16 ildir Qəbələni... BAŞ(ÇI)SIZ QOYUB... .....                     Qalmaqallı sabiq məmur məhkəmə qarşısına çıxır .....                     Paşinyanın partiyasında vəzifə bölgüsü başladı: Spiker “Türkiyənin adamı” olacaq? .....                     Hafiz Paşayevdən nazirə: .....                     Bakıya gələcək amerikalı səfirlə bağlı İLGİNC detal .....                     Media niyə süni intellektə üz tutur? .....                     "BakıKart"ın satış qiyməti .....                     Naxçıvan təhsilində ŞIDIRĞI ALVER GEDİR... .....                     Ukrayna Penzada hərbi müəssisəyə dron zərbəsi endirib, güclü yanğın baş verib .....                     Gəncə Dövlət Universitetində NƏ İŞLƏR ÇEVRİLİR?.. .....                     Abşeronda 38 yaşlı bacısı qızını öldürən şəxsin işi .....                     Dəniz və Liman Agentliyinin tenderi ləğv edilib .....                     Kremlin İrəvana sərt ultimatumu .....                     Paşinyandan komandasını heyrətə gətirən həmlə .....                     ABŞ-nin Qafqazda “səfirsiz diplomatiya”sı .....                     “TikTok”da saxta qadın profili açıb kişiləri şantaj etdi, aldığı pulları mərc oyunlarında uduzdu .....                     Rusiya Ermənistanın uzaqlaşmaq istədiyi platformaya yeni üzvlər cəlb etməkdə maraqlıdır .....                     Bu gündən Azərbaycanda qadınların pensiya yaşı artırılıb .....                     Mingəçevirdə YENİ İXTİSAR DALĞASI başlayır .....                     "Əl çəkin, mən müsəlman deyiləm!.." .....                     Bakcell ilə Bakıda unudulmaz UFC həyəcanı yaşandı .....                     Şəkidə QOÇULUQ edən məmur kimdir? .....                     100 minlik evlərin 50 manatlıq sığortası: Niyə ödənilmir? .....                     "Ağacdan düşmək istəyəndə gördüm ki, qonşu aşağıda məni gözləyir..." .....                     “Azərbaycanda “Rus evi”nin açılması dövlətimizin mənafelərinə ziddir... .....                     Ukraynada 77 yaşlı azərbaycanlı Rusiya ordusunun dron zərbəsindən ölüb .....                     Ankaraya qisas zərbəsi, Bakı üçün distansiya zamanı .....                     Bakı qərar gözləyirdi, Paşinyan təxirə saldı .....                     Xaçmaz təhsilində OYUNBAZLIQ... .....                     Bəlkə bu postlar LƏĞV OLUNSUN... .....                     200 minə yaxın Qırğız rusların qara siyahısında... .....                     "Bir həftədir süründürürlər məni..." .....                     Günün fotosu... .....                     Faiq Ələkbərliyə xatirə döş nişanı verilib .....                     "Heç vaxt ola bilməz ki, vəzifəli şəxslərin balaları.." .....                     AFFA rəhbərliyi şarlatanlıqla məşğuldur... .....                     Müştəri məmnuniyyəti anlayışı SIFIR! .....                     Saleh Məmmədov hələ də həbs olunmayıbsa... .....                     Deputatın şirkəti vətəndaşı çətin duruma salıb .....                     Burda müştərini rəsmən QARƏT EDİRLƏR .....                 

FHN ŞEFİNİN ŞİRKƏTİ FIRILDAQÇI ÇIXDI
Tarix: 18-11-2011, 13:59 | Çap et
FHN ŞEFİNİN ŞİRKƏTİ FIRILDAQÇI ÇIXDI

"JALƏ"DƏN YALANÇI HƏDİYYƏLƏR YAĞIŞI

DİA.AZ: - "Gilan Holdinq"ə daxil olan Qəbələ konserv zavodu meyvə şirələrinin satışının stimullaşdırılmasına yönəldilən "Hədiyyə yağışı" adlı ani lotereya kampaniyasının keçirilməsinə başlayıb. Rəsmən bu kampaniyanın zavodun fəaliyyətə başlamasının 5 illiyinə həsr edildiyi bildirilsə də, bu bahalı aksiyaya əsas səbəb kimi bazara "arxası" heç də azçəkili olmayan digər şirənin - "Vita1000" daxil olmasını önə çəkənlər də var. Satıcılar deyir ki, kampaniya başlanandan "Vita1000" şirələrinin bazarı zəifləyib. Amma bu, təhqiqatımızın başlıca mövzusu deyil. Diqqətinizi kampaniyada istehlakçıların aldadılması faktlarına yönəltmək istəyirik.

Ani lotereyanın bazara nəzarət etməli olan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi ilə oktyabr ayının 18-də razılaşdırılmış şərtlərinə əsasən, 1 ədəd 1 litrlik "Jalə", "Zolotoy sad" və "Natura" şirələrindən birini alan şəxsi 50 000-dən çox uduşlardan biri gözləyir. Bunun üçün qutuya yapışdırılan uduş kartını silmək tələb olunur. Müraciət etdiyimiz mağazalarda isə satıcılar bildirdilər ki, onlara "hələ kartlar təqdim edilməyib", ya da "verilən kartlar qurtarıb". Yəni, kampaniya ən qaynar dövrə qədəm qoysa da, istehlakçıların bir çoxu hələ də söz verilən kartların rəngini belə bilmir.

Yuxarıda qeyd etdiyimiz kimi, uduşa 50 mindən çox hədiyyənin qoyulduğu bildirilir. Bunu Turan-ın müxbiri ilə söhbətində "Gilan Qəbələ konserv zavodu" MMC-nin ictimaiyyətlə əlaqələr üzrə meneceri Tamilla Abdullayeva da təsdiq etdi. Onun sözlərinə görə, kampaniyaya qatılan bütün ticarət məntəqələrinə uduşları özündə əks etdirən posterlər paylanılıb. Həqiqətdə isə həmin reklam vərəqəsində 5 KİA Sportage avtomobilindən və müxtəlif məişət texnikası fonunda "50 000-dən çox hədiyyə" sözlərindən başqa bir şey yoxdur. Maraqlıdır ki, uduşlar arasında olmasa da, posterdə elektrik ətçəkən maşın da əks etfirilib.

Şərtlərdə deyilir ki, uduş fondu aşağıdakılardan ibarətdir:

Fen - 2 000 ədəd, elektrik çaynik - 2 500 ədəd, mikrodalğalı soba - 520 ədəd, ütü - 6 500 ədəd, əl tozsoranı - 600 ədəd, elektrik tərəzi (şüşə) - 1 000 ədəd, "Acer" noutbuku - 150 ədəd, Blackberry 8520 smartfonu - 200 ədəd, Nokia-1616 - 2 000 ədəd, Sharp 32 LCD televizoru - 200 ədəd, Kia Sportage avtomobili - 5 ədəd, eləcə də 1 litrlik "Jalə" şirəsi. - 50 000 ədəd, 200 ml-lik "Jalə" şirəsi - 100 000 ədəd, 250 ml-lik "Zolotoy Sad" şirəsi - 100 000 ədəd, fincan - 98 400 ədəd.

"Gilan"ın sözçüsü deyir ki, uduşa qoyulan əşyalar içkilər nəzərə alınmadan 50 000 ədəddən çoxdur. Amma sadə toplama əməli göstərir ki, bu, saxtakarlıqdan başqa bir şey deyil. Uduşa çıxarılan (bunun həqiqətən də uduşa qoyulduğu isə təşkilatçıların vicdanınadır) əşyaların toplam sayı 15 675 ədəddir.

Qeyd edək ki, stimullaşdırıcı lotereyanın şərtləri zavodun rəsmi elektron səhifəsində yalnız noyabrın 15-də, yəni Turan İA bu kampaniya barədə müraciət etdikdən sonra açıqlandı. Şərtlər açılanandan sonra daha maraqlı məqamlar üzə çıxdı. Sənəddə deyilir ki, "uduş fondu təşkilatçı tərəfindən lotereya oynanılmamışdan öncə formalaşdırılır". Elektron KİV-lərdə yayılan reklam çarxlarında isə deyilir ki, uduşlar sırasında Dubaya 2 nəfərlik səyahət də oylanılır. Tamilla Abdullayeva deyir ki, belə uduşu olan kuponların sayı 5-dir. İndi gəl inan, belədir, yoxsa bu da bir reklam hiyləsidir.

Lotereya oyunu konkret müddətə, yəni bu ilin noyabr ayının 1-dən 2012-ci ilin aprel ayının 1-dək olan dövrə bağlı olduğundan, buraxılmalı olan ani lotereya biletlərinin sayı Şərtlərdə mütləq əks etdirilməli idi. Lakin sənəddə bu barədə bir şey deyilmir. Məsələ ilə bağlı şirkətə müraciət etdikdə isə reaksiya qısqanc oldu: "Bu, sizin nəyinizə lazımdır?". Ciddi cəhdlərimizin qarşılığında zavodun Bakı ofisinə dəvət olunduq.

PR-menecer Tamilla Abdullayeva buraxılacaq kuponların sayının sirr olmadığını, yəni 15 000 000 ədəd sifariş verildiyini bildirdi. Onun sözlərinə görə, hər kuponun çap edilməsi şirkətə 0,05 ABŞ dollarına başa gələcək. Yəni təkcə biletlərin çapı 600 000 manata başa gəlir. Uduşa çıxarılan əşyaların toplam dəyəri, içkilər və fincanlar xaric, 2 milyon manat təşkil edir. Təqribi hesablamaya görə, içki və fincanlar üçün şirkət daha 190 000 manat xərc çəkəcək. Biz hələ reklam xərclərini demirik... İndi gəlin məsələnin başqa tərəfinə baxaq. "Gilan"ın 1 litrlik brendləri pərakəndə ticarətdə 1 manata təklif olunur. Şirkət kampaniya dövründə 15 milyon qutu içki satmağı nəzərdə tutur. Hər halda buraxılan kuponların sayı belə düşünməyə əsas verir. Bir aya böldükdə, şirkət təkcə litrlik qablaşdırmada 3 mln. litr içki satacaq. Zavod istehsal həcmi barədə məlumatı konfidensial olduğuna görə açıqlamadığı üçün özümüz belə bir hesablama aparsaq, görərik ki, bu hesabla şirkət ildə yalnlz 1 litrlik qablaşdırmada 36 min ton məhsul istehsal edir. Lakin belədirsə, o zaman aşkar olur ki, şirkət, yumşaq desək, statistika qarşısında səmimi deyil. Belə ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, 2010-cu ildə Azərbaycanda meyvə şirələri, nektarı və qarışığı adı ilə 21 145 ton məhsul istehsal edilib. DSK-da bunun nə qədərinin "Gilan"ın payına düşdüyünü qanunla məhdudlaşdırılan məlumat olduğu üçün açıqlamırlar. Digər iri istehsalçıları ("BalaCans" MMC, "Miri Qrand" MMC, "Gəmiqaya" "AzNar" QSC və s.) da nəzərə alsaq, "Gilan"ın Qəbələdəki zavodu təxminən bunun yarısını, yəni orta hesabla 10 min tonunu verir. Qalan içkiləri hara yazırlar, deməkdə çətinlik çəkirik. Maraqlıdır ki, Dövlət Gömrük Komitəsi 2010-cu ildə 18,7 min ton, yəni istehsalın 90 faizinin ixrac edildiyini bildirir. Həmin dövrdə ölkəyə təxminən 10 min ton meyvə şirəsi gətirilib.

Yəni il ərzində ölkədə orta hesabla 13 min ton şirə istehlak olunur. Daha anlaşıqlı olsun deyə, bunu litrə çevirək. O zaman məlum olur ki, ildə Azərbaycanda adambaşına 1,44 l şirə istehlak olunur. Müqayisə üçün deyək ki, Almaniyada istehlak 44 l/nəfər, ABŞ-da - 30 l/n, Fransada - 25 l/n, Rusiyada - 15 l/n, Qazaxıstanda - 13 l/n, Ukraynada - 11 l/n, Belarusda - 10 l/n, Ermənistanda 9 l/n təşkil edir. Beləliklə, şirə bazarında qeyri-leqal bazar bəyan ediləndən ən azı 8-10 dəfə yuxarıdır.

Hələlik "Jalə"nin bazarı yaxşı gedir. Şirkətdə deyirlər ki, kampaniya başlanandan satışlar 20% artıb. "Biz baxacağıq: işlər düşünüldüyündən də yaxşı getsə, buraxılan kuponların sayı 20 milyona çatdırılacaq". Bunu T. Abdulayeva deyir.

"Gilan Qəbələ konserv zavodu" MMC-nin ani lotereya kampaniyası barədə Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinə ünvanladığımız informasiya sorğusuna isə birbaşa cavab verməyəərk, zavoda meraciət etməyi məsləhət biliblər.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
16 ildir Qəbələni... BAŞ(ÇI)SIZ QOYUB... - NARAZILIQ VAR...
Bu gün, 11:39
Qalmaqallı sabiq məmur məhkəmə qarşısına çıxır - TƏFƏRRÜAT
Bu gün, 11:17
Paşinyanın partiyasında vəzifə bölgüsü başladı: Spiker “Türkiyənin adamı” olacaq? - “Hraparak”
Bu gün, 11:14
Hafiz Paşayevdən nazirə: -HƏRDƏN BAŞA DÜŞMÜRƏM NƏ DEYİRSİNİZ /VİDEO
Bu gün, 11:05
Bakıya gələcək amerikalı səfirlə bağlı İLGİNC detal - ŞƏRH
Bu gün, 11:01
Media niyə süni intellektə üz tutur? - AKTUAL
Bu gün, 10:59
"BakıKart"ın satış qiyməti ARTDI
Bu gün, 10:53
Naxçıvan təhsilində ŞIDIRĞI ALVER GEDİR... - BU NƏDİ BELƏ?
Bu gün, 10:47
Ukrayna Penzada hərbi müəssisəyə dron zərbəsi endirib, güclü yanğın baş verib - “UNIAN“
Bu gün, 10:40
Gəncə Dövlət Universitetində NƏ İŞLƏR ÇEVRİLİR?.. - İTTİHAM VAR...
Bu gün, 10:31
Abşeronda 38 yaşlı bacısı qızını öldürən şəxsin işi ALİ MƏHKƏMƏDƏ
Bu gün, 10:25
Dəniz və Liman Agentliyinin tenderi ləğv edilib - SƏBƏB
Bu gün, 10:22
Kremlin İrəvana sərt ultimatumu - GƏLİŞMƏ
Bu gün, 10:14
Paşinyandan komandasını heyrətə gətirən həmlə – seçkilərdən dərhal sonra…
Bu gün, 10:13
ABŞ-nin Qafqazda “səfirsiz diplomatiya”sı - Görünəni odur ki...
Bu gün, 10:06
“TikTok”da saxta qadın profili açıb kişiləri şantaj etdi, aldığı pulları mərc oyunlarında uduzdu - TƏFƏRRÜAT
Bu gün, 10:04
Rusiya Ermənistanın uzaqlaşmaq istədiyi platformaya yeni üzvlər cəlb etməkdə maraqlıdır - Azərbaycan isə...
Bu gün, 09:59
Bu gündən Azərbaycanda qadınların pensiya yaşı artırılıb - DİQQƏT!
Bu gün, 09:53
Mingəçevirdə YENİ İXTİSAR DALĞASI başlayır - Bu gündən etibarən...
Bu gün, 09:44
"Əl çəkin, mən müsəlman deyiləm!.."
Bu gün, 09:36
Bakcell ilə Bakıda unudulmaz UFC həyəcanı yaşandı
Bu gün, 08:16
Şəkidə QOÇULUQ edən məmur kimdir? - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 08:04
100 minlik evlərin 50 manatlıq sığortası: Niyə ödənilmir? - AKTUAL
Bu gün, 07:57
"Ağacdan düşmək istəyəndə gördüm ki, qonşu aşağıda məni gözləyir..."
Bu gün, 07:55
“Azərbaycanda “Rus evi”nin açılması dövlətimizin mənafelərinə ziddir... - Çünki ora casus yığnağıdır...”
Bu gün, 07:53
Ukraynada 77 yaşlı azərbaycanlı Rusiya ordusunun dron zərbəsindən ölüb - FOTO
Bu gün, 07:50
Ankaraya qisas zərbəsi, Bakı üçün distansiya zamanı - NƏ BAŞ VERİR?
Bu gün, 07:48
Bakı qərar gözləyirdi, Paşinyan təxirə saldı - Türkiyə və Rusiya da dəstəkləyir
Bu gün, 07:43
Xaçmaz təhsilində OYUNBAZLIQ... - İTTİHAM VAR...
Bu gün, 07:40
Bəlkə bu postlar LƏĞV OLUNSUN... - ÇAĞIRIŞ
Bu gün, 07:31
200 minə yaxın Qırğız rusların qara siyahısında... - KİV
Bu gün, 07:26
"Bir həftədir süründürürlər məni..." - GİLEY
Bu gün, 07:21
Günün fotosu... - Rusiyadan...
Bu gün, 07:11
Faiq Ələkbərliyə xatirə döş nişanı verilib
Bu gün, 07:03
"Heç vaxt ola bilməz ki, vəzifəli şəxslərin balaları.." - REAKSİYA
Bu gün, 06:59
AFFA rəhbərliyi şarlatanlıqla məşğuldur... - ETİRAZ
Bu gün, 06:55
Müştəri məmnuniyyəti anlayışı SIFIR! - durduğun yerdə borclanırsan...
Bu gün, 06:48
Saleh Məmmədov hələ də həbs olunmayıbsa... - DEMƏLİ...
Bu gün, 06:37
Deputatın şirkəti vətəndaşı çətin duruma salıb - AXI NİYƏ?..
Bu gün, 06:31
Burda müştərini rəsmən QARƏT EDİRLƏR - "Bizdə qayda belədir..."
Bu gün, 06:25
Ukrayna İran dronlarının çəmini tapdı - 340 km-ə qədər sürət yığır...
Bu gün, 06:16
Onlara verdiyiniz silahlar kimə qarşı istifadə ediləcək?
Dünən, 18:07
AQTİ Qoşqar Təhməzlinin şirkətindən 4 milyonluq mal alacaq - ÖZ ƏLİ... ÖZ BAŞI...
Dünən, 17:47
Turistlər Azərbaycana ən çox nə üçün gəlir? – ŞOK SƏBƏBLƏR
Dünən, 17:44
“Turan Bank”da iki departament direktoru təyin edilib - ƏMR
Dünən, 17:39
UNEC-in “zoom” üçün ödədiyi məbləğ 71% artaraq 51 min manata çatıb
Dünən, 17:38
“Türkiyə filmləri dublyaj olunmasın” təklifi: - “Bəlkə, rusca danışaq?”
Dünən, 17:35
Azərbaycanda 4 nazir vəzifəsi boşdur - SİYAHIDA BAŞQA POSTLAR DA VAR
Dünən, 17:23
“Benzini dərhal ucuzlaşdırın!” – Trampın tələbi niyə iqtisadi reallığa uymur?
Dünən, 17:20
Tanınmış hakim təqaüdə göndərildi - BUNDAN SONRA...
Dünən, 17:18
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru