Elman Verdiyev: В«Madam В«Fəqan XidmətВ» Nizaməddin Quliyevin oğluna məxsus deyildisə, sahibkarların pulunu niyə oğlu Ramal və icra başçısı verirdi?В»
DİA.AZ: - Məlum olduğu kimi, Goranboy rayonunda baş verən qalmaqallı həbsdən sonra icra başçısı Nizaməddin Quliyev haqqında yayılmış məlumatlara aydınlıq gətirməyə çalışıb. Lakin gətirdiyi aydınlıqlarda həbs etdirdiyi sahibkar Müqayis Verdiyev haqqında bəzi iddialar irəli sürüb.
DİA.AZ bildirir ki, əvvəlcə Nizaməddin Quliyevin fikirlərinə diqqət yetirək. İcra başçısı bildirib ki, mətbuat məlumatı yayarkən dəqiqləşdirmə aparmır və səhlənkarlıq edir. В«Bəzən isə qəsdən şüurlu şəkildə yalan, böhtan məlumatlar yayırlar. Goranboy rayonunda abadlıq, quruculuq işində onlarla tikinti təşkilatları iştirak edir. İndiyə qədər heç birindən narazılıq hallar olmayıb. Hər bir iş şəffaf şəkildə aparılır. Kimsə öz əməlinə görə məsuliyyətə cəlb olunubsa, buna icra başçısı nə etməlidir? Hər kəsin qanun qarşısında məsuliyyəti var. Dediyiniz şəxsin (Müqayis Verdiyevi nəzərdə tutur-red.) həbs olunmasının isə mənim heç bir rolum yoxdur. O adam başqaları kimi abadlıq-quruculuq prosesində iştirak edib və pulunu da alıb. İndi kimsə şantaja əl atırsa buna kimsə inanmazВ».
Oğlunun ölkədən qaçması barədə xəbərə gəlincə isə Nizaməddin Quliyev bildirib ki, bu barədə yazılanlar da böhtandır: “Mənim oğlum hal-hazırda Bakıda öz işi ilə məşğuldur. Onunla bağlı yayılan məlumat yalandır. Oğlum niyə ölkədən qaçmalıdır ki? Onun rayondakı işlərlə heç bir bağlılığı yoxdur. O, Bakıda işləyir. Bu gün “Fəqan Xidmət” adlı şirkəti oğluma bağlayırlar. Bunu bilmək üçün həmin şirkətin kimə məxsus olması barədə Vergilər Nazirliyinə sorğu versinlər. Yoxsa, araşdırma aparmadan ağlına gələni yazmaq da doğru deyil”.
Qeyd edək ki, Nizaməddin Quliyevin bu açıqlamasına cavab gecikməyib. Belə ki, həbs etdirilən sahibkar Müqayis Verdiyevin yaxını Elman Verdiyev açıqlamasında bildirib ki, icra başçısı ağ yalan danışır. В«Bu adam utanmadan mətbuatı ittiham edir. Halbuki oğlunun Mingəçevirdə törətdiyi əməllərin mətbuata çıxmaması üçün az qala bu gün ittiham etdiyi mətbuat nümayəndələrinə yalvarırdı. Hətta iyrənc təkliflər verirdi. İndi oğlunun problemləri qurtarıb deyə, mətbuatı günahlandırırВ».
В«Fəqan XidmətВ» şirkətinin sahibinin kimliyinə gəldikdə isə Elman Verdiyev deyib ki, bunu dəqiqləşdirmək elə də çətin məsələ deyil. В«Bu şirkətin kimə məxsus olduğunu ortalığa çıxarmaq lazımdır. Bildirim ki, В«Fəqan XidmətВ» icra başçısının oğlu Ramalın yaxın dostuna məxsusdur və o, hələ Mingəçevirdə işlədiyi zaman qeydiyyatdan keçirilib. Belə ki, “Fəqan-Xidmət” MMC 2009-cu ildə yaradılıb. Onun təsisçisi Məmmədov Fəyaz Məhəmməd oğlu Mingəçevir şəhərində qeydiyyatdadır və orada yaşayır. Əgər şirkətin icra başçısının oğluna məxsus olduğunu bilmək istəyirsinizsə, bunun üçün Azercell şirkətinə sorğu göndərin və o zaman həmin təsisçiyə Ramal tərəfindən nə qədər zəng edildiyini müəyyənləşdirəcəksiniz. Nizaməddin Quliyev bununla ancaq sadə oxucunu aldada bilərВ».
Həbsdə olan sahibkarın qohumu onu da deyib ki, Nizaməddin Quliyev bununla ancaq sadə oxucunu aldada bilər. Eyni zamanda, o, bu məsələ ilə bağlı digər dəlillər gətirib. В«Bir başqa yalanını sizə çatdırım. Əgər В«Fəqan XidmətВ» şirkəti Nizaməddin Quliyevin oğluna məxsus deyildisə, niyə abadlıq işlərini həyata keçirən sahbkarlara pulları həmin firmanın rəhbəri Fəyyaz Məmmədov yox, icra başçısı və oğlu verirdi?В»
Elman Verdiyev onu da bildirib ki, Müqayis Verdiyevin həbsində Nizaməddin Quliyevin əlinin olmamasına dair deyilənlər də yalandır. В«Nizaməddin Quliyev deyir ki, sahibkarın həbs edilməsinin onunla heç bir əlaqəsi yoxdur. Əgər yox idisə niyə müavini Baxış Abdullayevin vasitəsi ilə fəhlələrə zəng edərək, onları İcra Hakimiyyətinin qarşısına yığıb və pul tələb etmələri ilə bağlı aksiya təşkil etmişdi? Bununla bağlı istənilən adama fəhlələrin imzası ilə yazılmış sənəd təqdim edə bilərik. İcra başçısı daha bir yalan danışıb. O deyir ki, Müqayis Verdiyevə çatası 256 min manatın hamısı ödənilib. Əgər ödənilibsə, niyə məhkəmədə hakimin tələb etdiyi ödənilməyə dair bir sənəd belə ortaya çıxarmadınız? Varsa lap bu gün də mətbuata çıxardın. Amma bütün buna baxmayaraq, Müqayis Verdiyevi fəhlələrin əmək haqlarını ödəmədiyinə görə həbs etdirdizВ».
İş adamının qohumu sonda Nizaməddin Quliyevin mətbuatı sifarişlə işləməkdə ittiham etməsinə də münasibət bildirib. O deyib ki, icra başçısının bunu deməyə ümumiyyətlə, haqqı yoxdur. В«Yəqin, Nizaməddin Quliyev 2000 manat verib, həbs olunan sahibkar haqqında yazdığınız saytı nəzərdə tutursuzВ».









