İKİ İCRA BAŞÇISININ KÖHNƏ HAMAM UĞRUNDA DAVASI
Tarix: 30-11-2012, 09:52 | Çap et
MASALLININ YENİ ŞEFİ KÖHNƏ BAŞÇININ ADAMLARINI BİR-BİR “VURUR”DİA.AZ: - Masallı rayonu qədim abidələrlə zəngin olsa da, Masallı şəhərinin özündə cəmi bir tarixi abidə var – XIX əsrin yadigarı olan və el arasında “Məşədi İbad” hamamı kimi tanınan hamam-abidə. Bu hamamın eyni oxşarının İranın Ərdəbil şəhərində də olduğu bildirilir.
10 ildən artıqdır ki, bu hamamın fəaliyyəti dayandırılıb, yəni bu binadan hamam kimi istifadə olunmur. İstifadə olunmamaq bir yana, şəhərin yeganə tarixi-abidəsi biabırçı vəziyyətdədir. İş o yeri çatmışdı ki, bu tarixi abidədən bəzi cavanlar ayaqyolu, narkomanlar isə iynəvurma “nöqtəsi” kimi istifadə edirdi. DİA.AZ bildirir ki, bu problemin mətbuatda yazılmasının ardından ora dəmir qapı qoydular, sonra hasarladılar. Daha sonra onun qarısındakı dövlət binalarının altındakı torpağı fantastik qiymətə satdırıb, burada 2 möhtəşəm özəl bina tikdirməklə hamamı görünməz etdilər.
Bu günlər isə zaman dəyişib. Masallıya yeni gələn icra başçısı həmin abidə-hamamı əsaslı surətdə təmir etdirmək istəyir. Lakin həmin 2 özəl bina – faktiki kimlərin mülkiyyəti olması bəlli olsa da, Arzu Abdullayevanın adına sənədləşdirilən “İsmayıl” Çay Evi və Həzərxan Ağayevin adına sənədləşdirilən ticarət mərkəzi burada bərpa və əsaslı təmir işləri aparmağa imkan vermir. İş o həddə çatıb ki, Rayon Mədəniyyət və Turizm Şöbəsi hər iki binanın sökülməsi üçün Şirvan İnzibati-İqtisad Məhkəməsinə müraciət edib. Bu yaxınlarda həmin hamamla bağlı məhkəmədə hazırlıq və ilk iclas keçirilib.
Mədəniyyət və Turizm şöbəsinin məsul işçisi Adil Heydərovun bildirdiyinə görə, əsas arqument ondan ibarətdir ki, bu hamam-abidə qeydiyyatda olan tarix və mədəniyyət abidəsidir. Buna görə də mühafizə olunur. İkinci, inşaat qaydalarına görə hər binanın hündürlüyü qədər ətrafda mühafizə zolağı olmalıdır. Üçüncüsü, bu binalar üçün müvafiq sənədlərdə 0. 18 və 0. 24 ha torpaq sahəsi ayrıldığı halda onlar bundan 2 dəfə artıq (0,3-0,4 ha) torpaq üzərində tikinti işləri aparıblar.
Onu da bildirək ki, əslində Masallının yeni icra başçısı Rafil Hüseynovun durub-dururkən tarixi abidə hesab olunan hamamın müdafiəsinə qalxması da səbəbsiz deyil. Bu barədə rayondakı qaynaqların DİA.AZ-a bildirdiklərindən belə aydın olur ki, hamamı görünməz vəziyyətə salan hər iki obyekt əslində rayonun keçmiş icra başçısı, hazırda Astaraya rəhbərlik edən Qəzənfər Ağayevə yaxın şəxslərə aiddir. Və bu gün Rafil Hüseynovun da hamam məsələsini qaldırması da sırf olaraq keçmiş başçının adamlarının hədəfə alınması niyyətiylə əlaqədardır.
Xatırladaq ki, keçən günlərdə Rafil Hüseynovun göstərişi ilə Qəzənfər Ağayevə məxsus olduğu söylənilən məşhur istirahət mərkəzində müəmmalı surətdə baş verən yanğının ardından, obyektin fəaliyyətinə qadağa qoyulub. İndi isə yeni başçı ortaya hamam məsələsini atıb.


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Bakı-Tiflis yolu... HƏM DƏ TÜRKİYƏ YOLUDUR... - AKTUAL
Bu gün, 08:03 |
|
|
|
| • "300 min azərbaycanlı gəlir, hakimiyyətə gəlsəm..." - Karapetyandan SENSASİON AÇIQLAMA
Bu gün, 08:00 |
|
|
|
| • Bu bir şəhər əfsanəsidir...
Bu gün, 07:58 |
|
|
|
| • Müsəlman Şərqində ilk demokratiya ölkəsi - MƏQALƏ
Bu gün, 07:50 |
|
|
|
| • Azərbaycan regionda yeni reallıq yaradaraq dünyanın siyasi xəritəsində rolunu artırmışdır - İsrafil Kərimovun yazısı
Bu gün, 07:48 |
|
|
|
| • AYNA və AAYDA-nın "koordinasiyasız" fəaliyyəti hara aparır? - ARAŞDIRMA
Bu gün, 07:37 |
|
|
|
| • Bir yandan danışıq... bir yandan HƏDƏ.. - GƏLİŞMƏ
Bu gün, 07:25 |
|
|
|
| • Türkiyədə ERMƏNİBAZLIQ... - MALƏSƏF...
Bu gün, 07:13 |
|
|
|
| • Zamin Mehrəliyevə AĞIR İTTİHAMLAR - bunu bir araşdıran olsa...
Bu gün, 07:04 |
|
|
|
| • Arif Hacılı Etibar Məmmədovla bağlı bütün sirrləri açdı - "Görünür, zaman keçdikcə..."
Bu gün, 06:40 |
|
|
|
| • İki həkim xəstə gəncin əsgər getməsinə müsbət rəy verib - Cinayət işi
Bu gün, 06:33 |
|
|
|
| • Rusiya Belarus istiqamətindən hücum ssenarilərini nəzərdən keçirir - Zelenski
Bu gün, 06:30 |
|
|
|
| • Uğursuz deputat özünü 'LABİRİNT'ə salıb... - AXI NİYƏ?..
Bu gün, 06:16 |
|
|
|
| • “Məqsədimiz əmlak bazarında peşəkar analitika və şəffaflığı təmin etməkdir” - Firdovsi Xəlilov
Bu gün, 06:00 |
|
|
|
| • Təhsil İnstitutunun "MARAQLI " sxemi - 6-cı sinif monitorinqində metodik və dil rüsvayçılığı
Bu gün, 05:56 |
|
|
|
| • KİM DÜZ DANIŞIR: vəkil, yoxsa ADY rəsmisi? - Tiflisə bilet qiyməti ilə bağlı mübahisə böyüyür
Bu gün, 05:43 |
|
|
|
| • Ukrayna öz suverenliyini qorumaq hüququna malikdir - Magyar
Bu gün, 05:41 |
|
|
|
| • ADY-dən inanılmaz rəqəmlər: Sadəcə layihə sənədinə 5.6 milyon manat - İcazə verin şübhələnək...
Bu gün, 05:38 |
|
|
|
| • "Bir çox müəllim məktəbdə şagirdə müştəri kimi yanaşır" - FAKT BUDUR!
Bu gün, 05:36 |
|
|
|
| • Moskva İrəvanda hərbi çevriliş hazırlayır? - GƏLİŞMƏ
Bu gün, 05:33 |
|
|
|
| • AzTU qanunsuz işçi çalışdırmaqda ittiham olunan şirkətlə anlaşdı - BURDA NƏ VAR Kİ...
Bu gün, 05:31 |
|
|
|
| • 18 yaş yoxsa 21 yaş: Çağırış yaşı ilə bağlı yeni baxış... - AKTUAL
Bu gün, 05:29 |
|
|
|
| • Ankara ilə Bakı arasında erməni söhbəti... - Azərbaycan səfirinin çıxışı kimləri narahat edib?
Bu gün, 05:27 |
|
|
|
| • Ekspertlərdən ADY-ə etiraz: “Gediş haqqı bahadır” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 05:23 |
|
|
|
| • Tələbə kartlarını mənimsədiyi iddia edilən direktor 3 min manat işıq pulu ödəyib - TƏFƏRRÜAT
Bu gün, 05:20 |
|
|
|
| • Ukrayna yaxın həftələrdə danışıqlara hazırdır - Zelenski
Bu gün, 05:14 |
|
|
|
| • Gürcüstana səfər: 12 manatlıq sığorta nələri qarşılayır? - AKTUAL
Dünən, 18:14 |
|
|
|
| • BMU tələbəsi magistratura imtahanında respublika ikincisi oldu - FOTO
Dünən, 17:53 |
|
|
|
| • İran Amerikaya təslim olmayacaq - Zərif
Dünən, 17:44 |
|
|
|
| • "Akyol İnternational"ın vergi borcu 200 mini keçdi
Dünən, 17:30 |
|
|
|
| • ADY bu qiyməti gizli saxlayıb - "Bəlkə də açıqlamağa utanırlar..."
Dünən, 17:26 |
|
|
|
| • Təhsil Nazirliyi köhnə “tanışı” ilə yenidən anlaşdı: - Bu dəfə 385 minə
Dünən, 17:24 |
|
|
|
| • Səudiyyə Ərəbistanı Əlixan Musayevi niyə geri qaytardı? – Quran oğrusuna Həcc qadağası qoyulub
Dünən, 17:19 |
|
|
|
| • ADY deponun tikinti layihəsini 5 milyona hazırlatdırmaq istəyir
Dünən, 17:17 |
|
|
|
| • Rusiya Kiyevi ələ keçirməyə hazırlaşır - Zelenski orduya əmr verdi
Dünən, 17:12 |
|
|
|
| • Tıxacdan çıxış yolu: Taksi və şəxsi avtomobildən imtina? - AKTUAL
Dünən, 17:09 |
|
|
|
| • 3 nəfər öldü, yüngül cəza verildi: Qarabağ qazisi hakimdən şikayətçidir - FOTO
Dünən, 16:59 |
|
|
|
| • “Qocalarla nərd oynayıram, kənd yumurtası yeyirəm, yaraşığım da yerində” - 87 yaşlı Xalq artisti
Dünən, 16:53 |
|
|
|
| • “Siqaret mafiyası”nın üzvü Fariz Məhərrəmov kimdir? - TƏFƏRRÜAT
Dünən, 16:41 |
|
|
|
| • Bakı-Moskva qatarı da İŞƏ düşür? – “Bu il ərzində...”
Dünən, 16:30 |
|
|
|
| • Rəcəb Babaşov 10 il ərzində Qazaxda hansı işləri görüb... - FOTO
Dünən, 16:26 |
|
|
|
| • İntiqam Soltan xəstəxanadan buraxıldı: - "Barmaqlarımın ucuna qədər ağrıyır"
Dünən, 16:11 |
|
|
|
| • Yardımlının yeganə yolu uçdu: Sakinlərdən icra başçısına ağır ittihamlar - VİDEO
Dünən, 16:09 |
|
|
|
| • Laçında 41 milyonluq məhəllə tikən şirkət kimə məxsusdur? - ARAŞDIRMA
Dünən, 15:55 |
|
|
|
| • Bakı-Tiflis qatarı hər gedişdə Böyük Kəsikdə 1 SAAT SAXLANILACAQ... - BUNA GÖRƏ...
Dünən, 15:48 |
|
|
|
| • Sərhədlərin açılması iyunun 7-dəki nəticədən asılı olacaq - GƏLİŞMƏ
Dünən, 15:33 |
|
|
|
| • “Kupça” oyunu: Əmlak Xidməti Prezidentin fərmanlarına qarşı çıxır - BU DA FAKT!
Dünən, 15:18 |
|
|
|
| • “İş ibtidai istintaqa qaytarılsın, Tahir Qədəşov həbs olunsun” – “Atlant işi”ndə zərərçəkənlər bunu tələb edir
Dünən, 15:13 |
|
|
|
| • Azərbaycan-Gürcüstan dəmiryol marşrutu üzrə sərnişin gediş-gəlişinə icazə verilib - QƏRAR
Dünən, 15:05 |
|
|
|
| • Bakıdan Tiflisə qatarla 81 manata getmək mümkün olacaq - AÇIQLANDI
Dünən, 15:00 |
|
|
|
|