“Ermənistana yeganə təsiri Azərbaycan edə bilir” .....                     Bir neçə şirkət “MilliKart”dakı payını “ASB Bank”a satıb .....                     ADSEA 2,7 milyon manatlıq nasos aqreqatları alır .....                     “İndi niyə şikayət edirsiniz?” .....                     Kremlin vəzifə verdiyi komissiya sədri Azərbaycanı hədəf aldı .....                     Lukaşenko və Putin nüvə qüvvələrinin təlimində videobağlantı ilə əlaqə saxlayıblar .....                     Tiflisdə Trampın adına göydələn tikiləcək .....                     Bakıda 8 il əvvəl iş adamına basqın edən şəxslə bağlı .....                     "Qiyamət günü" radiostansiyası müəmmalı sözlər yayımladı .....                     Qarabağ barədə bundan başqa iddiamız yoxdur .....                     Cəbrayıl və Ağdamda “ASAN Həyat” kompleksləri tikilir: .....                     Bakı-Tiflis qatarında biletlərin TAM QİYMƏTİ .....                     “Azərkosmos” İsraildə evləri icarəyə götürüb: 1 milyon manata .....                     Kamal Abdulla qadınlarla bağlı cavabı haqda .....                     Ramiz Mehdiyevin kürəkəni və nəvəsinin “040” sevdası .....                     SOCAR-ın Rusiyada nə qədər qazandığı məlum oldu .....                     24 yaşlı azərbaycanlı Məryəm Novruzi dünyanın ən məşhur şirkətlərindən birində yeni vəzifəyə başlayır .....                     Ukrayna ağdamlı kriminal avtoriteti niyə qəbul etmir? .....                     "Lux Residence"lə bağlı növbəti qalmaqal: 110 yaşlı evin dəyəri ödənilmir .....                     Vüsal Nəsirli onu Səftər İsmayılovun yerinə təyin etdi .....                     "Araz" supermarketlər şəbəkəsi "Best Managed Companies Azerbaijan 2026" müsabiqəsinin qalibi oldu .....                     Qonşusunu daşla vurub öldürən şəxslə bağlı qərar açıqlandı .....                     Ermənistan Avrasiya Birliyindən çıxarıla bilər .....                     Paşinyan Rusiyaya səfərdən imtina etdi .....                     Rusiya agentlərini İrəvana göndərib: .....                     Hantavirus geniş yayılsa böyük sayda ölüm halları olacaq .....                     Azərbaycanda karantin rejimi belə ləğv olunacaq .....                     Gürcüstana qatarla gedərkən 81 manatdan əlavə məcburi xərclərimiz olacaq? .....                     Mingəçevirdə ikinci qrup əlili öz işindən çıxarıb başqa şəhərə işə göndərirlər... .....                     Dünyanın ən böyük və qədim xəritəsində Azərbaycan .....                     “Alim Qasımovu “Avroviziya”ya göndərmək düzgün deyil” .....                     “Azure Residence”də BÖYÜK QALMAQAL... .....                     Şöbədə mühəndis var, seçim başqa yerdən edilir .....                     Əvvəllər ailə büdcəsi var idi, indi "sənin", "mənim" pulum .....                     Köçəryan Paşinyana qarşı “ən yaxşı” bacardığı üsulu işə salır .....                     Ermənistan-Türkiyə Komissiyasının ilk iclası keçirilib .....                     Cənubi Qafqaza qayıtmaq, yoxsa GUAM-ı dirçəltmək? .....                     AZAL hava şəraiti ilə əlaqədar Naxçıvan uçuşlarını yenidən təxirə salıb .....                     "Efirlərdə toy operatorlarıdır, gəlib ağzının içinə girir, nə gündə çəkirlər, biabırçılıqdır" .....                     Rüşvətə görə həbs edilən məmurlar kassasiya şikayəti verdi .....                 

İRANDAN YAP-ÇI DEPUTATA SƏRT CAVAB GƏLDİ
Tarix: 18-02-2013, 14:36 | Çap et
İRANDAN YAP-ÇI DEPUTATA SƏRT CAVAB GƏLDİ
DİA.AZ: - Neçə müddətdir ki, hakim Yeni Azərbaycan Partiyasının deputatı Siyavuş Novruzovla iranlı parlamentarii Mənsur Həqiqətpur arasında polemika davam etməkdədir. İlk əvvəl debata razılıq verən deputatlar sonradan bu fikirlərindən vaz keçdilər ki, indi də onların polemikalarında qarşılıqlı təhqirlər müşahidə olunur.

DİA.AZ bildirir ki, artıq daha da irəli gedən iranlı deputat regionun tarixi ilə bağlı ağlına və ağzına gələni üyüdür ki, bunun da başlıca günahkarı elə Siyavuş Novruzovdur. Hər halda, YAP-çı deputat bilməli idi ki, fars-molla rejiminin nökərinin ağzından hansısa həqiqətin pur edəcəyini gözləmək yersiz idi.

Beləliklə DİA.AZ olaraq В«AranNewsВ» portalında yer almış Mənsur Həqiqətpurun Siyavuş Novruzova növbəti həmləsini olduğu kimi diqqətinizə çatdırırıq:

В«İslam Şura Məclisinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının vitse-prezidenti doktor Həqiqətpurun Azərbaycan Respublikasının Milli Məclisinin bəzi nümayəndələri, xüsusilə də hakim partiyanın (YAP) icra katibinin müavini və bu partiyanın parlamentdə təmsilçisi Siyavuş Novruzovla qeyri-hüzuri münazirələrinin ardınca Siyavuş Novruzov özünün son cavabında debatı davam etdirməyə gücsüz olmasını etiraf etmişdir və öz qabaqkı iddialarının əksinə olaraq doktor Həqiqətpurla üz-üzə debatda iştirak edə bilməyəcəyini vurğulamaqla yanaşı İranın inqilabdan qabaqkı durumu və İranın Qarabağ münaqişəsindəki mövqeyi barədə bəzi qeyri-real mövzular danışmışdır. Bu da doktor Həqiqətpurun ona daha geniş və ətraflı cavab verməsinə səbəb olmuşdur.

“AranNews” doktor Həqiqətpurun cavabını dərc etməklə yanaşı Azərbaycan Respublikası Milli Məclisinin deputatlarının da cavablarını əks etdirməyə hazır olduğunu bildirir.

Məktubun mətni aşağıdakı kimidir:

Cənab Siyavuş Novruzov

Azərbaycan Respublikasının Parlamentinin deputatı

Salam.

Qabaqlar tez cavab verdiyiniz məktubların əksinə olaraq bu dəfə üçüncü məktubumda münazirə üçün özüm müəyyən mövzular təyin etməyimdən sonra siz tərəfdən heç bir cavab gəlmədi. Dördüncü məktubu yazdıqdan və azəri medialarının sizi tənqid etməsindən sonra cavab vermək məcburiyyətində qaldınız. Güman edirəm ki, sizin bu cavabınız əsəbinizin pik həddində olub. Çünki qabaqlar da xatırlatdığım islami ədəb və əxlaq qaydalarına riayət etməmisən. Tövsiyə edirəm, əsəbli vaxtınızda cavab verməkdən çəkinin, çünki uyğunsuzluğa düçar olursunuz. Necə olur ki, siz qabaq mənimlə hər zaman və hər yerdə münazirə etməyə hazır olduğunuzu bildirmişdiniz, amma son cavabınızda mənimlə görüşməyə mail olmadığınızdan danışmısınız. Həqiqətin üzə çıxacağından vahimələnirsiniz? Sizinlə münazirə üçün müəyyən etdiyim və bu məktubun sonunda da yenidən xatırladacağım mövzular sizi geri çəkilməyə vadar etdi?

Cənab Novruzxan! Yazdığım mövzulara cavab vermək əvəzinə məni yalançılıqda ittiham etməyini gözləməzdim. Əgər müsəlmansansa – mən müsəlman olmağına əminəm – görək öz din qardaşına yalançı töhməti vurmayasan. Bu, Badkubəli bir azərbaycanlıdan uzaqdır. Əminəm ki, mənim azərbaycanlı bacı-qardaşlarım töhmət və iftira əhli deyillər. Onlar məhəbbətli, ədəbli və mehriban insanlardır, həmişə onların yanında özümü yaxşı hiss etmişəm, əsasən də Qarabağ müharibəsində.

Novruzxan, demisiniz ki, adımı dəyişməyim yaxşdır. Niyə? Çünki həqiqəti demişəm? Amma Novruzxan, mən inanıram ki, sən adını dəyişməməlisən, üstəlik Siyavuş Novruzxanı qoruyasan. Çünki “Siyavuş” qədim dastanları bizə xatırladır və “Novruz” biz iranlıların böyük bayramıdır, siz azərbaycanlılar da bu böyük mədəniyyətin bir hissəsi hesab edilirsiniz.

Olmaya, əsəb üzündən bu dəfə gedib adını dəyişəsən! Əlbəttə, "ov"u dəyişdirə bilərsən. Onun da zəhmətini mən sənin üçün çəkmişəm və sonsuz hörmətlə sizə Novruzov əvəzinə, Novruzxan xitab edirəm.

Doğrusu, Novruzxan, "ov"u haradan gətirmisiniz? Sizin əcdadlarınız bu sonluqlardan istifadə ediblər? İstəyirsən, bu məsələni də münazirəmizin mövzuları sırasına daxil edək?

Cənab Novruzxan, mənim yalançı olmağımı sübut yetirmək üçün bir dəliliniz varmı ki, özüm və dostlarım üçün faydalı olsun? "Dədə Qorqud" kitabından danışmısız. Onun sənədi və mənşəsi barədə mütaliə etmisinizmi? Əzizim! Həqiqətdən qaçan kəslər üçün həqiqəti eşitmək acıdır. Sizin həmin terminə həssaslığınızın səbəbi bu ola bilər. Əks halda hər sağlam ağıl hökm edir ki, cənab ali ittiham əvəzinə qeyd olunmuş mövzulara cavab verərdi. Sizin görüşdən və münazirədən aşkar surətdə qaçmağınız mövzunu ağıllı insanlar üçün bəyan edir.

Cənab Novruzxan, öz keçmişiniz barədə bir az düşünməyi təklif edirəm. Siz böyük mədəniyyət və svilizasiyaya bağlısınız. Keçən iki əsrdə bu mədəniyyət və svilizasiyanı sizin əlinizdən almağa çalışdılar. Əlifba və milli təqviminizi əlinizdən aldıqları kimi sizin kimliyinizi yağmalamaq istədilər. Araşdırdıqda başa düşəcəksiniz ki, sizin əcdadlarınız mehriban, ədəbli, həqiqət axtaran və həqiqi müsəlmanlar olublar. Amma cənab-ali indi aşkara yalan danışır və töhmət vurur. Sizə nə olubdur?!

Cənab Novruzxan, öz cavabınızda demisiniz ki, Azərbaycan həmişə İslam ənənələrinə sadiq qalıb. Bu ərazinin nəcib əhalisini nəzərdə tutursunuzsa, mən sizin sözünüzü təsdiq edirəm. Amma sual budur ki, hal-hazırda Badkubədə İslamın zahirindən və onun hakim olmasından kimlər və hansı niyyətlə qorxurlar? Məcsidləri dağıdanlar kimlərdir? Məscidlərin minarəsindən azan səsinin gəlməsinə mane olmağa çalışıb, müvəffəq olmayanlar kimlərdir? Ən bariz islami prinsipləri riayət etməyənlər kimlərdir? Və ...

Cənab Novruzxan, demisiz ki, mən ölkənizdə hicab qadağasının barədəki reallığın əksinə olaraq qarışıqlıq, mübahisə yaradıram. Siz, həqiqətən də ölkənizdə yaranmış hicab hərəkatını görmürsünüz? Doğrusu, əgər sizin orta məktəblərdə hicab qadağası yoxdursa, bəs nə üçün ötən il 130 min nəfər hicabın qadağasının ləğvini tələb edərək müraciətnamə imzaladı? Orta məktəblərdə hicab qadağası yoxdursa, bəs nə üçün qadağaya etiraz edənləri həbs edirsiniz? Doktor Səmədov, hacı Abgül Süleymanov, Firdosi Məmmədrzayev, Fəraməz Abbasov, Araz İsmayılov, İlqar Musayev və sayları 160-ı ötən onlarla digər dəyərli və günahsız insanları azərbaycanlıların namusunu müdafiə etdikləri "günahı" ilə uzun müddətli həbslərə məhkum olmayıblarmı? Hacı Vaqif Abdullayev və höccətül-islam Füzuli Rövşənov Bakının nəmli zindanlarında yüksək şəhadət dərəcəsinə nail olan hicab hərəkatının məhbuslarından deyildimi? Və ...

Cənab deputat! İddia etmisiniz ki, "Azərbaycan hər zaman islam ənənələrinə sadiq qalıb. İslamın tarixi günləri Azərbaycanda həmişə yüksək səviyyədə qeyd olunub. Azərbaycan Quran hökmləri əsasında həmişə bütün dinlərə hörmətlə yanaşır. O cümlədən insanların əqidəsinə, onların düşüncəsinə hörmət bəsləyirik".

Cənab Novruzxan, nə üçün yanlışlığa düçar olmusunuz? Sizin bu iddianız Azərbaycan xalqı barəsində olsaydı, doğru iddia idi. Amma məsələ burasındadır ki, siz bu iddianı Azərbaycan dövləti və parlamenti barədə edirsiniz. İndi dünyada elə bir adam varmı ki, sizin siyasətinizin ölkənizin xalqının dini istəkləri ilə zidd olmasını bilməsin? İslami münasibətlərdən danışmısınız. Bilmirsiniz ki, Tasua və Aşura günləri şiə aləminin, hətta İslam dünyasının ən hüzünlü, İslam Peyğəmbərinin (s) mövludu İslam dünyasının ən şad günləridir və digər islami münasibətlər kimi sizin tərəfinizdən rəsmi tətil elan olunmur? Bunun əksinə olaraq, hər il yeni miladi ilinin başlanması münasibətilə “papdan da katolik” olaraq neçə gün rəsmi tətil edirsiniz?

Cənab deputat! İnsanların əqidə və düşüncəsinə hörmət bəsləməyinizdən danışmısınız. Sizin kiçik ölkənizdə yüzlərlə insan öz əqidəsini açıqladığına görə zindana atılmayıbmı? Azərbaycanlı müsəlman qadınlar şəxsiyyət vəsiqəsi və digər rəsmi sənəd almaq üçün başlarını açmağa və ya parikdən istifadə etməyə məcbur deyillərmi? Qarabağ şəhidlərinin anaları sizin ölkənizdə küçələri süpürməyə məcbur olmaları, sizin nəzərinizcə insanlara hörmətdirmi?

İslam görüntülü olduqları üçün Nardaran və digər bölgələrin əhalisinin qazını və suyunu kəsməklə onları sıxıntıda saxlamağınız insan kəramətinə riayət etməyinizdirmi? Çoxu ermənilərdən ibarət olan minlərlə homoseksualı ölkənizə dəvət etməyiniz insanların kəramətinə riayət etməkdirmi? Burada doğru deyirsiniz; siz homoseksualların hüquqlarına xüsusi diqqət edirsiniz.Hətta, onların rahat olmaları üçün park düzəltdiniz. Bəli, siz doğru deyirsiniz; insaların əqidə və düşüncələrinə hörmət edirsiniz, ancaq sionistlər tərəfindən sizə sifariş olan şəxslərin. Qalanları ilə insancasına rəftar etmirsiniz. İslam, hətta, qərb insan hüquqları dairələrinin Azərbaycan Respublikasında insan hüquqlarının pozulması barədəki bildirişləri bunu təsdiq edir.

Cənab Novruzxan, dinlərə hörmətdən danışmısınız. Bu gözəl sözdür, amma siz əməldə heç bir dinə hörmət qoymursunuz. Siz 95 faiz əhalinin dininə hörmətsizlik etdiyiniz, azanın televiziya və radiodan səslənməsinə icazə vermədiyiniz halda başqa dinlərə necə hörmət edirsiniz. Siz təkcə sionistlərə hörmətlə yanaşırsınız və sionizmin də din olmamasını, yəhudiyyət adı altında öz iqtisadi və qeyri-insani maraqlarını güdən bir qrup olmasını yaxşı bilirsiniz.

Cənab Novruzxan, Quranın adını çəkmisiniz. Sevinirəm ki, heç olmasa müsəlmanların səmavi kitabının adını bilirsiniz. Quran əsasında həmsöhbət olmağımıza hazırsanmı? Qiraət, tərcümə və təfsir xüsusunda söhbət etməyimizə hazırsanmı? Quranda neçə surə, neçə ayə olmasını bilirsənmi? Heç Quran oxuya bilirsənmi? Siz illərdir ki, Quran əlifbasını itirmisiniz, onun əvəzində kiril və latın əlifbasını almısınız. Bunun səbəbi barədə düşünmüsünüz yaxud təkcə iftira atmağa və töhmət vurmağa öyrəşmisiniz?

Cənab Novruzxan, mən sizinlə dostluq əsasında danışıram, düşmənçilik yox. Sizə bir nüsxə Quran göndərməyə hazıram, bəlkə ondan istifadə etməklə müxtəlif mövzularda ortaq anlaşmaya çataq. Əlbəttə, bilirsiniz ki, Quran Allahın kitabıdır və pak olmayanlar ona əl vura bilməzlər. Gərək dəstəmazınız olsun və ... İstəsəniz, mübin İslam dininin hökmləri barədə bir görüş keçirək, müzakirə edək.

Cənab Novruzxan, öz cavabında böyük səhvə mürtəkib olub, İranın tarix yaradan xalqını təhqir etmisən və iddia etmisən ki, İran İslam İnqilabından qabaq İranda fəsad mərkəzlərinin sayı mədrəsələrdən çox olubdur. Bu dəfə də yanlışlıq taktikasından istifadə edib pəhləvi rejiminin anti-İslam siyasətlərini İran xalqına nisbət vermək istəmisən. Bu da sizin İranın durumundan məlumatsız olmağınızı göstərir.

İranlılar tarix boyu həmişə əxlaqlı insanlar olublar. İslamın zühurundan sonra da ürəkdən və can-başla bu səmavi dini qəbul ediblər, onun genişlənməsi yolunda heç nələrini əsirgəməyiblər. Bu mənim iddiam yox, həqiqətdir. Hətta, Vill Durant özünün “Svilizasiyanın tarixi” kitabında bu mövzunu təsdiqləyir və vurğulayır ki, əgər hicab və geyimin mənşəsini axtarsaq gərək qədim iranlılara üz tutaq. Bilirsiniz ki, Vill Durantın sözündəki qədim iranlılar xitabı Azərbaycan Respublikasının xalqına da şamil olur.

Cənab Novruzxan, mütləq bilirsiniz ki, İranın aero kosmik, nüvə, nano, biotexnologiya, tibb və s. kimi müxtəlif elm sahələrində inkişafı regional sərhədləri aşmışdır və İran bir çox elmlərdə dünyanın birinci ölkələri sırasındadır. Ona görə də yaxşı olar ki, siz İranın dünəni barədə narahat olmayasınız. İranın bu gününə baxın. İran xalqı İslam İnqilabı sayəsində pəhləvi rejiminin anti-İslam siyasətlərini dəf etmiş, Qərbi Asiyada və Şimali Afrikada islami oyanışı başlamışdır. Təbiidir ki, bu əzəmətli inqilab bədxahların hərbi, mədəni, iqtisadi və s. hücumlarına məruz qalır və buna da güclü İran xalqının, əsasən də İranın qeyrətli azərilərinin vasitəsilə bir neçə gün bundan öncə milyonluq 22 Bəhməndə yürüşündə sərt cavab verildi.

Cənab Novruzxan, cavabınızın son hissəsində Qarabağ məsələsinə toxunmusunuz və İranı Azərbaycanla müxalif olan 3 ölkədən biri adlandıraraq demisiniz: “Bu gün Ermənistana ən çox dəstək verən, həm maddi, həm mənəvi yardım göstərən ölkə İrandır. Azərbaycanın işğal olunan ərazilərində bütün evləri söküb talayan məhz İran vətəndaşları oldu. Onlar azərbaycanlıların evlərini, yurdlarını darmadağın elədilər. Həqiqətpur bilsin ki, biz Qarabağı azad edəcəyik”.

Cavabınızın bu hissəsi sizin İran barədə məlumatsızlığınızın ədavətlə yanaşı olmasını mənim təsəvvürümdə bir daha təsdiqlədi. Yaxşı olardı ki, öz böyüklərinizlə məşvərət edin, sonra danışın. Sizin böyüklərinizin İranın Azərbaycan dövlətinə və xalqına hərtərəfli köməklərinin həddindən mütləq xəbərləri vardır.

Qarabağ barədə geniş materiallarım vardır ki, üz-üzə görüşdə yaxud sonrakı məktublarımda sənəd, video-çarx və fotoşəkillər əsasında onlardan söhbət açacağam. O məktublarda Qarabağa xəyanət edənlərin və Qarabağı satanların kimlər olmasını açıb deyəcəyəm.

Cənab Novruzxan, Qarabağ müharibəsində iştirak etmisən? Özün və ailə üzvlərindən hansınız, hansı əməliyyatlarda iştirak edib ki, İrana belə ittiham vurusan? Bu mövzuda üzbəüz söhbət etməyə hazırsan? Hər halda əminəm ki, əgər özün mübarizə adamı olsaydın, Qarabağ səhnəsinin həqiqətlərini görsəydin, yaxud ən azından Qarabağ döyüşçülərinin söhbətlərini dinləsəydin ağzını bağlayardın və İran xalqına qarşı belə töhmətlər atmağa mürtəkib olmazdın.

İran azərilərinə Qarabağ azərilərinin evini talamaq töhməti vurduğun sözün aqibətinin nə ilə nəticələnə biləcəyini başa düşürsənmi? Bilirsənmi, insaf və insanlığın əksinə olan bu yalan iddia Qarabağ barədə indiyə qədər deyilməyənlərin üstünün açılmasına müqəddimə ola bilər? Və o vaxt gərək sən Parlamentdə iştirakının xeyrindən keçib, tənhalığı seçəsən?

Hər halda, doğrusu demədin, Parlamentdə Qarabağ mövzusunda hansı plan və layihələriniz olub? Və əziz Qarabağın azad olunması üçün hansı strategiyanız var?

Cənab Novruzxan, sonda münazirə üçün qabaq təklif etdiyim mövzuları eynilə yenidən sizə və Badkubə Parlamentinin deputatlarına xatırladıram ki, bəlkə yazışma ilə İran və Azərbaycan xalqlarının münasibətlərinin daha artıq möhkəmlənməsi üçün zəminə yarandı.



- İslamın bu məntəqəyə gəlməsindən qabaq və sonra ta Gülüstan və Türkmənçay müqavilələrinin bağlanmasına qədər Arazın şimal və cənub sakinlərinin mədəni, ictimai, dini bağlılıqlarının araşdırılması.

- Həmin dövrlərdən vəzifəyə təyin edilmə, vəzifədən azad edilmə, Qafqaz məntəqəsinin yerli məsullarından maliyyət almaya aid qalmış sənədlərin araşdırılması.

- Gülüstan və Türkmənçay müqavilələrinin zəminələri, dəlilləri, məzmunu və nəticələrinin araşıdırılması.

- Arazın şimal və cənubunda coğrafi məkanların adının sənədlərdə, tarixi xəritələr, səfərnamələr, "Möcəmül-büldan", "Asarul-bilad və əxbarul ibad", "Hududul-aləm minəl-məşriq iləl-məğrib", "Nəzhətul-qulub" kimi tarixi və coğrafi kitablarda araşdırılması.

- Rusiya Ensiklopediyası və ustad Bartolidin əsərləri kimi rus dairələrinin və şəxsiyyətlərinin əsərlərinin mövzu üzrə araşdırılması.

- Arazın şimalında yaşamış Nizami Gəncəvi və s. kimi şəxsiyyətlərin əsərlərinin mövzu üzrə araşdırılması.

- Gülüstan və Türkmənçay müqavilələrinin bağlanmasından qabaq və sonra şiə alimlərinin elmi əsərləri və ictimai davranışlarının araşdırılması.

- Azərbaycan Respublikasının "Ata Yurdu" kimi dərslik kitablarının araşdırılması və onun Arazın şimalında yaşamış keçmiş və müasir alimlərin mötəbər kitabları, o cümlədən Gülüstan müqaviləsinin şahidi olmuş Mirzə Abbasqulu Qüdsinin (Abbasqulu Ağa Bakıxanov) "Gülüstani-irəm", Mirzə Zeynəlabidin Şirvaninin "Riyazüs-səyahə", professor İqrar Əliyevin "Atropatların tarixi" və s. kitabları ilə uyğunlaşdırılması.

- 1918-ci ildə Azərbaycan Respublikasının bünövrəsini qoymuş Məhəmməd Əmin Rəsulzadənin "Azərbaycan Respublikası, onun necə formalaşması və hazırkı durumu" əsəri, həmçinin, İranlı şəxsiyyətlərə yazdığı məktublarının araşdırılması.

- Məntəqədəki memarlıq üslub və yazıları, İran və Qafqazdakı mövcud memarlıq əsərlərinin uyğunluğunun səbəblərinin öyrənilməsi.

- Qafqazın tarixi əlifbası və təqvimi və onda əsaslı dəyişikliklərin edilməsinin səbəblərinin araşdırılması.

- Azərbaycanın 1918-ci ildə ilk dövlətçiliyinin necə formalaşması, müxtəlif ölkə və şəxslərin burada rolu, qonşu ölkələrin əhalisinin münasibəti və s. mövzuların araşdırılması.

Əlbəttə, üçüncü məktubumda qeyd etdiyim kimi bu mövzuları təklif edirəm və bunlardan əlavə mədəni, ictimai, dini, söz azadlığı, müxtəlif etnik tayfaların vəziyyəti, Qarabağ qaçqınlarının vəziyyəti, siyasi münasibətlərin artırılmasında əməkdaşlıq, dini azadlığın durumu, dini tolerantlıq və digər mövzularda da müzakirələr aparmaq mümkündür.

Cənab Novruzxan, sizin cavabınızı və elmi təkliflərinizi gözləyirəm. çalışın bu dəfə əsəbilikdən uzaq olun, islami və insani ədəb və əxlaq qaydalarına riayət edin. Çünki ən əsas insanlıq sərmayəsi və insanın digər məxluqlardan üstünlük səbəbi həmin ağıl və insani ədəbidir.

Qarabağın azad olunması və Azərbaycan Respublikası xalqının qələbəsi arzusu ilə

Mənsur Həqiqətpur, İslam Şura Məclisinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının vitse-prezidentiВ»










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Ermənistana yeganə təsiri Azərbaycan edə bilir” - Ovannsiyan
Bu gün, 17:35
Bir neçə şirkət “MilliKart”dakı payını “ASB Bank”a satıb
Bu gün, 17:31
ADSEA 2,7 milyon manatlıq nasos aqreqatları alır
Bu gün, 17:23
“İndi niyə şikayət edirsiniz?” - “Avroviziya” təmsilçisi ittihamlara cavab verdi
Bu gün, 17:11
Kremlin vəzifə verdiyi komissiya sədri Azərbaycanı hədəf aldı - DETALLAR
Bu gün, 17:03
Lukaşenko və Putin nüvə qüvvələrinin təlimində videobağlantı ilə əlaqə saxlayıblar
Bu gün, 17:01
Tiflisdə Trampın adına göydələn tikiləcək - Qafqazın ən böyüyü olacaq
Bu gün, 16:51
Bakıda 8 il əvvəl iş adamına basqın edən şəxslə bağlı QƏRAR
Bu gün, 16:42
"Qiyamət günü" radiostansiyası müəmmalı sözlər yayımladı - "UVB-76 loqi"
Bu gün, 16:38
Qarabağ barədə bundan başqa iddiamız yoxdur - Köçəryan
Bu gün, 16:28
Cəbrayıl və Ağdamda “ASAN Həyat” kompleksləri tikilir: - Layihələndirməyə ₼1 milyon ayrıldı
Bu gün, 16:23
Bakı-Tiflis qatarında biletlərin TAM QİYMƏTİ AÇIQLANDI
Bu gün, 16:14
“Azərkosmos” İsraildə evləri icarəyə götürüb: 1 milyon manata - TƏFƏRRÜAT
Bu gün, 16:08
Kamal Abdulla qadınlarla bağlı cavabı haqda - Açıqlama yaydı
Bu gün, 16:07
Ramiz Mehdiyevin kürəkəni və nəvəsinin “040” sevdası - FOTOLAR
Bu gün, 16:04
SOCAR-ın Rusiyada nə qədər qazandığı məlum oldu - DETALLAR
Bu gün, 15:43
24 yaşlı azərbaycanlı Məryəm Novruzi dünyanın ən məşhur şirkətlərindən birində yeni vəzifəyə başlayır
Bu gün, 15:36
Ukrayna ağdamlı kriminal avtoriteti niyə qəbul etmir? - TƏFƏRRÜAT
Bu gün, 15:34
"Lux Residence"lə bağlı növbəti qalmaqal: 110 yaşlı evin dəyəri ödənilmir - FOTO
Bu gün, 15:28
Vüsal Nəsirli onu Səftər İsmayılovun yerinə təyin etdi - BUNDAN SONRA...
Bu gün, 15:17
"Araz" supermarketlər şəbəkəsi "Best Managed Companies Azerbaijan 2026" müsabiqəsinin qalibi oldu - FOTO
Bu gün, 15:15
Qonşusunu daşla vurub öldürən şəxslə bağlı qərar açıqlandı - TƏFƏRRÜAT
Bu gün, 15:12
Ermənistan Avrasiya Birliyindən çıxarıla bilər - AÇIQLAMA
Bu gün, 14:55
Paşinyan Rusiyaya səfərdən imtina etdi - KİV
Bu gün, 14:49
Rusiya agentlərini İrəvana göndərib: - Seçkiqabağı qalmaqal
Bu gün, 14:47
Hantavirus geniş yayılsa böyük sayda ölüm halları olacaq - Professordan XƏBƏRDARLIQ
Bu gün, 14:43
Azərbaycanda karantin rejimi belə ləğv olunacaq - DETALLAR
Bu gün, 14:31
Gürcüstana qatarla gedərkən 81 manatdan əlavə məcburi xərclərimiz olacaq? - AÇIQLAMA
Bu gün, 14:29
Mingəçevirdə ikinci qrup əlili öz işindən çıxarıb başqa şəhərə işə göndərirlər... - BU NƏDİ BELƏ?
Bu gün, 14:16
Dünyanın ən böyük və qədim xəritəsində Azərbaycan - FOTO
Bu gün, 14:04
“Alim Qasımovu “Avroviziya”ya göndərmək düzgün deyil” – Faiq Sücəddinovdan sərt mesaj
Bu gün, 14:00
“Azure Residence”də BÖYÜK QALMAQAL... - İLGİNC FAKTLAR...
Bu gün, 13:58
Şöbədə mühəndis var, seçim başqa yerdən edilir — kadr siyasəti, yoxsa formal seçim?!
Bu gün, 13:48
Əvvəllər ailə büdcəsi var idi, indi "sənin", "mənim" pulum - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 13:01
Köçəryan Paşinyana qarşı “ən yaxşı” bacardığı üsulu işə salır - Görünəni odur ki...
Bu gün, 12:57
Ermənistan-Türkiyə Komissiyasının ilk iclası keçirilib
Bu gün, 12:55
Cənubi Qafqaza qayıtmaq, yoxsa GUAM-ı dirçəltmək? - AKTUAL
Bu gün, 12:36
AZAL hava şəraiti ilə əlaqədar Naxçıvan uçuşlarını yenidən təxirə salıb - DİQQƏT
Bu gün, 12:33
"Efirlərdə toy operatorlarıdır, gəlib ağzının içinə girir, nə gündə çəkirlər, biabırçılıqdır"
Bu gün, 12:10
Rüşvətə görə həbs edilən məmurlar kassasiya şikayəti verdi
Bu gün, 12:08
DGK 190 min manata itlər üçün yem, xalta və yemək qabı alır
Bu gün, 12:05
Moskva-İrəvan qarşıdurması böyüyür - Mirzoyan Şoyquya cavab verdi
Bu gün, 12:03
Rusiya Paşinyanla bağlı iddianı təkzib etdi - KİV
Bu gün, 11:55
Azərbaycan şəhərsalma sahəsində beynəlxalq əməkdaşlığı genişləndirir - MƏQALƏ
Bu gün, 11:49
"Meqa Sığorta”nın xalis mənfəəti kəskin azalıb
Bu gün, 11:46
MİDA-nın Saraydakı 88 milyon manatlıq tenderlərini kimlər udub? – ŞİRKƏTLƏR, MƏBLƏĞLƏR
Bu gün, 11:45
Tanınmış şair nazirdən nə xahiş edib? - “Xeyli müzakirə aparmışıq”
Bu gün, 11:40
Plastik qabların satışına QADAĞA GƏLİR?
Bu gün, 11:38
Fərid Məmmədova qarşı BÖYÜK YEYİNTİ İTTİHAMI - TƏFƏRRÜAT
Bu gün, 11:36
“Sən bizə sağ lazımsan, Paşinyan...” -İrəvan qarışır
Bu gün, 11:34
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru