarında olmayan azərbaycanlılar isə təzyiqlə üzləşirlər. Deyilənə görə, 150 dollarlıq haqqı verə bilməyən azərbaycanlı ticarətçilərdən biri şəhəri gizli tərk etmək istərkən Mahmudovun adamları tərəfindən aeroportdaca yaxalanıb. Və digərlərinə dərs olması üçün “qulaq burması” verilib.

Donetskidə yay mövsümündə qarpız ticarəti ilə məşğul olan azərbaycanlı soydaşlarımız da İqbal Mahmudovun zülmünün qurbanı olublar. Əslən azərbaycanlı, Ukrayna vətəndaşı Hilal adlı soydaşımızın başına gətirilənlər bütün Donetsk azərbaycanlılarına məlumdur. Onun "Krıtı" bazarındakı olan ticarət köşkünə İqbal Mahmudovun gözü düşdüyündən həmin ticarət köşkünün qardaşı Edqar Mahmudova vermək qərarına gəlib. Buna etiraz edəndə isə Hilalın ticarət köşkü gecə ikən uçurdulub. Hazırda şəhərdə yaşayan, usağı ağır xəstə olan Hilal adlı soydaşımız İqbal Mahmudovun özbaşınalıqları ucabatından öz çörək yerini itirib.

İqbal Mahmudovun şəhərdə böyük bizneslə məşğul olan azərbaycanlı iş adamlarına qarşı xüsusi təziyiq vasitəsi də olub. Həmyerlilərimiz deyir ki, adətən işlətdiyimiz kafe, restoran yaxud dükana təftiş gəldikdə və hər hansı çatışmazlıq olduqda bilirdik ki, məsələn bunun cəriməsi “3 manatdı”. Amma İqbal sədr keçdikdən sonra təftiş edən rusa “5 manat” da təklif etdikdə yaxın durmurdu. Deyirdi ki, get bu məsələni “Tri semyorka” (İqbal Mahmudova məxsus kafein adı) razılaş.

Biznesləri iflasa uğramasın deyə azərbaycanlı biznesmenlər İqbal Mahmudova aylıq haqq ödəməyə və onun icmasının üzvü olmağa məcbur olurlarmış. Bu Donetskidə hər bir şəxsə məlumdur ki, İqbal Mahmudov şəhərdə yaşayan azərbaycanlı soydaşlarımızı məcburən diasporaya üzv yazdırırmış və sonradan isə onlardan aylıq üzvülük haqqı tələb edilirmiş. Nəzər alsaq ki, Donetskidə minlərlə azərbaycanlı soydaşımız yaşayır və hər ay yığılan pulların miqdarı 100 min dollarla ölçülə bilər.

Redaksiyamıza məlumat verən Donetskidəki soyadaşlarımız bildirirlər ki, hal hazırda şəhərdə iki Azərbaycan icması fəaliyyət göstərir. Əsil sənədli subutlu icmaya Malik Priverdiyev rəhbərlik edir. Lakin İqbal Mahmudov digər rəqibləri kimi Malik Priverdiyevi də həzm edə bilmirmiş. Deyilənlərə görə, hətta İqbal Mahmudov bu qarşıdurmada Malik Priverdiyevin xalası oğlu Arzunu ölümcül döydürüb. Amma xoşbəxtlikdən Malik Priverdiyevin xalası oğlu sağ qala bilib. İqbal Mahmudovun özbaşınalıqları bununla tükənməyib. Məlumatlarda bildirilir ki, Donetskidə "Eldarado" kafesinin sahibli Abbas və Qiyas adlı diğər biznesmen həmyerlilərimizin bahalı avtomobilləri İqbal Mahmudovun sifarişi ilə yandırılıb. Buna səbəb isə yenə də İqbal Mahmudovun şəhərdə bütün biznes sahələrini ələ keçirmək niyyəti olub.

İqbal Mahmudovla Azərbaycanın xalq artistini nə birləşdirib?

Ötən il Donetskidə Novruz bayramı günləri çərçivəsində Azərbaycanın xalq artisti Aygün Kazımovanın solo konsertini İqbal Mahmudov təşkil edib. Buna görə Aygün Kazımovaya 150 min dollar qonarar ödəyən İqbal Mahmudov xalq artisti ilə bu sahədə şərikli qazanc əldə edib. İqbal Mahmudov xalq artistinə konsert üçün ödədiyi pulların bir qismini özünə götürüb. Donetskidə təşkil olunan Novruz şənliyinin xərci isə şəhərdə sahibkarlardan və xırda ticarətlə məşğul olan azərbaycanlı soydaşlarımızdan tutulub. İqbal Mahmudova məxsus "Tri Semyorka" restoranının dəfələrlə qonağı olmuş Aygün Kazımovanın mərhumla hansı səbəbdən tez-tez görüşməsi isə məlum deyil. Məlumatlarda yalnız o bildirilir ki, "Tri Semyorka" restoranını təmir edən Qiyas adlı şəxsin əl işi Aygün Kazımovanın xoşuna gəlmədiyi üçün İqbal Mahmudov onun pulunu verməməklə Qiyasa 24 saat ərzində Donetskini tərk etməyə məcbur edib. Hətta Qiyasa şəhəri tərk etmədiyi təqdirdə mərhumun qardaşları tərəfindən qollarının sındıralacağı ilə bağlı xəbərdarlıq edilib. Şəhəri tərk etməyə məcbur olam Qiyasın hal hazırda Ukraynanın Zaporojye vilayətində özünə sığınacaq tapdığı bildirilir.

Gerçəkləşməyən deputatlıq arzusu

Donetskidəki həmyerlilərimiz sözlərinə görə, İqbal Mahmudovun 3 milyon yox, əslində 10 milyon dollar borcu olub. Mərhumun külli miqdarda burcunun yaranmasına səbəb belə izah edilir ki, İqbal Mahmudovun planları daha uzaqlara gedib. Mərhum Ukraynanın deputatı olmağa hazırlaşırmış. Bu səbəbdən də deputat seçilmək üçün İqbal Mahmudov öz şəxsi maraqlarına görə, rusların gözündə reytinq qazanmaq naminə yerlilər üşün xeyriyyəçlik tədbirləri keçirirmiş. Yəni konqres üzvlərinin pulları Mahmudovun “mesenat” imicinin formalaşmasına xidmət edirmiş.

Ona görə də mərhum Donetskidə bir çox sahibkarlardan borc pul alıbmış.

Deyilənlərə görə, İqbal Mahmudov Donetskidə türk vətəndaşı olan Əli adlı şəxsdən və daha bir neçə türk vətəndaşından küllü-miqdarda mal alaraq pullarını ödəməyib.

Həmçinin mərhumun Donetski Hava Limanında kafe işlədən, əslən Ağdaş rayonundan olan 77 yaşlı Əhməd adlı şəxsdən də 140 min dollar borc alıb qaytarmadığı da bildirilir. İqbal Mahmudovun borclu olduğu iş adamlarının siyahısının daha geniş olduğu qeyd edilir. Mərhuma 200 - 300 min dollar məbləğində iri borclar verənlər də var. Ukraynanın Simferopol və Lvov vilayətlərindən nisyə alınan küllü-miqdarda malların pulları da qaytarılmayıb.

İqbal Mahmudov qətlə yetirildikdən sonra kimsə pullarını geri ala bilməyib. Pulunu mərhumun yaxınlarından tələb edən iş adamları isə İqbal Mahmudovun qohumları tərəfindən dərhal onun qətlinin sifarişçisi olduğu ilə şantaj edilir.

Cavid Ağalarov nə səbəbdən həbs edilib?

Hal hazırda İqbal Mahmudovun qətli ilə əlaqədar 4 nəfər həbs olunub. Bunlardan əslən Bakının Nardaran qəsəbəsindən olan Zahid Əhmədov, Cavid Ağalarov, Denis Denisov və Denis Qritsaydır. Məlumatlara görə, şahidlərdən biri Kərimov Məhyəddin təqsirləndirilən Zahid Əhmədovun dostu imiş və İqbalın qətli ilə bağlı ona qarşı cinayət işi qaldırılıb. Lakin sonradan bu işə xitam verilib. O məhkəməyə bildirib ki, atəş açılması nəticəsində yaralanan biznesmeni Zahid Əhmədov, İqbalın cangüdəni, müavini Məhəmməd Əhmədov və Makeyevka şəhərindən olan bir azərbaycanlı ilə maşına qoyub, xəstəxanaya aparıblar. Orada da Mahyəddin Kərimov söz-söhbətlər eşidib ki, guya İqbal Mahmudovun qətlini 3 milyon dollar borca görə Azərbaycanda yaşayan və Ukraynada biznesə malik olan Qulam Ələkbərov adlı bir şəxs sifariş edib. Əslində Qulam Ələkbərovun adının hallanmasının arxasında qaranlıq məqəmlar dayanıb. Bildirilir ki, Mahyəddin Kərimov İqbal Mahmudovun qətli ilə bağlı məhkəmə prosesi zamanı Qulam Ələkbərovun adını belə çəkməyib. Amma mərhum İqbal Mahmudovun qardaşları Edqar və Azər Mahmudovlar, o cümlədən mərhumun Vaqif adlı kürəkəni Mahyəddin Kərimovla Qulam Ələkbərovun adının bu işdə hallandırılmasına görə, anlaşmaq istəyiblər. Hətta buna görə, Mahyəddin Kərimova müəyyən məbləğdə pul da təklif edilib. Lakin Mahyəddin Kərimov bundan imtina edib. Bundan sonra mərhumun yaxınları Qulam Ələkbərovla bağlı uydurma informasiyalar sızdırıblar. Səbəb isə mərhumun Qulam Ələkbərovdan külli miqdarda biznes qurmaq üçün borc pul almasıdır. Məhz Qulam Ələkbərovun pulları ilə İqbal Mahmudov kolbasa zavodu tikdirib, tərəvəz bazası və xeyli mağazalar şəbəkəsi açıbmış. Təbii ki, İqbal Mahmudovun milyonlarla ölçülən borcunu qaytarmamaq üçün mərhumun yaxınları Qulam Ələkbərovu hədəfə gətiriblər. Borclular mərhumun yaxınlarının qapısını kəsdirdiyinə görə, onlar bu vasitəyə əl atıblar. Donetskidən aldığımız məlumatlara görə, məhkəmədə Zahid Əhmədovla Dens Qritsay İqbal Mahmudovun qətli ilə əlaqədar törədilmiş cinayəti etiraf ediblər.

O da bildirilir ki, azərbaycanlılar arasında nüfuzu olan və ağsaqqal kimi tanınan Zahid Əhmədov İqbal Mahmudova özbaşınalıqlarına son qoyması üçün dəfələrlə xəbərdarlıq edibmiş. Hətta İqbal Mahmudovun müavinləri “Ponçik” ləqəbli Rafael və polis polkovniki Mamedlə bu mövzuda söhbətləri olub. İqbal Mahmudov isə Zahid Əhmədovun bu xəbərdarlıqlarına məhəl qoymayıb. Mərhumun Zahid Əhmədova qarşı xüsusi planı olub. Plana görə Zahid Əhmədov şərlənərək həbs edilməliymiş. Lakin bu baş tutmayıb, göründüyü kimi Əhmədov İqbalı qabaqlayıb. Əhmədovun qətli törətməsinin motivlərindən biri də İqbalın narkotik alveri ilə məşğul olması olub. Bu üzdən ruslar İqbalı “MAKmudof” (MAK- xaş-xaş deməkdir) deyə çağırırmışlar. Maraqlıdır ki, hadisə baş verdikdən sonra mərhumun avtomobilində və ofisində xeyli saxta aksiz markalar aşkarlanıb. Bununla bağlı ayrıca cinayət işi açıldığı bildirilir.

Amma qətillə bağlı həbs edilən Cavid Ağalarova gəlincə hadisə baş verən zaman onun Makeyevkada olmadığı məlum olub. Bunu məhkəmədə şahidlər də təsdiqləyiblər. Buna baxmayaraq hansısa səbəblərdən Cavid Ağalarov həbs edilib. Deyilənlərə görə, Cavid Ağalarov mərhumun yaxınlarının ona qarşı səsləndirdiyi qondarma ittihamlar əsasında saxlanılıb.

Qeyd edək ki, Donetskidən aldığımız məlumatlara görə, növbəti məhkəmə iclası may ayının 18-də baş tutacaq.

Xatırladaq ki, İqbal Mahmudov 2012-ci il mayın 9-da qətlə yetirilib. Onun öldürməsində 4 nəfər - Əhmədov Zahid Şıxəlı oğlu, Ağalarov Cavid Zakir oğlu, Qritsay Denis Oleqoviç və Denisov Denis Valentinoviç təqsirli bilinir.

Faktla bağlı Ukrayna Cinayət Məcəllənin 115 (qəsdən adam oldürmə) və 263-cü maddələri (odlu silahın qanunsuz əldə edilməsi və saxlanılması) üzrə cinayət işi başlanılıb.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Paşinyan kimlərlə ittifaq qura bilər? - AKTUAL
Bu gün, 15:42
Müharibə yenidən başlasa, nəticələri “daha sarsıdıcı və acı” olacaq - Qalibaf
Bu gün, 15:40
Lavrov Ermənistanla Ukraynanı müqayisə edib: - İrəvanı anti-Rusiya düşərgəsinə cəlb etməyə çalışırlar
Bu gün, 13:47
Özgür Özel CHP Qrup sədri seçilib
Bu gün, 13:43
Yasamalda 3 nəfərin ölümünə səbəb olan klinika rəhbərinin məhkəməsi başlayır - TƏFƏRRÜAT
Bu gün, 13:28
ADY-nin saxta reklamı: Bakı-Tiflis qatarına ilk bileti alan kimdir? - VİDEO
Bu gün, 13:19
Köhnələn istehlak səbəti: NİYƏ DƏYİŞMİR? - ARAŞDIRMA
Bu gün, 13:06
Benzinli mühərriklərin "ömrünə" nə qədər qalıb? -Avtomobil nəhənglərindən gözlənilməz geri dönüş
Bu gün, 12:59
İctimai nəqliyyatda yeni dövr: 90 dəqiqəlik bilet nədir? - AKTUAL
Bu gün, 12:46
Qorxu və "kapitalizm imperiyası” - Hantavirus xəbərlərinin anatomiyası
Bu gün, 12:45
AYNA və Gömrük Komitəsi sürücüləri necə incidir? - ŞOK FAKTLAR
Bu gün, 12:39
"Sənin kimisi yoxdur, ən mehriban tək sənsən!.." - Uşaq Paşinyana belə dedi
Bu gün, 12:27
"Finex Kredit" BOKT mənfəətdən zərərə keçib
Bu gün, 12:20
Müharibə başlarsa İran hansı ölkələri vuracaq? –SİYAHI
Bu gün, 12:18
Demoqrafik rəqabət: - Azərbaycan Ermənistandan necə 4 qat üstün oldu?
Bu gün, 12:12
Türkiyə Avropa birincisidir - BUNA GÖRƏ...
Bu gün, 12:05
Lənkəranskinin adamı olan polis polkovniki İŞDƏN QOVULDU - FOTO
Bu gün, 11:44
Bölgə turizmi: Bu yay da qiymətlər baha olacaq? - AKTUAL
Bu gün, 11:41
Komitə sədri onu özünə müşavir təyin etdi - BUNDAN SONRA...
Bu gün, 11:38
Moskvadan İrəvana SƏRT XƏBƏRDARLIQ – Ermənistan toqquşma meydanına ÇEVRİLƏ BİLƏR
Bu gün, 11:14
“Fəxrəddin Manafov “mama uşağı” deyil, onda əsl kişilik var, qadınla oturub-durur” - ETİRAZ
Bu gün, 11:11
Arzunu öldürən əri psixiatriya xəstəxanasına yerləşdirilməsini istəyir - TƏFƏRRÜAT
Bu gün, 11:00
“Anklavlardan imtina edə bilmərik, çünki Başkənd məsələsi var” - Paşinyan
Bu gün, 10:59
"Kamal Abdulla çox düzgün deyib, yaxşı edib deyib..." - RƏY
Bu gün, 10:54
"Azər-Türk Bank"ın səhmdarlarının yığıncağı keçiriləcək
Bu gün, 10:47
"Yaxşı bilirlər ki, Qağaları nə kimi hoqqalardan çıxıb..." - NARAZILIQ VAR...
Bu gün, 10:46
Ermənistan ordusunun məşhur polkovnikinin intim görüntüləri yayıldı - VİDEO
Bu gün, 10:23
“Kəpəz” BOKT: Vətəndaşa qarşı QULDUR DAVRANIŞI... - 10 MİN MANAT BORCA GÖRƏ...
Bu gün, 10:19
"Nova Credit" BOKT-un maliyyə göstəriciləri açıqlanıb
Bu gün, 10:07
Ermənistanda Andranik Tevanyana qarşı cinayət işi başlanılıb - TƏFƏRRÜAT
Bu gün, 10:06
"Qadını ictimai həyatdan geri çəkmək TƏHLÜKƏLİDİR..." - ETİRAZ
Bu gün, 09:57
"Su təsərrüfatına rəhbərlik edənlər səriştəsizdir, peşəkar deyillər" - ONA GÖRƏ DƏ...
Bu gün, 09:49
CHP-nin nəticələri ləğv edilən qurultayı ilə bağlı əməliyyat: - 13 nəfər saxlanılıb
Bu gün, 09:47
Erməni şərabı və konyakı Rusiya bazarından yığılır - SƏBƏB
Bu gün, 09:45
Belarusda nüvə təlimləri: - Putinin əsl məqsədi nədir?
Bu gün, 09:43
Hüseyn Məmmədova yüksək vəzifə verildi - BUNDAN SONRA...
Bu gün, 09:37
Cənubi Qafqaz uğrunda böyük OYUN – Bakının “B planı”
Bu gün, 09:36
"Sifarişi vaxtında ünvana gətirib çıxartmır" - GİLEY
Bu gün, 09:23
Həmin reyslərdə çalışan 6 əməkdaş işsiz qalıb - NARAZILIQ VAR...
Bu gün, 09:07
"Bu, Kamal müəllimin şəxsi fikridir..." - deputat
Bu gün, 07:37
Moskva caynağını çox dərinə ilişdirib – Ermənistanda bütöv kəşfiyyat qrupu işləyir
Bu gün, 07:34
Bakının İrəvandakı əsas adamı kimdir? – Köçəryan “sirri” açdı
Bu gün, 07:27
Niderland Arktikanı NATO-nun çəkindirmə sisteminin bir hissəsi kimi tanıyıb - KİV
Bu gün, 07:25
Əgər universitet dünya elminə təsir etmirsə... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 03:46
1 həftədir su borusu partlayıb... - GİLEY
Bu gün, 03:29
Kamal Abdullanın fikirlərini dəstəkləyən qadınları görəndə... - MALƏSƏF...
Bu gün, 03:24
Paşinyan rəqiblərindən öndədir, AMMA... - SİYAHI
Bu gün, 03:18
"Söz azadlığı adı altında xalqı aşağılamaq..." - AKTUAL
Bu gün, 03:10
1300-cü il dünya xəritəsində Azərbaycan coğrafiyası - FOTO
Bu gün, 03:04
" Baxın, cənablar, Mirşahinin təfəkkürü hara qədər işləyir! " - REAKSİYA
Bu gün, 03:02
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru