İrəvanın "Bir addım irəli, iki addım geri" siyasəti .....                     Prezident İlham Əliyev ABŞ Dövlət katibinin köməkçisini qəbul edib .....                     Azərbaycanda daha 184 dərman vasitəsinin qiyməti tənzimlənib .....                     Azərbaycanda Norveç kapitallı “Viator” BOKT-nin xalis mənfəəti azalıb .....                     Qubanın üç kəndinin adı dəyişdirilib .....                     Ermənistanda "1 mart işi" üzrə 4 ordu korpusunun keçmiş komandirləri barəsində cinayət təqibi başladılıb .....                     MTN generalı vəfat etdi .....                     Azərbaycanın verdiyi kritik enerji avadanlıqları qışı keçirməyə kömək etdi .....                     "Bu pul yığmaq mərkəzi Arif Qaraşova məxsusdur..." .....                     İlham Əliyev Donald Trampa 907-ci düzəlişin istisnasının uzadılmasına görə təşəkkür edib .....                     Dövlət Dəniz və Liman Agentliyi ötən il 5 milyon manata yaxın zərər edib .....                     Bakı Enerji Həftəsi enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə töhfə verir .....                     Azərbaycanda keçirilən mötəbər tədbirlər ölkəmizə olan inam və etibarın bariz nümunəsidir .....                     “Kapital Bank”da yeni təyinat .....                     Madyar Prezidenti vəzifəsindən kənarlaşdırmaq üçün .....                     Cabbarovun sədrliyini tanımadılar .....                     Mövsümi məhsulların qiyməti niyə ucuzlaşmır? .....                     Bu il marketlərdə 20 qəpiyə satılan yumurta, xaricə 10,4 qəpiyə satılıb .....                     Onlayn qumar və kazino oyunları təşkil edən dəstənin məhkəməsi başlayıb .....                     Qusarın icra başçısı rayonun rəqəmsal inkişafına əngəl yaradır .....                     Bəzi yerlərdə duman olacaq .....                     Lalə Aslanur Qarabağın ruhunu Qoşa Qala Meydanına gətirdi .....                     "Ermənistan seçkiləri Kremlin Cənubi Qafqazda nüfuz savaşıdır" .....                     Məmmədli sakinlərinin nəqliyyat PROBLEMİ: .....                     Bu da Xoşqədəmin böyük oğlu .....                     Şağanda obyekt qalmaqalı .....                     “Ermənistan tarixində ilk dəfə bir hakimiyyət açıq şəkildə .....                     Vüsal Nəsirli onu müdir müavini təyin etdi .....                     Restoranda icarədarı döyən müştəri cinayət məsuliyyətindən azad edilib .....                     Bank geridə qaldığından... .....                     Başçı bayramı FÜRSƏT BİLİB... .....                     Fransa Ermənistanda hərbi baza yaradır? .....                     İsraildəki etirazların maliyyələşdirilməsini kim həyata keçirib? .....                     "Bu gün Türkiyə və Azərbaycanla münasibətləri yaxşılaşdırmaq üçün ciddi şəkildə çalışırıq" .....                     “TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək .....                     AYNA dayanacaqların təmiri üçün .....                     Makron Rusiyadan gələn tankerin saxlanıldığını açıqlayıb .....                     Ermənistan seçkilərini bu azərbaycanlılar həll edir .....                     Bakıda marketdə qadın müştəri kassiri döydü .....                     Kremldən İrəvana gözlənilməz diplomatik jest .....                 

ELDAR NAMAZOVDAN MÜXALİFƏTƏ ÇAĞIRIŞ
Tarix: 25-12-2012, 10:39 | Çap et
ELDAR NAMAZOVDAN MÜXALİFƏTƏ ÇAĞIRIŞ
"HAMI BİR ADDIM GERİ ÇƏKİLMƏLİDİR"

“Media forum” saytının suallarını Azərbaycan Ziyalılar Forumunun təsisçilərindən olan politoloq Eldar Namazov cavablandırır.

- Ziyalılar Forumunun 2013-cü il prezident seçkisində namizəd irəli sürməsi gözlənirmi?

- Noyabrın sonunda Ziyalılar Forumunun prezident seçkisi ilə bağlı xüsusi bəyanatı oldu. Həmin bəyanatda forumun məqsədləri də açıqlandı. Bəyanata aparıcı siyasi partiyalardan dəstək gəldi. Həmin bəyanatda hər şey konkret göstərilib. Ziyalılar Forumu hesab edir ki, növbəti prezident seçkisi Azərbaycan xalqı üçün taleyüklü seçki olacaq və forum bu seçkidə Azərbaycan xalqının iradəsinin qalib gəlməsi, ölkədə demokratik və ədalətli seçkinin keçirilməsi üçün öz nüfuzundan, imkanlarından maksimum istifadə edəcək. Mən hesab edirəm ki, bu, kifayət qədər aydın mövqedir.

Azərbaycan mətbuatında 2013-cü il seçkisində iştirakla bağlı Ziyalılar Forumunun ayrı-ayrı üzvləri haqqında müxtəlif versiyalar səslənir. Ziyalılar Forumunun təsisçilərinin əksərinin adı prezidentliyə namizəd kimi hallanıb. Ancaq forumun bir qurum olaraq seçkiyə qatılmaq, namizəd irəli sürmək fikri yoxdur. Düzdür, bizdə hər bir qərar konsensusla qəbul olunur və hansısa məsələ müzakirə predmeti olmayıbsa, onun haqqında forumun üzvləri yalnız şəxsi fikirlərini söyləyə bilərlər. Mənim fikrimcə, Ziyalılar Forumu əvvəlki bəyanatlarında ifadə etdiyi mövqeni saxlayacaq və seçkidə ayrıca bir qüvvə, tərəf kimi, öz namizədi ilə iştirak etməyəcək. Ziyalılar Forumunun seçkiyə öz namizədi ilə qatılmaq planı yoxdur. Biz ümumi prosesi dəstəkləyəcəyik.

- Forumun İctimai Palata ilə əməkdaşlığı hansı səviyyədədir?

- Daim təmaslarımız olur. Xeyli vaxtdır Ziyalılar Forumunun üzvləri ilə İctimai Palatanın üzvləri, demək olar ki, hər həftə nəyisə müzakirə edirlər. Hər iki qurum vaxtaşırı bir-birinə dəstək olur. Münasibətlər bu səpkidə davam edir və əminəm ki, gələcəkdə daha da güclənəcək.

- Ziyalılar Forumu İctimai Palatanın seçkidə hansı formada – palataya daxil olanların birliyi kimi, yoxsa palatadan kənardakı qüvvələrlə də birləşərək getməsini istəyir?

- Ziyalılar Forumu İctimai Palatanın içərisində gedən proseslərə müdaxilə etmir. Biz palatanı bir qurum kimi qəbul edirik və onun qarşıdan gələn seçki ilə bağlı bu yaxınlarda qəbul etdiyi qərarı müsbət qiymətləndiririk. Bütün demokratik düşərgənin koordinasiyasına tərəfdarıq. Ziyalılar Forumu noyabr ayında Azərbaycanın bütün demokratik qüvvələrinə çağırış etmişdi. Biz səylərimizi birləşdirməliyik və demokratiyaya keçidi təmin etməliyik. Bunun hansı formada reallaşacağını gələcək proseslər göstərəcək. Təqribən yarım il bundan öncə Ziyalılar Forumu siyasi qurumlarla danışıqlar aparmaq qərarı qəbul etmişdi. Danışıqları aparmaq üçün bir sıra şəxslərə mandat verilmişdi. Biz işimizi davam etdiririk.

Şəxsən mən hesab edirəm ki, Azərbaycanda avtoritarizmdən demokratiyaya keçid məqsədilə böyük bir konsensus əldə olunmalıdır. Partiyalar, ictimai qurumlar, ziyalılar, gənclər, bir sözlə, cəmiyyətin bütün təbəqələri konsensusa gəlməlidir. Azərbaycanda demokratiyaya keçidin şərtləri dəqiq müəyyənləşsə, bütün cəmiyyəti bu konsensusa cəlb etmək olar.

- Sizcə, müxalifət partiyaları gələn il keçiriləcək prezident seçkisində vahid namizədlə iştirak etməlidirmi?

- Bu mövzu 10-15 ildir partiyalar arasında çəkişmələr yaradır. Açığını deyim ki, biz cəmiyyət olaraq həmişə bu prosesin girovuna çevrilmişik. Ziyalılar Forumunun mövqeyi bundan ibarətdir ki, bu məsələdə hamı öz ambisiyasından bir addım geri çəkilməlidir. Hamı – partiyalar da, ziyalılar, ictimai qurumlar da bir addım geri çəkilməlidir.

Belə məsələlərdə partiyalar arasındakı rəqabət cəmiyyətə də sirayət edir. Nəyə görə bizim cəmiyyətdə ictimai qurumların, gənclər təşkilatlarının böyük koalisiyası yaranmır, yaxud yarananda da tez dağılır? Çünki həmin qurumlar öz arasında rəqabət aparan partiyalara yaxındırlar və həmin partiyaların çəkişməsi ictimai qurumların birliyinə mənfi təsir göstərir. Partiyalar bir araya gələ bilməyəndə ictimai qurumlar və gənclər təşkilatları da ya bir araya gələ bilmir, ya da birləşmişdilərsə, birlikləri pozulur.

Ziyalılar Forumunda bu barədə müzakirələr aparanda qərara gəldik ki, bir qurum olaraq bu proseslərdən kənarda dayanaq. Ümumən bütün demokratik qüvvələrə çağırış etmişik ki, hamı bir araya gəlsin və demokratik keçidlə bağlı konsensus əldə olunsun. Sonra da o konsensusa cəmiyyətin başqa təbəqələri cəlb edilsin. İctimai-siyasi qüvvələr konsensusa gəlsələr, bütövlükdə cəmiyyəti bu prosesə cəlb etmək olar. Başqa halda bu işi görmək çox çətindir. İnsanların siyasi proseslərdən uzaqlaşmasının elə əsas səbəblərindən biri demokratik düşərgədə vahid mövqenin, konsensusun əldə edilməməsi olub. Ona görə də Ziyalılar Forumu konsensusa gəlinməsini prioritet məsələ sayır. Bütün siyasi qüvvələr, ictimai qurumlar, gənclər təşkilatları demokratiyaya keçid üçün bir araya gəlməlidir.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
İrəvanın "Bir addım irəli, iki addım geri" siyasəti - erməni mediası
Bu gün, 15:59
Prezident İlham Əliyev ABŞ Dövlət katibinin köməkçisini qəbul edib - FOTO
Bu gün, 15:58
Azərbaycanda daha 184 dərman vasitəsinin qiyməti tənzimlənib - SİYAHI
Bu gün, 15:56
Azərbaycanda Norveç kapitallı “Viator” BOKT-nin xalis mənfəəti azalıb
Bu gün, 15:06
Qubanın üç kəndinin adı dəyişdirilib
Bu gün, 15:04
Ermənistanda "1 mart işi" üzrə 4 ordu korpusunun keçmiş komandirləri barəsində cinayət təqibi başladılıb
Bu gün, 14:59
MTN generalı vəfat etdi - 71 yaşında...
Bu gün, 14:52
Azərbaycanın verdiyi kritik enerji avadanlıqları qışı keçirməyə kömək etdi - Denis Şmıqal
Bu gün, 14:45
"Bu pul yığmaq mərkəzi Arif Qaraşova məxsusdur..." - Keçmiş deputat deyir ki...
Bu gün, 14:42
İlham Əliyev Donald Trampa 907-ci düzəlişin istisnasının uzadılmasına görə təşəkkür edib - FOTO
Bu gün, 14:20
Dövlət Dəniz və Liman Agentliyi ötən il 5 milyon manata yaxın zərər edib - TƏFƏRRÜAT
Bu gün, 13:19
Bakı Enerji Həftəsi enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə töhfə verir - MƏQALƏ
Bu gün, 13:14
Azərbaycanda keçirilən mötəbər tədbirlər ölkəmizə olan inam və etibarın bariz nümunəsidir - İsrafil Kərimovun yazısı
Bu gün, 13:13
“Kapital Bank”da yeni təyinat - BUNDAN SONRA...
Bu gün, 13:08
Madyar Prezidenti vəzifəsindən kənarlaşdırmaq üçün konstitusiya dəyişikliyi planlaşdırır
Bu gün, 13:06
Cabbarovun sədrliyini tanımadılar - Yenidən qurultay olacaq
Bu gün, 13:04
Mövsümi məhsulların qiyməti niyə ucuzlaşmır? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 13:02
Bu il marketlərdə 20 qəpiyə satılan yumurta, xaricə 10,4 qəpiyə satılıb - AXI NİYƏ?
Bu gün, 12:57
Onlayn qumar və kazino oyunları təşkil edən dəstənin məhkəməsi başlayıb - TƏFƏRRÜAT
Bu gün, 12:55
Qusarın icra başçısı rayonun rəqəmsal inkişafına əngəl yaradır –MyGov-a qarşı feodal yanaşma?
Bu gün, 12:47
Bəzi yerlərdə duman olacaq - belə deyirlər...
Bu gün, 12:40
Lalə Aslanur Qarabağın ruhunu Qoşa Qala Meydanına gətirdi
Bu gün, 12:38
"Ermənistan seçkiləri Kremlin Cənubi Qafqazda nüfuz savaşıdır" - İNCƏLƏMƏ
Bu gün, 12:36
Məmmədli sakinlərinin nəqliyyat PROBLEMİ: - "Avtobuslar kəndə girmir"
Bu gün, 12:33
Bu da Xoşqədəmin böyük oğlu - VİDEO
Bu gün, 12:31
Şağanda obyekt qalmaqalı - KİMSƏ BACARMIR?
Bu gün, 12:17
“Ermənistan tarixində ilk dəfə bir hakimiyyət açıq şəkildə “Rusiyasız da yaşamaq olar” mesajı verdi...”
Bu gün, 12:07
Vüsal Nəsirli onu müdir müavini təyin etdi - ƏMR
Bu gün, 12:04
Restoranda icarədarı döyən müştəri cinayət məsuliyyətindən azad edilib
Bu gün, 11:49
Bank geridə qaldığından... - Müştərisi MƏSLƏHƏTÇİYƏ ÇEVRİLDİ...
Bu gün, 11:41
Başçı bayramı FÜRSƏT BİLİB... - BU NƏDİ BELƏ?
Bu gün, 11:34
Fransa Ermənistanda hərbi baza yaradır? - RƏSMİ AÇIQLAMA
Bu gün, 11:27
İsraildəki etirazların maliyyələşdirilməsini kim həyata keçirib? - HESABAT
Bu gün, 11:17
"Bu gün Türkiyə və Azərbaycanla münasibətləri yaxşılaşdırmaq üçün ciddi şəkildə çalışırıq" - Paşinyan belə deyir...
Bu gün, 11:12
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
Bu gün, 11:10
AYNA dayanacaqların təmiri üçün 420 min manat xərcləyəcək
Bu gün, 11:06
Makron Rusiyadan gələn tankerin saxlanıldığını açıqlayıb
Bu gün, 10:56
Ermənistan seçkilərini bu azərbaycanlılar həll edir - Bakı və İrəvan anlaşıb?
Bu gün, 10:49
Bakıda marketdə qadın müştəri kassiri döydü
Bu gün, 10:46
Kremldən İrəvana gözlənilməz diplomatik jest - Putin Paşinyana təcili məktub göndərdi!
Bu gün, 10:44
Dövlət Xidmətinin korrupsiyada təqsirləndirilən sabiq vəzifəli şəxsi həbsdən azad edilib - TƏFƏRRÜAT
Bu gün, 10:41
“Nar” gənclərin təhsilinə dəstək olmağa davam edir
Bu gün, 10:40
Azyaşlı övladının gözü qarşısında arvadını xüsusi amansızlıqla öldürən şəxs: - “Hadisədən sonra özümə də xəsarət yetirdim”
Bu gün, 10:37
Güldürməsə də, qıdıqlayan Mənsur Şərif - Saffari yazır…
Bu gün, 10:35
"Finans Kredit" BOKT-un xalis mənfəəti 35 %-ə yaxın azalıb
Bu gün, 10:31
Yarım milyonluq mənimsəmədə ittiham olunan politoloq qərardan NARAZIDIR
Bu gün, 10:29
Ermənistanın Dövlət Qoruğu Azərbaycanın nəzarətində imiş - KİV
Bu gün, 10:27
“Hadrut Fatehi”nin adını vəsiyyət etdiyi, üzünü görmədiyi oğlu Alparslan: - “Bizi ayağa qaldırdı, ona evin böyük kişisi deyirik”
Bu gün, 10:25
Ölkəyə qızıl külçə keçirən gömrükçülərin işindən prokuror protest vermişdi VƏ... - TƏFƏRRÜAT
Bu gün, 10:14
Təhsilin fəlsəfəsi dəyişməlidir - ÇAĞIRIŞ...
Bu gün, 10:10
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru